Məhkəmə qərarları › İş №2(3-6)-469/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-469/2026

10.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-469/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X2 Əziz qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-92/2*25 saylı, 23.*2.2*25-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(***)-92/2*25 nömrəli, **.*7.2*25-ci il tarixli qətnaməsinə əsasən iddia təmin olunaraq, "X* Mərkəzi” MMC-nin Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqları barədə keçirilmiş 2*.*8.2*23-cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu etibarsız hesab edilməsi, Açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu əsasında Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqlarına dair DƏDKR PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının adına verilmiş *7.**.2*23-cü il tarixli Çıxarış ləğv edilməsi, daşınmaz əmlaka (torpaq sahəsi) dair hərracda ödənilən 24 745 (iyirmi dörd min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaiti Gülmalıyeva Gülnar Babaş qızına qaytarılması, Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqlarına dair Cavabdeh4 mülkiyyət hüquqlarının bərpasına dair qeydlər aparılması və iş üzrə ödənilmiş - *** (yüz) manat dövlət rüsumu və 25* (iki yüz əlli) manat xidmət xərci cavabdehlər Cavabdeh4 və Gülmalıyeva Gülnar Babaş qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının vəkili Vəkil* tərəfindən qeyd olunan qətnamədən 27.*8.2*25-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(**3)-598*/2*25 saylı 2*.**.2*25-ci il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(***)-92/2*25 nömrəli, **.*7.2*25-ci il tarixli qətnaməsindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-92/2*25 nömrəli, *4.**.2*25-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-92/2*25 saylı, **.*7.2*25-ci il tarixli qətnaməsindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil* 2*.**.2*25-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-92/2*25 nömrəli, **.*7.2*25-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-92/2*25 saylı 23.*2.2*25-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. İddiaçı 23.*2.2*25-ci il tarixli qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfin nümayəndəsi bununla bağlı məlumatlı olmuş, məhkəmə iclasında müddətin bitdiyini və səlahiyyətinin olmadığını bildirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.**.2*26-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, qətnamə 28.*7.2*25-ci il tarixdə cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının nümayəndəsi Vəkil* elektron kabinetinə yerləşdirilmişdir. 27.*8.2*25-ci il tarixdə cavabdeh G.Gülmalıyeva apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(**3)-598*/2*25 saylı 2*.**.2*25-ci il tarixli qərardadı ilə etibarnamə əlavə edilmədiyinə görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh nöqsanı aradan qaldıraraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ilkin apellyasiya şikayəti qanunla müəyyə edilmiş * aylıq müddət daxilində verilmiş, nöqsan aradan qaldırılanadək keçən müddət cavabdehin iradəsindən asılı olmamış, beləliklə cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzürlü səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə *28.*). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə *3*.*). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə *33.*). Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.*.*, 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-92/2*25 saylı, 23.*2.2*25-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar