Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-998/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Maraqlı şəxs) nikahın pozulması faktının təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ## #### 1983-cü il tarixində ** saylı nikah aktı ilə rəsmiləşdirilmiş nikahın ##.##.2002-ci il tarixdən Maraqlı şəxs tərəfindən pozulması faktının təsdiq edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi, ərizəçinin nikahın pozulmasına dair təkrar şəhadətnamə almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Ədliyyə Nazirliyinin Maraqlı şəxs müraciət edə biləcəyinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməzliyinin izah olunması, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100,60 (yüz manat altmış qəpik) manat dövlət rüsumunun Ərizəçi qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin yetkinlik yaşına çatmamış ümumi uşaqları olmadığından qanunvericilik həmin halda nikahın mülki məhkəmə icraatı qaydasında deyil, inzibati qaydada - qeydiyyat şöbəsində pozulmasını nəzərdə tutur. Bu səbəbdən iddiaçının irəli sürdüyü tələb məhkəmə tərəfindən baxılmalı tələblər sırasına aid deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə məhkəmə qaydasında həll edilməli olmadığından iş üzrə icraata xitam verilməlidir. Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qəradadında qeyd edilmişdir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi onunla Əliyeva (Abdullayeva) Səbirə Əhməd qızının ##.##.1983-cü ildə Şirvan şəhərinin Muğanlı icra nümayəndəliyində qeydə alınmış nikahının 2002-ci ildən pozulmuş hesab olunması faktının müəyyən olunmasına nail olmaqdan ibarətdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə cavabdeh inzibati orqan tərəfindən onların nikahlarının pozulmuş olmasını təsdiq edən subaylıq haqqında arayış verilmişdir. Dolayısı ilə iddiaçının tələbi nikahın pozulmuş hesab olunması faktının müəyyən edilməsidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ##### 2019-cu il * №-li qərarının 4-cü bəndində məhkəmələrə izah olunur ki, MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası(vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş tələbi yalnış ifadə etmiş və nəticədə iş üzrə icraata xitam vermişdir. Ərizədə bildirilmişdir və müvafiq sənədləri təqdim etmişdir ki, ərizəçinin nikahı pozulmuş, lakin qeydiyyat orqanının əməkdaşları tərəfindən sənədləşmə aparılmamışdır. Bu səbəbdən də, ərizəçi helə də evli kimi qeyd olunur. Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından aşağıdakılar müəyyən edilir: Maraqlı şəxs ##.##.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş nikahın bağlasnması haqqında ##.##.1983-cü il tarixli ** №-li akt qeydinin surətindən müəyyən olunur ki, X1 ilə Abdullayevə (nikahdan sonra Əliyeva) Şəbinə Əhməd qızı nikaha daxil olmuşdur. (Nikah haqqında akt qeydində nikahın pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır). Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Muğan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli ** №-li cavab məktubu ilə təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, X1 rayonunun Muğan qəsəbəsində yaşayır və qeydiyyatdadır. Ailə tərkibi: arvadı - ##.##.1962-ci il təvəllüdlü Ərizəçidır. Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Əliyev Yedigar deyil, Yadigar Abduləli oğlunun Əliyeva (Abdullayevə) Səbirə Əhməd qızı ilə nikahının ##.##.1983-cü ildə Şirvan şəhərinin Muğanlı icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Bu nikahdan onların ##.##.1984-cü il təvəllüdlü Sərdar Əliyev və ##.##.1987-ci il təvəllüdlü Muxtar Əliyev adlı övladları olmuşdur. İnformasiya sistemində Y.Əliyevin nikahının pozulması haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Maraqlı şəxs ##.##.2026-cı il tarixli *-**-*-**/*-*****/**** saylı cavab məktubunda qeyd olunmuşdur ki, X1 və arvadı Ərizəçi nikahın pozulması haqqında akt qeydinin aşkar edilməsi məqsədilə ##.##.2026-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış lakin X1 ilə Ərizəçi Hacıqabul rayon Muğan kənd İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış ** saylı ##.##.1983-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydi aşkar olunsa da, nikahın pozulması haqqında akt qeydi aşkar olunmadı. Həmçinin 2002-ci il tarixdə Maraqlı şəxs tərəfindən vətəndaşa subaylıq haqqında arayışın verilməsi barədə hərhansı məlumat aşkar edilmədi. Göründüyü kimi, hazırkı mübahisə məhkəmə qaydasında həll edilməli məsələ deyildir. Belə olan halda, hazırkı iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılması üçün prosessual əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla qanuni, əsaslı və ədalətlidir. Qeyd edilməlidir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Beləcə, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayətdə irəli sürülmüş dəlillər mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün hüquqi əsas təşkil etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 157, 158, 159, 160, 263, 264 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Hacıqabul Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-998/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-998/2026
10.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver