Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-533/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-425/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi-vəkili X6 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3579 saylı bağ sahəsinin cavabdeh X5 tərəfindən zəbt edilmiş 0.4 ha torpaq sahənin və cavabdeh ƏlCavabdeh2 tərəfindən zəbt edilmiş 0.4 ha torpaq sahənin qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 geri qaytarılması və həmin ərazidə inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-425/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 3579 nömrəli bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilən 0.08 ha. olan hissəsi və onun üzərində tikilmiş tikililər cavabdehlərin hesabına sökülərək, torpaq sahəsi iddiaçının qanuni istifadəsinə qaytarılması, yeni qaydalarla: ünvan 3 ünvanından çıxarılaraq, torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə qaytarılması, 100 manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən X4 nümayəndəsi-vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-425/2025saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mümkün hesab edilməyərək geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs nümayəndəsi-vəkili X6 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək mülki işə 3-cü şəxs qismində qoşulmağı və apellyasiya şikayətinin mülki işlə bərabər apellyasiya məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha. torpaq sahəsindən ibarət 3579 saylı bağ sahəsinin cavabdeh X5 tərəfindən zəbt dilmiş 0.4 ha. torpaq sahənin və cavabdeh ƏlCavabdeh2 tərəfindən zəbt edilmiş 0.4 ha. torpaq sahənin qanunsuz sahibliyindən alınaraq İddiaçı geri qaytarılması və həmin ərazidə inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Nəticədə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 425/2025 saylı qətnaməsindən X4 nümayəndəsi- vəkili X6 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti mümkün hesab edilməyərək geri qaytarılmışdır. Belə ki, sözügedən mənzilin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı barədə Cavabdeh2 ilə arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə reyestrdə 3M- 853N2 ilə qeydə alınmışdır. Hətta torpaq sahəsi üzərində yerləşən mənzil onun tərəfindən inşa edilmiş tikinti xərcləri şəxsi tərəfindən qarşılanmışdır. Eyni zamanda sözügedən mənzil onun öz şəxsi fərdi yaşayış evinin olması ilə yanaşı cavabdehə məxsus olan torpaq sahəsinə ümumiyyətlə daxil deyildir. Bu halı sübut edən heç bir sənəd və ya sübut məhkəməyə təmin edilməmişdir. Məhkəmə mənzil ona məxsus olduğu və fərdi yaşayı evi üzrə subyektin o olmağını, eyni zamanda iddiaçının torpaq sahəsinin hazırki ona məxsus fərdi yaşayş evi tikilisi ilə heç bir əlaqəsinin və hüquqi bağlılığının olmamasının nəzərə almadan qanuna zidd formada ona mülkiyyətindən (mülkiyyətçi gözləntisi üzrə) mərhum etmişdir. Belə ki, məhkəmə tikilmiş tikililər cavabdehlərin hesabına sökülərək, torpaq sahəsi iddiaçının qanuni istifadəsinə qaytarılaraq yeni qaydalarla ünvan 4 ünvanından çıxarılaraq, torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə qaytarmışdır. Nəticədə məhkəmə tərəfindən qəbul edilmiş qərardad ilə hüquqları pozulmuş, mülkiyyət hüququnu qanunsuz formada məhdudlaşdırılmışdır. Hakim qanun pozuntusuna yol verərək əsassız qərardad qəbul etmişdir. Belə ki, hazırda qeyd edilən sübuta yetirilməmiş halları obyektiv araşdırılması və qanunamüvafiq şəkildə nəticələnməsi məqsədilə yenidən ekspertiza keçirilməsi zərurəti vardır. Hazırda iş No e2(008)-425/2025 xx.xx.2025-ci il tarixli qərardadın bütünlükdə ləğv edilərək, apellyasiya şikayətinin qəbul edilməsinə dair qərardad qəbul edilməsi zərurəti vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-425/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, Cavabdeh1 nümayəndəsi-vəkili tərəfindən məhkəməyə sənədlər daxil olmuşdur. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Mülki Prosessual Məcəllədə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən aktı ilə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha. torpaq sahəsindən ibarət 3579 saylı bağ sahəsinin cavabdeh X5 tərəfindən zəbt dilmiş 0.4 ha. torpaq sahənin və cavabdeh ƏlCavabdeh2 tərəfindən zəbt edilmiş 0.4 ha. torpaq sahənin qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 geri qaytarılması və həmin ərazidə inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-425/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. X1 həmin qətnamədən apellyasiya şikayəti vermis və apellyasiya şikayətinə əlavə edilən Cavabdeh2 ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Ləhiş bağ Massivi ərazisində yerləşən 600 kv.m torpaq sahəsini və üzərində tikilən ümumi sahəsi 160.kv.m olan 4 otaqlı 2 mərtəbəli evi 150.000 manata Maraqlı şəxs satmağa razılaşmış, əmlakın dəyərinin 100.000 manat olan hissəsini satıcıya ödənmiş, qalan 50.000 manat hissə isə əsas alqı-satqı müqaviləsui zamanı ödənəcəkdir. Satıcı 2 ay müddətinə sənədləri toplayıb ikinci tərəf alıcı ilə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdəsində götürür. Göründüyü kimi Maraqlı şəxs sözügedən torpaq sahəsini və onun üzərində tikilmiş tikililərin ona məxsus olduğunu bildirsə də, apellyasiya şuikayətinə əlavə edilmiş ilkin alqısatqı müqaviləsindən görünür ki, ilkin alqı-saqtı müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış və əsas alqı-satqı müqaviləsinin bağlanması üçün tərəflərə 2 ay müddətində vaxt müəyyən edilmişdir. Lakin hazırki tarixədək tərəflər arasında əsas alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında əsas alqı-satqı müqaviləsi yoxdur Maraqlı şəxs torpaq sahəsinin və onun üzərində yerləşən əmlakın qanuni sahibi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraatı üzrə prosessual qayda, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsində göstərilən şəxslərin şikayətlərindən fərqli formada müəyyən edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırki qətnamə ilə Maraqlı şəxs hüquq və mənafeyləri pozulmadığından, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməməsi və geri qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Maraqlı şəxs şikayətində məhkəmə tərəfindən qəbul edilmiş qərardad ilə hüquqlarının pozulması və mülkiyyət hüququnun qanunsuz formada məhdudlaşdırılması qeyd etsə də, bu barədə mötəbər sübut təqdim etməmiş, həmçinin işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3579 saylı bağ sahəsi, yeni qaydalarla: ünvan 4 ünvanınında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qəbul edilmiş qətnamə ilə işdə iştirak etməyən Maraqlı şəxs hüquq və vəzifələri barədə hər hansı məsələ həll edilmədiyindən onun Mülki Prosessual Məcəllənin qaydalarına uyğun olaraq göstərilən məhkəmə aktını mübahisələndirmək hüququ yaranmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Maraqlı şəxs nümayəndəsi-vəkili X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-425/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-533/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-533/2026
16.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver