Məhkəmə qərarları › İş №2(3-6)-546/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-546/2026

23.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qətnamə Bakı̈şəhəri İş̈№̈2(3-6)-546/2026 23.04.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və pulun mülkiyyətçilərin payına uyğun şəkildə bölünməsi” tələbinə dair iş üzrə (Açar sözlər: payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və pulun mülkiyyətçilərin payına uyğun şəkildə bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3̈və̈MərdanoväXumar̈Afəẗqızından̈ibarəẗtərkibdə, ̈̈Məhkəmə̈iclasının̈katibïHəsənoväBahar̈Elxan̈qızının̈katibliyïilə, ̈̈̈̈̈̈Iddiaçının̈nümayəndəsi-vəkilïvəkil1̈iştirakı̈ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən̈etdi:̈ Işin halları

1. ##.##.1996-cı il tarixində ## ##### 1990-cı il tarixli ****** nömrəli orderə əsasən ünvan 2̈ünvanındäyerləşən̈***̈saylı̈mənzilin̈üzərində̈X5̈mülkiyyəẗhüquqüqeydiyyatäalınmışdır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *-***-**** saylı, ##.##.1996-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək ünvan 2 ünvanında yerləşən *** saylı mənzili bölünərək sahəsi 17,86 kv.m. olan bir otaq İddiaçı, sahəsi 12,64 kv.m. olan digər otağın Cavabdeh verilməsi qət edilmişdir.

3. “xxxx” MMC tərəfindən aparılmış mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən, ünvan 2 ünvanında yerləşən *** saylı mənzilin ##.##.2025-ci il tarixə olan bazar dəyəri 120.000 (yüz̈iyirmïmin)̈manaẗtəşkil̈edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ünvan 2 mənzil 128 evin paylar mütənasib yəni Bakı şəhəri Xətai rayon Məhkəməsinin *-*** saylı, 1996-cı il tarixli qətnaməsi müəyyən edilmiş sahəsi 17,86 kv.m olan bir otağın, X1 verilməsi 12,64 kv.m olan digər bir otağın Cavabdeh paylarına müvafiq naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, pay əvəzi olan 60.000 min manat pulun cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzilin hərracdan satılması, əldə olunan pulun paylara uyğun ikisi arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciəẗetmişdir.

5. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxslınski küçəsi, ev 1A mənzil 128 Bakı şəhəri Xətai rayon Məhkəməsinin *-*** saylı ##.##.1996-cı il tarixli qətnaməsi ilə mənzil bölünərək, sahəsi 17,86 kv.m olan bir otaq, X1, 12,64 kv.m olan digər bir otağın Cavabdeh verilməsi, mənzilin pay haqqı bölünərək, İddiaçı 754 rubl 86 qəpik alınıb Cavabdeh verilməsi qət edilmişdir. Lakin sözügedən tarixdən hazırki vaxta kimi mənzil cavabdehin sahibliyində və istifadəsində olmuş, həmin mənzil hazırkı tarixə kimi cavabdeh tərəfindən müxtəlif şəxslərə verilmiş, iddiaçının payı tanınmış əmlak üzərində hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Tərəflər əvvəllər ailə münasibətində olsa da uzun müddətdir həmin münasibətləri pozulmuş və qeyd edilən mənzildə hazırda kirayəçilərə verilmişdir. Hazırda cavabdehlə bir yerdə yaşamaq imkanları yoxdur və cavabdeh qeyd edilən ev üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaratmır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır ki, həmin mənzilin ya naturada bölgüsü aparılsın, ya da həmin evdə cavabdeh tərəfindən ona düşən kompensasiya verilsin,̈yaxud̈dähəmin̈mənzil̈açıq̈həracdäsatılmaqläpaylarämüvafiq̈pul̈bölünsün.

6. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, tərəflərin nikahı 1989-ci il tarixində rəsmiləşdirilmişdir. Tərəflər qısa müddət ərzində, təxminən heç bir il olmamış ayrılmışdırlar. Rəsmiyyətdə isə tərəflərin nikahı 1994-cü ildə pozulmuşdur. İddiaçı 1990-cı ildən bu günə kimi sözü gedən evdə yaşamamışdır. Iddiaçının nikah pozulduqdan sonra 30 ildən çox vaxt sonra onun belə bir iddia ilə müraciət etməsi heç bir məntiqə və qanuna sığmır. Iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadn ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq edilir. Cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilin açıq hərracda satılması və həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaitinin tərəflərin Bakı şəhəri Xətai rayon məhkəməsinin *-***- **** saylı, ##.##.1996-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş paylarına mütənasib olaraq ödənilməsi, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilin ilkin satış qiymətinin 120.000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tətqiqatının əvəzi olaraq 50 (əlli) manatın cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə̈ödənilməsïqəẗedilmişdir.̈

8. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin *-***-**** saylı, ##.##.1996-cı il tarixli qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən *** saylı mənzilin üzərində tərəflərin payları müəyyən edilməklə, 17,86 kv.m. olan bir otağın İddiaçı verilməsi, 12,64 kv.m. olan digər bir otağın Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müvafiq olaraq ünvan 2 ünvanında yerləşən *** saylı mənzil tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün̈deyil.

9. Cavabdeh iddiaçının əmlak üzərində olan mülkiyyət hüququnu inkar edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya məxsus payın satın alınması ilə əlaqədar təklifinə də etiraz etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, ümumi mülkiyyətdə olan mənzil açıq hərracdan satılmalı və əldə edilən pul vəsaitïmülkiyyətçilərin̈paylarınämütənasib̈olaraq̈onlaräödənilməlidir.

10. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəflər arasında olan nikahın 1994-cü il tarixində pozulduğuna istinad edərək Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini tələb etsə də, mübahisəli əmlak üzərində tərəflərin paylarının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *-***-**** saylı, ##.##.1996-cı il tarixli qətnaməsinə əsasən artıq müəyyən edilmişdir. Digər tərəfdən hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində nəzərdə tutulmuş 10 illik iddia müddəti də tətbiq edilə bilməz. Belə ki, iddia tələbi paylı mülkiyyətdə olan əmlakla bağlı mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırıması ilə bağlı olduğundan, hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddətinə tətbiq̈edilə̈bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1-220.6, 373.1- 373.5, 384.0.4-cü; Ailə Məcəlləsinin 36.9-cu; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024-cü il tarixli qərardadına və Mülki Prosessual Məcəllənin 77.1, 119.1 vı 216-220-cïmaddələrinə̈istinadläəsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsïvə̈iddianın̈rədd̈edilməsïbarədə̈yenïqətnamə̈qəbul̈edilməsinïxahiş̈etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin bu qətnaməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.Belə ki, mülki işin sənədlərindən də görsənir ki, aralarında olan bölgüsü Bakı Şəhəri Xətai rayon məhkəməsinin ##.##.1996-cı il tarixli qətnaməsi əsasında müəyyən edilmişdir. Həmin bu qətnaməyə əsasən bu mənzilin sahəsi 12,64 kv olan bir otağı cavabdehin, sahəsi 17,86 kv olan otağı isə X1 verilmişdir. Həmçinin İddiaçı artıq mənzil sahəsi verildiyi üçün o bunun əvəzi olaraq cavabdehə 750 rubl ödəməli idi. Lakin, həmin qətnamənin qəbul edilməsindən 29 il keçməsinə baxmayaraq bu günə kimi həmin məbləğ ona ödənilməmişdir. Çox qəribədir ki qanunvericiliyin tələbinə görə də ümumi paylı mülkiyyətdə yalnız paya uyğun ödəniş verildikdə həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqi yaranır. Işin hallarından da görsənir ki İddiaçı bu hissədə icra etməmiş və həmçinin öz payına uyğun dövlət reysterindən çıxarış da əldə etməmişdir. Yəni o faktiki olaraq həmin bu mənzilə dair hər hansı bir hüququ olmasını dövlət qeydiyyatına aldırmamışdır. Bu vəziyyətdə həm ümumi əmlakdakı payına nisbətdə ödəniş etməməsi, həm də həmin bu mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakını dövlət reysterində qeydiyyata aldırmaması məhkəmə tərəfindən nəzərə alnmamışdır. Bir halda ki, qanunvericiliyin tələbinə görə hər hansı bir şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları həmin bu şəxsin ümumi əmlakdakı payına uyğun müvafiq ödəniş etdikdə və həmin əmlaka dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reysterində qeydiyyata aldığı andan əmələ gəlib. Ona görə də hesab edir ki, məhkəmə əsassız olaraq onu mülkiyyətçi kimi tanımışdır. Belə ki, cavabdeh bu iddia ərizəsi ilə əlaqədar iddia müddətinin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra məhkəmə iddia müddətini ötürülmədiyi qənaətinə gəlmiş və bunu iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi kimi əsaslandırmışdır. Lakin çox qəribədir ki, iddiaçı tərəfindən bu mənzilə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd təqdim edilmədiyi halda məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir. Ona görədə hesab edir ki, bu qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qanununvericilikdən görsənir ki, paylı mülkiyyətin mülkiyyətçisi bu əkmakı yaxşılaşdıran əlavələr etmişdirsə onda ümumi mülkiyyət hüququnda öz payını müvafiq surətdə artırılması hüququna malikdir. Nəzərə çatdırır ki, mübahisə predmeti olan mənzil 1996-cı ildə yəni məhkəmə qətnaməsi ilə payları müəyyən olunarkən cəmi 2 otaqdan ibarət olmuşdur. Lakin, cavabdeh əlavə tikililər edərək otaqların sayını 3 etmiş və əlavə 21 kv metr sahəsi olan otaq tikmişdir. Həmçinin bütün mənzili tamamilə yenidən təmir edərək onun dəyərini iki qat artırmışdır. Lakin, əfsuslar olsun ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən onun apardığı bu tikinti və təmir işləri nəzərə alınmamışdır. Bu isə hal hazırkı iddianın obyektiv və ədalətli şəkildə baxılmamasına gətirib çixartmışdır.Çox qəribədir ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 754 rubl 86 qəpik məbləğində pulu cavabdehə ödəmədiyi halda məhkəmə onun bu mənzilə mülkiyyət hüququnu tanımış, lakin, cavabdeh bu mənzilin dəyərini xeyli miqdarda artıran təmir tikinti işləri apardığı halda onun bu əmlakdakı üstün pay hüququ nəzərə alınmamışdır. Bununla da məhkəmə tərəfindən ARMM-in 214-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən bu iddia ərizəsinə baxılarkən işin bütün halları obyektiv və ədalətli şəkildə araşdırılmamışdır. Belə ki, mülki işin sənədlərindən də görsənir kiiddiaçının payının müəyyən olunduğu Bakı şəhəri Xətai rayon məhkəməsinin ##.##.1996-cı il tarixli qətnaməsi bu günə kimi icra olunmamışdır. Iddiaçı həmin qətnamənin icra olunması görüntüsü yaratmağa çalışsa da bununla əlaqədar lazımı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən də işin bütün bu halları araşdırılmamış və yalnız məhkəmə qətnaməsinin olunmasına istinad olunmuşdur. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Bildirmək istəyir ki, iddiaçı məhkəməyə ##.##.1997- ci il tarixli akt təqdim etmiş və həmin akta əsaslanaraq 1996cı il tarixli qətnamənin icra edilməsi görüntüsü yaratmışdır. Lakin, həmin akta baxdıqda görürük ki, akta cavabdehin əvəzinə atası Abbasov Abbasəli Məhəmmədəli oğlunun adı və iddiaçının yerinə onun atası X4 adı göstərilmişdir. Çox qəribədir ki, cavabdeh mərhum atasına onu təmsil etmək üçün hər hansı bir etibarnamə vermədiyi halda və həmin bu 1996-cı il tarixli qətnamədə onun adı olmadığı halda həmin bu akta əsassız olaraq cavabdehin və iddiaçının valideynlərinin adı göstərilmişdir. Məhkəmədə işə baxarkən bu halı nəzərə almamış və imzalamaq səlahiyyəti olmayan̈şəxslərin̈iştirakı̈ilə̈tərtib̈edilmiş̈aktı̈sübuẗkimïqəbul̈etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiyäşikayətinə̈qarşı̈yazılı̈etiraz̈daxil̈olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, Qətnamə 1996-cı ilin qətnaməsidir. O hesab edir ki, bu mübahisədə köhnə Mülki Məcəllənin müddəalarına istinad edilməlidir. Onlar 120 min manatın yarısının ödənilməsinə razıdırlar. Başqa paylı mülkiyyətçi yoxdur, 2 nəfərdir. Hesab edir ki, bu məsələ qapalı hərracda da həll edilə bilər. Bildiyi qədərilə birincïinstansiyäməhkəməsində̈tərəflər̈arasındärazılıq̈əldə̈edilməyib.

16. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, üzrlü səbəb barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüquqüəsasındämənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət)̈ümumïmülkiyyətdə̈oläbilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının̈nəzərdə̈tutulduğühallar̈istisnäolmaqla,̈paylı̈mülkiyyətdir. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin̈pulläödənilməsïilə̈birləşdirilə̈bilər.̈

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə̈etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuẗetməlidir. ̈̈Maddə̈115.0.̈Işə̈baxılması̈ilə̈əlaqədar̈məsrəflərə̈aşağıdakılar̈daxildir: Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq̈dövləẗmədaxilinə̈cavabdehdən̈alınır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş̈sübutlar̈əsasındäyenïqətnamə̈qəbul̈edə̈bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün̈əsaslardandır.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin̈predmetïbölünməz̈olduqdäisə̈tam̈yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə̈bilər.̈̈̈

21. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması̈təşkil̈edir.̈̈

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbi qismən təmin̈edilməlidir.

23. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin *-***-**** saylı, ##.##.1996-cı il tarixli qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən *** saylı mənzilin üzərində tərəflərin payları müəyyən edilməklə, 17,86 kv.m. olan bir otağın İddiaçı verilməsi, digər bir otağın Cavabdeh verilməsïqəẗedilmişdir.

24. O da müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən *** saylı mənzil tərəflərin paylarınäuyğun̈olaraq̈naturadäbölünməsïtexnikïcəhətdən̈mümkün̈deyil.

25. Iddiaçı ünvan 2 ünvanında yerləşən *** saylı mənzil üzərində hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadığını iddia edərək payının naturada bölünməsini, payın ayrılması mümkün olmadıqda pay əvəzi olan 60.000 min manat pulun cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzilin hərracdan satılması, əldə olunan pulun paylara uyğun ikisi arasında bölünməsinïxahiş̈etmişdir.̈

26. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün̈bunun̈əhəmiyyətïyoxdur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024-cü il tarixli qərardadına əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə̈221-cïmaddəsïilə̈tənzimlənir. -Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və̈221-cïmaddənin̈2-cïcümləsi). - Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsïmexanizmïişə̈düşür. -Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyəẗhüquqlarınäxitam̈verilmiş̈olur.̈(17-20-cïbəndlər)

28. Hazırki işin faktiki halları baxımından kollegiya qeyd edir ki, mübahisələndirilən əmlakın 2 paylı mülkiyyətçisinin olduğundan, yəni ümumi paylı mülkiyyət hüququna xitam verilməsi nəticəsində payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalacağından ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi payın ayrılması deyil, ümumi paylı mülkiyyətdə olan əşyanın̈bölünməsïmexanizmïtətbiq̈edilməlidir.̈

29. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən Mülki Məcəllənin 220-ci maddəsinə istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024-cü il tarixli qərardadına əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq̈aşağdakı̈ikïmərhələdən̈ibarətdir:̈ ̈̈̈̈̈̈1)̈ümumïpaylı̈mülkiyyətdə̈olan̈əşyanın̈naturadä(fiziki)̈bölgüsü; ̈̈̈̈̈̈2)̈əşyanın̈məhkəmə̈qərarı̈ilə̈hərracdan̈satılması. -Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar̈nəzərə̈alınmalıdır. -Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə̈iddiäqaldırmaq̈hüquqları̈izaḧedilməlidir.̈(62-64-cü̈bəndlər)

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024-cü il tarixli qərardadın 65-ci bəndində qeyd olunur ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsïimkanı̈nəzərdə̈tutulmuşdur. - Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyïhaldäisə̈açıq̈hərracdan̈satılmalı̈olması̈göstərilməlidir.̈(66-cı̈bənd) 32.Beləliklə, şərh olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, birincisi hazırkı iş üzrə mübahisə predmeti olan mənzil cəmi iki nəfərin paylı mülkiyyətindədir. Mülkiyyətçilərdən birinin öz payını ayırmaq tələbi, digər mülkiyyətçinin tək qalması ilə nəticələndiyi üçün, bu münasibətlərə Mülki Məcəllənin 220-ci maddəsi (payın ayrılması) deyil, 221-ci maddəsi (əşyanın bölünməsi) tətbiq edilməlidir. Çünki payın ayrılması mülkiyyətçilərin sayının ən azı üç olduğu və ayrılmadan sonra ümumi mülkiyyət vəziyyətinin davam etdiyi hallar üçün nəzərdə tutulmuşdur.

33. Ikincisi, iş materialları ilə təsdiq olunmuşdur ki, mübahisəli mənzilin paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Qanunvericiliyin istinad olunan normalarına görə əşyanın bölünməsi prosedurunda naturada bölgü mümkün olmadıqda, qanunvericilik kompensasiya mərhələsini nəzərdə tutmur. Belə olan halda məhkəmə birbaşa əşyanın hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib bölünməsïmərhələsinə̈keçməlidir.

34. Üçüncüsü, mülkiyyət hüququnun toxunulmazlığı və iştirakçıların əmlaka olan maraqlarının qorunması məqsədilə, hərracın keçirilməsi ardıcıllığı xüsusi əhəmiyyət kəsb edir. Cavabdeh tərəf iddiaçının payını könüllü satın almaqdan imtina etsə də, mülkiyyət hüququna xitam verilməsi qaçılmaz olduğu halda, payçıların mənzil üzərində tam mülkiyyət əldə etmək üçün əvvəlcə qapalı hərrac (yalnız payçılar arasında) imkanından istifadə etmək hüququ təmin olunmalı,̈əşyähəmin̈hərracdäəldə̈edilmədiyïhaldäisə̈açıq̈hərracdan̈satılmalıdır.̈

35. Kollegiya cavabdehin mübahisələndirilən əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması və əmlak üzərində payların müəyyən edilməsi ilə bağlı qətnamənin hələ də icra edilməməsi ilə bağlı iddiaya etirazını əsassız hesab edərək qeyd edir ki, Das̈ınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və̈xitam̈verilməsinin̈dövləẗqeydiyyatı̈üçün̈əsas̈hesab̈olunur. 36.Apellyasiya şikayətinin digər dəlili odur ki, cavabdeh əlavə tikililər edərək otaqların sayını 3 etmiş və əlavə 21 kv metr sahəsi olan otaq tikmişdir. Həmçinin bütün mənzili tamamilə yenidən təmir edərək onun dəyərini iki qat artırmışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən̈onun̈apardığı̈bütikintïvə̈təmir̈işlərïnəzərə̈alınmamışdır.̈ 37.Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçı payın ayrılması mümkün olmadıqda, pay əvəzi olan 60.000 manat pulun cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzilin hərracdan satılması, əldə olunan pulun paylara uyğun ikisi arasında bölünməsini tələb etmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçının payı 17,86 kv.m. olan bir otaq üzərində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçının mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, mənzil qapalı hərracda satılarsa cavabdeh tərəfindən iddiaçının 17,86 kv.m. olan bir otaq üzərində payına mütənasib olaraq pul vəsaiti iddiaçıya ödənilməli, mənzil qapalı hərracda satılmadıqda isə mənzil açıq hərracda satılaraq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaiti tərəflərin paylarına mütənasib olaraq ödənilməlidir.

38. Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən *** saylı mənzil qapalı hərracda satılmalı və pul vəsaiti paylı mülkiyyətçinin payına mütənasib olaraq ödənilməli, ünvan 1 ünvanında yerləşən *** saylı mənzil qapalı hərracda satılmadıqda, mənzil açıq hərracda satılmalı və əldə olunacaq pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib olaraq ödənilməli, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilin ilkin satış qiyməti 120.000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun̈məbləğïtərəflərin̈özünə̈aid̈edilməlidir.̈

39. Kollegiya həmçinin qeyd edir ki, ekspertiza tətqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh Cavabdeh tutularaq Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ** saylı hesabäkeçirilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsïləğv̈edilsin.̈Iş̈üzrə̈yenïqətnamə̈qəbul̈edilsin. ̈̈Iddiätələbïqismən̈təmin̈edilsin. ünvan 1 ünvanında yerləşən *** saylı mənzil qapalı hərracda satılsın və pul vəsaiti paylı mülkiyyətçinin̈payınämütənasib̈olaraq̈ödənilsin. ünvan 1 ünvanında yerləşən *** saylı mənzil qapalı hərracda satılmadıqda mənzil açıq hərracda satılsın və əldə olunacaq pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib olaraq ödənilsin. ünvan 1 ünvanında yerləşən *** saylı mənzilin ilkin satış qiyməti 120.000 (yüz iyirmi min) manaẗməbləğində̈müəyyən̈edilsin. ̈Iddiäqalan̈hissədə̈təmin̈edilməsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğïiddiaçının̈özünə̈aid̈edilsin. Ekspertiza tətqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh Cavabdeh tutularaq Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ**̈saylı̈hesabäkeçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

̈̈̈Sədrlik̈edən̈hakim̈imza: GünaÿAxundova ̈̈̈Hakimlər̈imzalar: Rəşid̈Səmədov Xumar̈Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar