Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-57/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Müsyib oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsindən istifadəyə qadağa qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz istifadəsinə qadağanın qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdehlər X9, X5, X6 və X12 azyaşlı övladı X1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi ünvanındakı **B saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin X9, X5, X6 və X12 azyaşlı övladı X1 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi ünvanındakı **B saylı fərdi yaşayış evinə qeydiyyatlarının ləğvi üçün əsas olması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər X6, X12 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, cavabdehlər X9, X6, X12 və X5 azyaşlı övladı X1 ilə birlikdə ünvan 2 ünvanındakı **B nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir.
3. Abonent saldosundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsində yerləşən, 68 B saylı fərdi yaşayış evinə qazın verilməsi ilə əlaqədar İddiaçı ilə müqavilə bağlanmış, abonent kodu 100215506800110-dur.
4. "xxxx” ASC Yasamal rayon Sukanal idarəsi üzrə ödənişlərin siyahısından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsində yerləşən, 68 B saylı fərdi yaşayış evinə suyun verilməsi ilə əlaqədar İddiaçı ilə müqavilə bağlanmış, abonent kodu 0718206820000-dur.
5. “xxxx” ASC-nin abunə haqqında məlumatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsində yerləşən, 68 B saylı fərdi yaşayış evinə işığın verilməsi ilə əlaqədar İddiaçı ilə müqavilə bağlanmış, abonent kodu 0400155068B0000-dır.
6. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin ** nömrəli Mənzil Kommunal Istismar Sahəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz istifadəsinə qadağanın qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi ünvanındakı 68 B saylı evin arxasında yerləşən və uzun illər ərzində iddiaçının faktiki sahiblik və istifadəsində olmuş 20 kv.m torpaq sahəsindən cavabdeh Cavabdeh hər hansı şəkildə istifadəsinə, eləcə də onun tərəfindən həmin torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına qadağa qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ##.##.1972-ci il tarixdə anadan olmuşdur və həmin vaxtdan hal-hazıradək ünvan 4 ünvanında yaşayır. Daha əvvəl, təxminən 50-ci illərdən qeyd olunan ünvanda valideynləri yaşamışdır. 2000-ci ildə ailə qurduqdan sonra da iddiaçı ailəsi ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. 2001-ci il və 2010-cu il tarixlərdə 2 övladı da həmin evdə doğulmaqla hal-hazıradək həmin evdə yaşayırlar. Yasamal Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli qətnaməsi ilə (iş nömrəsi 2(004)- 1225/2023, sədrlik edən hakim G. Babazadə) iddiaçı İddiaçı cavabdehlər X9, X2, X5, X6, X7 və X12 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməsi, cavabdehlər X9, X5, X6 və X12 azyaşlı övladı X1 ilə birlikdə ünvan 3 ünvanındakı **B saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin X9, X5, X6 və X12 azyaşlı övladı X1 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi ünvanındakı **B saylı fərdi yaşayış evinə qeydiyyatlarının ləğvi üçün əsas olması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli qətnaməsindən cavabdehlər X12 və X6 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin onlara aid hissədə ləğv edilməsi, iddia tələbinin onlara aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın ## ###### 2023-cü il tarixli qətnaməsi ilə (s/e hakim F.Qasımov, iş No 2(103)-4185/2023) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsindən cavabdehlər X6, X12 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, cavabdehlər X9, X6, X12 və X5 azyaşlı övladı X1 ilə birlikdə ünvan 1 ünvanındakı **B nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanındakı ev iddiaçının sahiblik və istifadəsindədir. Həmçinin yaşadığı evə dair işıq, su və qaz sayğacları da iddiaçının adınadır. Iddiaçının yaşadığı evin arxa tərəfində uzun illər ərzində faktiki olaraq iddiaçı və onun ailəsinin istifadəsində olmuş sahəsi 20 kv.m olan torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə iddiaçı və onun ailəsinin evdən çıxış üçün qapı da mövcuddur. Həmin torpaq sahəsində onlar zaman-zaman əkin əkmişlər. Paltarlarını ordan asmışlar. Həmçinin zəruri olduqda, stol və stul qoyub həmin torpaq sahəsində oturmuşlar. Iddiaçının rəhmətlik atasının vaxtından, yəni təxminən 50-ci illərdən qeyd etdiyi torpaq iddiaçı və onun ailəsinin faktiki sahiblik və istifadəsində olmuşdur. Qonşuluqda cavabdeh Cavabdeh məxsus ev vardır. Lakin cavabdeh R.M. Məmmədov həmin evdə yaşamır, həmin evi kirayəyə vermişdir. Müəyyən müddətdir ki, cavabdeh R.M. Məmmədov uzun illər ərzində iddiaçı və onun ailəsinin faktiki sahiblik və istifadəsində olmuş qeyd etdiyi torpaq sahəsində hansısa tikililər inşa etməyə cəhd göstərməklə, həmçinin qeyd olunan torpaq sahəsindən iddiaçının istifadəsinə maneçilik törətməyə başlamışdır. Iddiaçı tərəfindən cavabdeh Cavabdeh müraciətlər edilərək, bu cür hərəkətlərə son qoyulması tələb edilsə də, cavabdeh yenə də ara-sıra bu cür hərəkətlərini davam etdirir. Həmçinin həmin torpaq sahəsində tikililər inşa edəcəyini bildirir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab edir ki, onun və ailəsinin uzun illər ərzində faktiki sahiblik və istifadəsində olmuş 20 kv.m torpaq sahəsindən cavabdeh Cavabdeh hər hansı şəkildə istifadəsinə, eləcə də onun tərəfindən həmin torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına qadağa qoyulmasına dair qətnamə qəbul edilməlidir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, sözügedən torpaq sahəsinə İddiaçı məxsus fərdi yaşayış evi ilə yanaşı, Kamil və Nəsibə adlı şəxslərə məxsus fərdi yaşayış evinin də qapı çıxışı var idi. Həmin şəxslər hazırda həmin evdə yaşamır. Ancaq, əvvəllər yaşadıqları dövrdə onların həmin torpaq sahəsindən istifadə etdiyinin şahidi olmuşdur. Hal-hazırda həmin torpaq sahəsi İddiaçı istifadəsindədir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, o, Rafiqin qonşusudur. Onun evinin pəncərəsi də həmin torpaq sahəsinə açılır. Həmin torpaq sahəsindən başqa şəxsin istifadə edib-etmədiyini bilmir. Rəsul orada tikinti aparmaq istədiyini bildirib.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, Rafiq onun qonşusudur. Həmin torpaq sahəsindən Rafiq istifadə edir. Rəsulu tanımır.
12. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh qonşudurlar və tərəflərə ayrı-ayrılıqda məxsus olan evlərin qapıları sözügedən torpaq sahəsinə açılır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.
14. Məhkəmə göstərmişdir ki, mübahisəli torpaq sahəsi hüquqi rejiminə görə özbaşına tikili sayıldığı üçün və tərəflərin mübahisəli əmlaka dair mülkiyyət hüququ mövcud olmadığından və bunun əsasında onların həmin torpaq sahəsi ilə əlaqədar hər hansı formada hüquqları yaranmadığından iddiaçının cavabdehə qarşı həmin torpaq sahəsindən istifadəsinə qadağa qoyulması tələbi ilə çıxış etməsi əsassız olduğu üçün təmin edilə bilməz.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, Mülki Məcəllənin 6.1.1, 139.1, 139.3, 152.1, 152.2, 152.3, 152.5, 157.8, 158.1.2, 158.2, 158.4, 170.1, 180.1, 180.2, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini, müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 13, II hissə. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
23. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
24. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
25. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
33. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
40. Apellyasiya icraatı zamanı kollegiya tərəfindən bir daha əraziyə baxış keçirilməklə, yerində müayinə hərəkətləri aparılmışdır. Kollegiya tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi bir neçə fərdi yaşayış evinin arasında yerləşir. Torpaq sahəsi hər tərəfdən inşa edilmiş fərdi yaşayış evlərinin divarları ilə əhatə olunmuşdur. Torpaq sahəsinə keçid həm də iddiaçının evindən mümkündür. Cavabdehə aid tikililin həmin torpaq sahəsinə çıxışı olsa da, cavabdeh yerində müəyinədə iştirak etmədiyindən ona məxsus tikilidən torpaq sahəsinə keçmək mümkün olmamışdır, ancaq köhnə qapı mövcuddur.
41. Iddiaçı tərəfindən torpaq sahəsinə dair nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir.
42. Əvvəllər sözügedən mübahisəli torpaq sahəsindən başqa şəxslərin istifadə etməsi hazırda cavabdehin də həmin sahədən istifadə etdiyi nəticəsinə gəlməyə əsas verir.
43. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər həmin torpaq sahəsinin iddiaçının da istifadəsində olduğunu öz ifadələri ilə təsdiq etmişlər. Beləliklə, iş üzrə tərəflərdən hər ikisi həmin sahədən uzun müddət ərzində faktiki istifadə etdiklərindən, bərabərlik prinsipinə uyğun olaraq onların sözügedən daşınmaz əmlakdan bərabər istifadə etmək hüququ vardır və iddiaçının buna etiraz etməsi cavabdehin həmin sahədən istifadə etməməsi üçün əsas ola bilməz.
44. Iddiaçı iddia edir ki, cavabdeh onun faktiki sahibliyi və istifadəsində olan mübahisəli torpaq sahəsindən istifadə etməsinə maneçilik törədir. Iddiaçının bildirdiyinə görə, cavabdeh həmin ərazidə tikililər inşa edəcəyini bildirir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin sözügedən mübahisəli sahədən hər hansı şəkildə istifadəsinə, eləcə də onun tərəfindən həmin torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına qadağa qoyulmasını tələb etmişdir.
45. Kollegiya iddia münasibətdə qeyd edir ki, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar özbaşınalığın qarşısının alınmasını təmin edən tələblərdir. Özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq sahibliyinin pozulması başa düşülür.
46. Bu kateqoriyadan olan işlərə baxılarkən əşya üzərindəki mübahisəli subyektiv hüquqların araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruri olmasa da, özbaşınalığa məruz qalmış sahibin tələbi əsasında məhkəmə, öncəki faktiki vəziyyətin bərpa edilməsini təmin etmək üçün iddiaçının mübahisəli əşya üzərində əvvəlki və ya mövcud sahib olması halını müəyyən etməlidir. Belə ki, qeyd olunan iddia ilə məhkəməyə müraciət edən iddiaçının subyektiv marağı məhz özbaşınalıq nəticəsində pozulmuş sahibliyinin əvvəlki vəziyyətinin bərpasına yönəlir.
47. Baxılan işdə də iddiaçının məhkəməyə müraciətinin məqsədi, sahiblik etdiyi torpaq sahəsinin onun iradəsinə zidd olaraq cavabdehin istifadəsi ilə bağlı olmuş, yəni torpaq sahəsi üzərində sahibliyinə müdaxilənin qarşısının alınmasının təmin edilməsinə yönəlmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının özbaşınalıqdan müdafiə hüququnun, habelə başqa şəxslərdən qanunsuz hərəkətlərinin dayandırılmasını tələb etmək hüququnun yaranması üçün ilk öncə onun müdaxiləyə məruz qalmış əşyanın mövcud və ya əvvəlki sahibi olması halı müəyyən edilməlidir. Yəni: 1) iddiaçı həmin əşyanın əvvəlki və ya mövcud sahibi olmalıdır; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir; 3) cavabdehin mövcud sahibliyi və ya törətdiyi təcavüzü qanunsuz olmalıdır; 4) sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır.
49. Sahibliyin müdafiəsi barədə iddialar yuxarıda göstərilən şərtlər əsasında və ardıcılıqla yoxlanılmaqla həll edilir. Bu şərtlərin hər biri aşkar edildikdə iddia əsaslı sayılaraq təmin olunur. Onlardan hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın rədd edilməsinə əsas verir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.
50. Beləliklə iddiaçının əvvəlki və ya mövcud sahib olmasını müəyyən etmək üçün o, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilməli və ya sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilməlidir.
51. Qeyd edildiyi kimi sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
52. Birinci instansiya məhkəməsi işdə olan sübutların təhlili nəticəsində müəyyən etmişdir ki, iddiaçı mübahisə torpaq sahəsinin özünə məxsus olduğuna istinad etsə də, bu tikiliyə faktiki sahibliyi təkbaşına həyata keçirdiyini sübuta yetirə bilməmişdir.
53. Eləcə də iddiaçı onun sahibliyinə cavabdeh tərəfindən real müdaxilə törədilməsini də sübut edə bilməmişdir.
54. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bildirdiyi faktiki halların tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu müəyyən edilməmişdir. Buna görə, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
55. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir.
56. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.