Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-465/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı qızının cavabdeh cavabdeh2 qızı və digərlərinə qarşı işi üzrə Açar sözlər:( “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi”) hakimlər X7 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı İddiaçı qızının iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı İddiaçı qızı cavabdehlər cavabdeh2 qızına, cavabdeh3, cavabdeh1 qızına, X2, X8 və Bakı Şəhəri ** saylı Notariat Ofisinə (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, Notariat Ofisi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, miras qoyan atası X3 qalan miras əmlakın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi, ** saylı Notariat Ofisinin ##.##.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, sahəsi 0,03 kv.m. olan torpaq sahəsi üzərində iddiaçı İddiaçı 1/12, cavabdeh cavabdeh1 1/12, cavabdeh cavabdeh3 1/12, cavabdeh Ələkbər Qulubəyovun 1/12, cavabdeh Xalıq Qulubəyovun 1/12 və cavabdeh cavabdeh2 7/12 hissədə, **-RL-*** dövlət qeydiyyat nömrəli, "Renault Megane” minik markalı nəqliyyat vasitəsi üzərində iddiaçı İddiaçı 1/6, cavabdeh cavabdeh1 1/16, cavabdeh cavabdeh3 1/6, cavabdeh Ələkbər Qulubəyovun 1/6, cavabdeh Xalıq Qulubəyovun 1/6 və cavabdeh cavabdeh2 1/6 hissədə miras payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Iddiaçının nümayəndəsi vəkil Nigar Əliyeva ##.##.2025-ci il tarixdə iddia tələblərinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və ** saylı Notariat Ofisinin ##.##.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçının nümayəndəsi və vəkili Nigar Əliyeva ##.##.2025-ci il tarixdə digər ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdehlər Xaliq Qulubəyovun və Ələkbər Qulubəyovun cavabdehlər siyahısından çıxarılması, cavabdeh3, cavabdeh2, cavabdeh1, ** saylı Notariat Ofisinə qarşı müddətin üzrlü hesab edilərək bərpa edilməsi və cavabdehlərdən cavabdeh2, cavabdeh1 və cavabdeh3nanın adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadına əsasən (hakim Samirə Eyvazova), iddiaçının cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1, ** saylı Notariat Ofisinə qarşı "müddətin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraatına "mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi” hissəsində xitam verilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinə miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - X3 birinci dəfə X1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından ##.##.1988-ci il tarixdə X2, ##.##.1990-cı il tarixdə İddiaçı qızı və ##.##.1998-ci il tarixdə X8 adlı üç övladı doğulmuşdur; - X3 ikinci dəfə cavabdeh2 qızı ilə ailə qurmuş, nikahlarını ##.##.2020-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından ##.##.2019-cu il tarixdə cavabdeh3 və ##.##.2020-ci il tarixdə cavabdeh1 qızı adlı iki övladı doğulmuşdur; - Azərbaycan Respublikası DIN BDYPI QII tərəfindən verilmiş ##.##.2018-ci il tarixli AD****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2008-ci il, ban nömrəsi VF1KMS6C639483978 olan "Renault Megane” minik markalı **-RL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Zülfüqar Qulubəyovun adına qeydiyyatdan keçmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu 0,03 ha torpaq sahəsinə istifadə hüququ Zülfüqar Qulubəyovun adına qeydiyyatdan keçmişdir; - X3 ##.##.2023-cü il tarixdə ölmüşdür; - Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, 2V- 255 və 2V-*** reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamələrdən müəyyən olunur ki, ##.##.2023-cü ildə vəfat etmiş X3 qalmış arvadı cavabdeh2 qızının nikah müddətində əldə edilmiş ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququna dair payı müəyyən edilərək, Azərbaycan Respublikası DIN BDYPI QII tərəfindən verilmiş ##.##.2018-ci il tarixli AD****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi VF1KMS6C639483978, buraxılış ili 2008-ci il olan "Renault Megane” minik markalı **-RL- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində onun 1/2 hissədə, o cümlədən ölmüş ərin həmin nəqliyyat vasitəsində 1/2 hissədə payının olmasına dair, habelə ƏMDX DƏDK və RPHŞ tərəfindən ##.##.2023-cü il tarixdə Zülfüqar Qulubəyova verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu X5-Maştağa Yolu ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə istifadə hüququna onun 1/2 hissədə, o cümlədən ölmüş ərin 1/2 hissədə payının olmasına dair şəhadətnamələr verilmişdir; - Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, 2V- 257 və 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən olunur ki, ##.##.2023-cü ildə vəfat etmiş X3 vərəsələri cavabdeh2 qızı, cavabdeh3, cavabdeh1 qızı miras əmlak olan - Azərbaycan Respublikası DIN BDYPI QII tərəfindən verilmiş ##.##.2018-ci il tarixli AD****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi VF1KMS6C639483978, buraxılış ili 2008ci il olan "Renault Megane” minik markalı **-RL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən hər biri 1/6 hissədə, habelə - ƏMDX DƏDK və RPHŞ tərəfindən ##.##.2023cü il tarixdə Zülfüqar Qulubəyova verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu X5-Maştağa Yolu ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə istifadə hüququndan hər biri 1/6 hissədə irs almalıdırlar; - Bakı şəhəri ** saylı Notariat Ofisinin ##.##.2024-cü il tarixli, X*** saylı məktubuna əsasən, İddiaçı qızına mərhum atasından qalmış mirasın qəbul edilməsi müddətinin uzadılması, mirasın qəbulu faktının müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
6. Qətnamədən cavabdeh cavabdeh2 (nümayəndəsi vəkil vəkil1) apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 7.Qətnamədən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azəraycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1333.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1255, 1301.1, 1301.2, 1301.3, 1321.1, 1321.3; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1,76.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 407.2,416.1, 416.2, 417.1.3, 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. Belə ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atasının ikinci həyat yoldaşı cavabdeh2 və onun övladları olan digər cavabdehlərin Notariat Ofisinə müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almalarını, lakin onlara şəhadətnamə verilərkən atasının digər vərəsələrinin olub-olmamasının araşdırılmamasını, miras əmlaklardan "Renault Megane” minik markalı nəqliyyat vasitəsinin atası Zülfüqar Qulubəyovla cavabdeh cavabdeh2 nikahından əvvəl alınmış olsa da, notariusun şəhadətnamələrdə həmin əmlakı birgə nikah dövründə alınmış kimi qeyd etməsini, göstərilən miras əmlakın yarısına dair arvada vərəsəlik haqqında şəhadətnamə verilməsini, o, və qardaşlarının Notariat Ofisinə müraciət etmələrini, lakin notarius tərəfindən onlara mirasın qəbulu ilə bağlı nəzərdə tutulmuş müddəti ötürdükləri üçün imtina verilməsini, onların atalarının vəfatından gec xəbərlərinin olmasını, ona görə də mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Notariat Ofisinə müraciət edə bilməmələrini qeyd edərək, miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3nanın adına ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh2 iddia tələbinə qarşı etirazında, iddiaçının və qardaşlarının atasının ölümündən üç gün sonra məlumatlarının olmasını, mərhum Zülfüqar Qulubəyovun birinci nikahdan olan övladlarının qanunla müəyyən edilmiş müddət ərizində mirası nə faktik, nə də notariusa müraciət etməklə qəbul etmədiklərini qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Plenum Qərarının qəbulundan sonra mirasın qəbulu müddətinin artıq mövcud olmamasına istinad olunaraq, iddia tələbinin icraatına "mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi” hissəsində xitam verilsə də, tərəflər həmin qərardadı mübahisələndirilməmişlər.Bundan sonra birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə iddianı qismən təmin edərək, cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Plenum Qərarına istinad edərək, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətlərinin vərəsənin mirasdan imtina etməsi anınadək davam etməsini, vərəsə statusunda olan şəxsin bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1***-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməli olmasını qeyd edərək, iddiaçının mirasdan imtina etmədiyini, atasının ölümündən məlumatlı olmadığını, miras açıldıqdan sonra mirasın qəbulu üçün çağrılmadığını, cavabdeh cavabdeh2 Notariat Ofisində verdiyi ərizəsində mirası qəbul edərkən mərhum ərinin onlardan başqa vərəsələrinin olmadığını bildirərək, iddiaçının adını qeyd etməməklə etibarsız şəhadətnamənin verilməsinə nail olmasını qeyd etmiş, Mülki Məcəllənin 149-cu maddəsinə əsasən iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olduğunu vurğulamışdır.Birinci instansiya məhkəməsi eyni zamanda qəbul etdiyi qətnamədə, iddia tələbinə miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilməsi barədə təkrar nəticəyə gələrək (halbuki məhkəmə iddianın həmin hissəsinə qəbul etdiyi qərardadda artıq qiymət vermişdir), mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Plenum Qərarının formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq vərəsəlik institutunda buraxılmış müddətin bərpası məsələsinin artıq öz aktuallığını itirməsi ilə əsaslandırmışdır. Tərəflər həmin hissədə qətnaməni mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, cavabdeh vərəsəlik şəhadətnaməsini almaq üçün notariusa müraciət edərkən mərhum ərinin birinci nikahından olan övladları haqqında notariusa məlumat verməmiş, vərəsəliklə bağlı notarial hərəkətləri həyata keçirən notarius isə miras qoyanın başqa vərəsələrinin olub-olmamasını müəyyən etmək üçün bütün mümkün vasitələrdən istifadə etməklə araşdırma aparmamış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras kütləsinə daxil olan nəqliyyat vasitəsinin miras qoyan tərəfindən nikahdan əvvəl əldə edilməsinə diqqət yetirməmiş, nəticədə iddiaçının qorunması dövlət təminatı altına alınan mülkiyyət hüquqları pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli Qərarının tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmin qərarın mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini əsaslı hesab edərək, cavabdehin apellyasiya şikayətinin həmin qərarın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkün olmamasına dair dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu istinad olunan qərarında qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1 -ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301 -ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 -ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarının tətbiq edilməli olması barədə mövqeyi düzgün olmamaqla, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan qərarda nəzərdə tutulan hüquqi mövqe düzgün təfsir olunmamış və maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, mərhum Zülfüqar Qulubəyovun öldüyü vaxt, yəni mirasın açıldığı ##.##.2023-cü il tarixdə Mülki Məcəllənin mirasın qəbul edildiyi müddəti nəzərdə tutan 1246-cı maddəsi qüvvədə olmuş, hazırkı mülki iş üzrə iddia isə məhkəməyə ##.##.2024-cü il tarixdə daxil olmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli Qərarının qəbul olunduğu tarixdə mülki iş məhkəmənin icraatında olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsi ilə yanaşı, eyni zamanda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa iddianın yuxarıda qeyd olunan hissədə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla müəyyən olunan müddətdə mirası faktik, yaxud da qanunla müəyyən edilmiş qaydada qəbul edib-etməməsinin yoxlanılmamasına əhəmiyyət verməmiş, özü də həmin məsələ ilə bağlı hər hansı araşdırma aparmamış, bununla bağlı işdə olan sübutlara isə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməli olması və vərəsələr arasında miras əmlakın bölüşdürülməli olması barədə nəticəyə gəlsə də, mirasdan imtinanın artıq mövcudluğu təsdiq olunmuş vərəsəlik hüququnun rədd edilməsini ifadə etməsini, həmçinin qanunla müəyyən olunmuş müddətə bağlı olmasını, yəni mirasdan imtinanın, mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində icra edilməli olmasını diqqətdən qaçırmışdır. Halbuki iddiaçının nümayəndəsi və vəkili Nigar Əliyeva da iddia ərizəsində mirasın qəbulu üçün müəyyən edilmiş müddətin buraxıldığını qeyd edərək, müddətin üzrlü səbəbdən baş verdiyini göstərmiş, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə bu halda məhkəmələr iddiaçı tərəfindən mirasın faktik, yaxud da qanunla müəyyən edilmiş qaydada qəbul edilibedilməməsini, yəni onun mirasqoyanın miras qalmış əmlakına münasibətdə vərəsəlik hüququnun mövcud olub-olmamasını mütləq yoxlanılmalı idilər. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində mirasın qəbulu ilə bağlı ona şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət edə, yaxud həmin müddət ərzində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, "Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş "üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.” Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, "mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Imtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, "mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması qəbulla şərtləndirilməsi ilə bağı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ####### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1***-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi, onun miras əmlakı qəbul etməsi əsası ilə təmin edilmiş, lakin göstərilən tələbə Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq hüquqi qiymət verilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsinin təsviri əsaslandırıcı hissəsində Notariat Ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, 2V-257 N°-li və ##.##.2023-cü il tarixli, 2V*** N°-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməli olduğu qeyd olunsa da, qətnamənin nəticə hissəsində cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi qeyd olunmuş, lakin fərqli əmlaklarla bağlı olan və etibarsız hesab edilməsi qərara alınmış şəhadətnamənin tarixinə və nömrəsinə istinad edilməmişdir. Həmçinin işdə iki əmlakla bağlı vərəsəlik şəhadətnaməsi mövcud olmasına baxmayaraq, iddia tələbinin həcminin azaldılması haqqında ərizədə iddiaçının nümayəndəsi və vəkili Nigar Əliyeva cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3nanın adına ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi hansı əmlaka dair, hansı nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməli olduğunu dəqiqləşdirmədən, qeyrimüəyyən tələbin olduğu iddia ərizəsi üzrə, anlaşılmaz yekun məhkəmə aktı qəbul etmişdir. Qətnamənin qanuni və əsaslı olmasını yoxlamalı olan apellyasiya instansiyası məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarına hər hansı diqqət yetirməmiş, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsini dəyişdirmədən saxlamışdır. "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il Qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Qərarın 6.9-cu bəndinə əsasən isə məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı, ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə mirasın açılmasından sonra qanunla müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən mirasın qəbul edilibedilməməsini yoxlamamış, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPMnin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eləcə də qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin 14.1 -ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərir. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları iddiaçının mirasın açıldığı vaxt qüvvədə olmuş mülki qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğunun, mövcud olduğu halda, iddia ərizəsində etibarzıslığı tələb olunan əqdlərin etibarsız olub-olmaması məsələsinin həll edilməsi, habelə miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Işə yenidən baxılarkən məhkəmə qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar 8.Cavabdeh cavabdeh2 qızının nümayəndəsi vəkil X6 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ünvanladığı ərizədə qeyd edilmişdir ki, Xətai rayon məhkəməsi tərəflər arasında mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına uyğun qətnamə çıxarmalı olduğu halda bunu etməmiş, qanunu səhv təfsir etmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Xətai rayon məhkəməsi gəldiyi qənaəti əsaslandırmaq üçün qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Plenum Qərarına istinad etmişdir. Halbuki, Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qəbul olunan zaman (##.##.2023-cü il tarixdə) məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. ##.##.2023-cü il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-ci maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verlmir.” Mülki Məcəllənin həmin vaxtadək qüvvədə olmuş 1273-1-ci maddəsinə əsasən “Vərəsə bu məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə , müvafiq olaraq bu məcəllənin 1261-ci və 1263-cü maddələri tətbiq edilir”. Ali Məhkəmənin Mülki Kollegiyası *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarında Bakı Apellyasiya məhkəməsi tərəfindən *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsində iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsinə dair şikayətin dəlilləri ilə razılaşmışdır. Iş materiallarından göründüyü kimi, iddiaçının və onun işin nəticəsində birbaşa maraqlı olan qardaşlarının atasının ölümündən üç gün sonra məlumatlarının olması, mərhum Zülfüqar Qulubəyovun birinci nikahdan olan övladlarının qanunla müəyyən edilmiş müddət ərizində mirası nə faktik, nə də notariusa müraciət etməklə qəbul etməmələri işin mübahisə doğurmayacaq hallarıdır. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Plenum Qərarının qəbulundan sonra mirasın qəbulu müddətinin artıq mövcud olmamasına istinad olunaraq, iddia tələbinin icraatına “mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi” hissəsində xitam verilsə də, iddiaçı tərəfindən həmin qərardad mübahisələndirilməmişdir. Ona görə də, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası məsələsi hazırda məhkəmə baxışının predmeti ola bilməz.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı qızı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini qeyd etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-420-ci maddələrinə müvafiq Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla qətnamənin yoxlanılması müəyyən edildiyindən, yalnız bu hədlərdə apellyasiya baxışı mümkünlüyü nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29. VII hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (## #### 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada). 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (## ###### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (## #### 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilərlər. Bu zaman yerində olmayan vərəsənin payı ayrılmalıdır. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2.Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarına əsasən HYPERLINK "https://eqanun.az/framework/46944" Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, "Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş "üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.”
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, kassasiya instansiyasının göstərişlərini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki kasssiya instansiyasının hazırkı iş üzrə qəbul etdiyi qərarın əsaslandırıcı hissəsində xüsusi olaraq vurğulanmışdır ki, mərhum Zülfüqar Qulubəyovun öldüyü vaxt, yəni mirasın açıldığı ##.##.2023-cü il tarixdə Mülki Məcəllənin mirasın qəbul edildiyi müddəti nəzərdə tutan 1246-cı maddəsi qüvvədə olmuş, hazırkı mülki iş üzrə iddia isə məhkəməyə ##.##.2024-cü il tarixdə daxil olmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli Qərarının qəbul olunduğu tarixdə mülki iş məhkəmənin icraatında olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsi ilə yanaşı, eyni zamanda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa iddianın yuxarıda qeyd olunan hissədə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla müəyyən olunan müddətdə mirası faktik, yaxud da qanunla müəyyən edilmiş qaydada qəbul edib-etməməsinin yoxlanılmamasına əhəmiyyət verməmiş, özü də həmin məsələ ilə bağlı hər hansı araşdırma aparmamış, bununla bağlı işdə olan sübutlara isə hüquqi qiymət verməmişdir.
18. Hazırkı halda apellyasiya instansiya kassasiya instansiyasının yuxarıda qeyd edilən göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin müddətin buraxılmasının üzürlü hesab edilməsi hissəsində xitam verdiyindən və iddiaçı tərəfindən qərardad mübahisələndirmədiyindən, habelə iddia tərəfi müddətin üzrlü hesab edilməsi üçün sübutedici dəlillər təqdim etmədiyindən onun müzakirəsini mümkün hesab etmir, halbuki iddiaçının nümayəndəsi və vəkili Nigar Əliyeva da iddia ərizəsində mirasın qəbulu üçün müəyyən edilmiş müddətin buraxıldığını qeyd edərək, müddətin üzrlü səbəbdən baş verdiyini göstərmiş, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O da qeyd edilməlidir ki, iş materiallarındakı məhkəmə iclas protokollarında iddiaçının qardaşı tərəfindən verilmiş ifadələrdə onların atalarının ölümündən xəbərdar olmaları görünür. Digər tərəfdən işdə iki əmlakla bağlı vərəsəlik şəhadətnaməsi mövcud olmasına baxmayaraq, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3nanın adına ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi hansı əmlaka dair, hansı nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməli olduğunu dəqiqləşdirmədən, qeyri-müəyyən tələbin olduğu iddia ərizəsi üzrə, anlaşılmaz yekun məhkəmə aktı qəbul etmişdir. Hazırkı halda iddiaçı tərəfindən atasından miras qalmış əmlakın faktiki və qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq şərait yaradılmasına baxmayaraq iddia tərəfi, iddianın iradə ifadəsinin müəllifi olaraq, sübutetmə vəzifəsinə müvafiq əsaslı təkzibedilməz və mötəbər sübutlar müzakirəyə təqdim etməmişdir. 19.Beləliklə, məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh cavabdeh2 qızının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
20. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh cavabdeh2 qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı qızının cavabdeh cavabdeh2 qızı və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin.
Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron kabinetlə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.