Məhkəmə qərarları › İş №2(3-6)-3702/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3702/2026

09.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3702/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, X3 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Işin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsinin ÖM seriyalı, ****** nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Hacıyeva Məhbubə Məmmədbağır qızı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ** saylı evin 32.93 yaşayış sahəsindən ibarət 2 otaqlı ** saylı mənzili Hacıyeva Məhbubə Məmmədbağır qızının adına rəsmiləşdirilmişdir.

2. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 1MK- ****/**** nömrəli, ##.##.2004-cü il tarixli qətnaməsindən görünür ki, X4 cavabdehlər Hacıyeva Məhbubə Məmmədbağır qızına və qeyrilərinə qarşı borc, zərər pulun tutulması, mənzilə qeydiyyat vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2003-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X4 Hacıyeva Məhbubə Məmmədbağır qızına ##.##.2002- ci il tarixdə 6294 ABŞ dolları borc verməsinə dair müqavilə bağlanmış hesab edilməsi, 6294 ABŞ dolları əsas borc və 24.010 manat zərər pul cəmi 59900 manat pulun Hacıyeva Məhbubə Məmmədbağır qızından alınaraq iddiaçı X4 ödənməsi, ödəmə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 14, mənzil 12-də yerləşən iki otaqlı mənzil əvəzləşdirilərək ona yönəldilməs ivə mənzilin X4 adına qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhəri TI və MHQI həvalə edilməsi qət edilmişdir.

3. 1MK- ****/**** nömrəli, ##.##.2004-cü il tarixli Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, Hacıyeva Məhbubə Məmmədbağır qızının apellyasiya şiakyəti təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## ##### 2003-cii il tarixli qətnaməsi 24.010.000 manat zərər (əldən çıxmış tayda) X6 verilməsi, ödəmənin Bakı şəhəri Bakıxanov qəsəbəsi, Axundov küçəsi ** saylı evin ** saylı mənzili ilə əvəzləşdirilərək ona yönəldilməsi, X15 adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair X4 adına verilmiş qeydiyyat vəsiqəsinin verilməsinin Bakı şəhəri TI və MHQI-nə həvalə edilməsi hissəsində ləğv edilməsi, X4 Hacıyeva Məhbubə Məmmədbağır qızından 5006 ABŞ dolları və ya 24.010.000 manat əldə çıxmış faydaya görə zərər tələbi, qeydiyyat vəsiqəsi verilməsi tələbi təmin edilməməsi, Hacıyeva Məhbubə Məmmədbağır qızının X4 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin ləğvi, mənzilə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, X4 ilə Ismayılov Zahid Zəkulla oğlu arasında ## ###### 2003-cü il tarixdə Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunda Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi ** saylı evin ** saylı mənzilinə dair bağlanılmış ****** saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Həmin müqavilə əsasında Ismayılov Zahid Zəkulla oğlunun adına verilmiş ## ######## 2003-cü il tarixli və X4 adına verilmiş ## #### 2003-cü il tarixli qeydiyyat vəsiqələri ləğv edilməsi, X4 67.130.000 (altmış yeddi milyon yüz otuz min) manat alınaraq Ismayılov Zahid Zəkulla oğluna verilməsi, Ismayılov Zahid Zəkulla oğlu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi ** saylı evin ** saylı mənzilindən çıxarılması, Ismayılov Zahid Zəkulla oğlu Bakı şəhəri Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ** saylı evin ** saylı mənzildən pasport qeydiyyatından çıxarılması, Hacıyeva Məhbubə Məmmədbağır qızı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi ** saylı evin ** saylı mənzilinə köçürülməsi, X11 Məmmədbağır qızından 6294 ABŞ dolları ödənilən anda manatın məzənnəsi ilə alınıb X4 verilməsi hissəsində öz qüvvəsində saxlanılması qərara alınmışdır.

4. *K-*** nömrəli, 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarın surətindən görünür ki, kassasiya şikayıti təmin edilməyərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MIÜMK-nın ## ###### 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı şəhəri Icra Hakimiyyəti Başçısının X24 və Mülkiyət hüquqlarının Qeydiyyat Idarəsinin ##.##.2005-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MIÜMK-nın ## ###### 2004-cü il tarixli icra vərəqəsi idarə tərəfindən ##.##.2005-ci il tarixdə icra olunmuşdur.

6. ##.##.2005-ci il tarixli etibarnamədən görünür ki, Ismayılov Zahid Zəkulla oğlu cavabdeh4 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi ** saylı evin ** saylı mənzildən müvəqqəti istifadə etməyi, kommunal borcları ödəməyi, ona çatası sənədləri almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilib. ## ##### 2008-ci il tarixədək qüvvədə olması qeyd edilmişdir.

7. ##.##.2025-ci il tarixli Sabunçu rayon Polis Idarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi ** saylı evin ** saylı mənzildə cavabdeh4, cavabdeh3, cavabdeh2, X3 ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 yaşadığı bildirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, X3 qarşı “mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı məxsus Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən ** nömrəli evin ** nömrəli mənzilindən cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, X3 ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir.

9. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən ** nömrəli evin ** nömrəli mənzili mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı məxsusdur. Iddiaçı hazırda ona məxsus mənzildən öz istədiyi kimi istifadə edə bilmir, mülkiyyətinə dair sərəncam verə bilmir, mənzilində tanımadığı şəxslər yaşayır və beləliklə də iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulmuş, buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi zəruri hesab etmişlər. Sözügedən mənzilə dair 2004-cü ildə məhkəmə mübahisəsi olmuş, nəticədə hazırki iş üzrə iddiaçının mülkiyyət hüququ bərpa olunaraq mənzildə yaşayan Ismayılov Zahid Zəkulla oğlunun çıxarılması və mülkiyyətçinin həmin mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamənin icrası zamanı məlum olmuşdur ki, Ismayılov Zahid Zəkulla oğlu sözügedən mənzildə yaşamır və mənzildə Zəngilan rayonundan məcburi köçkünlər yaşayır. Buna görə də qətnamə icrasız qalmışdır. Lakin sonradan məlum olmuşdur ki, sözügedən mənzilə dair qeyri-qanuni əsaslarla mülkiyyətçi hesab edilən və bununla bağlı ##.##.2003-cü il tarixli qeydiyyat (Apellyasiya Məhkəməsinin ##.##.2004-cü il tarixli qətnaməsilə ləğv edilmiş) vəsiqəsinə əsaslanan Zahid Ismayılov ##.##.2005-ci ildə həmin mənzildən müvvəqəti istifadəyə dair, yəni 3 (üç) il müddətinə cavabdeh4 etibarnamə vermişdir. Bu da onu göstərir ki, cavabdehlər məcburi köçkün olsalar da, iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsasları yoxdur. Bu qənaətə gəlməyə əsas verən hallardan biri cavabdehlərə həmin mənzili müvəqqəti istifadəyə verən şəxslə iddiaçı arasında mövcud olmuş məhkəmə mübahisəsi üzrə həmin şəxsin adma verilmiş sözügedən mənzillə bağlı qeydiyyat vəsiqəsinin ləğv edilərək həmin mənzilə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, digəri isə 2020-ci ildə Vətən Müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin tamamilə azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğaldan azad olumnuş ərazilərə yeni həyat verilməsi, soydaşlarımızın əksəriyyətinin məcburi köçkün düşdükləri ərazilərə köçürülməsi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və bunun fonunda soydaşlarımızın artıq məcburi köçkün hesab edilməməsidir. Məhz bütün bu qeyd olunanlar baxımından Sabunçu RPI-nin 13-cü Polis Şöbəsinə müraciət edərək iddiaçıya məxsus mənzilin boşaldılmasını xahiş etmişdik. Aparılan araşdırma zamanı iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən ** nömrəli evin ** nömrəli mənzilində cavabdeh4, cavabdeh3, cavabdeh2, X3, X5 və X1 yaşadığı məlum olmuş və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməyi məqsədəmüvafıq hesab olunmuşdur. Işin faktiki hallarından göründüyü kimi, cavabdehlərin iddiaçıya məxsus mənzilə hər hansı bir hüquqları yoxdur, cavabdehlər sözügədən mənzildə qeyri-qanuni əsaslarla yaşayır və bu da iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Iddiaçı faktiki olaraq öz mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmir və eyni zamanda sərəncam vermək hüququ da qanunsuz olaraq məhdudlaşdırılmışdır. Cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün aralarında hər hansı bir razılaşma yoxdur, cavabdehlərin sözügedən mənzilin yaşayış sahəsinə sahiblik və istifadə hüquqları mövcud deyildir. Işin bu və digər halları onu deməyə əsas verir ki, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, X3 ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və iddiaçıya təhvil verməlidir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbinin təmin edilməsi, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, X3 övladları ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 ilə birlikdə iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi ** saylı evin ** saylı mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4-cü maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və cavabdehin mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, cavabdehin istifadə hüququn saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il-ci tarixli , № *(***)-****/**** saylı qətnaməsi ilə razılaşmır. Aşağıdakı əsaslara görə hesab edir ki, № *(***)-****/**** saylı qətnamə ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər bir şəxs ədalətli məhkəmə araşdırması hüququna malikdir. Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il-ci tarixli , № *(***)-****/**** saylı qətanməsi ilə ədalətli qərar qəbul edilməyərək, obyektiv qiymətləndirmə olmamışdır. Bu da öz növbəsində müvafiq maddədə nəzərdə tutulan hüququn pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Hesab edir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış və cavabdeh tərəfin təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Cavabdeh cavabdeh4 23 ildən artıq müddət ərzində mübahisəli mənzildə açıq, fasiləsiz və maneəsiz yaşamışdır. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehin həmin mənzildən istifadəsinə dair hər hansı etiraz, tələb və ya hüquqi müdaxilə edilməmişdir. Məhkəmə isə bu mühüm halı nəzərə almamışdır. Lakin şəxsin mənzildən çıxarılması məsələsi həll edilərkən yalnız mülkiyyət hüququnun mövcudluğu deyil, həmin əmlakdan istifadə münasibətlərinin yaranma səbəbləri, uzunmüddətli faktiki istifadə, və digər mühüm hallar da qiymətləndirilməlidir. Mənzil Zahid adlı şəxsdən pul müqabilində əldə edilmişdir. Yəni cavabdeh həmin mənzilə qanunsuz daxil olmamış, müəyyən razılaşma əsasında əldə etdiyi əmlakdan istifadə etmişdir. Məhkəmə isə bu halların araşdırılması üçün heç bir tədbir görməmiş, Zahid adlı şəxsin müəyyən edilməsi və ya cavabdehin əldə etmə əsaslarının araşdırılması məsələsinə hüquqi qiymət verməmişdir. Məhkəmənin “mənzil iddiaçının mülkiyyətindədir və cavabdehlərin istifadə üçün əsası yoxdur” nəticəsi işin faktiki hallarına uyğun deyil. Çünki cavabdehin istifadə əsası məhz uzunmüddətli faktiki sahiblik, əvvəlki əldə etmə razılaşması və tərəflərin illərlə formalaşmış münasibətlərindən irəli gəlir. Cavabdehin mənzilə istifadə hüquqları yaranmışdır. Məhkəmə qanunun tələbini nəzərə almadan cavabdehlərin mənzildən çıxarılması ilə bağlı qərar qəbul etmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Cavabdeh 23 ildən artıq müddət ərzində qeyd şərtsiz mübahisəli evə köçərək orada yaşadığından, həmin ev cavabdehə də mənsub olduğundan iddia tələbi rədd edilməli idi. Azərbaycan RespublikasıAli Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi” haqqında ## ###### 2005-ci il tarixli qərarına əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd etməyi zəruri hesab edir ki, Yasamal rayon məhkəməsi tərəfindən işin halları tam hərtərəfli araşdırılmamışdır. Yekun məhkəmə aktı çıxarılan zaman obyektiv qiymətləndirilmə olmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. mənzil Zahid adlı şəxsdən pul müqabilində əldə edilmişdir. Yəni cavabdeh həmin mənzilə qanunsuz daxil olmamış, müəyyən razılaşma əsasında əldə etdiyi əmlakdan istifadə etmişdir. Məhkəmə isə bu halların araşdırılması üçün heç bir tədbir görməmiş, Zahid adlı şəxsin müəyyən edilməsi və ya cavabdehin əldə etmə əsaslarının araşdırılması məsələsinə hüquqi qiymət verməmişdir. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. AzərbaycanRespublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin müvafiq maddələrini rəhbər tutaraq bildirir ki, nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmə tərəfindən tam aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmır. Hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tətbiq edilmiş maddi hüquq normalarına uyğundur, apellyasiya şikayəti isə mübahisəli mənzil üzərində cavabdehin hüququnun mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmır. Belə ki, iş materiallarından görünür ki, mübahisəli mənzilə dair əvvəlki mübahisə üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli, *MK-****/**** saylı qətnaməsi ilə həmin mənzilə dair əvvəlki alqı-satqı münasibətlərinə və qeydiyyat vəsiqələrinə hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə X4 ilə Ismayılov Zahid Zəkulla oğlu arasında ## ###### 2003-cü il tarixdə bağlanmış ****** saylı alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, Ismayılov Zahid Zəkulla oğlunun adına verilmiş ## ######## 2003-cü il tarixli və X4 adına verilmiş ## #### 2003-cü il tarixli qeydiyyat vəsiqələri ləğv edilmiş, Ismayılov Zahid Zəkulla oğlunun mənzildən çıxarılması, iddiaçının isə həmin mənzilə köçürülməsi qət edilmişdir. Bundan başqa, iş materiallarında olan Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsinin məktubundan görünür ki, həmin məhkəmə aktı üzrə icra vərəqəsi ## ###### 2005-ci il tarixdə icra olunmuşdur. Beləliklə, Zahid Ismayılovun mübahisəli mənzilə münasibətdə mülkiyyətçi və ya sərəncamvermə səlahiyyətinə malik şəxs olmadığı hələ 2004-cü ildə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Bu baxımdan mənzil üzərində Zahid Ismayılovun hər hansı bir hüququ olmadığı halda cavabdehin Zahid Ismayılovla arasında əvvəllər razılaşmasının olmasına istinad etməsi barədə mövqeyi onun xeyrinə deyil, əksinə, şikayətin əsassız olduğunu təsdiq edir. Hüquqi statusunu itirmiş və mənzildən çıxarılması qət edilmiş şəxs sonradan həmin mənzil barəsində başqasına mülkiyyət və ya müddətsiz istifadə hüququ verə bilməz. Bundan başqa cavabdehin istinad etdiyi ## ##### 2005-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, sənəd üç il müddətinə verilmiş və cavabdehə mənzillə bağlı müəyyən hərəkətləri həyata keçirmək üçün təmsilçilik səlahiyyəti nəzərdə tutmuşdur. Etibarnamə mahiyyət etibarilə birtərəfli təmsilçilik sənədidir; o, daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqaviləsi, yaşayış sahəsindən istifadə hüququ yaradan notariat qaydasında razılaşma və ya dövlət qeydiyyatına alınmış məhdud əşya hüququ deyildir. Üstəlik, etibarnamənin verildiyi tarixdə Zahid Ismayılovun mənzilə dair qeydiyyat vəsiqəsi artıq ## ###### 2004-cü il tarixli qətnamə ilə ləğv edilmiş, onun mənzildən çıxarılması qət edilmişdir. Deməli, hüququ olmayan şəxsin verdiyi etibarnamə əsasında cavabdehin iddiaçının mülkiyyətinə qarşı müstəqil və üstün hüquq əldə etməsi hüquqi baxımdan mümkün deyildir. Digər tərəfdən apellyasiya şikayətinin əsas arqumentlərindən biri cavabdehin uzun illər mübahisəli mənzildə yaşaması ilə bağlıdır. Lakin faktiki sahiblik və ya uzun müddət yaşayış hüquqi əsasın əvəzi deyildir. Yaşayış sahəsindən istifadə hüququnun yaranması qanunda nəzərdə tutulmuş hüquqi faktlardan asılıdır. Cavabdehin mənzildə 20 ildən artıq yaşaması onun həmin mənzilə mülkiyyət, məhdud əşya hüququ və ya iddiaçıya qarşı irəli sürülə bilən digər davamlı istifadə hüququ əldə etməsi imkanını vermir. Iddiaçının sözügedən mənzilə ##.##.2005-ci ildə mülkiyyət hüququnun bərpa edilməsi qeydiyyata alınmış və bu barədə ona qeydiyyat vəsiqəsi verilmişdir. Ilk növbədə, cavabdehlər həmin mənzildə yaşamalarına dair razılığı mülkiyyətçidən almamış, cavabdehlər mənzilə hüququ olmayan şəxs tərəfindən verilmiş etibarnamə əsasında mənzildə yaşayır, cavabdehlər birinci instansiya məhkəməsində mənzildə yaşamaq əsasları kimi Zahid Ismayılov adlı şəxsə pul verdiklərini bildirmişlər. Bu da onu deməyə əsas verir ki, cavabdehlər mülkiyyətçinin hüquqlarını pozmaq əvəzinə, pul verdiklərini bildirdikləri Zahid Ismayılov adlı şəxsə qarşı iddia qaldırmaları daha məqsədə müvafiq olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, ## ######## 2000-ci ildən sonra yaşayış sahəsindən istifadə ilə bağlı yaranan münasibətlərdə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri nəzərə alınmalı, mülkiyyətçinin ailə üzvü olmayan digər şəxslərin məhdud əşya hüququ xarakterli istifadə hüququ, bir qayda olaraq, mülkiyyətçi ilə notariat qaydasında təsdiq edilmiş razılaşma və dövlət reyestrində qeydiyyat əsasında yaranmalıdır. Şifahi razılıq və qeydiyyat faktı belə, qanunun tələb etdiyi hallarda öz-özlüyündə həmin hüququ yaratmır. Hazırkı işdə cavabdehlər iddiaçının ailə üzvü deyildir. Iddiaçı ilə cavabdehlər arasında mənzildən müddətsiz və ya daimi istifadə hüququ verən notariat qaydasında təsdiq edilmiş müqavilə və dövlət reyestrində qeydiyyata alınmış istifadə hüququ mövcud deyildir. Qeyd etdiyi kimi, apellyasiya şikayətində mənzilin Zahid Ismayılov adlı şəxsdən pul müqabilində əldə edildiyi göstərilmişdir. Lakin daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün sadəcə pul verilməsi kifayət deyildir. Belə bir hüququn yaranması üçün sərəncam verən şəxsin həmin əmlak üzərində hüquqa malik olması, qanunun tələb etdiyi əqd formasına riayət edilməsi və müvafiq hallarda dövlət qeydiyyatının aparılması zəruridir. Zahid Ismayılovun hüququnun məhkəmə qaydasında ləğv edildiyi və onun mənzildən çıxarılmasının qət edildiyi şəraitdə onun cavabdehə mənzil üzərində iddiaçının mülkiyyət hüququna qarşı irəli sürülə bilən hüquq ötürməsi mümkün deyildir. Cavabdehin Zahid Ismayılova hər hansı məbləğdə pul ödəməsi sübuta yetirilsə belə, bu hal ən çox həmin şəxslər arasındakı ayrıca öhdəlik münasibətinə aid ola bilər; iddiaçının mənzil üzərində mülkiyyət hüququnu məhdudlaşdıran hüquqi əsas yaratmır. Cavabdeh apellyasiya şikayətində iddiaçının uzun müddət ərzində onun mənzildə yaşamasına etiraz etməməsini qeyd etmişdir. Bu arqument də əsaslı deyildir. Mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam səlahiyyətlərini birləşdirir və mülkiyyətçinin müəyyən müddət ərzində hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməməsi, ayrıca hüquqi əsas olmadan üçüncü şəxsə istifadə hüququ vermir. Iddiaçının əvvəlki qətnamənin faktiki icrasında yaranmış çətinliklər, mənzildə məcburi köçkünlərin yaşaması və sonrakı faktiki vəziyyət səbəbindən uzun müddət əmlakından istifadə edə bilməməsi onun mülkiyyət hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Mülkiyyət hüququndan imtina açıq və hüquqi baxımdan müəyyən iradə tələb edir. Iş materiallarında iddiaçının cavabdehə daimi yaşayış hüququ verməsi və ya öz mülkiyyət hüququndan imtina etməsi barədə heç bir sübut yoxdur. Iş materiallarında mənzildə yaşayan şəxslərin bir qisminin məcburi köçkün olması barədə məlumatın mövcudluğu xüsusi mülkiyyət hüququnun aradan qalxmasına və ya həmin şəxslərin konkret mənzil üzərində müddətsiz hüquq əldə etməsinə səbəb olmur. Sosial müdafiə və yaşayış təminatı ilə bağlı dövlət öhdəlikləri xüsusi mülkiyyətçinin üzərinə onun iradəsindən kənar şəkildə daimi yaşayış yükü qoyulması formasında həyata keçirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdehlərin mənzilə yerləşməsi iddiaçının razılığına əsaslanmır. Cavabdehin istinad etdiyi etibarnamə iddiaçı tərəfindən verilməmişdir. Buna görə də cavabdehlərin sosial statusu ilə iddiaçının mülkiyyət hüququ arasında elə bir hüquqi əlaqə yoxdur ki, bu əlaqə mənzilin boşaldılması tələbinin rədd edilməsinə əsas versin. AR Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ şəxsin əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu ehtiva edir. Mülkiyyətçi öz əmlakına üçüncü şəxslərin qanunsuz müdaxiləsinin aradan qaldırılmasını tələb edə bilər. Hazırkı halda iddiaçı mənzilin mülkiyyətçisidir, cavabdehlərin isə mənzildə yaşamasına əsas verən hal mövcud deyildir. Cavabdehlərin faktiki sahibliyi iddiaçının mənzildən istifadə və sərəncam imkanlarını tam şəkildə məhdudlaşdırır. Buna görə birinci instansiya məhkəməsinin cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə gəldiyi nəticəsi mülkiyyət hüququnun real və səmərəli müdafiəsinə xidmət edir. Onu da qeyd edir ki, cavabdeh apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulduğunu ümumi şəkildə qeyd etsə də, birinci instansiya məhkəməsinin hansı konkret hüquq normasını səhv tətbiq etdiyini və həmin səhvin işin nəticəsinə necə təsir göstərdiyini əsaslandıra bilməmişdir. Eyni qaydada, hansı mühüm faktiki halın araşdırılmadığı, hansı sübutun əsassız rədd edildiyi və ya qətnamədəki hansı nəticənin iş materialları ilə ziddiyyət təşkil etdiyi konkret və inandırıcı şəkildə göstərilməmişdir. Əksinə, apellyasiya şikayətinin özündə istinad edilən 2005-ci il tarixli etibarnamə, Zahid Ismayılovla münasibətlər və uzunmüddətli faktiki yaşayış cavabdehin iddiaçıdan törəyən hüququnun olmadığını göstərir. AR Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə faktlar baxımından qanuni, əsaslı və mahiyyəti üzrə düzgün qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun mülkiyyət hüququ ilə tarazlaşdırılması barədə ümumi hüquqi mövqelərə istinad edir. Bu mövqelərdən cavabdehin xeyrinə nəticə çıxarmaq üçün əvvəlcə onun qorunan istifadə hüququnun yarandığı müəyyən edilməlidir. Hüququn tarazlaşdırılması yalnız hüquqi cəhətdən mövcud olan və müdafiə olunan hüquqlar arasında aparıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində də vurğulanır ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması ilkin məsələdir. Hüquq yaranmamışdırsa, ona xitam verilməsi və ya onun mülkiyyət hüququ ilə tarazlaşdırılması məsələsi də həmin formada meydana çıxmır. Hazırkı işdə cavabdehin iddiaçı ilə ailə münasibəti, notariat qaydasında razılaşması və dövlət qeydiyyatına alınmış istifadə hüququ mövcud olmadığından, onun faktiki yaşayışını iddiaçının mülkiyyət hüququna bərabər hüquqi çəkidə təqdim etmək olmaz. Mübahisənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, cavabdeh istinad etdiyi Zahid Ismayılovun mənzilə dair hüququ sadəcə sonradan mübahisələndirilməmiş, məhz qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə ləğv edilmişdir. Həmin qətnamə ilə onun mənzildən çıxarılması da qət olunmuşdur. Bu səbəbdən də cavabdehin ## ##### 2005-ci ildə Zahid Ismayılovdan aldığı etibarnamə hüquqi baxımdan artıq mövcud olmayan bir sərəncam səlahiyyətinə söykənir. Həmçinin onu da qeyd edir ki, apellyasiya şikayətindən göründüyü kimi cavabdeh Bakı şəhər Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il-ci tarixli , № *(***)-****/**** saylı qətnaməsinin ləğv edilib, mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, istifadə hüququnun saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Lakin işdən göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsində iddiaçıya qarşı istifadə hüququnun tanınması barədə tələbi olmamışdır. Bu mənada hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və AR MPMnin 367, 372 və 384.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasından, cavabdeh cavabdeh4 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il-ci tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

18. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, qətnaməni cavabdeh cavabdeh4 mübahisələndirsə də, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ iş materialları ilə təsdiq olunur və tərəflər arasında bu hüququn mövcudluğu barədə mübahisə yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ** saylı evin ** saylı mənzili ilə bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin ##.##.2004-cü il tarixli, *MK-****/**** nömrəli qətnaməsi ilə Ismayılov Zahid Zəkulla oğlunun adına verilmiş ##.##.2003-cü il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmiş, həmin şəxsin mənzildən çıxarılması, Hacıyeva Məhbubə Məmmədbağır qızının isə mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə kassasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir.

37. Bununla yanaşı, iş materiallarında olan Bakı şəhəri Icra Hakimiyyəti Başçısının X25 və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsinin ##.##.2005-ci il tarixli məktubundan görünür ki, həmin məhkəmə aktı üzrə verilmiş icra vərəqəsi ##.##.2005-ci il tarixdə icra olunmuşdur. Sonradan isə iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ bərpa edilərək qeydiyyata alınmışdır.

38. Beləliklə, hazırkı iş üzrə mübahisəli mənzilin iddiaçıya məxsus olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkməsi haqlı olaraq hesab etmişdir ki, nə qədər ki, sözügedən mənzil iddiaçının mülkiyyətindədir və cavabdehlərin iddiaçının mülkiyyətindən istifadə etməsinə hər hansı bir əsaslar müyyən edilməmişdir, iddia tələbi təmin edilməli cavabehlər ailə üzvəri ilə birlikdə iddiaçının qanuni istfadəsinə verilmiş mənzildən çıxarılmalıdır.

41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ qanunla qorunur.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

43. Hazırkı işdə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə yaşayırlar. Lakin onların həmin mənzildən istifadə etmələri üçün iddiaçı tərəfindən verilmiş hər hansı razılıq, müqavilə və ya digər hüquqi əsas müəyyən edilməmişdir. Cavabdehlərin mənzildə yaşamasına əsas kimi istinad etdikləri ##.##.2005-ci il tarixli etibarnamə isə Ismayılov Zahid Zəkulla oğlu tərəfindən ##.##.2005-ci il tarixdə verilmişdir. X7 Zəkulla oğlunun mübahisəli mənzil üzərində hüququ ##.##.2004-cü il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq ləğv edilmiş və onun həmin mənzildən çıxarılması qət edilmişdir.

44. Apellyasiya şikayətində cavabdeh həmçinin qeyd edir ki, o, 23 ildən artıq müddət ərzində mübahisəli mənzildə maneəsiz yaşamış, həmin müddət ərzində iddiaçı tərəfindən onun mənzildən istifadəsinə etiraz edilməmişdir.

45. Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, mənzildə uzun müddət faktiki yaşamaq özlüyündə həmin şəxsə mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən müddətsiz istifadə etmək hüququ vermir. Belə hüququn mövcudluğu üçün qanunda nəzərdə tutulmuş hüquqi əsas müəyyən edilməlidir. Hazırkı işdə isə belə hal müəyyən edilməmişdir.

46. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları düzgün qiymətləndirmiş, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olduğunu və cavabdehlərin həmin mənzildən istifadə etmələri üçün hüquqi əsasın olmadığını düzgün müəyyən etmişdir.

48. Beləliklə, cavabdehlər ailə üzvləri olmaqla onların iddiaçıya məxsus mənzildə yaşaması üçün qanuni əsasın mövcudluğu müəyyən edilmədiyindən, onların mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh4 aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ğdənilmiş dövlət rüsumu cavabdeh cavabdeh4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar