Məhkəmə qərarları › İş №2(3-6)-439/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-439/2026

25.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-439/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X2” X18 qаrş iş üzrə QƏTNAMƏ İş № 2(3-6)-439/2026 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X5 ibarət tərkibdə Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili X11 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X2” X18 qаrşı işə bərpа və məcburi işburахmаyа görə əmək hаqqı tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4190/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsaən mülki işə 25 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiаçı İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X2” X18 qаrşı işə bərpа və məcburi işburахmаyа görə əmək hаqqı tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdeh “Akademik C.M.Abdullayev adına X2” X8 ilə bağladığı əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 415-K nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir

2. İddiа оnunlа əsаslаndırılmışdır ki, o, 1978-ci ildən müxtəlif tibb müəssisələrində çalışmış, 1981-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (köhnə adı ilə) qəbul şöbəsinə həkim-kardioloq vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə “Akademik C.M.Abdullayev adına X2” X17 elmi işçi vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixdə 415-K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) onunla bağlanılmış 95/22 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh müəssisənin əmri tamamilə əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi dövlət büdcəsindən maliyyələşən müəssisə işçisinin çalışmanın yaş həddinə çatdıqda işdən azad edilməsi əsasını özündə ehtiva edir. Lakin Həmin Məcəllənin 4-cü maddəsinin (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) 3-cü hissəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.” Onun azad edildiyi müəssisənin adından da göründüyü kimi həmin təşkilat elmi müəssisədir. Bu səbəbdən də cavabdehin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə istinad edərək işdən azad edilməsinə dair bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuzdur. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün 2 əsas şərt tələb olunur. Birinci şərt işçinin hökmən dövlət büdcəsindən maliyyələşən müəssisədə işləməli olması, 2-ci şərt isə çalışmanın yaş həddinin 65 yaşa çatmalı olmasıdır. Bu iki şərt eyni zamanda mövcud olduğu halda həmin məcəllənin qeyd edilən bəndinin tətbiqi qanuna uyğun olardı.

3. “Akademik C.M.Abdullayev adına X2” X20 tərəfindən təqdim еdilmiş yаzılı еtirаzdа qeyd edilmişdir ki, İddiaçı fəaliyyəti araşdırılmış və məlum olmuşdur ki, o, Elmi şöbədə qeydiyyatda olmasına baxmayaraq, İnstitutun elmi-tədqiqat və metodoloji işlərində iştirak etməmiş, hər hansı bir elmi layihədə, tədqiqat prosesində və ya akademik tədbirdə yer almamışdır. Elmi məqalənin hazırlanması, yerli və beynəlxalq simpoziumlarda iştirak, yeni tədqiqat istiqamətlərinin təşəbbüsü və tədbiqi ilə bağlı fəaliyyəti müşahidə olunmamışdır. Əməkdaşın elmi istiqamətdə hər hansı real nəticəyə imza atmasına dair rəsmi qeyd və sənədləşdirilmiş material təqdim edilməmişdir. Bu hallar onun İnstitunun funksional strukturunda elmi baxımdan faydalı fəailyyət göstərmədiyin göstərir. Əməkdaş tibbiprofilaktik fəaliyyətə cəlb olunmamış, xəstələrin diaqnostikası və müalicəsi prosesində iştirak etməmiş, stasionar şəraitdə xəstə müalicəsi ilə məşğul olmamışdır. Onun klinik biliklərinin tətbiqi, tibbi qərarların verilməsi, sübütlara əsaslanan tibbi praktika və bu sahədə peşəkar fəaliyyətinə dair heç bir sənəd, məlumat və ya izahat təqdim olunmamışdır. Eyni zamanda, müasir tibbi texnologiyalarının tətbiqi və ya İnstitua dair hər hansı elmi-praktika yeniliyini təşəbbüsü ilə bağlı fəaliyyəti də qeyd alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin məcəllənin 10-1.-ci maddəsinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Göründüyü kimi faktiki olaraq əmək funksiyalarını yerinə yetirməyən, heç bir praktiki elmi fəaliyyətlə məşğul olmayan şəxsin formal olaraq işçki kimi ştatda qalması qanunvericiliyə ziddir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4190/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməsi, “Akademik C.M.Abdullayev adına X2” X16 əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixdə 415-K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, “Akademik C.M.Abdullayev adına X2” X20 tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4.3., 10-1.1, 10-1.2, 10-1.3, 70-ci maddəsinnin “e” bəndinə, 76, 300.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apelyasiya şikayətində göstərilmişdir ki, İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdığı üçün və bu yaşdan əmələ gələn fiziki və zehni ləngimələr işin normal aparılmasına mane yaradır və İnstitutun fəaliyyətinə mənfi təsir etməklə Bu hallar onun İnstitunun funksional strukturunda elmi baxımdan faydalıf əailyyət göstərmədiyin göstərir. Əməkdaş tibbi profilaktik fəaliyyətə cəlb olunmamış, xəstələrin diaqnostikası və müalicəsi prosesində iştirak etməmiş, stasionar şəraitdə xəstə müalicəsi ilə məşğul olmamışdır. Onun klinik biliklərinin tətbiqi, tibbi qərarların verilməsi, sübütlara əsaslanan tibbi praktika və bu sahədə peşəkar fəaliyyətinə dair heç bir sənəd, məlumat və ya izahat təqdim olunmamışdır. Eyni zamanda, müasir tibbi texnologiyalarının tətbiqi və ya İnstitua dair hər hansı elmi-praktika yeniliyini təşəbbüsü ilə bağlı fəaliyyəti də qeyd alınmamışdır. İşə baxan məhkəmə isə bu halları nəzərə almamış, nəticədə tam və hərtərəfli araşdırma aparmamışdır. Hakim cavabdeh tərəfindən verilən izahatlara hüquqi qiymət vermədən əvvəlcədən sübutlara qiymət verərək təticədə prosessual normaların pozulması ilə nəticələnən əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı məhkəməyə mötəbər sübutlar təqdim etməsə də, işə baxan məhkəmə əlavə sübutların əldə edilməsini təmin etməsə də verilən izahatları tədqiq etmədən, araşdırma aparmadan, qarşı tərəfin bununla bağlı etirazının əsaslarının nədən ibarət olmasına dair izahatını və sübutunu nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə olan halda isə məhkəmə qətnaməsi bütün faktiki halların aydınlaşdırılmaması vəziyyətində çıxarılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı daxil olmuşdur.

b) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.Cavabdeh tərəf elektron sistemə ərizə yerləşdirərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir.

11. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbinə dair sübutun olmaması, işin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Maddə 4.3. Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi və pedaqoji işçilərinə şamil edilmir.

13. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

14. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

15. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

16. Maddə 12.1 Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək

17. Maddə 16.1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, etnik mənsubiyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, mənşəyinə, yaşına, ailə vəziyyətinə və ailə vəzifələrinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

18. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

19. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

20. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

30. Belə ki, iş materiallarında olan, “Akademik C.M.Abdullayev adına X2” X16 xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin müvafiq maddələrinə və aidiyyəti üzrə normativhüquqi aktlara əsasən yaşı 70-dən yuxarı olan əməkdaşların elm-tədqiqat müəssələrində fəaliyyətinin davam etdirilməsi ilə bağlı məhdudiyyətlər nəzərə alaraq, onun bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriməsi barədə xəbərdar edilmişdir.

31. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, “Akademik C.M.Abdullayev adına X2” X16 nümayəndəsi mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir.

32. “Akademik C.M.Abdullayev adına X2” X16 xx.xx.2025-ci il tarixli, 415-K nömrəli əmrinin surətindən görünür ki, elmi işçi İddiaçı ilə bağlanmış 95/22 nömrəli Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

33. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “Akademik C.M.Abdullayev adına X2” X17 “Elmi işçi” vəzifəsində çalışır, əmək müqaviləsinin bağlanma vaxtı xx.xx.1981-ci il tarixi və müddətsiz bağlanmış kimi qeyd edilmişdir.

34. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 1981-ci il tarixdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun qəbul şöbəsinə həkimkardioloq vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə “Akademik C.M.Abdullayev adına X2” X17 elmi işçi vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixdə 415-K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə 95/22 nömrəli əmək müqaviləsinə xitam verilmişdir;

35. X13 Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Akademik C.M.Abdullayev adına ElmiX4” X10 bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 4.3-cü maddəsinin tələblərini pozaraq xitam vermiş və bu səbəblə X21 barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.Həmçinin pozuntunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə məlumat verilməsi tələb olunmuşdur.

36. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı 1981-ci il tarixdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun qəbul şöbəsinə həkim-kardioloq vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə “Akademik C.M.Abdullayev adına X2” X17 elmi işçi vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixdə 415-K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə 95/22 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bаrəsində vеrilmiş əmrlə rаzılаşmаyаrаq Аzərbаycаn Rеspublikаsının Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyinin yаnındа X6 Bаkı şəhər İdаrəsinə mürаciət еtmiş və mürаciəti ilə əlаqədаr izаhаtındа hаzırki iddiа ərizəsinin məzmundа göstərdiyi kimi, hüquqlаrının pоzulmаsı ilə bаğlı bаş vеrənləri qеyd еtmişdir. Bununla bağlı X12 müraciəti araşdırmış və müəyyən etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsi qanunvericiliyin tələbləri pozularaq ləğv edilmiş, bu səbəbdən onun barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, həmçinin pozuntunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə məlumat verilməsi tələb olunmuşdur. Lakin işəgötürən qeyd edilənlərə əməl etmədiyi üçün iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

37. İddiaçının xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasına dair əsas dəlili bundan ibarət olmuşdur ki, cavabdehin istinad etdiyi Əmək Məcəlləsinin 10-1-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi mümkün deyil. Həmin maddə yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin tətbiq olunduğu hallar üçün nəzərdə tutulmuşdur. Lakin Əmək Məcəlləsinin 4.3-cü maddəsi açıq şəkildə müəyyən edir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlara şamil edilmir. Cavabdeh müəssisə- Akademik C.M.Abdullayev adına X2 adından, hüquqi statusundan və fəaliyyət istiqamətindən göründüyü kimi elmi-tədqiqat müəssisəsidir və iddiaçı 2003-cü ildən işdən azad olunanadək həmin müəssisədə elmi işçi vəzifəsində çalışmışdır. Deməli, ƏM-nin 10-1.1, 10-1.2 və 10-1.3-cü maddələrinin iddiaçıya münasibətdə, ümumiyyətlə, tətbiqinə yol verilmir. Bu səbəbdən cavabdehin həmin maddələrə istinadı hazıki işin mahiyyətinə uyğun deyil.

38. Kollegiya iddiaçının həmin dəlilləri ilə razılaşaraq qeyd edir ki, əmək qanunvericiliyinin 4.3 və 70-ci maddəsinin “e” bəndinin birgə təhlilindən hasil olan nəticəyə əsasən işəgötürən tərəfindən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “e” bəndinə istinadən xitam verilməsi yolverilməzdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin “e” bəndinə görə qanunvericilik işəgötürənə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi səlahiyyətini tanısa da, 4.3-cü maddəsi ilə, yəni elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi və pedaqoji işçilərinə münasibətdə işəgötürənin həmin əsası tətbiq edərək işdən azad edilməsinə dair səlahiyyətinə məhdudiyyət qoymuşdur.

39. Hazırki işdə cavabdehin elmi-tədqiqat müəssisəsi olması, iddiaçının isə 2003cü ildən işdən azad olunanadək həmin müəssisədə elmi işçi vəzifəsində çalışması məhkəmə tərəfindən işin mübahisəsiz halları qismində müəyyən olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı ƏM-nin 4.3-cü maddəsinin tətbiqi dairəsinə düşən işçi olduğundan cavabdehin onunla olan əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “e” bəndini tətbiq edərək xitam verdiyi xx.xx.2025-ci il tarixli əmri qanunazidd hesab edilməlidir.

40. Qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi ƏM-nin 10-1-ci maddəsinin hazırki iş üzrə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Həmin maddə və onun bəndləri “dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi” nə həsr olunmuş, 4.3-cü maddədə isə onun elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi və pedaqoji işçilərinə şamil olunmadığı aşkar şəkildə göstərilmişdir. Göründüyü kimi iddiaçı elmi-tədqiqat müəsssisəsində elmi işçi vəzifəsində çalışdığından mübahisə üzrə Məcəllənin 10-1-ci maddəsinin tələblərinin nəzərdən keçirilməsinə zərurət qalmamışdır.

41. İddiaçının İnstitutun elmi-tədqiqat və metodoloji işlərində iştirak etməməsi, hər hansı bir elmi layihədə, tədqiqat prosesində və ya akademik tədbirdə yer almamasına dair dəlillərini də kollegiya əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş 1) “Сердце можно лечить только сердцем” adlı tezis toplusunun mündəricatından görünür ki, İddiaçı məqaləsi həmin topluda əks olunmuşdur; 2) Ürək çatışmazlığı olan xəstələr üçün məktəbin təşkili və tətbiq edilməsi barədə 2024- cü ilin Metodik tövsiyəsindən görünür ki, İddiaçı müəlliflərdən biri kimi qeyd edilmişdir; 3) “Oсобенности кислородного обеспечения динамических нагрузок у больных ишемической болезнью сердца различных функциональных классов” (Müxtəlif funksional siniflərin işemik ürək xəstəliyi olan xəstələrdə dinamik yüklər zamanı oksigen təchizatının xüsusiyyətləri) məqaləsindən görünür ki, İddiaçı müəlliflərdən biri kimi qeyd edilmişdir; 4) Akademik C.M.Abdullayev adına X1 “Tibbi reabilitasiya” şöbəsinin elmi işçisi İddiaçı 2020-2024-cü illərdə dərc olunmuş elmi işlərinin siyahısından görünür ki, ümumilikdə 16 ədəd tezis, məqalə və metodik tövsiyyə dərc etmişdir; 5) 1-ci X9 Qurultayı barədə dərc edilmiş kitabdan görünür ki, “Fiziki gərginlik zamanı dəridə oksigenin dəyişməsi” adında məqalənin müəlliflərindən biri İddiaçıdır. 6) İş materiallarına əlavə edilmiş sertifikatların surətindən görünür ki, İddiaçı müxtəlif elmi konfranslarda iştirak etmişdir.

42. Məhkəmə, cavabdehin “faktiki olaraq əmək funksiyalarını yerinə yetirməyən, heç bir praktiki elmi fəaliyyətlə məşğul olmayan şəxsin formal olaraq işçki kimi ştatda qalmasının qanunvericiliyə zidd olması” ilə bağlı etirazının dəlillərinə münasibətdə bildirir ki, belə halda cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “e” bəndi ilə deyil, işçinin öz əmək funksiyalarını lazımi qaydada icra etməməsinə istinad edərək, xitam verə bilərdi. Ümumiyyətlə, işdən görünür ki, iddİaçı barəsində heç bir intizam tənbehi tətbiq edilməmiş, ona qaşı töhmət, xəbərdarlıq və ya xidməti uyğunsuzluq aktı tərtib olunmamışdır. Bu səbəbdən cavabdehin həmin dəlilləri də hüquqi əsası olmayan mülahizələr kimi qiymətləndirilir.

43. Kollegiya hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsaslı hesab olunduğu üçün, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində də qətnamə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan düzgün hesab edilməlidir.

44. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, iddianı tam təmin etməklə birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4190/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar