Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-438/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Süleyman oğluna, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2, cavabdeh cavabdeh3 Süleyman oğlunun iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Süleyman oğluna, cavabdeh2 və cavabdeh1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 Süleyman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir.
2. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin ****/* nömrəli, ##.##.2006-cı il tarixli məktubu əsasında vətəndaş cavabdeh3 Süleyman oğlu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 308, *** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir.
3. İddiaçı Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi tərəfindən Əsaslı Tikinti İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MİH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBİ-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur.
4. “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Süleyman oğluna, cavabdeh2 və cavabdeh1 qarşı ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 Süleyman oğlunun, həyat yoldaşı cavabdeh2 və övladı cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçının nümayəndəsi nümayəndə2 ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh cavabdeh3 Süleyman oğlu və onun digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 308, *** saylı otaqlarından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin ##.##.2006-cı il tarixli ****/* saylı məktubu əsasında vətəndaş cavabdeh3 Süleyman oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının *** nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan ##.##.2025-ci il tarixli ****/** №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən cavabdeh cavabdeh3 Süleyman oğlu oğluna müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 308, *** nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh cavabdeh3 Süleyman oğlu və ailə üzvləri həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin rəisi M.Hacalıyevin ##.##.2006-cı il tarixli ****/* saylı məktubu əsasında yerləşdirilmişlər, *** nömrəli otağa isə ümumiyyətlə sənədləri yoxdur.
8. Cavabdeh cavabdeh3 Süleyman oğlu iddiaya etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, o, cavabdeh2 ilə 1995-ci ildə ailə həyatı qurmuş və nikah dövründə ##.##.1998-ci il təvəllüdlü Zeynəb Səfərova və ##.##.2001-ci il təvəllüdlü oğlu cavabdeh1 anadan olmuşdur. O, uzun müddət İddiaçı müxtəlif hərbi hissələrində müəyyən vəzifələrdə zabit rütbəsində xidmət etmişdir. Ehtiyata buraxılmamışdan əvvəl sonuncu vəzifəsi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində V olmuş, ## ###### 2009-cu ildə həmin vəzifədən, “R” hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirmişdir ki, 16 ildən çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddətdə yüksək səviyyədə öz vəzifəsini icra etmiş, yuxarı komandanlıq tərəfindən dəfələrlə “Fəxri Fərmanlarla və dövlət təltifləri (medalları) ilə təltif olunmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarına layiq görülmüşdür. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq 2008-ci il ## ###### tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bildirmişdir ki, xidmət etdiyi dövrdə 2006-cı ildə ailəsi ilə birgə yaşamağı üçün Müdafiə Nazirliyinin nəzdində olan “Turan” Hərbi yataqxanasında, ümumi 16 kv. metr sahəsi olan *** nömrəli otaqla təmin olunmuşdur. Yəni istər onun, istərsə də həyat yoldaşının adına, mülkiyyətində hər hansı bir torpaq sahəsi, fərdi ev və yaxud mənzil olmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış yeri kimi ailəsi ilə birgə həmin 16 kv.metr sahəsi olan xidməti mənzillə təmin olunmuşlar. Həmin vaxtdan qeyd olunan otaqda yaşamaqdadırlar. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, hazırda “Turan” hərbi yataqxanasında bərpa və cari təmir işləri aparılmalıdır və bu səbəbdən mənzil tərəfindən təhvil verilməlidir. Lakin onun və ailəsinin adına hər hansı mənzil və ya torpaq sahəsi olmadığından qeyd olunan otaqdan başqa yaşaya biləcəkləri hər hansı bir yer, yaşayış sahəsi yoxdur. Hətta Azərbaycan Respublikası mənzil qanunvericiliyin tələblərinə əsasən, hər bir şəxsə yaşayış sahəsinin ayrılma norması 16 kv.metr olmasına baxmayaraq, 4 nəfərdən ibarət olan ailəsi qeyd olunan normadan qat-qataz sahə ilə təmin edilmişdir. Lakin Müdafiə Nazirliyinin hazırki tələbinin təmin olunması Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzun müddət xidmət etmiş bir zabitin və ailəsinin küçədə qalması ilə nəticələnməsi deməkdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Lakin bildirmişdir ki, qanunda tələblərini ödədiyi bu müddəanın olmasına baxmayaraq, ona hər hansı yaşayış sahəsi və va fərdi yaşayış evinin tikilməsi ücün pulsuz torpaq sahəsi verilməmişdir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndində əlavə olaraq qeyd olunmuşdur ki, bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Qanunvericiliyin tələbinə əsasən, icra hakimiyyəti orqanı müvafiq hüququnu həyata keçirdikdən sonra xidməti mənzil sahəsi tərəfindən müəyyən edilmiş qaydada təhvil verilməlidir. Bildirmişdir ki, ona alternativ olaraq hər hansı xidməti mənzil sahəsi təqdim olunmadığından, “Turan” hərbi yataqxanasında yaşadıqları *** nömrəli otağı təhvil verəcəyi təqdirdə ailəsi ilə yaşamağa yerləri olmadığından, sözün əsl mənasında küçədə qalmalı olacaqları üçün hazırda yaşadığı mənzili təhvil verməyi qeyri-mümkündür. Beləliklə, qeyd etdiklərindən də görünür ki, İddiaçı qanunsuz şəkildə, yəni qanunun müddəasının ziddinə olaraq qanunla nəzərdə tutulmuş torpaq sahəsinin ona ayrılmağı hüququ təmin olunmadan, yaşamaq üçün hər hansı mənzilinin, torpağının olmamasını nəzərə almadan, onu və ailəsini məcburi şəkildə hazırda yaşadıqları xidməti mənzil sahəsindən çıxarmağa çalışır. Bu səbəbdən hazırda ailəsi ilə birgə yaşayış yeri ilə təmin olunmağına, ona məxsus hüququn (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların ehtiyata buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır) həyata keçirilməsinə, İddiaçı qanunsuz tələbinə son qoyulmasına ehtiyac vardır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər cavabdeh3 Süleyman oğlu, cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılmaları qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehlərin bu sahəyə yalnız Müdafiə Nazirliyinin Mənzil- İstismar
10. İdarəsinin ****/* nömrəli, ##.##.2006-cı il tarixli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Bundan başqa Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehlərin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir.
11. Həmçnin məhkəmə qeyd etmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdeh cavabdeh3 Süleyman oğluna mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehlərin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir.
12. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh3 artıq ehtiyatda olan hərbçidir. Müdafiə Nazirliyi ilə hal-hazırda xidməti münasibətdə deyildir.
13. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1-99.2, 102.1, 102.2, 102.3 və 103.3-cü maddələrinə; “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2 və 5.7- 5.11-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
14. Cavabdeh cavabdeh3 Süleyman oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun 16 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət etməsi, hərbi xidməti dövründə yüksək səviyyədə öz vəzifəsini icra etdiyinə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə dövlət təltifləri (medalları) ilə təltif olunması kimi iş üzrə xüsusi əhəmiyyət daşıyan bu hallar nəzərə alınmamışdır. Belə ki, maddənin tələblərinə əsasən, onun 15 təqvim ilindən daha çox (16 təqvim ili) xidmət etdiyinə və “Turan” Hərbi Yataqxanasında 308 və *** nömrəli otaqlardan başqa digər yaşayış sahəsi olmadığına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmçinin, bu hüququn mövcudluğu iddia ərizəsinə etirazda da açıq şəkildə göstərilmişdir. Belə ki, onların yaşadığı “Turan” hərbi yataqxanasında 16 kv.metr sahəsi olan *** nömrəli otaqdan başqa yaşamaq üçün hər hansı bir mənzil və ya torpaq sahəsi olmadığını, həmçinin onun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnun olduğunu lakin Müdafiə Nazirliyi tərəfindən ona hər hansı bir yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikilməsi üçün pulsuz torpaq sahəsinin verilmədiyi qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu hal ümumiyyətlə nəzərə alınmadan, yalnız iddiaçının mənafeləri nəzərə alınaraq qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yalnız xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin olmaması əsası ilə onların “Turan” Hərbi Yataqxanasındakı yaşadıqları otaqlardan çıxarılması barədə qətnamə qəbul etmişdir. Lakin kirayə müqaviləsinin bağlanmamasının iddiaçı və onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi, o cümlədən bunun onun məsuliyyət sferasına aid olmadığı məhkəmə tərəfindən nəzərə alınmayaraq, əlavə əsaslandırma edilmədən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunması əsası kimi xüsusi təyinatlı yaşayış sahəsi ilə onun və ailə üzvlərinin “Turan” Hərbi Yataqxanasında otaqlarla təmin olunmasının hər hansı kirayə müqaviləsinin olmaması kimi göstərilsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən “Turan” hərbi yataqxanasının müdirinə ünvanlanmış ****/* nömrəli, ##.##.2006-cı il tarixli məktubu da təsdiq edir ki, onun həmin otaqlarla təmin olunması məhz qanuni əsaslarla, yəni iddiaçı inzibati orqanın müvafiq idarəsinin səlahiyyətli şəxsinin göstərişi əsasında həyata keçirilmişdir. İddiaçı tərəfinin onunla kirayə müqaviləsinin bağlanmadan onun və ailə üzvlərinin mənzillə təmin edilməsi halı iddiaçının iradəsindən asılı olmayan haldır. Həmçinin birinci instansiya məhkəməsi onun uzun müddət (2006-cı ildən) ailə üzvləri ilə birgə həmin otaqlardan iddiaçının hər hansı bir etirazı olmadan istifadə edərək yaşaması iş üzrə mübahisəsiz haldır. Birinci instansiya iş üçün mühüm əhəmiyyətli bu halı da nəzərə almadan qətnamə qəbul etmişdir.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17.Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 Süleyman oğlu apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdirlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh3 Süleyman oğlu tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
24.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
25.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
26.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 28.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (##.##.2009-cu il tarixədək qüvvədə olmuş)
29.100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 30.103-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. 31.104-cü maddəsinə əsasən, müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. 32.Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və II qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və II qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddibüluğa çatmamış uşaqlar.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
33.92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 34.98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 35.98.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 36.99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 37.102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 38.102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 39.102.3-cü maddəsinə əsasən, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 40.103.3-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
41.“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 43.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. 46.Belə ki, baxılan iş üzrə birinci instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir. İddiaya etiraz ərizəsinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.İş materiallarından görünür ki, # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası – xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Cavabdeh cavabdeh3 Süleyman oğlu ailə üzvləri ilə birlikdə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin ##.##.2006-cı il tarixli ****/* saylı məktubu əsasında həmin yataqxananın *** nömrəli otağına müvəqqəti yerləşdirilmişdir. Həmin yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi həyata keçirilməmiş, *** nömrəli otağın cavabdehə aidiyyəti isə ümumiyyətlə müəyyən edilməmişdir. Cavabdeh cavabdeh3 Süleyman oğlu İddiaçı müxtəlif hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, ehtiyata buraxılmamışdan əvvəl sonuncu vəzifəsi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində V olmuşdur. O, ## ###### 2009-cu il tarixdə “R” hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 48.Hazırda iddiaçı, cavabdeh3 Süleyman oğlunun uzun illər bundan əvvəl ehtiyata buraxıldığını, mübahisəli yaşayış sahəsinə dair onunla hər hansı müqavilə münasibətlərinin yaranmadığını, heç bir hüquqi əsası olmadan xidməti mənzilə köçərək ailə üzvləri ilə birlikdə orada yaşadığını iddia edərək digər yaşayış sahəsi verilmədən onun ailə üzvləri iə birlikdə çıxarılmalarını məhkəmədən xahiş etmişdir. 49.Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olundu ki, hazırda tərəflər arasında hüquq münasibətləri 2006-cı ildə yaranmışdır. Ona görə də məhkəmə yaranmış hüquq münasibətlərinin ##.##.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) tələbləri və normaları baxımından tənzimlənməsini məqsədə müvafiq hesab edir. 50.Tətbiq edilməli hüquq normalarından aydın olduğu kimi, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşaması zəruri olan vətəndaşların köçürülməsi məqsədilə verilir. Xidməti yaşayış sahəsi verilməsi barədə qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir, qəbul edilən qərar əsasında yaşayış sahəsindən istifadə hüququnu təsdiq edən order rəsmiləşdirilir. 51.Halbuki, hazırkı iş üzrə cavabdeh cavabdeh3 Süleyman oğluna mübahisəli yaşayış sahəsindən istifadə üçün qərar qəbul edilməmiş, order təqdim olunmamışdır. Onunla daha sonra qüvvəsini almış mənzil qanunvericiliyinə əsasən kirayə müqaviləsi bağlanmamışdır. Belə ki, cavabdeh cavabdeh3 Süleyman oğlu ailə üzvləri ilə birlikdə xidməti mənzil fonduna aid və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamında olan “Turan” hərbi yataqxanasının *** nömrəli otağına Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin ##.##.2006-cı il tarixli ****/* saylı məktubu əsasında müvəqqəti yerləşdirilmişdir. Onun həmin yaşayış sahəsindən isifadəsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. 52.Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qanunvericiliyin tələblərinə əsasən xidmət münasibətlərinə xitam verilmiş şəxslər, bir qayda olaraq, digər yaşayış sahəsi təqdim edilmədən xidmət yaşayış sahəsindən çıxarılırlar. Bu baxımdan, cavabdehin mübahisəli yaşayış sahəsindən müddətsiz və daimi istifadə hüququnun yarandığı qənaətinə gəlmək mümkün deyildir. 53.İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərti cavabdeh münasibətdə iddianın təmin edilməsini şərtləndirmişdir. Bu baxımdan qeyd edilən hissədə iddianın təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur. 54.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 55.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh3 Süleyman oğlu tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Fuad Babayev