Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-351/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məmmədova (Tarverdiyeva) Leyla Əhmədovnanın Cavabdeh X14 Qoruğu İdarəsi X12rşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi və intizam məsuliyyətinə cəlb edilməsi haqqında əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və X8 ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı X4, Cavabdeh X14 Qoruğu İdarəsi Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2499/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş üzrə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətinə əsasən X9 Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və sənədlərlə iş şöbəsinin böyük məsləhətsi vəzifəsinə işə qəbul olunmuşdur (bənd 2.1). Əmək müqaviləsi müddətli bağlanmışdır (bənd 2.1). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərinə 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Bu Əmək müqaviləsi “47/f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Resp. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 il müddətinə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2023-cü il tarixdən işə başlayır (bənd 2.4).
2. İş üzrə Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun baş məsləhətçisi Leyla Tarverdiyeva tərəfindən Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Fuad Xəlilovun adına yazılmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, xx.xx.2025-ci il tarixli, 7-2/1- 468/2025 nömrəli məktub onun tərəfindən MSED sistemi üzrə xx.xx.2025-ci il tarixində “işə alınma” ilə bağlı Hüquq sektorunun müdirinə göndərilmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixində qətnamə çıxarmışdır. Sektor müdiri xx.xx.2025-ci il tarixdə işə alınmışdır. xx.xx.2025-c il tarixli, 7-2/1-457/2025 nömrəli məktub MSED sistemi üzrə xx.xx.2025-ci il tarixdə “işə alınma” ilə bağlı Hüquq sektorunun müdirinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə işə alınmışdır. xx.xx.2025-ci il tarixli 7-2/1- 212/2025 nömrəli məktubun icrasının təşkili ilə bağlı problem yaranmışdır. Məktubda Normativ hüquqi aktlar informasiya sisteminə girişin və təkmilləşdirmə işlərinin təşkili, həmçinin prosedura riayət olunması ilə əlaqədar vaxtın alınması zərurəti göstərilmişdir. Bundan əlavə, sistemin inzibatçısının müəyyən edilməsi, bununla bağlı əmrin qəbul edilməsi və digər məsələlər də nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirir ki, İnnovasiya və X6 əməkdaşı ilə əlaqə saxlanılmış və müəyyən edilmişdir ki, məktuba cavab iki üsulla hazırlanmalıdır: MSED sistemi ilə təsdiqlənmiş məktub və onların rəsmi elekton poçt ünvanına məlumatların göndərilməsi. Müvafiq prosedurlara riayət olunaraq xx.xx.2025-ci il tarixdə cavab MSED sistemi üzrə təsdiqlənmiş və qeyd olunan quruma elektron poçt vasitəsilə göndərilmişdir. G2B – biznes subyektlərinə göstərilən xidmətlər barədə xx.xx.2025-ci il tarixli -2/1- 1/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə MSED sistemi vasitəsilə sabiq Hüquq və sənədlərlə iş şöbəsinin müdirinə “Əsas icraçı” kimi göndərilmişdir. Y.Hüseynov həmin məktubu xx.xx.2025-ci il tarixdə sabiq Hüquq sektorunun müdirinə “Əsas icraçı” statusu ilə təqdim etmişdir. Məktubda qeyd olunan mövzu ilə bağlı müvafiq tədbirlər görülməli idi, lakin heç bir tədbir görülməmişdir. N.Bayramova xx.xx.2025-ci il tarixində məzuniyyətdə olduğu dövrdə həmin məktubu ona göndərmişdir. Məsələ ilə bağlı Nərgiz xanımdan soruşduqda tərəfindən heç bir cavab verilməmişdir. Tərəfindən məktub xx.xx.2025-ci il tarixdə sistem üzrə şöbə müdirinə “məlumat üçün” göndərilmişdir. Əlavə olaraq məsələ barədə sektor müdirinə də məlumat vermişdir. Ona bildirilmişdir ki, sözügedən xidmətlərlə bağlı müvafiq tədbirlər qurumlarda həyata keçirilməlidir. xx.xx.2024-cü il tarixli məktub “X16” MMC tərəfindən tarixi memarlıq abidələrinin şəkillərinin reklam posterlərində razılaşdırılaraq istifadəsi ilə bağlı qanuni əsasların təqdim edilmədiyini göstərir. Məsələ ilə bağlı sabiq Hüquq və sənədlərlə iş şöbəsinin müdiri ilə bir neçə dəfə müzakirə aparmışdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə e-poçt vasitəsilə göndərilmişdir. Y.Hüseynov bildirmişdir ki, məsələ rəhbərlik səviyyəsində müzakirə olunmalıdır. Hər dəfə yaxınlaşıb icra ilə bağlı qərarın verilib-verilmədiyini soruşduqda, tərəfindən qərarın hələ verilmədiyi bildirilmişdir. Yuxarıda qeyd olunan məktubların gecikməsinin ondan asılı olmadığını və həmin 5 məktubdan 2-də yaranmış problemləri nəzərə alaraq, məlum nöqsanın üzrlü səbəb kimi qeydə alınmasını xahiş etmişdir.
3. İş üzrə Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun baş məsləhətçisi Leyla Tarverdiyeva tərəfindən Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Fuad Xəlilovun adına yazılmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, icraatında olan MSED üzrə aşağıdakı məktubların gecikmə səbəbi həm ondan asılı olmuş, həm də məktubların mahiyyəti üzrə qərarın qəbul edilməsi onun səlahiyyətində olmamışdır. 1.xx.xx.2025-ci il tarixli 7-2-3/3-54/2025 nömrəli məktub tərəfindən MSED sistemi üzrə xx.xx.2025-ci il tarixdə “İcra müddətinin artırılması üçün” göndərilmişdir. Bu günə qədər isə geri dönüş olaraq heç bir cavab daxil olmamışdır. Məktubun mahiyyəti üzrə qısa olaraq bildirir ki, G2B-biznes subyektlərinə göstərilən xidmətlər barədə xx.xx.2025-ci il tarixli 7-2/1-1/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə MSED sistemi vasitəsilə sabiq Hüquq və sənədlərlə iş şöbəsinin müdirinə “Əsas icraçı” kimi göndərilmişdir. Y.Hüseynov həmin məktubu xx.xx.2025-ci il tarixdə sabiq Hüquq sektorunun müdirinə “Əsas icraçı” statusu ilə təqdim etmişdir. Məktubda qeyd olunan mövzu ilə bağlı müvafiq tədbirlər görülməli idi, lakin heç bir tədbir görülməmişdir. N.Bayramova xx.xx.2025-ci il tarixdə məzuniyyətdə olduğu dövrdə həmin məktubu ona göndərmişdir. Məsələ ilə bağlı Nərgiz xanımdan soruşduqda tərəfindən heç bir cavab verilməmişdir. Tərəfindən məktub xx.xx.2025-ci il tarixdə sistem üzrə şöbə müdirinə “məlumat üçün” göndərilmişdir. Əlavə olaraq, məsələ barədə sektor müdirinə də məlumat vermişdir. Ona bildirilmişdir ki, sözügedən xidmətlərlə bağlı müvafiq tədbirlər qurumlarda həyata keçirilməlidir. xx.xx.2025-ci il tarixli 7-2/5/3-6/2025 nömrəli məktub “G2B” elektron reyestrinə daxil edilməmiş xidmətlərin müəyyən edilməsi ilə bağlı mövzu ilə bağlı şöbə müdirinə və sektor müdirinə bildirmişdir. Məktubda qeyd olunan “G2B” elektron reyestrinə daxil edilməmiş İdarə qurumlar tərəfindən görülmüş xidmətlərrəhbərlik səviyyəsində müzakirə olunub həll edilməlidir. xx.xx.2025-ci il tarixli 7-2-7/3-5/2025 nömrəli məktubun “işə alınması” üçün 28 fevralda və sonra isə 22 iyulda Hüquq sektorunun müdirinə göndərilmişdir. Geri dönüş olaraq tərəfindən cavab gəlməmişdir. xx.xx.2025-ci il tarixli 7-2-2/3-18/2025 n.mrəli məktubla bağlı müvafiq cavabı xx.xx.2025-ci il tarixdə hazırlayıb yükləmişdir. Lakin sabiq Hüquq və sənədlərlə iş şöbəsinin müdiri, əvvəl hazırlayıb yüklədiyi cavabı əsas götürərək, imtina etmişdir. Bununla da bildirilmişdir ki, həmin cavab yenidən yüklənməlidir. Halhazırda cavabı sistemə yüklənməsi üçün icazə verilməlidir. Sənədlərlə iş sektorunun əməkdaşı ilə müzakirə edəndən sonra müəyyən oldu ki, sözügedən yüklənməsi üçün Asan Xidmətlə danışılmalıdır. xx.xx.2025-ci il tarixli, 7-2/3-100/2025 nömrəli məktub tərəfindən MSED sistemi üzrə xx.xx.2025-ci il tarixdə “işə alınma” ilə bağlı Hüquq setorunun müdirinə göndərilmişdir. Sektor müdiri tərəfindən cavab gəlməmişdir. xx.xx.2025-ci il tarixli 7-2-2/3-5/2025 nömrəli məktub tərəfindən MSED sistemi üzrə xx.xx.2025-ci il tarixində “işə alınma” ilə bağlı Hüquq sektorunun müdirinə göndərilmişdir. Sektor müdiri tərəfindən cavab gəlməmişdir. Məktubda olan mövzu ilə bağlı bildirir ki, Muzey mərkəzinin əməkdaşı Şanisə Kazımova ilə əmək müqaviləsinə xitam edilməmişdir. xx.xx.2025-ci il tarixli 7-2/1-1/2025 nömrəli məktubla bağlı əvvəlkioxşar mövzulu digər məktublarda olduğu kimi G2B-biznes subyektlərinə göstərilən xidmətlər barədə qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli 7-2/3-2397/2024 nömrəli məktubda MSED-də xx.xx.2024-cü il tarixli 7-2/3-2422/2024 nömrəli xidməti məktubla icrasının təmin edildiyi bildirilmiş və həmin sənəd “işə alınması” üçün 22 iyul tarixində Hüquq sektorunun müdirinə göndərilmişdir. Geri dönüş olaraq tərəfindən cavab gəlməmişdir. xx.xx.2024-cü il tarixli 7- 2/1-706/2024 nömrəli məktub “X17” MMC tərəfindən tarixi-memarlıq abidələrinin şəkillərinin reklam posterlərində razılaşdırılaraq istifadə ilə bağlı qanuni əsasların təqdim edilmədiyini göstərir. Məsələ ilə bağlı sabiq Hüquq və sənədlərlə iş şöbəsinin müdiri ilə bir neçə dəfə müzakirə aparmışdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə e-poçt vasitəsilə göndərilmişdir.Y.Hüseynov bildirmişdir ki, məsələ rəhbərlik səviyyəsində müzakirə olunmalıdır. Hər dəfə yaxınlaşıb icra ilə bağlı qərarın verilib-verilmədiyini soruşduqda, tərəfindən qərarın hələ verilmədiyi bildirilmişdir. Yuxarıda qeyd olunan məktubların gecikməsinin ondan asılı olmadığını və həmin 9 məktubdan 4-də tərəfindən vaxtında “işə alınmanın” göndərilməməsi səbəbindən problemlər yarandığını nəzərə alaraq, məlum nöqsanın üzrlü səbəb kimi qeydə alınmasını xahiş etmişdir.
4. İş üzrə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xx.xx.2025-ci il tarixli, 7-2/3- 979/2025 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin xx.xx.2025-ci il tarixli, 7-2/3-979/2025 nömrəli əmrin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli 7-2/3-969/2025 nömrəli Yazılı xəbərdarlığın edilməsi haqqında əmr və xx.xx.2025-ci il tarixli 7-2/3-970/2025 nömrəli İntizam məsuliyyətinə cəlb edilmə haqqında əmr etibarsız hesab edilmişdir.
5. İş üzrə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xx.xx.2025-ci il tarixli, 7-2/3- 983/2025 nömrəli əmrin surətindən görünür ki, Hüquq və sənədlərlə iş şöbəsinin /Hüquq sektorunun baş məsləhətçisi X4 X10 üzrə daxil olan sənədlərin icra müddətinin gecikdirilməsi, icraatında olan sənədlərin icra olunmaması, ərizə və şikayətlərin qanunamüvafiq qaydada, vaxtında və keyfiyyətli icrasının təmin etmədiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3-cü bəndinə müvafiq olaraq və Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 4.7.6-cı bəndini rəhbər tutaraq Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun baş məsləhətçisi X7 yazılı xəbərdarlıq edilmişdir. Əmrin əsası kimi İnsan resurslarının idarə edilməsi və kadrlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən A.Zeynalovanın xx.xx.2025-ci il tarixli 7-2G3-928/2025 nömrəli xidməti məlumatı və L.Tarverdiyevanın izahatları göstərilmişdir.
6. İş üzrə Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun baş məsləhətçisi Leyla Tarverdiyeva tərəfindən Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onu müddət gözləmədən xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
7. İş üzrə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xx.xx.2025-ci il tarixli, 7-2/3- 988/2025 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 4.7.6-cı və 4.7.7-ci bəndlərini rəhbər tutaraq X9 (işçi) – Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun baş məsləhətçisi ilə bağlanılmış xx.xx.2023-cü il tarixli xxxxxxx000900 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 7 məzuniyyət gününün son haqq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmri verilmişdir. Əmrin əsası kimi işçinin ərizəsi göstərilmişdir.
8. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, L.Tarverdiyevanın Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı müraciətinə Nazirlik yanında X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Ərizənin araşdırılmasında qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi məqsədi ilə izahatının alınması ilə bağlı olaraq 7 iş günü ərzində L.Tarverdiyevaya yaxın DOST Mərkəzinə gəlməsi xahiş olunur.
9. İş üzrə xxxxxxx0009X0 saylı, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin xx.xx.2025-ci il tarixli, 7-2/3-988/2025 nömrəli əmri ilə X9 ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
10. İş üzrə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlanmış müraciətlə əlaqədar bildirirlər ki, L.Tarverdiyeva ilə bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə X3 Dövriyyəsi vasitəsi ilə müddət gözləmədən xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmə barədə ərizəsi əsas götürülərək xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. Həmçinin L.X1 Sənəd Dövriyyəsi üzrə daxil olan sənədlərin icra müddətinin gecikdirilməsi, icraatınızda olan sənədlərin icra olunmaması, ərizə və şikayətlərin qanunamüvafiq qaydada, vaxtında və keyfiyyətli icrasının təmin edilməməsi ilə əlaqədar törədilmiş pozuntunun xarakteri nəzərə alınaraq, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3-cü bəndinə müvafiq olaraq yazılı xəbərdarlıq edilmişdir.
11. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-01945 saylı arayışın surətindən görünür ki, X4 işə bərpa və maddi təzminat (məcburi iş buraxma müddətində gecikmiş məzuniyyət pulunun ödənilməsi və gecikmiş son haqq-hesabın ödənilməsi) tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi iştirak etməmişdir. İMS üçün ərizənin tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Məmmədova (Tarverdiyeva) Leyla Əhmədovna Cavabdeh Dövlət TarixMemarlıq Qoruğu İdarəsi X12rşı əmək müqaviləsinə xitam verilməsi və intizam məsuliyyətinə cəlb edilməsi haqqında əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin hüquq və sənədlərlə iş şöbəsinin böyük məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə həmin şöbənin baş məsləhətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni sədri təyin olunduqdan sonra ona bildirilmişdir ki, ya öz istəyi ilə işdən çıxmalıdır, ya da onu Əmək Məcəlləsinin “ç” bəndinin 70-ci maddəsinə əsasən işdən çıxardacaqlar. Onun əmək müqavilənin müddəti bitmədiyi üçün öz istəyi ilə işdən çıxma barədə ərizə yazmasını etiraz etmişdir. Bundan sonra 2025-ci ilin avqust ayında heç bir əsas olmadan ona töhmət elan edilməsi barədə əmr tərtib etmişlər və bildirmişlər ki, əgər o, ərizə yazmasa ona növbəti töhmət verərək işdən çıxaracaqlar. O, onları öz fikirlərində ciddi olduqlarını onu ləkələmək istədiklərini gördükdən sonra qorxmuş və məcbur qalıb təklif etmişdir ki, töhməti ləğv edəcəkləri təqdirdə işdən çıxmaq barədə ərizəni yazacaq. Bundan sonra onlar töhməti ləğv etmişlər və o, məcbur qalıb 12 avqustda işdən çıxma ərizəni yazmışdır. Eyni zamanda ona təzyiqlər edilməsi və işdən çıxmasına məcbur edilməsi barədə müxtəlif orqanlara şikayətlər göndərmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə yazdığı şikayətlərə verilmiş cavablardan ona məlum olmuşdur ki, Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi onu aldatmışdır, töhmətini ləğv etməmişdir və həmin əmri saxtalaşdıraraq töhmət əmri xəbərdarlıq ilə əvəz etmişdir. Bundan başqa İdarə ona hədəqorxu gələrək şikayət edəcəyi təqdirdə onu başqa heç bir idarədə işləməyə imkan verməyəcəklərini və onunla bağlı mənfi rəy verəcəklərini bildirmişdirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı məcburiyyət və hədə-qorxuların təsiri altında xx.xx.2025-ci il tarixdə işdən çıxmaqla bağlı yazdığı ərizənin etibarsız hesab edilməsi, Cavabdeh Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin əmək müqaviləsinin xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 7-2/3-988/2025 saylı əmrinin və onun intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı əmrinin ləğv edilməsini, onun tutduğu vəzifəyə bərpa edilməsi, işinə bərpa edildiyi günədək əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixindən İdarənin Hüquq və sənədlərlə iş şöbəsinin baş məsləhətçi vəzifəsinə təyin edilmiş, İdarənin xx.xx.2025-ci il tarixli 7-2/3-988/2025 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Hesab edirlər ki, iş üzrə iddia müddəti tətbiq edilməli, iddia müddətinin keçməsinə və iddianın əsassızlığına görə iddia təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli xxxxxxx000900 nömrəli əmək müqaviləsi ilə İdarənin Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun böyük məsləhətçisi vəzifəsinə qəbul edilmiş, daha sonra xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun baş məsləhətçi vəzifəsində çalışmışdır. İdarənin xx.xx.2025ci il tarixli 7-2/3-988/2025 nömrəli əmri ilə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndinə uyğun olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində X3 Dövriyyəsi vasitəsilə ərizə təqdim edərək öz xahişi ilə müddət gözləmədən işdən azad olmaq istədiyini bildirmiş, xx.xx.2025-ci il tarixli, 7-2/3-985/2025 nömrəli ərizəsi ilə də həmin sistem üzərindən tanış olmuşdur. İdarənin xx.xx.2025-ci il tarixli 7-2/3- 988/2025 nömrəli əmrində iddiaçının xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam veriləcəyi, həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək istifadə edilməmiş 7 məzuniyyət gününün qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi göstərilmişdir. Eyni tarixli digər bir əmrlə (7-2/3-989/2025) iddiaçıya xx.xx.2025-ci il tarixindən 20 təqvim günü müddətində əmək məzuniyyəti verilmişdir. xx.xx.2025-ci il tarixində işəgötürən tərəfindən “Əmək və məşğulluq” altsisteminə (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş yerləşdirilmişdir. Elə həmin tarixdə verilmiş ödəniş tapşırığı ilə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada son haqq-hesabı ödənilmişdir. Beləliklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi prosesi tamamlanmış və bütün hesablaşmalar vaxtında aparılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixində Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixində mediasiya prosesinin başlanılması barədə təklif İdarəyə göndərilmişdir. İlkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Həmin tarixdə iddiaçıya Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6-01945 nömrəli ilkin mediasiya sessiyasından sonra iştirak edilməmə barəsində arayış təqdim edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il qeydiyyat tarixli iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, aydın olur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən (ərizə cari ilin 11 avqust tarixində yazılmış, əmrlə növbəti gün - 12 avqust tarixində tanış olunmuş, son haqq-hesab növbəti ay - 1 sentyabr tarixində təmin edilmişdir) etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür. Həmçinin iddiaçının hüquqşünas ixtisasına malik olması onun əmək hüquqları barədə tam məlumatlı olmasını və bu sahədə hüquqi savadlı davranış sərgiləməsini şərtləndirir. Qeyd olunmalıdır ki, iddiaçı ona işdən çıxma barədə ərizənin təzyiq altında yazdırılması və həmin təzyiqin nədə özünü göstərməsi ilə əlaqəli məhkəməyə obyektiv sübut təqdim etməmiş və belə hallarla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Bu fakt özü göstərir ki, ərizənin könüllü şəkildə təqdim edilməsi ilə bağlı onun iradə azadlığı pozulmamışdır. Bildirirlər ki, müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Buna baxmayaraq, iddiaçı həmin müddət ərzində ərizəsini geri götürmək barədə rəhbərliyə ərizə ilə müraciət etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən qeyd edirik ki, əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işcinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işciyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işcinin yerinə yeni işci tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işci axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən, ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işcinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır. Bu baxımdan, iddiaçının ərizəsi onun öz iradəsini sərbəst ifadə etdiyini göstərir. O, xəbərdarlıq müddəti ərzində ərizəsini geri götürmək barədə İdarəyə müraciət etməmiş, beləliklə ərizənin qüvvədə qalmasına razılığını faktiki olaraq təsdiq etmişdir. İddiaçının əmək müqaviləsi ləğv edildikdən və işdən azad olunmasından uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdükdən sonra qaldırdığı iddiasının hüquqi qüvvəsi yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz təşəbbüsü ilə qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verilmişdir. Bu səbəbdən də iddia tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət də üzrsüz səbəbdən ötürülmüşdür. İddia müddətinin tətbiqi ilə bağlı yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2499/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi rədd edilmişdir.
16. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 68-ci maddəsinin 2-ci bəndinə, 69-cu maddəsinin 4-cü hissəsinə, 296-cı maddəsinin 2-ci bəndinə, 296-cı maddəsinin 3-cü bəndinə, 296-cı maddəsinin 6-cı bəndinə, 186-cı maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin hüquq və sənədlərlə iş şöbəsinin böyük məsləhətçi vəzifəsinə qəbul olmuşdur. xx.xx.2024-cü il tarixdə həmin şöbənin baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin yeni sədri təyin olunduqdan sonra ona ya öz ərizəsi ilə işdən çıxmağını, ya da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxardacağını demişdir. Əmək müqaviləsinin müddəti bitmədiyi üçün öz istəyi ilə işdən çıxmaq barədə ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra 2025-ci ilin avqust ayında heç bir əsas olmadan töhmət elan edilməsi barədə əmr tərtib edildi. Təkrar dedilər ki, əgər ərizə yazmasa növbəti töhmət veriləcək və işdən çıxarılacaq. Artıq öz fikirlərində ciddi olduqlarını görüb şəxsi işinin ləkələnməsindən qorxaraq məcburiyyət qarşısında qalıb ərizə yazmağa razılaşdı. Lakin təklif etmişdir ki, töhməti ləğv etdikdən sonra ərizə yazacaq. Bundan sonra onlar töhməti ləğv etdilər, o də ərizə yazdı. Ərizə yazmamışdan əvvəl hesab edirdi ki, işdən çıxarılma qanunsuzdur və heç bir formada qanunsuzluq edə bilməzlər. Ona görə də işdən çıxmağa məcbur edilməyi barədə müxtəlif orqanlara şikayətlər göndərmişdir. xx.xx.2025-ci il tarixdə yazdığı şikayətlərə verilmiş cavablardan birində oxudum ki, onlar xəbərdarlıq ediblər. Bu zaman aldadıldığını anlayıb. Hüquqlarının pozulduğu məlum olandan sonra da heç bir müddət ötürmədən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı da öz təsdiqini tapdı. Belə ki, onlar ərizə almaq üçün öz qəbul etdikləri töhmət və xəbərdarlıq barədə əmrlərini ləğv ediblər. Lakin ərizə aldıqdan sonra da mənə xəbərdarlıq edilməsi barədə əmr tərtib ediblər. Həmin əmri təqdim etməyiblər. Ərizə yazdıqdan sonra işə çıxmadığı üçün heç bir elektron formada da bu əmrdən xəbəri olmayıb. Məhkəmə ümumiyyətlə Əmək Məcəlləsinin təməl prinsiplərinin tələblərini pozmuş, cavabdehin qərəzli olaraq və əlində olan imkanlardan istifadə edərək işçiyə qarşı təzyiqlər etməsini, işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməsini qanuni və əsaslı hesab etmişdir. Bu isə məhkəmənin qanunsuz və ədalətsiz qətnamə qəbul etməsini göstərir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə qətnamədə əsaslandırmağa çalışır ki, ərizə yazmağa məcbur edilməyi sübuta yetirilmir. Bu fikrini əsaslandırmaq üçün də göstərir ki, xəbərdarlıq müddətində ərizəni geri götürmək hüququ olub lakin geri götürməmişdir. Lakin iş materiallarından da görünür ki, ərizə yazmaqdan imtina edəcəyi təqdirdə onu cəza ilə işdən çıxaracaqları ilə bağlı hədələyiblər. Əgər xəbərdarlıq müddətində ərizəni geri götürsəydi dəyişən heç nə olmayacaqdı. Yenə də töhmət elan edərək işdən çıxaracaqdılar. Bundan başqa məhkəmə cavabdehin əvvəlcə töhmət elan etməsini, lakin işdən çıxma barədə ərizə yazan gün həmin əmrləri ləğv etməsini, ərizə yazdıqdan sonra təkrar xəbərdarlıq edilməsi barədə əmr tərtib edilməsini, bu əmri gizlətməklərini nədənsə araşdırmaq istəməmiş, həmin hala qiymət verməmişdir. Kifayət qədər böyük bir idarənin 2-3 gün içində bu qədər əmrlər tərtib etməsi özü kifayət qədər şübhəlidir və bu xüsusatları sübut etmək üçün kifayətdir. Lakin nədənsə məhkəmə bunları görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, məhkəmə qətnamədə əsaslandırmağa çalışır ki, iddiaçı müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə diqqət etməmişdir ki, işdən çıxmaq barədə ərizə yazdıqdan sonra xəbərdarlıq edilməsi barədə əmr tərtib edilib. Həmin əmr ona təqdim edilməyib. Həmin əmrlə tanış edilməmişdir. Məhkəmə özü də araşdıran zaman müəyyən etmişdir ki, iddiaçı ərizə yazdıqdan sonra ümumiyyətlə işə çıxmamışdır. Bu səbəbdən də həmin əmr ilə elektron formada da tanış olmamışdır. Qeyd edilən əmrdən şikayətlərindən birinə verilən cavabı xx.xx.2025-ci il tarixdə aldıqdan sonra xəbər tutmuşdur. Həmin gündə hüquqlarının pozulduğunu bilmiş və bu səbəbdən də heç bir müddəti ötürmədən məhkəməyə şikayət etmişdir. Bütün bunları məhkəmə araşdırma zamanı görmüşdür lakin nədənsə inanmaq istəməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə qeyd edir ki, həqiqətən də iddiaçıya öncə töhmət və xəbərdarlıq edilməsi ilə bağlı əmrlər olub. Mən bundan sonra müxtəlif orqanlara şikayətlər etmişdir. Bundan sonra onlar həmin əmrləri ləğv edib. İddiaçı isə işdən çıxma barədə ərizə yazmışdır. Ərizə yazdıqdan sonra işə çıxmamışdır. Onlar yenidən xəbərdarlıq edilməsi barədə əmr imzalayıblar. Bu əmrdən xəbərsiz olmuşdur. Çünki əmrdən xəbərinin olmasını təsdiq edən heç bir sübut təqdim etməyiblər. Şikayətinə verilmiş cavabı rəsmi formada xx.xx.2025-ci il tarixdə almışdır. Bu zaman əmrdən xəbəri olub. Bu xüsusatlar iş materialllarında olan mötəbər sübutlar ilə öz təsdiqini tapır. Məhkəmə bütün bunları görməsinə və bilməsinə baxmayaraq qərəzli mövqe nümayiş etdirir və qeyd edir ki, ərizəni geri götürmək üçün vaxtı olub lakin geri götürməyib. Bu səbəbdən də cavabdehin özbaşınalıqları tam qanunidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
20. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxmaq barədə ərizə ilə işəgötürənə müraciət etmiş, işdən çıxma tarixini özü müəyyən etmiş və həmin tarixə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi prosesi qanunvericiliyin tələblərinə uyğun aparılmış, xitam barədə məlumat ƏMAS altsisteminə vaxtında yerləşdirilmiş, son haqq-hesab və istifadə olunmamış məzuniyyət günlərinə görə ödənişlər tam şəkildə təmin edilmişdir. Məhkəmə iddiaçının ərizəni təzyiq və məcburetmə altında yazması ilə bağlı dəlillərini araşdıraraq həmin iddiaların heç bir mötəbər sübutla təsdiq edilmədiyini, habelə iddiaçının xəbərdarlıq müddəti ərzində ərizəsini geri götürmək üçün işəgötürənə müraciət etmədiyini müəyyən etmişdir. Bu baxımdan ərizənin etibarsız hesab edilməsi barədə tələb əsassız qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı əmək hüquqlarının pozulduğunu bildiyi andan etibarən qanunla müəyyən edilmiş bir aylıq müddətdə məhkəməyə müraciət etməmişdir. İddiaçının Əmək Müfəttişliyinə müraciət etməsi və səhhəti ilə bağlı irəli sürdüyü hallar məhkəməyə vaxtında müraciət edilməməsi üçün üzrlü səbəb kimi qəbul edilməmiş və bu halları təsdiq edən sübutlar təqdim olunmamışdır. İddiaçının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı əmrə dair tələbinə münasibətdə isə məhkəmə müəyyən etmişdir ki, töhmət barədə əmr sonradan cavabdeh tərəfindən etibarsız hesab edilmiş, hüquqi qüvvəsini itirmişdir və bu səbəbdən həmin əmrin məhkəmə qaydasında ləğvinə zərurət mövcud deyildir. Yazılı xəbərdarlıq isə intizam tənbehi hesab edilmir. Beləliklə, məhkəmə əsaslı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının işə bərpa, əmrlərin ləğvi və əmək haqqının ödənilməsi ilə bağlı iddia tələbləri əsassızdır. İddiaçı qeyd edilən qətnamə ilə razılaşmamış və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı apellyasiya şikayəti əsassızdır və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 9 dekabr 2025-ci il tarixli e-2(009)- 2499/2025 nömrəli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Bildirir ki, iddiaçı 9 avqust 2024-cü il tarixindən İdarənin Hüquq və sənədlərlə iş şöbəsinin baş məsləhətçi vəzifəsinə təyin edilmiş, İdarənin 12 avqust 2025-ci il tarixli 7-2/3-988/2025 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı 16 mart 2023-cü il tarixli xxxxxxx000900 nömrəli əmək müqaviləsi ilə İdarənin Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun böyük məsləhətçisi vəzifəsinə qəbul edilmiş, daha sonra 9 avqust 2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun baş məsləhətçi vəzifəsində çalışmışdır. İdarənin 12 avqust 2025-ci il tarixli 7-2/3-988/2025 nömrəli əmri ilə 1 sentyabr 2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndinə uyğun olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 11 avqust 2025-ci il tarixində X3 Dövriyyəsi vasitəsilə ərizə təqdim edərək öz xahişi ilə müddət gözləmədən işdən azad olmaq istədiyini bildirmiş, 12 avqust 2025-ci il tarixli 7-2/3- 985/2025 nömrəli ərizəsi ilə də həmin sistem üzərindən tanış olmuşdur. İdarənin 12 avqust 2025-ci il tarixli 7-2/3-988/2025 nömrəli əmrində iddiaçının 1 sentyabr 2025-ci il tarixində əmək müqaviləsinə xitam veriləcəyi, həmçinin 16 aprel 2025-ci il tarixdən 1 sentyabr 2025ci il tarixinədək istifadə edilməmiş 7 məzuniyyət gününün qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi göstərilmişdir. Eyni tarixli digər bir əmrlə (7-2/3-989/2025) iddiaçıya 12 avqust 2025-ci il tarixindən 20 təqvim günü müddətində əmək məzuniyyəti verilmişdir. 1 sentyabr 2025-ci il tarixində işəgötürən tərəfindən “Əmək və məşğulluq” altsisteminə (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş yerləşdirilmişdir. Elə həmin tarixdə verilmiş ödəniş tapşırığı ilə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada son haqq-hesabı ödənilmişdir. Beləliklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi prosesi tamamlanmış və bütün hesablaşmalar vaxtında aparılmışdır. İddiaçı 6 oktyabr 2025-ci il tarixində Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 7 oktyabr 2025-ci il tarixində mediasiya prosesinin başlanılması barədə təklif İdarəyə göndərilmişdir. İlkin mediasiya sessiyası 15 oktyabr 2025-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Həmin tarixdə iddiaçıya Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6-01945 nömrəli ilkin mediasiya sessiyasından sonra iştirak edilməmə barəsində arayış təqdim edilmişdir. Daha sonra iddiaçı 20 oktyabr 2025-ci il qeydiyyat tarixli iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. 3 Beləliklə, aydın olur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən (ərizə cari ilin 11 avqust tarixində yazılmış, əmrlə növbəti gün - 12 avqust tarixində tanış olunmuş, son haqq-hesab növbəti ay - 1 sentyabr tarixində təmin edilmişdir) etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Aşağıdakı arqumentlər fövqündə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü halları tamamilə əsassız və subyektiv xarakter daşıdığını bildirir. Bildiyimiz kimi əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür. Həmçinin iddiaçının hüquqşünas ixtisasına malik olması onun əmək hüquqları barədə tam məlumatlı olmasını və bu sahədə hüquqi savadlı davranış sərgiləməsini şərtləndirir. Qeyd olunmalıdır ki, iddiaçı ona işdən çıxma barədə ərizənin təzyiq altında yazdırılması və həmin təzyiqin nədə özünü göstərməsi ilə əlaqəli məhkəməyə obyektiv sübut təqdim etməmiş və belə hallarla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Bu fakt özü göstərir ki, ərizənin könüllü şəkildə təqdim edilməsi ilə bağlı onun iradə azadlığı pozulmamışdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, yazılı xəbərdarlıq barəsində 24 sentyabr 2025-ci il tarixində tanış olmuşdur. Lakin işin faktiki hallarına əsasən iddiaçı yazılı xəbərdarlığın edilməsi haqqında əmrlə “X2” sistemi vasitəsilə 12 avqust 2025-ci il tarixində tanış olmuş və sistemdən çıxarışlar məhkəməyə sübut kimi təqdim edilmişdir. Əlavə olaraq, İdarə tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə İddiaçı dair “X2” sistemindən bütün lazımi çıxarışlar təqdim edilmiş, məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bildirir ki, müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Buna baxmayaraq, iddiaçı həmin müddət ərzində ərizəsini geri götürmək barədə rəhbərliyə ərizə ilə müraciət etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən qeyd edir ki, əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən, ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır. Bu baxımdan, iddiaçının ərizəsi onun öz iradəsini sərbəst ifadə etdiyini göstərir. O, nə xəbərdarlıq müddəti ərzində ərizəsini geri götürmək barədə İdarəyə müraciət etməmiş, beləliklə ərizənin qüvvədə qalmasına razılığını faktiki olaraq təsdiq etmişdir. İddiaçının əmək müqaviləsi ləğv edildikdən və işdən azad olunmasından uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdükdən sonra qaldırdığı iddiasının hüquqi qüvvəsi yoxdur. Yekun olaraq bildirir ki, məhkəmə təqdim olunmuş sübutları nəzərə almış və tam, qərəzsiz və obyektiv hüquqi qiymət vermişdir. Yuxarıda istinad edilən əsasları rəhbər tutaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli e-2(009)-2499/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
23. 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
24. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
25. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.
26. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
27. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.
28. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
29. 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
30. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
31. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
32. 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
33. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir»
34. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
35. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2499/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
48. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
49. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əmək müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında o, İdarənin Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun böyük məsləhətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdən Hüquq və sənədlərlə iş şöbəsinin Hüquq sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı müddət gözləmədən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi ərizə ilə işəgötürənə müraciət etmiş və Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xx.xx.2025-ci il tarixli əmrinə əsasən X9 ilə bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir.
50. İddiaçı apellyasiya şikayətini işdən çıxmaqla bağlı ərizənin məcburiyyət və hədə-qorxuların təsiri altında yazdığını, Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əmək müqaviləsinin xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 7-2/3- 988/2025 saylı əmrini və onun intizam məsuliyyətinə cəlb etməsi ilə bağlı əmrin qanunsuz olduğunu əsas gətirir.
51. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
52. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
53. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalı, işçinin iradə ifadəsi bildirildiyi halda isə xitam verilməlidir. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir.
54. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iddiaçı cavabdeh ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə ilə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, müraciətində işdən çıxma tarixini qeyd etmiş, işəgötürən tərəfindən isə onunla bağlanılmış əmək müqaviləsinə iddiaçının qeyd etdiyi tarixdən - xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən “Əmək və məşğulluq” altsisteminə (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş yerləşdirilmişdir. Bu baxımdan cavabdehin iddiaçı barəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul etdiyi əmr qanunvericiliyin tələblərinə tam uyğun olmuş, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur.
55. Kollegiya şikayətin “ərizənin məcburetmə və təzyiq altında yazılması” ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, iddiaçının istinad etdiyi dəlillər hər hansı mötəbər sübutlarla təsdiq olunmur. İş materialarından da göründüyü kimi, iddiaçı xəbərdarlıq müddəti ərzində də ərizəsinin geri götürülməsi barədə işəgötürənə müraciət etməmişdir.
56. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən işdən çıxma barədə ərizənin təzyiq və məcburetmə altında yazılması öz təsdiqini tapmadığından və əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa tələblərini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
60. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
61. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
62. Kollegiya iddia tələbinin intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı əmrin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçıya intizam tənbehi kimi xx.xx.2025-ci il tarixli əmrlərlə töhmət verilsə də, xx.xx.2025-ci il tarixli əmrlə həmin əmrlər etibarsız hesab edilmişdir. Yəni cavabdeh tərəfindən iddiaçı barəsində intizam məsuliyyətinə cəlb etmə haqqında əmr etibarsız hesab edildiyindən hüquqi qüvvəsini itirmişdir və həmin əmri məhkəmə qaydasında ləğv edilməsinə zərurət yoxdur. xx.xx.2025ci il tarixli iddiaçıya verilmiş yazılı xəbərdarlıq isə intizam tənbehi hesab edilmir.
63. Kollegiya iddia tələbinin məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi iddianı bu hissədə də təmin etməməkdə haqlı olmuşdur.
64. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi qənaəti də əsaslıdır.
65. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
66. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər.
67. İşin hallarından görünür ki, iddiaçı işdən azad olunduğu xx.xx.2025-ci il tarixdən sonra işə çıxmamış, işdən azad olunması barədə əmrin qəbulundan məlumatı olmuş, xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixdə mediasiya prosesinin başlanılması barədə təklif işəgötürənə göndərilmiş, xx.xx.2025-ci il tarixdə iddiaçıya ilkin mediasiya sessiyasından sona iştirak edilməmə barəsində arayış təqdim edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci ildə müraciət etmişdir.
68. İddiaçı məhkəməyə vaxtında müraciət edilməməsini onun Əmək Müfəttişliyinə müraciət etməsi və işdən azad olunduqdan sonra səhhətində yaranmış problem ilə bağlı olduğunu qeyd etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının Əmək Müfəttişliyinə müraciət etməsi və onun müraciəti əsasında aparılan müvafiq araşdırmanın nəticəsinin gözlənilməsi məhkəməyə vaxtında müraciət edilməməsinin üzrlü halı kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçı tərəfindən səhhətində yaranan problemin məhkəməyə vaxtında müraciət edə bilməməsinə dair sübutlar təqdim edilməmişdir.
69. Beləliklə, mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürdüyündən iddiaçının xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbini bu əsasla da rədd etməklə birinci instansiya məhkəməsi düzgün mövqedə olmuşdur.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2499/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.