Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-497/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4 qızına, cavabdeh2, cavabdeh3 və Israfilova Vəsilə Yusif qızına qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin bərpa edilməsi, yaşayış evindən maneəsiz istifadə hüququnun təmin olunması, kompensasiyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh cavabdeh4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X6 qarşı “fərdi yaşayış evinin bərpa edilməsi, yaşayış evindən maneəsiz istifadə hüququnun təmin olunması və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ** saylı fərdi yaşayış evi ##.##.1967-ci il tarixdə Rüstəm Müslüm oğlunun adına qeydiyyatdan keçmişdir.
2. ##.##.2004-cü il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 49-da yaşayan Rüstəm Müslim oğlu ölən günədək ona məxsus olan Bakı şəhəri, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 49-da yerləşən şəxsi yaşayış evini qızı cavabdeh4 vəsiyyət etmişdir.
3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli, *-****/**** nömrəli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin ½ hissəsi Rüstəm Müslüm oğlunun, ½ hissəsi X3 adına ##.##.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir.
4. Bakı şəhəri ** saylı DNK-nın 4Ə-01-*** reyestr nömrəli ##.##.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən Rüstəm Müslüm oğluna məxsus ½ hissə cavabdeh4 adına qeydiyyatdan keçmişdir.
5. ##.##.2011-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Rüstəm Müslüm oğlu, ölən günədək ona məxsus olan ünvan 2 49-ünvanın ½ hissəsini, ünvan 1 nəvəsi İddiaçı oğuna vəsiyyət etmişdir.
6. Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən müəyyən olunur ki, ##.##.2019-cu il tarixdə ölmüş X3 vərəsəsi arvadı X4r. Bakı, Bül-bülə qəs, S.Bəhlulzadə küç, ev 49 və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanda yerləşən üç otaqlı fərdi yaşayış evinin miras qoyana məxsus (1/2 hissə, 2 otaq, y/s-38.1kv.m, k/s-10.8 kv.m) hissəsindən ibarətdir.
7. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə/*** reyestr nömrəli ##.##.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh4 özünə məxsus hissəni qızı cavabdeh2 bağışlamışdır.
8. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 8I-**** reyestr nömrəli ##.##.2021-ci il tarixli bölgü sxeminə əsasən 1 otaq (y/s-33.0 kv.m) və 0.0294 ha torpaq sahəsi ##.##.2021-ci il tarixdə cavabdeh2 və 2 otaq (y/s 38.1 kv.m və 0.0247 ha torpaq sahəsi) ##.##.2020-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir.
9. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 4Ə- **** reyestr nömrəli ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.0294 ha torpaq sahəsindən 0.02254 ha torpaq sahəsi, qiyməti 50.000 manat olmaqla, X6 adına özgəninkiləşdirilmişdir.
10. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə- **** reyestr nömrəli ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 məxsus 1 otaq (y/s 33.0 kv.m) və 0.00686 ha torpaq sahəsi, qiyməti 24.500 manat olmaqla, cavabdeh3 adına ##.##.2024-cu il tarixdə qeydiyyatdan keçmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı cavabdeh cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 tərəfindən ünvan 5 ünvanında yerləşən yaşayış evinin bərpa edilməsi və yaşayış evindən maneəsiz istifadə hüququnun təmin edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra iddiaçının nümayəndəsi və vəkili bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X6 tərəfindən ünvan 5 ünvanında yerləşən yaşayış evinin bərpa edilməsi, ailəsi ilə birgə həmin ünvanda yaşamaq hüquqlarının, yaşayış evindən maneəsiz istifadə hüquqlarının təmin edilməsi, eləcə də başqa ünvanda müvəqqəti yaşamaqları üçün iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Polis Idarəsinə şikayətlə müraciət etdiyi ##.##.2024-cü il tarixindən bu günə kimi aylıq 500 manat kompensasiya məbləği olmaqla ümumilikdə 4.000 manat birdəfəlik və ##.##.2025-ci il tarixindən çıxarılacaq yekun məhkəmə aktının icra olunacağı tarixə kimi hər ay üzrə aylıq 500 manat kompensasiya məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, babası Rüstəm Müslim oğlunun paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evində doğulduğu gündən bəri anası və babası ilə birlikdə yaşamış, birgə təsərrüf aparmış və orada qeydiyyatda olmuşdur. Bir müddət sonra evdə yaşamaq üçün darısqallıq olduğundan o, həyətdə babasının razılığı ilə əlavə ev tikmişdir. Bu evin tikilməsi üçün bütün lazım olan mal-materialları özü almış və usta xərclərini şəxsən ödəmişdir. Tikinti işləri bitdikdən, ev yaşayış üçün hazır vəziyyətə gətirildikdən sonra ailəsi ilə, yəni anası, yoldaşı və övladları ila birgə ora köçüb yaşamağa başlamışdır. 1 qız övladı da həmin ünvanda qeydiyyatdadır. Babası rəhmətə gedənə qədər, yəni 2015-ci ilin iyul ayına kimi orda maneəsiz, rahat şəkildə yaşasalar da, babasının vəfatından sonra xalası cavabdeh4 yaşayışları üçün maneələr törətmiş, həmin ünvanda yaşayışları gün keçdikcə çətinləşmişdir. Bu çətinliklərə baxmayaraq tikdiyi evdə yaşamağa davam etmişlər. Anası vəfat edəndən sonra, yəni keçən il avqust ayının 1-dən xalasının ona və ailəsinə qarşı təzyiqləri daha da şiddətli olmuşdur. Bu ilin iyul ayında o, ailəsi ilə birlikdə rayonda 2 həftəlik istirahətdən qayıtdıqda xalası cavabdeh4 tərəfindən onun tikdiyi ev sökülmüş, əşyaları darmadağın edilib istifadəyə yararsız hala salınmışdır. Xalası cavabdeh4 evə qayıtdıqda ona qısa müddət ərzində qalıq əşyalarını götürməyi və evi tərk etməli olduğunu bildirmişdir. Bunun əvəzində evinin yerləşdiyi torpağı sataraq onun pulundan ona çatası məbləği verəcəyini söz vermişdir. Xalası onun orada yaşayışını mümkünsüz etdiyindən iyulun 14-ü ona məxsus evi tərk etmək məcburiyyətində qalmışdır. Xalasının istəyinə uyğun olaraq qeydiyyatda olduğu evi tərk etsə də, baba evinə nəzarət məqsədilə arada qeyd olunan ünvana gedib-gəlirdi. Eyni məqsədlə növbəti dəfə getdikdə onun xəbəri, dolayısı ilə razılığı olmadan vəsaiti hesabına tikdiyi, ona məxsus evin qanunsuz olaraq söküldüyünün əvəzində orda yeni evin tikilməsi məqsədilə tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Belə ki, xalası və onun evi satdığını iddia etdiyi şəxs tərəfindən verilmiş göstəriş əsasında hazırda həmin ünvanda ustalar tərəfindən tikinti işləri davam etdirilməkdədir. Halbuki, şikayət etməməsi üçün onu sakitləşdirərək ona torpağı satanda evin tikintisinə çəkdiyi xərci və payını verəcəyini söz vermişdir. Hazırda həmin torpaqda böyük bir obyekt inşa olunur və artıq birinci mərtəbəsi yekunlaşır. Polisə şikayət etmiş və ona cavab olaraq bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Həmin ünvanda tikinti işləri aparıldığından iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər aparılan tikinti işlərinin dayandırılması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-16(010)- ***/**** nömrəli qərardadı ilə ünvan 3 ünvanında təmir və tikinti işlərinin aparılması cavabdeh cavabdeh4 və digər şəxslərə 1 ay müddətinə qadağan edilməsi qət olunmuşdur. Hazırda yaranmış zərurətlə əlaqədar iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən fərdi yaşayış evində doğulduğu vaxtdan, yəni ##.##.1986-cı il tarixindən yaşamağa başlamış və babasının razılığı ilə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Hərbi xidmətə gedib-qayıtdıqdan sonra, 2006-cı ildə yenidən evə qeydiyyata düşmək üçün Suraxanı Rayon Polis Idarəsinin Qeydiyyat və X9 ərizə ilə müraciət etdikdə ərizəsi təmin olunmayaraq bildirilmişdir ki, yaşayış sahəsi üzrə qeydiyyat məhkəmə tərəfindən yaşayış sahəsindən istifadə hüququ tanındıqdan sonra mümkündür. Buna görə yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış yeri üzrə qeydiyyata alınmaqla bağlı məhkəməyə müraciət etmişdir. Nəticədə iddiası təmin edilərək Bakı şəhəri, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 49-da yaşayış sahəsindən istifadə hüququ tanınmış və cavabdeh Suraxanı Rayon Polis Idarəsinin Qeydiyyat və X9 onu pasport qeydiyyatına almaq vəzifəsi həvalə edilmişdir. Qətnamənin icrası nəticəsində ##.##.2007-ci il tarixində fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Istifadə hüququ əsasında istifadəsində olan daimi yaşadığı ** nömrəli fərdi yaşayış evinə bitişik hissədə sağlığında babasından aldığı razılıq əsasında tikdiyi evi bu il ailəsi ilə iyul ayında iki həftəlik rayona getdiyi müddətdə xalası tərəfindən sökdürülmüş və evdəki istifadəyə yararlı əşyaları yararsız vəziyyətə salınmışdır. Qayıtdıqda xalası qalan əşyalarını götürüb vaxtı ilə babasının paylı mülkiyyətində olmuş evi tərk etməsini bildirmiş, bunun qarşılığında oranı sataraq ona yaşamaq və istifadə hüququnu məhdudlaşdırdığı üçün kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. O məhz bu əsasla evdən çıxmağa razılaşmışdır. Lakin o, bu öhdəliyini yerinə yetirmədiyi, eləcədə fərdi yaşayış evini xəbəri olmadan satması nəticəsində tikdiyi, sahibliyində və istifadəsində olan ev sökülərək yeni tikinti işləri aparıldığı üçün və hazırda qeyd olunan ünvanda istifadə hüququnun olmasına baxmayaraq yaşaya və mənzildən istifadə edə bilmədiyi üçün məsələnin məhkəmə tərəfindən həll edilərək pozulmuş yaşamaq hüququnun, eləcə də fərdi yaşayış evindən sahiblik və istifadə hüququnun, ev satılana qədərki vəziyyətin bərpa edilməsini xahiş etmişdir.
14. Cavabdeh cavabdeh4 iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, tikinti işləri aparılan ünvan onun xüsusi mülkiyyətində olmuşdur. Qeyd edilən ünvan alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Işin hallarından görünür ki, qeyd edilən ünvan alqı-satqı müqaviləsi üzrə özgəninkiləşdirildikdən sonra həmin alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir. Iddiaçının ərizəsində qeyd etdiyi fikir və mülahizələr onun iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Iddiaçı öz tələbinin əsaslı olduğunu təsdiq etmək üçün heç bir mötəbər sübut təqdim etməyib və bu halı sübut emək vəzifəsi ona məxsusdur. Həmçinin hazırkı iddia tələbinin təmin olunması artıq mümkünsüzdür. Çünki əmlak özgəninkiləşdirilib. Yuxarıda yazılanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
15. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, 2008-ci il tarixdə ailə qurmuş və sonra köhnə öz evlərinə köçmüşdür. Belə ki, o 1986-cı il tarixdə doğulmuş və orada yaşamışdır. 2011ci il tarixdə həmin torpaq sahəsində babasının razılığı ilə 1 otaqlı mətbəx tikdirmişdir. Oranı təmir etdirmiş və köçüb orada yaşamışlar. 2015-ci il tarixdə babası öldükdən sonra xalası onları incitməyə başlamışdır, 2023-cü il tarixdə anası öldükdən sonra məcbur olub həmin evdən çıxmışlar. Xalası orada yaşamayıb. 2023-cü ildən sonra orada yaşayış olmayıb. Övladlarının ikisi həmin evdə doğulub, lakin üçüncü övladı hazırkı yaşadığı evdə doğulub. Evləri Səbail rayonundadır və 20 ildir ki, anasının adındadır. 2023-cü ildə evdən çıxandan sonra evin qapısı dəyişilmişdir, bütün əşyaları orada idi və həmin əşyaları götürə bilməmişdir, sonra polisə müraciət etmişdir. Həmin evə 20.000 mindən çox xərc çəkmişdir. Ev 2-3 il ərzində tikildi, Şəhla xanım evdə tikinti gedəndə bilirdi və heç bir irad bildirmədi.
16. Məhkəmə iclasında cavabdeh cavabdeh4 bildirmişdir ki, 2003-cü il tarixdə iddiaçı üçün Istiqlaliyyət küçəsində 12 sot torpaq sahəsi almışdır. Həmin 12 sot torpaq sahəsi Dadaşov Fizuliyə verilmişdir. 2007-ci il tarixdə bölgü oldmuş və onun payına düşəni almışdır. Iddiaçı evləndikdən sonra orada yaşayıb. 2008-ci il tarixdən orada yaşayıb, uşaqlar orada doğulub və orada bağçaya gediblər. Bacısı və iddiaçı 2015-ci il tarixdən sonra Bülbülədə yerləşən evə gəlməyiblər. Bacısı Sevil ilə münasibəti yaxşı olub. Həmin evi 2003-cü ildə 7.500 ABŞ dollarına almışlar. Sevil Bülbülə qəsəbəsində olan evdə kirayə kimi yaşayıb. 2003-cü ilə kimi atası ilə yaşayıb. Özü də evin tikilişinə 3.500 manat məbləğində pul vermişdir. Həmin evdə mebelləri və əşyaları olub. 2021-ci il tarixdə o, polisə müraciət etdi və orada olan kirayəçini çıxartdırdı. Evin kirayə pulunu Sevilə verirdi. Yeddi ildir ki, onlar oradan əşyaları çıxarıb və oranı kirayə veriblər.
17. Məhkəmə iclasında cavabdeh cavabdeh3 bildirmişdir ki, notariat ofisində alqı-satqı müqaviləsi bağlayıb həmin evi almışdır. Evi alanda çox pis vəziyyətdə idi, yaşamaq mümkün deyildi. Evin damı çürümüş vəziyyətdə olub və yağış yağanda evə yağırdı. Hər iki otaqla birlikdə 15 kv.m olardı. Iddiaçını bir dəfə görmüşdür. Orada köhnə tikili olub, həmin evdə uzun müddət yaşayış olmadığı üçün evin polu çürümüşdü, evdə heç bir əşya olmayıb.
18. Məhkəmə iclasında şahid3, şahid4, şahid2 və şahid1 şahid qismində dindirilmişlər.
19. Şahid şahid3 ifadəsində bildirmişdir ki, Elnur onun bacısının həyat yoldaşıdır. O, həmin evin tikilməsi üçün taxta və digərlərini maşınla aparırdı. Ödənişi, böyük məbləğləri Elnur həyata keçirirdi. Elnur onun bacısı ilə 2008-ci ildə ailə qurmuşdur. Həmin evdə Elnur, Sevil və onun atası yaşayırdı. Sevil 2022-ci ilə kimi burada yaşamışdır. Onlar faktiki olaraq həm şəhərdə yerləşən evdə, həm də bu evdə yaşayırdılar. Yay aylarında isə sözügedən evdə yaşayırdılar. Evin suyu, işığı, qazı var idi. Ev söküləndən sonra onların məlumatı olmuşdur. Polisə özü müraciət edib.
20. Şahid şahid4 ifadəsində bildirmişdir ki, Elnur onun bacısının oğludur. Onlar, ailədə üç bacı və bir qardaş olmuşlar. Sevil hamilə olarkən qayıtmış və Elnur da həmin mübahisəli evdə doğulmuşdur. ##.##.2023-cü il tarixdə bacısı Sevil vəfat etdi. Həmin evi Sevil Elnurla birlikdə tikmişdir. Şəhla isə evin tikilməsi üçün vəsait verməmişdir. Atası da vəsiyyətnamə vermişdir. Qardaşı öləndən sonra evi Şəhlaya bağışlamışdır. Elnur hal-hzırda Elmlər Akademiyası tərəfdə yerləşən 1 otaqlı evdə yaşayır, anası həmin evi işdən almşdır. Elnur tərəfindən tikilən həmin ev iki otaqdan ibarət olmuş, lakin neçə kv.m təşkil etdiyini bilmir. O, sonuncu dəfə 2023-cü ildə orada olmuş, bacısının vəfatından 40 gün keçməmiş, Şəhla o evi sökmüşdür.
21. Şahid şahid2 ifadəsində bildirmişdir ki, Elnurla 2010-cu ildən birlikdə işləmişlər. O, Elnur tərəfindən tikilən fərdi yaşayış evində elektrik, döşəmə və tavan işlərini görmüşdür. Evin tikilməsi üçün lazım olan tikinti materiallarını Elnurun qaynı gətirirdi. Həmin evdə baba və Elnurun anası Sevil yaşayırdı.
22. Şahid şahid1 ifadəsində bildirmişdir ki, Elnur qardaşı Pərviz Əzizovla dost və tələbə yoldaşı olmuşdur. Bülbülə qəsəbəsində yerləşən evdə təxminən 1 ay yarım qonaq qismində qalmışdır. Həmin vaxt orada ustalar işləyirdi və sifariş Elnur tərəfindən verilirdi. Fərdi yaşayış evi mətbəxlə birgə iki otaqdan ibarət idi. Elnur ailəli idi və birgə nikahda üç uşağı vardır.
23. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Talıbova) iddia rədd edilmişdir.
24. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ** saylı fərdi yaşayış evinin ½ hissəsi Rüstəm Müslüm oğlunun adına qeydiyyatdan keçmiş, daha sonra onun tərəfindən evin ½ hissəsi bağışlama müqaviləsinə əsasən qızı cavabdeh4 bağışlanmışdır. Iddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində 2 otaqdan ibarət yaşayış evi tikdiyini və həmin evə dair kommunal xidmətlərin onun adına rəsmiləşdirildiyini və ailəsi ilə birlikdə orada yaşadığını qeyd etmişdir. Daha sonra həmin fərdi yaşayış evi cavabdeh4 tərəfindən özgəninkiləşdirilmişdir. Iddiaçı ona məxsus olan evin cavabdehlər tərəfindən söküldüyünü, onun yaşamağa başqa yeri olmadığından həmin evin yenidən bərpa olunmasını, yaşamağa yeri olmadığından ona kompensasiya ödənilməsini tələb etmişdir.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdiyini və orada uzun müddət ərzində yaşadığını, bütün kommunal xərcləri ödədiyini qeyd etmiş, lakin faktiki olaraq həmin ev özgəninkiləşdirildikdən sonra sökülmüşdür. Məhkəmə hesab etmişdir ki, həmin ev maddi dəyər kimi mövcud olmuş, lakin cavabdehlər tərəfindən sökülmüşdür. Hazırkı halda iddiaçı özgəninkiləşdirilən torpaq sahəsində yenidən evin inşa edilməsini və yaşamağa başqa yaşayış yeri olmadığından kompensasiya tələb edir.
26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sökülmüş daşınmaz əmlaka və torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarına malik olmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı anası X5 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət küçəsi ** saylı evin ** saylı mənzilin bir hissəsini miras əmlak kimi qəbul etmiş və faktiki olaraq həmin ünvanda yaşayır və övladları həmin ərazidə yerləşən məktəbdə təhsil alırlar.
27. Beləliklə məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ** saylı fərdi yaşayış evinin ½ hissəsində əvvəllər mövcud olmuş fərdi yaşayış evinin yenidən cavabdeh tərəfindən tikilərək iddiaçıya təhvil verilməsi qeyrimümkündür. Belə ki, bir neçə nəfər şəxs arasında bağlanmış bağışlama və alqı-satqı müqavilələrinə əsasən fərdi yaşayış evi və torpaq sahəsi başqa şəxslərin adına rəsmiləşdirilmişdir.
28. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən inşa edilmiş əmlakın sökülməsi nəticəsində o maddi zərərə uğrasa da, maddi zərəri deyil, hazırda başqasının mülkiyyətinə verilmiş torpaq sahəsində özünə məxsus olmuş daşınmaz əmlakın yenidən bərpa olunmasını tələb edir. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ** saylı fərdi yaşayış evinin ½ hissəsində cavabdehlər tərəfindən tikilərək ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və yaşamağa başqa yeri olmadığına görə kompensasiya tələbi təmin oluna bilməz və iddiaçı maddi dəyər kimi mövcud olmuş əmlaka münasibətdə cavabdehdən daşınmaz əmlaka çəkilmiş xərci və ona vurulmuş zərəri tələb edə bilər.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokola, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.8, 178.1-ci, Torpaq Məcəlləsinin 4, 5 və 84-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
30. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmaqla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı babasının razılığı ilə onun payına düşən torpaq sahəsində öz vəsaiti ilə tikdiyi yaşayış evində babası vəfat edənə kimi maneəsiz yaşamış, 2015-ci ilin iyul ayından sonra isə xalası cavabdeh cavabdeh4 ailəsinin həmin yaşayış evində yaşamasına maneələr törətməyə başlamışdır. Ən sonuncu isə iddiaçının anasının vəfatından sonra xalası həmin mənzildə yaşayışı mümkünsüz etmiş, iddiaçı ailəsi ilə rayondan evə döndükdə evin xalası tərəfindən söküldüyünü, əşyaların isə istifadəyə yararsız hala salındığının şahidi olmuşdur. Xalası ona qalan əşyaları götürüb çıxmasını, qarşılığında evin yerləşdiyi torpaq sahəsini sataraq iddiaçıya pul verəcəyini vəd etmişdir. Iddiaçı həmin ünvanda yaşamağın mümkünsüz olduğunu və xalasının vədini nəzərə alaraq 2024-cü ilin iyul ayında oranı tərk etmişdir. Məhkəmə tərəfindən ifadəsi alınmış şahid ifadələrindən də aydın olur ki, iddiaçı evi öz vəsaiti hesabına tikmiş və orada yaşamaqla ona sahiblik etmişdir. Mülki Məcəllənin müvafiq norması baxımından evə sahiblik etmiş iddiaçı mülkiyyətçi ilə eyni hüquqlara malik olmuşdur. Məhkəmə isə ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsində iddiaçının mülkiyyət hüququnun olmamasına və iddiaçının digər ünvanda anasından vərəsəlik qaydasında keçmiş mənzilinin olmasına və faktiki orada yaşamasına istinad edərək iddianı rədd etmişdir. Məhkəmənin bu yanaşması mülki qanunvericiliklə ziddiyyət təşkil edir. Məhkəmə iddiaçının mülkiyyət hüququnun olmamasına istinad etsə də, hətta həmin normanı qətnamə də qeyd etmiş olsa da, normanın tələblərinin cavabdehlər tərəfindən pozulmasına münasibət bildirməmiş, əksinə normanı düzgün tətbiq etməyərək iddiaçının mülkiyyət hüququnun olmadığını qeyd etmişdir. Iddiaçının özü tərəfindən tikilmiş yaşayış evi, cavabdehlər tərəfindən sökülüb yerinə başqa bir tikili tikildiyindən həmin ev üzərində əmlak hüququ olan iddiaçı bu hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iddia tələbini təmin etməyərək iddiaçının yaşayış evindən məhrum olmasına göz yummuş, əvvəlki vəziyyəti, yəni evin bərpasını cavabdehlərin üzərinə öhdəlik kimi qoymalı olduğu halda iddianı rədd edərək iddiaçını ona məxsus evdən istifadə və yaşamaq hüququndan məhrum etmişdir. Iddia tələbi təmin edilməklə iddiaçının qanunsuz olaraq sökülmüş yaşayış evi bərpa olunmalıdır. Iddiaçı ##.##.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iş üzrə məhkəmə qətnaməsi isə ##.##.2025-ci il tarixində qəbul olunmuşdur. Məhkəməyə müraciət tarixi ilə yekun məhkəmə aktının qəbul olunduğu tarixi müqayisə etdikdə aydın olur ki, müvafiq maddənin tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, MPM-in 172.1.3-cü maddəsinə əsasən işə baxış mürəkkəb olardısa, maksimum 6 ay ərzində baxılıb yekun məhkəmə aktı qəbul edilməli idi. Məhkəmə isə təxminən 11 aya yaxın müddət keçdikdən sonra, yəni qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürməklə qətnamə qəbul etmişdir. Qətnamənin nəticə hissəsi tərəflərə ##.##.2025-ci il tarixində elan edilməsinə baxmayaraq “Elektron məhkəmə” sistemindəki kabinetə ##.##.2025-ci il tarixində yerləşdirilmişdir. Normaya əsasən qətnamə 10 iş günü ərzində tərtib olunmaqla 3 gün ərzində kabinetə yerləşdirilməlidir. Lakin tarixlərdən də aydın olur ki, məhkəmə qeyd olunan müddətlərə düzgün riayət etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək, iddia ərizəsinə qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, iddiaçı anası X5 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət küçəsi ** saylı evin ** saylı mənzilin bir hissəsini miras əmlak kimi qəbul etmiş və faktiki olaraq həmin ünvanda yaşayır və övladları da həmin ərazidə yerləşən məktəbdə təhsil alırlar. Həmçinin işin hallarından görünür ki, tikinti işləri aparılan ünvan cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Həmçinin iddiaçı qeyd edir ki, guya “məhkəmə həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv araşdırmayıb və indiki vəziyyətdə isə qəbul edilmiş ##.##.2025-ci il tarixli, e-2(010) ****/**** saylı qətnamədən də bəllidir ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, iddiaçıya münasibətdə cavabdehlər tərəfindən onun tikdiyi yaşayış evinin sökülməsi ilə hüquqlarının pozulması faktını müəyyən etməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul etməmiş əksinə iddianı əsassız hesab edərək rədd etmişdir.” Bu pafoslu və formal sözlərin apellyasiya şikayətinin dəlili kimi qeyd olunması belə uğursuz yanaşmadı. Çünki, belə şablon cümlələrdən kifayət qədər yazmaq olar. Iddiaçı bildirmişdir ki, məhkəmə təxminən 11 aya yaxın müddət keçdikdən sonra, yəni qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürməklə qətnamə qəbul etmişdir. Məhkəmənin audio və video yazılarından da görünür ki, ümumiyyətlə, cavabdeh tərəf işin tez yekunlaşdırılmasında daha çox istəkli olub. Işin uzanmasının əsas səbəbkarı isə iddiaçıdır. Dəfələrlə iddia tələbini dəyişdirib. Vəsatət verib işi təxirə salıb və hüquqdan sui-istifadə etməklə məhkəmə prosesinin yekunlaşmasına manelər yaradıb. Iddiaçının bu fikirləri həm ədalətsiz yanaşmadır, həm də yalan və həqiqətə uyğun olmayan fikirlərdir. Şikayətdə qeyd olunan "məhkəmə həqiqətə nail olmayıb" kimi şablon və pafoslu ifadələr hüquqi arqument sayıla bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün hallarını hərtərəfli və obyektiv araşdırmış, tərəflərin təqdim etdiyi (və ya edə bilmədiyi) sübutlara düzgün hüquqi qiymət vermişdir. Iddiaçı tərəfindən guya inşa edilmiş əmlakın sökülməsi nəticəsində o maddi zərərə uğrayıbsa, maddi zərəri deyil, hazırda başqasının mülkiyyətinə verilmiş torpaq sahəsində özünə məxsus olmuş daşınmaz əmlakın yenidən bərpa olunmasını tələb edə bilməz. Eyni zamanda iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ** saylı fərdi yaşayış evinin A hissəsində cavabdehlər tərəfindən tikilərək ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və yaşamağa başqa yeri olmadığına görə kompensasiya tələbidə təmin oluna bilməz. Iddiaçı "yaşayış evindən məhrum olma" faktını qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 0, anasından miras qalmış başqa bir ünvanda (ünvan 7) faktiki yaşayış sahəsinə malikdir. Iddiaçı öz tələblərini təsdiq edəcək heç bir mötəbər və rəsmi sübut (mülkiyyət sənədi, tikintiyə icazə və s.) təqdim etməmişdir. Hüquqi iddialar pafoslu cümlələrlə deyil, maddi sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh cavabdeh4 birinci instansiya məhkəməsində izahat verəndə özü etiraf etmişdir ki, o, evi söküb yarımçıq vəziyyətə gətirmişdir. Məhkəmədə də özü etiraf etdi ki, o tikmiş, o da sökmüşdür. Yarımçıq vəziyyətə gətirmiş, torpağı alan şəxs demişdir ki, qalanını da o sökmüşdür. Amma cavabdeh cavabdeh4 evin onun tərəfindən tikilməsi barədə heç bir sübutu yoxdur. Evin mövcudluğu ilə bağlı sübut kimi peykdən illər üzrə çıxarışlar götürmüşdür. Iddiaçı 2011-ci ildən başalayaraq təxminən 2 il ərzində evi inşa etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, evi 2013cü ildən tikməyə başlayıb, bacısı da bilirdi ki, həmin torpaq onun adındadır. Torpağı 2021-ci ildə özəlləşdirmiş, layihə çəkdirmiş, ekspertlər gəldilər dedilər ki, bura ev deyil, yaşamaq mümkün deyil. Həyətdə 2 ev olub, 2013-cü ildən 2021-ci ilə qədər iddiaçı onun evini kirayəyə verib. Evin biri sənədlidir, digəri isə sənədsiz. Sənədsiz ev atasının pulu ilə tikilib, çünki atasının hər şeydən xəbəri var idi, o vaxt gözü də görürdü. Atası 2015-ci ildə vəfat edib. Torpaq bağışlanma yolu ilə mülkiyyətinə keçib, 2008-ci ildə artıq çıxarış onun adına idi. Iddiaçının bildirdiyi evi onunla atası tikib, çünki torpaq onun mülkiyyətində olub. Şahidlərdən biri iddiaçının qaynıdır, biri Işıq Idarəsində iş yoldaşı olub, biri də ki bacısı ilə əlbir olub. Iddiaçı həmin evə hərdən-bir qonaq kimi gəlib-gedib. Atasının ona bağışladığı bir dənə otaqdır, 25 sotluq bağın 12 sotunu da bacısına, iddiaçının anası Sevilə bağışlayıb, “Sea Breeze” də, Ləhic bağları tərəfdə yerləşir. Ailəsi ilə orada qeydiyyatdadır. Qardaşı Füzuli orada yaşayıb, 2019-cu ildə vəfat edib. Iddiaçı evin kirayəçisindən ayda 250 manat olmaqla ümumilikdə 21.600 manat pul götürüb. Iddiaçı orada yaşamayıb, kirayəyə verib. 9 ildir kirayəçini görürdü, sadəcə Sevil bacısına pislik etmək istəmirdi. Istədi ki, ölənə qədər ata-baba yurdundan istifadə etsin. Evin sökülməsindən heç xəbəri də olmayıb, o evi alan adam söküb. Torpaq sahəsini satanda evlə birgə satmışdı. 2007-ci ildə atası ona bağışlayan gündən satılan günə qədər qızı, əri və özü faktiki orada yaşamışlar. Ev rəhmətlik qardaşının tikinti materialları ilə tikilib, hamısını ona hədiyyə edib. Iddiaçıya pul verməyəcək, buna imkanı yoxdur. Iddiaçının həyat yoldaşı 2023-cü ildə atasına aid olan bütün mülkləri özününküləşdirmək istəyirdi. Istiqlaliyyət küçəsindəki evi də, “Sea Breeze” dəki 25 sot torpağı da iddiaçının həyat yoldaşı öz adına keçirtmişdir. Bu miras davasını onunla bacısı qaldırardı, niyə indi iddiaçı edir?! Suyu, işıq sayğacını iddiaçı ondan xəbərsiz öz adına keçirmişdir. Bununla bağlı şikayət etmişdir.
35. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
36. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı izahatında və ona verilmiş suallara cavabında bildirmişdi ki, orada tikinti materialları olmayıb, evi tikəndə onları özü almışdır. Cavabdeh ya evini bərpa etsin, ya da pulunu versin. Ona təsir edən odur ki, cavabdeh bir gün də olsa orada yaşamayıb. Işıq da, su da onun adına olub. Tikilini kimin sökdüyünü bilmir. O rayonda idi, qayıdanda gördü ki, ev yoxdur. Ev babasının həyətində inşa olunub. Evi 2011-ci ildə inşa etmişdir. Sahəsi eyvanla bir yerdə təxmini 30 kv.metrdən çox olub. Tikintiyə o vaxtı 20.000 manat pul xərcləmişdir. Oranın sökülməyini anası vəfat edəndən sonra aşkar etdi. Torpağın 2008-ci ildən cavabdeh xalasının adına olduğunu bilməmişdir. Ora qoyduğu pulu istəyir, artıq indiki pul ilə 30.000 manat edir. Cavabdeh oranı 100.000 manatdan baha qiymətə satıb. Əvvəl cavabdeh deyirdi ki, ona pulun yarsını verəcək, sonra sözündən qaçdı. Demişdi ki, 30.000 manat verəcək. Iddiaçının təqdim etdiyi layihədəki “B” tikilisi onun inşa etdiyi evdir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırki işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
42. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu isə qətnamənin ləğv üçün əsasdır.
43. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ** saylı fərdi yaşayış evinin ½ hissəsi iddiaçının babası Rüstəm Müslüm oğlunun adına qeydiyyatdan keçmiş, daha sonra onun tərəfindən evin ½ hissəsi bağışlama müqaviləsinə əsasən qızı – cavabdeh cavabdeh4 bağışlanmışdır. Daha sonra həmin fərdi yaşayış evi cavabdeh4 tərəfindən özgəninkiləşdirilmişdir.
44. Məhkəmə iddiaçıya izah etmişdir ki, iddiaçı maddi dəyər kimi mövcud olmuş əmlaka münasibətdə cavabdehdən daşınmaz əmlaka çəkilmiş xərci və ona vurulmuş zərəri tələb edə bilər.
45. Qətnamə cavabdeh cavabdeh4 tərəfindən mübahisələndirilməmişdir.
46. Işdən müəyyən olunur ki, əvvəlcə babası Rüstəm Müslüm oğluna (iddiaçının babası) məxsus, daha sonra ##.##.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh cavabdeh4 (iddiaçının xalası) bağışlanmış torpaq sahəsində rəsmi reyestrdə qeydə alınmış bir fərdi yaşayış evinin yanında iddiaçı tərəfindən ümumi sahəsi təqribən 27 kv.m olan başqa ev inşa edilmişdir (apellyasiya baxışında təqdim edilmiş fotoşəkillərdə fasadı sarı rəngli boya ilə boyanmış).
47. Cavabdehin izahatına əsasən “xxxx” şirkətinə həmin evin “Memarlıq və Palnlaşdırma həlli”nin hazırlanması ilə bağlı sifariş versə də, o, həmin evin dövlət reyestrində qeydiyyata alınmasına nail ola bilməmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən evin 2011-ci ildə iddiaçının vəsaiti hesabına inşa edildiyini birinci instansiya məhkəməsində işə baxılarkən dindirilmiş şahidlər təsdiq edirlər. Cavabdeh cavabdeh4 bu halı təkzib edən hər hansı sübut məhkəmə təqdim etməmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, işin bu halı iş materiallarına əlavə edilmiş ##.##.2011-ci il tarixli vəsiyyətnamə ilə də müəyyən olunur. Belə ki, həmin vəsiyyətnamə ilə iddiaçının babasının (cavabdehin atası) həmin ünvanın ½ hissəsini iddiaçıya vəsiyyət etmək niyyəti olduğu müəyyən edilir.
50. Işdən müəyyən olunduğu kimi, iddiaçı həmin vaxt artıq cavabdehin mülkiyyətində olan torpaq sahəsində ev inşa edərkən cavabdeh cavabdeh4 buna etiraz etməmiş, iddiaçı da evin inşasından sonra bir neçə il həmin evdən istifadə etmişdir.
51. Buna baxmayaraq, cavabdeh evin yerləşdiyi torpaq sahəsini ##.##.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən qızı Səbinə Mirməmmədovaya bağışlamış, sonra isə onun adından nümayəndə qismində ##.##.2024-ci il tarixli alqı-satqı müqavilələrini imzalamaqla torpaq sahəsinin bir hissəsini 50.000 manata, digər hissəsini isə 24.500 manata digər cavabdehlərə satmışdır.
52. Məhkəmə iclasında cavabdeh torpaq sahəsini satanda iddiaçı tərəfindən inşa edilmiş evlə birgə satdığını bildirmişdir. Lakin cavabdeh iddiaçıya həmin evin inşasına sərf edilmiş vəsaiti ödəməmişdir.
53. Mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları).
55. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
56. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddiaya Mülki Məcəllənin qeyd olunan normaların tələbləri baxımdan hüquqi qiymət verilməlidir.
57. Cavabdeh cavabdeh3 birinci instansiya məhkəməsində işə baxılarkən bildirmişdir ki, evi alanda çox pis vəziyyətdə idi, yaşamaq mümkün deyildi.
58. Iş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, hazırda həmin ev artıq mövcud deyil və onun yerləşdiyi torpaq sahəsində cavabdeh cavabdeh3 tərəfindən başqa fərdi yaşayış evi inşa edilmişdir.
59. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
60. Hazırki iş üzrə iddiaçının tələbi yaşayış evinin bərpa edilməsi, ailəsi ilə birgə həmin ünvanda yaşamaq hüquqlarının, yaşayış evindən maneəsiz istifadə hüquqlarının təmin edilməsi olsa da, torpaq sahəsinin alqı-satqı müqavilələrinə əsasən artıq başqa şəxslərin mülkiyyətində olması səbəbindən əvvəlki vəziyyətin bərpası, yəni həmin torpaq sahəsində yenidən iddiaçıya məxsus olmuş evin inşa edilməsi qeyri-mümkündür. Belə olan halda iddiaçının pozulmuş hüququ ona cavabdeh cavabdeh4 tərəfindən evin inşasına çəkilmiş xərclərin əvəzi ödənilməklə bərpa edilməlidir.
61. Iddiaçı özü də iddia ərizəsində, həmçinin məhkəmə iclasında bildirmişdir ki, cavabdeh cavabdeh4 ona evinin yerləşdiyi torpaq sahəsini sataraq əldə ediləcək puldan iddiaçıya çatası məbləği verəcəyini söz vermişdir.
62. Tərəflərin izahatları və cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş “xxxx” tərəfindən tərtib edilmiş “Memarlıq və Planlaşdırma həlli”ndən müəyyən edilir ki, sözügedən ev layihədə “B” adı altında əks olunmuş, onun planı və ölçüləri qeyd edilmişdir.
63. Apellyasiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, MEB-***- **** nömrəli rəyinə əsasən “xxxx” tərəfindən tərtib edilmiş “Memarlıq və Planlaşdırma həlli”ndə göstərilən ünvan 6 ünvanında mövcud olmuş B tikilisinin 2024-cü il üzrə orta təmirli dəyəri 43.150 manat, 2026-cı il üzrə orta təmirli dəyəri 50.760 manat, həmçinin tikilinin hesablanmış inşa dəyəri (kafi təmirli) 22.560 manat; aparılmış bazar araşdırmaları və qəbul edilmiş orta illik artım tempi nəzərə alınmaqla tədqiqat dövrü ərzində obyekt üzrə orta aylıq bazar kirayə haqları isə 2024-cü ildə 200 AZN, 2025-ci ildə 225 AZN, 2026-cı ilin yanvar-iyun aylarında 250 AZN məbləğində müəyyən edilmişdir.
64. Kollegiya ##.##.2026-cı il tarixli rəyə əsasən tikilinin hesablanmış inşa dəyərinin kafi təmirli vəziyyətdə 22.560 manat təşkil etdiyini nəzərə alaraq, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, iş üzrə cavabdehlərin bildirdiklərinə əsasən sözügedən evin təmiri kafi vəziyyətdə olmuşdur.
65. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının digər tələbi - başqa ünvanda müvəqqəti yaşamaqları üçün iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Polis Idarəsinə şikayətlə müraciət etdiyi ##.##.2024-cü il tarixindən bu günə kimi aylıq 500 manat kompensasiya məbləği olmaqla ümumilikdə 4.000 manat birdəfəlik və ##.##.2025-ci il tarixindən çıxarılacaq yekun məhkəmə aktının icra olunacağı tarixə kimi hər ay üzrə aylıq 500 manat kompensasiya məbləğinin ona ödənilməsi barədə əsassız olmaqla təmin edilməməlidir.
66. Iş materialları ilə müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi iddiaçının daimi yaşayış ünvanı olmamış, iddiaçı başqa ünvanda yaşamaq üçün hər hansı vəsait ödəməmişdir. Belə ki, iddiaçı ailəsi ilə uzun müddətdir ki, başqa ünvanda yaşayır. Həmçinin, məhkəmə kollegiyası tərəfindən iddiaçıya artıq fərdi yaşayış evinin inşasına sərf olunmuş vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi qənaətinə gəlinmişdir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh cavabdeh4 22.560 manat vəsait tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova