Məhkəmə qərarları › İş №2(3-6)-402/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-402/2026

01.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-402/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı qızının cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2 və “Pirallahı” Tibb Mərkəzinə qarşı işi üzrə Açar sözlər: (“işə bərpa və sair ") hakimlər X27 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı İddiaçı qızı və onun nümayəndəsi vəkil Vəkil Əlirza oğlunun, cavabdeh “X16” X2 nümayəndələri X28 və X1 iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 355/202* saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh “X16” X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı İddiaçı qızı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” hüquqi şəxsin "X16” X2 tərəfindən verilmiş ## #### 2025-ci il tarixli **-*-**/*-*-***/**** nömrəli əmrin ləğv edilməsi, iddiaçı İddiaçı qızının işə bərpa edilməsi və ## #### 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı qızı 1988-1994 illərdə Azərbaycan Tibb Universitetinin Müalicə Proflaktika fakültəsində həkim terapevt ixtisası üzrə təhsil almışdır. Daha sonra təyinatla indiki Pirallahı rayonu ərazisindəki Cilov adasında yerləşən Bakı Baş Səhiyyə İdarəsinin nəzdində olan ** nömrəli X10 sahə həkimi vəzifəsinə təyin edilmişdir. Sonradan ** nömrəli tibbi sanitar hissənin (TSH) adı dəyişilərək ** saylı Birləşmiş şəhər Xəstəxanası (BŞX) olmuş və 2021-ci ilədək orada çalışmışdır. 2014-cü ildə Birləşmiş şəhər Xəstəxanasının (BŞX) nəzdində X35 Yardım Şöbəsi (TTYŞ) yaradılmış və həkim çatışmamazlığından daxili həkimlərin hər birinə 1 ştat vahidi təcili yardım kimi, 05 ştat vahidi isə öz ixtisası üzrə həkim işi vəzifəsi verilmişdir. İddiaçı da həmin vəzifələrdə çalışmışdır. 2021-ci ildə həmin müəssə yəni, ** saylı Birləşmiş şəhər Xəstəxanası, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 (TƏBİB) nəzdinə keçrilmişdir. Bundan sonra TƏBİB-in nəzdində olan “X16” X6 Cilov bölməsi adı ilə fəaliyyətini davam etdirmiş və iddiaçı həkim İddiaçı qızı da həmin vəzifədə öz fəaliyyətini 2025-ci ilin mart ayınadək davam etdirmişdir. İddiaçı işlədiyi müəssisədə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtı-vaxtında yerinə yetirmiş, işlədiyi müddət ərzində işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamışdır. Əksinə Çilov adasında yerləşən Təcili Təxirəsalınmaz və Təcili Yardım şöbəsində səhiyyədəki xidmətlərinə görə rəhbərlik tərəfindən fəxri fərman və əmək haqqından əlavə pul mükafatları ilə təltif edilmişdir. Lakin ## ###### 2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “X16” X2 və “Bakı Baş Səhiyyə Mərkəzi” X2 ştatına və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında 18-1/3-2- ****/**** saylı əmri verilmişdir. Həmin əmrə əsasən BBSM-in ** nömrəli Şəhər Poliklinikasının “Pirallahı həkim məntəqəsi” BBSM-in strukturunda ləğv edilmiş və PTM-in strukturuna verilmişdir. “Pirallahı həkim məntəqəsi”nin bazasında və mövcud ştat vahidləri hesabına PTM-in strukturunda, ünvan 2 ünvanında “Pirallahı Ailə Sağlamlıq Mərkəzi” (Pirallahı ASM) yaradılmışdır. BBSMin ** nömrəli Şəhər Poliklinikasının “Cilov həkim məntəqəsi” BBSM-in strukturunda ləğv edilmiş, PTM-in “Cilov bölməsi” strukturunda ləğv edilmiş və “Cilov bölmə”sinin bazasında və mövcud ştat vahidləri hesabına PTM-in strukturunda, Cilov qəsəbəsi ünvanında “Cilov Ailə Sağlamlıq Mərkəzi” (Cilov ASM) yaradımışdır.Həmçinin əmrin 8.1 bəndinə əsasən Pirallahı ASM və Cilov ASM-in əmək fəaliyyətini icra edəcək əməkdaşlarla əmək qanunvericiliyinə əsasən əmək münasibətlərinin tənzimlənməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 və cavabdeh “X16” X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli **-*-**/*-*-***/**** saylı əmrlə iddiaçı İddiaçı qızının müddətsiz bağlanmış əmək müqaviləsinə - iddiaçıya heç bir əsas olmadan, hər hansı bir iş təklif edilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı İddiaçı qızı barəsində cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “X16” X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı əmri qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndləri, 69-cu maddəsinin 7ci hissəsi, 76-cı maddəsinin, 77-ci maddəsinin2-ci və 3-cü hissəsinin, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndi və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Belə ki, iddiaçı peşəkar işçidir, işlədiyi müddətdə həmişə işinin öhdəsindən layiqincə gəlmiş və işinə vicdanla yanaşmışdır. İşçinin 24 ilə yaxın əmək stajı var, hazırda isə işsizdir, tənha xanımdır. İki övladı var. Böyük qızı 3-cü qrup əlildir (nanizm). Digər kiçik qızı isə ali təhsillidir, rezidentdir və hazırda Naxçıvan MR-da (II kurs tələbəsidir) təhsil alır. Bir sözlə hər iki övladın iddiaçının maddi və mənəvi dəstəyinə daim ehtiyacları vardır. İddiaçının isə heç bir yerdən gəliri yoxdur. Bütün bunlar barədə işlədiyi cavabdeh qurumun rəhbərliyinin də məlumatı var. Eyni zamanda, məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, iddiaçı işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamış, ona boş ştat olduğu halda iş təklif edilməmişdir. Halbuki, iddiaçı hazırda da boş qalmış həmin ştat vahidi üzrə - öz əvvəlki işində çalışmaq istəyir. Halbuki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ### tarixli **** nömrəli Fərmanı "əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımının kefiyyətinin yüksəldilməsi və ilkin səhiyyə xidmətinə əlçatanlığın təmin edilməsi” məqsədi ilə verilmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 ## ###### 2023-cü il tarixdə "X16” X2 və "Bakı Baş Səhiyyə Mərkəzi” X2 ştatına və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında 18- */*-*-****/**** saylı ərmi də məhz ölkə başçısının qeyd olunan Fərmanının icrası ilə əlaqədar qəbul edilməsinə baxmayaraq, cavabdeh bu imkandan sui-istifadə edərək, yeni yaradılmış "Cilov Ailə Sağlamlıq Mərkəzi” (Cilov ASM)-də iddiaçının çalışdığı ştatın boş və vakant olmasına baxmayaraq onu işlə təmin etməmişdir. İddiaçıya bu boş qalmış vakan ştat üzrə hansı səbələrə görə işəğötürən tərəfindən iş təklifinin edilmədiyi hələ də bizdə sual doğurmaqdadır. Nəzərə alınsa ki, qeyd olunan ərazi adadır, ora gediş gəliş yalnız helikopter və ya gəmi ilə olur, belə olan halda həmin yerdə ilkin tibbi xidmət əlçatan olmalıdır. Cavadeh isə bu Fərmandan öz məqsədlərinə uyğun şəkildə istifadə etmiş və iddiaçıya digər alternativ iş təklif etməmiş və boş qalmış ştata isə iddiaçını işə qəbul etməkdən müxtəlif bəhanələrlə yayınmaqdadır. Belə ki, onlarda olan məlumata görə hazırda "Cilov ASM”-də həkim terapevt ştatı üzrə 2 ştat vahidi boşdur. Lakin həmin vəzifəyə də 6 aydır ki heç kim təyin edilməmiş, əksinə həmin ASM-də olan digər ştatı ləğv edərək, orada çalışan işçi də işdən çıxmışdır. Bir sözlə qeyd olunan müəssisədə hazırda həkimterapevt yoxdur. Onu da qeyd edir ki, cavabdeh qurum tərəfindən burda da ayrı-seçkiliyə yol verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq məktubunu gec təqdim etmiş həkim vəzifəsində işləyən iddiaçıya xəbərdarlıq məktubunu Əmək Məcəlləsinin tələblərinə uyğun göndərməmişdir. İddiaçı isə haqlı olaraq ona qanuna zidd təqdim edilmiş xəbərdarlıq məktubu ilə razılaşmayaraq onu imzalamaqdan imtina etmişdir. Qeyd edilənlərdən görünür ki, cavabdehin ümumi işçilərinin sayında hər hansı cüzi azalmaya yol verilsə də iddiaçının həmin əsasla işdən çıxarılması tam qanunsuzdur. Bu cür əmək mübahisəsi ilə bağlı işlərdə sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranırsa və ixtisarı zəruri edən hallarla bağlı sübutlar təqdim edilməlidir. Göründüyü kimi, cavabdeh iddiaçını işdən azad edərkən bu halları araşdırmamış və nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 35ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və II hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16.4-cü maddəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Cavabdeh tərəfindən qəbul edilən əmr tam qanunsuz və əsassızdır. İddiaçının hüquqlarının təmin olunması üçün məhkəmə tərəfində müvafiq qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, iddiaçı digər bir problemlə qarşılaşmışdır. Belə ki, iddiaçı işdən qanunsuz azad edildikdən sonra qeyd olunan məsələnin araşdırılması və prosessual müdafiə hüquqlarının bərpa edilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilə (X20) müraciət etmiş, həmin vəkil iddiaçı və digər bir neçə şəxsdən külli miqdarda pul mənimsəyərək onlara yardım edəcəyini, hətta işə bərpa edəcəyinə dair yalan vədlər vermişdir. Beləliklə də iddiaçının həmçinin digər şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri öz iradələrindən asılı olmayan səbəblərdən pozulmuşdur. Hazırda həmin işlə bağlı iddiaçı və digər zərərçəkmiş şəxslərin şikayəti həm Azərbaycan Respublikası Vəkillər Kollegiyasında, həm Pirallahı rayon prokurorluğunda və Pirallahı rayon Polis İdarəsinin İstintaq Şöbəsində icraatdadır. Əldə etdiyi məlumata görə artıq cinayət işi də başlanılmışdır. Bununla bağlı müvafiq sorğular verilmiş, hələlik cavabları əldə edilməmişdir. Həmçinin hazırda onlarda olan bütün sənədləri məhkəməyə təqdim edirlər, digər sənədlərin və iş üzrə qəbul olunan qərarların əldə edilməsi üçün isə müvafiq cavablar əldə edildikdən sonra təqdim ediləcəkdir. Prosessual müddətləri uzatmamaq niyyətilə iddia ərizələrini məhkəməyə ünvanlayır və icraata qəbul edildikdən və iş üzrə iclas təyin edildikdən sonra işin materiallarına əlavə ediləcəkdir. Yuxarıda qeyd olunan məsələ ilə bağlı araşdırma aparıldığından və hələ cinayət işi istintaq mərhələsində olduğundan iddiaçı prosessual müddətləri buraxmamaq və işi daha da uzatmamaq üçün qanunvericilikdə nəzərdə tutulan məhkəmədən əvvəl Mediasiya Təşkilatına müraciət etmişdir. Mediatorun bütün səylərinə baxmayaraq cavabdeh tərəfindən heç bir nümayəndə prosesdə iştirak etmək istəməmişdir. Bununla bağlı Bakı * saylı Mediasiya Təşkilatından ##.##.2025-ci ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə edilmiş və həmin arayış hazırda iddia ərizəmizə əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələbinin həlli yalnız məhkəmə qaydasında mümkündür. Heç bir təqsiri olmadan uzun illərdir həkim işini layiqincə yerinə yetirən işçinin müddətsiz əmək müqaviləsinə xitam verilməsi və bu halın müəssisədə aktiv vakansiyanın olduğu halda edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər iddiaçının da bir vətəndaş kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Hesab edirik ki, cavabdehin iddiaçının əmək fəaliyyətinə xitam verilməsinə dair əmri tam qanunsuz və əsassızdır. Belə ki, fəaliyyəti müsbət qiymətləndirildiyindən iddiaçı dəfələrlə təriflər almış, başqa müəssisələrə əvəzə getmişdir. Fəaliyyəti dövründə heç bir ciddi nöqsana yol verməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X39 (bundan sonra - BƏT) "Məcburi əmək haqqında” 1930-cu il və "İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in "Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, "məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in ## #### 1998-ci ildə qəbul etdiyi "Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası əmək hüquqlarını müdafiə edir (AR Konstitusiyasının 35-ci maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını təmin edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 5-ci hissəsinə görə işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərsə işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (AR ƏMm.71). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 1 -ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 -ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 6-cı hissəsində qeyd edilmişdir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Ona görə də biz Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər» müddəalarına uyğun olaraq pozulmuş hüquqlarımın bərpa olunması tələbi ilə məhkəməyə müraciət edirik. Cavabdehin qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində iddiaçının əmək hüquqları ilə yanaşı sosial hüquqları da pozulmuşdur. İddiaçı 24 ildən artıq müddətdir ki, həmin tibb müəssisəsində sahə həkimi kimi işləməyinə baxmayaraq işində heç bir təqsiri olmasa belə işdən azad edilmişdir. Lakin, hazırda həmin müəssisədə iddiaçıdan sonra işə düzələn həkimlər öz vəzifəsində işləməyə davam edir və bizdə olan məlumata əsasən hazırda həmin sahə üzrə aktiv vakansiyalar vardır. Eyni zamanda, cavabdehin rəhbərliyi qanunsuz şəkildə iddiaçı ilə bərabər bir neçə şəxsi də işdən çıxararkən onlara öz xahişləri ilə işdən çıxmalarına dair yazılı ərizələr imzalatdırmışdır. Lakin, iddiaçı heç bir yerə imza etməmişdir. Qeyd olunan məsələ ilə bağlı iddiaçı müddətləri keçirmədən hüquqlarının müdafiəsi ilə bağlı vəkil ilə müqavilə bağlamış, lakin həmin vəkil də (X20) iddiaçının inamından sui-istifadə edərək dələduzluq etdiyi üçün barəsində cinayət işi açılmışdır. Qeyd olunan səbəbdən iddiçının məhkəməyə müraciət etməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət iddiaçının təqsiri ucbatından buraxılmadığından həmin müddət üzürlü hesab edilərək bərpa edilməli və iddia ərizəmiz baxılması üçün icraata qəbul edilməlidir.

2. ##.##.2025-ci il tarixdə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı qızının cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 və “X16” X2rşı “işə bərpa və məcburi iş buraxmaya görə pul tələbinə” dair iddia Ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə e2(094)-355/202* saylı iş Sizin icraatınızdadır. Bildirir ki, “X16” X2 ## #### 2025-ci il tarixli **-*-**/*-*-***/**** nömrəli əmrinə əsasən İddiaçı qızının əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin, iş materiallarından göründüyü kimi şəxs ##.##.2025-ci tarixində mediasiyaya müraciət etmiş və ##.##.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Şəxsin işdən çıxarıldığı tarix ilə mediasiya və məhkəməyə müraciət etdiyi tarix arasında təxminən 6 aylıq müddət mövcuddur ki, bu da 1 aylıq müddətin ötməsinə səbəb olmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, Mülki Məcəllənin 375.2ci maddəsini rəhbər tutaraq, iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılması xahiş edilmişdir

3. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-255/202* saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 3-cü bəndinə; 80.1-ci maddəsinə; 300-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı qızı ##.##.2022-ci il tarixdən X16 (Cilov bölməsi üzrə) daxili əvəzçilik Cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə (0,5 ştat vahidi) qəbul edilmişdir. X16” X2 ştat cədvəlinə əsasən Ştat vahidi ixtisar edildiyinə görə YNovruzovanın əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin "b” bəndinə əsasən ##.##.2025-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikasının 70-ci maddəsinin "b” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Razılıq qərarda deyil, protokoldan çıxarışla ifadə olunub. Bu, qanunvericiliyə ziddir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: "Həmkarlar ittifaqı təşkilatı ... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, "əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur.Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmr qanunsuzdur. Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - iş materiallarında olan ##.##.2025-ci il tarixli etibarnamənin surətinə əsasən, İddiaçı qızı hüquqlarının müdafiəsi üçün vəkil X20 etibarnamə vermişdir; - ##.##.2025-ci il tarixli qərara əsasən, X21 və qeyriləri ərizə ilə Pirallahı rayon prokurorluğuna müraciət edərək, vəkil X20 etibardan sui-istifadə və aldatma yolu ilə onların ümumilikda 15000 manat məbləğində pulunu ələ keçirdiyini, habelə Pirallahı rayon məhkəməsinin adından saxta qarar hazırladığını bildirmiş, kollektiv müraciət əsasında Pirallahı rayon prokurorluğunda araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil X20 özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu niyyətini həyata keçirmək üçün X16 Çilov bölümünün bağlanması ilə əlaqədar İşsiz qalan şəxslərin işə bərpa edilməsi və Çilov bölümünün bağlanması barədə əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət edib lehinə qərar çıxarıdıracağı barədə yalan vədlər verərək mediasiya prosesinda iştirak etmədən, eləcə də məhkəməyə müraciət etməyib Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə 1 ay ərzində müraciət edilməsi müddətini ötürərək, 2025-ci ilin mart ayında X3 1200,0 manat, İddiaçı qızından 1500,0 manat, X7 1667,0 manat, X12 1500,0 manat, X17 500,0 manat, X22 1500,0 manat olmaqla, ümumilikdə 7867,0 manat məbləğində pulu vahid niyyatla ala keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi müəyyən olunmuşdur. Buna görə də X20 etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə vətəndəşların ümumilikdə 7867,0 manat olmaqla xeyli miqdarda əmlakını ələ keçirməsi faktına görə Azarbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, Cinayət işi ibtidai istintaqın aparılması üçün istintaq aidiyyəti üzrə Pirallahı RPİ-nin İB-nə göndərilməsi, Qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır; - ##.##.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərara əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan 250136004N-li cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır; - X20 ##.##.2025-ci il tarixli ifadəsinin məzmunuda qeyd edilmişdir ki, "Mənə verilən suallara cavab olaraq bildirirəm ki, mən yuxarıda qeyd olunan ünvanda yəni Bakı şəhəri Yasamal rayonu Məmmədzadə 105 A ünvanında yaşayıram. 2025-ci ilin təxminən mart ayında Abdullasoy Təbriz mənimlə telefon əlaqəsi saxlayaraq qanunsuz işdən çıxarılması ilə bağlı müraciəti olduğunu və bununla bağlı görüşmək istədiyi qeyd etdi. Mən Nərimanov metro stansiyası yaxınlığında Təbriz ilə görüşdüm. Görüş zamanı onun yanında bir nəfər də var idi. Görüş zamanı onlar mənə Cilov adasında yerləşən tibb bölməsinin bağlandığını və onları oradan qeyri qanuni çıxarıldığnı mənə bildirdilər. Mən onlara bunun üçün məhkəməyə müraciət etmək lazım olduğunu qeyd etdim.Hüquqi yardım göstərilməsi üçün xidmət haqqı olaraq 7300 manat lazım olduğunu qeyd etdim.Təxminən 10 gün sonra Təbriz deyilən məbləği mənim kart hesabıma yəni 7300 manat pul göndərdi. Həmin şəxslər mənə etibarnamə verdilər və mən onların hər biri ilə müqavilə bağladım. Müqavilə bağlandıqdan sonra mənə mediasiyaya mürtaciət etdim. Mediasiyada iş vətəndaşlara oxşar iş təklifləri olduğu və barışa biləcəkləri üçün gecikdi. Sonra həmin şəxslər pullarını məndən geri istədilər. Mən həmin şəxslərin pulların geri qaytardım. Sual: Zərərçəkmiş şəxslər sizin onlardan işin həlli üçün ümumilikdə 20000 manat lazım olduğunu bildirdiyinizi qeyd edir.Bu barədə nə deyə bilərsiniz? Cavab:Bildirirəm ki zərərçəkmiş şəxslər yalan danışır mən 20000 manat deyil 6 nəfərə hüquqi yardım üçün 7300 manat xidmət haqqı almışam. Sual:İfadənizə əlavəniz varmı? Cavab: İfadəmə əlavəm yoxdur düzgün yazılıb düzgünlüyünü imzamla təsdiq edirəm.” ; - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin ##.##.2025-ci il tarixli **** saylı məktubuna əsasən, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X20 barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciət Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır ki, Rəyasət Heyəti tərəfindən vəkil C.İ.Osmanlının Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmış və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyəti dayandırılmışdır; - ##.##.2025-ci il tarixli qərarın surətinə əsasən, X21 və qeyriləri ərizə ilə Pirallahı rayon prokurorluğuna müraciət edərək, vəkil X20 etibardan sui-istifadə və aldatma yolu ilə onların ümumilikda 15000 manat məbləğində pulunu ələ keçirdiyini, habelə Pirallahı rayon məhkəməsinin adından saxta qarar hazırladığını bildirmiş, kollektiv müraciət əsasında Pirallahı rayon prokurorluğunda araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil X20 özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu niyyətini həyata keçirmək üçün X16 Çilov bölümünün bağlanması ilə əlaqədar İşsiz qalan şəxslərin işə bərpa edilməsi və Çilov bölümünün bağlanması barədə əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət edib lehinə qərar çıxarıdıracağı barədə yalan vədlər verərək mediasiya prosesinda iştirak etmədən, eləcə də məhkəməyə müraciət etməyib Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə 1 ay ərzində müraciət edilməsi müddətini ötürərək, 2025-ci ilin mart ayında X3 1200,0 manat, İddiaçı qızından 1500,0 manat, X7 1667,0 manat, X12 1500,0 manat, X17 500,0 manat, X22 1500,0 manat olmaqla, ümumilikdə 7867,0 manat məbləğində pulu vahid niyyatla ala keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi müəyyən olunmuşdur. Buna görə də X20 etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə vətəndəşların ümumilikdə 7867,0 manat olmaqla xeyli miqdarda əmlakını ələ keçirməsi faktına görə Azarbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, Cinayət işi ibtidai istintaqın aparılması üçün istintaq aidiyyəti üzrə Pirallahı RPİ-nin İB-nə göndərilməsi, Qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır; - ##.##.2025-ci il tarixli akta əsasən, X13 ona hüquqi yardım göstərilməsi ilə bağlı verilmiş aşağıdakı məbləğlər geri qaytarıldı: Aliyev Səfa 1200,0 manat, İddiaçı 1500,0 manat, İbadova Şəhla 1600,0 manat, Qənbərov Rüfət 500,0 manat, Fərəcullayeva Samirə 1800,0 manat, Əliyev Anar 700,0 manat. Ümumillikdə 7300,0 manat pul geri alındı; - Bakı * saylı Mediasiya təşkilatı ilkin İMS-dan iştirak edilməməsi barədə MŞB/*-****/** saylı ##.##.2025-ci il tarixli arayışdan görünür ki, "X16” X2 Mediasiya prosesində iştirak etməmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin İddiaçı qızına ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-M-*****/**** saylı məktuba əsasən, müraciətə əsasən ərizənin araşdırılmasında qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi məqsədi ilə izahatlarının alınması və əmək haqqı barədə bank çıxarışlarının təqdim olunması ilə bağlı olaraq 7 iş günü ərzində yaxın DOST mərkəzinə gəlməyi xahiş olunmuşdur; - əmək müqaviləsinə əsasən, "X16” X2 direktoru X14 ilə İddiaçı qızı arasında ##.##.2021 -ci il tarixdən müddətsiz əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 tərəfindən İddiaçı qızına ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*/*-Kol-***-*-****/**** saylı məktubdan görünür ki, ##.##.2025-ci il tarixli müraciətə əsasən “Vətandaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq müraciətə baxılması və nəticəsi barədə müraciət müəlliflərinə məlumat verilməsi xahiş olunmuşdur; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 tərəfindən İddiaçı qızına ünvanlanmış ##.##.2024-cü il tarixli **-*/*-N-****-*-*****/**** saylı məktubdan görünür ki, ##.##.2024-cü il tarixli müraciətə əsasən “Bakı Baş Səhhiyyə Mərkəzi” X2ə ünvanlanmış sorğuya cavab olaraq təqdim olunmuş məlumat xarakterli sənədlərdə və V.Nuriyevin ##.##.2024-cü il tarixli izahatında mürciətdə qeyd olunan məsələlərin həqiqəti əks etdirməyi bildirilmişdir; - ##.##.2025-ci il tarixli **-*-**/*-*-***/**** saylı “İddiaçı qızının əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdən görünür ki, ünvan 1 ünvanında yerləşən "X16" X2 TTTY şöbəsində (Çilov bölməsi üzrə) təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı qızı ilə bağlanmış *V*********** nömrəli əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən xitam verilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə ##.##.2021-##.##.2022-ci iş ilinə görə 30, ##.##.2022-##.##.2023-cü iş ilinə görə 30, ##.##.2023-##.##.2024-cü iş ilinə görə 30. ##.##.2024-##.##.2025-ci iş ilinə görə 13.88 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işçiyə "X16" PHŞ-də bir ildən beş ilədək əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilməsi, İddiaçı qızına son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti AR Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir; - ##.##.2025-ci il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixində qrafik üzrə işdə olan işçilərə iclas keçirilmişdir. İclasda TƏBİB-in ##.##.2023-cü il tarixli **-*/*-*-****/**** nömrəli əmrinə əsasən PTM-nin Çilov adası bölməsi PTM-nin strukturlarından ##.##.2024cü il tarixində ləğv edilmişdir. Ləğv olunma barədə məlumatlar iclas iştirakçılarına ətrahlı izah olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı işçilərə xəbərdarlıq məktubları imzaladılaraq özlərinə təqdim olunması qeyd olunmuşdur; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “X16” X2 tərəfindən İddiaçı qızına ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) X2 tabeliyində olan "X16" (PTM) X2 və "Bakı Baş Səhiyyə Mərkəzi" (BBSM) X2 tərəfindən əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımının yüksəldilməsi və ilkin səhiyyə xidmətinə əlçatanlığın təmin edilməsi məqsədilə TƏBİB-in ## ######## 2023-cü il tarixli 18-1/3-1- ****/**** nömrəli "X16" X2 və "Bakı Baş Səhiyyə Mərkəzi" X2 ştatına və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında əmrinin 4-cü bəndinə əsasən PTM-in Çilov adası bölməsi PTM-in strukturundan ləğv edilmiş ve PTM-nin strukturunda "Çilov Aile Sağlamlıq Mərkəzi” (Çilov ASM) yaradılmışdır. Yeni ştat cədvəlinə əsasən onun işlədiyi "Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim" ştat vahidi ixtisar edilmişdir. Bu səbəbdən, bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ##.##.2025-ci il tarixində xitam veriləcəkdir. Xəbərdarlıq müddəti (bu xəbərdarlığın sizə təqdim olunması tarixindən sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixi arasındakı müddət) ərzində iş axtarmağa imkan yaradılması məqsədilə əmək haqqınının saxlanılmaqla hər iş həftəsində bir iş günü əmə funksiyası icrasından azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, ona X16 PHŞ-də 3 il, 3 ay əmək stajı olduğuna görə, orta aylı əmək haqqınızın 1.4 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. Xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məluma veriləcəkdir; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “X16” X2 tərəfindən X9 ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, "X16" PHŞ-nin strukturuna daxil olan Çilov adası bölməsində hazırda 103 nəfər işçi çalışır. Onlardan 12 nəfəri ali tibb həkim ixtisaslı, 19 nəfəri orta tibb ixtisaslı, 72 nəfəri isə qeyri-tibb peşə və vəzifələrdə çalışır. Qeyd edirik ki, adada yaşayan əhalinin sayının az olması və 28 May NQÇ-nin müasir tipli xəstəxanasının olması səbəbindən son 1 il ərzində Çilov adası bölməsində çalışan ümumi işçilərin 80%-nin heç bir əmək funksiyası qeydə alınmamışdır. Tibbi xidmətin optimallaşdırılması, əhaliyə göstərilən ilkin tibbi-sanitar yardımın yüksəldilməsi və ilkin səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi məqsədilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X2 ## ######## 2023-cü il tarixli **-*-**-*-****/**** nömrəli əmrinə əsasən ## ###### 2024-cü il tarixində "X16" PHŞ-nin Çilov adası bölməsi müəssisənin strukturundan ləğv edilmiş, "X16" PHŞ-nin strukturunda 43 ştat vahidindən ibarət "Çilov Ailə Sağlamlıq Mərkəzi" (Çilov ASM) yaradılmışdır. Yeni ştat cədvəlinə əsasən hazırda adada çalışan 103 nəfər işçidən 36 nəfəri peşə və vəzifələrinə uyğun olaraq Çilov ASM-də, 30 nəfəri "X16" PHŞ-nin Pirallahı adasında yerləşən əsas binasında ixtisas və peşələrinə uyğun vəzifələrdə, 37 nəfəri ixtisaslarına uyğun TƏBİB tabeli digər tibb müəssisələrində yerləşdirilməsi və 1 nəfərin əmək müqaviləsinə xitam verilməklə Çilov ASM yaradılması nəzərdə tutulmuşdur; - “X16” X2 Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixli ** saylı protokolundan çıxarışdan görünür ki, məsələyə uyğun olaraq HİK-in üzvləri çıxış edərək qoyulan məsələ ilə razı olduqlarını bildirdilər. Səsvermədə gündəlik məsələr yekdilliklə qəbul olunması çıxış edilmiş və PTM Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikası Əmək Məcəllənin 79-cu maddəsinin tələblərini yerinə yetirməklə, X16 Çilov adası bölməsində xitam verilməsi nəzərdə tutulmuş işcilərin hər birinə həssaslıqla yanaşmaqla onların yaşayiş yerlərinə yaxın ərazilərdə (TƏBİB tabeli müəsisələrdə) ixtisaslarına uyğun işlə təmin edilməsi tədqirdə qeyd olunan məsələyə etiraz etmədikləri qərara alınmışdır; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “X16” X2 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə ünvanlanmış ##.##.2025-ci il tarixli **-*-**/*-**/**** saylı məktubdan görünür ki, "X16" PHŞnin strukturuna daxil olan Çilov adası bölməsində hazırda 103 nəfər işçi çalışır. Onlardan 12 nəfəri ali tibb həkim ixtisaslı, 19 nəfəri orta tibb ixtisaslı, 72 nəfəri isə qeyri-tibb peşə və vəzifələrdə çalışır. Qeyd edirik ki, adada yaşayan əhalinin sayının az olması və 28 May NQÇnin müasir tipli xəstəxanasının olması səbəbindən son 1 il ərzində Çilov adası bölməsində çalışan ümumi işçilərin 80%-nin heç bir əmək funksiyası qeydə alınmamışdır. Tibbi xidmətin optimallaşdırılması, əhaliyə göstərilən ilkin tibbi-sanitar yardımın yüksəldilməsi və ilkin səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi məqsədilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X2 ## ######## 2023-cü il tarixli **-*-**-*-****/**** nömrəli əmrinə əsasən ## ###### 2024-cü il tarixində "X16" PHŞ-nin Çilov adası bölməsi müəssisənin strukturundan ləğv edilmiş, "X16" PHŞ-nin strukturunda 43 ştat vahidindən ibarət "Çilov Ailə Sağlamlıq Mərkəzi" (Çilov ASM) yaradılmışdır. Yeni ştat cədvəlinə əsasən hazırda adada çalışan 103 nəfər işçidən 36 nəfəri peşə və vəzifələrinə uyğun olaraq Çilov ASM-də, 30 nəfəri "X16" PHŞ-nin Pirallahı adasında yerləşən əsas binasında ixtisas və peşələrinə uyğun vəzifələrdə, 37 nəfəri ixtisaslarına uyğun TƏBİB tabeli digər tibb müəssisələrində yerləşdirilməsi və 1 nəfərin əmək müqaviləsinə xitam verilməklə Çilov ASM yaradılması nəzərdə tutulmuşdur; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “X16” X2 tərəfindən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanova ünvanlanmış ##.##.2025-ci il tarixli **-*-**/*-**/**** saylı məktubdan görünür ki, "X16" PHŞnin strukturuna daxil olan Çilov adası bölməsində hazırda 103 nəfər işçi çalışır. Onlardan 12 nəfəri ali tibb həkim ixtisaslı, 19 nəfəri orta tibb ixtisaslı, 72 nəfəri isə qeyri-tibb peşə və vəzifələrdə çalışır. Qeyd edirik ki, adada yaşayan əhalinin sayının az olması və 28 May NQÇnin müasir tipli xəstəxanasının olması səbəbindən son 1 il ərzində Çilov adası bölməsində çalışan ümumi işçilərin 80%-nin heç bir əmək funksiyası qeydə alınmamışdır. Tibbi xidmətin optimallaşdırılması, əhaliyə göstərilən ilkin tibbi-sanitar yardımın yüksəldilməsi və ilkin səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi məqsədilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X2 ## ######## 2023-cü il tarixli 18-1- **-*-****/**** nömrəli əmrinə əsasən ## ###### 2024-cü il tarixində "X16" PHŞ-nin Çilov adası bölməsi müəssisənin strukturundan ləğv edilmiş, "X16" PHŞ-nin strukturunda 43 ştat vahidindən ibarət "Çilov Ailə Sağlamlıq Mərkəzi" (Çilov ASM) yaradılmışdır. Yeni ştat cədvəlinə əsasən hazırda adada çalışan 103 nəfər işçidən 36 nəfəri peşə və vəzifələrinə uyğun olaraq Çilov ASM-də, 30 nəfəri "X16" PHŞ-nin Pirallahı adasında yerləşən əsas binasında ixtisas və peşələrinə uyğun vəzifələrdə, 37 nəfəri ixtisaslarına uyğun TƏBİB tabeli digər tibb müəssisələrində yerləşdirilməsi və 1 nəfərin əmək müqaviləsinə xitam verilməklə Çilov ASM yaradılması nəzərdə tutulmuşdur; - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X2 ## ######## 2023-cü il tarixli **-*-**-*-****/**** nömrəli əmrindən görünür ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X2 (TƏBİB) tabeliyində olan "X16" X2 (PTM) və "Bakı Baş Səhiyyə Mərkəzi" X2 (BBSM) tərəfindən əhaliyə göstərilən ilkin tibbisanitariya yardımının keyfiyyətinin yüksəldilməsi və ilkin səhiyyə xidmətinə əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il # ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X2 Nizamnaməsinin 2.1.1-ci, 3.2.7-ci ve 4.22.10-cu yarımbəndlərini rəhbər tutaraq BBSM-in ** nömrəli Şəhər Poliklinikasının "Pirallahı həkim məntəqəsi BBSM-in strukturunda ləğv edilsin və PTM-in strukturuna verilməsini, "Pirallahı həkim məntəqəsi"nin bazasında və mövcud ştat vahidləri hesabına PTM-in strukturunda, ünvan 3 ünvanda "Pirallahı Ailə Sağlamlıq Mərkəzi" (Pirallahı ASM) yaradılmasını, BBSM-in ** nömrəli Şəhər Poliklinikasının "Cilov həkim məntəqəsi BBSMin strukturunda ləğv edilməsini, PTM-in "Cilov bölməsi" PTM-in strukturunda ləğv edilsin və "Cilov bölməsi"nin bazasında ve mövcud ştat vahidləri hesabına PTM-in strukturunda, Cilov qəsəbəsi ünvanında "Cilov Ailə Sağlamlıq Mərkəzi" (Cilov ASM) yaradılmasını, PTMin ştat vahidlərinə "Direktorun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsinin əlavə edilməsi, habelə bu əmrin * nömrəli əlavəsinə uyğun olaraq PTM-in və BBSM-in strukturuna müvafiq dəyişikliklərin edilməsi TƏBİB-in İnsan resursları departamentinin rəhbəri tərəfindən təmin edilməsini, Pirallahı ASM və Cilov ASM-in tibbi cihaz və avadanlıqlarla təchiz edilməsi TƏBİB-in Resursların idarə olunması departamentinin rəhbərinə tapşırılmasını, bu əmrdən irəli gələn maliyyə məsələlərinin həll edilməsi TƏBİBin Maliyyə departamentinin rəhbərinə tapşırılmasını, Pirallahı ASM və Cilov ASM-in fəaliyyətinin təmin edilməsi ilə əlaqədar müvafiq olaraq PTM-in və BBSM-in rəhbərlərinə tapşırılsın: Pirallahı ASM ve Cilov ASM-in əmək fəaliyyətini icra edəcək əməkdaşlarla əmək qanunvericiliyinə əsasən əmək münasibətlərinin tənzimlənməsini təmin etsinlər, Pirallahı ASM ve Cilov ASM-in madditexniki təchizatını, kommunal xidmətlərlə bağlı xərclərini və digər zəruri ehtiyaclarını təmin etsinlər, bu əmrdən irəli gələn digər məsələləri həll edilməsini, TƏBİB-in aidiyyəti struktur bölmələrinin, PTM-in və BBSM-in bu əmrlə tanış edilməsi Müraciətlərlə iş departamentinin rəhbərinə tapşırılmasını, Əmrin icrasına nəzarət TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilova həvalə edilməsini əmr etmişdir; - əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ##.##.2022-ci il tarixdən X16 (Cilov bölməsi üzrə) daxili əvəzçilik Cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə (0,5 ştat vahidi) qəbul edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni Qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 1-ci və 2-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən,həmkarlar ittifaqı üzvü olan işçinin əmək müqaviləsinin ləğvi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı ilə həyata keçirilməlidir. Həmin razılıq yazılı formada işəgötürənə təqdim olunmalıdır. Əmək Məcəlləsinin 80.2-ci maddəsinin üçüncü cümləsində də bu,“əsaslandırılmış yazılı qərar” kimi ifadə olunmuşdur. Lakin təqdim etdiyi sənəd —protokoldan çıxarış —hüquqi baxımdan həmkarlar ittifaqının kollegial iradəsinin ifadəsidir. Həmin çıxarışın sonunda “HİK-in üzvləri çıxış edərək qoyulan məsələ ilə razı olduqlarını bildirdilər. “Səsvermədə gündəlik məsələlər yekdilliklə qəbul olundu” ifadəsi ilə həmkarlar ittifaqı üzvlərinin razılığı, yəni kollegial qərarı açıq şəkildə qeyd olunmuşdur. Qeyd edir ki, protokollar kollegial orqanın sənədi olmaqla,qəbul olunmuş qərarı və iştirakçılar tərəfindən edilən səsvermənin nəticəsini əks etdirir. Təqdim edilmiş çıxarışın “qərara alındı” hissəsində qeyd olunan məsələyə etiraz edilmir” ifadəsi də öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmkarlar ittifaqının iradəsi formal deyil, məzmun baxımından tam hüquqi qüvvəyə malik şəkildə ifadə olunmuşdur. Belə olan halda, sənədin başlığının “qərar” deyil, “protokoldan çıxarış” adlandırılması formaya aid texniki uyğunsuzluqdur, mahiyyətə təsir etmir və əmək müqaviləsinin ləğvini qeyri-qanuni hesab etmək üçün əsas ola bilməz. Burada formal texniki termin fərqi –“qərar” əvəzinə “çıxarış” yazılması –tərəflərin iradəsini dəyişmir, nəticəyə təsir etmir. Qanunvericilikdə forma pozuntusunun hüquqi nəticəyə təsiri yalnız o halda əsas hesab olunur ki, bu, işçinin hüquqlarının pozulmasına, əsaslandırılmamış qərarın verilməsinə səbəb olsun. Bu iş üzrə isə həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilmiş iclasda məsələyə baxılıb, üzvlərin yekdil razılığı ilə əmək müqaviləsinin ləğvinə etiraz olunmayıb və bu, rəsmi sənədlə təsdiqlənib. Nəticə etibarilə, təqdim edilən protokoldan çıxarış həmkarlar ittifaqının kollegial iradəsinin yazılı formasıdır və qanunvericiliyin tələbinə zidd deyildir. Beləliklə, ilkin məhkəmə tərəfindən əmrin ləğvi ilə bağlı verilmiş qətnamə formal texniki uyğunsuzluğu əsas götürərək qəbul edilmiş, lakin hüquqi və faktiki mahiyyətə uyğun deyil. İşçinin əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə tam əməl olunmuş, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ixtisar) uyğun olaraq işə xitam verildiyi üçün işçiyə qanunla nəzərdə tutulmuş bütün ödənişlər, ocümlədən 1955.27 manat məbləğində birdəfəlik kompensasiya ödənilmişdir. Bu vəsait dövlət büdcəsindən ödənilmiş və artıq hüquqi baxımdan bağlanmış əmək münasibətləri üzrə maliyyə öhdəliyinin icrasını təşkil etmişdir. Məhkəmə qətnaməsi ilə işçinin əvvəlki vəzifəsinə bərpası tələbi isə hüquqi və iqtisadi baxımdan ciddi problemlər doğurur. Belə ki, işçi əvvəlcə “TTTY şöbəsi (Çilovadası üzrə)–çağırış üzrə tibb bacısı”vəzifəsində çalışmışdır. Hazırda həmin struktur vahidi inzibati-sistem baxımından ləğv olunmuş, Çilov TTTY-nın isə ümumiyyətlə fəaliyyətini dayandırmışdır. Yəni, həmin işyerinin faktiki və hüquqi mövcudluğu yoxdur. Bu səbəbdən qətnamənin “əvvəlki vəzifəyə bərpa” tələbi icrası mümkün olmayan qərardır və bu hal,qətnamənin icrasını mümkünsüz edən obyektiv hüquqi əngəldir.Həmçinin, iddiaçının heç bir ixtisasa malik olmadığından hüquqi mövqey cəhətdən onun çağırış üzrə tibb bacısı vəya Çilov adasında yerləşən Çilov Ailə Sağlamlıq Mərkəzinə ixtisasına uyğun vəzifəyə bərpa edilməsi mümkün deyildir. Digər tərəfdən, ixtisar qərarı qəbul olunmazdan öncə işçiyə qanunvericiliyə uyğun olaraq ixtisar haqqında yazılı xəbərdarlıq edilmiş, ona yeni işaxtarması üçün həftədə bir gün icazəverilməsi də rəsmi olaraq təmin olunmuşdur. Həmçinin, müəssisə tərəfindən işçiyə alternativ vəzifə təklif olunmuş, lakin işçi bu təklifə cavab verməmişdir.Bütün bu hallar göstərir ki, işəgötürən öz hüquqi və sosial öhdəliklərini tam şəkildə icra etmişdir və işçinin əmək hüquqlarının pozulması halları baş verməmişdir. Belə bir şəraitdə məhkəmə tərəfindən əmək münasibətlərinin bərpası, artıq ödənilmiş kompensasiyanın hüquqi və iqtisadi mənasız hala düşməsinə,dövlət müəssisəsinin maliyyə itkilərinə,büdc əvəsaitlərinin əsassız xərclənməsinə,habelə qətnamənin faktiki icra olunmayan bir strukturun bərpası ilə bağlı tələbə yönəlməsinə səbəb olurki, bu da qanunun məqsədinə və dövlət maraqlarına ziddir. Yekunda qeyd edilməlidir ki,hüquqi baxımdan bağlanmış və iqtisadi baxımdan başa çatmış əmək münasibətlərinin süni şəkildə bərpası nə hüquqi zərurətə, nədə iqtisadi məqsədə uyğunluğa əsaslanmır, əksinə,bu cür nəticə dövlət müəssisəsinin iş rejiminə və resurs bölgüsünə mənfi təsir göstərir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri:

6. Cavabdeh qətnamədən şikayət verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli Qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni Qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci və 2-ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 382-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavidan Osmanlı öz ifadəsində şəxslərlə müqavilə bağladığını bildirsə də, həmin müqavilələr nə birinci instansiya məhkəməsinə, nə də digər hüquqi prosedurlara təqdim edilməmişdir. Müqavilənin mövcud olduğu halda təqdim edilməməsi artıq vəkilə müraciət faktını təsdiq etmir. Ümumiyyətlə, vəkilin hüquqi nümayəndə kimi çıxış etməsi üçün mütləq surətdə yazılı müqavilə və order təqdim olunmalıdır. Bu sənədlərin heç biri təqdim olunmadığı halda, şəxslərin hüquqi yardım aldığı və buna görə müddəti ötürdükləri iddiası hüquqi cəhətdən əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin bərpası ilə bağlı verilmiş qərar hüquqi əsasdan məhrumdur və təfsilatsız, yetərsiz araşdırmalara söykənir. Belə ki, müddətin bərpasının əsaslandırılması üçün vəkil Cavidan Osmanlıya qarşı başlanmış cinayət işi istinad kimi götürülmüş, lakin həmin iş üzrə heç bir ittiham irəli sürülməmiş, ittiham aktı tərtib edilməmiş və nəticə etibarilə, onun təqsiri sübuta yetirilməmişdir.Əgər vəkilin əməlləri ilə bağlı hüquqi məsuliyyət formalaşmayıbsa, bu halda vətəndaşların onun tərəfindən aldadılması iddiası da hüquqi baxımdan təsdiqini tapmamış qalır. Bu isə iddia müddətinin üzrlü səbəblə keçməsi kimi qiymətləndirilə bilməz. Əksinə, vəkilin polis ifadəsində göstərilir ki, vətəndaşlar ona etibarnamə verərək könüllü şəkildə müqavilə bağlamış, o isə adından mediasiyaya müraciət etmişdir. Həmçinin, vəkilin iddiasına görə, oxşar iş təklifləri olduğuna görə proses uzanmış, sonradan vətəndaşlar pullarını geri tələb etdikdə, Cavidan Osmanlı həmin vəsaitləri qaytarmışdır.Bu ifadədən açıq görünür ki, vətəndaşlar ilkin mərhələdə öz hüquqlarının müdafiəsini vəkilə könüllü etibar etmiş, lakin sonra öz səhlənkarlıqları və passiv davranışları nəticəsində iddia müddətini ötürmüşlər. Məhkəmənin iddia müddətinin bərpasını yalnız vəkilin polisə verdiyi ifadəyə əsasən həyata keçirməsi isə hüquqi cəhətdən ciddi qüsurdur. Çünki, bu ifadə əksinə, onların hüquqlarının pozulması ilə bağlı gecikmənin vəkilin deyil, bilavasitə özlərinin məsuliyyətsizliyi ilə bağlı olduğunu göstərir.Nəticə etibarilə, ortada vəkilə qarşı rəsmi ittiham irəli sürülmədən və günahı sübuta yetirilmədən, onun guya şəxsləri aldatması ilə bağlı müddətin keçməsi iddiası yalnız ehtimal xarakterlidir, sübut olunmayıb və belə ehtimallar əsasında müddətin bərpası qanunvericiliyin tələblərinə ziddir. Bu isə cavabdeh tərəfin hüquqlarını pozur. İddiaçılar tərəfindən iddia müddətinin ötürülməsi məsələsində gətirilən əsaslar Mülki Məcəllənin müddətə dair tələbləri baxımından üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Qanunvericilik yalnız istisna hallarda, məsələn, şəxsin ağır xəstəlik keçirməsi, savadsız olması, köməksiz vəziyyətdə qalması və ya digər müstəsna şəraitlər mövcud olduqda iddia müddətinin ötürülməsini üzrlü sayır.Hazırkı iş üzrə isə iddiaçılar hər biri ali təhsilli, ixtisaslı tibb işçiləridir. Onların hüquqi savadsızlıq və ya hüquqi yardımdan məhrum qalmaq halları mövcud deyil. Əksinə, Pirallahı Rayon Məhkəməsinin qətnaməsində özlərinin etiraf etdikləri kimi, əlavə hüquqşünasla da məsləhətləşmiş və yardım almışlar. Belə olan halda onların hüquqi köməksizlik vəziyyətində olması tam əsassızdır.Bundan başqa, şəxslərin vəkil Cavidan Osmanlıya etibarnamə verdikdən sonra onu nəzarətsiz buraxmaları, onuni fəaliyyətini izləməmələri və hüquqlarının müdafiəsində passiv davranmaları, müddətin üzrlü səbəbdən ötürüldüyünü sübut etmir. Qanunvericilikdə vəkilə etibarnamə verilməsi, mübahisənin nəticələri ilə bağlı məsuliyyətin bütünlüklə vəkilin üzərinə ötürülməsi mənasına gəlmir. Şəxslər hüquqlarının müdafiəsi üçün etibarlı şəkildə nəzarət və təşəbbüskar davranış göstərməyə borcludurlar.Beləliklə, onların etibarnamə verdikləri və sonra nəzarətsiz buraxdıqları şəxsin fəaliyyətinə görə məsuliyyəti və hüquqi nəticələri öz üzərlərinə götürmələri qanunla nəzərdə tutulur. Bu baxımdan, müddətin ötürülməsi iddiaçıların şəxsi səhlənkarlığı və passivliyi səbəbindən baş vermişdir və bu hal qanunvericilikdə nəzərdə tutulan "üzrlü səbəb" anlayışına uyğun gəlmir. Məhkəmənin bu şərtlərlə müddəti bərpa etməsi qanunun tələblərinin kobud şəkildə pozulmasıdır və cavabdeh tərəfin müdafiə hüquqlarına birbaşa zərbə vurur.Yekunda qeyd edilməlidir ki, hüquqi baxımdan bağlanmış və iqtisadi baxımdan başa çatmış əmək münasibətlərinin süni şəkildə bərpası nə hüquqi zərurətə, nə də iqtisadi məqsədəuyğunluğa əsaslanmır, əksinə, bu cür nəticə dövlət müəssisəsinin iş rejiminə və resurs bölgüsünə mənfi təsir göstərir.AR Mülki Prosesual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.Yuxarıda qeyd olunanlar bizim mövqeyimizin həqiqəti əks etdirdiyini və nəticədə əsaslı olmayan qətnamə qəbul olunduğunu göstərir. Hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə məhz qeyd olunan maddələrə əsasən tam qanuni və əsaslı surətdə xitam verilsə də, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə əsassız və qanunsuz Qətnamə qəbul etmişdir.İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisar proseduru tam qanunauyğun şəkildə həyata keçirilmiş,həmçinin işçiyə xəbərdarlıq edilmiş, alternativ vəzifə təklif olunmuş, eyni zamanda Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinin tələbinə uyğun olaraq 10532.03 (on min beş yüz ötuz iki manat üç qəpik) manat məbləğində kompensasiya ödənilmişdir.Əmək Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulan "xxxx" da qanuni şəkildə təmin olunmuş, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatında iclas çağırılmış, məsələ kollegial müzakirə olunmuş, yekdilliklə işə xitam verilməsinə etiraz edilmədiyi barədə protokoldan çıxarış formasında əsaslandırılmış yazılı sənəd işəgötürənə təqdim edilmişdir.Əmək Məcəlləsinin 80.2-ci maddəsində göstərilən "əsaslandırılmış yazılı qərar " anlayışı forma yox, mahiyyət etibarilə iradənin rəsmi sənəddə ifadəsini nəzərdə tutur. Qanunvericilikdə "yalnız 'qərar' adlı sənəd təqdim olunmalıdır" tələbi yer almamış, bunun əvəzinə həmkarlar ittifaqı orqanının kollegial iradəsinin əsaslandırılmış formada təqdim olunması vacib sayılmışdır. Bu baxımdan, protokoldan çıxarış kollegial sənəd olaraq hüquqi nəticə doğurur və işəgötürənin qərar verməsi üçün əsas ola bilər. Protokolun son hissəsində "yekdilliklə qəbul olundu" ifadəsi məhz bu iradənin formalaşdığını və hüquqi qüvvəyə malik olduğunu təsdiq edir. Protokollar kollegial orqanın sənədi olmaqla, qəbul olunmuş qərarı və iştirakçılar tərəfindən edilən səsvermənin nəticəsini əks etdirir. Təqdim edilmiş çıxarışın qərara alındı hissəsində "qeyd olunan məsələyə etiraz edilmir" ifadəsi də öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmkarlar ittifaqının iradəsi formal deyil, məzmun baxımından tam hüquqi qüvvəyə malik şəkildə ifadə olunmuşdur.Bundan əlavə, bərpa qərarı yalnız hüquqi deyil, eyni zamanda idarəetmə və maliyyə baxımından da zərər doğurur, çünki artıq bağlanmış əmək münasibətləri üzrə verilmiş kompensasiya 10532.03 manat faktiki olaraq boşa xərclənmiş olacaq və dövlət büdcəsinə əlavə zərər yaranacaqdır.İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi "köhnəlmiş" tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı).İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması cftin və ya qqeayldri-mümkün olan sübutlara istinad etməsini aradan ıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 2001-ci il ## ###### tarixli Qərarı).Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin "müddətsiz" müdafiə edilməsinə təminat verir.Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri- müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə ##.##.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.Yekun olaraq qeyd edilir ki, vəkilə verilmiş sadə etibarnamə onun məhkəmədə iştirakını və konkret hüquqi fəaliyyəti təsdiq etmir, bu yalnız vəkil orderi və müqavilə ilə mümkündür. X25 barəsində hər hansı ittiham aktı mövcud deyil və onun ifadəsi göstərir ki, müddətin ötürülməsi şəxslərin öz səhlənkarlığı ilə bağlı olmuşdur. Şəxslər ali savadlı həkimlərdir və hüquqi kömək imkanları da olub, bu baxımdan onların müddəti üzrlü hesab edilə bilməz. Nəticə etibarilə, Mülki Məcəllənin 377-ci, Əmək Məcəlləsinin 296-cı maddələrinin tələbləri pozulmuş, müddət əsassız olaraq bərpa edilmişdir. Belə ki, əmək müqaviləsinin ləğvi zamanı qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmiş, işçinin əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (ştat ixtisarı) əsasən həyata keçirilmiş, əmək müqaviləsinin ləğvi zamanı işçiyə qanunvericiliklə nəzərdə tutulan kompensasiya ödənilmiş və həmkarlar ittifaqının razılığı alınmışdır. Həmkarlar ittifaqı tərəfindən keçirilmiş iclas nəticəsində kollektiv iradə ifadə olunmuş, yekdilliklə qəbul edilmiş qərar əsasında protokoldan çıxarış təqdim olunmuşdur. Həmin protokoldan çıxarışın qərar hissəsində işçinin ixtisarına etiraz edilmədiyi açıq şəkildə göstərilmişdir.Məhkəmə isə yalnız təqdim edilən sənədin "qərar" deyil, "protokoldan çıxarış" adlandırılması kimi texniki formallığa əsaslanaraq həmkarlar ittifaqının iradəsini etibarsız saymış və bu səbəbdən işəgötürənin əməlini qanunsuz hesab etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdırmalı idi. Mövcud hallarda isə bu prinsip pozulmuş, sübutlar formal yanaşma ilə qiymətləndirilmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir.Xüsusilə bildirir ki, AR Mülki Prosessual Məcəllənin 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay müddətində məhkəmə tərəfindən İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan qeyd edilən müddətdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. İş ##.##.2025 tarixində məhkəmə daxil olmuşdur. Lakin, qətnamə isə ##.##.2025 tarixində qəbul edilmişdir. Buradan da açıq şəkildə görünür ki, məhkəmə 2 aylıq müddəti ötürmüş və prosessual pozuntuya yol veermişdir. Bu da öz növbəsində qətnamənin ləğvi üçün əsasdır. Birinci instansiya məhkəməsi qətnaməsində işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulduğu qənaətinə gələrək əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsinə qərar vermişdir. Lakin bu nəticə iş üzrə təqdim olunmuş sübutlara və real hallara uyğun gəlmir.İlk növbədə, işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (ştat ixtisarı) əsasən xitam verilmişdir. Bu prosedur çərçivəsində əmək qanunvericiliyində nəzərdə tutulan bütün addımlar tərəflərindən ardıcıllıqla və tam şəkildə yerinə yetirilmişdir. İşçiyə əvvəlcədən yazılı xəbərdarlıq verilmiş, ona yeni iş axtarması üçün vaxt ayrılmış, alternativ vəzifə təklif edilmiş, işçi isə həmin təklifi qəbul etməmişdir. Əlavə olaraq, Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinə əsasən 10532.03 (on min beş yüz ötuz iki manat üç qəpik) manat məbləğində kompensasiya da ödənilmişdir. Bu hallar məhkəmədə təqdim olunan sənədlərlə təsdiq olunmuşdur.Həmçinin, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, işə xitam verilməzdən əvvəl həmkarlar ittifaqının razılığı alınmışdır. Müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı tərəfindən rəsmi iclas çağırılmış, məsələ müzakirə olunmuş və yekdilliklə işçinin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməməsi barədə qərar qəbul edilmişdir. Bu qərar protokoldan çıxarış şəklində sənədləşdirilmiş və işəgötürənə təqdim edilmişdir. Qeyd olunan çıxarışın qərara alındı hissəsində "qeyd olunan məsələyə etiraz edilmir” ifadəsi də yer almışdır.Həmçinin, iddia müddətinin bərpası üçün heç bir qanuni əsas mövcud olmamış, şəxslər tərəfindən müddətin ötürülməsi onların öz səhlənkarlığı və hüquqi prosesə nəzarətsiz münasibəti səbəbindən baş vermişdir. Vəkilə verilmiş etibarnamə onun prosesdə iştirakını və hüquqi fəaliyyətini təsdiq etmədiyi halda, məhkəmə bu sənədə əsaslanaraq nəticəyə gəlib. Eyni zamanda, Cavidan Osmanlı barəsində cinayət işinin başlanması ilə bağlı yekun ittiham aktı mövcud deyil və bu şəraitdə müddətin üzrlü hesab olunması hüquqi baxımdan əsassızdır.Odur ki məhkəmənin bu barədə əsaslandırması tamamilə əsassız olmaqla, qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:

7. İddiaçının nümayəndəsi vəkil X15 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “ X16” X2 nümayəndələri X28 və X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

9. Məhəkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X15 apellyasiya şikayətini əsassız hesab etdiyini, 1 aylıq müddətin üzürlü səbəbdən ötürüldüyünü, belə ki, iddiaçının vaxtında hüquqlarının müdafiəsi ilə bağlı vəkilə mürciət etdiyini, vəkilin ona verilmiş etibarnamədən sui-istifadə etdiyini, həmin vəkilin vəkillik fəaliyyətinin də artıq dayandırıldığını, X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi aparıldığını,ümumilikdə birinci instansiya məhkəməsi iddia tələbini təmin etdiyindən qətnamədən apellyasiya şikayəti vermədiyini qeyd etmiş, şikayət əsaslı olmadığından təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı qızı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini, Həmkarlar İttifaqının iclasından ümumiyyətlə məlumatlı olmadığını, onun iştirakının təmin olunmadığını, hansı nöqsanlarına, hansı əsasla işdən azad edildiyinin ona bildirlmədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası Tibbi Ərazi İdarəetmə Birliyi X2 nümayəndəsi X19 mübahisənin barışıq yolu ilə həll edilməsi üçün danışıqlar aparılacağını qeyd etsə də, növbəti məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Qeyd edilməlidir ki, iddiaçı şikayət verməmiş, birinci instansiya məhkəməsi isə həmkarlar ittifaqının qərarının olmaması əsası ilə iddiaçının iddiasını təmin etmiş və bu əsasları cavabdeh mübahisələndirdiyindən kollegiya bu əsasların qanuniliyini yoxlamalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 35. əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır .

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 11. (“ə” bəndi). Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. 12 (“c” bəndi). Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 16.1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 70 b). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1 İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.80.2.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi. 292.1 İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 292.2 Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə yalnız cavabdehin Əmək Məcəlləsinin 80-ci maddəsinin 2ci hissəsinin üçüncü cümləsinin tələbləri pozulduğunu əsas gətirməklə, yəni həmin normada “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunduğundan həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmrin qanunsuz olduğu qənaətinə gəlib iddianı təmin etmişdir. Həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. Ancaq cavabdehin təqdim etdiyi sənəd də hüquqi baxımdan həmkarlar ittifaqının kollegial iradəsinin ifadəsidir. Həmin sənədin sonunda HİKin üzvləri çıxış edərək qoyulan məsələ ilə razı olduqlarını bildiriblər. “Səsvermədə gündəlik məsələlər yekdilliklə qəbul olundu” ifadəsi ilə həmkarlar ittifaqı üzvlərinin razılığı, yəni kollegial qərarı açıq şəkildə qeyd olunmuşdur. Cavabdehin də şikayətdə göstərdiyi kimi protokollar kollegial orqanın sənədi olmaqla, qəbul olunmuş qərarı və iştirakçılar tərəfindən edilən səsvermənin nəticəsini əks etdirir. Təqdim edilmiş çıxarışın qərara alındı hissəsində qeyd olunan “məsələyə etiraz edilmir” ifadəsi də öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmkarlar ittifaqının iradəsi formal deyil, məzmun baxımından tam hüquqi qüvvəyə malik şəkildə ifadə olunmuşdur. Belə olan halda, sənədin başlığının “qərar” deyil, “protokoldan çıxarış” adlandırılması formaya aid texniki uyğunsuzluq kim görünə bilər, ancaq mahiyyətə təsir etmir və əmək müqaviləsinin ləğvini qeyri-qanuni hesab etmək üçün əsas ola bilməz. Burada formal texniki termin fərqi - “qərar” əvəzinə “çıxarış” yazılması tərəflərin iradəsini dəyişmir, nəticəyə təsir etmir. Qanunvericilikdə forma pozuntusunun hüquqi nəticəyə təsiri yalnız o halda əsas hesab olunur ki, bu, işçinin hüquqlarının pozulmasına, əsaslandırılmamış qərarın verilməsinə səbəb olsun. Bu iş üzrə isə həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilmiş iclasda məsələyə baxılıb, üzvlərin yekdil razılığı ilə əmək müqaviləsinin ləğvinə etiraz olunmayıb və bu, rəsmi sənədlə təsdiqlənib.

17. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab edir, lakin iddia müddətinin ötrülməsi ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd etməyi vacib bilir ki, qətnamənin baxış predmetinə aid hissədə olan birinci instansiya məhkəməsinin dəlilləri əsassız olduğundan iddia müddətinin tətbiqi məsələsinə qiymət verilməsinə zərurət qalmır. Belə ki, iddiaçının qətnamədən şikayət vermədiyi prosessual müstəvidə iddia müddətinin üzürlü səbəblərdən ötürülməsi belə iddianın qətnamədə qeyd edilən əsaslarla təmin edilməsi üçün əsas deyil. Qeyd edilməlidir ki, iddiaçı şikayət vermədiyindən kollegiya yalnız birinci instansiya məhkəməsinin istinad etdiyi və cavabdehin mübahisələndirdiyi hissədə araşdırmalı olduğundan, öz qulluq mövqeyindən çıxış edərək iddianın digər əsaslarına qiymət verməkdə mülki prosessual səlahiyyətlərə malik deyildir. İddianın başqa əsaslarının müzakirəsinin prosessual cəhətdən yolverilən olduğu təqdirdə belə (ixtisarla bağlı prosedurlara riayyət edildiyi şəraitdə) bunların əsaslılığı müəyyən edilmir və iddiaçının əvvəlki vəzifəsinin mövcud olmayan vəziyyətdə onun işə bərpa edilməsi mümkün deyildir. İxtisar prosedurunun ümumilikdə qanunsuz aparılması isə vəzifə səlahiyyətlərinə aid pozuntularla bağlıdır və müvafiq təşkilatların araşdırma predmetinə aiddir. Bununla belə qeyd edilməlidir ki, aidiyyəti üst təşkilatlar tərəfindən əmək və sosial hüququqların müdafiəsi vəzifələrinə müvafiq ixtisar proseduruna məruz qalmiş ixtisaslı mütəxəssilərin analoji işlə təmin edilməsinə şərait yaradılmalıdırlar.

18. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh “X16” X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin ediməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-355/202* saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı X30 cavabdeh “X16” X2rşı “işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

19. Tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “ Pirallahı” Tibb Mərkəzi” X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-335/202* saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X30 cavabdeh “X16” X2rşı “işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi ) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar