Məhkəmə qərarları › İş №2(3-6)-4177/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4177/2026

04.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4177/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "bağ evindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «1181» saylı bağ evindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-280/2022 saylı ## ####### 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti, vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilmədən göndərildiyindən, qeyri-mümkün hesab edilməli və mülki iş, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Bu Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh qeydiyyatda olduğu ünvana ## ####### 2022-ci il tarixdə göndərilmiş, qeyd edilən qətnamə həmçinin icra edilməsi üçün # ###### 2022-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış və ## ###### 2023-cü-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti isə ## ###### 2026-cı il tarixdə verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh hazırda mübahisələndirdiyi məhkəmə aktından həqiqətən xəbərsiz olubolmamasını, icra sənədi üzrə icra hərəkətlərinin aparılıb-aparılmamasını, aparıldığı halda, həmin icra hərəkətlərinin həyata keçirilməsi zamanı cavabdeh Cavabdeh iştirakının təmin edilib-edilməməsini və digər əlaqəli halları müvafiq icra şöbəsindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2022-ci il tarixli məhkəmə aktı əsasında başlanılmış icra işi üzrə materialları tələb edib tədqiq etməklə araşdırmalıdır. Belə ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülmədiyini və bu məsələnin araşdırılması baxımından əhəmiyyət kəsb edən halları müəyyən edib onlara hüquqi qiymət verməməklə yanlış nəticəyə gəlmişdir. Çünki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə, yuxarıda qeyd edilən qeyri-müəyyən hallar araşdırılmadan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları müvafiq icra işi üzrə materialları tədqiq etməklə araşdırmalı və nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə o birinci instansiya məhkəməsi tərəfindən qaytarılır, lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsiinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "bağ evindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət apellyasiya şikayətinin Mülki Prosessuaı Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "bağ evindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessuaı Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu məsələsinə yenidən baxılarkən qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar