Məhkəmə qərarları › İş №2(3-6)-433/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-433/2026

20.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-433/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh X1ə qarşı mülki iş üzrə (Açar sözlər: töhmət verilməsi barədə əmrin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh X1ə qarşı “töhmət verilməsi barədə əmrin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1ə qarşı “töhmət verilməsi barədə əmrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 tərəfindən verilmiş “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” ## ##### 2025-ci il tarixli, **-*-**/*-*- ****/**** nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ##.##.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onunla Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X1 tabeliyində fəaliyyət göstərən Cavabdeh X1 arasında ## ##### 2024-cü il tarixdə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Müvafiq müqaviləyə əsasən, o, “həkim” vəzifəsində əmək funksiyalarını yerinə yetirmişdir. 25 ildən artıqdır ki, X2 Xidmətində həkim vəzifəsində qüsursuz olaraq çalışır. Lakin təəssüf hissi ilə bildirir ki, ## ##### 2025-ci il tarixində işəgötürən tərəfindən onun barəsində intizam tənbehi tədbirinin tətbiq olunması barədə əmr verilmiş və həmin əmr əsasında ona töhmət tətbiq edilmişdir. Verilmiş əmrlə razılaşmır və hesab edir ki, həmin intizam tənbeh tədbiri əsassız və qanunsuz şəkildə tətbiq olunmuşdur. Belə ki, əmrdə qeyd olunan pozuntu və ona əsas kimi göstərilən faktlar reallığı əks etdirmir və işin faktiki halları ilə uzlaşmır. Əmrə əsasən, guya ## ##### 2025-ci il tarixində saat 19:26 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermiş hadisə ilə bağlı dispetçer xidməti tərəfindən ünvanlarına daxil olmuş X2 çağırışına getməkdən imtina etmiş, nəticədə çağırışın icrasında 17 dəqiqəlik gecikmə baş vermişdir. Bu iddialar həqiqəti əks etdirmir. Əmək funksiyalarını vicdanla, məsuliyyətlə və mütəmadi olaraq yerinə yetirmişdir. İşlədiyi müəsissədə baş verən korrupsiya faktları, əsassız olaraq həkimlərdən pul tələb edilməsi ilə bağlı şikayətlərindən sonra ona heç bir əsas olmadan töhmət verilmişdir. Ancaq bu hal onun korrupsiya və rüşvətxorluğa qarşı mübarizə əzmini qıra bilməz. Onun 25 illik qüsursuz fəaliyyətini şikayətlərdən sonra töhmətlə ləkəmişlər. Əmrdə qeyd etdikləri çağırışla bağlı isə işin faktiki halları aşağıdakı kimidir: - X11 Babayeva tərəfindən çağırış barədə ilkin məlumatın guya saat 19:26-da ona verildiyi göstərilsə də, çağırışla bağlı məlumat faktiki olaraq 19:43-də verilmişdir. Məlumatı aldıqdan dərhal sonra Səbinə Babayeva adlı həmkar həkimə çağırış barədə məlumat vermiş və onun həmin çağırışa getməsinin mümkünlüyünü soruşmuşdur. Səbinə xanım könüllü şəkildə çağırışa gedəcəyini bildirmişdir. Ardınca bu barədə dispetçerə dərhal telefon vasitəsilə məlumat verilmişdir. Nəticə etibarilə çağırış Səbinə doktor tərəfindən könüllü şəkildə icra olunmuş, tibbi yardım vaxtında göstərilmişdir. Qeyd edir ki, çağırışın icra olunmasında onun tərəfindən heç bir gecikmə, imtina və ya səhlənkarlıq baş verməmişdir. Əksinə, operativ şəkildə koordinasiya həyata keçirilmiş, çağırışın operativ icrası təmin olunmuşdur. Buradan aydın görünür ki, əmək və icra intizamının pozulmasından söhbət gedə bilməz. Əmr A.N.Kazımova, A.F.Allahyarova və S.İ.Mahmudova tərəfindən təqdim edilmiş məlumat və arayışlara istinad edilməklə qəbul edilmişdir. Lakin bu sənədlərin heç biri faktiki sübutlarla, o cümlədən real vaxt qeydləri, zənglərin çıxarışı və digər obyektiv dəlillərlə əsaslandırılmamışdır. Həmçinin Səbinə həkimlə və dispetçerlə aralarında baş vermiş telefon danışığı da göstərir ki, çağırışın icrası məhz tərəfindən koordinasiya olunmuş, Səbinə xanım çağırışın icrasını könüllü şəkildə həyata keçirmiş və çağırış gecikməyə səbəb olmadan yerinə yetirilmişdir. Belə olan halda, çağırışdan imtina etdiyi və bu səbəbdən çağırışın icra vaxtının guya 17 dəqiqə gecikməsi ilə bağlı onun barəsində intizam tənbeh tədbirinin tətbiqi əsassızdır və hesab edir ki, bu barədə müvafiq Əmr əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Tərəfindən verilmiş vəkil sorğusuna cavab məktubundan və ona qoşma kimi əlavə edilmiş “X16 Vərəqi”ndən görünür ki, çağırış 19:21-də verilmiş, lakin 19:47-də ötürülmüşdür. Açıq-aşkar görsənir ki, çağırış dispetçer tərəfindən gecikdirilmişdir. Burada çağırışın gecikdirilməsinə onun ümumiyyətlə hər hansı aidiyyəti olmamışdır. Çağırış vaxtında ötürülsə idi, heç bir gecikmə halı baş verməyəcəkdir. Qərəzli şəkildə heçbir əsas olmadan “bunu onun üstünə atmışlar”. O cümlədən, tərəflərindən ##.##.2025-ci il tarixdə çağırışın dəqiq rəqəmlər göstərilməklə saat neçədə daxil olması, çağırış daxil olduqdan sonra hansı hərəkətlərin icra olunması, ilk öncə çağırışın hara və saat neçədə yönləndirilməsi, çağırış üzrə tibb bacısı tərəfindən çağırışın saat neçədə Yasamal TTTYS * saylı bölməsinin təcili və X20 üzrə həkimi İddiaçı ötürülməsi, qeyd olunan çağırışa həkim briqadasının saat neçədə çıxması, çağırış operatora daxil olduqdan neçə dəqiqə sonra çağırış barədə həkim İddiaçı məlumat verilməsi, danışığın neçə dəqiqə davam etməsi (saat göstərilməklə) barədə məlumatın, habelə həmin danışığı özündə əks etdirən səs yazılarının, zəng tarixçəsindən çıxarışın təqdim olunması barədə vəkil sorğusu göndərilsə də, tərəf həmin sorğuları mahiyyəti üzrə cavablamamış, müvafiq səs yazılarını, zəng tarixçəsindən çıxarışları təqdim etməkdən imtina etmiş, əvəzində 103 çağrı mərkəzi ilə pasiyent arasında olan səsyazılarını təqdim etmişdir. Hansı ki, məhz zəng tarixçələrindən çıxarışı və dispetçerlə İddiaçı arasında olan zənglərin səs yazısı təsdiq edir ki, çağırış barədə ilkin məlumat məhz 17:43-də verilmiş, o cümlədən, çağırışdan Tamella Müslumova tərəfindən imtina olunmamış, X13 tərəfindən könüllü icra edilmişdir. Ona əsassız olaraq töhmət verilmiş, bu barədə müvafiq əmr çıxarılmışdır. Həmçinin, tərəfindən ##.##.2025-ci il tarixdə ##.##.2025ci il tarixli, 18-1- **/*-*-****/**** saylı əmri, habelə qeyd olunan əmrin İddiaçı təqdim (elan) edilibedilməməsi barədə məlumatın, təqdim edildiyi halda İddiaçı əmrlə tanış olması ilə bağlı rəsmi sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması barədə vəkil sorğusu göndərilsə də, tərəf həmin sorğuları cavablandırmamışdır. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Müvafiq əmrin İddiaçı təqdim (elan) edilib-edilməməsi barədə məlumatın, təqdim edildiyi halda İddiaçı əmrlə tanış olması ilə bağlı rəsmi sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması barədə vəkil sorğusu göndərilsə də, tərəf həmin sorğuları cavablandırmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla əmək funksiyalarının yerinə yetirilməməsinə görə əsassız olaraq töhmət növündə intizam tənbehi verilmişdir.

3. Cavabdeh iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı İddiaçı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Respublika Təcili və X21 Mərkəzi" X3 tərəfindən verilmiş "İddiaçı məsuliyyət tədbirinin tətbiqi barədə ## ##### 2025-ci il tarixli, 18-1-88/3- *-********* nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini qanunsuz və əsassız hesab edirlər. Belə ki, ##.##.2025-ci il tarixində saat 19:26-da Cavabdeh X1 Mərkəzi Çağrı Xidmətinə (103) Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ** nömrəli binanın qarşısı, "Bravo" supermarketlə üzbəüz, (küçədə) ünvanından Şəfəq Hacıyevanm (65 yaş) adma "küçədə yıxılıb" səbəbi ilə daxil olan çağırışı çağırış üzrə tibb bacısı Samirə Babayeva icra edilməsi üçün Yasamal TTTYS * saylı bölməsinin həkimi İddiaçı vərərkən, həkim iş növbəsinin bitməsinə az vaxt qalması ilə əlaqədar çağırışı icra etməkdən imtina edərək, müraciətin axşam növbəsinə gələn həkimə ötürülməsini bildirmişdir. Bu səbəbdən çağırış 17 dəqiqə gecikmə ilə saat 19:43-də Yasamal TTTYS * saylı bölməsinin həkimi Səbinə Babayevaya və tibb bacısı Fəxrəndə Qənbərovaya verilmişdir. Çağırış vərəqində aparılan qeydlərə əsasən təcili yardım briqadası saat 19:48-də bölmədən çıxmış, saat 19:53-də ünvana çatmış və həkim S.Babayeva xəstə X24 (65 yaş) "Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması" diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X7 hospitalizasiya etmişdir. Bu səbəbdən də Cavabdeh X1 Yasamal TTTYS bölməsinin təcili və X20 üzrə həkimi İddiaçı vəzifə funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və məsuliyyətsizliyə yol verdiyinə görə ##.##.2025-ci il tarixdə AR ƏM-nin 186-cı maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən "Töhmət" verilmişdir. “Respublika Təcili və X20 Mərkəzi" X1 Yasamal TTTYS bölməsinin təcili və X20 üzrə həkimi İddiaçı həmin intizam tənbehi ona görə verilmişdir ki, o, Mərkəzin təcili və X20 üzrə həkimi olmaqla ##.##.2025-ci il tarixində saat 19:26da Cavabdeh X1 Mərkəzi Çağrı Xidmətinə daxil olmuş məlumata əsasən çağırışı icra etməkdən imtina etməklə özünün vəzifə funksiyasını yerinə yetirməyərək və məsuliyyətsizliyə yol vermişdir. Həkim İddiaçı barəsində çağrı verilmiş şəxsin həyatını təhlükə qarşısında qoymuşdur. Qanunun tələbinə əsasən bu hərəkətinə görə Yasamal TTTYS bölməsinin təcili və X20 üzrə həkimi İddiaçı barəsində daha ciddi tənbeh tədbiri görülə bilərdi. Lakin "Respublika Təcili və X22 Mərkəzi" X3 rəhbərliyi ona qarşı humanist mövqedən çıxış edərək töhmət verməklə kifayətlənmişdir. Bu məsələ "Respublika Təcili və X23 Mərkəzi" PHŞ tərəfindən tam və obyektiv surətdə araşdırılmaqla, həmin əmr verilmişdir. İddiaçı məsuliyyət tədbirinin tətbiqi barədə verilmiş ## ##### 2025-ci il tarixli, **-*-**/*-*-********* nömrəli əmri tam qanuni və əsaslı hesab edirlər.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh X1in “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” ## ##### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli əmrin ləğv edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə işçi vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. Məhkəmə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh ”Respublika Təcili və X20 Mərkəzi” X1ə ##.##.2025-ci il tarixli, 18-1- **/*-*-****/**** nömrəli “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” əmrinin verilməsinə əsas olmuş sənədlərin (mərkəzi çağrı xidmətinin böyük həkimi A.N.Kazımovanın, bölmə müdiri A.F.Allahyarovanın məlumatları, bölmədə tərtib edilmiş akt, İnsan resursları şöbəsinin şöbə müdiri S.İ.Mahmudovanın arayışı) və çağırışın dəqiq rəqəmlər göstərilməklə saat neçədə daxil olması, çağırış daxil olduqdan sonra hansı hərəkətlərin icra olunması (dəqiq saatlar göstərilməklə), ilk öncə çağırışın hara və saat neçədə yönləndirilməsi, çağırışın dəqiq rəqəmlər göstərilməklə saat neçədə Yasamal TTTYS * saylı bölməsinin təcili və X20 üzrə həkimi İddiaçı ötürülməsi, çağırış üzrə operator-dispetçer ilə həkim İddiaçı arasında danışığın neçə dəqiqə davam etməsi (dəqiq saat göstərilməklə) barədə məlumatların və həmin danışığı özündə əks etdirən səs yazılarının təqdim edilməsi ilə bağlı sorğu ünvanlansa da, sorğuya cavab verilməmiş, cavabdeh tərəfindən əmrin verilməsinə əsas olmuş sənədlər və digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da, işəgötürən intizam tənbehinin verilməsi əsaslılığını sübut etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, işçi intizam məsuliyyətinə cəlb edilirsə, intizam qaydalarının pozulmasının işçi tərəfindən qəsdən törədilməsi ilə bağlı sübutetmə yükü işəgötürənin üzərindədir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 10, 186, 187, 190, 292-ci maddələrinə istinadla əsasən əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

5. Cavabdeh Cavabdeh X1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təcili və X20 həkiminin əsas əmək funksiyasılarından biri daxil olmuş çağırışlara vaxtında getməkdir. Üzrlü səbəblər olmadan, təcili və X20 həkiminin çağırışdan imtina etməsi birbaşa həkimin məsuliyyətsizlik göstərərək əmək funksiyasının keyfiyyətsiz yerinə yetirməsinə dəlalət edir. Xüsusi olaraq qeyd edirik ki, “küçə çağırışları” daha həssas hesab edildiyi üçün çağırış zamanı yol verilmiş gecikmə barəsində çağırış edilmiş xəstə üçün kritik sayılır. Öz hərəkəti ilə həkim İddiaçı, barəsində çağırış verilmiş xəstə "Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması" diaqnozu qoyulmuş 65 yaşlı X27 həyatını təhlükə qarşısında qoymuşdur. Odur ki, Cavabdeh X1 Yasamal TTTYS * saylı bölməsinin təcili və X20 üzrə həkimi İddiaçı ona yönləndirilmiş çağırışı növbənin sonu olduğu üçün növbəti həkimə ötürməsi əmək funksiyasının keyfiyyətsiz yerinə yetirilməsi hesab edilərək ##.##.2025-ci il tarixində töhmət verilməsinə əsas olmuşdur. “Təcili və X20 üzrə X14” – təcili və X20 üzrə həkimin vəzifə öhdəliklərini, hüquqlarını və məsuliyyətini özündə əks etdirən hüquqi sənəddir. Təcili və X20 üzrə X14 11.2-ci maddəsinə əsasən, Çağırış təcili və X20 üzrə həkimə ötürüləndən sonra, o ləngimədən hadisə yerinə çıxmaq, xəstə və zərərçəkənlərə hadisə yerində və xəstəxanaya çatdırılanadək tibbi yardım göstərmək təcili və X20 üzrə həkimin vəzifə öhdəliyidir. Göründüyü kimi, İddiaçı öz vəzifə öhdəliklərini kobud surətdə pozmuş, çağırış ona ötürüldükdən sonra çağırışı gecikdirmiş, növbəsinin bitməsinə az qalması səbəbilə çağırışı digər həkimə – Səbinə Babayevaya ötürmüşdür. Beləliklə, çağırışı 17 dəqiqə ləngitmişdir. Növbənin bitməsinə az müddətin qalması həkimə çağırışdan imtina etmək və çağırışı digər həkimə ötürmək səlahiyyəti vermir. Təcili və X20 üzrə həkim vəzifə funksiyalarından irəli gələn iş vaxtı bitənədək ötürülən çağırışı qəbul edib icra etmək öhdəliyini yerinə yetirməlidir. Şahid ifadələrindən də təsdiq olunduğu kimi həmin gün həkim İddiaçı növbəsinin bitmə vaxtı saat 20:00 olmuşdur. Çağırışın saat 19:26-da gəldiyini nəzərə alaraq qeyd edirik ki, çağırış 19:33-də ötürülsə belə, 19:30-da gələn növbətçi həkimlərin çağırışa getməyə tam hazır vəziyyətə gəlməsi müəyyən qədər vaxt alacağından dispetçer çağırışı ilkin olaraq öncəki növbədə olan həkimlərə ötürmüşdür. X8 ifadəsində bildirmişdir ki, çağırış öncə Rasimə ötürülmüş, Rasim gedə bilmədiyindən çağırış İddiaçı ötürülmüşdür. Şahid ifadəsi vasitəsilə çağırışın İddiaçı ötürüldüyü aydın olur. Lakin məhkəmə işin hallarını obyektiv, qərəzsiz, tam araşdırmadığından çağırış İddiaçı ötürüldükdən sonra prosesin necə irəlilədiyini, əgər əvvəlcədən 19:30 növbəsinə gələn həkimlər tərəfindən növbəyə getməyə razılıq əvvəlcə ifadə edilmişdisə, çağırışın nə üçün Rasimə ötürüldüyünü, Rasimdən sonra İddiaçı ötürüldükdən sonra nə baş verdiyini, əgər 19:30 növbəsinə gələn həkimlər sonradan çağırışa getməyə razı oldularsa, onlarla kimin danışıb razılaşdığını araşdırmamışdır. Çünki zaman intervalını nəzərə alaraq, 19:30 növbəsi üçün gələn həkimlərin 19:26-da gələn çağırış üçün hazır vəziyyətə gəlməsi obyektiv olaraq daha çox vaxt aparacaqdı. Məhkəmə işin hallarını araşdırarkən bu faktları nəzərə almamış, beləliklə, hüquqa zidd və əsassız qətnamə qəbul etmişdir. İşin hallarından göründüyü kimi məhkəmə nəinki cavabdehin prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməmiş, hətta ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qərardad ilə mülki iş üzrə işə baxılması müddətini 02 (iki) ay müddətinə uzatsa da, cavabdehə ünvanladığı sorğuda göstərilən səs yazılarının təqdim olunmasına əlavə vaxt vermədən növbəti iclasda, cavabdeh Cavabdeh X1in əleyhinə qərar çıxarmışdır. Məhz həmin tarixdə, yəni ##.##.2025-ci il tarixdə cavabdehin elektron məhkəmə kabinetinə yerləşdirilən məlumat xarakterli məktubda bildirilmişdir ki, tabe olduğumuz qurum olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 (TƏBİB-də) keçiriləcək tədbirlə bağlı həmin gün üçün nəzərdə tutulmuş məhkəmə prosesində iştirak edə bilmirik. Odur ki, üzrlü səbəbdən iclasda iştirak edə bilmədiyimizi, habelə göndərilmiş sorğulara cavab verilməsinə əlavə vaxt verilməsinə zərurətinin yaranmasını nəzərə almaqla, hazırkı iş üzrə ##.##.2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının təxirə salınması xahiş edilsə də, bu hal məhkəmə tərəfindən qərəzli olaraq nəzərə alınmamışdır. Məhkəmə tərəfindən sübutlar obyektiv, qərəzsiz, hərtərəfli, tam araşdırılmadan “iddiaçının mövqeyini müdafiə edərək” qərar qəbul edilmişdir. Bildiririk ki, cavabdeh ”Respublika Təcili və X20 Mərkəzi” X1 tərəfindən ##.##.2025-ci il tarixli, 18-1- **/*- *-****/**** nömrəli “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” əmrin verilməsinə əsas olmuş mərkəzi çağrı xidmətinin böyük həkimi A.N.Kazımovanın, bölmə müdiri A.F.Allahyarovanın məlumatları, bölmədə tərtib edilmiş akt, İnsan resursları şöbəsinin müdiri S.İ.Mahmudovun arayışı, çağırış üzrə tibb bacısı X9 Yasamal rayon TTTYS* saylı bölmənin səyyar həkimi X15 çağırışa getməkdən imtina etməsi barədə izahatı məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən şahid ifadələri isə ümumiyyətlə araşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Həsənov apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR Birinci instansiya məhkəməsində baxış iclasında iştirak etmiş şahid X10 ifadəsində iddiaçı Tamellanın onun iş yoldaşı olduğunu, hər ikisinin səyyar həkim olduğunu, həmin gün növbədə o, Tamella və Nərmin xanımın olduğunu, növbənin sonu olduğunu, növbənin 20:00- 8. da bitdiyini, həkimlərin razılığı əsasında 19:30-dan sonra gəlmiş çağırışlara növbəti növbənin həkimlərinin getdiyini, növbəti növbənin həkimi Babayeva Səbinənin çağırışa getməyə razı olduğunu, bu səbəbdən çağırışın onun adına yazıldığını və çağırışa Babayeva Səbinənin getdiyini, 1983-cü ildən orda işlədiyini, direktor Aygün gələndən sonra heç bir səbəb olmadan töhmət verməyə çalışdığını, 13 nəfərin şikayət etdiyini, onlardan 5 nəfərin işdən çıxdığını, qalan 8 nəfərə qarşı qərəzli münasibətin davam etdiyini bildirmişdir.

9. İş materiallarında olan ”Respublika Təcili və X20 Mərkəzi” X1 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı ##.##.2024-cü il tarixdən müddətsiz əmək müqaviləsi əsasında əsas iş yeri olaraq Yasamal TTTYS bölməsində təcili və X20 üzrə həkim vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 2070 manatdır.

10. İş materiallarında olan ”Respublika Təcili və X20 Mərkəzi” X1in ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli əmrinə əsasən vəzifə funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və məsuliyyətsizliyə yol verdiyinə görə Cavabdeh X1 Yasamal TTTYS * saylı bölməsinin təcili və X20 üzrə həkim İddiaçı "Töhmət” verilmişdir.

11. İş materiallarında olan ”Respublika Təcili və X20 Mərkəzi” X1in “PRO BONO” Vəkil Bürosuna ünvanladığı ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** nömrəli sorğulara cavab məktubuna əsasən ##.##.2025-ci il tarixində saat 19:21-də Cavabdeh X1 Mərkəzi Çağrı Xidmətinə (103) Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ** nömrəli binanın qarşısı, "Bravo” supermarketlə üzbəüz, (küçədə) ünvanından Şəfəq Hacıyevanın (65 yaş) adına “küçədə yıxılıb” səbəbi ilə daxil olan çağırış icra edilməsi üçün saat 19:47-də Yasamal TTTYS-nın * saylı bölməsinin həkimi Səbinə Babayeva və tibb bacısı Fəxrəndə Qənbərovaya verilmişdir. Təcili yardım briqadası saat 19:48-də ünvana çıxmış, saat 19:53-də ünvana çatmış və xəstə X24 (65 yaş) “Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X7 hospitalizasiya etmişdir. Hadisə barədə 29-cu polis bölməsinin əməkdaşı Kazımzadəyə məlumat verilmişdir.

12. İş materiallarında olan ”Respublika Təcili və X20 Mərkəzi” X1in ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** nömrəli müraciətin cavablandırılması barədə cavab məktubuna əsasən ##.##.2025-ci il tarixində saat 19:26- da “Respublika Təcili və X20 Mərkəzi" X1 Mərkəzi Çağrı Xidmətinə (103), Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ** nömrəli binanın qarşısı “Bravo” supermarketlə üzbəüz (küçədə) ünvanından Şəfəq Hacıyevanın (65 yaş) adına “küçədə yıxılıb” səbəbi ilə daxil olan çağırışı, çağırış üzrə tibb bacısı Samirə Babayeva icra edilməsi üçün Yasamal TTTYS-nın * saylı bölməsinin həkimi Tamilla Müslümovaya verərkən, həkim çağırışa getməkdən imtina edərək, müraciətin axşam növbəsinə gələn həkimə ötürülməsini bildirmişdir. Bu səbəbdən çağırış 17 dəqiqə gecikmə ilə saat 19:43-də Yasamal TTTYS-nın * saylı bölməsinin həkimi Səbinə Babayevaya və tibb bacısı Fəxrəndə Qənbərovaya verilmişdir. Çağırış kartaya əsasən təcili yardım briqadası saat 19:48-də bölmədən çıxmış, saat 19:53-də ünvana çatmış və həkim S.Babayeva xəstə X24 (65 yaş) “Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X7 hospitalizasiya etmişdir. Hadisə barədə 29-cu polis bölməsinin əməkdaşı Kazımzadəyə məlumat verilmişdir. Çağırış üzrə tibb bacısı Samirə Babayeva ilə həkim Tamilla Müslümova arasında danışığın səs yazısı mövcud olmadığından danışığın neçə dəqiqə davam etməsi barədə məlumat verə bilmirlər.

13. İş materiallarında olan ”Respublika Təcili və X20 Mərkəzi” X1in ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** nömrəli cavab məktubuna əsasən ##.##.2025-ci il tarixində saat 19:26-da "Respublika Təcili və X20 Mərkəzi” X1 Mərkəzi Çağrı Xidmətinə (103) Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ** nömrəli binanın qarşısı, "Bravo" supermarketlə üzbəüz, (küçədə) ünvanından Şəfəq Hacıyevanın (65 yaş) adına "küçədə yıxılıb" səbəbi ilə daxil olan çağırışı çağırış üzrə tibb bacısı Samirə Babayeva icra edilməsi üçün Yasamal TTTYS * saylı bölməsinin həkimi İddiaçı vərərkən, həkim iş növbəsinin bitməsinə az vaxt qalması ilə əlaqədar çağırışı icra etməkdən imtina edərək, müraciətin axşam növbəsinə gələn həkimə ötürülməsini bildirmişdir. Bu səbəbdən çağırış 17 dəqiqə gecikmə ilə saat 19:43-də Yasamal TTTYS * saylı bölməsinin həkimi Şəbinə Babayevaya və tibb bacısı Fəxrəndə Qənbərovaya verilmişdir. Çağırış vərəqində aparılan qeydlərə əsasən təcili yardım briqadası saat 19:48-də bölmədən çıxmış, saat 19:53-də ünvana çatmış və həkim S.Babayeva xəstə X24 (65 yaş) "Qapalı kəllə beyin travması. Bədənin çoxsaylı müştərək travması” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X7 hospitalizasiya etmişdir. Cavabdeh X1 Yasamal TTTYS bölməsinin təcili və X20 üzrə həkimi İddiaçı vəzifə funksiyasını keyfiyyyətsiz yerinə yetirdiyinə və məsuliyyətsizliyə yol verdiyinə görə ##.##.2025-ci il tarixdə AR ƏM-nin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən “Töhmət" verilmişdir.

14. Apellyasiya baxışı zamanı “Təcili və X20 üzrə X14”, Yasamal TTTYS * saylı bölmə işçilərinin aprel ayının iş cədvəli və ##.##.2025-ci il tarixə dair “Növbənin tarixi və vaxtı” barədə məlumat cavabdeh tərəfindən təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilir.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

18. Təcili və X20 üzrə X14 müvafiq bəndlərinə əsasən aşağıdakılar müəyyən edilir: -11. Təcili və X20 üzrə həkimin çağırış üzrə orta tibb işçisindən çağırışı aldıqdan sonra görəcəyi işlər: -11.1. bölmədən (şöbədən) çağırışa çıxarkən təcili və X20 üzrə həkim, çağırış üzrə orta tibb işçisindən çağırışı qəbul etməli, çağırışın verilmə vaxtı, səbəbi və ünvanını dəqiqləşdirməlidir; -11.2. çağırış təcili və X20 üzrə həkimə ötürüləndən sonra, o ləngimədən hadisə yerinə çıxmalıdır, xəstə və zərərçəkənlərə hadisə yerində və xəstəxanaya çatdırılanadək tibbi yardım göstərməlidir; -11.3. hər hansı səbəbdən çağırışa çıxmaq mümkün olmadıqda (sanitar avtonəqliyyat vasitəsinin nasazlığı və heyət üzvlərindən birinin sağlamlığı yol vermədikdə və s.) təcili və X20 üzrə həkim bu barədə çağırış üzrə orta tibb işçisinə məlumat verməlidir və o da öz növbəsində dərhal çağırışa başqa briqadanı göndərməlidir; -14. Asudə vaxtı stansiyanın (şöbənin) ərazisini tərk etməməli, daim öz vəzifə borcunu yerinə yetirməyə hazır olmalıdır. -15. Təcili və X20 üzrə həkim iş növbəsinin bitməsinə baxmayaraq icrada olan çağırışı sona çatdırmalıdır -16. Təcili və X20 üzrə həkimin iş vaxtı bitənə qədər ötürülən çağırışı qəbul edib icra etməlidir -17. Təcili və X20 üzrə həkimin növbəsi başa çatdıqda, o yalnız çağırış üzrə orta tibb işçisinin icazəsi ilə, yəni briqada çağırışa getməyə tam hazır olduqda, iş yerini tərk edə bilər.

19. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakı nəticəyə gəlmişdir: İş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı iddia qaldıraraq, onun barəsində verilmiş ## ##### 2025-ci il tarixli, **-*-**/*-*- ****/**** nömrəli “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” əmrin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh intizam tənbehinin tətbiq edilməsinə əsas olmuş sənədləri və digər sübutları məhkəməyə təqdim etmədiyindən işəgötürən tərəfindən intizam tənbehinin qanuniliyi və əsaslılığı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə işçi əmək funksiyasını yerinə yetirmədikdə, əmək vəzifələrini pozduqda və ya öz vəzifələrini lazımi qaydada icra etmədikdə işəgötürən tərəfindən ona intizam tənbehi tətbiq edilə bilər. İntizam tənbehinin tətbiqi üçün işəgötürən tərəfindən pozuntunun aşkar edilməsi, araşdırılması və həmin pozuntuya hüquqi qiymət verilməsi tələb olunur. İş materiallarından görünür ki, iddiaçı barəsində mübahisələndirilən əmr Mərkəzi Çağrı Xidmətinə daxil olmuş çağırışın icrası ilə bağlı aşkar edilmiş pozuntu faktı üzrə aparılmış xidməti araşdırmanın nəticələrinə əsasən verilmişdir. Əmrdə pozuntunun mahiyyəti, iddiaçının xidməti fəaliyyətində yol verdiyi nöqsanlar və onların mümkün nəticələri ətraflı göstərilmişdir. Həmçinin əmrdə çağrı xidmətinin məlumatlarına, aidiyyəti struktur bölmələrin məruzə və arayışlarına istinad edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müəyyən sənədlərin və səs yazılarının təqdim edilməməsini intizam tənbehinin əsassızlığı kimi qiymətləndirmişdir. Halbuki, sübutların təqdim edilməməsi faktı avtomatik olaraq işəgötürənin mövqeyinin əsassız hesab olunmasına səbəb olmur. Məhkəmə sübutları ayrı-ayrılıqda deyil, onların məcmusunu qiymətləndirməli, iş üzrə müəyyən edilmiş bütün halları birlikdə araşdırmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamışdır. Məhkəmə çağırışın daxil olması, onun icrası ilə bağlı görülmüş tədbirlər, iddiaçının həmin prosesdəki rolu və vəzifələrinin icrası ilə bağlı digər sübutlara məcmu şəkildə hüquqi qiymət verməmiş, yalnız müəyyən sənədlərin təqdim edilməməsinə əsaslanaraq iddianı təmin etmişdir. Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı müddəalarına əsasən heç bir sübut məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik deyildir. Sübutlar onların qarşılıqlı əlaqəsi, uyğunluğu və işin digər halları ilə birlikdə qiymətləndirilməlidir. İş materiallarında olan sənədlərdən, tərəflərin izahatlarından və intizam icraatı ilə bağlı mövcud materiallardan görünür ki, işəgötürən tərəfindən iddiaçının davranışına hüquqi qiymət verilmiş, onun əmək vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlar müəyyən edilmiş və nəticədə ona ən yüngül intizam tənbehi növlərindən biri olan töhmət verilmişdir. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı mübahisələndirdiyi əmrdə göstərilən faktların həqiqətə uyğun olmadığını, yaxud ona istinad edilən pozuntunun baş vermədiyini təsdiq edən mötəbər və inandırıcı sübutlar təqdim etməmişdir. İddiaçının dəlilləri əsasən cavabdehin təqdim etmədiyi sənədlərə istinad olunması ilə məhdudlaşmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli əmrin qanunsuz hesab edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir.

20. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı təcili və X20 üzrə həkim vəzifəsində çalışmış və üzərinə düşən vəzifələri vəzifə təlimatı, daxili intizam qaydaları və işəgötürənin göstərişlərinə uyğun yerinə yetirməli idi. Araşdırılmış materiallardan müəyyən edilir ki, Mərkəzi Çağrı Xidmətinə daxil olmuş çağırışın icrası zamanı iddiaçı vəzifə təlimatının tələblərinə uyğun davranmamış, ona həvalə edilmiş funksiyaları lazımi qaydada yerinə yetirməmişdir. Bununla da o, əmək müqaviləsindən və tutduğu vəzifədən irəli gələn öhdəliklərin icrasında nöqsana yol vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işçi əmək funksiyasını yerinə yetirmədikdə və ya əmək vəzifələrini lazımi qaydada icra etmədikdə işəgötürən tərəfindən intizam tənbehinə cəlb edilə bilər. İntizam məsuliyyətinin tətbiqi üçün işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində əmək intizamının pozulmasının müəyyən edilməsi kifayətdir. Kollegiya nəzərə alır ki, iddiaçı tərəfindən vəzifə təlimatının tələblərinə əməl edilməməsi işəgötürən tərəfindən aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilmiş və həmin hallara hüquqi qiymət verilərək ona töhmət elan edilmişdir. Tətbiq edilmiş intizam tənbehi pozuntunun xarakterinə uyğun olmaqla proporsional tədbir hesab edilir. Məhkəmə Kollegiyası iş materiallarını araşdırarkən iddiaçının vəzifə təlimatının tələblərinə əməl edib-etməməsinə xüsusi diqqət yetirmişdir. İş materiallarından görünür ki, təcili və X20 üzrə X14 14-cü bəndinə əsasən həkim asudə vaxtı stansiyanın (şöbənin) ərazisini tərk etməməli və daim öz vəzifə borcunu yerinə yetirməyə hazır olmalıdır. Vəzifə təlimatının 15-ci bəndinə görə təcili və X20 üzrə həkim iş növbəsinin bitməsinə baxmayaraq icrada olan çağırışı sona çatdırmalıdır. 16-cı bənddə nəzərdə tutulmuşdur ki, həkim iş vaxtı bitənədək ona ötürülmüş çağırışı qəbul edib icra etməlidir. 17-ci bəndə əsasən isə növbə başa çatdıqda həkim yalnız çağırış üzrə orta tibb işçisinin icazəsi ilə və yeni briqada çağırışa getməyə tam hazır olduqda iş yerini tərk edə bilər. Göstərilən müddəalardan aydın görünür ki, X2 xidmətində növbənin formal olaraq başa çatması həkimi icrada olan və ya növbə müddətində ona ötürülmüş çağırışın icrasından azad etmir. Əksinə, vəzifə təlimatı belə hallarda həkimin çağırışı qəbul etməsini, onun icrasını başa çatdırmasını və yalnız müəyyən edilmiş qaydada iş yerini tərk etməsini tələb edir. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı həmin tələblərə riayət etməmiş, ona həvalə olunmuş çağırışla bağlı vəzifə təlimatında nəzərdə tutulmuş davranış qaydalarına uyğun hərəkət etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının hərəkətləri vəzifə təlimatının qeyd olunan bəndlərinin pozulması kimi qiymətləndirilməli və işəgötürən tərəfindən ona intizam tənbehi tətbiq edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının vəzifə təlimatını pozması ilə bağlı müəyyən edilmiş halları lazımi qaydada qiymətləndirməmiş, yalnız ayrı-ayrı sübutların təqdim olunmamasına istinad etməklə iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, iş üzrə toplanmış sübutların məcmusu iddiaçının vəzifə öhdəliklərinin icrası zamanı müəyyən edilmiş qaydaları pozduğunu və işəgötürənin intizam tənbehi tətbiq etmək üçün kifayət qədər əsasının olduğunu təsdiq edir. Bu səbəbdən Məhkəmə Kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qanuni və əsaslı olmuş, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır. 21.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə işin hallarına uyğun olmamışdır. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

22. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 23.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar