Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3565/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: öhdəliyin icra olunmaması, əsassız varlanma) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (atası) X2, cavabdeh Cavabdeh, tərcüməçi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında "MITSUBISHI PAJERO" minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı, DONV320RJ00241 ban nömrəli, 4G54E3987 mühərrik nömrəli avtomobilin 4000 manat müqabilində alqı-satqısına dair razılaşma olmuş, razılaşmaya görə İddiaçı Cavabdeh 1500 manat ilkin ödəniş etməyi, qalan 2500 manatı hissəhissə ödəyəcəyini vəd etmiş, Cavabdeh 1500 manatı alaraq avtomobili 1 il müddətli etibarnamə əsasında ##.##.2021-ci il tarixdə İddiaçı təhvil vermişdir.
2. Cavabdeh İddiaçı qarşı “əmlakın qaytarılması” tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, “MITSUBISHI PAJERO" minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı, DONV320RJ00241 ban nömrəli, 4G54E3987 mühərrik nömrəli avtomobilin İddiaçı alınaraq Cavabdeh geri qaytarılması qət edilmişdir.
3. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, “MITSUBISHI PAJERO" minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı, DONV320RJ00241 ban nömrəli, 4G54E3987 mühərrik nömrəli avtomobil ##.##.2013-cü il tarixdən Cavabdeh mülkiyyətindədir, o, avtomobillə bağlı İddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək etibarnamə vermişdir və etibarnamənin müddəti bitdiyindən Cavabdeh avtomobilin qaytarılmasını tələb edir.
4. Həmin işə baxılarkən İddiaçı iddia tələbinə etiraz edərək bildirmişdir ki, avtomobil ondadır, avtomobili Cavabdeh 1500 manat ödəməklə alıb, avtomobilin işə salınması üçün əsas qurğu olan dinamo-starteri təmir etdirib, etibarnaməsinin, habelə sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün avtomobildən istifadə edə bilmir. Avtomobilə çəkdiyi xərc ona geri qaytraılarsa, avtomobili qaytara bilər.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, ##.##.2024-cü il tarixdə icra olunaraq avtomobil Cavabdeh nümayəndəsinə təhvil verilmişdir.
6. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli aktda göstərilmişdir ki, avtomobilin kapotu əzilmişdir, rəngi yararsızdır, kondisionerin kompressoru çıxarılmışdır, avtomobil o formada tələbkar tərəfindən təhvil alınmışdır.
7. Xətai rayonu * saylı avtoservisin defekt aktında göstərilmişdir ki, “MITSUBISHI PAJERO" minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı avtomobil üçün kapot, kondisioner qazı, kondisionerə qaz vurma, elektrik, dəmirçi, rəngsar işləri ümumilikdə 2100 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 1500 manatın və dövlət rüsumunun əvəzi qismində 35 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona qarşı "əmlakın qaytarılması” tələbinə dair iddia qaldırmış, iddiasında bildirmişdir ki, 2021-ci ildə İddiaçı "Mitsubishi Pajero” minik markalı ** VE *** dövət qeydiyyat nişanlı avtomobilini 4000 manata almaq istəmiş, avtomaşına görə İddiaçı ona 1500 manat ödəmiş, qalan pulu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək "Mitsubishi Pajero" minik markalı ** VE *** dövət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur (avtomobil iddiaçıya qaytarılmışdır). Cavabdehdən dəfələrlə pul vəsaitinin geri qaytarılmasını tələb etsə də o, bundan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı avtomobili alarkən ona 1500 manat ödəmiş, qalan 2500 manatı hissə-hissə ödəyəcəyi barəsində aralarında razılaşma olmuş, bundan sonra iddiaçıya 1 illik etibarnamə vermiş, lakin iddiaçı onu aldadaraq pulunu ödəməmişdir. Avtomobili polislərin vasitəsilə təhvil almış, avtomobil ona verilərkən bəzi hissələri mövcud olmamış, üstü əzik olmuşdur.
12. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının 1500 manat pul ödəməsi öz təsdiqini tapmış, eyni zamanda avtomobil mülkiyyətçiyə geri qaytarılmışdır. Bu barədə icra məmuru tərəfindən akt da tərtib olunmuşdur. Hazırda iddiaçı həmin qətnamə üzrə pul məbləğinin cavabdehdən alınaraq ona verilməsini tələb edir.
Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli məhkəmə qətnaməsi hazırki iş üzrə preyudisiayal xarakter daşıyır.
Məhkəmə iclaslarında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməmiş, avtomobilin 3 il ərzində çöldə qaldığını, üstünün əzik və bəzi hissələrinin olmadığını, müvafiq sənədlər təqdim edərək avtomobilə ziyan dəydiyini bildirmişdir.
Məhkəmə bu yerdə qeyd edir ki, cavabdeh ona dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüququna sahibdir.
Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.
Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 324.1-ci, 329.2-ci, 389.1-ci, 425.1-ci, 427.3-cü, 442-ci, 448.1-ci, 448.2-ci maddələrinə istinad etmişdir.
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: Məhkəməsi işə baxarkən obyektiv araşdırma aparmamış, iddianı təmin edərək, mənim mülkiyyətimdə olan avtomobilə iddiaçı İddiaçı tərəfindən maddi zərər vurulmasını, maddi zərərin 4000 manatdan artıq təşkil etməsini nəzərə almamış, iş materiallarında mənim tərəfimdən təqdim edilmiş sübutlara ümumiyyətlə qiymət verməmişdir. Belə ki, iddiaçı avtomobili 3 ildən artıq müddətdə qanunsuz istifadəsində və sahibliyində saxlamış, daha sonra avtomobili geri qaytarmaq istəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, "MTSUBISHI PAJERO" minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı, DONV320RJ00241 ban nömrəli, 4G54E3987 mühərrik nömrəli avtomobilin İddiaçı alınaraq mənə geri qaytarılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, uzun müddət iddiaçı avtomobili təhvil verməkdən imtina etmiş, sonda isə avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilərək, icra məmurunun tərtib etdiyi akt əsasında mənə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə avtomobil borclu İddiaçı tərəfindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi İzzətov Rauf Extiyar oğluna təhvil verilmişdir. Bu zaman avtomobilin kapotu əzilmiş, rəngi yararsız, kondisionerin kompressoru çıxarılmışdır və o formada tələbkar tərəfindən təhvil alınmışdır. Halbuki, avtomobil iddiaçıya təhvil verilən zaman qeyd edilən qüsurlar olmamış, tam istifadəyə yararlı vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Bakı şəhəri, Xətai rayonu * saylı avtoservisin defekt aktından görünür ki, zədələnmiş kapot dəyişdirilməli, kondisionerin kompressoru təmir olunmalıdır və kapot, kondisioner qazı, kondisionerə qaz vurma, elektrik, dəmirçi, rəngsar işləri ümumilikdə 2100 manat təşkil etmişdir. ##.##.2026-cı il tarixli satış çekindən görünür ki, kapot 450 manat, kompressor 650 manatdır. İddiaçı avtomobili alan zaman 1500 manat ödəniş etsə də, 3 ildən artıq müddətdə avtomobil onun sahibliyindəvə istifadəsində olmuş, eləcə də avtomobilə 1500 manatdan dəfələrlə çox məbləğdə maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1 -ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.”
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
17. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi
36. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
37. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
38. İşin müəyyən olunan halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında “MITSUBISHI PAJERO” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin 4000 manat müqabilində İddiaçı satılması barədə razılaşma olmuş, həmin razılaşma çərçivəsində İddiaçı tərəfindən Cavabdeh 1500 manat ödənilmiş və avtomobil ona (İddiaçı) ## ##### 2021-ci il tarixdə ## ##### 2022-ci ilədək müddətə qədər qüvvədə olan etibarnamə əsasında təhvil verilmişdir.
39. Sonradan Cavabdeh İddiaçı qarşı avtomobilin qaytarılması barədə irəli sürdüyü tələb Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə təmin olunaraq avtomobilin İddiaçı alınaraq Cavabdeh qaytarılması qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və avtomobil ## ####### 2024-cü il tarixdə Cavabdeh nümayəndəsinə təhvil verilmişdir.
40. Göründüyü kimi, İddiaçı Cavabdeh ödədiyi 1500 manatın hüquqi əsası avtomobilin onun mülkiyyətinə keçməsi ilə nəticələnməli olan razılaşmadan irəli gəlmiş, lakin avtomobil sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında Cavabdeh qaytarıldığı üçün, İddiaçı avtomobil üçün ödədiyi 1500 manatın Cavabdeh qalmasına əsas verən ilkin hüquqi əsas sonradan aradan qalxmışdır.
41. Başqa sözlə, avtomobilin qaytarılması ilə İddiaçı həmin avtomobili əldə etməsi üçün verdiyi 1500 manatın cavabdehdə saxlanılması üçün əsas olan hüquqi vəziyyət mövcudluğunu itirmişdir.
42. Avtomobil artıq Cavabdeh qaytarıldığı halda, onun müqabilində İddiaçı tərəfindən verilmiş 1500 manatın sonuncuya qaytarılmaması nəticəsində Cavabdeh həmin məbləğ hesabına əsassız varlanmış olur.
43. İddia tələbinə etirazın və apellyasiya şikayətinin əsas dəlillərindən biri kimi irəli sürülən, cavabdehin avtomobili zədələnmiş vəziyyətdə təhvil alması arqumentinə münasibətdə kollegiya qeyd edir ki, avtomobilin zədələnməsi faktının mövcudluğu ilə həmin zərərin İddiaçı təqsirli əməli nəticəsində vurulması faktı fərqləndirilməlidir.
44. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlər birinci halı müəyyən etməyə imkan versə də, ikinci halı, habelə zərərin məhz iddiaçı tərəfindən vurulması ilə onun məbləği arasında səbəbli əlaqəni hazırkı icraat çərçivəsində müəyyən etmək mümkün deyildir.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin avtomobilə vurulduğunu bildirdiyi zərərin 2100 manat təşkil etməsi faktı belə, öz-özlüyündə İddiaçı 1500 manat məbləğində pul vəsaitinin qaytarılması barədə tələbinin rədd edilməsinə əsas vermir; çünkü zərərin əvəzinin ödənilməsi barədə tələb müstəqil maddi-hüquqi tələb olmaqla, onun mövcudluğu, hüquqi əsası, zərərin məbləği, zərərvuranın təqsiri və səbəbli əlaqə ayrıca müəyyən edilməlidir.
46. Hazırkı işdə isə Cavabdeh avtomobilə dəymiş zərərin əvəzinin İddiaçı tutulması barədə qarşılıqlı iddia irəli sürməmişdir.
47. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdehin avtomobilə dəymiş zərərlə bağlı ayrıca iddia qaldırmaq hüququnun olması barədə qənaəti ilə razılaşmamaq üçün əsas yoxdur.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
49. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov