Məhkəmə qərarları › İş №2(3-6)-454/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-454/2026

04.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-454/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “işə bərpa tələbi, iddia müddətinin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 7483/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci iş materiallarında olan xx.xx.2025ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir.

2. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, ona 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur.

3. İş materiallarında olan Cavabdeh2 (Dolu store) üzrə 1 № “İşçinin iş vaxtında iş yerində olmaması haqqında” xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli aktlara əsasən İddiaçı üzürlü səbəb olmadan iş yerində olmamışdır.

4. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 2702/2025A №-li Əmrindən görünür ki, "Satış" bölməsində "Mühafizəçi" vəzifəsində işləyən İddiaçı Yusif qızı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilmiş, işçinin xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmağının qanunsuz hesab edilməsi və əvvəlki vəzifəsinə işə bərpa olunmağı barədə qərar qəbul edilməsi, işdən çıxarıldığı tarixdən məhkəmə qərarının icra olunduğu günə qədər ona ödənilməli olan orta aylıq əməkhaqqım hesablanaraq ödənilməsi, işdən çıxarılma nəticəsində ona dəyən mənəvi zərərin ödənilməsi üçün əməkhaqqının əlli misli miqdarında kompensasiya təyin edilməsi, qanunsuz işdən çıxarılmağı nəticəsində itirdiyi əməkhaqqı, istifadə olunmamış məzuniyyət haqqı və digər ödənişlərin ona geri qaytarılması, məhkəmə xərcləri və hüquqi yardımla bağlı çəkilmiş xərclər cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi dəqiqləşdirildikdən sonra onunla əsaslandırılmışdır ki, 03 dekabr 2024-cü il tarixindən etibarən cavabdeh Fiziki şəxs Cavabdeh2 məxsus “DOLU” mağazalar şəbəkəsinin Nizami rayon filialında Mühafizəçi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşam. İşəgötürənlə mənim aramda bağlanmış müddətsiz əməkmüqaviləsinə əsasən əmək münasibətlərimiztənzimlənmişdir. 27 fevral 2025-ci tarixində cavabdeh müəssisənin rəhbərliyi tərəfindən mənim Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən çıxarılmağım barədə 2702/2025A saylıəmrlə qərar qəbuledilmişdir. Lakin, həmin qərar qanunsuz olmuş və Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqiaktlarla ziddiyyət təşkiletmişdir. Belə ki, 15 fevral 2025-ci il tarixdə həmin mağazada işləyən Nigar adlı işçi iş otağıma girərək məni boğmaqla hücum etmiş, həmçinin, digər işçilərə qarşıda məndən əvvəl digər zorakılıq hərəkətlərietmişdir. Rəhbərlik mənim zərər çəkməyimə baxmayaraq bir neçə günlük işdən kənarlaşdırmış, Nigar xanımı isə işdə saxlamışdır. Daha sonra digər filiala yollamaq istəmişlər. Mənə qarşı olunan bu haqsızlıqlara cavab olaraq digər filialda işləmək istəmədiyimi, Nigar xanımbarəsində tədbir görmələrini, mənim isə öz yerimdə işləməyimi bildirmişəm. İşəgötürən mənimlə əmək müqaviləsinə birtərəfli qaydada xitam verməklə qanunvericiliyin normalarını pozmuşdur. Həmçinin, İşdən çıxarılma zamanı sosial təminatlar və işdən çıxarılan işçiyə ödənilməli olan kompensasiya və müavinətlərin verilməsi ilə bağlı öhdəliklər yerinə yetirilməmişdir. Qeyd olunan halları nəzərə alaraq, mənim işdən çıxarılmağım tamamilə əsassız və qanunsuz olmuşdur. İşəgötürənin qanun pozuntuları və nəticələri: İşdən qanunsuz çıxarılmağım mənə maddi və mənəvi ziyan vurmuşdur: İşdən çıxarıldığım tarixdən bu günə qədər heç bir əməkhaqqı almamışam, maddi çətinliklər yaşamışam. İş yerimdən qanunsuz uzaqlaşdırılmağım peşəkar nüfuzuma zərər vurmuş və mənə psixoloji sarsıntılar yaşatmışdır. İş yerində uzunmüddətl iəmək təcrübəmə və məsuliyyətli fəaliyyətimə baxmayaraq, heç bir əsaslı səbəb olmadan işdən çıxarılmışam. Hazırda qardaşım məni başqa işə düzəltmişdir, lakin orada aldığım maaş çox aşağıdır, mənim tələbatlarımı ödəmək üçün kifayət deyil, əvvəlki iş yerində isə normal maaş alırdım, həm də oradan qanunsuz olaraq çıxarılmışdır.

7. Cavabdeh2 iddia tələbinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçının onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilərək işə bərpa edilməsi ilə bağlı iddiası məhkəmə qaydasında qanunvericilikdə nəzərdə tutulan iddia müddətinə riayət edilməməsi səbəbindən təmin edilməməlidir. Bunu aşağıdakılarla əsaslandırıram: 1. Belə ki, İddiaçı əmək intizamını kobud şəkildə pozduğunu nəzərə alaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 27 fevral 2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. İddiaçıyla əmək münasibətlərinin rəsmiləşdirildiyi zaman olduğu kimi, xitam verildiyi halda da işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir.

2. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericilik həm tərəflər arasında, həm də işin məhkəmə qaydasında mübahisələndirildiyi hallarda yarana biləcək fikir ayrılıqlarının qarşısını almaq məqsədi ilə işçinin hüquqlarının pozulduğu anı da müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 3. Məlumat üçün bildiririk ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyə tam şəkildə əməl olunmuş, işçinin üzrsüz səbəbdən işə gəlmədiyi günlərdə akt tərtib edilmiş, mütəmadi olaraq işə gəlməyə dəvət edilmiş, baş verə biləcək növbəti prosedurlar barədə məlumatlandırılmışdır. 1 həftədən sonra ona rəsmi xəbərdarlıq məktubu göndərilərək əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş və həmin xəbərdarlıq məktubu 24 fevral 2025-ci il tarixdə şəxsən İddiaçı təqdim edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olmasını növbəti günlərdə işə gəlməməyi və davamiyyət kitabında imzalarının olmaması da sübut edir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin 27 fevral 2025-ci il tarixdə xitam edilməsi hazırki məhkəmə işi üzrə işin mübahisəsiz halıdır. İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması aparılmalıdır. İddiaçının əmək müqaviləsinə xitam verildiyi gündən 7 aydan artıq müddət keçmişdir. Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, iddiaçı üzrlü səbəb olmadan iddia müddətini ötürmüşdür. Belə olduğu təqdirdə iddia ərizəsinə münasibətdə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi haqqında qətnamənin qəbul edilməsi zərurəti yaranmışdır. İddia müddəti əlaqədar xx.xx.2021 tarixli, 2(102)- 4745/2021 saylı Ali Məhkəmə Qərarının 32-ci yarımbəndinə əsasən, qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Sonda Cavabdeh2 İddiaçı qızının Cavabdeh2 qarşı "işə bərpa edilməsi" iddia tələbinə münasibətdə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7483/2025 nömrəli 21 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim X2).

9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış Əmək müqaviləsinə əsasən, İddiaçı "Satış" bölməsində "Mühafizəçi" vəzifəsində işə qəbul edilmişdir, iddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli 2702/2025A №-li Əmrlə “AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən, xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. Tərəflər arasındakı mübahisə İddiaçı işə bərpa edilməsi barədədir. İşçi, işdən azad olunmasının araşdırılması ilə bağlı ilk olaraq X5 Xidmətinə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, daha sonra iddiaçı fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir, cavabdeh əmək mübahisələri ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Bununla belə, iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzisndə verilməsinə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qanunvericiliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, iddiaçı bundan sonra hüquqlarının bərpası məqsədilə X5 Xidmətinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir ki, bu da iddiaçının ən geci həmin tarixdə hüququnun pozulduğunu bildiyini göstərir, bununla belə iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 375.2-ci, 377.2-ci maddələrinə, Əmək Məcəlləsinin 292.2-ci, 295-ci, 296.1-ci, 296.2-ci, 296.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona əmək kitabçam və əmrin surəti bu günə qədərdə təqdim etməmişdir. Qanunvericiliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, iddiaçı bundan sonra hüquqlarının bərpası məqsədilə X5 Xidmətinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir ki, bu da iddiaçının ən geci həmin tarixdə hüququnun pozulduğunu bildiyini göstərir, bununla belə iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Lakin, əsaslandırma tamamilə əsassızdır. Belə ki, ona əmrin surəti hazırki vaxta qədər təqdim edilməmiş, əmək müfəttişliyinə isə şikayətim sahibkarın qanunsuz hərəkətlərindən olmuşdur və şikayətimin araşdırılmasına dair cavabı xx.xx.2025-ci il tarixdə rəsmi qaydada almışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə mənim sübutlarını mötəbər saymamış, cavabdeh tərəfin sanki müdafiəçisi kimi mövqe göstərməklə, qanuna əsas olmayan fikirləri sübut kimi qiymətləndirmişdir. Məhkəmə sübut olaraq əmrin və Əmək kitabçamın rəsmi qaydada mənə nə vaxt verildiyinə baxmalı idi. Məhkəməyə işə bərpa tələbi ilə müraciət etməyinə baxmayaraq, məhkəmə əməyin istismarına dair verdiyi şikayətlə nəticələnmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Hazırkı işin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış Əmək müqaviləsinə əsasən, İddiaçı "Satış" bölməsində "Mühafizəçi" vəzifəsində işə qəbul edilmişdir, iddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli 2702/2025A №-li Əmrlə “AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən, xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. Hazırda isə işçi həmin əmrlərin qanuniliyini mübahisələndirir.

23. Lakin işin hallarına əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, cavabdeh birinci instansiyası məhkəməsində ərizə verərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

25. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı).

26. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

27. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

28. Hazırki halda, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2025ci il tarixli əmri ilə işdən azad edilmişdir. İddiaçı işdənçıxarma barədə əmri rəsmi şəkildə almadığına görə işdən çıxmadan məlumatı olmadığını qeyd etsə də, 17 mart 2025-ci il tarixində X3 Bakı Şəhər İdarəsinə müraciətinə əsasən verilən cavab məktubunda Cavabdeh2lə iddiaçı arasındakı xx.xx.2024-cü ildə bağlanan əmək müqaviləsinin xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qüvvədən salındığı qeyd olunmuşdur, həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququnun mövcud olduğu bildirilmişdir. Eyni zamanda iddiaçının əmək müqaviləsi ilə bağlı son haqq-hesab aparılmış və ona ödənilməli olan əmək haqqı və digər ödənişlər onun əmək haqqı kartına köçürülmüşdür. Bu hal iddiaçının əmək münasibətlərinə xitam verildiyini bilməsini təsdiq edir. Bunu (yəni işdənçıxma ilə bağlı son haqq-hesabı aldığını) iddiaçı məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir. Bu isə artıq onun cavabdeh qurumla əmək münasibətlərinin sonlandığını təsdiq edir. Kollegiyanın hüquqi mövqeyinə əsasən işçinin işdən çıxarıldığını bilməsi yalnız formal olaraq sənədlərin (əmrin) təqdim edilməsi ilə qiymətləndirilməməlidir. İşçiyə qeyd edilən sənədlərin gec təqdim edilməsi onun əmək münasibətlərinə xitam verildiyini bilməməsi və əmək mübahisələrinə dair iddia müddətinin həmin vaxtdan hesablanması, ötürülməmiş olması kimi qiymətləndirilə bilməz.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan iddia müddətinin ötürüldüyü təsdiq edildiyindən, birinci instansiyası məhkəməsi iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7483/2025 nömrəli 21 noyabr 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar