Məhkəmə qərarları › İş №2(3-6)-3909/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3909/2026

31.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3909/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından üçüncü şəxs Hüquqi varis tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh4 Əliəkbər oğlu, cavabdeh3, X1 və X2 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Hüquqi varis (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Əliəkbər oğlunun hüquqi varisi) cavabdehlər İddiaçı, cavabdeh4 Əliəkbər oğlu, cavabdeh3, X1 və X2 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs Hüquqi varis ##.##.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayəti AR MPM-lə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. Üçüncü şəxs Hüquqi varis ##.##.2025-ci il tarixdə yenidən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(003)-60/2023-cü il tarixli qətnaməsindən şikayət verərək Bakı şəhər Xəzər rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsini müstəqil tələb irəli sürən üçünçü şəxsin tələbihissəsində ləğv edərək, həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və müddətin buraxılmasını üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Hüquqi varis prosessual müddətin bərpasına dair ərizəsi əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Üçüncü şəxs Hüquqi varis ##.##.2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Xəzər rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından üçüncü şəxs Hüquqi varis tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs Hüquqi varis ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından şikayəti vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 268.1. şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, üçüncü şəxs tərəfindən şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən yəni, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, üçüncü şəxs Hüquqi varis Xəzər rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(003)- **/**** saylı qərardadını rəsmi qaydada özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə ##.##.2025-ci il tarixdə almışdır. Lakin üçüncü şəxs sözügedən qətnamədən apellyasiya şikayətini isə ##.##.2025-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Lakin, üçüncü şəxs qanunun bu tələbinə riayət etməmiş (maddə 268.1) və qərardaddan şikayət vermə müddətini ötürmüşdür. .Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar