Məhkəmə qərarları › İş №2(3-6)-522/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-522/2026

27.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-522/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və gecikməyə görə ödəncin tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil qızının, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və gecikməyə görə ödəncin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ИТ-İ №******* saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı ##.##.1997ci il tarixində “X2 Su Cəmiyyəti”nə işə qəbul olunmuş, müxtəlif tarixlərdə müxtəlif vəzifələrdə çalışmış, ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin ***-K saylı, ##.##.2024cü il tarixli əmək müqaviləsinin bağlanması haqqında əmrinə əsasən İddiaçı ##.##.2024-cü il tarixdən 12-ci dərəcə ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Sumqayıt şəhər Sukanal İdarəsində kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində şöbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən işçi ##.##.2024-cü il tarixində işə başlamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Nəsibova Səyyarə İskəndər qızının cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin ##.##.2024-cü il tarixli, ***-K saylı əmri ləğv edilməsi, iddiaçı Nəsibova Səyyarə İskəndər qızı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ##.##.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutularaq iddiaçı Nəsibova Səyyarə İskəndər qızına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin ***-K saylı, ##.##.2025ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduğuna görə ##.##.2025-ci il tarixindən xitam verilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli təklif olunan işdən imtina haqqında akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Nəsibova Səyyarə İskəndər qızının Sumqayıt şəhər Sukanal İdarəsinin İnsan resursları və kargüzarlıq şöbəsinin rəisi vəzifəsinə bərpa olunmasına görə Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin X1 İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində qismən ödənişli sosial məzuniyyətdə olan işçinin yerinə kadrlar üzrə mütəxəssis və həmin idarənin Avtomatika və metrologiya şöbəsində uzun müddət ödənişsiz məzuniyyətdə olan işçinin yerinə Səbail rayonu üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi vəzifələri üzrə iş təklif edilmiş, İddiaçı təklif olunan vəzifədə işləməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və gecikməyə görə ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı tutduğu vəzifə üzrə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ##.##.2025-ci il tarixindən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, İddiaçı işə bərpa edilənədək əmək haqqının gecikdirilməsinə görə əmək haqqının bir faizi məbləğində ödənişin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 61 manat rüsumun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ##.##.1997-ci il tarixindən ##.##.2025ci il tarixinədək eyni iş yeri üzrə əvvəlcə “X2 Su Cəmiyyəti”, daha sonra “xxxx” ASC, hal-hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin tərkibində fasiləsiz olaraq müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Sonuncu dəfə o, işəgötürənin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri ilə cavabdehin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Lakin işçiyə əvvəlcədən heç bir xəbərdarlıq olunmadan, onunla bağlanmış əmək müqaviləsinə cavabdehin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri ilə ##.##.2025-ci ildən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “b” bəndinə əsasən guya əvvəllər həmin vəzifədə çalışan işçinin işə bərpası barədə məhkəmə qərarı olduğuna görə xitam verilmişdir. Əmrdə əsas kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi göstərilmişdir. İşəgötürən əmri verdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən bu halın tərəflərin iradəsindən asılı olmayan hallar kategoriyasına daxil edildiyini bəhanə gətirərək İddiaçı qarşı heç bir öhdəliklərinin olmadığını bildirmişdir. Belə ki, müvafiq iş yeri üzrə 28 ildən çox müddətə nöqsansız, peşəkar əmək fəaliyyəti ilə məşğul olmuş və 2011-ci ildən etibarən həmin iş yeri üzrə aparıcı və rəhbər vəzifələrdə işləmiş işçinin heç bir xəbərdarlıq və ya alternativ vəzifə təklifi olmadan sadəcə məhkəmə qətnaməsinə istinadla işdən azad edilməsi onun hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnmişdir. Cavabdeh tərəfindən tələblərin heç biri yerinə yetirilməmiş, iddiaçıya nə yazılı xəbərdarlıq, nə də alternativ iş təklifi olunmuşdur. Əmrin verilməsi məhkəmə qətnaməsinin qüvvəyə minmə tarixi ilə uyğunlaşdırılmadan, yəni prosedur pozuntusu ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77 və 78-ci maddələri bu cür hallarda işçiyə müəyyən təminatlar (xəbərdarlıq müddəti, işdənçıxarma müavinəti və üstünlük hüquqları) verir. İddiaçının 28 illik əmək stajı və aparıcı-rəhbər vəzifələrdə çalışması nəzərə alınmadan istifadə imkanı verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi işəgötürənin bu prosedur qaydalarına əməl etmədiyi hallarda işçinin vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsini nəzərdə tutur. Beləliklə, cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrin həm faktiki, həm prosedur, həm də məzmun baxımından qanunvericiliyin tələblərinə zidd olması səbəbindən həmin əmr ləğv edilməli, işçi müvafiq vəzifə üzrə işinə bərpa edilməli və məcburi iş buraxma dövrünə görə ona müvafiq əmək haqqı ödənilməlidir. Qeyd edir ki, mübahisənin mediasiya prossesi vasitəsi ilə həll edilməsi üçün Bakı * saylı Mediasiya Təşkilatına müraciət edilmiş, cavabdehin iştirak etməməsi nəticəsində «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» ##.##.2025-ci il tarixli, MŞB/*-***** nömrəli arayış təqdim edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil ##.##.2025-ci il tarixdə “AZEMİS” elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ##.##.2025-ci il tarixindən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, İddiaçı işə bərpa edilənədək əmək haqqının gecikdirilməsinə görə əmək haqqının bir faizi məbləğində ödənişin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 61 manat rüsumun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçının ümumiyyətlə aktdan xəbəri olmamışdır, ona rəsmi şəkildə təqdim edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş akt sonradan tərtib olunmuşdur və iddiaçıya işdən çıxdığı zaman alternativ vəzifəyə təyin edilməsi ilə bağlı heç bir təklif edilməmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının sonuncu vəzifəsi Kadrlar Şöbəsinin rəisi olub. Eyni iş yerinə və ya başqa vəzifəyə bərpa oluna bilər. İddiaçıya əvvəlcədən işdən azad ediləcəyi barədə xəbərdarlıq edilməmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılan işçi üzrə araşdırma aparılmamışdır. 04 sentyabrda əmr verilib, 05 sentyabrda isə iddiaçıya əmrin surəti təqdim edilib ki, işdən azad edilib. İddiaçı 28 ildir ki, eyni müəssisədə çalışıb. Kadrlar Şöbəsi ixtisar edilməmişdir. İddiaçıya əvvəlcədən işdən azad ediləcəyi barədə xəbərdarlıq edilməmişdir. Əgər başqa alternativ vəzifə olarsa, iddiaçı işə davam etmək istəyir. Hətta aktda olan vəzifələr belə müvəqqəti xarakterli, yəni məzuniyyətdə olanların yeridir, hansı ki həmin işçi işə qayıtdıqda da o, işdən çıxmalı olacaqdır. Məhkəmənin sorğusuna əsasən təqdim edilən sənədlər həqiqəti əks etdirmək əvəzinə, əksinə, təhrif olunmuş, natamam və məqsədli şəkildə seçilmiş məlumatların təqdim olunduğunu açıq şəkildə göstərdi. Belə ki, 1) 1C proqramından “Ştat cədvəli” ümumiyyətlə təqdim edilməyib. Halbuki bu vəsatətin ən vacib hissələrindədir. Cavabdeh özü bilir ki, ştat cədvəli təqdim olunsaydı, iddiaçının strukturunda faktiki vakant yerlərin mövcudluğu aşkar şəkildə görünəcəkdi. Bu sənədi gizlətmək özüözlüyündə sübutdur ki, cavabdeh nə araşdırma aparmış, nə də işçini real işlə təmin etmək niyyəti olmuşdur. 2) Vakansiyalar bölməsi tələb olunduğu kimi təqdim edilməyib “Excel”ə keçirilib. Məhkəmə iclasında açıq şəkildə bildirilmişdi ki, məlumatlar 1C proqramının ekran görüntüləri kimi təqdim olunmalıdır. Bunun səbəbi sadədir: 1C-də məlumatlar dəyişdirilə bilməz, Excel-də isə istənilən xananı silib, dəyişib, yenidən yaza bilərlər. Cavabdeh isə nəyinsə üstünü ört-basdır etməyə çalışırmış kimi, məlumatları “Excel” formatında təqdim edib. Ştat cədvəli ümumiyyətlə verilməmişdir. Vakansiya siyahısı isə yalnız üç tarixdən ibarətdir. ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixləri. Əsas tarix – ##.##.2025, yəni guya İddiaçı iş təklif edildiyi gün ümumiyyətlə təqdim olunmayıb. Bu artıq təkcə natamamlıq deyil, məqsədli şəkildə informasiyanın gizlədilməsi deməkdir. 3) Excel sənədindəki uyğunsuzluqlar vakansiya siyahılarında silinmiş sətirlər, pozulmuş ardıcıllıq təhrif faktını birbaşa göstərir. Bu sənədlərdən görünənlər: a) Sıra nömrələrinin ardıcıllığı pozulub Məs.: • “1, 2, 3, ?, 5” • “1, ?, 3” • “?,2” • 1,?,?,4 və s. 1C proqramı sıranı avtomatik qurur. Bu cür ardıcıllıq yalnız sətirlər silinibsə yaranır. Bu fakt cavabdehin “məlumatları təhrif edilmiş formaya salması saxlaşdırması”nı birbaşa sübut edir. b) Vakansiyaların cəmi yanlış göstərilib. Bir neçə nümunə: • 10 vakant olan bölmədə 9 göstərilib, • 3 vakant olan bölmədə 2 göstərilib, • 2 vakant olan hissədə 0 göstərilib. 1C-də cəmlər avtomatik hesablanır bu səhvlər yalnız edit edilmiş faylda yarana bilər. c) “X1 İdarəsində” müvəqqəti vakant olan 2 yer siyahılarda ümumiyyətlə yoxdur. Ən ironik hallardar biri isə budur ki, cavabdehin “İddiaçı təklif etdik” deyilən 2 vakant yer ümumiyyətlə bu siyahılarda yoxdur. Cavabdeh deyir ki, “biz bu iki vakant yeri İddiaçı təklif etmişdik”. Amma təqdim edilən sənədlərdə həmin vakantların izi belə yoxdur. Deməli ya vakansiya olmayıb, ya da akt sonradan tərtib edilib. Hər iki halda təqdim edilən sübut mötəbərlikdən məhrumdur. 4) Hər ay üçün yalnız ayın 1-i tarixinin verilməsi araşdırmanın aparılmadığının sübutudur Məhkəmənin təmin etdiyi vəsatətdə tələb olunan: 3 ay ərzində hər günün vakansiya vəziyyəti. Cavabdehin etdiyi: Hər ayın yalnız 1i. Bu, mahiyyət etibarilə məlumat verməməkdir. Vakansiya hər gün dəyişə bilər. Bir müəssisənin yüzlərlə ştatı olan strukturlarında ayın yalnız 1-i heç nə göstərmir. Cavabdeh yalnız hər ayın ilk günü üçün məlumat təqdim edib. Amma vakansiya hər gün dəyişən göstəricidir işçi işdən çıxır, başqa şöbəyə keçir, yeni ştat yaranır, mövcud ştatlar ixtisar edilir və s. İşçinin işdən çıxarıldığı ##.##.2025-ci il tarixi üzrə məlumat təqdim etməmək isə heç bir məntiqə sığmır. Əgər doğrudan da ##.##.2025-ci il tarixində iddiaçıya iş təklif edilibsə. Bəs həmin gün sistemdə hansı vakant yerlər görünürdü? Niyə o siyahı təqdim olunmayıb? Bu sənədlər araşdırma aparıldığını yox, araşdırmadan yayınmağa cəhd olduğunu göstərir. 5) Baş idarə üzrə vakansiyalar ümumiyyətlə təqdim edilməyib. Qeyd edək ki, Rəna Məmmədov bir başa Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin (baş idarənin) rəhbəri tərəfindən vəzifəyə təyin edilmiş, həmin idarənin nomenklatur işçisi olsa da, həmin müəssisə üzrə vakantlar ümumiyyətlə təqdim edilməmişdir. Baş idarənin vakansiya cədvəli tamamilə gizlədilmişdir. Bu işin nəticəsinə birbaşa təsir edən məlumatdır və onun təqdim edilməməsi cavabdehin öhdəlikdən yayınması deməkdir. 6) İş təklif edilməsi barədə akt tarix etibarilə hüquqi cəhətdən mümkün olmayan sənəddir. İddiaçı haqqında işdən çıxarılma əmri ##.##.2025-ci il tarixində rəsmiləşdirilmişdir. Akt isə ##.##.2025-ci il tarixlidir. Yəni işçi artıq müəssisə ilə hüquqi münasibətdə olmadığı vaxtda ona “iş təklifi” edildiyi iddia olunur. Məhkəmə iclasında olan çıxışlarda bu barədə geniş danışmaqla, qeyd edilən təkliflərin iddiaçıya verilmədiyini, aktın sonradan tərtib edilmiş formal sənəd olduğunu dəfələrlə vurğulamışlar. Təkrar qeyd edir ki, aktda qeyd edilən şəxslərin iştirakı ilə tərtib edildiyi iddia olunan akt əgər həqiqətən həmin vaxt tərtib edilmiş olsaydı iddiaçıya hərhansı formada təqdim edilərdi. Lakin akt iddiaçıya nə fiziki, nə elektron, nə də korporativ platforma vasitəsilə təqdim edilməmişdir. Halbuki həmin vaxt işçinin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti işəgötürən tərəfindən “SİMA” programı vasitəsilə iddaçıya təqdim edilmişdir. Bu üsuldan istifadə edərək əmrin surətini təqdim edən cavabdehin eyni tarixli aktı hansı səbəbdən eyni üsulla təqdim etmədiyi də sual doğurur. Bundan əlavə, aktı təsdiq edən müəssisə rəhbərinin həmin tarixdə Gəncə şəhərinə ezam olunduğu da məhkəmənin diqqətinə çatdırılmışdır. Görünür akt sonradan tərtib edilərkən cavabdeh bu detalı unutmuş, eyni tarixdə ezamda olan rəhbərə sonradan akt imzalatmışdır. Bundan əlavə, iddiaçı 28 illik fasiləsiz əmək stajına malik, uzunmüddətli aparıcı–rəhbər vəzifələrdə işləmiş işçidir. Ona “alternativ iş” kimi təqdim edildiyi iddia olunan bu vakant yerlər həm status, həm ixtisas, həm də əmək funksiyası baxımından uyğun hesab edilə bilməz. Bu məşğulluq yerlərinin müvəqqəti xarakterli olması cavabdehin öz aktında da etiraf edilir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Seyidəliyeva Lalə Mirheydər qızı iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı peşəkar işçi olub, uzun müddət rəhbər vəzifələrdə çalışmışdır. Aylar öncə də, iddiaçı ilə işdən azad olunması barədə danışıqlar aparılmışdır. Çünki ortada qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var və onlar qətnaməni icra etməyə bilməzdilər. Ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçıya başqa 2 vəzifə təklif edilmiş, lakin qəbul edilməmişdir. Başqa alternativ vəzifə üzrə hazırda kadr boşluğu yoxdur. İddiaçıya akt üzrə təklif olunan vəzifələr üzrə boş qalmış ştatlara başqa əməkdaşlar yerləşdirilib. Alternativ vəzifə üzrə təklif olunma imperativ norma deyil, onlar sadəcə iddiaçı 28 illik əməkdaşı olduğu üçün iş təklif etmişlər. İddiaçı tərəfindən akta imza atılmaması onların ona aktı vermədikləri mənasına gəlmir. Əmr sentyabr ayında verilib. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsində əvvəlki vəzifəsinə uyğun vəzifəyə işə bərpa edilməsi, iddiaçı İddiaçı işdən çıxarıldığı ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 61 (altmış bir) manat məbləğində pulun cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.1997-ci il tarixindən etibarən eyni sistem daxilində - “X2 Su Cəmiyyəti”, daha sonra “xxxx” ASC, hal-hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin tərkibində fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuş, sonuncu dəfə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndini, yəni əvvəllər həmin vəzifədə çalışan işçinin işə bərpası barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Nəsibova Səyyarə İskəndər qızının eyni vəzifəyə bərpa edilməsi barədə məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Bu baxımdan cavabdehin məhkəmə qətnaməsini icra etmək öhdəliyi mövcud olmuşdur. Lakin məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi, yalnız maddi əsasın mövcudluğu ilə deyil, həm də prosedur qaydalarına ciddi əməl olunmaqla həyata keçirilməlidir. İş materiallarının araşdırılmasından müəyyən edilir ki, iddiaçı İddiaçı əvvəlcədən yazılı xəbərdarlıq edilməmiş, alternativ vəzifələrin rəsmi qaydada təklif edilməsi tam sübuta yetirilməmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, görülməli tədbirlər – (işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən aparılmalı olan) tam həyata keçirilməmiş, işçiyə hər hansı xəbərdarlıq edilməmiş, işdə saxlanılmalı imkanları tam araşdırılmamışdır. Belə ki, cavabdeh tərəfin işçinin işdən çıxdığı tarixə təqdim etdiyi boş vakant yerlərlə bağlı siyahıya baxış keçirilərkən müəyyən olunur ki, ## ######## 2025-ci il tarixə vakant yerlərdən qulluqçu kateqoriyası üzrə Nərimanov rayon Sukanal İdarəsində idarə rəsinin müavini, X1 İdarəsində əməliyyatların monitorinqi şöbəsində şöbə rəisi, Nəqliyyat və Xüsusi Texnika İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində mühəndis – olmuş, ən azından içəgötürən tərəfindən həmin vəzifələrin işçiyə alternativ vəzifə olub-olmamasının araşdırılmasına dair, eləcə də işçi ilə müzakirəsinə dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda halhazırki tarixə olan boş vakant yerlərə dair siyahıya baxış keçirən zaman ......kadrlar şöbəsi üzrə rəis vəzifəsinə dair vakant yerin mövcudluğu görünmədə də, qulluqçu kateqoriya rəhbər vəzifələr üzrə Nizami rayon Sukanal İdarəsində Abonentlərlə iş şöbəsində şöbə rəisi, qrup rəhbəri, Sabunçu rayon Sukanal İdarəsində İdarə rəsinin müavini, Anbar təsərrüfatı İdarəsində mal-materialların təminatı və logistikası üzrə mühəndis boş yerlər aşkar edilir. İddiaçı İddiaçı 28 ildən artıq əmək stajı, uzun müddət rəhbər vəzifələrdə çalışması və müəssisədə ixtisar aparılmaması nəzərə alınmamışdır ki, bu da Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinin tələblərinə ziddir. Məhkəmə hesab etmişdir ki, işdən çıxarıldığı ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, əmək haqqının gecikdirilməsinə görə 1 faiz məbləğində ödəncin tutulması tələbi bu iş üzrə təmin edilə bilməz. Çünki mübahisəli dövr əmək müqaviləsinə xitamın qanuniliyi ilə bağlı olmuş və cavabdehin hərəkətlərində ödənişdən yayınma niyyəti müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1ci hissəsinə, 68-ci maddəsinin 1 və 2-ci bəndlərinə, 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 74-cü maddəsinin 2-ci bəndinə, 71-ci maddəsinin 1-ci hissəsinə, 76-cı maddəsinin 1 hissəsinə, 78-ci maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsinin ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə uyğun vəzifə ilə işə bərpa edilməsi və ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1-ci maddəsinə istinad edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulmasını qeyd etmişdir. Buna münasibət olaraq bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o, cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İlk öncə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2023-cü il tarixli, **** nömrəli fərmanına əsasən “xxxx ”ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ## ### 2024-cü il tarixli, ***/* nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin strukturu təsdiq edilmişdir. Həmin əmrə əsasən publik hüquqi şəxsin ştat vahidlərinin sayı 14000-dən 7700-dək azaldılmış, Sumqayıt şəhər Sukanal İdarəsinin işçilərinin say həddi isə 445-dən 360 ştat vahidi qədər azalaraq müəyyən edilmişdir. İşin mahiyyəti üzrə bildirilir ki, müəssisədə struktur dəyişiklikləri aparılmış, nəticədə müvafiq vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmiş və həmin vəzifədə çalışan işçinin əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən işçi bu qərardan məhkəməyə müraciət etmiş və məhkəmənin qanuni güvvəyə minmiş qətnaməsi əsasında əvvəlki işinə bərpa edilmişdir. Məhkəmənin göstərilən qətnaməsinin icrası məqsədilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “b” bəndinə uyğun olaraq, həmin vəzifəni tutan digər işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilmiş işçi tərəfindən yenidən “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ilə məhkəməyə müraciət etməsi və məhkəmənin əvvəlki vəzifəyə uyğun iş yerinə bərpa edilməsi təşkilatın struktur imkanları ilə uyğunluq təşkil etmədiyindən, bu tələbin faktiki icrası hüquqi müstəvidə mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.1-ci maddəsinin guya cavabdeh tərəfindən pozulması barədə nəticə əsassız və hüquqi əsaslardan məhrumdur. Qeyd edilən maddə yalnız qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduqda mümkünlüyünü müəyyən edir. Bu maddə işəgötürən əmək müqaviləsinə xitam verməzdən əvvəl “tədbir görmək” və ya alternativ hüquqi mexanizimlər tətbiq etmək kimi öhdəlik nəzərdə tutmur. Məhkəmə tərəfindən qeyd edilən “tədbir görülmədən işdən çıxarılma” anlayışı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1-ci maddəsinin məzmununda və hüquqi mahiyyətində mövcud olmayan, qanunvericiliklə nəzərdə tutulmayan yanaşmadır. Həmin maddə əmək müqaviləsinə xitamın qanuni əsaslarının mövcudluğu ilə bağlıdır, hər hansı qabaqlayıcı tədbirlərin görülməsini şərt kimi müəyyən etmir. İş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanunla yol verilən əsaslar çərçivəsində, konkret hüquqi norma Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “b” bəndi tətbiq edilməklə həyata keçirilmişdir. Bu halda əmək müqaviləsinə xitam qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Bundan əlavə məhkəmə iş materiallarına əlavə edilmiş dəlillərə lazımi hüquqi qiymət verməyərək qeyd etmişdir ki, qarşı tərəf əməkdaşa alternativ vəzifələrin təklif edilməsi rəsmi qaydada tam sübuta yetirilməmişdir, halbuki məhkəmə iclasında ##.##.2025-ci il tarixli akt təqdim edilmiş və aktın məzmununda təklif edilən vakansiyalar öz əksini tapmışdır. Qarşı tərəf təklif edilən işlərdən imtina etmişdir və bu hal imtina sənədi ilə aktlaşdırılmışdır. Bundan əlavə məhkəmə iş materiallarına əlavə edilmiş dəlillərə lazımi hüquqi qiymət verməyərək qeyd etmişdir ki, qarşı tərəf əməkdaşa alternativ vəzifələrin təklif edilməsi rəsmi qaydada tam sübuta yetirilməmişdir, halbuki məhkəmə iclasında ##.##.2025-ci il tarixli akt təqdim edilmiş və aktın məzmununda təklif edilən vakansiyalar öz əksini tapmışdır. Qarşı tərəf təklif edilən işlərdən imtina etmişdir və bu hal imtina sənədi ilə aktlaşdırılmışdır. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Hesab edilir ki, məhkəmə bu halda da düzgün nəticəyə gəlməmişdir və əsassız olaraq bu maddəni tətbiq etmişdir. Mübahisəli iş üzrə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilməsi ilə əlaqədar olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “b” bəndinə əsasən əvvəlki işçinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq vəzifəyə bərpa edilməsi faktına əsasən həyata keçirilmişdir. Belə olan halda, Məcəllənin 78.1-ci maddənin tətbiqi üçün zəruri olan hüquqi şərtlər mövcud deyildir. Məhkəmə tərəfindən ixtisar halları üçün nəzərdə tutulmuş normanın bu işə tətbiq edilməsi maddi hüquq normalarının yanlış seçilməsi və səhv tətbiqi deməkdir. Birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi baxımdan ziddiyyətli və qeyri-müəyyəndir. Qətnamədə əvvəlki vəzifəsinə uyğun vəzifəyə işə bərpa edilsin qət edilmişdir. Məhkəmə əvvəlki iş yerinə uyğun vəzifəyə bərpanın mümkün olmadığını qeyd etdiyi halda, eyni zamanda hüquqi əsas göstərmədən iddiaçının əvvəlki vəzifəsinə uyğun vəzifə ilə işə bərpa edilməsini qərara almışdır ki, buda məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilməməsinə və qət etdi hissəsində göstərilmiş nəticələrin işin faktiki halları ilə uzlaşmamasının bariz nümunəsidir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin təmin edilmiş hissəsinin ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti tam əsassız olmaqla formal xarakter daşıyır. Şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasına dair iddialar irəli sürülsə də, faktiki olaraq hansı hüquq normasının pozulduğu əsaslandırılmamışdır. Şikayətin verilməsində əsas məqsəd işçinin işə bərpa prosesinin suni uzadılması, nəticədə onun vəzifəsinə uyğun olan vakant vəzifələrin tez bir zamanda məşğulluq statusuna çatdırılmasıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli münasibətlərə tətbiq edilən Azərbaycan Respublikası Əmək Məcəlləsi normalarının imperativ deyil, dispozitiv xarakter daşıdığını və məhkəmənin həmin normaları geniş şərh etməklə cavabdehə qanunvericilikdə nəzərdə tutulmayan əlavə öhdəliklər yüklədiyini iddia edir. Lakin bu iddia hüquqi baxımdan əsassızdır. Belə ki, əmək hüququ sahəsində işçinin hüquqlarını təmin edən normalar sosial müdafiə xarakteri daşıdığından onların dispozitiv deyil, məhz imperativ xarakter daşıdığı hüquqnəzəriyyəsində və məhkəmə təcrübəsində qəbul olunmuş yanaşmadır. İddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi məhkəmə qərarı ilə işinə bərpa edildiyi halda həmin işçinin yerinə götürülmüş digər işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmalı idi. Yəni işçinin əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətində olan məsələ olsa da, belə qərar qəbul edildiyi halda 71-ci maddənin 1-ci hissəsində nəzərdə tutulmuş prosedur təminatlarına əməl olunması məcburi xarakter daşıyır. Lakin işəgötürən bu tələbləri yerinə yetirməmiş, əksinə işdən azad etmə prosesini işçidən gizli şəkildə həyata keçirməklə onu faktiki olaraq müdafiəsiz vəziyyətdə qoymuşdur. Qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsi yalnız maddi əsasın mövcudluğu ilə deyil, həm də prosedur qaydalarına ciddi əməl olunmaqla həyata keçirilməlidir. Birinci instansiya məhkəməsində aparılmış icraat zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı əvvəlcədən yazılı xəbərdarlıq edilməmiş, alternativ vəzifələrin rəsmi qaydada təklif edilməsi tam sübuta yetirilməmişdir. Belə ki, cavabdeh tərəfin işçinin işdən çıxdığı tarixə təqdim etdiyi boş vakant yerlərlə bağlı siyahıya baxış keçirilərkən müəyyən olunur ki, ## ######## 2025-ci il tarixə Nərimanov rayon Sukanal İdarəsində idarə rəisinin müavini, X1 İdarəsində əməliyyatların monitorinqi şöbəsində şöbə rəisi, Nəqliyyat və Xüsusi Texnika İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində mühəndis vəzifələri vakant olmuşdur. Lakin işəgötürən tərəfindən həmin vəzifələrin iddiaçıya alternativ vəzifə olubolmamasının araşdırılmasına dair, eləcə də işçi ilə bu barədə hər hansı müzakirənin aparılmasına dair heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda hazırkı tarixə olan vakant yerlərə dair siyahıya baxış keçirən zaman Nizami rayon Sukanal İdarəsində Abonentlərlə iş şöbəsində şöbə rəisi, qrup rəhbəri, Sabunçu rayon Sukanal İdarəsində idarə rəisinin müavini, Anbar təsərrüfatı idarəsində mal-materiallanın təminatı və logistikası üzrə mühəndis vəzifələrinin vakant olduğu aşkar edilir. İddiaçı İddiaçı 28 ildən artıq əmək stajı, uzun müddət rəhbər vəzifələrdə çalışması və müəssisədə ixtisar aparılmaması nəzərə alınmadan onun işdən azad edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, iddiaçı ##.##.1997-ci il tarixindən etibarən eyni iş yeri üzrə əvvəlcə “X2 Su Cəmiyyəti”, daha sonra “xxxx” ASC, hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsi tərkibində fasiləsiz olaraq müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Sonuncu dəfə o, işəgötürənin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri ilə cavabdehin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Lakin işçiyə əvvəlcədən heç bir xəbərdarlıq olunmadan, onunla bağlanmış əmək müqaviləsinə cavabdehin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri ilə ##.##.2025-ci ildən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən guya əvvəllər həmin vəzifədə çalışan işçinin işə bərpası barədə məhkəmə qərarı olduğuna görə xitam verilmişdir. Əmrdə əsas kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi göstərilmişdir. İşəgötürən əmri verdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən bu halın tərəflərin iradəsindən asılı olmayan hallar kategoriyasına daxil edildiyini bəhanə gətirərək İddiaçı qarşı heç bir öhdəliklərinin olmadığını bildirmişdir. Belə ki, müvafiq iş yeri üzrə 28 ildən çox müddətə nöqsansız, peşəkar əmək fəaliyyəti ilə məşğul olmuş və 2011-ci ildən etibarən həmin iş yeri üzrə aparıcı və rəhbər vəzifələrdə işləmiş işçinin heç bir xəbərdarlıq və ya alternativ vəzifə təklifi olmadan sadəcə məhkəmə qətnaməsinə istinadla işdən azad edilməsi onun hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnmişdir. İşəgötürən mövcud vəziyyəti tərəflərin iradəsindən asılı olmayan hal kimi təqdim etməklə, iddiaçını qanunvericilikdə nəzərdə tutulmuş təminatlardan və hüquqlardan məhrum etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.2-ci maddəsi belə hallarda 71.1-ci maddədə nəzərdə tutulmuş müvafiq araşdırmaların aparılmasını birbaşa tələb edir ki, bu da işçinin müdafiəsini təmin etmək və işəgötürənin müdafiə öhdəliyini xatırlatmaq məqsədi daşıyır. Həmin Məcəllənin 74.1-ci maddəsinin “b” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan əsas göstərməsi işəgötürənə 28 il eyni müəssisədə peşəkar fəaliyyət göstərmiş işçini müdafiəsiz vəziyyətdə işsiz qoymaq səlahiyyəti vermir. Maddənin məqsədi bərpa olunan digər işçinin vəzifəyə qəbuluna şərait yaratmaqla yanaşı, yüksək peşəkarlığa malik işçinin alternativ işlə təmin edilməsi və ya qanunvericilikdə nəzərdə tutulan müvafiq kompensasiyaların ödənilməsi öhdəliyini də nəzərdə tutur. Belə ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinə “b” bəndinə istinadla verilmiş xitam əmri formal olaraq məhkəmə qətnaməsinə əsaslansa da, həmin maddənin 2-ci hissəsində göstərildiyi kimi, belə hallarda işəgötürən 71.1-ci maddədə nəzərdə tutulmuş müvafiq araşdırmaları aparmalı idi. Bu araşdırmalar aşağıdakıları əhatə etməlidir: işçinin işdə saxlanması imkanlarının araşdırılması; işçinin ixtisasına və peşə yararlılığına uyğun digər vəzifə və ya iş yerinin təklif edilməsi; işçinin başqa işlə təmin edilməsi mümkün olmadığı hallarda ona qanunverciliyə uyğun qaydada xəbərdarlıq edilməsi və kompensasiya ödənilməsi şərtlərinə əməl edilməsi. Halbuki cavabdeh tərəfindən bu tələblərin heç biri yerinə yetirilməmiş, iddiaçıya nə yazılı xəbərdarlıq, nə də alternativ iş təklifi olunmuşdur. Əmrin verilməsi məhkəmə qətnaməsinin qüvvəyə minmə tarixi ilə uyğunlaşdırılmadan, yəni prosedur pozuntusu ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77 və 78-ci maddələri bu cür hallarda işçiyə müəyyən təminatlar (xəbərdarlıq müddəti, işdənçıxarma müavinəti və üstünlük hüquqları) verir. İddiaçının 28 illik əmək stajı və aparıcı-rəhbər vəzifələrdə çalışması nəzərə alınmadan ona hüquqlarından istifadə imkanı verilməmişdir. Qeyd edilir ki, məhkəmə prosesi müddətində cavabdeh iddiaya qarşı əks arqumentlər gətirərək, iddiaçıya alternativ işlər təklif edildiyini, lakin həmin işlərin iddiaçı tərəfindən qəbul edilmədiyini bildirərək, iş materiallarına guya ##.##.2025-ci il tarixində tərtib edilmiş 2 ədəd akt əlavə etmişdir. Həmin aktlarda X1 İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində qismən ödənişli sosial mezuniyyətdə olan işçinin yerinə kadrlar üzrə mütəxəssis va həmin idarənin Avtomatika va metrologiya şöbəsində uzun müddətli ödənişsiz məzuniyyətdə olan işçinin yerinə Səbail rayonu üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun metologiya üzrə mühəndisi vəzifələrinin iddiaçıya təklif edildiyi, lakin iddiaçının həmin vəzifələrdən və aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. İddiaçı haqqında işdən çıxarılma əmri ##.##.2025-ci il tarixində rəsmiləşdirilmiş, Akt isə ##.##.2025-ci il tarixlidir. Yəni işçi artıq müəssisə ilə hüquqi münasibətdə olmadığı vaxtda ona “iş təklifi" edildiyi iddia olunur. Məhkəmə iclasında olan çıxışlarında bu barədə geniş danışmaqla, qeyd edilən təkliflərin iddiaçıya verilmədiyini, aktın sonradan tərtib edilmiş formal sənəd olduğunu dəfələrlə vurğulamışlar. Təkrar qeyd edilir ki, aktda qeyd edilən şəxslərin iştirakı ilə tərtib edildiyi iddia olunan akt əgər həqiqətən həmin vaxt tərtib edilmiş olsaydı iddiaçıya hər hansı formada təqdim edilərdi. Lakin akt iddiaçıya nə fiziki, nə elektron, nə də korporativ platforma vasitəsilə təqdim edilməmişdir. Halbuki həmin vaxt işçinin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti işəgötürən tərəfindən “ƏMAS” və “SİMA” programı vasitəsilə iddaçıya təqdim edilmişdir. Bu üsuldan istifadə edərək əmrin surətini təqdim edən cavabdehin eyni tarixli aktı hansı səbəbdən eyni üsulla təqdim etmədiyi də sual doğurur. Bundan əlavə, aktı təsdiq edən müəssisə rəhbərinin həmin tarixdə Gəncə şəhərinə ezam olunduğu da məhkəmənin diqqətinə çatdırılmışdır. Görünür akt sonradan tərtib edilərkən cavabdeh bu detalı unutmuş, eyni tarixdə ezamda olan rəhbərə sonradan akt imzalatmışdır. Bundan əlavə, iddiaçı 28 illik fasiləsiz əmək stajına malik, uzunmüddətli aparıcı-rəhbər vəzifələrdə işləmiş işçidir. Ona “alternativ iş” kimi təqdim edildiyi iddia olunan bu vakant yerlər həm status, həm ixtisas, həm də əmək funksiyası baxımından uyğun hesab edilə bilməz. Bu məşğulluq yerlərinin müvəqqəti xarakterli olması cavabdehin öz aktında da etiraf edilir. İşəgötürənin işçini işdən azad edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə əsaslanması alternativ iş təklif edilməsinə dair həmin məcəllənin 71-ci maddəsində nəzərdə tutulmuş araşdırmaların aparılması və mövcud faktların düzgün qiymətləndirilməsi ilə mümkün ola bilər. Bu araşdırmanın aparılıbaparılmaması yalnız cavabdehin “İC” kadr sistemi üzrə real ştat vəziyyəti əsasında müəyyən edilə bilər. Digər işçinin işə bərpası ilə bağlı qətnamənin qüvvəyə minməsi və icra olunması arasında kifayət qədər vaxt mövcud olmuşdur. Apellyasiya instansiyasının qərarının tərtib olunması, həmin qərardan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddət, qərarın icraya yönəldilməsi və icra sənədinin verilməsi prosesləri nəzərə alınarsa, işəgötürənin ən azı 3 ay müddət ərzində iddiaçını alternativ işlə təmin etmək imkanının mövcud olduğu görünür. Bu qədər uzun müddətdə işəgötürənin iddiaçıya uyğun heç bir vakant yer tapmaması ağlabatan deyil və araşdırmanın aparılmadığını ehtimal etməyə əsas verir. Bu səbəbdən, xitamın qanuni olub-olmadığını qiymətləndirmək üçün cavabdehin xitam tarixinə aid kadr uçotu məlumatları zəruri sübut statusuna malikdir. Qeyd edilənləri nəzərə alaraq tərəflərindən məhkəməyə müvafiq məlumatların alınmasına dair vəsatət təqdim edilmiş, həmin vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, cavabdeh tərəfindən ştat cədvəli ümumiyyətlə təqdim edilməmiş, vakansiya məlumatları “İC” proqramından birbaşa çıxarış formasında deyil, “Excel” formatında təqdim edilmiş, vakansiya siyahıları, yalnız ayın birinci gününə dair məlumatları əhatə etmiş, əsas tarix olan ##.##.2025-ci il tarix üzrə məlumatlar isə ümumiyyətlə təqdim edilməmişdir. Bundan əlavə təqdim olunan “Excel” sənədlərində sıra ardıcıllığının pozulması, vakansiya saylarının uyğunsuzluğu və bəzi vakansiyaların ümumiyyətlə siyahıda göstərilməməsi kimi hallar aşkar edilmişdir ki, bu da məlumatların dəyişdirildiyini göstərir. Xüsusilə diqqətə layiq hal odur ki, cavabdehin iddiaçıya təklif edildiyini bildirdiyi iki vakant vəzifə həmin siyahılarda ümumiyyətlə göstərilməmişdir. Bu isə təqdim edilən sənədlərin etibarlılığını tam şəkildə şübhə altına alır. Birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq onlara obyektiv və hərtərəfli hüquqi qiymət vermişdir. Cavabdehin apellyasiya şikayətində göstərilən arqumentlər isə iş üzrə müəyyən edilmiş faktiki halları təkzib etmir və yeni hüquqi və ya faktiki hallar ortaya qoymur. Yuxarıda qeyd edilən bütün hallar təqdim edilmiş məlumatların natamamlığı, vakansiya sənədlərinin dəyişdirilməsi, ştat cədvəlinin gizlədilməsi, vakansiya saylarının manipulyasiya olunması, iş təklifi barədə aktın həm tarix, həm də məzmun baxımından hüquqi dəyərdən məhrum olması cavabdehin proses boyu məhkəməni yanlış istiqamətə yönəltməyə çalışdığını göstərir. Apellyasiya şikayəti isə həmin nəticələri təkzib edən hər hansı yeni hüquqi və ya faktiki halları təqdim etmir və yalnız birinci instansiya məhkəməsinin düzgün gəldiyi nəticə ilə razılaşmamaqdan ibarətdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(004)-593 */**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətə qarşı təqdim etdiyi etirazın məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 71.

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 74.

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda.

2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. (##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 76.

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 77.

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 78.

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282).

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi qismən təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Bu səbəbdən Konstitusiyanın 35-ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən, əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il ## ##### tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı). Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin ***-K saylı, ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduğuna görə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Kollegiya qeyd edir ki, ##.##.2025-ci il tarixədək qüvvədə olan Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə, yalnız Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Hazırkı işdən müəyyən olunur ki, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin qeyd olunan tələblərinə əməl etməmiş, iddiaçını işdən azad edərkən əvvəlcədən ona xəbərdarlıq elan etməmiş, onun uzun müddət qüsursuz əmək fəaliyyətini, peşəkarlıq səviyyəsini nəzərə alıb başqa işlə təmin etmək üçün tədbirlər görməmiş, yalnız görüntü yaratmaq üçün iddiaçı ilə əmək müqaviləsinə xitam verdikdən sonra güya iddiaçının təklif olunan işdən imtina etməsi barədə akt tərtib etməklə kifayətlənmişdir. Baxmayaraq ki, özünün təqdim etdiyi sübutlarla iddiaçını başqa işlə təmin etmək üçün kifayət qədər vakansiyası olmuş, tərtib etdiyi sənədləri, təklif etdiyi iş yerləri barədə məlumatı isə vaxtında rəsmi qaydada iddiaçıya təqdim etmək imkanı olmuşdur. Kollegiya eyni zamanda, əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsi daşıyan cavabdehin apellyasiya şikayətinin məhkəmə aktının hüquqi baxımdan ziddiyyətli və qeyri-müəyyən olması ilə bağlı dəlili üzrə qeyd edir ki, iddiaçını əvvəlki vəzifəsinə uyğun vəzifəyə işə bərpa edilməsini qət edərkən də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən xitam verməmişdən əvvəl, qeyd olunan maddənin həmin vaxt qüvvədə olan 2-ci hissəsinin tələblərinə əməl edib müvafiq araşdırmalar aparılmalı, ona vəzifəsinə uyğun vəzifə təklif etməli idi, məhkəmə tərəfindən isə hüquqların bərpası pozulduğu həddə mümkündür. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi

Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar