Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-419/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025 saylı, xx.xx.2025- ci il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadından X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025 saylı, xx.xx.2025- ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-dən 255207 manat borc, ödənilmiş dövlət rüsumu kimi 545,21 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. X5 elektron kabinet vasitəsilə apellyasiya şikayəti təqdim edərək, Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e2(005)-2987/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamənin tam ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025 saylı xx.xx.2026cı il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan X5 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2987/2025 saylı, 2025- ci il tarixli qətnaməsi Cavabdeh MMC-nin təsisçisi X3 hüquqlarına toxunduğu üçün üçüncü şəxs kimi apellyasiya şikayəti verilmişdir. Lakin, məhkəmə tərəfindən şikayət geri qaytarılaraq bildirilmişdir ki, iş üzrə cavabdeh hüquqi şəxs Cavabdeh MMC-dir və X5 apellyasiya şikayətinin məzmununda MMC-nin təsisçisi olduğunu bildirsə də, bununla bağlı hər hansı bir sübut apellyasiya şikayətinə əlavə olunmamış, həmçinin apellyasiya şikayəti X5 tərədən fizikişəxs qismində, onun tərəfindən elektron qaydada imzalanmaqla verilmişdir.Bildirmişdir ki, Cavabdeh MMC-nin təsisçisi olduğunu təsdiq edən bütün sənədlər Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş e-2(005)- 025 saylı əsas iş üzrə cəmiyyət tərəfindən təqdim edilmişdir. Cavabdeh MMCnin təsisçisi olduğunu sübut edən sənədlər və Cavabdeh MMC-nin nizamnaməsi təqdim olunduğu üçün sənədlər yenidən yüklənməmişdir. Həmçinin, apellyasiya şikayəti fiziki şəxs qismində o səbəbdən yüklənmişdir ki, sözügedən qətnamə birbaşa maraqlarına toxunaraq hüquqlarını pozmuşdur və şikayət maraqlarına toxunulmuş üçüncü şəxs kimi verilmişdir. Həmçinin, apellyasiya inin verilməsi üçün nəzərdə tutulmuş müddət Cavabdeh MMC tərəfindən ötürüldüyü üçün fiziki şəxs kimi elektron qaydada yüklənmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün iş mateialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verən və şikayətində Cavabdeh MMC-nin təsisçisi olduğunu qeyd edən X4 həm hüquqi şəxsin adından apellyasiya şikayəti vermək, şikayəti onun adından imzalamağa səlahiyyəti olan şəxs qismində araşdırmış, həmçinin qətnamənin onun hüquq və maraqlarına toxunubtoxunmadığı məsələsini aydınlaşdıraraq hər iki baxımdan hazırki apellyasiya şikayətinin qəbul edilə bilməməsi qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Hazırki iş materialları ilə müəyyən olunur ki, iş üzrə cavabdeh hüquqi şəxs Cavabdeh MMC-dir (VÖEN: **********). X5 apellyasiya şikayətinin məzmununda Cavabdeh MMC-nin təsisçisi olduğunu bildirsə də, bununla bağlı hər hansı bir sübut apellyasiya şikayətinə əlavə olunmamışdır. Bundan əlavə apellyasiya şikayətinin X5 tərəfindən fiziki şəxs qismində, onun tərəfindən elektron qaydada imzalanmaqla verilməsi nəzərə alınaraq, şikayətə MPM-in 357.2-ci maddəsi baxımından da qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, X3 hazırkı iş üzrə 357.1-ci maddədə nəzərdə tutulmuş şikayət vermək hüququ olan şəxslər sırasına aid olmadığı mübahisəsizdir. Belə ki, o, hazırkı mülki işdə tərəf və ya üçüncü şəxs olmamışdır. Belə olan halda onun MPM-in 357.2-ci maddəsinə əsasən istinad olunan məhkəmə qətnaməsindən şikayət vermək hüququnun (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunan digər şəxs) olub-olmaması araşdırılmalıdır. Qeyd etmək lazımdır ki, qərardaddan verilən şikayətin özündə də sonuncu qətnamədən apellyasiya şikayəti verməsinin səbəbini hüquq və maraqlarına toxunması ilə açıqlamışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qeyd olunan maddəni rəhbər tutaraq kollegiya hesab edir ki, X5 MPM-in 357.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına düşmür. MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə şikayət geri qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadı qanuni və əsaslı olaraq qəbul edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025 saylı xx.xx.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-419/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-419/2026
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver