Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-394/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və X6 ibarət tərkibdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8559/2017 nömrəli 04 oktyabr 2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə Maraqlı şəxs2 Bəhralı qızının ərizəsinə baxılmasına dair həmin məhkəmənin 05 dekabr 2017-ci il tarixli qərardadından ərizəçi Bağırov Ərizəçi şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Maraqlı şəxs2 Bəhralı qızı və onun nümayəndəsi Qanuni nümayəndə “icrada dönüş edilməsi haqqında” ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017- ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi ləğv edildiyi üçün həmin qətnamənin icrası əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən: Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsi 19 saylı yaşayış evinə dair X3 vərəsələri Ərizəçi, X13 və X12 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzindən həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında aldıqları, reyestrdə 2V-306 və 2V-307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli Şəhadətnamələrin; 29 aprel 2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evindən % hissədə X3 vərəsələri X13 və X12 Ərizəçi miras payının bağışlanmasına dair 3M-170 nömrəsi ilə qeydə alınmış 29 aprel 2019-cu il tarixli "Miras payının bağışlanması müqaviləsi"nin; 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilərək, reyestrdə 3M-170 nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı evin xüsusi mülkiyyət hüququ ilə Ərizəçi adına verilmiş çıxarışın ləğv edilməsi üçün İcrada Dönüş edilməsi barədə qərərdad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - Maraqlı şəxs2 Bəhralı qızı xx xxx 1936-cı ildə, qardaşı Qanuni nümayəndə 25 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşlar, atası Ərizəçi Nağı oğlu və anası Pikə Hacı qızı 1894-cü ildə anadan olmaqla, Bəhrəli Nağı oğlu və Pikə Hacı qızı ilə 29 mart 1914-cü ildə nikaha daxil olaraq evlənmişlər. Halhazırda yaşadığı Bakı şəhəri, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı (keçmiş Pravda küçəsi, ev 13) yaşayış evi atası X11 məxsus olub. Ərizəçi Nağı oğlu 29 avqust 1946-cı ildə, Pikə Məşədi qızı isə 29 may 1954-cü ildə yaşadıqları Bakı şəhəri, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı evdə vəfat etmişdir. Onlar 10 uşaq olmaqla bütün bacı və qardaşları Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı evdə yaşamışlar. Qardaşı oğlu Ərizəçi Bakı şəhəri, Suraxam Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu"n 21 dekabr 1970-ci ildə ölmüş atası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Ərizəçi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi əsasında Bakı şəhəri, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evini xüsusi mülkiyyət hüququ ilə atası X3 adına 25 aprel 2019-cu il tarixdə ********** nömrəsi ilə Dövlət reyestrində qeydə aldırmış və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Daha sonra X3 vərəsələri Ərizəçi, X13 və X17 ərizə ilə 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində notariat ofisinə müraciət edərək, həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. V- 159/2019 saylı vərəsəlik işi üzrə 4 saylı Bakı ASAN Xidmət' Mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən ərizə təsdiq edilmiş, reyestrdə 2V-306 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evindən ¼ hissədə X7 və ¼ hissədə X12 miras payı müəyyən edilmişdir. Eyni zamanda həmin vərəsəlik işi üzrə 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evindən % hissədə Ərizəçi miras payı müəyyən edilmişdir. Daha sonra X17 və X13 29 aprel 2019-cu il tarixli “Miras payın bağışlanması Müqaviləsi”nə əsasən özlərinə məxsus miras payı Ərizəçi bağışlamış və onlar arasında bağlanmış müqavilə 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilərək, reyestrdə 3M170 nömrəsi ilə qeydə alınmışdır. Beləliklə, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Ərizəçi adına qeydə alınmışdır. Maraqlı şəxs2 atasının evinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən qardaşı Hacıağa Bağırovun adına keçməsi barədə məlumat aldıqdan sonra Qubat X1i nümayəndəsi kimi həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi ləğv edilmiş, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmaqla tərəflərə ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə 21 dekabr 1970-ci ildə ölmüş X4 və sonradan onun vərəsələrinin adına dövlət reyestrində qeydə alınmasına əsas olmuş Suraxanı rayon məhkəməsinin 2(010)-8559/2017 saylı qətnaməsi artıq ləğv edilmişdir. Həmin vaxtdan indiyə kimi başqa faktlarla bağlı bir neçə məhkəmə çəkişmələri olmuş və Bakı Apellyasiya məhkəməsində Ərizəçi ərizə ilə müraciət edərək onunla – Maraqlı şəxs2 ilə barışıq əldə etdiyini, apellyasiya şikayətindən imtina etdiyini bildirsə də məhkəmə qərardad qəbul etdikdən sonra (iş № 2(103)-2637/2019,12 mart 2019-cu il) verdiyi ərizədən imtina edərək heç bir hərəkət etməmişdir. Dəfələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Apellyasiya məhkəməsinə müraciətlər edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına müvafiq olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi əsasında Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə X3 adına 25 aprel 2019-cu il tarixdə ********** nömrəsi ilə Dövlət reyestrində qeydə alınması və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış Çıxarışı, daha sonra X3 vərəsələri Ərizəçi, X13 və X12 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzindən həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında aldıqları şəhadətnamələrin, 29 aprel 2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evindən % hissədə Ərizəçi miras payı müəyyən edilməsinə dair Şəhadətnamənin, daha sonra X17 və X13 29 aprel 2019-cu il tarixli "Miras payın bağışlanması Müqaviləsi"nə əsasən özlərinə məxsus miras paylarının Ərizəçi bağışlamaları və onlar arasında bağlanmış və 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilərək, reyestrdə 3M170 nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə Ərizəçi adma qeydə alınması barədə Çıxarışın ləğv edilməsi xahiş edilmiş, lakin heç bir nəticə əldə olunmayaraq, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh üçüncü şəxs tərəfindən sonuncu dəfə 3/21-3-30/2- B00xx-xx/2024, **********85 nömrəli 19 mart 2024-cü il tarixli məktubla müraciətinin icra olunmasından imtina olunmuşdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də nəticə əldə olunmamışdır. İmtina onunla əsaslandırılmışdır ki, guya Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6936/2022 saylı xx.xx.2022-ci il tarixli qərardad onlara rəsmi daxil olmamışdır. Həmçinin bildirilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqına" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi Ərizəçi Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evini xüsusi mülkiyyət hüququ ilə X3 adına rəsmiləşdirməyə hüquq vermiş və bundan istifadə edən Ərizəçi qeyd olunan evi öz adına rəsmiləşdirə bilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6936/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin Qətnamə ləğv edilmiş və həmin Qətnamədən irəli gələn hüquqlar da ləğv edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8559/2017 nömrəli 05 dekabr 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli 2(010)-8559/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsi 19 saylı yaşayış evinə dair X3 vərəsələri Ərizəçi, X13 və X12 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında aldıqları 2V-306 və 2V-307 reyestr nömrəli, 29 aprel 2019-cu il tarixli Şəhadətnamələr, 29 aprel 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 19 saylı yaşayış evindən % hissədə X3 vərəsələri X13 və X12 Ərizəçi miras payının bağışlanmasına dair 3M-170 nömrəsi ilə qeydə alınmış 29 aprel 2019-cu il tarixli “Miras payının bağışlanması müqaviləsi”, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilərək, reyestrdə 3M-170 nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı evin xüsusi mülkiyyət hüququ ilə Ərizəçi adına verilmiş çıxarış və həmin qətnamənin icrası nəticəsində verilmiş digər sənədlərin ləğv edilməsi, qərardadın icrasının Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan Ərizəçi tərəfindən verilmiş şikayət təmin olunmayaraq, məhkəmənin 05 yanvar 2026-cı il tarixli qərardadı ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin icrada dönüş barədə ərizəyə baxmaq səlahiyyəti yox idi. Məhkəmə digər şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələni və əqdi həll etsə də, nə həmin şəxsləri işə cəlb etmiş, nə də həmin əqdin mübahisələndirilmədiyini nəzərə almamışdır. İcra edilmiş qətnamənin ləğv edilməsi o halda icrada dönüşə səbəb ola bilər ki, aparılmış icra onların hüquq və vəzifələrinə toxunsun. Hazırkı halda məhkəmə qətnaməsi və Ali Məhkəmənin qərarı ilə müəyyən edilmiş hallar deməyə imkan verir ki, hazırkı yaşayış evinin nə ərizəçinin nümayəndəsi Qanuni nümayəndə, nə də ki, onun təmsil etdiyi Sofiya Bağırova heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin icrasında dönüş qənəatinə gəlsə də, icrada dönüş nəticəsində ərizəçinin hər hansı hüquqlarının pozulub-pozulmadığını, ümumiyyətlə ərizəçinin belə bir subyektiv hüquqa malik olduğunu aydınlaşdırmamışdır. Ərizəçinin qanuni nümayəndəsi Qanuni nümayəndə Maraqlı şəxs2 ata bir doğma qardaşı olması faktına qiymət verməmiş, Qanuni nümayəndə mübahisəli yaşayış evinin atasına məxsus olması barədə iddiasının təmin edilməməsi və bu qətnamənin apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanılması halını diqqətə almamışdır. İş üzrə Maraqlı şəxs2 şikayətə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin olunmamalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8559/2017 nömrəli 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilərək, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1962-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”nun xx.xx.1970-ci ildə ölmüş X5 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6936/2022 nömrəli 10 noyabr 2022-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli 2(010)-8559/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, miras qoyan X3 əmlakı barədə Ərizəçi adına vərəsəlik haqqında şəhadətnaməsi xx.xx.2019-cu il tarixdə ünvan 2 “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən qeydiyyata alınmışdır. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, X14 ünvan 1 ünvanına dair vərəsəlik haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə ünvan 2 “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən qeydiyyata alınmışdır. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, X10 ünvan 1 ünvanına dair vərəsəlik haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə ünvan 2 “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən qeydiyyata alınmışdır. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, ünvan 2 “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Miras payının bağışlanması müqaviləsi” ilə X17 və X13 xx.xx.2019cu il tarixdə mərhum X2 irs qalmış ünvan 1 ünvanında yerləşən mənzildən hər birinə çatan miras paylarını Ərizəçi bağışlamışlar. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 311-ci maddəsinı görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1.-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci və 236-1.3-cü maddələrinə görə, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Birinci instansiya məhkəməsi hazırki ərizəni təmin edərkən qeyd etmişdir ki, faktla bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi 04 oktyabr 2017-ci il tarixində qəbul edilmiş və onun icrası ilə bağlı 2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mərhum X3 adına çıxarış verilmişdir. Həmin çıxarış əsasında isə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə mərhumun qanun üzrə vərəsələri Ərizəçi, X14 və X10 vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Həmin gün X17 və X13 miras paylarını 3M-170 reyestr nömrəli “Miras payının bağışlanması müqaviləsi” ilə Ərizəçi bağışlamışdırlar. Daha sonra, 2022-ci ildə X8 2(010)-8559/2017 saylı qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş və iş baxılmamış saxlanılmışdır. Belə ki, nəzərə alınmalıdır ki, Suraxanı rayon məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi sonradan ləğv edildiyindən, həmin qətnamə əsasında verilmiş hər hansı hüquq müəyyənedici sənəd, o cümlədən çıxarışlar və notariat aktları hüquqi qüvvəyə malik hesab edilə bilməz və tərəflər arasındakı hüquqi münasibətlər qətnamə qəbul edilməmişdən əvvəl mövcud olmuş vəziyyətə qaytarılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hazırki iş üzrə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də ərizə təmin etmişdir. Müəyyən edilmiş fakt əsasında ərizəçi miras əmlaka dair qeydiyyat işlərini aparsa da, həmin işlərin aparılması qətnamənin icrası ilə bağlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən qətnamə üzrə icra vərəqəsi verilməmişdir. İcra olunmamış qətnamənin icrasında dönüş edilməsi isə mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8559/2017 nömrəli 05 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8559/2017 nömrəli 04 oktyabr 2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə Maraqlı şəxs2 Bəhralı qızının ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-394/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-394/2026
10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver