Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-483/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və Nümayəndə, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh mülkiyyətindəki, ünvan 10 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 90,60 kv.m təşkil edən dörd otaqlı * saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının ünvan 1 ünvanda inşa edəcəyi binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan * saylı üç otaqlı mənzili təmirli vəziyyətdə və binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan ** saylı bir otaqlı mənzili təhvil verməklə və yeni mənzillər təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin mülkiyyətindəki, ünvan 9 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 90,60 kv.m təşkil edən dörd otaqlı * saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının ünvan 8 ünvanda inşa edəcəyi binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan * saylı üç otaqlı mənzili təmirli vəziyyətdə və binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı mənzili təhvil verməklə və yeni mənzillər təhvil verilənədək hər ay 750 (yeddi yüz əlli) manat kirayə haqqı ödənilməklə cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılmasını tələb etmişdir.
3. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüquqları ##.##.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Ailə tərkibi 6 nəfərdən ibarətdir. Mənzilin ümumi sahəsi çıxarışa əsasən 90,60 kv.metrdir. Mənzilin texniki pasportuna əsasən mənzil 1-ci mərtəbədə yerləşir, ümumi sahəsi 94,9 kv.m. olan 4 otaqdan ibarətdir. Həmçinin sənəd üzrə 0.0348 ha torpaq sahəsi də onun və ailəsinin istifadəsindədir. Torpaqdan istifadə etdiyi üçün bələdiyyəyə torpaq vergisini daim ödəmişdir. Mənzil əvvəl anası Inna Sorokinanın adına rəsmiləşdirilmişdir. O, həmin mənzildə doğulmuş və hazırda bağışlama müqaviləsi əsasında mənzilin mülkiyyətçisidir. Mənzilin yerləşdiyi və istifadəsində olan torpaq sahəsi abadlaşdırılıb. Yay mətbəxi tikilib, çox sayda ağaclar, güllər əkilib və ailənin istirahəti üçün şərait yaradılıb. Hətta avtonəqliyyat vasitəsi üçün yeri də var. Uzun illər yaşadığı şəraitli, komfortlu mənzili cavabdeh söküb, əvəzində çoxmərtəbəli bina inşa etmək niyyətindədir. Bu səbəbə görə və iddiaçı MTK Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli sərəncamına istinad edərək ona qarşı əsassız tələb irəli sürmüşdür. Sərəncamın 1-ci bəndində göstərilmişdir ki, ünvan 11 ünvanda, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,20 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də mühəndis kommunikasiya xətləri və qurğularla əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələnin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında xxxx MTK tərəfindən həll edilməsi şərti ilə yaşayış binasının tikintisi üçün xxxx MTK -ya icarə əsasında istifadəsinə verilsin. Sərəncamın 3-cü bəndində isə qeyd edilmişdir ki, yuxarıda qeyd edilən tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bu səbəbdən ilk növbədə iş üzrə Bakı şəhəri Icra Hakimiyyətini iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş edir. Çünki iddiaçı Sərəncamın tələblərini ona münasibətdə yerinə yetirməyib, heç bir razılığa gəlməyib və əsassız tələb irəli sürmüşdür. Hazırda Konstitusiyada nəzərdə tutulan və dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarına iddiaçı tərəfindən qəsd vardır. Belə ki, sərəncama əsasən mənzilin yerləşdiyi torpaq sahəsinin istifadəçisi olan iddiaçı onunla razılığa gəlmədən, onu razı salmadan, qane edən kompensasiya ödəmədən məhkəmə vasitəsilə mülkiyyətində olan mənzildən çıxarmaq və mülkiyyətini məhv etmək niyyətindədir. Bundan əlavə iddiaçı binada yaşayan sakinlərə eyni münasibət göstərməmişdir. Belə ki, onun sahəsindən çox kiçik sahəsi olan sakinlərə daha böyük sahəli mənzillərin verilməsi barədə müqavilələr bağlanılmışdır. Işin tam, tərtərəfli və obyektiv araşdırılması məqsədi ilə binada yaşayan sakinlərlə iddiaçı arasında bağlanılmış müqavilələrin iddiaçıdan tələb edilməsini xahiş edir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh məxsus olan, ünvan 10 ünvanda yerləşən, ümumi sahəsi 90,60 kv.m mənzilin əvəzində ünvan 3 ünvanında inşa ediləcək binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan * saylı üç otaqlı təmirli mənzil və binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan ** saylı bir otaqlı mənzil verilməsi, cavabdeh yeni mənzillərlə təmin edilənədək ona hər ay 750 (yeddi yüz əlli) manat kirayə haqqı ödənilməklə ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh Cavabdeh dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı MTK-ya ödənilməsi müəyyən edilmişdir.
5. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, işin hallarından da göründüyü kimi rayon məhkəməsi mənzilin və torpaq sahəsinin dəqiq ölçülərinin müəyyən edilməsinə dair tikinti-texniki ekspertiza, həmçinin kirayə haqqının məbləğinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirməmişdir və bu məsələləri qətnamədə də qeyd edildiyi kimi “ağlabatan” formada həll etmişdir. Rayon məhkəməsi kompensasiya müəyyən edilən zaman Bakı şəhəri Suraxanı rayon Icra Hakimiyyətinin Başçısının *** saylı ##.##.2001-ci il tarixli sərəncamı və Azrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin cavabdehə verdiyi ##.##.2022-ci il tarixli ***********-*****-****** nömrəli texniki pasporta əsasən sözügedən 348 kv.m. torpaq sahəsinin cavabdehin faktiki mülkiyyətində olmasının nəzərə alınmasına dair cavabdehin mülahizələrini əsassız olaraq rədd etmişdir. Rayon məhkəməsi fərdi yaşayış evlərinin sökülməsi, mülkiyyətçilərə kompenasiya verilməsinə dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə almamış və cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa iddiaçı sonuncu dəqiqləşmə ərizəsində inşa edəcəyi binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan * saylı üç otaqlı mənzili təmirli vəziyyətdə və binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı mənzili təhvil verməklə və yeni mənzillər təhvil verilənədək hər ay 750 (yeddi yüz əlli) manat kirayə haqqı ödənilməklə cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılmasını tələb etmişdir. Rayon məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul etsə belə, qətnamənin “qət etdi” hissəsində iddia tələbinə uyğun olaraq “binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı mənzili təhvil verməklə” qeyd etmək əvəzinə “binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan ** saylı bir otaqlı mənzil verilməsi”ni qeyd etmişdir və Bu da onu sübut edir ki, işə baxan hakim prosessual hüquq normasının tələbini pozaraq iddiaçının tələbindən kənara çıxmışdır. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
10. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək, kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.
11. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, № ** saylı rəyinə əsasən Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Sübutların tədqiqi:
12. Bakı şəhəri Suraxanı rayon Icra Hakimiyyətinin Başçısının *** saylı ##.##.2001-ci il tarixli sərəncamından görünür ki, X3 rayon Icra Hakimiyyətinə müraciət edərək, istifadə etdiyi torpaq sahəsinin və əlavə tikililərin rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Sahəsi 20,75 kv.m. olan 2 yaşayış otaqlardan, sahəsi 11,80 kv.m. olan köməkçi otaqlardan ibarət olan Suraxanı rayonu, Dzercinski qəsəbəsi, S.Bəhlulzadə (köhnə Tramvay) küçəsi, ev 95, * nömrəli mənzilin əlavə tikililəri və torpaq sahəsi həmin ölçüləri ilə saxlanılması və həmin mənzil 210,30 kv.m. torpaq sahəsində yerləşmiş, sahəsi 66,45 kv.m. olan 4 yaşayış otaqlarından, sahəsi 24,50 kv.m. olan köməkçi otaqlardan, həyətyanı tikililərindən ibarət hesab olunmasına sərəncam verilmişdir.
13. Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli ** saylı sərəncamından görünür ki, ünvan 6 ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.20 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də mühəndis-kommunikasiya xətləri və qurğularla əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən həll edilməsi şərti ilə yaşayış binasının tikintisi üçün “xxxx" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir.
14. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 7 ünvanındakı 90,60 kv.m. olan * saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
15. Texniki pasportdan görünür ki, ünvan 7 mənzil 2-nin texniki pasportu ##.##.2022-ci il tarixdə Cavabdeh adına tərtib edilmişdir.
16. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi Dövlət Layihə Institutunun “X1 Layihə” ##.##.2025-ci il tarixli “ünvan 12 ünvanda yerləşən 1 mərtəbəli yaşayış evinin texniki vəziyyəti haqqında” rəyindən görünür ki, ünvan 1* saylı ünvanda yerləşən 1 mərtəbəli yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
17. Mülki iş materiallarında olan ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, “xxxx” MTK mülkiyyətçi Əhməd-zadə Rəcəb Eldar oğlu ilə razılığa gələrək, ünvan 13 ünvanında yerləşən yaşayış və həyətyanı sahəsinin sökülməsini, həmin ərazidə yeni orta mərtəbəli və çox mənzilli yaşayış binasının tikintisini həyata keçırərək, inşa edəcəyi yaşayış binasının 2-ci mərtəbəsindəki sahəsi 59,31 kv.m ibarət iki otaqlı * saylı təmirsiz və binanın 3 cü mərtəbəsindəki sahəsi 66,69 kv.m ibarət iki otaqlı * saylı təmirli mənzilləri “xxxx”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Tikinti şirkəti * saylı mənzilini boşaldıb köçməsi ilə əlaqədar köçdüyü gündən başlayaraq yeni inşa edəcəyi yaşayış binasının tikintisi başa çatana və “əmlak mülkiyyətçi”sini təmirli * saylı mənzillə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə ona kompensasiya şəklində 500 (beş) manat məbləğində kirayə haqqı ödəyir.
18. ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, “xxxx” MTK mülkiyyətçi X6 ilə razılığa gələrək, ünvan 14 ünvanında yerləşən yaşayış və həyətyanı sahəsinin sökülməsini, həmin ərazidə Səttar Bəhlulzadə küç. 91 və 93 ünvanında inşa olunmuş yeni, orta mərtəbəli * saylı yaşayış binasının B blokunun 2-ci mərtəbəsindəki sahəsi 94,0 kv.m ibarət ikiotaqlı * saylı təmirli mənzili “xxxx”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Tikinti şirkəti * saylı mənzilini boşaldıb köçməsi ilə əlaqədar “xxxxnə” kirayə haqqı ödəmir.
19. ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, “xxxx” MTK mülkiyyətçi X2 ilə razılığa gələrək, ünvan 15 ünvanında yerləşən torpaq sahəsinin və üzərindəki tikilinin əvəzinə həmin ərazidə Səttar Bəhlulzadə küç. 91 və 93 ünvanında inşa olunmuş yeni orta mərtəbəli və çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 111 kv.m. olan qeyriyaşayış sahəsini təmirli vəziyyətdə X2 təhvil verməyi mülkiyyətinə verməyi öhdəsinə götürür. Tikinti şirkəti “xxxxnə” yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı ödəmir.
20. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, № ** saylı rəyindən müəyyən olur ki, ünvan 7 ünvanında yerləşən, Cavabdeh məxsus * saylı mənzilin (həyətyanı sahəsi olan birmərtəbəli fərdi yaşayış evi tipli yaşayış sahəsidir) ümumi sahəsinin 107,02 kv.m olduğu müəyyən edilir. O cümlədən, texniki pasportda öz əksini tapmış (qeydiyyatda olan) yaşayış və yardımçı (köməkçi) tikililərin sahəsi 95,09 kv.m, öz əksini tapmamış (qeydiyyatda olmayan) tikililərin sahəsi 11,93 kv.m təşkil edir. Cavabdeh mülkiyyətində olan (daşınmaz əmlakın reyestr nömrəsi 06011003882-05101-093003) ünvan 5 ünvanında yerləşən * saylı mənzilin hazıki dövrə olan real bazar dəyəri 176000,00 (yüz yetmiş altı min) manat məbləğində müəyyən edilir. ünvan 7 ünvanında yerləşən * saylı mənzilin yerləşdiyi ərazidə analoji şəraitə malik olan 4 otaqlı mənzillərin aylıq kirayə haqqı 550,00 (beş yüz əlli) manat məbləğində müəyyən edilir. Cavabdeh mənzilinin yerləşdiyi ərazidə yeni tikilən binalardakı təmirli mənzillərin 1 kv.m-nin bazar qiymətləri ilə təqribi dəyəri 2000,00 (iki min) manat, təmirsiz mənzillərin 1 kv.m-nin təqribi dəyəri isə 1600,00 (bir min altı yüz) manat məbləğində müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12.1. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən * saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Ikinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. “xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli 392- IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı) Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
26. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
30. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
33. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MTK tərəfindən ünvan 3 ünvanında inşa ediləcək binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan ** saylı bir otaqlı mənzil əvəzinə iddiaçı İddiaçı MTK tərəfindən ünvan 3 ünvanında inşa ediləcək binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı təmirsiz mənzil verilməlidir, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, mülki iş materiallarında olan iddiaçının sonuncu dəqiqləşdirmə ərizəsindən müəyyən olur ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzilin sökülməsinin əvəzində yeni inşa edəcəyi binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan * saylı üç otaqlı mənzili təmirli vəziyyətdə və binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı mənzili cavabdehə təklif edir. Cavabdeh isə bununla razılaşmayaraq iddiaçıdan cəmi 306 kv.m. olmaqla, 2 ədəd 120 kv.m. sahəsi olan üç otaqlı mənzil və 1 ədəd 66 kv.m sahəsi olan iki otaqlı mənzil tələb edir.
35. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatı nəticəsində “xxxx” MMC tərəfindən verilmiş rəydən də müəyyən olur ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportda öz əksini tapmış (qeydiyyatda olan) yaşayış və yardımçı (köməkçi) tikililərin sahəsi 95,09 kv.m, öz əksini tapmamış (qeydiyyatda olmayan) tikililərin sahəsi 11,93 kv.m təşkil etməklə, ümumi sahəsi 107,02 kv.metrdir.
36. Belə olan halda Məhkəmə qeyd edir ki, cavabdeh öz mənzilinə münasibətdə qeyrimütənasib kompensasiya tələb etmiş, nəticədə iddiaçı ilə razılığa gəlinməmiş, bu zəmində tərəflər arasında mübahisə yaranmışdır. Nəzərdən qaçırmaq olmaz ki, son dövrlər şəhərin müxtəlif ərazilərində istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı həyata keçirilən layihələrdə güdülən əsas məqsəd heç də sakinlərin (mülkiyyətçilərin) qeyri-mütənasib kompensasiya tələb edərək əsassız varlanmasına yox, məhz onların mənzilkommunal şəraitinin yaxşılaşması, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilməsi, eləcə də, ümumilikdə paytaxt Bakı şəhərinin baş planına uyğun şəkildə şəhərin görkəminin günün tələblərinə cavab verən şəkildə yenidən qurulması, gözəlləşdirilməsi və abadlaşdırılmasına xidmət etməkdir.
37. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin AR Mülki Məcəlləsinin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2020-ci il tarixli Qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”.
38. Hazırkı işin halları baxımından müəyyən olunmuşdur ki, MTK qeyd edilən ərazidə istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan yaşayış sahələrinin sökülüb yerində yeni, müasir tələblərə cavab verən, həm sakinlərin mənzil şəraitinin yaxşılaşmasına, həm də paytaxt Bakı şəhərinin təsdiq olunmuş baş planına uyğun qurulmasına və yenilənməsinə xidmət edən layihələrə əsasən həyata keçirəcəyi işlər əsasında digər sakinlərlə razılıq əldə edilərək müqavilələr bağlanmış, lakin hazırkı iş üzrə cavabdeh digər sakinlərlə əldə olunmuş razılaşmalardan tam fərqli, mütənasib olmayan tələblər irəli sürmüş, bu səbəbdən də onunla razılıq əldə olunmamış, iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmiş və məhkəmə qaydasında mübahisənin həllini istəmişdir. Rayon məhkəməsi zəruri araşdırmalar apararaq hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.
39. Cavabdeh apellyasiya şikayətində rayon məhkəməsinin kompensasiya müəyyən edərkən ona məxsus tikililərin yerləşdiyi 348 kv.m. torpaq sahəsinin faktiki onun mülkiyyətində olmasının nəzərə almamasını, beləliklə də onun mülkiyyət hüquqlarının pozulmasını mübahisələndirmişdir.
40. Məhkəmə qeyd edir ki, müəyyən olduğu kimi sökülməsi nəzərdə tutulan birmərtəbəli yaşayış binasında 4 mülkiyyətçiyə məxsus mənzillər yerləşir. Cavabdeh 348 kv.m. torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edərkən ##.##.2022-ci il tarixli texniki pasporta əsaslanır, lakin həmin yaşayış binasındakı digər sakinlərin texniki pasportlarını nəzərdən keçirdikdə (i\v səh. 161-178) müəyyən olur ki, həmin 348 kv.m. torpaq sahəsi bütövlükdə yaşayış binasının yerləşdiyi torpaq sahəsi olmaqla, bütün texniki pasportlarda tikinti altı sahə kimi qeyd edilmişdir. Beləliklə də müəyyən olur ki, yaşayış binasının yerləşdiyi 348 kv.m. torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, sakinlərin xüsusi mülkiyyətində deyildir. Odur ki, cavabdehin ona yeni inşa ediləcək binada mənzillər verilərkən həmin torpaq sahəsinin də nəzərə alınması ilə bağlı dəlilləri əsassızdır.
41. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq hallarda əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır.
42. Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
43. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
44. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot Isveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).
45. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binasının sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi ünvanda istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.
46. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı).
47. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
48. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
49. Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur.
50. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi heç vəchlə cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdeh də istismar müddəti ötmüş mənzilinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməsini arzu edir. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehin sökülməli olan mənzilinin müqabilində ona veriləcək əvəzin həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Çünki cavabdeh özü də mülkiyyətində olan yaşayış sahəsinin sökülməsinə razıdır, lakin bunun müqabilində əvəz olaraq tələb etdiyi mənzillərlə bağlı tərəflər arasında ixtilaf mövcuddur. Demək ki, belə olan halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.
51. Cavabdeh apellyasiya şikayətində rayon məhkəməsinin prosessual pozuntuya yol verdiyini və iddianı təmin etsə də, qətnamənin “qət etdi” hissəsində iddia tələbinə uyğun olaraq “binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı mənzili təhvil verməklə” qeyd etmək əvəzinə “binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan ** saylı bir otaqlı mənzil verilməsi”ni mübahisələndirmişdir.
52. Məhkəmə rayon məhkəməsinin iddia tələbini təmin etməklə bağlı gəldiyi nəticə ilə razılaşsa da, cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsaslı hesab edərək qeyd edir ki, rayon məhkəməsi yanlışlığa yol verərək, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizəsini nəzərə almamışdır. Rayon məhkəməsi həmin ərizəni icraata qəbul etmiş, eləcə də, qətnamənin əsaslandırma hissəsində də həmin ərizəni qeyd etmişdir, buna baxmayaraq qətnamənin nəticə hissəsində həmin ərizəni nəzərə almamışdır.
53. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə bir otaqlı 48,87 kv.m. sahəsi olan mənzilə aid hissədə dəyişirilməli, iddiaçı MTK tərəfindən ünvan 3 ünvanında inşa ediləcək binanın 3-cü mərtəbəsində cavabdehə 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı (təmirsiz) mənzil verilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
54. Məhkəmə nəzərə çatdırır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20, 30 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur. Hazırkı işdə iddiaçı MTK-nın cavabdehə məxsus mənzilin sökülməsi müqabilində yeni inşa ediləcək binada təklif etdiyi mənzillər oxşar işlərdə təklif edilən kompensasiyalara uyğun olmaqla yanaşı, qat-qat artıqdır, həm mütənasibliklə bağlı tələblərə cavab verir, həm də ədalətlidir.
55. Riyazı hesablama edək: mülki işdəki ekspert rəyinə əsasən cavabdehə məxsus qeydiyyatda olan və olmayan sahələrin cəmini 107.02 kv.m. hesab etsək, iddiaçı tərəfindən təklif edilən mənzillərin cəmi isə 186.69 (120+66.69) olduğundan, 186.69-107.02=79.67, 79.67X100/107.02=74.44 % (təqribi). Beləliklə də müəyyən olur ki, cavabdehə məxsus mənzilin sahəsinə 74.44 % əlavə edilməklə ona yeni mənzillər verilir.
56. Məhkəmə rayon məhkəməsinin qətnaməsində müəyyən edilən cavabdeh yeni mənzillərlə təmin edilənədək ona hər ay 750 (yeddi yüz əlli) manat kirayə haqqı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının sonuncu dəqiqləşdirmə ərizəsindən 700 (yeddi yüz) manat kirayə haqqı təklif etdiyi, cavabdehin etirazlarında 800 (səkkiz yüz) manat kirayə haqqı tələb etdiyi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə isə analoji şəraitə malik olan 4 otaqlı mənzillərin aylıq kirayə haqqının 550,00 (beş yüz əlli) manat məbləğindəolduğu müəyyən edilmişdir. Rayon məhkəməsi iddiaçının təklifindən artıq olaraq kirayə haqqını 750 (yeddi yüz əlli) manat müəyyən etmiş olsa belə, iddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyindən, cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin həmin hissəsi mübahisələndirilmədiyindən, demək ki, iddiaçı tərəf bununla razılaşmış, cavabdeh də həmin məbləğlə razılaşmiş, iddiaçının nümayəndəsi və vəkili də araşdırmalar zamanı həmin məbləğə etiraz etmədiyindən Məhkəmə hesab edir ki, qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
57. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
58. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişirilməli, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MTK tərəfindən ünvan 3 ünvanında inşa ediləcək binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan ** saylı bir otaqlı mənzil əvəzinə iddiaçı İddiaçı MTK tərəfindən ünvan 3 ünvanında inşa ediləcək binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı təmirsiz mənzil verilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
60. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 50 (əlli) manat iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat iddiaçıdan tutulmalıdır.
61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qismən dəyişdirilsin, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MTK tərəfindən ünvan 3 ünvanında inşa ediləcək binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan ** saylı bir otaqlı mənzil əvəzinə iddiaçı İddiaçı MTK tərəfindən ünvan 3 ünvanında inşa ediləcək binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan ** saylı iki otaqlı mənzil verilsin. Qətnamə onun şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 50 (əlli) manat iddiaçı İddiaçı MTK-dan Cavabdeh xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində vəsait iddiaçı İddiaçı MTK-dan tutularaq “xxxx” MMC-nin hesabına (Alternativ Ekspertiza Markazi MMC, VÖEN: 1603758761, IBAN: AZ94BRES00380394402474602201, bank: “xxxx” ASC, VÖEN: 9900001901, Müxbir hesab: AZ80NABZ01350100000000014944, Kod: 513489, SWIFT: BRESAZ22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.