Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-409/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2613/2025 nömrəli 05 dekabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı - Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 16may 2012-ci il tarixli Müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 154.8 kv.m olan mənzilin; 16 may 2012-ci il tarixli Müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.3 kv.m olan mənzilin; 16 may 2012-ci il tarixli Müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 154.8 kv.m olan mənzilin; 16 may 2012-ci il tarixli Müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 140.3 kv.m olan mənzilin; 16 may 2012-ci il tarixli Müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196.1 kv.m olan mənzilin və 16 may 2012-ci il tarixli Müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.3 kv.m olan mənzilin və həmin mənzillərin açarlarının cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2613/2025 nömrəli 05 dekabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yaşayış sahəsi 154,8 kv.m olan mənzilin, 15-ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv.m olan mənzilin, 14-cü mərtəbəsində yaşayış sahəsi 140,3 kv.m olan mənzilin, 5ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv.m olan mənzilin, 15-ci mərtəbəsində yaşayış sahəsi 196,1 kv.m olan mənzilin və 5-ci mərtəbəsində yaşayış sahəsi 154,8 kv.m olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(3-6)-409/2026 nömrəli 29 yanvar 2026cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayət apellyasiya icraatına qəbul edilmişdir. Hazırda məhkəməyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli sorğusu daxil olmuşdur. Sorğuda qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə cavabdehin ərizəsinə münasibət bildirilməsi zərurəti yarandığından mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edirlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili mülki işin baxışdan çıxarılaraq, birinci instansiya məhkəməsinə qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehin nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırki halda kollegiya hesab edir ki, müvafiq prosessual hərəkətin yerinə yetirilməsi üçün mümkünlük qərardadının ləğv edilmədən, mülki iş baxışdan çıxarılmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak tələbinə dair” mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-409/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-409/2026
03.03.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver