Məhkəmə qərarları › İş №2(3-6)-54/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-54/2026

08.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-54/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər cavabdeh2 Hacıağa oğluna və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh cavabdeh2 iştirakları ilə, Iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh cavabdeh2 əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsində aparıcı mühəndis-iqtisadçı (su və çirkab su sis.üzrə) vəzifəsində işləyir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı rayon Mənzil İstismar Hissəsinin Rəisi vəzifəsini icra edən R Əsəd Əsgərov tərəfindən “Turan” hərbi yataqxanasının komendantına təqdim etmək üçün cavabdeh2 verilmiş ##.##.2012-ci il tarixli, *** nömrəli arayışda göstərilmişdir ki, cavabdeh2 ##.##.2011-ci il tarixdən hal-hazıradək Bakı Rayon Mənzil İstismar Hissəsinin Yanacaq Bölməsində mühəndis vəzifəsində işləyir. Turan hərbi yataqxanasında müvəqqəti yaşaması üçün onu otaqla təmin edəsiniz. Arayışın üzərində “otaq 515” qeyd edilmişdir.

3. “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.

4. Bakı Qarnizonu Mənzil-İstismar hisəsi tərəfindən cavabdeh2 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıqda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin ##.##.2025-ci il tarixli *** nömrəli Bakı Qarnizonu Mənzil-İstismar hissəsi rəisinin ##.##.2025-cı il tarixli ** nömrəli telefonoqrammalarına əsasən Turan yataqxanasında əsaslı təmir işləri aparılacaq. Qeyd olunanları nəzərə alaraq, Turan yataqxanasında yaşadığı 502 və *** nömrəli otaqların ##.##.2025-ci il tarixinədək təhvil verilməsi tələb olunmuşdur.

5. ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 28 ünvanında yerləşən ** nömrəli mənzilin paylı mülkiyyətində olan 5/8 hissəsi cavabdeh1 bağışlanmışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi tərəfindən Əsaslı Tikinti İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MİH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBİ-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 və həyat yoldaşı cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Rayon Mənzil İstismar hissəsinin rəisi vəzifəsini icra edən Əsəd Əsgərovun ##.##.2012-ci il tarixli *** saylı arayışı əsasında vətəndaş cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının *** nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan ##.##.2025-ci il tarixli ****/** №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən cavabdeh cavabdeh2 müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 502, *** nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Cavabdeh cavabdeh2 və ailə üzvləri həmin yataqxanada olan yaşayış sahəsində kirayə müqaviləsi əsasında yox, Bakı Rayon Mənzil İstismar hissəsinin rəisi vəzifəsini icra edən Əsəd Əsgərovun ##.##.2012-ci il tarixli *** saylı arayışı əsasında yerləşdirilmişlər, *** nömrəli otağa isə ümumiyyətlə hər hansı bir sənədləri yoxdur. Həmçinin nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş ##.##.2025-ci il tarixli */*-****/** saylı sorğuya cavab olaraq ##.##.2025-ci il tarixli *-**-*-**/*- ****/**** saylı məktubla daxil olmuş siyahıda vətəndaş cavabdeh2 adına Xaçmaz rayonu, Çiləgir kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 1,61 hektar həyətyanı torpaq sahəsi, vətəndaş cavabdeh1 adına isə Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 28, mənzil 20 ünvanında yerləşən mənzilin olması müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun digər ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməldir.

9. Cavabdeh cavabdeh2 iddia ərizəsinə qarşı etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlər 2012-ci ildən Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yaşayırlar. İddiaçı maddi gəlirlərinin aşağı olması və Biləcəri qəsəbəsində qaldığı kirayə evin aylıq pulunu ödəyə bilmədiyi ilə əlaqədar 2012-ci ilin yanvar ayında rəis Əsəd Əsgərova “Turan” yataqxanasında otaq almaq üçün ərizə ilə müraciət etmişdir. Rəis humanizm nümayiş etdirərək cavabdehin gənc ailə olduğunu və maddi gəlirlərinin aşağı olması ilə əlaqədar ona “Turan” yataqxanasında yerləşmək üçün arayış təqdim etmişdir. Arayışı verdikdə ona izah etmişdir ki, arayışda müvəqqəti yazmağına səbəb, iş yerindən ayrıldıqda (könüllü və məcbur) otağı təhvil verməli olmasıdır. İddiaçı müvafiq sənədlər (ərizə, ailə üzvlərinin şəxsiyyət vəsiqəsi və oğlunun doğum şəhadətnaməsi) təqdim etdikdən sonra arayışı götürüb yataqxananın komendantına təqdim etmişdir. O gündən etibarən Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsində çalışır və yoldaşı cavabdeh1, oğlu Yəhya Atilla və X2 yataqxananın 515 və *** nömrəli otaqlarında yaşayırlar. Qeyd edir ki, 2013-cü ildə X2 dünyaya gəldi. Qızının 4 yaşı olanda 18 m2 otaqda 4 nəfər yerləşmirdilər. İddiaçı 2-ci otaq üçün ərizə ilə 2017-ci ildə keçmiş rəisi Elçin Yaqubova müraciət etmişdir. O, cavabdehin ailəində 4 nəfər olduğunu, 4 nəfər üçün otağın çox kiçik olduğunu və elmi işlə məşğul olmağını nəzərə alaraq *** nömrəli otağı vermişdir. Lakin 2019-cu ildə keçmiş rəisi Akif Azadov cavabdehə “Turan” yataqxanasının *** nömrəli mənzilində yaşamağı ilə bağlı arayış təqdim etmişdir. İddiaçı arayışı “Asan Kommunal” mərkəzinə təqdim etmiş və sayğac adına rəsmiləşdirilmişdir. Müqavilədə sayğacın *** nömrəli otağa aid olmasına səbəb “xxxx” ASC tərəfindən “Turan” yataqxanasında fərdi sayğaclar quraşdırılanda otaqların sənədləşməsində texniki səhvə yol vermələri ilə bağlıdır. İddiaçı aylar öncə “Turan” yataqxanasında yaşayan sakinlərin adına olan əmlakların Hüquq İdarəsinin müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətində araşdırılan zaman Əsaslı Tikinti İdarəsinin hüquqşünası Nümayəndə iş otağına gedərək “İnformasiya Haqqında Azərbaycan Respublikasının Qanunu”na əsaslanaraq (tərəfin informasiya verməyə borclu olması) informasiya aldı ki, adına 61 hektar həyətyanı torpaq sahəsi, yoldaşının adına mənzil çıxması ilə bağlı məlumat verdi. Nümayəndə etiraz etmədi, əlinə 1 sənəd götürərək baxıb təsdiq etdi. O, Nümayəndə məlumat verdi ki, qeyd etdikləri ilə bağlı ona müvafiq sənədlər təqdim edə bilər. Lakin o, cavabdehə heç bir söz demədi və qanun çərçivəsində işə baxılacağını söylədi. O, otaqdan sağollaşaraq ayrıldı. Nümayəndə Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin səlahiyyətli nümayəndəsi olaraq vəzifə funksiyalarını tam icra etmədən (Müdafiə nazirinin * nömrəli Qərarı ilə təsdiq olunmuş Əsasnamənin (“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təminolunma qaydaları haqqında” əsasnamənin 4.9.4. zərurət olduqda, digər sənədlər (səhiyyə, sanitar-epidemiologiya müəssisələrinin, özünün və həyat yoldaşının adına DİN-nin Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Mərkəzləşdirilmiş X7 üzrə məlumat şöbəsindən qeydiyyatda olduğu ünvan, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarələri tərəfindən özəlləşdirilmiş mənzilin və ya torpaq sahəsinin olubolmaması barədə) və başqa aidiyyəti orqanların rəy və arayışları;) başqa arayış və sənədlər tələb etmədən, (4.9.7. “Yaşayış şəraitinin yoxlanılması barədə akt” (9 JNb-li əlavə), komissiya təşkil edib qeyd olunanların doğruluğunu təsdiq etmədən onu və ailəsini məhkəməyə verib. Əsaslı Tikinti İdarəsinin nümayəndəsi ilk öncə Müdafiə nazirinin * nömrəli (Azərbaycan Respublikası Müdafiə nazirinin ## ##### 2014-cü il tarixli 2 Ns-li Qərarı) Qərarının tətbiqi mexanizmlərini düzgün icra etməyib. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin nümayəndəsi İddia Ərizəsində Məcburi çıxarmanı qeyd edib. O çıxarılmanı qeyd edibsə, onların əmlak varlığını araşdırmadan birbaşa * nömrəli Qərarla təsdiq olunmuş Əsasnamənin 4.10.3. (müvafiq uçota götürülərkən qanun pozuntusuna yol verildikdə) bəndi ilə bir başa araşdırmaya Hüquq İdarəsinə raport verərək araşdırma tələb etməlidir və * nömrəli Qərarla təsdiq olunmuş Əsasnamənin tələblərini pozan günahkar şəxslərin cəzalandırılması üçün Hərbi Prokurorluq orqanlarına müraciət etməlidir. Lakin Nümayəndə Müdafiə nazirinin * nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin aşağıda qeyd edilən 4.10., 4.10.14.10.2 bəndlərini görməzdən gəlir. 14 il kommunal xidmətlər ödəyən şəxslərə necə qanunsuz yaşayırsınız demək qanunidir? İddiaçının dəfələrlə keçmiş rəhbərlərə kirayə müqaviləsi üçün müraciətləri olub. Keçmiş Mənzil- İstismar İdarəsindən Müdafiə Nazirliyinin İşlər İdarəsində Mənzil Komissiyasına kirayə müqaviləsi üçün sənədləri təqdim olunub. Lakin Müdafiə Nazirliyin İşlər İdarəsində sənədləri komissiyaya təqdim edilməyib, ona kirayə müqaviləsinin komissiyaya təqdim edilməməsi səbəbi haqqında hüquqi əsaslara dayanan cavab verilməyib. Bundan sonra ümid qapısı Müdafiə Nazirliyinin Hüquq İdarəsi olmuşdur. Hüquq İdarəsinə ##.##.2021-ci il tarixində Kirayə müqaviləsinin hüquqi əsaslarla əldə etməyinə baxılması üçün rəsmi ərizə ilə müraciət etmişdir. Hüquq İdarəsi rəsmi olaraq Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə (indiki xidmət) ##.##.2021-ci ildə tarixində məktub ünvanlayaraq cavabdeh2 kirayə müqaviləsinə baxılması üçün məktub ünvanlamışdır, (məktubun surəti etiraz ərizəsinə əlavə olunur) Lakin bugünədək Mənzil-İstismar xidməti yaşadığı 515 və *** nömrəli otaqlarına kirayə müqaviləsi verilməyib. Lakin ondan sonra Turan yataqxanasına köçən bəzi insanlara Müdafiə Nazirliyinin Mənzil- İstismar xidməti (keçmiş Mənzil-İstismar İdarəsi) tərəfindən Kirayə müqaviləsi təqdim edilmişdir. Kirayə müqaviləsi verməli olan şəxslər cavabdehi (qanunsuz yaşamaq) kirayə müqaviləsi olmadan yaşamaqda ittiham edirlər. Qanuni sənəd istəyəni cavabdeh2 Hacıağa oğlunu qanunu pozanlar Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin və onun tabeçiliyində olan Mənzil-İstismar xidməti qanunsuz, sənədsiz, Kirayə müqaviləsi olmadan yaşamaqda ittiham edir. Müdafiə Nazirliyinin Hüquq İdarəsi Kirayə müqaviləsi üçün müraciətini Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinə ünvanlamışdır. Əsaslı Tikinti İdarəsinin irəli sürdüyü qanunsuz yaşamaq iddiasından belə anlamaq olur ki, kirayə müqaviləsinin mahiyyətindən və onun verilmə qaydalarından məlumatsızdırlar. Cavabdeh qanunsuz yaşamaq iddiasını qəbul etmir. Birinci tanışlıq məhkəməsində Nümayəndə qanunu onlardan öncəkilər pozub, buna görə işdən azad olunublar və həbs olunublar cavabının hüquqi əsası yoxdur. O şəxslər “Turan” yataqxanası işi və vətəndaşların hüquqlarını pozduğu üçün həbs olunmayıb. O şəxslər mətbuatda dərc olunan 143 milyon dövlət vəsaitlərinin mənimsəmə maddəsi ilə ittiham olunublar və işdən azad olunaraq həbs olunublar. Müdafiə Nazirliyinin Mənzil-İstismar xidməti 3 ildir Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinə tabedir. * nömrəli Qərarla təsdiq olunmuş Əsasnamənin 12 bəndində (4.N. Hərbi hissələrdə müvafiq uçotun vəziyyəti və yaşayış sahəsinin bölüşdürülməsi işinin təşkili MİH, hərbi hissələrdə və MİH-də müvafiq uçotun vəziyyəti və yaşayış sahəsinin bölüşdürülməsi işinin təşkili prosesləri MİŞ tərəfindən ildə bir dəfədən az olmayaraq yoxlanılmalıdır) açıq formada göstərilib. Müdafiə Nazirliyinin Mənzil- İstismar şöbəsi (MİŞ) indiki Mənzil-İstismar xidməti Mənzil-İstismar hissələrində müvafiq uçotun vəziyyəti və yaşayış sahəsinin bölüşdürülməsi işinin təşkilini dəfələrlə yoxlamışdır (MİŞ İdiki Mənzil-İstismar xidməti illər öncə Müdafiə Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə tabe olaraq adı Mənzil-İstismar Şöbəsi gedirdi). Bu günədək Mənzil-İstismar xidmətinin tabe olduğu təşkilatlar dəyişsə də, onun funksiyaları dəyişməyib. Son 3 ildə Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin komissiyası, Əsaslı Tikinti İdarəsinin göstərişi ilə müxtəlif vaxtlarda 3 dəfə yoxlama keçirib. Bu yoxlamaların dəqiq tarixləri cavabdehin yadında olmasa da, vaxtları yadındadır. Səhər saat 11:00, Gündüz saat 15:00, Axşam saat 21:00 olmuşdur. Axşam yoxlamasında komissiyanın qarşısına cavabdeh özü çıxmışdır. 2 yoxlama komissiyasının qarşısına yoldaşı cavabdeh1 çıxmışdır. ***-*** nömrəli mənzillərdə yaşadıqlarını görüb təsdiq ediblər. Bundan əlavə Mənzil-İstismar xidməti illik plan yoxlamasına uyğun olaraq Bakı Qarnizonu Mənzil-İstismar hissəsində yoxlamada olublar və yoxlama aktları mövcuddur. Hər il Müdafiə Nazirliyin Mənzil-İstismar xidmətinin təsdiq etdiyi plana uyğun olaraq Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 2022-2023-2025-ci illərdə “Turan” yataqxanasında yoxlama komissiyaları təşkil etmişdir. Yoxlama komissiyalarında cavabdeh və yoldaşı qeyri-qanuni yaşamaqları ilə bağlı heç bir akt tərtib edilməyib və cavabdehə Kirayə müqaviləsi almalı olduğunu qeyd etməyiblər. Qeyd etsəydilər, cavabdehə bununla bağlı xəbərdarlıq məktubu verərdilər. Kirayə müqaviləsi almağı üçün yenidən sənədlərini onlara təqdim edərdi. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin məsul şəxsi Nümayəndə zamanında vəzifə funksiyalarını düzgün icra etsəydi, Müdafiə Nazirliyinin Mənzil-İstismar xidməti yoxlamalar aparan zaman aşkar edilən kirayə müqaviləsi olmadan yaşayan sakinlərə kirayə müqaviləsi verərdi. Hətta qanunu pozanlar haqqında araşdırma aparılması üçün hüquqi proses başladardı. Lakin bunların heç birini etməyib qanunsuzluqları keçmiş rəhbərliklərin üzərinə atır. Həmçinin qeyd edir ki, o, necə qanunsuz yaşayır ki, yaşadığı mənzillərə aid olan kommunal xidmətləri qanun çərçivəsində ödəyir. Yəni təchizatçı təşkilatlarla (“xxxx” ASC, “Baktelekom”, (telefon, internet), “xxxx” ASC) bağlanmış müqavilə ilə xidmətlərinin dəyərini Milli Ön və s. ödəmə sistemi ilə ödəyir. Azərişığın onunla olan müqavilələri 2025-ci ildə yenilənmişdir. “Turan” yataqxanasının sakini olduğu üçün Bakı şəhər 16-nömrəli Poliklinikada qeydiyyatdadır. Zibil pulu, mənzil pulu, su pulunu “Turanın” yataqxanasının komendantına ödəyərək, Müdafiə Nazirliyinin Mənzil- İstismar xidmətinin hesabına bağlı (vöen **********) qəbz verilir. Bu qəbz tək sübutdur ki, cavabdeh2 və ailəsi “Turan” yataqxanasında qanunla yaşayır. Kirayə müqaviləsinin mahiyyəti kirayə verən (Müdafiə Nazirliyi Mənzil-İstismar xidməti) ilə xidməti mənzildə yaşayan kirayəçi ilə kommunal xidmətlərin və s. xidmətlərin zamanında ödənilməsi və s öhdəlikləri icraetmədir. Cavabdeh bu öhdəliklər tam yerinə yetirmişdir. Ev, zibil, su pulunu Müdafiə Nazirliyinə tam ödəmişdir. Hal-hazırda zibil, mənzil və su pulu borcu yoxdur. Onun yaşamağı qanunsuz hesab edilirsə, onların verdiyi qəbz saxtadır və dövlət vəsaitləri mənimsənilərək Müdafiə Nazirliyinin büdcəsinə köçürülmür. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin nümayəndəsi Nümayəndə 2-ci (Xaçmaz rayonu Çiləgir kəndidə birgə 1.61 ha həyətyanı torpaq sahəsinin olması;) iddiasına cavab olaraq məlumat verir ki, onun əmlak (torpaq) məsələləri ilə bağlı təcrübəsizliyi nəticəsində bu iddianı irəli sürüb. Bu iddianı qəbul etmir. Kənd təsərrüfatı torpağı ilə həyətyanı torpaq sahəsi fərqli qruplardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs-in Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinə təqdim etdiyi “Turan” yataqxanasının sakinlərinin siyahısında kənd təsərrüfatı təyinatlı torpaq yazılıb. Lakin Əsaslı Tikinti İdarəsinin hüquqşünası Nümayəndə iddiada həyətyanı torpaq qeyd edərək səhv İddia qaldırıb. 1998-ci ildə regionlarda sosial-iqtisadi şərait ağır olduğu zaman “Torpaq İslahatı” çərçivəsində ailəsinə verilib. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi yoldaşı cavabdeh1 adına Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 28, mənzil 20 ünvanında mənzilinin olması iddiasını qəbul etmir. Yoldaşı cavabdeh1 atası rəhmətə getdikdən sonra 2022-ci ildə qaynanası adına olduğu mənzili yoldaşına bağışlanma yazıb və sahibi olaraq istədiyi vaxt geri qaytarmaq hüququnu özündə saxlayıb. Mənzil formal olaraq yoldaşının adınadır. Yazdığı vəsiyyətnamə və evin sənədləri anası Nüşabə Məmmədovadadır. Ev iki otaqlıdır. Nüşabə Məmmədova 1 otaqda yatır və digər otağı özünə namaz qılmaq üçün ibadət otağı olaraq istifadə edir. Qeyd olunan mənzildə ona yaşamağa icazə verilsəydi və yer olsaydı, o, yoldaşı və iki uşaq çoxdan ümumi tualet və hamamı olan yataqxanadan çıxıb gedərdi. Övladı ** nömrəli məktəbdə oxuyur. Maddi gəliri normal olsaydı, çoxdan kirayə çıxardı. Bakı Qarnizonu Mənzil-İstismar hissəsində çalışaraq, 752 manat əmək haqqı alır və Bakı Biznes Universitetində saat hesabı axşam həftədə 3 saat dərs deyərək çətinliklə ailənin ehtiyaclarını ödəyir. Bu səbəbdən yataqxanaya möhtacdır. “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu ##.##.2025-ci il tarixində verdiyi rəyə əsasən, AzDNT-1.7-1 “Bina və qurğularının yük daşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydalarına əsasən, hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin olduğu, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zədələnməsi səbəbində bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirmiş, binada təhlükəsizliyin təmin olunması üçün müqvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Turan yataqxanası təmir oluna bilməz, onun iqtisadi cəhətdən əsaslı təmiri qeyri-səmərəli olduğu ** nömrəli aktla təsdiq olunub. 2018-ci ildə “Turan” yataqxanasının sakinlərinə kompensasiya ödəyib, binanı almaq istəyirlər söhbətləri yayılanda Keçmiş Mənzil-İstismar İdarəsi (indiki Mənzil-İstismar xidməti) və Bakı rayon Mənzil-İstismar hissəsinin (indiki Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi) icazə vermədi ki, hansısa şirkət binanı alsın və sakinlərə kompensasiya ödəsin. Binanın boşaldılması üçün Yasamal rayonu İcra Başçısı “Turan” yataqxanasına gəlmişdir. İcra Başçısını sakinlərlə təmasına icazə vermədilər. Binanın qəzalı olduğunu elan edərək, sakinləri evlə təmin etmədən çölə tökməyə çalışdılar. 2018-ci ildə sakinlər cənab Prezident İlham Əliyevə və başqa dövlət təşkilatlarına müraciət etdi. Sakinlərin qanunsuz çıxarılması dayandırıldı. Hal-hazırda 2025-ci ildə eyni problem yaşanılır, sakinləri yerləşdirmək istəmirlər. Nə də binanı hərraca çıxarıb alan şirkətin kompensasiya ödəməsi üçün şərait yaratmırlar. Əsaslı Tikinti İdarəsinin nümayəndəsinə sual verir: 1.Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## #### 2025-ci il tarixli 3- **/*-*-*/**** nömrəli qərarından irəli gələn standartlara uyğun olmayan, 2040-ci ilədək 5 mərtəbəli binaların sökülməsi haqqında qərar olduğu halda, şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti bitməkdə olan “Turan” yataqxanasını hansı iqtisadi və strateji qiymətləndirmə ilə təmir bərkitmə işləri aparılır??? 2.Binanın qəzalı olması ilə əlaqədar ##.##.2018-ci il tarixində yataqxananın əsaslı təmirinin iqtisadi cəhətdən qeyri-səmərəli olduğu haqqında Müdafiə Nazirliyinin keçmiş Mənzil-İstismar İdarəsinin (indiki Mənzil-İstismar xidməti) və Bakı rayon Mənzil-İstismar hissəsinin (indiki Bakı Qarnizonu Mənzil-İstismar hissəsi) nümayəndələri ** nömrəli akt tərtib edilib. Binanın qalıq dəyəri 275000 manat olmuş və 2025-ci ilədək, dəyəri daha çox azalan bina necə əsas təmir olunur, bərkitmə işləri aparılır. 3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## #### 2025-ci il tarixli *-**/*-*-*/**** nömrəli qərarından irəli gələn standartlara uyğun olmayan hansı və ya harada otel, yataqxana əsaslı təmir olunub. Cavabdeh “Turan” yataqxanasının qəzalı olması ilə razıdır. Amma iddiaçı digər abadlaşdırılmış yaşayış sahəsi ilə təmin edilmədən “Turan” yataqxanasını tərk edə bilməz. Hamıya məlumdur ki, Əsaslı Tikinti İdarəsi “Turan” yataqxanasını təyinatının dəyişdirilməsi və təmirolunma adı ilə sakinləri çölə tökmək istəyirlər. Sonra isə binanın iqtisadi cəhətdən əsaslı təmirinin qeyri-səmərəli olduğunu aktlaşdıraraq sökəcəklər və ya hərraca çıxaracaqlar. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi 2018-ci ildə “Turan” yataqxanasının sakinlərinə yaşadılanları, 2025-ci ildə yaşadır. Sakinlərə yaşamağa yer vermir. Nə də “Turan” yataqxanasını hərraca çıxarıb onu almaq istəyənlərə və sakinlərə kompensasiya verməsinə şərait yaratmır. İndi binanın qəzalı olması və ya yenidən qurulması ilə əlaqədar cavabdehi və ailəsini sosial kirayə müqaviləsi əsasında qabaqcadan abadlaşdırılmış digər mənzillə təmin etmədiyi üçün təqdim edilmiş xəbərdarlıqları qəbul etməmişdir və 502, *** nömrəli otaqları boşaltmaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28, 28.7, və 85 maddələrinə əsaslanmayan xəbərdarlıq məktublarının verilməsi əsassızdır. Qeyd edir ki, o və ailəsi yataqxanada xoşbətliyindən yaşamırlar. 4 nəfərlik ailə üçün 2 ayrı otaq 18 m2-12 m2, ümumi tualet, hamam olan yerdə hansı sakin öz xoşu ilə yaşayar? “Turan” yataqxanasının sakinləri adından Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinə etdiyi müraciətə cavab olaraq qeyd olunur ki, müraciət aidiyyəti üzrə baxılması üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bu məktub sakinlərin problemlərinin dövlət tərəfindən həll olunacağı deməkdir. Rayon İcra Hakimiyyətlərində həll olunan yataqxana problemləri sakinlərə qanun çərçivəsində dövlət tərəfindən (İcra Hakimiyyəti) və ya binanı alan tikinti şirkəti tərəfindən ödənilən kompensasiya ilə həll olunur, Cavabdeh maddi gəlirləri aşağı olduğu üçün yataqxanada yaşamağa məhkumdur. Onu yataqxanadan çıxarsalar heç düşünürlər ki, cavabdeh ayda 700 manat kirayə pulunu necə verə bilər. Qızı orta məktəbdə oxuyur, oğlu 1-ci kurs tələbəsidir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasının 502 və *** nömrəli otaqlarından (xidməti yaşayış sahəsindən) çıxarılmaları qət edilmişdir.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı rayon Mənzil İstismar Hissəsinin Rəisi R Əsəd Əsgərovun *** nömrəli, ##.##.2012-ci il tarixli arayışı əsasında vətəndaş cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında *** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. Cavabdehlərin “Turan” hərbi yataqxana binasında *** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilməsi ilə bağlı isə hər hansı bir sənədləri yoxdur.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehlərin bu sahəyə yalnız Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin *** nömrəli, ##.##.2012-ci il tarixli arayışı əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Bundan başqa, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehlərin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir.

13. Məhkəmə onu da qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 92-ci maddəsinə görə, xidməti yaşayış sahələri əmək münasibətləri ilə əlaqədar verilir. Həmçinin, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən, Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Qeyd olunanlar, cavabdehlərin yaşayış sahəsinə yerləşdirilməsinin qanuni əsasının olmadığını göstərir.

14. Mənkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdeh cavabdeh2 mənzili təhvil verməsi barədə **** nömrəli, ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır.

15. Mənzil Məcəlləsinin 102.2-102.2.4-cü maddələrində xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyən şəxslərin kateqoriyaları sadalanır. Cavabdehin bu maddədə nəzərdə tutulan istisna hallara aid olmadığı üçün ona başqa yaşayış sahəsi verilmədən çıxarılması qanunla məhdudlaşdırılmır.

16. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehlərin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığı üçün və onların yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1-99.2-ci, 101.1, 101.2, 102.1, 102.2, 102.2.4, 102.3, 103.3-cü maddələrinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.7- 5.11-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazın mətninə uyğun olmaqla əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, hazırda cavabdeh ailəsi ilə birlikdə 502 və *** saylı otaqlarda yaşayırlar. ##.##.2021-ci ildə onunla kirayə müqaviləsinin bağlanması üçün AR Müdafiə Nazirliyinin Hüquq İdarəsinə müraciət etmişdir. Onun ərizəsinə baxılması üçün AR Müdafiə Nazirliyinin Bakı şəhər Mənzil İstismar İdarəsinə göndərilmişdir. Həmin İdarənin ##.##.2022-ci il tarixli **** saylı cavab məktubundan görünür ki, hərbi qulluqçuların (mülki işçilərin) yaşayış sahəsi ilə təmin olunması ilə bağlı bütün məsələlər onların xidmət (iş) yeri üzrə həll edilməlidir. Bundan sonra onun çoxsaylı xahişləri nəticəsiz qalmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən heç bir qanuni əsası olmayan hallara da istinad etmişdir. Belə ki, onun adına Xaçmaz rayonu Giləgiz kəndində 1,61 ha torpaq sahəsinin olması və həyat yoldaşının adına bağışlama yolu ilə mənzilin olması da əsas tutulmuşdur. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır, fərdi yaşayış evi tikilməsinə icarə verilmir, həyat yoldaşının adına olan mənzildə ilk gündən qaynanası yaşayır, cavabdehlər həmin mənzildə heç vaxt yaşamamışlar. “Turan” yataqxanasının qəzalı vəziyyətdə hesab olunub, onun yerləşdiyi torpaq sahəsinin sonradan işbazlara satılması məqsədi daşıyır. Ailənin başqa yaşayış sahəsi yoxdur, qızı yaxınlıqdakı ** saylı orta məktəbdə təhsil alır. X6 Qarabağ Müharibəsində şəhid olmuşdur, özü Bakı Qarnizonu Mənzil-İstismar hissəsində aparıcı mühəndis iqtisadçısı işləyir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən yalnız iddiaçının formal mülahizələrinə əsaslanmış və işin faktiki hallarını araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin mənzil ilə təmin olunması ilə bağlı komissiyasının rəyi, səlahiyyətli şəxsin qərarı və kirayə müqaviləsi yoxdur. Sadəcə komendanta yönəldilmiş bir məktub var ki, müvəqqəti yerləşdirilsin. Cavabdehin əmək müqaviləsinə də baxanda, cavabdeh mənzil ilə təmin olunmalı olan şəxslərin kateqoriyasına aid deyil. Binanın sonrakı taleyi məhkəmənin hal-hazırdakı işinin predmeti deyil. Müdafiə Nazirliyinin vətəndaşa xüsusi təyinatlı müvəqqəti yaşayış sahəsi verməsi onun nə qədər maaş almasından, neçə uşağı olmasından, vəziyyətinin pis olubolmamasından asılı olan bir hal deyil, bu, ƏƏSMN-in fəaliyyətinə aid bir şeydir.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstəriliir. Maddə 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə iş üzrə yalnız cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Cavabdeh cavabdeh2 ailəsi ilə 2012-ci ildən həmin yataqxanada yerləşən 502 və *** nömrəli otaqlarda məskunlaşmışlar.

30. Yuxarıda istinad olunan mənzil qanunvericiliyinin imperativ tələblərinə əsasən xüsusi təyinatlı yaşayış sahələri səlahiyyətli dövlət orqanının (onun səlahiyyətli şəxsinin) qərarı ilə yazılı kirayə müqavilələri əsasında kirayəçiyə verilir, müqavilədə onun predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir, həmçinin kirayəçinin ailə üzvləri göstərilir.

31. Hazırki iş üzrə cavabdehə xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən qərarın qəbul edilməsi, həmin qərar əsasında tərəflər arasında kirayə müqaviləsinin bağlanması müəyyən edilmir.

32. Cavabdehin istinad etdiyi ##.##.2012-ci il tarixli, *** nömrəli arayış isə qeyd olunan sənədlər kateqoriyasına aid deyil. Həmçinin qeyd edilməlidir ki, həmin arayışda cavabdehin müvəqqəti yaşaması üçün *** nömrəli otaqla təmin edilməsi göstərilmişdir, cavabdehin ailə üzvləri ilə *** nömrəli otağa müvəqqəti yerləşdirilməsi ilə bağlı isə hər hansı sənəd mövcud deyil.

33. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi sözügedən arayış əsas götürüldüyü təqdirdə belə, həmin arayış cavabdehə *** nömrəli otaqda daimi deyil, müvəqqəti yaşaması üçün təqdim edilmişdir.

34. Bundan başqa, iş materiallarına əsasən, “Turan” yataqxanası hazırda texniki cəhətdən yaşayış üçün yararsız vəziyyətdədir. Bu səbəbdən həmin binada şəxslərin yaşamağa davam etməsi onların həyatı üçün real təhlükə yaradır. O da nəzərə alınmalıdır ki, cavabdeh cavabdeh1 mülkiyyətində Bakı şəhərində yerləşən yaşayış sahəsi var.

35. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, istifadə edilmiş kommunal xidmətlərə görə ödənişin həyata keçirilməsi xüsusi təyinatlı yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas deyil. Bundan başqa, tərəflər arasında yazılı kirayə müqaviləsi bağlanmadığına görə iddiaçının cavabdehi başqa yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yaranmır.

36. Cavabdehin xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması hüququ qanunvericilikdə nəzərdə tutulduğu və onun yaşayış sahəsi ilə təmin olunması barədə iddiaçı inzibati orqan tərəfindən müraciətinə baxılmadığı və ya müraciəti təmin olunmadığı halda (bununla bağlı qərar qəbul edilməməsi, kirayə müqaviləsinin bağlanmaması) inzibati orqanın hərəkət və ya həkətsizliyi inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar