Məhkəmə qərarları › İş №2(3-6)-545/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-545/2026

14.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-545/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Məhkəmə icılas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “ödənilməyən əmək haqqı, məzuniyyət və ezamiyyət pulunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı “ödənilməyən əmək haqqı, məzuniyyət və ezamiyyət pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 60053 ödənilməyən əmək haqqının, məzuniyyət və ezamiyyət pulunun, mediasiya üçün ödənilmiş 60 manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 160 manat olmaqla, ümumilikdə 60273 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, о, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək cavabdeh MMC-də sürücü işləmiş, işlədiyi müddətdə əmək hüquqları pozulmuşdur. Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən iddiaçı işçi kimi 6 günlük iş həftəsində həftəlik 40 saatdan çox olmamaqla işləməli olduğu halda, faktiki ayda cəmi 1 gün istirahət verilməklə, ayın 29-30 günü, gündəlik minimum 4 saat əvəzi ödənilmədən artıq (səhər saat 08:00-dan axşam saat 21:00-dək) işlədilmişdir ki, bu da həftəlik normadan 32 saat (12 saat x 6 gün - 40 saat) çox iş deməkdir. Qeyd olunan dövrdə əmək haqqı ikili sistem əsasında, yəni əmək haqqının rəsmi hissəsi aylıq kart hesabına ödənilən 600 manat və qeyri-rəsmi aylıq nağd qaydada ödənilən 700 manat omaqla ödənilmişdir. Belə olan halda 1 saatlıq əmək haqqının məbləği təxminən 8 manat (1300 manat / 160 saat) olmuşdur. Onun həftəlik 32 saat əvəzi ödənilmədən artıq işlədildiyinə görə ödənilməli olan əmək haqqının məbləği 512 manat (32 x 8) x 2) edir. Iş vaxtından artıq işlədilməyə görə ona aylıq ödənilməli olan əmək haqqının məbləği isə 2048 manat (512 x 4) edir. Ona iş vaxtından artıq işlədilməyə görə ümumilikdə ödənilməli olan məbləğ isə 55296 (2048 manat x 27 ay) manat edir. Bundan əlavə, işlədiyi müddətdə ezamiyyətdə olduğuna görə ezamiyyət pulu ödənilməmiş, əmək məzuniyyəti verilmədiyinə görə kompensasiya ödənilməmişdir. 20 ildən çox əmək stajı olduğuna görə ona verilməli olan illik əmək məzuniyyəti günlərinin sayı 27 gün olmalı idi. Ödənilməyən məzuniyyət haqqı isə 2597 manat (1300 / 30.4 x 27 x 2 il 5 ay) edir. O, həftədə 1 dəfədən az olmayaraq, cavabdehin göstərişi ilə müxtəlif rayonlara ezamiyyətə göndərilmişdir ki, buna görə cavabdeh tərəfindən hər dəfə ezamiyyətə göndərilməyə görə 20 manat olmaqla ezamiyyət pulu ödənilməli olduğu halda ödənilməmişdir. Ödənilməyən ezamiyyət pulu isə 2160 manat (2 il 3 ay x 4 x 20 manat) edir. Ümumilikdə, cavabdeh tərəfindən ödənilməli olan pul məbləği 60053 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş ərizə həqiqəti əks etdirmir və məqsəd şirkətin vəziyyətini ağırlaşdırmaqdır. Çünki hazırki iş üzrə iddiaçı olan İddiaçı və digər iki nəfər (X4 və X1) əlbir olmaqla Cavabdeh MMC-yə qarşı reallıqdan uzaq olan eyni ərizə ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı İddiaçı ilə MMC arasında ilk dəfə ##.##.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. ##.##.2024-cü il tarixdə ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə müqaviləyə işçinin öz istəyi ilə xitam verilmişdir. Işçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair **/*** nömrəli əmr tərtib edilmiş, həmin əmrdən çıxarış ilə şəxs tanış edilmiş və təsdiq etmişdir. Bu hallar hər biri təsdiq edir ki, müəssisənin işçi ilə, işçinin də müəssisə ilə hər hansı problemi olmamışdır. Işçinin son haqq hesabı hesablanıb ona təqdim edilərkən də qanunvericiliyin tələbi nəzərə alınmış və buna uyğun olaraq hesablanmış yekun cədvəl üzrə çıxarış qoşmaya əlavə edilir. Işçinin əmək müqaviləsinə öz xahişi ilə ##.##.2024-cü il tarixdə xitam verildikdə həmin tarixdə ona noyabr ayı üzrə əmək haqqı olaraq 539 manat (əmək haqqından tutulmalar çıxılmaqla) ödənilməklə bərabər, eyni zamanda son-haqq hesab olmaqla istifadə edilməmiş məzuniyyət günlərinə görə 346,18 manat hesablanmış və ödənilmişdir. Həmçinin iddiaçı ezamiyyətə göndərilməmiş, iddia ərizəsində hesablanan məbləğlərin nəyə əsasən hesablanması məlum deyildir. Lakin əlavə edilən sənədlər göstərir ki, iddiaçı şirkətə qarşı qərəzlik nümayiş etdirir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılması хahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia rədd olunmuşdur. Iddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı X5 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Iddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddiaçının əmək funksiyasının yüklərin bir məntəqədən qəbul edilərək digər məntəqəyə çatdırılmalı olması, bu zaman isə onun müqavilədə nəzərdə tutulandan daha çox işlərə cəlb olunması, iş saatlarından əlavə vaxta işlədilməsi, ezamiyyətdə olması, lakin bunun üçün ona vəsaitin ödənilməməsi, cavabdehin əmək qanunvericliyinin tələblərini pozmasına görə inzibati qaydada tənbeh olunması kimi halların məhkəmə tərəfindən nəzərə alınmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının tələbləri əsassızdır. Belə ki, iddiaçı iş vaxtından artıq işlərə cəlb edildiyini qeyd etsə də, iddiaçı belə yazılı göstəriş, əmr və ya təsdiqedici sənədləri təqdim etməmiş, habelə bu hal müvafiq uçot sənədlərində əks etdirilməmişdir. Apellyasiya şikayətində qeyd edilən işçinin iş dəftəri isə rəsmi uçot sənədi hesab oluna bilməz və onun işçidə saxlanılması, yalnız onun özü tərəfindən doldurulması və müəssisəyə geri qaytarılmaması, habelə, müəssisəyə təhvil verilərək onun tərəfindən təsdiq edilməməsi əsası ilə həmin sənədin düzgünlüyü, dəyişdirilməzliyi və obyektivliyi sübuta yetirilmir. Həmçinin, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bankdan çıxarışdan da görünüyi kimi, ona son-haqq hesab məbləği ödənilmişdir. Görünən odur ki, apelyasiya şikayəti heç bir rəsmi dəlilə əsaslanmadan formal olaraq tərtib edilmişdir. Öz mülahizəsinə əsasən iddiaçı ezamiyyətə göndərildiyini, lakin ezamiyyət pulu verilmədiyini bildirir. Lakin bu tələb hüquqi və faktiki baxımdan əsassızdır. Iş materiallarından görünür ki, cavabdehin əsas fəaliyyət istiqaməti yük daşınmasından ibarətdir və iddiaçı sürücü vəzifəsində çalışmışdır. Iddiaçının əmək funksiyası müxtəlif ünvanlara, o cümlədən şəhərlərarası istiqamətlərə yükün çatdırılmasını əhatə etmişdir. Əmək qanunverciliyinə və “X11”nın təsdiq edilməsi haqqında qərara əsasən ezamiyyət anlayışı işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi hesab edilir. Lakin mobil xarakterli əmək funksiyası icra edən işçilər (sürücü, ekspeditor və s.) üçün hərəkət və müxtəlif coğrafi istiqamətlərə getmək onların daimi əmək fəailiyyətinin təbii elementidir və bu, ayrıca ezamiyyət hüquqi rejimi yaratmır. Belə ki, işçilərin ezamiyyət qaydalarının 1-ci maddəsinin 3-cü abzasına əsasən daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Odur ki, işçi ilə əmək münasibətləri yükdaşıma fəaliyyəti çərçivəsində qurulmuşdur və apellyatorun ərizəsində qeyd etdiyinin əksinə olaraq bu hal ezamiyyət hesab edilmir. Beləliklə də, ezamiyyət pulunun verilməməsinə istinad edilməsi hüquqi baxımdan əsassızdır. Əlavə olaraq apellyator bildirir ki, DƏMX tərəfindən cavabdeh inzibati qaydada tənbeh edilmişdir. Məlumat üçün qeyd edək ki, səlahiyyətli qurum tərəfindən müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, bu inzibati tənbehin tətbiq edilmə əsası bundan ibarət olmuşdur ki, müəssisə tərəfindən işçinin bir ay üzrə əmək haqqı nəzərdə tutulmuş vaxtdan gec ödənilmişdir. Yəni, DƏMX tərəfindən inzibati tənbeh verilmə haqqında qərarın qəbul edilməsi ilə vəzifəli şəxsin inzibati qaydada tənbeh edilməsi apellyatorun şikayətində göstərdiklərini sübut etmir və ümumiyyətlə, bu işə aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması xahiş olunmuşdur. Izahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq sübutunun “iş dəftəri” adlanan sənəddə öz əksini tapmasını, iş dəftərindəki qeydlər onun tərəfindən doldurulmasını, həmin sübutun qəbul edilməməsinin əsassız olmasını, əmək hüquqlarını pozulmasını, bununla bağlı iddia tələbində göstərilən eyni əsaslarla əvvəlcə X6 şikayət etməsini, həmin orqan tərəfindən şikayətin araşdırılmasını və nəticəyə görə cavabdeh şirkətin əmək haqqını gecikdirməsinə görə inzibati qaydada tənbeh edilməsini və s. göstərərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, apellyasiya şikayətinə qarşı yazılı etirazında göstərilənlərə, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki. iddiaçı tələbinin əsası kimi məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, təqdim etdiyi dəfğtər isə birtərəfli qaydada iddiaçının özü tərəfindən doldurulmuşdur. Bununla yanaşı, iddiaçı əvvəlcə şirkətdən X6 şikayət etmiş, orqan tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsi olaraq yalnız iddiaçıya əmək haqqının bir qədər gec ödənilməsi müəyyən olunmuşdur. Halbuki, iddiaçı hazırki iddia tələbində göstərilən tələbləri də X6 ünvanladıbı şikayətində göstərmişdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Ilkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında əmək münasibətlərinin yaranması, iddiaçının ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh MMC-də sürücü vəzifəsinə işə götürülməsi, ##.##.2024-cü il tarixdə ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə iddiaçının öz istəyi ilə xitam verilməsi işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan əmək müqaviləsinə əsasən iddiaçının əmək funsiyasına yük avtоmоbilərinin idarə оlunması daхil olmaqla gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çох оlmayaraq işləyir. Iddiaçıya hər ay 600 manat əmək haqqı ödənilir. Əmək məzuniyyətinin ümumi müddəti 21 gündür. Işdə olan Bakı ** saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü dəlillərə ayrılıqda hüquqi qiymət verərək göstərmişdir ki, iddiaçının əmək müqaviləsində göstərildiyi kimi оnun əmək funsiyasına yük avtоmоbilərinin idarə оlunması daхildir. Başqa sözlə оnun işi yük daşımaqdır ki, о da yalnız bununla məşğul оlmuşdur. Iddiaçının əmək funksiyası оlaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla bağlı vaхtın müəyyən səbəblərdən uzanmasının iş vaхtından artıq işlərə cəlb edilmə оlmaması kimi qiymətləndirilə bilməz. Bu iddiaçının birbaşa əmək vəzifəsinə aid оlan iş оlmuş və buna görə də özünün bildirdiyinə görə həm rəsmi, həm də qeyri-rəsmi haqqını almışdır. Bununla yanaşı, son-haqq hesabın hesablanması zamanı iddiaçıya istifadə etmədiyi məzuniyyət pulları qanunvericiliyin tələbləri üzrə hesablanaraq ödənilmiş və bu faktın əksini iddiaçı heç bir sübutla təkzib edə bilməmişdir. Həmçinin, iddiaçının əmək funksiyası оlaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla daha uzaq məsafəyə getməsi оnun ezamiyyətdə оlması anlamını verir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadəsi оlmuşdur ki, həmin şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar оlmadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, о cavabdeh MMC-də vaхtilə iddiaçı ilə birlikdə işləməklə özünə münasibətdə həmin MMC-dən narazı qaldığı üçün оnun hazırda ifadəsində göstərilənlər iddiaçının maraq və mənafeyi üçün verilmiş ifadə оlmuşdur. Başqa sözlə, şahid birbaşa оlmasa da, iddianın nəticəsində bir növ marağı оlan şəхsdir. Iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallarını əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh təşkilatla ##.##.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, ##.##.2024-cü il tarixdə isə özünün istəyi ilə bu müqaviləyə xitam verilmişdir. Hazırda isə, iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayıb işlədiyi müddətdə (cəmi 2 il 3 ay) əmək funksiyasnın icrası zamanı ona cavabdeh tərəfindən ödənilməli оlan, lakin ödənilmədiyini iddia etdiyi məbləğləri tələb etmişdir. ƏM-nin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. ƏM-nin 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. ƏM-nin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ƏM-nin 177.2-ci maddəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. ƏM-nin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsində göstərildiyi kimi оnun əmək funsiyası yalnız yüklərin daşınması olmuş, o işəgötürənin tapşırıqları üzrə yük avtomobillərini idarə edərk yükləri bir məntəqədən digərinə daşımaqla əmək funksiyasını icra etmişdir. Iddiaçı isə iş vaxtından artıq müddətlərdə işlərə cəlb edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Iddiaçının özü də bildirmişdir ki, onun icra etdiyi iş birbaşa əmək vəzifəsinə aid оlan iş оlmuşdur. Tələbin əmək məzuniyyətinə münasibətdə qeyd olunmalıdır ki, ƏM-nin 110.1-ci maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. ƏM-nin 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. ƏM-nin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qanunvericliyin qeyd olunan tələblərindən göründüyü kimi, bütün işçilərin vəzifəsindən, əmək şəraitindən və s. hallardan asılı olmayaraq, əmək məzuniyyəti hüququ vardır. Bu hüquqdan bir iş illəri ərzində istifadə olunmadıqda isə, əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir. Işdən görünür ki, iddiaçı işdən azad olunarkən ona son-haqq hesablanaraq ödənilmiş, istifadə etmədiyi məzuniyyət pulları qanunvericiliyin tələbləri üzrə hesablanaraq ödənilmişdir. Iddiaçı isə, bu halın əksini sübut edən sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası tələbin ezamiyyət pulunun ödənilməsinə münasibətdə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ƏM-nin 179-cu maddəsinin “х” bəndinə əsasən yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır. ƏM-nin 181-ci maddəsinin məzmununa əsasən ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ## ###### 2012-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “X11”xxxx“dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır”. Həmin Qaydaların 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Ilkin olaraq, qanunvericliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla qeyd olunmalıdır ki, işəgötürən tərəfindən işçinin iş yerindən kənar başqa əraziyə ezam olunması işəgötürənin hüququdur. Bununla belə, ezamiyyənin rəsmiləşdirilməsini imperativ (məcburedici) tələb kimi müəyyən etməsə bu işəgötürənin səlahiyyət dairəsinə aid оlan məsələdir və yuхarıda sadalanan nоrmalara əsasən müəyyən hüquqi nəticələr yaradır. Başqa sözlə, işçi barədə ezamiyyə sənədi, buna dair əmr vermədən işçinin iş yerindən başqa ərazidə (Azərbaycan Respublikasının digər rayоnlarıda) olması faktının ezamiyyə hesab olunmasını tam istisna edir. Lakin, iddiaçının əmək funksiyası оlaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla daha uzaq məsafəyə getməsi оnun ezamiyyətdə оlması anlamını verir. Iddiaçının təqdim etdiyi şahid ifadəsi də iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, izahatlara əsasən şahid kimi ifadə vermiş şəxs də əvvəllər cavabdeh MMC-də işləmiş və ona qarşı eyni xarakterli tələblər irəli sürmüşdür. Belə olan halda şahidin iddiaçının xeyrinə ifadə verməsi mötəbər, şübhədənkənar sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, iddiaçı tələbinin əsası kimi iş dəftərinə istinad etmişdir. Lakin, təqdim olunmuş həmin dəftərdən görünür ki, dəftər iddiaçıda olmuş, onun tərəfindən birtərəfli qaydada doldurulmuşdur. Eyni zamanda, cavabdeh tərəf də həmin dəlilə etiraz edərək, onun rəsmi uçot sənədi olmadığını, yalnız cavabdehin özü tərəfindən doldurulduğunu bildirmişdir. Belə olan halda, həmin dəlil faktı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən hüquqlarının pozulması ilə bağlı Əmək Müfəttişliyinə müraciət etdiyini, cavabdeh qrumun inzibati qaydada tənbeh edildiyini bildirmişdir. Həmin dəlilin araşdırılması ilə bağlı, apellyasiya icraatı zamanı X6 sorğu ilə müraciət olunaraq, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli, № *******240004 saylı müraciətinə əsasən, Cavabdeh MMC-nin Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair materiallar tələb olunmuşdur. X6 tərəfindən ##.##.2026-cı il tarixli məktubla məhkəməyə təqdim olunmuş materiallardan görünür ki, ##.##.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla iddiaçının əmək haqqı cavabdeh tərəfindən gecikdirilməklə, yəni 2024-cü ilin oktyabr əmək haqqı ##.##.2024-cü il tarixdə, noyabr əmək haqqı isə ##.##.2024-cü il tarixdə ödənildiyindən MMC IXM-nin 192.4-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati qaydada cərimə olunmuşdur. Həmçinin, həmin materiallarda olan ##.##.2025-ci il tarixli *****/**** saylı iddiaçıya ünvanlanan məktubun məzmunundan görünür ki, iddiaçının iş vaxtından artıq işlərə cəlb olunmasına dair təqdim olunmuş sübutlar tələbini təsdiq etməmiş, əmək haqqı isə gecikdirilməklə olsa belə iddiaçının bank hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçı əmək hüquqlarının pozulmasına dair hazırkı tələblə eyni məzmunlu şikayəti səlahiyyətli orqan tərəfindən araşdırılmış, araşdırma zamanı iddiaçının iş vaxtından əlavə işə cəlb olunması və s. bu kimi hallar öz təsdiqini tapmamış, eyni zamanda MMC tərəfindən iddiaçının ödənişləri gecikdirmə ilə olsa da, iddiaçıya ödənilmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “ödənilməyən əmək haqqı, məzuniyyət və ezamiyyət pulu” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar