Məhkəmə qərarları › İş №2(3-6)-3963/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3963/2026

01.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3963/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, *(***)-****/**** saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli qərardaddan cavabdeh Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh və onun vəkili (nümayəndəsi) vəkil1 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi cavabdehə poçt vasitəsilə təqdim edilməmiş, eyni zamanda nümayəndənin səhhətində qəfil yaranmış problemlər səbəbindən nümayəndə, 2 ay müddətində xüsusi tibb müəssisəsində müalicə almış (bu halı təsdiq edə biləcək zəruri tibbi sənədlər ərizəyə baxılan zaman məhkəməyə təqdim ediləcək) və bu səbəbdən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəbdən buraxılmışdır. “Buraxılmış prosessual müddətin bərpası haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, “prosessual müddətin bərpası haqqında” ərizə əsassızıdır. Ərizədə qeyd edilən halı təsdiq edə biləcək hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və ##.##.2026-cı il tarixli qətnamədən apellyasiya şikayəti vermək üçün “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və cavabdeh tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizənin və qətnamədən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir (maddə 133.2). Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (maddə 133.3). Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü ki, cavabdeh tərəf, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etsə də, MPM-in 133.3-cü maddəsinin tələbinə əməl etməmiş, iş üzrə qəbul edilmiş qətnamədən vermək istədiyi apellyasiya şikayətini ərizəyə əlavə etməmişdir. Belə olan halda ərizəyə mahiyyəti üzrə baxıla və onun əsaslı olub-olmamasına hüquqi qiymət verilə bilməzdir; Rayon Məhkəməsi həmin ərizənin icraata qəbul edilməsi üçün əsasların olub-olmamasına qiymət verə bilərdi. Lakin Rayon Məhkəməsi bunu etməmiş, ərizənin əsaslılığına hüquqi qiymət vermişdir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslananan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəsi tərəfindən qəbul edilmiş ## #### 2026cı il tarixli qərardad ləğv edilsin. Cavabdeh Cavabdeh verdiyi “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar