Məhkəmə qərarları › İş №2(3-6)-579/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-579/2026

07.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-579/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, əmək kitabçasına düzəlişin edilməsi Hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, əmək kitabçasına düzəlişin edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “sürücü” vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ##.##.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin icarəyə verilməsi” müqaviləsinə əsasən cavabdehin istifadəsində olan “X3 yük” markalı, ** GE *** dövlət nömrə nişanlı avtomobili ##.##.2024-cü il tarixdə idarə edərkən, yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə və avtomobil vasitəsi ilə daşınan yükə (kübrəyə) zərər dəymişdir. Həmin hadisənin törədilməsində iddiaçı təqsirli bilinmiş və bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsinin VII Tağım yol patrul xidmətinin ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarına əsasən iddiaçı ##.##.2024-cü il tarixdə törədilmiş bu inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək, onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayət Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə təmin edilməmişdir. İddiaçının bu qərardan verdiyi şikayət də, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli, ***/Ş nömrəli əmri ilə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərarın ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, işdən qanunsuz azad edilmə nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutulması, əmək kitabçasına edilmiş qeydin etibarsız hesab edilərək ləğv edilməsi, məhkəmə xərclərinin və digər ödənişlərin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış, eyni zamanda götərmişdir ki, ##.##.2024-cü il tarixdən cavabdeh MMC-də işləmiş, onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Şirkət onu yaxına buraxmamış, əmək kitabçasını verməmişdir. Əmrlə tanış olmadan onu işdən çıxartmışlar. ##.##.2025-ci il tarixdə 12 ton yüklə Bakıdan Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil avtomobilin sağ arxa dönmə təkərinin partlaması zamanı idarəetmənin itirdiyi halda arxa sağ most təkəri də partladığı üçün yolun ortasında yerləşən beton dirəklərə çırpılmışdır. Avtomobil aşmış, bədən xəsarəti almışdır. Bundan sonra hadisə yerinə gələn yol polis idarəsinin əməkdaşları hadisə yerinə gələrək onu avtomobildən çıxartmış, polisə xəbər verməmiş, onun huşsuz vəziyyətdə olmağından istifadə edərək protokol yazıb qol çəkdirmiş, onun müdirləri həmin protokolu aparıb cəriməni ödəyərək özlərini düşünmüşlər.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də sürücü vəzifəsində əmək fəaliyyətinə başlamış və onunla Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində ona etibar edilmiş əmlak və digər sərvətlərin salamatlığını təmin etmək, onlara qayğı ilə yanaşmaq və onun hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə tam həcmdə maddi məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. İddiaçı ##.##.2025-ci il tarixdə, saat 18:40 radələrində ona yönləndirilmiş sifarişin icrası məqsədilə icarə müqaviləsi ilə Cavabdeh MMC-nin istifadəsində olan, yol vərəqəsi əsasında idarə etdiyi **-GE-*** dövlət qeydiyyat nişanlı “X3 Yük” markalı, vaqon tipli nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 209-cu km istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və yolayrıcında olan beton sədlərə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində sifarişin icrası zamanı daşınan yükə (gübrəyə) və nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə ilə bağlı “X3 Yük” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün “xxxx” MMC-yə müraciət edilmiş və əldə edilmiş ****VE-**** nömrəli, ##.##.2025-ci il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 25.956,56 manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Eyni zamanda, ******-** nömrəli, ##.##.2025-ci il tarixdə tərtib olunmuş akta əsasən yükə dəymiş zərərin məbləği 14.700 manat olaraq müəyyənləşdirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə VII Tağım Baş yol patrul xidmətinin Polisinin ##.##.2025ci il tarixli, İXP7065282 nömrəli protokoluna uyğun olaraq tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərarı əsasında İddiaçı təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Bu qərarın ləğv edilməsi üçün iddiaçı şikayətlə məhkəməyə müraciət etmiş, lakin Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən, verilmiş şikayət isə təmin edilmədən saxlanılmışdır. Qərardan verilmiş apelyasiya şikayəti də təmin edilməmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna da müraciət edilmiş, lakin Baş prokurorluqdan verilmiş cavaba əsasən isə məlum olmuşdur ki, İddiaçı baş vermiş hadisəyə görə tam məsuliyyət daşıyır və o, nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmuş, İXM ilə nəzərdə tutulmuş müvafiq əməli törətmişdir. İnzibati tənbeh vermə haqqında qərar, polis tərəfindən tərtib edilmiş hadisənin sxemi, polisə verdiyi izahat və əlavə olaraq müəssisəyə təqdim etdiyi izahat təsdiq edir ki, hadisə baş verən zaman onun sağlamlığına hər hansı zərər dəyməyibdir. Həmçinin, Baş Prokurorluğun cavabına əsasən təsdiq edilir ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi Alayının VII tağımının əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edildiyi kimi, manevr etmə qaydalarının pozulması olmuşdur. İddiaçı tərəfindən bu pozuntuya yol verilməsi nəticəsində şirkətə külli miqdarda ziyan dəymiş və bu da məhkəmə sisteminə əlavə edilmiş sənədlər – nəqliyyat vasitəsinə münasibətdə qüsur aktı, daşınmış yük olan gübrəyə dəymiş ziyanın təsdiqi barədə akt, bu ziyanının qarşılığı üçün malları daşınmış və iddiaçının əməli nəticəsində zərər dəymiş şirkətə Cavabdeh MMC tərəfindən zərər məbləğinin ödənilməsini təsdiqləyən ödəniş qəbzləri və polis sənədləri ilə sübut olunur. İddiaçı baş vermiş hadisədə sağlamlığına zərər dəydiyini bildirsə də, bunun yalan olduğu yuxarıda qeyd edilmiş sənədlər və məhkəmə qərarı ilə öz təsdiqini tapır. Belə ki, bədbəxt hadisə faktı, yəni yol hərəkəti qaydalarını pozarkən şəxsin sağlamlığına zərər dəyməməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh MMC-yə külli miqdarda ziyan vurulmuş və bu ziyanın ödənilməsindən yayınmaq məqsədilə, qərəzli olaraq adı çəkilən şəxs əsassız şəkildə məhkəməyə müraciət etmişdir. İddiaçı təqsirkar olduğu bütün əlavə edilmiş sənədlərlə sübut olunur və açıq-aydındır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin əmək müqaviləsinin ləğv edilməsi haqqında ##.##.2025-ci il tarixli, ***/Ş nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə sürücü vəzifəsinə işə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının İddiaçı ödənilməsi, İddiaçı məxsus əmək kitabçasına Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyi barədə əmrin ləğv edilməsi yönündə düzəliş edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X5)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmək müqaviləsinin ləğv edilməsi barədə ##.##.2025-ci il tarixli əmrin əsası olaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi göstərilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş sadalanan hallardan hazırkı iş üzrə cavabdeh tərəfindən istinad olunan faktiki hal 72-ci maddənin “f” bəndində nəzərdə tutulmuş işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi halıdır. İşçinin iş vaxtı ərzində inzibati xəta törətdiyi iş materialları ilə öz təsdiqini tapmır. Bu barədə inzibati xəta haqqında qərar qəbul edilmiş, qərardan şikayət verilsə də, məhkəmə tərəfindən şikayət təmin edilməmiş, məhkəmə aktı qanuni qüvvəsini almışdır. Lakin görünən odur ki, işçinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarı işçi tərəfindən mübahisələndirilməsinə baxmayaraq, bunun nəticəsini gözləmədən ##.##.2025-ci il tarixdə daxili akt tərtib etmiş, aktda inzibati orqanın qərarına istinad etməklə həmin tarixdə əmək müqaviləsi ləğv edilmişdir. İşçinin inzibati xəta törətməkdə təqsiri isə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə sabitlənmişdir. Halbuki, işəgötürən işçinin işdən kənarlaşdırılması kimi qanunvericiliyin verdiyi imkanlardan istifadə etməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi zamanı zəruri olan digər tədbirləri görə bilərdi. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi özü ən ağır intizam tədbiri kimi təsbit edilmişdir və digər intizam tənbeh tədbirləri ilə bu tədbir tətbqi edilərkən də işçinin izahatının alınması zəruridir (Əmək Məcəlləsi, maddə 187.1).

7. Hazırkı halda işçinin izahatı, əgər izahat verməkdən imtina etmişdirsə, bu barədə müvafiq akt məhkəməyə təqdim edilməmişdir. İş üzrə iddiaçının əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilsə də Həmkarlar ittifaqı təşkilatına bu barədə hər hansı müraciət, təşkilatın əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməsi barədə yazılı qərarı da məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir. Bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni ##.##.2025ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələb də təmin edilməlidir.

8. Məhkəmə maddi və mənəvi zərərinin əvəzinin tutulması hissəsində iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, işçinin işləmədiyi dövrdə məhrum olduğu əmək haqqından əlavə hər hansı maddi zərərə uğradığı şərh edilməmiş, bu barədə müvafiq sübutlar təqdim edilməmişdir. Hazırki işin halları baxımından cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri öz təsdiqini tapsa da, mənəvi zərərinin əvəzinin tutulması üçün zəruri olan digər faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

9. İddiaçı tərəfindən məhkəmə xərcləri və digər ödənişlərin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürsə də, məhkəməyə iddiaçı tərəfindən hər hansı ödəniş edilməmiş, digər ödənişlərin nədən ibarət olduğu qeyri-müəyyən qalmışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının digər tələbi formal baxımdan əmək kitabçasına edilmiş qeydin ləğv edilməsi olaraq ifadə edilsə əmək kitabçasına edilmiş qeydin etibarsız hesab edilərək ləğv edilməsi özlüyündə heç bir hüquqi nəticəyə səbəb olmayan hərəkətdir. Lakin iddiaçının hüquqi marağı onun 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilməsinin əsassız olduğunun əmək kitabçasında əks edilməsidir və bu yöndə öhdəliyin cavabdehin üzərinə qoyulması əsaslıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu, 68.1-ci, 70-ci, 71-ci, 72-ci, 80-ci, 83.1-ci, 186-cı, 187-ci, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77.1-ci, 119-cu, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

12. Həmin qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəflərindən təqdim edilən materialların heç birinə baxmamış, yalnız iddiaçının əsassız sübutları və məhkəmə iclasında dedikləri ilə kifayətlənmişdir. İşin hallarından, sübutlardan və sonda məhkəmənin qəbul etdiyi qətnamədən açıq-aydın görünür ki, işəgötürənin hüquqları pozulmuşdur. Qətnamənin 21-ci hissəsində qeyd edilən halı sübut edən material tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir, iddia ərizəsinə etirazda da bu barədə məlumat göstərilmişdir. ##.##.2025-ci il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla iddiaçı tərəfindən İXM-nin 327.1-ci maddəsini pozduğu təsdiq edilmiş, daha sonra bundan məhkəmə qaydasında birinci instansiya və apellyasiya instansiyası qaydasında şikayət verilmiş, lakin hər iki instansiya üzrə şikayət təmin edilməmiş, qərar qüvvədə saxlanılmışdır. Məhkəmə ikinci cümlədə qərardan şikayət verildiyini qeyd etməklə ziddiyyətli məqama yol vermişdir. Əvvəlcə yazılır ki, qərar olmayıb, daha sonra yazılır ki, şəxs qərardan məhkəməyə şikayət verib və qərar qüvvədə qalıb. Mübahisələndirilən qətnamənin 22-ci hissəsində yazılır ki, işçinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar işçi tərəfindən mübahisələndirilməsinə baxmayaraq, bunun nəticəsini gözləmədən ##.##.2025-ci il tarixli daxili akt tərtib etmiş, aktda inzibati orqanın qərarına istinad etməklə həmin tarixdə əmək müqaviləsini ləğv etmişdir. İşçinin inzibati xəta törətməkdə təqsiri isə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə sabitlənmişdir. Məhkəmənin bu yanaşması absurddur. Birincisi, müəssisə o halda gözləyərdi ki, şəxs barəsində tərtib edilmiş protokolun inzibati tənbeh vermə haqqında qərarını məhkəmə qəbul etməli olsun. Bu hüquqi şəxs deyil, fiziki şəxsdir və barəsində inzibati xəta haqqında protokol, daha sonra isə inzibati tənbeh vermə haqqında qərar DYP tərəfindən qəbul edilir və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi şəxsin təqsirini birbaşa təsdiq edir. Barəsində icraat aparılan şəxs bundan şikayət verə də bilər, verməyə də bilər, bu hissədə isə gözləmək müəssisənin öhdəliyi olaraq heç bir qanunvericilikdə imperativ tələb kimi müəyyən edilməyib. İnzibati tənbeh vermə haqqında qərarın olması şəxsin təqsirini birbaşa təsdiq edir. Üstəlik, inzibati tənbeh vermə haqqında qərar ##.##.2025-ci il tarixdə tərtib edilib, müəssisə isə vəziyyəti araşdırmaqla ##.##.2025-ci il tarixdə aktlaşdırmışdır. Yəni müəssisə gözləməməli olduğu halda belə, kifayət qədər şəxsə vaxt vermiş və gözləmişdir. Əlavə olaraq, məhkəmə qətnaməsində təsdiqləyir ki, inzibati tənbeh vermə haqqında qərar Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə qalmışdır. Odur ki, heç bir halda işəgötürənin qanunu pozması, işçinin hüquqlarını pozması kimi nəticələrə gəlinə bilməz və bu qeyd edilənlərin heç biri buna əsas vermir. Qətnamənin 24-cü hissəsində qeyd edilir ki, işçinin əmək müqaviləsinə xitam verilərkən izahatı alınmamışdır. Qətnamədə bunun yazılması bir daha göstərir ki, məhkəmə işəgötürənin təqdim etdiyi heç bir sübutu nəzərə almayıb və ümumiyyətlə araşdırmayıb. İddiaçının iddia ərizəsinə müəssisə tərəfindən etiraz təqdim edilərkən etirazın mətnin 3-cü hissəsində şəxsin müəssisəyə təqdim etdiyi izahatın olduğu qeyd edilir. Birincisi, izahat yoxdursa və müəssisə bu izahatı təqdim etmək niyyətində deyilsə, niyə etirazın mətnində belə bir məlumat yazsın. Habelə, iş üzrə məhkəmə sorğusu müəssisəyə təqdim edilərkən bütün iş materialları (polis sənədləri, maşına dəyən zərər üzrə qüsur aktı, daşınma obyektinə dəymiş zərər üzrə qüsur aktı, sonuncu üzrə müəssisə tərəfindən edilmiş ödənişlərin qəbzi, polisə və müəssisəyə təqdim etdiyi izahatlar və digər materiallar) məhkəməyə təqdim edilmişdir. Qətnamənin 25 və 26-cı hissələrində isə məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən əmək məcəlləsinin 80-ci maddəsinə riayət etməyib, çünki işəgötürən Həmkarlar İttifaqına müraciət etməli və mütləq ittifaqın razılığını almalı idi. Bu barədə yazılı razılığı isə müəssisə məhkəməyə təqdim etməmişdir. Bunların heç birini etmədiyi üçün əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməlidir. Bu yanaşma tamamilə absurddur. Birincisi, müəssisədə həmkarlar ittifaqı mövcud deyil, ikincisi isə həmkarlar ittifaqı istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi müstəqil ictimai, qeyri-siyasi təşkilatdır (“Həmkarlar İttifaqları” haqqında Azərbaycan Respublikasının Qanunu). Yəni müəssisədə bu təşkilatın yaradılması və ya bunun işəgötürənin öhdəliyi olması heç bir halda imperativ tələb deyil. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə görə işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Yəni məhkəmənin qeyd etdiyi hal o zaman haqlı olardı ki, müəssisədə həmkarlar ittifaqı olsun. Yenə də aydın olur ki, məhkəmənin mövqeyi qərəzli olmuşdur. Həmçinin qətnamənin 8-ci hissəsində qeyd edilir ki, iddiaçı bildirib ki, avtomobil aşmış, bədən xəsarəti almış, əmrlə tanış olmadan işdən çıxarılmış və əmək kitabçası verilməmişdir. Məhkəmə sisteminə əlavə edilmiş sübutlar təsdiq edir ki, hadisə zamanı şəxs bədən xəsarəti almayıb, belə ki, o, həm DYP-yə təqdim edilmiş izahatında, həm də müəssisəyə təqdim etdiyi izahatında qeyd etmişdir ki, hadisə zamanı xəsarət almayıb, habelə, DYP arayışında şəxsin xəsarəti olmadığı qeyd edilir. Əlavə olaraq bu məsələ ilə bağlı AR ƏƏSMN yanında DƏMX tərəfindən araşdırma aparılmış nəticə olaraq müəyyən edilmişdir ki, xəsarət olmadığı üçün istehsalatda bədbəxt hadisə olmamış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qərarı ilə təsdiqini tapmışdır. Bu qərar qüvvəyə minmişdir. Digər məsələyə gəldikdə isə, şəxs bildirir ki, əmrlə tanış edilməyib. Məlumat üçün qeyd edirlər ki, AR Əmək Məcəlləsinin 83.3-cü maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir və əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yəni bu hal Əmək Məcəlləsinin 7.2-1-ci bəndində nəzərdə tutulmuş hallara - müvafiq dövlət orqanlarında müvafiq vəzifələrə qəbul edilmiş işçi və onların işəgötürənlərinə aid edilir. Əmək Məcəlləsinin 83.2-ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir və işçi öz kabinetindən əmrlər bölməsinə daxil olmaqla müvafiq əmrlə tanış ola bilir. Qanunvericiliyin tələbi üzrə əmrin işçinin kabinetinə yerləşdirilməsi bu əmrin işçiyə təqdim edilməsi və onun əmrlə tanış olması kimi qəbul edilir. Bu səbəbdən işçiyə kağız daşıyıcıda təqdim edilməsi zərurəti yoxdur, məhz elektronlaşdırmaya keçirilmənin də məqsədi bundan ibarətdir. Son olaraq isə qeyd edirlər ki, əmək kitabçası şəxsə geri qaytarılmışdır, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı əmək kitabçasının ona geri qaytarıldığını ərizəsində etiraf etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh MMC-yə külli miqdarda ziyan vurulmuş və bu ziyanın ödənilməsindən yayınmaq məqsədilə, qərəzli olaraq adı çəkilən şəxs əsassız şəkildə məhkəməyə müraciət etmişdir. İddiaçı təqsirkar olduğu bütün əlavə edilmiş sənədlərlə sübut olunur və açıq-aydındır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə Kürdəmir rayonu ərazisində təkərin uzun dövr istismarından sonra partlaması nəticəsində qəza keçirtmişdir. Həmin hadisənin videogörüntüsünə Kurdəmir DYP komandir ilə onun telefonunda baxmışlar, sonradan işi onun üstünə yıxdıqları üçün Kürdəmir Məhkəməsinə müraciət etsə, məhkəmə videogörüntüləri tələb etsə də, həmin görüntülərin olmadığını bildiriblər. Sonra məlum olub ki, o videogörüntülər yox edilib. Hazırda şirkət ondan 42.000 manat tələb edir. Apellyator şikayətində iddia edir ki, o, yol-nəqliyyat hadisəsi törədərək şirkətə maddi ziyan vurmuş, inzibati xəta törətmiş və bunun əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işinə xitam verilməsi qanunidir. Lakin bu arqumentlər əsassızdır. ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi onun təqsiri ilə deyil, avtomobilin texniki nasazlığı (arxa təkərlərin partlaması) nəticəsində baş vermişdir. Hadisə zamanı o, bədən xəsarəti almışdır (qarın nahiyyəsində yırtıq, qol və digər yerlərdə sıyrıqlar), lakin şirkət rəhbərliyi və DYP əməkdaşları hadisə yerində protokolu onun huşsuz vəziyyətindən istifadə edərək saxtalaşdırmışlar. Bu barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərarı ləğv edilmiş və materiallar əlavə araşdırma üçün göndərilmişdir (əlavə edilmiş sənəd). Bu qərar sübut edir ki, inzibati protokol (TP 7193660) və inzibati tənbeh qanunsuz ola bilər, çünki araşdırma natamam aparılmışdır (avtomobilin təhvil-təslim aktı yoxlanılmayıb, tibbi ekspertiza natamamdır, hadisə yerindəki videogörüntülər və Kürdəmir Rayon Məhkəməsinin protokolları araşdırılmayıb). Buna görə də, işdən çıxarılma əsası olan inzibati xəta təqsiri mübahisəlidir və şirkətin arqumentləri etibarsızdır. Hazırda cinayət işi Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, R Elnur Cəfərovun icraatındadır və araşdırma davam edir. Apellyator iddia edir ki, o, tam maddi məsuliyyət müqaviləsi imzalamış və ziyan vurmuşdur. Lakin ziyan avtomobilin nasazlığı nəticəsində baş vermişdir, onun təqsiri yoxdur. “xxxx” MMC-nin qüsur aktı (4494VE-2025) və digər aktlar (220425-01) yalnız ziyanın miqdarını göstərir, lakin səbəbini, yəni texniki nasazlığı təsdiq etmir. Cinayət araşdırması bu məsələni aydınlaşdıracaq, lakin hazırda şirkət ziyanı ondan tələb etmək hüququna malik deyil, çünki təqsir sübut olunmayıb. Əmək Məcəlləsinin 199-200-cü maddələri yalnız təqsirli ziyana görə məsuliyyət nəzərdə tutur. Bundan əlavə, paralel olaraq Qaradağ Rayon Məhkəməsində baxılan işdə (antena dairəsi ilə bağlı) qərar onun xeyrinə çıxmışdır və şirkətin qanunsuz hərəkətləri təsdiq edilmişdir. Apellyator iddia edir ki, o, izahat vermişdir. Lakin hadisədən sonra o, huşsuz vəziyyətdə idi, izahatı saxtalaşdırılıb. Bu barədə cinayət araşdırması aparılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi haqlı olaraq qeyd edib ki, izahat alınmayıb. Şirkətdə həmkarlar ittifaqı yoxdur, lakin Əmək Məcəlləsinin 80-ci maddəsi əgər mövcuddursa həmkarlar ittifaqının razılığını tələb edir. Lakin məhkəmə bu məsələni də nəzərə alaraq qərar vermişdir və bu, işdən çıxarılmanın qanunsuzluğunun əlavə əsasıdır. Apellyator iddia edir ki, o, xəsarət almamışdır. X2 epikrizi (##.##.2025) və tibbi sənədlər xəsarətləri təsdiq edir. Cinayət qərarı da tibbi ekspertizanın natamam olduğunu qeyd edir (müstəntiqin qərarında qeyd olunan ##.##.2025-ci il tarixli 468/MEŞ rəyi xəsarətləri aşkar etməmişdir, lakin apellyasiya məhkəməsi bunu natamam hesab edib və yenidən araşdırma tələb edib). AR ƏƏSMN yanında DƏMX-in qərarı da mübahisəlidir və onun xeyrinə yenidən baxıla bilər. Bundan əlavə, Bakı İnzibati Məhkəməsində prokurorluğun cinayət işi açmaması ilə bağlı verdiyi iddia üzrə məhkəmə tövsiyə xarakterli cavab vermişdir ki, bu da araşdırmanın davam etdirilməsini tələb edir. Apellyatorun digər arqumentləri (məsələn, əmrin elektron imzalanması) Əmək Məcəlləsinin tələblərinə zidd deyil, lakin işdən çıxarılmanın əsas səbəbi, yəni inzibati xəta mübahisəlidir və cinayət araşdırması ilə təkzib olunur. Hazırda Qaradağ Rayon Məhkəməsində və Bakı İnzibati Məhkəməsində paralel işlər baxılır, bu işlər də şirkətin qanunsuz hərəkətlərini (məsələn sənədlərin saxtalaşdırılması, videogörüntülərin silinməsi) təsdiq edir. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə yeni aşkar olunmuş hallar üzrə yenidən baxılması barədə ərizə təqdim edilmişdir (iş № *(004)-5718/2025), bu da qətnamənin yenidən qiymətləndirilməsini tələb edir və apellyatorun arqumentlərini zəiflədir. Bu qərar (*(***)-***/**** saylı) cinayət işinin başlanmasının rəddini ləğv edir və materialları əlavə araşdırma üçün göndərir. Qərarda qeyd olunur ki, araşdırma natamam aparılıb, tibbi ekspertiza (##.##.2025-ci il tarixli 468/MEŞ rəyi) xəsarətləri aşkar etməmiş olsa da, şikayətdə qeyd olunan xəsarətlər (qarın yırtığı, sıyrıqlar) nəzərə alınmayıb; avtomobilin nasaz vəziyyətdə olması (şirkət əməkdaşlarının izahatında avtomobilin "saz vəziyyətdə təhvil verilməməsi" qeyd olunub, lakin təhvil-təslim aktı yoxlanılmayıb); protokolun saxtalaşdırılması (huşsuz vəziyyətdə imzalanması); videogörüntülərin yoxa çıxması və Kürdəmir Rayon Məhkəməsinin protokollarının araşdırılmaması. Məhkəmə kollegiyası hesab edir ki, bu natamamlıqlar səbəbindən qərar ləğv edilməli və yeni araşdırma aparılmalıdır. Bu, apellyatorun əsas arqumentini, inzibati xətanı təkzib edir və qətnamənin qüvvədə saxlanmasına əsas verir. Bundan əlavə, yeni aşkar olunmuş hallar (məsələn, Əmək Müfəttişliyinin şirkətə tətbiq etdiyi cərimələr, TƏBİB-in klinika barəsində araşdırması) və paralel işlər (Qaradağ Rayon Məhkəməsində onun xeyrinə qərar, Bakı İnzibati Məhkəməsində prokurorluğa qarşı iddia üzrə tövsiyə cavabı) şirkətin qanunsuz hərəkətlərini (vergidən yayınma, dövlət malının talanması, polisə təsir) təsdiq edir və bu işin nəticəsinə təsir edir. Cavabdeh cəmiyyət Əmək Müfəttişliyi tərəfindən cərimələnib və onlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib. Həmin məhkəmə cəriməni ləğv edibdir. Lakin əsas tərəf olaraq onu dəvət etməyiblər, xəsarəti, sübutları nəzərə almayıblar. Bunu Bakı Apelyasiya Məhkəməsi də təsdiq edib və cəmiyyəti təmizə çıxartmağ üçün qərar çıxardıblar. Lakin onun “yeni açılmış” hallar üzrə müraciətinə baxılmayıb. Şikayət tamamilə əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyatorun arqumentləri isə həqiqəti əks etdirmir və yeni sübutlarla, o cümlədən paralel olaraq baxılan inzibati və cinayət işləri ilə təkzib olunur. Məhkəmə kollegiyasından apellyasiya şikayətini rədd edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmiş və qətnamənin mübahisələndirilən hissəsində iddianı təmin etməkdə səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə, yeni qətnamə çıxarılmalı və iddia həmin hissədə rədd edilməlidir.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “sürücü” vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.2025-ci il tarixli, ***/Ş nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bu əmrin qəbul edilməsinin əsası qismində iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətaya yol verməsi çıxış etmişdir.

24. Hazırda iddiaçı cavabdehin istifadəsində olan nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsirli bilinməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyini, halbuki bu hadisənin onun təqsirindən deyil, nəqliyyat vasitəsinin texniki nasazlığı (arxa sağ təkərinin partlaması) səbəbindən baş verdiyini, təkərlərin nasaz olması barədə dəfələrlə cavabdehə məlumat verməsinə baxmayaraq, nasazlığın aradan qaldırılımamasına, hadisə zamanı özünün də bədən xəsarəti aldığını, hadisədən sonra huşsuz olduğu üçün izahatının saxtalaşdırıldığını bildirərək, əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyini iddia edir və bu barədə əmrin ləğv edilməsini, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını və bununla bağlı əmək kitabçasında düzəlişin edilməsini tələb edir.

25. Cavabdeh iddianı qəbul etmir, iddiaçının yol vərəqəsi əsasında cəmiyyətə aid nəqliyyat vasitəsini idarə edən zaman Bakı-Qazax yolunun 209-cu km istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyini və yolayrıcında olan beton sədlərə çırpılaraq yolnəqliyyat hadisəsi törətdiyini, bunun nəticəsində nəqliyyat vasitəsinə ümumilikdə 25.956.56 manat, daşıdığı yükə (245 kisə gübrəyə) isə 14.700 manat maddi ziyan vurulduğunu, hadisə ilə bağlı qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərarla iddiaçının bu hadisənin törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edildiyini, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinin şəxsin təqsirini birbaşa təsdiq etdiyini, iddiaçının həmin qərardan verdiyi şikayətlərin məhkəmə tərəfindən təmin edilmədiyini qeyd edir və iddianın rədd edilməsini xahiş edir.

26. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır.

27. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

28. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də, əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.

29. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, ##.##.2025-ci il tarixli, ***/Ş nömrəli əmrin qəbul edilməsi əsası kimi iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətaya yol verməsi olmuşdur. Qanunvericilik işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsini əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, bu halda işəgötürənə əmək müqaviləsini ləğv etmək hüququ verir.

30. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin icarəyə verilməsi” müqaviləsinə əsasən cavabdehin istifadəsində olan “X3 yük” markalı, ** GE *** dövlət nömrə nişanlı avtomobili ##.##.2024-cü il tarixdə yol vərəqəsi ilə idarə edərkən, avtomobil yolun ortasında yerləşən beton dirəklərə çırpılaraq aşmış, nəticədə avtomobilə və avtomobil vasitəsi ilə daşınan yükə (kübrəyə) zərər dəymişdir. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində iddiaçı təqsirli bilinmiş və bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsinin VII Tağım yol patrul xidmətinin ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarına əsasən iddiaçı ##.##.2024-cü il tarixdə törədilmiş bu inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək, onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayət Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə təmin edilməmişdir. İddiaçının bu qərardan verdiyi şikayət də, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməmişdir.

31. Bununla belə, iddiaçı ##.##.2025-ci il tarixdə, iş vaxtı ərzində öz əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən inzibati xətaya yol vermiş və bu hal cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə əmr qəbul edilərkən, iddiaçının inzibati xətaya yol verməsini təsdiq edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsinin VII Tağım yol patrul xidmətinin ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı qüvvədə olmuşdur. Bu halın mövcudluğu onunla bağlanmış əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsini hüquqi baxımdan mümkün edir. Artıq müəyyən edildiyi kimi, qeyd edilən inzibati qərarın qanuniliyi məhkəmələr tərəfindən də təsdiq olunmuşdur. Belə ki, bu məsələyə baxan məhkəmələr belə qənaətə gəlmişdilər ki, iddiaçının ona istinad edilən inzibati xətanı törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq edilir, iddiaçı səlahiyyətli orqan tərəfindən düzgün olaraq İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmiş, onunavtomobilin sağ arxa dönmə təkərinin partlaması zamanı idarəetmənin itirməsi, İXM- 327.1-ci maddəsi ilə tərtib edilmiş protokolu imzalayarkən şok vəziyyətində olması, bu səbəbdən də törədilən inzibati xətada onun təqsirinin olmaması ilə bağlı dəlilləri formal mülahizəyə əsaslanmış dəlillərdir, onun inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz.

32. Məhkəmə kollegiyası avtomobilin təkərlərinin köhnə və nasaz olması, bu barədə cavabdehə məlumat verməsinə baxmayaraq, nasazlığın aradan qaldırılmaması və yol nəqliyyat hadisəsinin məhz təkərlərin nasaz olması səbəbindən yola dözməyərək partlaması nəticəsində baş verməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehə yazdığı ##.##.2025-ci il tarixli izahatında avtomobili idarə edərkən arxa sağ təkərlərin qəfildən partlanması səbəbindən idarə etməni itirdiyini və avtomobilin beton dirəklərə dəydiyini göstərmişdir. İddiaçı hadisə ilə bağlı barəsində qəbul edilmiş inzibati qərardan verdiyi şikayətində də məhz arxa sağ dönmə təkərinin partladığını qeyd etmişdir. Azərbaycan Respublikası DİN Baş DYPİ-nə yazdığı izahatda isə avtomobilin qabaq sol təkərinin partladığını bildirmişdir. Bu səbəbdən (iddiaçının belə bir ziddiyyətli mövqeyi qarşılığında) hadisənin məhz təkərin partlaması səbəbindən baş verməsi qənaətinə gəlmək olmur.

33. Digər tərəfdən qeyd edilən izahatların hər hansı birində təkərlərin nasaz olduğu göstərilməmişdir. Əksinə iddiaçı ##.##.2025-ci il tarixli izahatında sifarişi könüllü şəkildə qəbul edərək, icra etdiyini söyləmişdir. Halbuki, təkərlərin nasaz olmasını bilən, onların dəyişdirilməsi ilə bağlı cavabdehə təkidlə müraciət edən şəxs olaraq iddiaçı ümumiyyətlə həmin günü sifarişi qəbul etməməli və könüllü olaraq sukan arxasına oturmamalı idi. Buna məcbur edildiyi təqdirdə isə (halbuki, belə bir hal müəyyən edilmir) hadisədən dərhal sonrakı reaksiya (onun təkərlərin nasazlığı və bundan irəli gələrək partlaması ilə bağlı ehtimalları özünü doğrultduğundan) məhz bu məsələnin qabardılmasına yönəlməli idi, lakin göstərildiyi kimi, iddiaçı izahatlarında ümumiyyətlə bu məsələyə toxunmamışdır.

34. İddiaçının məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmasından çıxarışlar da onun bu mövqeyinin əsaslı olmasını təsdiq etmir. Belə ki, iddiaçı təkərin təmiri ilə bağlı ##.##.2025ci il tarixdə, ##.##.2025-ci il tarixdə, təkərə baxışla bağlı ##.##.2025-ci il tarixdə, ##.##.2025ci il tarixdə və təkərin dəyişdirilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə “whatsapp” üzərindən müraciətlər etmişdir. Bununla belə, iddiaçı tərəfindən sonuncu müraciət ##.##.2025-ci il tarixdə edilmişdir. Halbuki, hadisə bu tarixdən 1 ay 19 gün sonra baş vermişdir. Hər bir halda, hadisə qabağı, hətta bundan 10 gün əvvəl təkərlər həqiqətəndə nasaz olsa idi, iddiaçı həmin tarixlərdə bu məzmunda etdiyi müraciətləri təsdiq edən “whatsapp” yazışmalarını təqdim edərdi. Hər bir halda, ##.##.2025-ci il tarixdən sonra həmin avtomobilin təyinatı üzrə idarə edilməsi işin mübahisəsiz halıdır. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, nəinki hadisənin baş verdiyi ##.##.2025-ci il tarixdə, hətta ümumiyyətlə aprel ayı ərzində avtomobilin təkərləri ilə bağlı onun idarə edilməsini təhlükə altına alan (hadisənin baş verməsinə səbəb olan) nasazlığı olmamışdır. Cavabdeh tərəfindən avtomobilin digər hissələri ilə yanaşı təkərlərinin vəziyyətində də hər hansı qüsurun aşkar edilməməsini təsdiq edən “Nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə” ##.##.2025ci il tarixli akt da təqdim edilmişdir. Lakin bu akt işə apellyasiya instansiya məhkəməsində baxılan zaman verildiyindən sübut kimi qəbul edilməmişdir. Buna baxmayaraq, yəni bu akt olmadan da, mövcud vəziyyətdə həmin avtomobilin reysqabağı texniki baxışdan keçirildiyi və idarə edilməsini istisna edən hər hansı qüsurunun aşkar edilmədiyi qənaətinə gəlmək olar. Belə ki, iddiaçı əksini təsdiq edən hər hansı sübut təqdim edə bilmir, məhkəmə kollegiyası da belə bir hal müəyyən etmir.

35. Lakin birinci instansiya məhkəməsi göstərilən halların hər hansı birini nəzərə almamış, eyni zamanda, iddiaçının izahatının, habelə həmkarlar ittifaqı təşkilatının razılığının alınmadığını vurğulayaraq, cavabdehin bu hərəkətlərini Əmək Məcəlləsinin müvafiq olaraq 187.1-ci və 80-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirmişdir.

36. Halbuki, artıq müəyyən edildiyi kimi, hadisədən sonra, yəni ##.##.2025-ci il tarixdə iddiaçının izahatı alınmış və bu zaman iddiaçı hadisə nəticəsində heç bir xəsarət almadığını, reysqabağı tam istirahət etdiyini, sifarişi könüllü şəkildə qəbul edərək, icra etdiyini, arxa sağ təkərin partlaması səbəbindən hadisənin baş verdiyini bildirmiş və nəticədə avtomobilin və yükün zədələndiyini etiraf etmişdir. Həmin izahat hadisədən iki gün sonra yazılması və iddiaçının xəsarət almadığını qeyd etməsi (bu hal iş materiallarında olan digər sübutlarla, o cümlədən məhkəmə qərarı ilə də öz təsdiqini tapır) onun bu izahatın məzmununa varmamasını, habelə yazdığını anlamamasını (həmin vaxt huşsuz olmasını) istisna edir. Bununla belə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərinə riayət edilmişdir.

37. Məhkəmə kollegiyası digər halla bağlı vurğulayır ki, Əmək Məcəlləsinin 80-ci maddəsində işəgötürənin öz təşəbbüsü ilə həmkarlar ittifaqının üzvü olan işçisinin əmək müqaviləsinə mübahisəli əmrdə göstərilən əsasla xitam verildikdə mütləq hal kimi qabaqçadan həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığının alınması şərtləndirilmiş və bunun proseduru açıqlanmışdır. Belə ki, həmin prosedura əsasən belə işçinin əmək müqaviləsinə qeyd edilən əsasla xitam vermək istəyən işəgötürən müvafiq əsaslandırma sənədləri əlavə etməklə əsaslandırılmış yazılı təqdimatla həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət etməlidir. Həmkarlar ittifaqı təşkilatı isə bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

38. Lakin birinci instansiya məhkəməsi cavabdeh müəssisədə həmkarlar ittifaqı təşkilatının olub-olmadığını araşdırmadan bilavasitə bu prosedura riayət edilməməsini pozuntu kimi qiymətləndirmişdir. Halbuki, cavabdeh müəssisədə ümumiyyətlə belə bir təşkilat fəaliyyət göstərmir. Fəaliyyət göstərməyən təşkilatın razılığının alınması isə mümkün deyil. Bu da öz növbəsində həmin maddənin tələblərinə riayət edilməsini istisna edir.

39. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 75-ci maddəsinin II hissəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu səbəbdən də, ##.##.2025-ci il tarixli əmrin fiziki olaraq iddiaçıya çatdırılmasına ehtiyac yoxdur, həmin əmr işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməklə ona təhvil verilmiş sayılır.

40. Bununla belə, yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əmək qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil etmir, bu zaman hər hansı pozuntuya yo verilməmiş, o cümlədən rəsmiləşdirmə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə aparılmışdır. Bu da öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu təsdiq edir və iddianın “əmrin ləğv edilməsi” hissəsində rədd edilməsini şərtləndirir. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi əsassız olaraq bu tələbi təmin etmişdir.

41. Məhkəmə kollegiyası, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və əmək kitabçasında düzəlişin edilməsi” tələblərinin isə bu tələbə münasibətdə törəmə tələblər olduğunu və bu tələblərin təmin olunub-olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" tələbinin təmin olunub-olunmamasından asılı olduğunu, həmin tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alaraq hesab edir ki, iddia üzrə “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və əmək kitabçasında düzəlişin edilməsi” tələbləri də əsassızdır və rədd edilməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilən (Cavabdeh MMC-nin əmək müqaviləsinin ləğv edilməsi haqqında ## ### 2025-ci il tarixli, ***/Ş nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə sürücü vəzifəsinə işə bərpa edilməsi, ## ### 2025ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının İddiaçı ödənilməsi, İddiaçı məxsus əmək kitabçasına Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyi barədə əmrin ləğv edilməsi yönündə düzəliş edilməsi) hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar