Məhkəmə qərarları › İş №2(3-6)-43/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-43/2026

02.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-43/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı̇Əlı̇yev̇RəşaḋRauḟoğlunuṅcavabdeḣ“RespublikȧTəcı̇li̇və̇Təxı̇rəsalınmaz Tı̇bbi̇YardıṁMərkəzı̇"̇Publı̇k̇Hüquqı̇̇Şəxsinə̇qarşı mülki̇iş̇üzrə (Açar sözlər: əmək kitabçasına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Ismayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı Əlı yev Rəşad Rauf oğlunun və onun nümayəndəsi-vəkili Vəkil, cavabdeh Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " Publı k Hüquqı Şəxsib nümayəndəsi X6 iştirakları ilə, iddiaçı Əlı yev Rəşad Rauf oğlunun cavabdeh “Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " Publı k Hüquqı Şəxsinə qarşı (AR ƏƏSMN yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək kitabçasına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işiṅhalları

1. X1 məxsus ******* nömrəli əmək kitabçasından müəyyən olunur ki, BŞT VƏ TTYS-na daxil olmamışdan əvvəl əmək kitabçası 02 il 05 ay 12 gün qeyd edilmişdir. X1 ##.##.2001-ci il tarixində sanitar vəzifəsinə qəbul edilmişdir. ##.##.2004-cü il tarixindən **/k nömrəli, ##.##.2004-cü il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. ##.##.2004-cü il tarixində Hərbi qulluqdan sonra * saylı sanitar vəzifəsinə qəbul edilmişdir. ##.##.2005-ci il tarixindən ** saylı vahid səyyar feldşer vəzifəsinə keçirilmişdir. ##.##.2007-ci il tarixində * saylı vahid psix briqada feldşer vəzifəsinə keçirilmişdir. ##.##.2011-ci il tarixində *** nömrəli ##.##.2008-ci il tarixli əmrinə əsasən feldşer (psixi xəstələrə yardım və daşınması üçün) vəzifəsinə keçirilmişdir. ##.##.2013-cü il tarixində *** nömrəli ##.##.2008-ci il tarixli əmrinə əsasən tibb bacısı (psixi xəstələrə yardım və daşınması üçün) vəzifəsinə keçirilmişdir. ##.##.2015-ci il tarixli *** nömrəli ##.##.2008-ci il tarixli əmrinə əsasən tibb qardaşı (psixi xəstələrə yardım və daşınması üçün) vəzifəsinə keçirilmişdir. ##.##.2024-cü il tarixindən Binəqədi TTTYS bölməsinin feldşeri hesab edilmişdir. ##.##.2024-cü il tarixindən hal-hazıra qədər feldşer vəzifəsində çalışır.

2. “Bakı şəhər Təcili və X17 Stansiyası” PHŞ tərəfindən verilmiş ## ###### 2011-ci il tarixli ** saylı arayışa əsasən, Əlı yev Rəşad Rauf oğlu həqiqətən Bakı şəhəri Təcili və X14 Stansiyasında ##.##.2001-ci il tarixindən ##.##.2004-cü il tarixinədək * saylı YS-da sanitar vəzifəsində işləmişdir

3. Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən Bakı şəhər Təcili və X17 Stansiyasına göndərilmiş ##.##.2024-cü il tarixli */*** nömrəli çağırış vərəqəsindən görünür ki, X1 həqiqi hərbi xidmətə çağırılır. Ona orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət ödəyib hərbi hissəyə yola salmaq üçün ##.##.2004-cü il saat 9.00-da Nərimanov RHK-a göndərilməsi xahiş olunur.

4. X1 tərəfindən Respublika Təcili və X17 Mərkəzi X4ə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, X1 əmək kitabçasında məhkəmənin qərarına əsasən edilən düzəlişlə bərabər xitam maddəsi (hərbi xidmətlə əlaqədar) Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinin deyil, 69-cu maddəsinin qeyd edildiyini, bunun bərpasına köməklik göstərilməsini xahiş etmişdir.

5. X1 tərəfindən BŞT və TTYS-nın baş həkiminə ünvanlanmış ərizədən görünür ki, X1 həqiqi hərbi qulluqdan sonra əvvəlki işi ilə təmin edilməsini xahiş etmişdir.

6. X1 tərəfindən BŞT və TTYS-nın baş həkiminə ünvanlanmış ##.##.2004-cü il tarixli ərizədən görünür ki, X1 həqiqi hərbi xidmətə ##.##.2004-cü il tarixində çağırıldığına görə işdən azad edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Əlı yev Rəşad Rauf oğluna məxsus əmək kitabçasında ##.##.2001-ci il tarixindən işə qəbul edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin elektron informasiya sistemində qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciətin edilməsi öhdəliyinin cavabdeh “Respublika Təcili və X17 Mərkəzi" X4 üzərinə qoyulması qət edilmişdir.

8. “Respublika Təcili və X17 Mərkəzi” X4 ##.##.2025-ci il tarixli **-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Əlı yev Rəşad Rauf oğlunun ##.##.2004-cü il tarixli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilməsinə dair ərizənin əslininin məhkəməyə təqdim edilməsi ilə bağlı məktuba aidiyyəti üzrə baxılmışdır. Cavab olaraq bildirilir ki, hazırda fəaliyyət göstərən "Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " publı k hüquqı şəxsi, daha əvvəl bir neçə dəfə ləğv edilmiş müəssisələrin əsasında yenidən yaradılmışdır. Belə ki, hazırki Mərkəz – Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" X4 Müşahidə Şurasının ##.##.2023-cü il tarixli **-Q/**** saylı Qərarı əsasında yaradılmışdır. Sorğu edilən ərizə isə ##.##.2004-cü il tarixli olmaqla, 21 il əvvəlki dövrü əhatə edir. Odur ki, bu 21 il ərzində Müəssisələrin ləğvi və yenidən qurulması ilə bağlı dəfələrlə arxivlərin yerləri dəyişildiyi üçün hazırda həmin ərizənin əslinin tapılması mümkün olmamışdır.

Birinci̇instansiyȧməhkəməsində̇icraat

9. Iddiaçı Əlı yev Rəşad Rauf oğlu cavabdeh “Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " Publı k Hüquqı Şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında “Əmrdə düzəliş edilərək Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsi həmin Məcəllənin 74-cü maddəsinin a) bəndinə keçirilməsinə düzəliş edilməsinin cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” X4 üzərinə öhdəliyin qoyulması, həmin edilmiş düzəlişin X19 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciətin edilməsi və saxtakarlığa yol vermiş işçilər barəsində xüsusi qərardad çıxarmaqla Yasamal rayon Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

10. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024cü il tarixdə *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin olunmuş və ona məxsus əmək kitabçasında ##.##.2001-ci il tarixdən işə qəbul edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin elektron informasiya sistemində qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciətin edilməsi öhdəliyi cavabdeh Respublikası Təcili və X17 Mərkəzi X4 üzərinə qoyulması barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsi icra edilərkən onun əmək kitabçasında ##.##.2004-cü ildə Əmr № **/K saylı amr verilməsi üçün ##.##.2004-cü il tarixdə hərbi xidmətə çağırılmağı ilə əlaqdar işdən azad olunmağı barədə ərizə əsas götürülmüşdür. Halbuki, o elə bir ərizə yazmamış, Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən rəsmi arayış təqdim etmiş və həmin arayışda onun ##.##.2004-cü ildə hərbi komissarlığa çağırılmağı göstərilmişdir. Ona görə onun Azərbaycan Respublikasının Milli Ordusunda Hərbi xidmətdə olduğuna görə iş yeri saxlanmaqla möhlət hüququ tanınmalı idi. Bu fakt Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 74-cü maddəsinin a) bəndi ilə öz təsdiqini tapmışdır. Cavabdeh qanunsuzluğa yol verərək onun adından saxta ərizə təqdim edərək onu Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 69-cü maddəsi ilə öz xahişi ilə tutduğu vəzifədən azad etmişlər. Həm də guya bunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən etdiklərini göstərsələr də, qətnamədə bu barədə heç bir söz yoxdur. Bununla da qanunsuzluğa yol vermişlər. O, saxtakarlığa yol vermiş əməkdaşlar barədə Bakı şəhəri Yasamal rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Yasamal rayon Prokurorluğu ***-Ş-** saylı, ##.##.2025-ci il tarixli məktubunda göstərmişdir ki, bu məsələ mülki məsələ olduğundan mülki məhkəməyə müraciət edilməsi tövsiyə olunur.

11. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçı ##.##.2004-cü il tarixdə verdiyi ərizəsi əsasında ##.##.2004-cü il tarixli, **/k nömrəli əmrə əsasən işdən azad olunmuşdur. Öz ərizəsinə əsasən işdən azad olunduğuna görə, sözügedən əmrdən onun vaxtında məlumatı olmuşdur. Həmin vaxtdan isə 21 il keçdiyinə görə iddia müddəti ötürülmüşdür. Bundan başqa əmək kitabçasının doldurulması müvafiq əmr əsasında aparılır. Həmin əmr bugünkü gün qüvvədədir və mübahisələndirilməmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçı Əlı yev Rəşad Rauf oğluna məxsus əmək kitabçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin elektron informasiya sistemində qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciətin edilməsi öhdəliyinin cavabdeh “Respublika Təcili və X17 Mərkəzi" X4 üzərinə qoyulması qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatına əsasən, sözügedən ərizənin onun tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi məqsədilə cavabdehə (işəgötürənə) kifayət qədər vaxt verilməsinə baxmayaraq, cavabdeh həmin ərizənin əslini məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu halı cavabdehin ziyanına şərh etməklə, həmin ərizənin iddiaçı tərəfindən imzalanmaması halının təsdiqi kimi qiymətləndirmişdir.

14. Məhkəmə hesab etmişdir ki, ##.##.2004-cü il tarixli ərizənin iddiaçı tərəfindən imzalanmaması sübuta yetirildiyindən, işçi ilə işəgötürən arasında əmək münasibətlərin yaranması, dəyişikliklərin edilməsi və xitamı “Elektron hökumət” portalı vasitəsilə həyata keçirildiyindən, iddiaçı Əlı yev Rəşad Rauf oğluna məxsus əmək kitabçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin elektron informasiya sistemində qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciətin edilməsi öhdəliyi cavabdeh “Respublika Təcili və X17 Mərkəzi" X4 üzərinə qoyulmalıdır.

15. Məhkəmə həmçinin iddiaçının “saxtakarlığa yol vermiş işçilər barəsində xüsusi qərardad çıxarmaqla Yasamal rayon Prokurorluğuna göndərilməsi” barədə tələbinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki halda proses iştirakçılarının və digər şəxslərin əməllərində cinayət əlamətlərinin olması aşkara çıxarılmadığından iddiaçıların xüsusi qərardadla bağlı tələbi də təmin oluna bilməz.

16. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3, 11.1, 87.1, 87.2-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Qərarına; “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 2013-cü il tarixli ***-IVQD nömrəli Qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # #### tarixli *** nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a istinadla əsaslandırmışdır.

Apelyasiyȧşikayətiniṅdəlilləri

17. Cavabdeh “Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " Publı k Hüquqı Şəxsi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə iddiaçının müddəti keçmiş tələbinə dair qanunvericiliyə istinad etsə də, lakin mübahisə predmetinə münasibətdə qanunun tələblərinə riayət etməmişdir. Belə ki, məhkəmə qətnaməsində göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 əmək kitabçasında onun ##.##.2004-cü il tarixdən (##.##.2004-cü il tarixli N **/k əmrlə) AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunduğu qeyd edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, əmək kitabçasında düzəliş edilməsini və onun AR ƏM-nin 69-cu maddəsi ilə (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi) işdən azad edilməsi qeydinin dəyişdirilərək, AR ƏM-nin 74-cü maddəsinin “a” bəndi ilə (işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilməsi) əvəz edilməsini xahiş edir. Iddiaçı bildirir ki, ##.##.2004-cü il tarixli “X1 həqiqi hərbi xidmətə ##.##.2004-cü il tarixində çağırıldığına görə işdən azad edilməsini xahiş etməsi” məzmunlu ərizə onun tərəfindən imzalanmayıb. Məhkəmənin bu qənaəti ilə razılaşmaq olmaz, ona görə ki, iddiaçı ##.##.2004cü il tarixində həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra * saylı sanitar vəzifəsinə qəbul edilmişdir. Həmin vaxtı iddiaçı, özünün ##.##.2004-cü il tarixli ərizəsinin olması və ##.##.2004cü il tarixindən **/k nömrəli, ##.##.2004-cü il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə məlumatı olduğu halda buna heç bir etiraz etməmişdir. Həmin əmri mübahisələndirməmişdir. Iddiaçı da özü həmin vaxtı sanitar vəzifəsinə qəbul olunması barədə yeni ərizə vermişdir. Bunlardan göründüyü kimi, iddiaçının həqiqi hərbi xidmətə gedərkən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə ərizə verməsindən tam məlumatı olmuşdur və hərbi xidmətdən qayıtdıqdan sonra da sanitar vəzifəsinə qəbul olunması barədə yeni ərizə vermişdir. Iddiaçı nə həqiqi hərbi xidmətə gedərkən, nə də ondan sonra bu hala heç bir etiraz etməmiş və mübahisələndirməmişdir. Iddiaçının isə bu məsələni bildiyi və yaxud bilməli olduğu andan mübahisələndirmək hüququ vardır. Həmin vaxtdan da artıq 21 il vaxt keçmişdir. Buna əsasən də iddia tələbini qəbul etmirlər. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçının izahatını nəzərə alaraq, sözügedən ərizənin onun tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi məqsədilə cavabdehə (işəgötürənə) kifayət qədər vaxt verilməsinə baxmayaraq, cavabdeh həmin ərizənin əslini məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu halı cavabdehin ziyanına şərh etməklə, həmin ərizənin iddiaçı tərəfindən imzalanmaması halının təsdiqi kimi qiymətləndirir. Məhkəmənin bu qiymətləndirməsi tamamilə qanunsuz və ədalətsizdir. Çünki cavabdehin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli **-*-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, hazırda fəaliyyət göstərən "Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " publı k hüquqı şəxsi, daha əvvəl bir neçə dəfə ləğv edilmiş müəssisələrin əsasında yenidən yaradılmışdır. Belə ki, hazırki Mərkəz – Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" X4 Müşahidə Şurasının ##.##.2023-cü il tarixli **-Q/**** saylı Qərarı əsasında yaradılmışdır. Sorğu edilən ərizə isə ##.##.2004-cü il tarixli olmaqla, 21 il əvvəlki dövrü əhatə edir. Odur ki, bu 21 il ərzində Müəssisələrin ləğvi və yenidən qurulması ilə bağlı dəfələrlə arxivlərin yerləri dəyişildiyi üçün hazırda Əlı yev Rəşad Rauf oğlunun ##.##.2004-cü il tarixli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilməsinə dair verdiyi ərizəsinin əsli tapılmadığından məhkəməyə təqdim edilməsi mümkün deyildir. Işin həqiqi halı belə olduğu təqdirdə cavabdeh məhkəməyə başqa nə bildirə bilərdi. Iddiaçının həmin ərizəsi əsasında verilmiş əmrin əsli isə mövcuddur və məhkəməyə təqdim edilmişdir. Belə olduğu halda Mərkəz özündən əvvəlki müəssisələrin hüquqi varisi olduğu halda belə, hər hansı sənədin arxivdə tapılmamasını, məhkəmə, cavabdehin ziyanına şərh etməklə, həmin ərizənin iddiaçı tərəfindən imzalanmaması nəticəsinə gəlməsi tamamilə əsassızdır və məhkəmənin subyektiv mülahizəsini təşkil edir. Məhkəmə öz qətnaməsində mübahisə predmetinə belə səthi yanaşaraq, düzgün olmayaraq hesab etmişdir ki, ##.##.2004-cü il tarixli ərizənin iddiaçı tərəfindən imzalanmaması sübuta yetirildiyindən, işçi ilə işəgötürən arasında əmək münasibətlərin yaranması, dəyişikliklərin edilməsi və xitamı “Elektron hökumət” portalı vasitəsilə həyata keçirildiyindən, iddiaçı Əlı yev Rəşad Rauf oğluna məxsus əmək kitabçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin elektron informasiya sistemində qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciətin edilməsi öhdəliyi cavabdeh “Respublika Təcili və X17 Mərkəzi" X4 üzərinə qoyulmalıdır. Bu halda məhkəmə cavabdehin nümayəndəsinin mübahisə predmetinə iddia müddətinin tətbiq edilərək təmin olunmamasına dair əsaslı vəsatətini də təmin etməmişdir. Lakin məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız iddiaçının mövqeyini əsas götürərək qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur.

Apellyasiyȧşikayətinə̇qarşı̇etirazıṅdəlilləri

19. Iddiaçı apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsində göstərdiyi dəlillərlə əsaslandırmışdır.

Məhkəmə̇icraatı̇iştirakçılarınıṅizahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " Publı k Hüquqı Şəxsib nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda izahat vermiş və təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı yev Rəşad Rauf oğlunun və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil olunmadığından və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiyȧbaxışınıṅhədləri

23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq̇ediləṅhüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

27.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 28.3-cü maddəsinin 4-1-ci və 5-ci bəndlərinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 29.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 30.12-ci maddəsinin 1-ci hissəsinin k) bəndinə görə elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. 31.49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 32.49-cu maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. 33.49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 34.68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 35.68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü və d) bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 36.74-cü maddəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda xitam verilir. 37.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 38.83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 39.87.1-ci maddəsinə əsasən Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. 40.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 41.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 42.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 43.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 44.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

45.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 46.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 47.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiyȧinstansiyası̇məhkəməsiniṅmövqeyi

48.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından cavabdehin şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 49.Məhkəmə tərkibi qeyd etməyi zəruri sayır ki, hazırkı mübahisə qətnamənin icrası çərçivəsində əmək kitabçasında işəgötürən tərəfindən aparılmış müvafiq qeydin həqiqiliyi ilə əlaqədardır. Lakin həmin qeydin əsasında duran hüquqi fakt – işçinin öz xahişi ilə işdən çıxması barədə ərizə verməsi – iddiaçı tərəfindən inkar edilir. Belə olan halda mübahisə artıq məhkəmə qətnaməsinin icra qaydası ilə bağlı deyil, əmək müqaviləsinə xitamı barədə qeydin qanuniliyinin yoxlanılması ilə bağlıdır və bu səbəbdən iddiaçının iddia icraatı qaydasında müraciət etməsi yolverilən hesab edilməlidir.

50. Iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024cü il tarixdə *(***)-****/**** saylı qətnaməsinin icrası zamanı iddiaçının əmək kitabçasına işdən azad olunma əsası barədə qeyd daxil edilmiş, həmin qeyd isə ##.##.2004-cü il tarixli ərizəyə əsaslandırılmışdır. Iddiaçı belə bir ərizə yazmadığını bildirir, iş materiallarında Nərimanov rayon Hərbi Komissarlığının müraciətinə və həmin müraciətdə onun ##.##.2004-cü ildə hərbi komissarlığa çağırıldığının qeyd edildiyinə istinad edir. Bu baxımdan iddiaçı iş yerinin saxlanılması hüququnun yarandığını və əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin a) bəndinə əsasən xitam verilməli oluduğunu göstərir. 51.Bununla əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, hazırkı işə iddia icraatı qaydasında baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə hüquqi qiymət verməmiş, bu məsələni araşdırmadan işin mahiyyəti üzrə qətnamə çıxarmışdır. 52.Halbuki mübahisənin əmək münasibətlərindən irəli gəldiyini nəzərə alan məhkəmə işin mahiyyəti üzrə araşdırmanı aparmamışdan əvvəl həmin ərizəyə əmək qanunvericiliyində iddia müddətinin tətbiqi məsələsinə dair müəyyən edilmiş qaydalar çərçivəsində münasibət bildirməli, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini ilkin olaraq araşdırmalı idi. 53.Həmin qaydaya görə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyi halda, məhkəmə ilk növbədə iddia müddətinin keçib-keçmədiyini müəyyən etməli, müddətin ötürüldüyü nəticəsinə gəldiyi təqdirdə isə, iddianın bu əsasla rədd edilməsi barədə nəticəyə gəlməlidir. Yalnız iddia müddətinin ötürülmədiyi və ya üzrlü səbəbdən buraxıldığı müəyyən edildikdən sonra məhkəmə iddia tələblərinin mahiyyəti üzrə araşdırmaya keçə bilər. 54.Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə ümumiyyətlə münasibət bildirməmiş və bu istiqamətdə zəruri araşdırma aparmamışdır ki, bu da maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. 55.Iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən araşdırma aparan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin başlanma anı cavabdehin iddia etdiyi kimi iddiaçının işdən çıxarılması tarixi ilə deyil, onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla müəyyən edilməlidir. Iş materiallarından göründüyü kimi, mübahisələndirilən “öz xahişi ilə işdən çıxma” qeydi yalnız Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024-cü il tarixdə *(***)-****/**** saylı qətnaməsinin icrası zamanı əmək kitabçasına daxil edilmişdir. Buna görə də iddia müddəti həmin tarixdən hesablanmalıdır.

56. Belə ki, iddiaçının “əmək kitabçasında ##.##.2001-ci il tarixdən işə qəbul edilməsi barədə düzəlişin aparılması və həmin düzəlişin elektron informasiya sistemində qeydə alınması” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024-cü il tarixdə *(***)-****/**** saylı qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, qətnamə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə qanuni qüvvəsini almış, ##.##.2024-cü il tarixdə icra olunması üçün cavabdehə yönəldilmişdir.

57. Iş materiallarından da iddiaçının qətnamənin icrası nəticəsində əmək kitabçasına ##.##.2004-cü il tarixli ərizəyə əsasən edilmiş dəyişikliklər barədə ən geci ##.##.2025-ci il tarixdən (onun cavabdeh quruma mübahisəli məsələ barədə etdiyi müraciətin tarixindən, iş v. 72) məlumatlı olması görünür. Buna baxmayaraq, iddiaçı hüquqlarının pozulduğunu bildiyi tarixdən bir aydan artıq müddət keçdikdən sonra – ##.##.2025-ci il tarixində Bakı * saylı Medasiya Təşkilatına, ##.##.2025-ci il tarixdə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

58. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024-cü il tarixdə *(***)-****/**** saylı qətnaməsinin məzmunundan məlumatsız olması inandırıcı deyildir. Həmin mülki iş üzrə aparılmış araşdırmada iddiaçının iştirakı təmin edilmiş, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş sənədlər, o cümlədən ##.##.2004-cü il tarixli ərizə və həmin ərizə əsasında verilmiş ##.##.2004cü il tarixli № **/K əmr barədə məlumatlar onunla birilkdə tədqiq edilmiş, qeyd edilən sənədlərə əsasən işin halları araşdırılmışdır. Bu səbəbdən iddiaçı göstərilən sənədlərdən də ən azı ##.##.2024-cü il tarixdən məlumatlı olmuşdur.

59. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə qəbul edilmiş qətnamədə “Bakı şəhər Təcili və X17 Stansiyası” PHŞ tərəfindən verilmiş ## ####### 2023-cü il tarixli **-*-**/*-***/**** saylı arayışa (iş v. 78) istinad olunmuşdur. Həmin arayışda iddiaçının əmək fəaliyyəti, vəzifə dəyişiklikləri və işdən azad olunma halları ətraflı göstərilmiş, o cümlədən ##.##.2004-cü il tarixdə öz xahişi ilə vəzifədən azad olunması qeyd edilmişdir.

60. Həmin arayışın məzmunu: ##.##.1984-cü il təvəllüdlü X1 həqiqətən ##.##.2001-ci il tarixdən (##.##.2001-ci il tarixli № **/k əmrlə) Bakı şəhər Təcili və X17 Stansiyasında 0,5 vahid sanitar vəzifəsinə qəbul edilmişdir. ##.##.2004-cü il tarixdən (##.##.2004-cü il tarixli № **/K əmrlə) AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. (Nərimanov r. Hərbi Komissarlığının arayışı, hərbi xidmətə çağırış ilə əlaqədar) ##.##.2004-cü il tarixdən (##.##.2004-cü il tarixli № **/k əmrlə) Bakı şəhər Təcili və X17 Stansiyasında 1,0 vahid sanitar vəzifəsinə qəbul edilmişdir. ##.##.2005-ci il tarixdən (##.##.2005-ci il tarixli № ** əmrlə) Bakı şəhər Təcili və X17 Stansiyasında 1,0 vahid səyyar feldşer vəzifəsinə keçirilmişdir. ##.##.2007-ci il tarixdən (##.##.2007-ci il tarixli № *** əmrlə) həmin stansiyada 1,0 vahid psix briqada feldşeri vəzifəsinə keçirilmişdir. ##.##.2015-ci il tarixdən (##.##.2015-ci il tarixli № *** əmrlə) Bakı şəhər Təcili və X17 Stansiyasında 1,0 vahid tibb qardaşı (psixi xəstələrə yardım və daşınma) vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə çalışır.

61. Nəticədə məhkəmə müəyyən etmişdir ki, iddiaçı X1 həqiqətən ##.##.2001-ci il tarixdən Bakı şəhəri Təcili və X17 Stansiyasında sanitar vəzifəsinə qəbul olunmuş, ##.##.2004-cü il tarixdən isə (##.##.2004-cü il tarixli № **/K saylı əmrlə) AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur (iş v. 80). 62.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüş, iddia müddətinin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 63.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının işdən azad edilməsi barədə əmri ayrıca mübahisələndirmədən yalnız həmin əmrin əsasında əmək kitabçasına daxil edilmiş qeydlərin dəyişdirilməsi (düzəliş edilməsi) barədə tələb irəli sürməsi hüquq baxımından uğursuzdur. Belə ki, əmək kitabçasına daxil edilən məlumatlar müstəqil hüquqi nəticə doğurmur, yalnız işəgötürən tərəfindən qəbul edilmiş əmrlərin və ya digər hüquqi aktların əks etdirilməsi xarakteri daşıyır. Bu baxımdan əmək kitabçasında aparılmış qeydlərin hüquqi qüvvəsi həmin əmrlərin qanuniliyindən asılıdır və onlar həmin əmrlərin məzmununa uyğunluq baxımından qiymətləndirilməlidir. 64.Hazırkı halda iddiaçı ##.##.2004-cü il tarixli № **/K saylı əmrin və bu əmrin verilməsinə əsas olmuş ##.##.2004-cü il tarixli ərizənin həqiqiliyini mübahisələndirmədən, yalnız qeydin düzgün olmadığını əsas gətirərək əmək kitabçasına düzəliş edilməsini tələb etmişdir ki, bu da əmək qanunvericiliyinin ümumi prinsiplərinə ziddir. 65.Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı hüquq münasibətlərini qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Əlı yev Rəşad Rauf oğlunun cavabdeh “Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " Publı k Hüquqı Şəxsinə qarşı (AR ƏƏSMN yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək kitabçasına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. 66.Məhkəmə kollegiyası iddiaçının cavabdeh barəsində xüsusi qərardad çıxarılması tələbinə münasibətdə qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual xarakter daşıyır. Belə ki, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə xüsusi qərardad çıxarıla bilər. Xüsusilə, işə baxılması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar edildiyi halda, məhkəmə bu barədə müşavirə otağında müstəqil akt şəklində xüsusi qərardad çıxara bilər. Lakin iş materiallarının araşdırılması nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində hər hansı cinayətin tərkibinin əlamətləri müəyyən edilmədiyindən, hazırki mülki iş üzrə xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyildir və bu səbəbdən xüsusi qərardadın çıxarılmasından imtina edilməlidir. 67.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 68.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏṪ̇̇ETDI:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. Iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı Əlı yev Rəşad Rauf oğlunun cavabdeh “Respublika Təcı li və Təxı rəsalınmaz Tı bbi Yardım Mərkəzı " Publı k Hüquqı Şəxsinə qarşı (AR ƏƏSMN yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək kitabçasına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik̇edən:̇̇Cəmilə̇Musayeva ̇̇̇̇Hakimlər:̇̇FuaḋBabayev ̇̇̇̇̇̇̇̇̇̇̇̇̇NigaṙNəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar