Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-575/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(5-93)-153/2026 saylı işi üzrə xx.xx.2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı cavabdeh Azərbaycan X1rşı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış **********001 su abunə kodunun onun adına bərpa edilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(5-93)-153/2026 saylı işi üzrə xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsinin (yolverilməzliyinə görə) qəbul edilməsindən imtina edilmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.1, 153.2, 153.2.1,153.4, 153.5, 153.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etmədən öncə abonent kodunun adına keçirilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarına müraciət etməli olduğu halda, o, bu tələbə əməl etmədən məhkəməyə hazırki tələblə müraciət etmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubda da iddiaçıya zəruri sənədlərlə "ASAN Xidmət” və "ASAN Kommunal” mərkəzlərinə müraciət etməsi tövsiyyə edilmişdir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı qərardaddan şikayət verərək, Binəqədi rayon Məhkəməsinin e-2(5-93)-153/2026 saylı,xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsini və onun Azərbaycan X1rşı Abonent kodunun adına bərpa edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilərək, mahiyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, o iddiasında qeyd etmişdir ki, 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi 0.02 ha torpaq sahəsində 2 mərtəbəli, 1-ci mərtəbəsi 2 yaşayış otağı, mətbəx, hamam sanitar qovşaq və qarajdan ibarət, 2-ci mərtəbəsi 3 yaşayış otağı, hamam, sanitar qovşaq, mətbəx və iki tərəfli eyvandan ibarət, ümumi sahəsi 160 kv metr özbaşına tikili olan fərdi yaşayış evini inşa etmiş və 2014-ci ildə tam köçüb orada yaşamağa başlamışdır.Fərdi yaşayış evinə ünvan 1 ünvanı verilmişdir. Evin bütün kommunal abunə kodları, o cümlədən **********001 Su abunə kodu onun adınadır. X2 3 saylı ASAN Kommunal xidmətinə müraciət edərək, onun yaşadığı özbaşına tikilinin onun mülkiyyətində olmasına dair saxta Qeydiyyat vəsiqəsi təqdim etmiş və ASAN Kommunal xidməti həmin Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan fərdi yaşayış evinin **********001 Su abunə kodunu X5 adına keçirmişdir. O da bununla bağlı ASAN xidmət mərkəzinə və 3 saylı Asan Kommunal mərkəzinə müraciət etmişədir. Həmin qurumlar da onun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etməli oduğunu bildirmişlər. O da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət etmişdir. Agentlik də onun adı çəkilən qurumlara müraciət etməli olduğunu bildirmişdir. Axı o iddia ərizəsində qeyd etmişdir ki, ev özbaşına tikilidir və heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Lakin 2014-cü ildə evə su çəkilmişdir, sayğac qoyulmuşdur və onun adına **********001 Su abunə kodu verilmişdir. Ancaq Agentlik qanunsuz olaraq həmin abunə kodunu onun razılığı və icazəsi olmadan başqa şəxsin adına keçirmişdir. Onu da qeyd edir ki, o eyni tarixdə və eyni əsasla Azərişıq ASC-nə qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırmış və iddiası üzrə e-2(5-93)-148/2026 saylı iş üzrə xx.xx.2026-cı il tarixinə hazırlıq iclası təyin edilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə istinadən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət etmiş və qeyd etmişdir ki,Binəqədi rayon Məhkəməsi qərardadda qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubda da iddiaçıya zəruri sənədlərlə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməsi tövsiyyə edilmişdir". Apellyasiya Məhkəməsinə təqdim etdiyi, ASAN Xidmət Mərkəzlərindən ona göndərilən məktublarda müraciətlərinə baxılması üçün aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. Göründüyü kimi, abunə kodunun adına bərpa edilməsi səlahiyyəti ASAN Xidmət və ASAN Kommunal Mərkəzlərinin səlahiyyətində deyildir. Buna görə də onun Azərbaycan X1rşı iddiasına Binəqədi rayon Məhkəməsində mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; Ərizədə göstərilməlidir. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); İddia ərizəsinə əlavə edilir. 150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir.153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şikayətin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsində qəbul edilmiş qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Şikayətin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı ASAN xidmət mərkəzinə və 3 saylı Asan Kommunal mərkəzinə müraciət etdiyini, həmin qurumların da onun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etməli oduğunu bildirdiyini qeyd etsə də, bununla bağlı sübutlar iddia ərizəsinə, hətta şikayətinə belə əlavə edilməmişdir. Məhkəmə ilkin olaraq iddianın mümkünlüyünə qiymət verildiyi zaman yalnız cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubu və orada iddiaçıya zəruri sənədlərlə "ASAN Xidmət” və "ASAN Kommunal” mərkəzlərinə müraciət edilməsinin tövsiyyə edildiyini gördüyündən, sonradan apellyasiya Məhkəməsinə təqdim etdiyi, ASAN Xidmət Mərkəzlərindən ona göndərilən məktublarda müraciətlərinə baxılması üçün aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş olmasından xəbərdar ola bilməz idi. Qeyd edilməlidir ki, iddia ərizəsinin verildiyi prosessual zamanda iddiaya dair ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların (siyahısını) təqdim edilməsi və əldə edilməsi zəruri olan sübutların təmin edilməsi barədə vəsatətin verilməsi qanunvericiliyin tələbidir. Qeyd edilən sənədlər (sübutlar) təqdim edildiyi təqdirdə məhkəmə icraatının mümkünlüyü üzrə obyektiv əsaslar dəyişdiyindən, yenidən iddia qaldırmaq imkanı istisna edilmir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(5-93)-153/2026 saylı işi üzrə xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(3-6)-575/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-575/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver