Məhkəmə qərarları › İş №2(3-6)-3523/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3523/2026

14.08.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3523/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və İskəndərov Sultan Ağaverdi oğlu cavabdeh1 və İbrahimov Zaman Ağaverdi oğluna qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, İddiaçılar iddiaçı2 və İskəndərov Sultan Ağaverdi oğlunun cavabdeh1 və İbrahimov Zaman Ağaverdi oğluna qarşı “mənzil bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından maraqlı şəxs2 və maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddiaçı2 və İskəndərov Sultan Ağaverdi oğlu cavabdeh1 və İbrahimov Zaman Ağaverdi oğluna qarşı “mənzil bölgüsü” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Azərbaycan SSR Oktyabr Rayonu Xalq Məhkəməsinin (hazırda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi) ##.##.1987-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

3. Qətnamədən narazı qalan maraqlı şəxs2 və maraqlı şəxs1 apellyasiya şikayəti vermişlər, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.

4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi maraqlı şəxs2 və maraqlı şəxs1 iş üzrə tərəf deyillər və maraqlarına toxunan şəxs qismində cəlb edilməmişlər, habelə sözügedən qətnamənin onun maraqlarına toxunmasına dair hər hansı bir sübut təqdim etməmişlər.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. maraqlı şəxs2 və maraqlı şəxs1 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, apellyasiya şikayətinin icraata götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişlər.

6. Şikayət onunla əsaslandırılmışdır ki, X11 onlara 14.400 manat məbləğində kompensasiya verilməklə onların Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ** saylı evə olan istifadə hüququna xitam verilməsi barədə məhkəməyə iddia ərizəsi vermişdir. Onlar da X11 ilə İbrahimov Z.A. arasında bağlanılmış ##.##.1988-ci il tarixli alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında əldə edilmiş sənədlərin etibarsız hesab edilməsi və onları bu evə mülkiyyət hüquqlarının tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, iş № *(***)-****/**** saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, onların qarşılıqlı iddiası isə təmin edilməmişdir. Qeyd etmək istəyir ki, onlar bu qətnaməni adıqdan sonra məlum olmuşdur ki, yetmiş ildir ki, yaşadıqları evə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.1987ci il tarixli qətnaməsi olmuşdur. Onlar bu qətnaməni rəsmi qaydada dövlət arxivindən alan kimi həmin qətnamədən apellyasiya şikayəti verdilər. Lakin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri geri qaytarılmışdır. Məhkəmə qəbul etdiyi bu qərardadın əsaslandırıcı hissəsində onlar bu qətnamədən apellyasiya şikayətini vermək hüquqlarının olmadığı göstərilmiş və həmçinin bu qətnamənin onların maraqlarına toxunduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Qeyd etmək istəyir ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, onlar məhkəməyə təqdim etdikləri apellyasiya şikayətində həmin bu qətnamə çıxarılan vaxt yəni 1987-ci ildə bu evdə yaşadıqlarını və daimi pasport qeydiyyatında olduqlarını və həmçinin bu evin hələ onlardan da əvvəl valideynləri tərəfindən alındığı göstərilmişdir. Yəni həmin bu mübahisə predmeti olan evdə uzun müddətdir ki, yaşadıqları və valideynləri tərəfindən alındığını göstərsələr də, məhkəmə əsassız olaraq onların ərizələrini geri qaytarmışdır. Mülki işin sənədlərindən də görsənir ki, həmin bu qətnamə birbaşa onların maraqlarına toxunur.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. X11 şikayətə qarşı etiraz verərək qeyd etmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilərək cavabdehlər maraqlı şəxs2, maraqlı şəxs1, X1 və X2 Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna iddiaçı X11 tərəfindən 15.000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlər maraqlı şəxs2, maraqlı şəxs1, X1 və X2 həmin yaşayış sahəsindən çıxarılması, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan işə baxılan zamanı tərəfindən ##.##.2025-ci il tarixdə Oktyabr Rayon Xalq Məhkəməsinin *** nömrəli ##.##.1987ci il tarixli qərarı Məhkəməyə təqdim edilmişdir. Bununla da yuxarıda qeyd olunan iş üzrə tərəflər artıq həmin qərardan məlumatlı olub və qərarı əldə ediblər. Qeyd olunan qərarla iddia təmin olunaraq, Bakı şəhəri, Mirzə Fətəli küçəsindəki ** saylı evin 1-ci mərtəbəsində 19.6 kv.m sahəsi olan * saylı, №*- sahəsi 12.7 kv.m, №* 10.5 kv.m sahəsi, ümumi sahəsi 50.8 kv.m olan yaşayış sahəsi və 11.9 kv.m olan №**, 5.9 kv.m olan №**, 7.3 kv.m olan № *, 49 m2, ümumi sahəsi 39 kv.m. sahəsi olan №* saylı otaqlar iddiaçı2 ayrılması, İskəndərov Sultan Ağaverdi oğluna 1-ci mərtəbədəki №**- 17.6 kv.m, №**- 13 kv.m, № **- ümumi sahəsi 4.5 kv.m, ümumi sahəsi 35.1 kv.m olan №** və №** saylı otaqlar ayrılması, cavabdeh1 2-ci mərtəbədən: sahəsi 21,4 kv.m olan №*, 9,3 kv.m olan №*, 8,5 kv.m sahəsi olan №*, sahəsi 13,12 kvadratmetr olan №** nömrəli, ümumi sahəsi 62.9 kv.m və * saylı yardımçı otağı 12.3 kv.m, * saylı 3.9 kv.m, * saylı 3.4 kv.m, ümumi sahəsi 19.6 kv.m.olan otaqlar ayrılması, İbrahimova Zaman Ağaverdi oğluna 2-ci mərtəbədə: №* 21.0 kv.m, №*-kv.m, №**- 12.5 kv.m, №**-20.1 kv.m. ümumi sahəsi 57.5 m2, və ümumi sahəsi kv.m olan * saylı, 2.8 kv.m olan ** saylı, 5.8 kv.m olan ** saylı, 4.8 kv.m sahədə olan ** saylı, ** saylı ümumi sahəsi 18 kv.m olan otaqlar ayrılması qərara alınmışdır. Pilləkən və darvazanın keçidi tərəflərin ümumi istifadəsinə buraxılmalıdır. Onların bu qərardan 1987-ci ildən məlumatlı olmaması fikri absurddur. Onlar həmin iş üzrə maraqlarına toxunan şəxs deyildir. İşin əsassız olaraq maraqlı şəxs2 və maraqlı şəxs1 tərəfindən uzadılmaması üçün onların apellyasiya şikayəti verilməsinin müddətinin də ötürülməsi təsbit edilməlidir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdən görünür ki, 1987-ci ildə iddiaçılar iddiaçı2 və İskəndərov Sultan Ağaverdi oğlu ilə cavabdehlər cavabdeh1 və İbrahimov Zaman Ağaverdi oğlu arasında mənzil bölgüsü ilə bağlı mübahisə olmuş, məhkəmənin qətnaməsi ilə həmin mülkiyyətçilər arasında mənzilin naturada bölünməsi qərara alınmışdır.

13. Hazırda maraqlı şəxs2 və maraqlı şəxs1 həmin mənzilin valideynləri tərəfindən alındığına və daimi qeydiyyatda olmaqla, orda yaşadıqlarına istinad edərək, qətnamənin onların hüquq və vəzifələrinə toxunduğunu bildirirlər.

14. Lakin maraqlı şəxs2 və maraqlı şəxs1 tərəfindən mənzilin valideynləri tərəfindən alınmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

15. Halbuki, şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs mütləq qaydada qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı və məhkəmə şikayəti qəbul edərkən şikayət verən şəxsin bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar