Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-564/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil - Tikinti Koorperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X19katibliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh cavabdeh3 nümayəndəsi vəkil2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil - Tikinti Koorperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## #### 2022-ci il tarixli, ***/** nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət ** saylı mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK tərəfindən cavabdeh3 170000 manata satılmış, eyni tarixli maliyyə arayışında mənzilin dəyərinin sonuncu tərəfindən tam ödənildiyi qeyd olunmuşdur.
2. ***/** nömrəli öhdəçilik cədvəlindən görünür ki, ünvan 3 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət ** saylı mənzilin dəyəri 170000 manat, ilk payın məbləği 90000 manat, qalan məbləğ 80000 manat müəyyən olunmuş, həmin məbləğ 2022-ci ilin iyul – dekabr ayları ərzində ödənilmişdir.
3. ## ###### 2023-cü il tarixli, ************* nömrəli notarial qaydada verilmiş ərizədən görünür ki, cavabdeh3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-ya ərizə ünvanlayaraq ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən ** saylı mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə (yenidən müqavilə bağlanmasına) etirazı olmadığını bildirmişdir.
4. ## ###### 2023-cü il tarixli, ************* nömrəli notarial qaydada verilmiş ərizədən görünür ki, cavabdeh1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-ya ərizə ünvanlayaraq ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən ** saylı mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə (yenidən müqavilə bağlanmasına) etirazı olmadığını bildirmişdir.
5. ## ###### 2023-cü il tarixli, ***/** nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət ** saylı mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK tərəfindən X5.
6. ## ###### 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət ** saylı mənzili dəyəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın payçısı X5 tərəfindən tam ödənilmişdir.
7. ## ######## 2025-ci il tarixli mənzilin özgəninkiləşdirilməsi və payçılıqdan çıxma razılaşmasından görünür ki, payçı X5, alıcı İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK arasında ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət ** saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi barədə razılığa gəlmişlər.
8. ## ######## 2025-ci il tarixli, ***/** nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət ** saylı mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK tərəfindən İddiaçı satılmışdır.
9. ## ######## 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət ** saylı mənzili dəyəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın payçısı İddiaçı tərəfindən tam ödənilmişdir.
10. ## ###### 2025-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən mənzil X5 tərəfindən cavabdeh2 Tapdıq oğluna hər ay 700 manat kirayə haqqı ödənilmək şərtilə ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixə kimi kirayə verilmişdir. Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 Tapdıq oğlunun, cavabdeh3 və cavabdeh1 onlarla birlikdə yaşayan ailə üzvləri ilə ünvan 2 ünvanında inşa edilmiş * saylı binanın 4-cü blokunun 8-ci mərtəbəsində yerləşən ** saylı mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK ilə ***/** saylı ##.##.2025-ci il tarixli müqavilə bağlayaraq ünvan 2 ünvanda inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən ** saylı mənzili satın almışdır. Lakin cavabdehlər onlarla birkildə yaşayan ailə üzvləri ilə həmin mənzili zəbt ediblər. Dəfələrlə müraciət etsə də cavabdehlər zəbt etdikləri yaşayış sahəsini boşaldıb təhvil vermirlər. Bununla bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTKnın rəhbərliyi 34-cü polis bölməsinə müraciət etsə də, heç bir nəticə olmayıb. Bu səbəbdən iddiaçı ona məxsus həmin daşınmaz əmlakdan istifadə hüququndan məhrum olmuşdur.
13. Məhkəmə iclasında cavabdeh cavabdeh1 (eyni zamanda cavabdehlər cavabdeh3 nümayəndəsi) iddia tələbini qəbul etməyərək, izahatında mənzili 2022-ci ildə 180000 manata aldığını, əvvəl tam şəkildə 100 000 manat ödədiyini, sonra iki dəfə 20 000 manat, daha sonra da dörd dəfə 10000 manat ödəniş edib mənzilin pulunu tam ödədiyini bildirmişdir. Eyni zamanda, izahatında bildirmişdir ki, 2023-cü ildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın direktoru Rauf Ismayılovdan 50000 manat borc götürmüş və həmin borcun təminatı kimi bu mənzili girov qoymuşdur. Həmin 50000 manat borcu da qaytarmışdır. Mənzili satmaqla bağlı razılıq ərizəsini verməmişdən əvvəl Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTKnın direktoru Rauf Ismayılova etibarnamə vermək istəmiş, lakin mənzilin çıxarışı olmadığı üçün etibarnamə verə bilməmiş, razılıq ərizəsini mənzili girov qoymaq məqsədilə vermişdir. Razılıq ərizəsini verərkən, notariusun dediyinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın onun iştirakı olmadan mənzili sata bilməyəcəyini fikirləşmişdir. Hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-ya qarşı razılıq ərizələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmışdır.
14. Bakı Istintaq Təcridxanasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilmiş və məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın direktoru Rauf Ismayılovun oğluna borcu olduğunu, borca görə mənzili girov qoyduqlarını, borcu hissəhissə qaytardığını, hazırda həbsdə olduğunu, həbs olunduqdan sonra borcu qaytara bilmədiyini bildirmişdir.
15. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın nümayəndəsi X1, iddia ərizəsinin təmin olunmasını xahiş edərək, izahatında bildirmişdir ki, mübahisəli mənzili 2022-ci ildə cavabdeh3 borc müqaviləsi ilə satmışdır. Daha sonra borcdan 50000 manat qalmış, ödənişi edə bilməmişlər və 170000 manata satdıqları mənzili cavadehlər yenidən 200 000 manata MTK-ya geri satmışlar. Cavabdeh cavabdeh2 ilə onun oğlu dost idilər. Oğlunun dostu gəldi dedi ki, cavabdehlərin yaşamağa yerləri yoxdur. Bu ilin sentyabr ayına qədər hər ay 700 manat kirayə pulu verməklə həmin mənzildə qaldılar. Lakin sentyabr ayından sonra nə ödəniş edirlər, nə də ki, mənzildən çıxırlar. O, həmçinin izahatında, qeyd etmişdir ki, sözügedən mənzil əvvəl oğlunun adına olmuş, sonra cavabdeh3 satılmış, 2023-cü ildə yoldaşı Aidə Ismayılovanın mülkiyyətinə keçmiş, sonradan da iddiaçıya satılmışdır.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdehlər cavabdeh2 Tapdıq oğlunun, cavabdeh1 və cavabdeh3 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda inşa edilmiş * saylı binanın 4-cü blokunun 8-ci mərtəbəsində yerləşən ** saylı mənzildən çıxarılmaları qət edlmişdir.
17. Qətnamə onunla əsaslandırılımışdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı ## ######## 2025-ci il tarixli razılaşma ilə MTK-ya payçı kimi qəbul edilmiş və alqı-satqı müqaviləsi əsasında mənzilin dəyərini tam ödəyərək ünvan 1 ünvanında inşa edilmiş * saylı binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 105,33 m2 sahədən ibarət ** saylı mənzilə mülkiyyət hüququnu əldə etmişdir. Iş üzrə cavabdehlər isə mənzilin əvvəlki mülkiyyətçisi (cavabdeh3) və onun ailə üzvləridir. Cavabdeh cavabdeh3 sözügedən mənzili ## #### 2022ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-dan almışdır. Sonradan aralarında yaranmış borc münasibətlərinə görə cavabdeh3 və yoldaşı cavabdeh1 mənzilin satılması barədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-ya razılıq ərizələrini vermişlər. Bundan sonra mənzil ## ###### 2023-cü il tarixdə X5 mülkiyyətinə, daha sonra isə ## ######## 2025-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Mənzil hal-hazırda iddiaçı İddiaçı mülkiyyətində olsa da, mənzildə faktiki olaraq cavabdehlər yaşayırlar. Bu səbədən iddiaçı öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mənzil iddiaçının mülkiyyəti olduğundan və həmin mənzildə yaşamağa heç bir hüquqi əsası qalmayan cavabdehlərin mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Bununla bağlı iddiaçının mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında ola cavabdeh3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-ya qarşı razılıq ərizələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə bağlı mülki işin nəticəsini İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarına təsir etmədiyi üçün, məhkəmə hazırkı mülki işin icraatının dayandırmasına zərurət görməmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və II hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlillərinə görə, hazırki iş üzrə cavabdeh Muradova Aygu l Ibrahim qızı da eyni vaxtda iddiaçı qismində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK arasında bağlanmış, cavabdeh ** saylı Notariat Ofisində ##.##.2023-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu M.Hadi ku çəsi 41 u nvanında yerləşən * saylı binanın 8-ci mərtəbəsinin 62-ci mənzilinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı ərizəsində bildirir ki, 2022-ci ildə Bakı şəhərində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın inşa etmiş olduğu Bakı şəhəri, Xətai rayonu M.Hadi ku çəsi 41 u nvanında yerləşən * saylı binanın 8-ci mərtəbəsinin 62-ci mənzili 180000 manata alqı-satqı mu qaviləsi əsasında əldə etmişdir. Mənzilin alınmasında cavabdeh Muradova Aygu l Ibrahim qızının həyat yoldaşı Muradov Tapdıq və oğlu cavabdeh2 iştirak etmişdir. Həmin vaxtdan etibarən qeyd olunan mənzildə məskunlaşmışlar, lakin MTK tərəfindən mənzilin özəlləşdirilməsi u çu n onlara və digər sakinlərə arayış dövlət ru sumunun ödənilməsi haqqında məlumat verilməmişdir. MTKnın işçisi Ismayılov Fərid onlara vəd etdi ki, bir il mu ddətinə mənzilə çıxarışın alınması u çu n onlara arayış veriləcəkdir. Lakin o, vədini yerinə yetirmədi, 2023-cu ilin dekabr ayında həyat yoldaşı X2 ehtiyacı olduğu u çu n Ismayılov Fəriddən çıxarışının verilməsini xahiş etmiş və ona bildirmişdir ki, mənzilin kupçasını girov qoyub bankdan pul götu rəcəkdir. Ismayılov Fərid cavabdehin həyat yoldaşını aldadaraq ona demişdir ki, kupça yoxdur, ona borc pul versin. Həyat yoldaşı onunla razılaşmış, Ismayılov Fərid ayı 3% olmaqla illik 36% formatında ona 50000 manat borc pul təklif etmişdir. Daha sonra Fərid Ismayılov notariusda ona etibarnamə verilməsini istədi, bundan sonra cavabdeh Muradova Aygu l Ibrahim qızı notariusa gedib, lakin onlar mənzilin çıxarışının olmadığını qeyd edərək, ona etibarnamə vermədilər. Onun oğlu baş verənləri Fərid Ismayılova bildirdi. Fərid Ismayılov onlara Nizami rayonunda yerləşən ** saylı Notariat Kontoruna getmələrini, onların məsələsini həll etməyi tapşırdığını qeyd etdi. Onlar elə zənn etdi ki, bu etibarnamə borc qarşılığında girov u çu ndu r. Iddiaçı həyat yoldaşı ilə birgə həmin notariusa yollandı, onlara etibarbnamənin mu mku n olmadığını dedilər, oxumadan ərizəyə imza etdirdilər. Həmçinin, onlara mənzildən tam imtina etmək u çu n mu qavilə bağlamaq lazım olduğu bildirildi, onlar isə bildirdi ki, mənzili satmaq fikri yoxdur. Həmin ərizəni notarius aldıqdan sonra Fərid Ismayılova təqdim etdilər və 50000 manat borc aldılar. Fərid Ismayılov cədvəl tərtib edərək, aylar u zrə ödəməni mu əyyən etdi. Həmin vaxtdan başlayaraq cavabdehin oğlu Nicat hər ay 5740 manatı ona verib, cədvəl u zrə imza çəkmişdir. Qeyd olunan məbləğ bir il ərzində ödənmişdir. Həmin ödəniş cədvəlində cavabdeh2 imzaları olmasına baxmayaraq, MTK tərəfindən sənəd saxtalaşdırılaraq X5 adı qeyd olunmuşdur. Halbuki, nə X5, nə də hazırki iddiaçı İddiaçı mənzillə bağlı ödənişlərini təsdiq edən heç bir rəsmi qəbz və ya digər sənəd məhkəmələrə təqdim olunmayıb. Onlar yenidən evin kupçasını tələb etdikdə Fərid Ismayılov onlara konkret məlumat vermədi. ##.##.2025-ci il tarixində onlara məxsus mənzilə mu ştəri gələrək, Fərid Ismayılovun həmin mənzili satılıq mənzil olması ilə əlaqədar gəldiyini qeyd etdi. Fərid Ismayılova etirazını bildirəndə məlum oldu ki, o, həmin 50000 manatı onlara təqdim etdiyi gu n onların notariusda alıb ona verdikləri ərizə əsasında evi həmin mu ştəriyə satdığını bildirmişdir. Lakin heç bir alqı-satqı mu qaviləsi yoxdur, Fərid Ismayılov qanunsuz olaraq həmin mu ştəridən pulu alaraq guya mənzili ona satmışdır. Sənədlərə baxdıqda öyrəndi ki, o, evi gu ya X5, ehtimal ki, həmin şəxs Ismayılov Fəridin qohumudur. Həmçinin, borca görə öhdəçilik tərtib edən Fərid Ismayılov onu X5 adına sənədləşdirmişdir. Halbuki, həmin öhdəçilikdən göru nu r ki, borc pulu aylar u zrə ödəyən onların tapşırığı ilə cavabdehin oğlu cavabdeh2dır, öhdəçilikdəki imzalar da ona məxsusdur. Bu qayda ilə onlara u mumilikdə Ismayılov Fəridə 68880 manat nəğd pul ödəmişlər. Müvafiq sübutlar hazırda apellyasiya şikayətinə əlavə olunur. Eyni zamanda, cavabdeh Muradova Aygu l Ibrahim qızı tərəfindən Xətai Rayon Prokurorluğuna, Xətai RPI-yə Ismayılov Fərid barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə cinayət işinin başlanması barədə şikayətlər verilmişdir. Hesab edir ki, qətnamə cavabdehlərin mülkiyyət hüquqlarını pozduğu üçün qanunsuz və əsassızdır. Cavabdeh tərəfdən notariusa təqdim edilən sənəd borc mu qabilində girov xarakterli sənəd kimi nəzərdə tutulmuşdu. Yəni cavabdehin iradəsi mənzildən imtina və ya onun başqasına satılmasına yönəlməyib. Buna görə də həmin sənəd real iradə ifadəsinə uyğun gəlmədiyindən əqd hesab oluna bilməz. Cavabdehlərin həqiqi məzmunlu iradəsi yalnız borc mu qaviləsinin bağlanması idi. Notariusda imzaladıqları sənəd isə cavabdehlərə oxunmamış, yanlış təqdim olunmuşdur. Deməli, burada onların iradəsi təhrif edilmişdir və bu, hu quqi nəticə doğurmamalıdır..
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
23. Cavabdeh cavabdeh3 nümayəndəsi vəkil2 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
24. Digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (onların nümayəndələri) isəməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır;
26. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar).”
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
31. Cavabdehin iddiaya etirazının və apelllyasiya şikayətinin əsas dəlilini təşkil edən hal bundan ibarətdir ki, mübahisə predmeti olan mənzilin digər şəxsin adına özgəninkiləşdirilməsi barədə ərizələrin verilmə səbəbi bundan ibarət olmuşdur ki, 2023-cu ilin dekabr ayında X2 ehtiyacı olduğu u çu n aylıq 3% olmaqla illik 36% formatında ona 50000 manat borc almış və mənzilin çıxarışı olmadığından notariat kontorunda həmin ərizələr verilmiş, lakin ərizələrin məzmunu barədə məlumatlı olmamışlar.
32. Lakin qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası apellyatorun ərizənin məzmunu barədə dəlilinin ona görə əsaslı və inandırıcı hesab etmir ki, eyni mənzil ## ###### 2025-ci il tarixdə kirayə müqaviləsinə əsasən X5 tərəfindən X18 Nicat Tapdıq oğluna hər ay 700 manat kirayə haqqı ödənilmək şərtilə ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixə kimi kirayə verilmişdir. Iş materiallarında bir neçə ay üçün icarə haqqının ödənilməsi barədə qəbzlər də mövcud olduğundan həmin müqavilə üzrə X5 tərəfindən mənzilin cavabdeh2 Tapdıq oğluna kirayəyə verilməsi faktı aşkardır.
33. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və həmçinin, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Hazırkı situasiyada da cavabdehlər ərizənin məzmunundan məlumatsız olduqlarını qeyd etsələr də sonrakı hərəkət – ailə üzvü tərəfindən həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması bu dəlilin əsassız olduğun təsdiq edir.
34. Digər tərəfdən iddiaçı digər dəlil kimi sürür ki, həmin ərizələr onun tərəfindən digər iş üzrə mübahisələndirilmişdir. Lakin iş materiallarından görünür ki, həmin ərizələr msübahisələndirilsə də, hazırkı iddiaçı ilə bağlanmış müqavilə mübahisə predmeti olmamışdır, yəni, ## ######## 2025-ci il tarixli müqaviləyə əsasən mənzil üzərində hüquqlar iddiaçıya məxsusdur və o, hazırkı tələbi irəli sürməkdə haqlıdır.
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.