Məhkəmə qərarları › İş №2(3-6)-434/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-434/2026

17.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-434/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimova Sevinc Elxan qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa tələbi) Hakimlər X9 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İİbrahimova Sevinc Elxan qızının vəkili və nümayəndəsi vəkil1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdeh vəkili və nümayəndəsi vəkil3, nümayəndələri X4, Səbizov Polad İsmət oğlunun iştirakları ilə, İddiaçı İbrahimova Sevinc Elxan qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ilə işçi İbrahimova Sevinc Elxan qızı arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, işçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İnsan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(001)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, işəgötürənin ##.##.2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı ilə bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış hesab edilməklə, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə cavabdehdə insan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(001)- ****/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin nəticə hissəsinin üçüncü abzasının aşağıdakı kimi oxunması qərara alınmışdır:” İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ilə İbrahimova Sevinc Elxan qızı arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməklə İbrahimova Sevinc Elxan qızı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilsin.”

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə bütün tələblərin icrasının təmin olunması istiqamətində işəgötürən tərəfindən bütün mümkün tədbirlər həyata keçirilmişdir.

7. İbrahimova Sevinc Elxan qızı ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Sevinc İbrahimova Hüquq kadr və sənədlərlə iş departamenti Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə qəbul edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-*-**/**** nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın hüquq, kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində İnformasiya üzrə əlaqələndirici vəzifəsində çalışan İbrahimova Sevinc Elxan qızı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilməsi, hüquq kadr və sənədlərlə iş departamenti və iqtisadiyyat şöbəsi İbrahimova Sevinc Elxan qızı ilə təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi və İbrahimova Sevinc Elxan qızı ilə son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı İbrahimova Sevinc Elxan qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-**/**** nömrəli "Sevinc Elxan qızı İbrahimovanın əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə - Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində İnformasiya üzrə əlaqələndirici vəzifəsinə və ya iddiaçının razılığı ilə analoji əmək şəraiti şərtlərinə malik işə (əmək haqqısı əvvəlki vəzifəsindən aşağı olmamaqla) bərpa olunması, iddiaçı İbrahimova Sevinc Elxan qızına qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardımın göstərilməsi ilə bağlı iddiaçı İbrahimova Sevinc Elxan qızı tərəfindən çəkilmiş xərclər qismində 400 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2000-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müddətsiz əmək müqaviləsi ilə müxtəlif vəzifələrdə işləmiş, işlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Nazirliyin strukturunda aparılmış optimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar tabeliyində bir sıra müəssisələr və dövlət təşkilatları ləğv edilərək onların bazası əsasında eyni funksiyaları icra edən publik hüquqi şəxslər, təsərrüfat hesablı özünümaliyyələşdirən müəssisələr yaradılmışdır. Bu minvalla işlədiyi Nazirliyin tabeliyində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ləğv edilərək onun bazası əsasında eyni funksiyaları icra edən cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılmış, ləğv edilmiş Mərkəzin 29 nəfər işçisindən ##.##.2020-ci il tarixdə eyni gündə həm işdən çıxma ərizəsi alınmış, həm də eyni gündə onun bazası əsasında yaradılan cavabdeh quruma işə qəbul ərizəsi alınmış, elə həmin gün də yeni quruma yeni əmək müqavilələri bağlanmaqla transfer olunmuşdur. İşəgötürən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə işçi İbrahimova Sevinc Elxan qızı arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, işçi Cavabdeh İnsan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Ləğv edilmiş Mərkəzdən onun bazası əsasında yaradılmış, eyni funksiyaları icra edən cavabdeh Milli Observatoriyaya transfer zamanı əmək hüquqları kobud surətdə pozulmuş, uzun illər stajıma və əmək müqaviləmin müddətsiz olmasına baxmayaraq əmək şəraiti şərtlərim Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozulmaqla birtərəfli qaydada müddətsiz əsaslardan müddətli əsaslara keçirilmiş, daha sonra ## #### 2020-ci il tarixdə ləğv edilmiş Mərkəzin 12 nəfər işçisinin, o cümlədən onun əmək müqaviləsinə qanunsuz olaraq müddətin başa çatması əsası ilə xitam verilmişdir. Bundan sonra cavabdeh Milli Observatoriyaya qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, işəgötürənin ##.##.2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı ilə bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış hesab edilməklə, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə cavabdehdə insan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Digər əsaslarla yanaşı, birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, "Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işəgötürən əmək qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etmədən işçi ilə müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda müddətli əmək müqaviləsi bağlamaqla, daha sonra özünün təşəbbüsü ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verməklə iddiaçıya qarşı ayrı-seçkiliyə yolvermişdir. Ona görə də məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilənin müddətsiz hesab edilməklə, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi tələbini əsaslı hesab edib təmin edir. Belə ki, ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat zamanı Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qərarına əsasən cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən iş üzrə ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsi verilmiş, icra olunmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə, oradan isə aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədində işə bərpa hissəsinin təmini ilə bağlı bir neçə dəfə cavabdeh Milli Obervatoriyanın inzibati binasına dəvət edilmiş, qurumun məsul şəxsləri ilə görüş zamanı guya ##.##.2022-ci il tarixdə Milli Observatoriyanın yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar əvvəlki işlədiyi İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi ləğv edildiyindən alternativ vəzifə kimi ondan nisbətən aşağı vəzifə - Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsində İnformasiya əlaqələndirici vəzifəsi təklif edilmiş və həmin vəzifənin əmək şəraiti şərtlərini əks edirən iş təklifi təqdim edilmişdir. Həmin iş təklifi cavabdeh tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə izah ərizəsi ilə bağlı icraatda da ərizəyə etiraza əlavədə məhkəməyə təqdim edilmişdir. O əvvəlcə həmin iş təklifi ilə razılaşmasa da, daha sonra cavabdeh qurumun məsul şəxsləri onu iş təklifini qəbul etmədiyi halda icra sənədinin tələbkarın hərəkətsizliyi üzündən icrasının mümkün olmaması ilə bağlı İcra şöbəsinə müraciət edəcəklərini, icra sənədinin məhkəməyə qaytarılacağını, bu zaman məcburi işburaxma müddəti üzrə əmək haqlarını da ala bilməyəcəyini bildirmişlər. Uzun müddət işsiz qaldığından, əlavə heç bir qazanc və gəliri olmadığından məcbur qalıb onların iş təklifi ilə məcburi iş buraxma müddəti üzrə əmək haqlarının tam ödənilməsi şərtilə razılaşmalı oldu. İddia ərizəsinə əlavə edilmiş cavabdeh qurum tərəfindən təqdim edilmiş işə bərpa məqsədilə əvvəlki vəzifəsinin əvəzi kimi təqdim edilmiş iş təklifindən görünür ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin İnformasiya əlaqələndirici vəzifəsinin əmək şəraiti şərtlərində əsas vəzifə və öhdəliklər, əmək haqqı, müqavilə müddəti, iş və istirahət günləri, iş saatları göstərilsə də həmin vəzifənin əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə bərpa edilməsi üçün iddia qaldırdığı mübahisəi vəzifə olduğu göstərilməmişdir. Bununla yanaşı, həmin vəzifənin əmək haqqı da onun əvvəlki işinin əmək haqqısından aşağı olmuş, lakin cavabdeh qurumun məsul şəxsləri tərəfindən vəd edilmişdir ki, növbəti struktur dəyişikliyində əvvəlki işlədiyi İnsan resurslarının idarə edilməsi şöbəsi və aparıcı mütəxəssis vəzifəsi bərpa olunacaq, o həmin vəzifəyə keçiriləcək, məcburi işburaxma müddəti üzrə əmək haqları da hissə-hissə olmaqla bütövlükdə ödəniləcək, məhkəmənin müvafiq qərardadı da nəzərə alınaraq müddətsiz əmək müqaviləsi bağlanacaq. Onu belə manipulyasiyalarla aldadaraq hətta ondan Yasamal rayon İcra şöbəsinə ##.##.2024-cü il tarixdə guya məhkəmə qərarının tam icra olunması barədə ərizə almışlar. Beləliklə, aldatma, yanıltma, yanlış məlumatlar verilməsi, hüquqlardan və vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə cavabeh qurumun İdarə Heyətinin sədri Elnur Səfərli ##.##.2024-cü il tarixli onlayn əmək müqaviləsinin bağlanmasına nail olmuşdur. Həmin əmək müqaviləsində əvvəlki işindən aşağı vəzifəyə - İnformasiya əlaqələndirici vəzifəsinə təyin edilmiş və həmin əmək müqaviləsində də təyin olunduğu vəzifənin məhkəmə mübahisəli vəzifə olması, digər işçinin həmin vəzifə ilə bağlı iddia tələbinin olması göstərilməmişdir. Halbuki, işə başladıqdan sonra əslində əvvəlki vəzifənin ləğv edilmədiyini, sadəcə olaraq ##.##.2022-ci il tarixdə aparılmış struktur dəyişikliyi nəticəsində İnsan resurslarının idarə edilməsi şöbəsi ilə Hüquq və audit şöbəsinin birləşdirilərək Hüquq, kadr və daxili nəzarət şöbəsinin yaradıldığını, həmin şöbədə isə kadr məsələləri üzrə aparıcı mütəxəssis vəzifəsinin mövcud olduğunu, lakin aldatdıqlarını müəyyən etmişdir. Daha sonra isə həmin şöbələrin növbəti struktur dəyişikliyi nəticəsində yenidən ayrılaraq İnsan resurslarının idarə edilməsi şöbəsinin və Hüquq və daxili nəzarət şöbəsinin yaradıldığını, aparıcı mütəxəssis vəzifəsinin mövcud olduğunu, aldatdıqlarını müəyyən etmişdir. Lakin artıq gec olmuş, daha sonra ##.##.2025-ci il tarixdə tutduğu vəzifəyə iddiaçı olan Nərmin Bəhmənlinin iddia tələbinin təmin edildiyi, qətnamənin qüvvəyə mindiyi, həmin qətnaməyə əsasən sonuncunun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə bərpa ediləcəyini, ona görə də onun əmək müqaviləsinə xitam veriləcəyini bildirərək qəfildən onunla təhvil- təslim işləri aparmışlar və onu cavabdeh qurumun İdarə Heyətinin sədri E.Səfərlinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-**/**** nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "b” bəndinə əsasən xitam verilmişdir. Qanunsuz əmrin 1-ci bəndində göstərilmişdir ki, İbrahimova Sevinc Elxan qızı İbrahimova qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar tutduğu vəzifədən azad edilsin və onunla #.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilsin. Əmrdə əsas kimi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin #.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli icra vərəqəsi və Milli Observatoriyanın ##.##.2025-ci il tarixli, 3-İ7-6/3-1-264/2025 nömrəli xidməti məruzəsi göstərilmişdir. Əmrlə tanış olduqdan sonra məsələni araşdıraraq əmrin əsas hissəsində istinad olunan icra vərəqəsinin nömrəsi ilə öyrənmişdir ki, iddiaçı X3 cavabdeh Cavabdeh qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, № *-**-*/*-*-**/**** nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə (Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici) bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 0#.##.2024-cü il tarixli, 2(001)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edimiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, müvafiq olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti də təmin edilməmişdir. Beləliklə, cavabdeh quruma o müvafiq işə təyin edilməzdən xeyli müddət əvvəl həmin vəzifənin mübahisəli olması məlum olmuş, lakin iş təklifi bildirişində, əmək müqaviləsində, nə də ƏMAS işçi və işəgötürən yazışmaları bölməsində, nə də qeyri üsullarla məni bu barədə məlumatlandırmamışdır. Başqa sözlə, işəgötürən onu müvafiq vəzifəyə ##.##.2024-cü il tarixdə yeni əmək müqaviləsi bağlanması ilə təyin edərkən Nərmin Bəhmənlinin həmin vəzifə ilə bağlı iddia tələbinə baxılmasına dair bütün məhkəmə instansiyaları üzrə proses başa çatmış, sonuncunun iddia tələbinin təmin edilməsi barədə Ali Məhkəmənin yekun məhkəmə aktı çıxarılmış və qüvvəyə minibmiş. Beləliklə işəgötürən cavabdeh #.##.2024-cü il tarixdə iddiaçını Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin İnformasiya əlaqələndiricisi vəzifəsinə təyin edərkən ona məlum idi ki, Ali Məhkəmənin Mülki Kollegiyasının iddiaçının məhz həmin vəzifəyə bərpa edilməsi barədə məhkəmə qərarının dəyişdirilmədən qüvvədə saxlanması barədə ##.##.2024-cü il tarixli qərarı mövcud imiş. Bunu bildiyi halda E.Səfərli məni məhz həmin vəzifəyə işə təyin etmiş və təyinatı zamanı bu barədə heç bir məlumat verilməmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi haqqında ## #### 2025-ci il tarixli, 3-17-6/3-4- **/**** nömrəli əmrinin ləğv edilməsi, İbrahimova Sevinc Elxan qızının Cavabdeh Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsinə, bu mümkün olmadıqda iddiaçının razılığı ilə analoji əmək şəraiti şərtlərinə malik işə (əmək haqqısı əvvəlki vəzəfəsindən aşağı olmamaqla) bərpa edilməsi, ## #### 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının İbrahimova Sevinc Elxan qızına ödənilməsi, göstərilmiş hüquqi yardım üçün ödənilmiş haqqa görə 400 manat məbləğdə pulun Cavabdeh tutularaq İbrahimova Sevınc Elxan qızına ödənilməsi qət edilmişdir. (hakim Aytəkin Əsədzadə)

12. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddiaçı da qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə işə bərpa olunmuşdur və bu qətnamə icra olunarkən, yəni iddiaçı ilə ##.##.2024-cü il tarixli əmək müqaviləsi bağlanarkən işəgötürənə bəlli idi ki, iddiaçının işə götürüldüyü vəzifəyə digər işçinin işə bərpa olunması barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Bu halda işəgötürənin iddiaçını artıq qanuni qüvvəsini almış məhkəmə aktının icrası nəticəsində işə bərpa olacağı dəqiq olan digər işçinin vəzifəsinə işə götürməsi onun iradəsindən asılı olmayan hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə işə bərpa olunacaq şəxsin vəzifəsində işləyən işçinin birmənalı işdən azad edilməsi həmin şəxsi aşkar müdafiəsiz vəziyyətdə qoyur ki, buna görə də qanunverici həmin işçinin işdən azad edilməsini müvafiq zəruri tədbirlər görülməsindən sonra mümkün hesab etmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələbi isə ondan ibarətdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Hazırkı işin halları baxımından işəgötürən tərəfindən bu tədbirlərin görülməsi öz təsdiqini tapmır. Məhkəmə qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Bu barədə müvafiq qərar məhkəməyə təqdim edilməmişdir. Qanuna əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı, təqdimata dair iclas keçirilməli və ən əsası həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı, 71-cı, 74-cü, 77-ci, 78-ci, 80-cı, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76-cı, 119-cu, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək qanunvericiliyi qüvvəyə minmiş məhkəmə qərari ilə işə bərpa olunan işçinin öz vəsifəsinə, mümkün olmadıqda, digər, eyni səviyyəli, uyğun vəzifəyə işə bərpa edilməsinə icazə verir. İddiaçi həmin vəzifəyə öz raziliğina əsasən təyin edilmişdir Digər tərəfdən, belə qətnamənin mövcud olmasi da iddiaçının mütləq şəkildə tutduğu vəzifədən azad olunması anlamına gəlmir, çünki digər işçi işə bərpa edilərkən, həm ona, həm də iddiaçıya başqa, tutduğu vəzifəyə uyğun vəzifənin təklif edilməsi istisna edilmir və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuşdur. Hazirki mülki işin mübahisəsiz halı da ondan ibarətdir ki, iddiaçiya ## #### 2025-ci il tarixli, *-**-*/*-*-**/**** nömrəli əmr verilməmişdən əvvəl vəzifəsinə uyğun digər, analıq məzuniyyətində olan işçinin müvəqqəti boş olan vəzifəsi təklif edilmiş, lakin o, həmin vəzifəyə keçirilməsinə razılıq verməmişdir. Analoji təklif məhkəmə zamani da iddiaçinin nümayəndəsinə bildirilmiş, lakin iddiaçi tərəf yenə də təklifi qəbul etməmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin əsasi qismində əvvəllər müvafiq işdə (vəzifədə) çalişan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasi tərəflərin iradəsindən asili olmayan hal kimi nəzərdə tutulmuşdur. Həmin maddənin 2-ci hissəsindən göründüyü kimi, əgər qanunsuz və ya əsassız işdən çixarımış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddias i təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqinda qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərari) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Göründüyü kimi Məcəllə bu hal üzrə imperativ qayda müəyyən etmişdir. Qeyd edilən hal subyektiv deyil, obyektiv səbəb olub, işəgötürənə seçim imkanı tanımır. ##.##.2025-ci il tarixindən X3 məhkəmə qərarının icrası ilə əlaqədar olaraq işə bərpa edilmişdir. Lakin hazırda iddiaçının iddia tələbində göstərilən və məhkəmə qətnaməsində öz əksini tapmış “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində İnformasiya üzrə əlaqələndirici” vəzifəsi üzrə vakant ştat vahidi mövcud deyildir. Eyni zamanda, qurumda həmin vəzifəyə analoji olan digər bir vəzifə də olmadığından, qeyd olunan səbəblərə görə məhkəmə qətnaməsinin bu hissədə icrası tərəflərindən obyektiv olaraq mümkün deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında Cavabdehn nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Nümayəndə P.Səbizov izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən çıxarılması zərurəti digər işçinin işə bərpa edilməsi qətnaməsinin icra edilməsindən qaynaqlanmışdır. Hüquq, kadrlar və sənədlər iş şöbəsində isə aparılmış struktur dəyişikliyi nəticəsində qətnamə ilə işə bərpa edilən işçiyə uyğun yalnız iddiaçının qəbul olunduğu ştat olmuşdur. Yəni iddiaçının işdən çıxarılması cavabdehdən asılı olmayan səbəbdən baş vermişdir. İddiaçı işə qəbul edilərkən isə digər işçinin qətnamə ilə işə bərpa olunacağı ehtimalı belə olmamış, İbrahimova Sevinc qətnamə qəbul edilməzdən 6-7 ay əvvəl işə götürülmüşdür. Hətta əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Əmək Məcəlləsinin 74-cü maddəsinin əvvəlki versiyası 2025-ci ilin dekabr ayında qüvvədən düşmüşdür.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətinə etiraz etmiş və əlavə olaraq arvadı ilə nikahının pozulmadığını, qaynanası ilə münasibətlərinin yaxşı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19 Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 71-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 70.1.-ci maddəsinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; 70.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1 -ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır; 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1 -ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24 Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir.

26. İbrahimova Sevinc Elxan qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında cavabdeh qurumda insan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə bərpa edilmişdir. Lakin qətnamənin icrası çərçivəsində qeyd edilən vəzifə qurumda mövcud olmadığından ##.##.2024-cü il tarixdə iddiaçı cavabdeh qurumda Hüquq kadr və sənədlərlə iş departamenti Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-**/**** nömrəli əmri ilə ləğv edilmiş, əmrin əsası olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası göstərilmişdir.

27. Məhkəmə mübahisələndirilən əmrin əsasları baxımından qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar işçinin işdən azad edilməsi tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri olaraq təsbit edilmişdir. Hazırkı işin halları baxımından məlum olur ki, iddiaçı da qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə işə bərpa olunmuşdur və bu qətnamə icra olunarkən, yəni iddiaçı ilə ##.##.2024-cü il tarixli əmək müqaviləsi bağlanarkən işəgötürənə bəlli idi ki, iddiaçının işə götürüldüyü vəzifəyə digər işçinin işə bərpa olunması barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Bu halda işəgötürənin iddiaçını artıq qanuni qüvvəsini almış məhkəmə aktının icrası nəticəsində işə bərpa olacağı dəqiq olan digər işçinin vəzifəsinə işə götürməsi onun iradəsindən asılı olmayan hal kimi qiymətləndirilə bilməz.

28. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə işə bərpa olunacaq şəxsin vəzifəsində işləyən işçinin birmənalı işdən azad edilməsi həmin şəxsi aşkar müdafiəsiz vəziyyətdə qoyur ki, buna görə də qanunverici həmin işçinin işdən azad edilməsini müvafiq zəruri tədbirlər görülməsindən sonra mümkün hesab etmişdir.

29. Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

30. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Bu barədə müvafiq qərar məhkəməyə təqdim edilməmişdir.

31. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş və bu qənaətinə uyğun olaraq, iddiaçını tutduğu vəzifəsinə bərpa etməklə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

32. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin dəlilinə münasibətdə vurğulayır ki, Əmək Məcəlləsinin 74-cü maddəsi ilə bağlı dəyişiklik ## ###### 2025-ci il tarixdə qəbul ediləndə məhkəmənin mübahisələndirilən qətnaməsi həmin tarixdən daha əvvəl ## ###### 2025-ci il tarixdə qəbul olunmuşdur. Bu baxımdan da hazırki iş üzrə birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq pozuntusuna yol verməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Allyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar