Məhkəmə qərarları › İş №2(3-6)-599/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-599/2026

01.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-599/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və iddiaçıların evə köçürülmələri” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və iddiaçıların evə köçürülmələri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanından cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, onların (iddiaçı2 və iddiaçı1) ünvan 2 ünvanına köçürülmələri, məhkəmə məsrəfləri olan 100,40 manat dövlət rüsumu, 1326 manat vəkilə ödənilən xidmət haqqı, cəmi 1426,40 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı1 ünvan 2 ünvanını ## ######## 1998-ci il tarixdə Şahid 6200 ABŞ dollarına alıb. Şahid da evi əvvəlki sahibi X26 etibarnamə əsasında alıb. iddiaçı1 evi alarkən Nəzakət Salmanova da iddiaçı1 etibarnamə verib. Həmin ev alınan zaman evin sənədləri tam qaydasında olmadığından notarial qaydada alqı-satqı etmək mümkün olmamışdır. Ev alınan vaxtdan sonra iddiaçılar evi təmir etdirib, evin dizaynında müxtəlif dəyişikliklər etmişlər. 2006-cı ildə iddiaçı1 iddiaçı2 ilə ailə həyatı qurub və iddiaçı2 həmin evə gəlin köçüb. Həmin evdə iddiaçı2 ilə iddiaçı1 birgə nikahından üç övladları (##.##.2009-cu il təvəllüdlü Yusifli Nizami Zaur oğlu, ##.##.2012-ci il təvəllüdlü X2 və X3) dünyaya gəlmişdir. Uşaqlar son vaxtlara qədər Keşlə qəsəbəsində yerləşən Bakı şəhər *** saylı orta məktəbdə təhsil alıbar. Hazırkı iş üzrə iddiaçıların nikahı pozulduqdan sonra ailə münaqişəsi zəminində iddiaçı2 2-3 aya qədər həmin evdə yaşamayıb. iddiaçı1 da evdə tək yaşamamaq üçün müvəqqəti olaraq valideyinləri ilə birlikdə yaşayıb. 2022-ci ilin noyabr ayında nikahları pozulan hazırkı iddiaçılar razılığa gəliblər ki, iddiaçı2 övladları ilə birlikdə hazırkı mübahisəli evə köçsünlər. Lakin 2022-ci ilin noyabr ayında cavabdeh Cavabdeh qapını sındırıb, qanunsuz evə daxil olmuşdur. Evdə olan əşyaları da onun cehiz əşyalarıdır. Iddia ərizəsinə əlavə etdiyi vəsatədə göstərilən şahidlər də bunu təsdiq edəcəklər. Bununla bağlı Nizami rayon Polis şöbəsinə müraciət etsələr də, heç bir tədbir görülməyib. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəliblər. Hesab edirlər ki, iş üzrə məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçılar vəkil xərci olaraq 1326 manat, dövlət rüsumu olaraq da 100 manat pul ödəmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən, dövlət reyestrində qeydiyyatdan keçməmiş, ümumi sahəsi 16,1 kv.metr olan əlavə tikililərdən çıxarılması, iddiaçılar iddiaçı2 və iddiaçı1 həmin ünvana köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərclərinin cavabdeh Cavabdeh aid edilməsi, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 manat məbləğində pulun, habelə ödənilmiş 100 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin cavabdehdən tutularaq iddiaçı iddiaçı2 ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın tam rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıların subyektiv hüquqlarının olmaması, məhkəmə tərəfindən bu halların nəzərə alınmaması, iddiaçıların mənzili üçüncü şəxsən almasını bildirməsi, lakin buna dair hər hansı mötəbər sübutun olmaması, məhkəmə tərəfindən iş üzrə tərəflər arasında hansı hüquq münasibətlərinin olmasının araşdırılmaması, işin hallarına düzgün hüquqi qiymətin verilməməsi, nəticədə məhkəmə tərəfindən yanlış nəticəyə gəlinməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari: Məhkəmə baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçılar qətnaməni mübahisələndirməmiş, bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdeh apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Şahid tərəfindən tərtib edilmiş ##.##.1998-ci il tarixli etibarnamənin tərcümə olunmuş surətindən görünür ki, Şahid, ** saylı BŞNK tərəfindən ##.##.1998-ci il tarixində verilmiş etibarnamə əsasında X26 adından imza çəkərək, bu etibarnamə ilə iddiaçı1 aşağıdakı səlahiyyətləri vermişdir: Həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, adıma olan daşınmaz əmlakı özəlləşdirməyi, bununla bağlı bütün dövlət orqanlarında, idarə və təşkilatlarda sənədləşdirmə işləri aparmağı, , buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağışlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkiplatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də, sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində kooperativ və ictimai təşkilatlarda, xüsusi notariat kontorlarında mənim adımdan ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülki işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar edirəm, əmlak və pul vəsaitlərinin alınması hüquqi ilə. Etibarnamə ##.##.2001-ci ilədək qüvvədədir. Işdə olan Şahid tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, ##.##.1998-ci ildə Keşlə qəsəbəsi, Türkmən küçəsi, ev 4-də olan 2 otaqlı mənzilini X.Məmməfov ev 27, mənzil 21-də yaşayan iddiaçı1 6 min 200 yüz ABŞ dollarına satmışdır. Şahidlər: Rzayev Rza, Babayev Məhəmməd. Işdə olan iddiaçı1 və Şəfa Yusifovanın adına olan kommunal borclarla bağlı bildirişlərlər məhkəməyə təqdim edilmişdir. Işdə olan hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 68,60 kv.m olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 3 yaşayış otaqğından bir hissəsi X4, 3 yaşayış otaqğından bir hissəsi X13, 3 yaşayış otaqğından bir hissəsi X10, 3 yaşayış otaqğından bir hissəsi X11, 3 yaşayış otaqğından bir hissəsi X8, “B” tikilisindən 1 otaq X14 və 3 yaşayış otağından bir hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2020ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, iddiaçı X15 ilə cavabdeh iddiaçı1 arasında ##.##.2006-cı il tarixdə Masallı rayon Icra Hakimiyyəti Başçısının Bambaşı ərazi nümayəndəliyində bağlanmış və ** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olan ##.##.2009-cu il təvəllüdlü Yusifli Nizami Zaur oğlunun, ##.##.2012-ci il təvəllüdlü X2 və X3 anaları X15 himayəsində saxlanılması müəyyən edilməsi qət edilmişdir. Işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2021-ci il tarixli hökmündən görünür ki, iddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ## ###### 2020-ci il tarixdən hesablanması, iddiaçı1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iddiaçı1 ərazi narkoloji dispanserində qeydiyyata alınması və s. hökm edilmişdir. Işdə olan Azərbaycan Respublikası Nizami rayon Icra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2023-cü il tarixli **/*** saylı məktubundan görünür ki, Keşlə qəsəbəsinin Türkmən küçəsi * saylı ünvanına aid nümayəndəlikdə heç bir hüquq müəyyyənedici sənəd yoxdur. Işdə olan Azərbaycan Respublikası Nizami rayon Icra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2023-cü il tarixli **/*** saylı məktubundan görünür ki, “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən sənədlərin Icra Hakimiyyətinin müvafiq şöbəsində saxlanma müddəti 5 ildir, həmin müddət bitdiyindən 2018-ci ilədək olan bütün sərəncam və onlara aid olan sənədlər daimi saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilmişdir. Əlavə olaraq nəzərə çatdırlar ki, qəsəbənin Türkmən küçəsi * saylı ünvanına aid nümayəndəlikdə heç bir hüquq müəyyənedici sənəd yoxdur. Işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2023-cü il tarixli 3- **-*F/*-*****/**** saylı məktubundan görünür ki, Dövlət Arxivinin Bakı Filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara görə Dğvlət Arxivinin Bakı filialında hər ahnsı bir sənəd əldə etmək imkan xaricindədir. Əlavə olaraq nəzərə çatdırırlar ki, Nizami rayon Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Işdə olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsi, * saylı fərdi yaşayış evi (köhnə Türkmən küçəsi, ev 2-4) ilkin olaraq Cabbar Hacqafar oğlunun adına, ##.##.1947-ci il tarixdə Nurcahan Camal qızını adına qeydiyyatdan keçmişdir. ##.##.1947-ci il tarixli ***** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 2/3 hissəsi X1 (Türkmən küçəsi, ev 2),1/3 hissəsi Rza Ismayıl oğlunun adlarına (Türkmən küçəsi, ev 4) ##.##.1948-ci il tarixdə qeydiyyatdan keçmişdir (sənəd əsasları arxiv qovluğunda saxlanılmamışdır). Sözügedən fərdi yaşayış evinin Rza Ismayıl oğluna məxsus olan 1/3 hissəsi (ünvan 3) Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2001-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2001-ci il tarixdə X13, X10, X4, X12, X11 və Rzayeva Iradə ismayıl qızının adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsi, * saylı fərdi yaşayış evinin X13, X10, X4, X12, X11 və X8 məxsus olan hissəsindən bir hissə (B tikilisindən 1 otaq) Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2002-ci il tarixli 4”Ə”-5-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ##.##.2002-ci il tarixdə X21 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X21 məxsus olan hissəsi Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli 4”Ə”-5-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ##.##.2004-cü il tarixdə X25 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X22 məxsus olan hissəsi Bakı şəhəri * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2013-cü il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ##.##.2013-cü il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsi, * saylı fərdiyaşayış evinin 3 yaşayış otağından bir hissəsi X4, 3 yaşayış otağından bir hissəsi X13, 3 yaşayış otağından bir hissəsi X10, 3 yaşayış otağından bir hissəsi X11, 3 yaşayış otağından bir hissəsi X8, “B” tikilisindən 1 otaq X14 və 3 yaşayış otağından bir hissəsi Cavabdeh mülkiyyətlərindədir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyindən görünür ki, Mərkəzə ##.##.2024-cü il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: qeyd olunan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak 0,01435 ha torpaq sahəsinin üzərində yerləşən “A” (1 otaqlı ümumi sahə 24.8 kv.m) və “B” (3 otaqlı ümumi sahə 43.8 kv.m) literli yaşayış evindən ibarət olmaqla paylı mülkdür (reyestr nömrəsi 009011001875-*****). Reyestrdən çıxarışa əsasən Rzayeva (Kazımova) Aynurə Ismayıl qızının mülkiyyətində olan hissə “B” literli yaşayış evinin 3 (üç) otağından bir hissədir. Rzayeva (Kazımova) Aynurə Ismayıl qızının faktiki yaşadığı hissə texniki pasportda göstərilən “B” literli yaşayış evinin 3 və * saylı otaqlarıdır (texniki pasporta qeyd olunan ölçülərlə faktiki ölçülər arasında fərqlər mövcuddur). Rzayeva (Kazımova) Aynurə Ismayıl qızının faktiki istfadə etdiyi otaqların yerləşdiyi sahənin koordinatları əlavə olundu. X: 1.406.37.639, 2. 406046.038, 3. 406046.642, 4. 406038.179; Y: 1. 4471977.033, 2. 4471978.257, 3. 4471974.050, 4. 4471972.835. ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə və üzərində olan tikililərə tam baxış keçirilməsinə şərait yaradılmadığından koordinatların müəyyən edilməsi mümkün olmadı. ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə və üzərində olan tikililərə tam baxış keçirilməsinə şərait yaradılmadığından qeyd olunan sualın cavablandırılması mümkün olmadı. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli *-**-**/*- **/****/**** nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan (2-ci cild. Vərəq 30-32 )Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin 27.11.24-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsində mövcud olan arxiv texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülk üzrə “A” (1 otaqlı ümumi sahə 24.8 kv.m) və “B” (3 otaqlı ümumi sahə 43.8 kv.m) literli yaşayış evindən ibarətdir (reyestr nömrəsi 009011001875-*****). Reyestrdən çıxarışa əsasən Rzayeva (Kazımova) Aynurə Ismayıl qızının mülkiyyətində olan hissə “B” literli yaşayış evinin 3 (üç) otağından bir hissədir. Rzayeva (Kazımova) Aynurə Ismayıl qızının faktiki yaşadığı hissə texniki pasportda göstərilən “B” literli yaşayış evinin 3 və * saylı otaqlarıdır (texniki pasportda qeyd olunan ölçülərlə faktiki ölçülər arasında fərqlər mövcuddur). Qeyd olunan * saylı otağa faktiki olaraq əlavə köməkçi sahələr artırılmışdır (16.1 kv.m). Sonradan inşa olunan sahələr arxiv texniki pasportda göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Hazırda həmin sahələr Rzayeva (Kazımova) Aynurə Ismayıl qızının istifadəsindədir (dövlət reyestrində qeydiyyata alınmayıb). Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə digər fiziki şəxsin müraciət etdiyi ərazinin hüdudları daxilindədir (qeydiyyata alınmayıb). Həmçinin sahənin yerləşdiyi 162 kv.m hissəyə müraciət olunub və 009011001759- ***** reyestr nömrəsi ilə qeydiyyata alınıb (əmlak faktiki göstərilən sahədən cənub qonşuya aiddir). Bundan əlavə qeyd olunan 009011001759-***** reyestr nömrəli daşınmaz əmlaka aid müraciət faktiki göstərilən sahəyə aid deyil (şimal qonşuya aiddir). Arxiv texniki pasportuna əsasən “B” literli tikilinin koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: X: 5. 406037.639, 6. 406046.038, 7. 406046.642, 8. 406038.179; Y: 4471977.033, 4471978.257, 4471974.050, 4471972.835. Rzayeva (Kazımova) Aynurə Ismayıl qızının faktiki istifadəsində sahələri 13.65 kv.metr (3.5x3.9m), 11.2 kv.metr (3.2x3.5m), 4.8 kv.metr (2.0x2.4m), 2.64 kv.metr (1.1x2.4m) və 6.96 kv.metr (2.3x1.5x2.7x1,3m) olan 5 ədəd tikilinin olduğu müəyyən edilmişdir. Rzayeva (Kazımova) Aynurə Ismayıl qızının faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin 39.25 kv.metr (13.65+11.2+4.8+2.64+6.96) təşkil etdiyi müəyyən edilmişdir. Işdə olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Arxiv texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülkiyyət üzrə “A" və B" liter tikilisindən ibarətdir. Texniki pasportla göstərilən “A",”B" tikilisi və torpaq sahəsi ilə faktiki torpaq sahəsi fərqlidir. Məhkəmə tərəfindən verilmiş suala əsasən bildirirlər ki, Cavabdeh istifadəsində olan 16.1 kv.m köməkçi sahələr sonradan tikilmiş sahələrdir (hal-hazırda qeydiyyatdan keçməmişdir). Həmin sahələrə giriş “B” literli tikilisinin qeydiyyatdan keçmiş 2 və * saylı sahələrindəndir (arxiv texniki pasporta əsasən). Faktiki olaraq “B" literli tikilisinin * saylı otağından Türkmən küçəsinə qapı açılmış, həmin sahələrə giriş Türkmən küçəsındəndir. Qeyd olunan sahələr ilə bağlı sxem rəyə əlavə olunur. Əlavə tikilmiş köməkçi sahələrin yerləşdiyi sahənin koordinatları əlavə olunur. X: 406034.9345, 406035.2890, 406037.8225, 406038.3692, 406038.4219, 406034.2046, 406033.2493, 406034.9325 ; Y: 4471979.6778, 4471977.0015, 4471977.3379, 471973.2240, 4471972.8275, 4471972.2660, 4471979.4538, 4471979.6775. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərimişdir ki, o, tərəflərlə qonşudur. 35 ildir ki, burada yaşayır və qeydiyyatı da buradadır. Yaşadığı evin sənədləri də onun adına qeydiyyata alınıb. 2000-ci ildə mübahisəli evdə iddiaçı2 qayınanası uşaqları ilə birlikdə yaşayıb, sonra iddiaçı2 həmin evə gəlin köçüb və 10 il bu evdə yaşayıb. iddiaçı2 evə köçdükdən sonra qayınanası evi tərk edərək bacısıgildə yaşayıb. Daha sonra Cavabdeh evin qapısını qırıb. Cavabdeh əvvəllər yaxınlıqda başqa evdə yaşayırdı. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərimişdir ki, o, tərəflərlə qonşudur. iddiaçı2 mübahisəli evə gəlin gəlib, uşaqları həmin evdə olub, təxminən 10 il həmin evdə yaşayıb. iddiaçı2 qayınanası da bu evdə yaşayıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərimişdir ki, o, tərəflərə qonşudur. Onlar 2012-ci ildə Sabir adlı şəxsdən hazırda yaşadıqları evi alıblar. Evə dair Sabir adlı şəxsin adına çıxarış var idi. O, ailəsi ilə birlikdə 2012-ci ildən bu evdə yaşayır, evə dair çıxarışı var. Iddiaçılar cavabdehi evdən çıxarmaq üçün məhkəməyə müraciət etdiklərinə görə cavabdeh də onu evindən çıxaracağı ilə hədələyir. Bu evlər cavabdehin ata-babalarının olubsa, 2000-ci illərdən bu evlərin satılması davam edib. 12 ildir ki, hazırki iş üzrə cavabdeh onu və anasını narahat edir, evin ona məxsus olduğunu bildirir və onları evlərindən çıxaracağı ilə təhdid edir. 2 il əvvəl cavabdeh iddiaçılara məxsus evi zəbt etdikdən sonra onunla işi olmadığını, çünki onun evə dair sənədlərinin olduğunu, qardaşı isə cavabdehə iddiaçıları evdən çıxardığı kimi onu da evdən çıxarmasını bildirib. O, cavabdehdən polisə də şikayət edib. O, 2012-ci ildə hazırda yaşadığı evə köçərkən iddiaçı iddiaçı2 3 körpə uşağı var idi. 12 ildir ki, o, iddiaçı iddiaçı2 görüb. Bir neçə il iddiaçıların aralarında problem olub, cavabdeh gələndən sonra iddiaçı iddiaçı2 mübahisəli evdə yaşamır. 2 il əvvəl noyabr ayının 27-də cavabdeh və ailəsi gecə vaxtı qapını qırıblar. 6-7 nəfər polis gəlsə də, heç nə edə bilməyib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərimişdir ki, o, tərəflərlə qonşudur. O, 1981-ci ildən Keşlə qəsəbəsində yaşayır. iddiaçı2 mübahisəli evə gəlin gəlib, qayınanası da 2000-ci illərin əvvəllərində həmin evdə yaşayıb. Sovetski adlanan ərazidə evlər söküldükdən sonra iddiaçı2 qayınanasının əldə etdiyi pulla sözügedən evi alıb və uzun müddət də bu evdə yaşayıb. Bir gecə cavabdeh və ailəsi pəncərəni sındırıblar, qapını içəridən açıblar və evə daxil olublar. Bunu da hamı görüb. Cavabdehin atasının evi də yaxınlıqda yerləşir. Iddianı qismən təmin edən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdı ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsi, * saylı fərdiyaşayış evinin 3 yaşayış otağından bir hissəsi X4, 3 yaşayış otağından bir hissəsi X13, 3 yaşayış otağından bir hissəsi X10, 3 yaşayış otağından bir hissəsi X11, 3 yaşayış otağından bir hissəsi X8, “B” tikilisindən 1 otaq X14 və 3 yaşayış otağından bir hissəsi Cavabdeh mülkiyyətlərindədir. Iddiaçıların yaşadığı eyni ünvanda yerləşən fərdi yaşayış evi isə iddiaçı iddiaçı1 Şahid tərəfindən satılmışdır, həmin ünvanda iddiaçılar abonent kimi qeydiyyatda alınmış və kommunal ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Mübahisələndirilən tikili özbaşına tikili sayılır və iddiaçılar həmin tikililərə mülkiyyət hüququ əldə etməmişlər. Məhkəmə tərəfindən ##.##.2024-cü ildə həmin ünvana baxış keçirilmiş, baxış zamanı həmin ünvanda yaşayan başqa şəxslər şahid kimi dindirilmişdir. Onların hər biri mübahisəli ünvanda iddiaçıların uşaqları ilə birlikdə yaşadığını, iki il əvvəl cavabdehin onların evinin şüşəsini sındıraraq, qapını qıraraq evə daxil olduğunu bildirmişlər. Həmçinin, cavabdeh və şahid ifadələri ilə iddiaçıların uzun illər mübahisəli ünvanda yaşadıqları və cavabdehin evə heç bir əsas olmadan, sahiblərinin iradələrinə zidd şəkildə daxil olduğu müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan hissə “B” literli yaşayış evinin 3 (üç) otağından bir hissə olmasına baxmayaraq, onun faktiki yaşadığı hissə texniki pasportda göstərilən “B” literli yaşayış evinin 3 və * saylı otaqlarıdır. Qeyd olunan * saylı otağa faktiki olaraq əlavə köməkçi sahələr artırılmışdır (16.1 kv.m). Onun faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin 39,25 kv.metr (13.65+11.2+4.8+2.64+6.96) təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan 16.1 kv.m köməkçi sahələr sonradan tikilmiş sahələrdir. Məhkəməyə təqdim edilmiş sxemlərlə də müəyyən edilir ki, sahəsi 3.2 kv.m, 8.8 kv.m və 4.1 kv.m, cəmi 16,1 kv.m olan 3 ədəd tikili əlavə tikililərdir. Həmin sahələri giriş cavabdehin mülkiyyətdində olan “B" literli tikilisinin * saylı otağındandır. Qeyd edilənlərə əsasən məhkəmə araşdırması zamanı ümumi sahəsi 16,1 kv.m olan tikilinin əlavə tikili olduğu, heç kəsin adına dövlət qeydiyyata alınmadığını, hazırda cavabdehin faktiki istifadəsində olduğunu, həmçinin cavabdeh tərəfindən iddiaçılara məxsus olan dövlət qeydiyyatına alınmamış tikiliyə qanunsuz müdaxilə olduğu məlum olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh ünvan 3 ünvanında yerləşən, dövlət reyestrində qeydiyyatdan keçməmiş, ümumi sahəsi 16,1 kv.m (3.2 kv.metr, 4.1 kv.m və 8.8 kv.m) olan tikililərdən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşar və əlavə olaraq, aşağıdakıları qeyd edir. Ilkin olaraq qeyd olunmalıdır ki, iddiaçılar cavabdeh tərəfin onlara məxsus əmlakı (yaşayış sahəsini) zəbt etməsinə, oradan qanunsuz istifadə etməsinə əsaslanmaqla, onun çıxarılması (əmlakının qaytarılması) barədə iddia vermişdir. Ümumilikdə qeyd oluna bilər ki, əşyanın qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geri qaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Göründüyü kimi, iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər birlikdə, məcmu halda mövcud olmalıdır. Əks halda iddia təmin oluna bilməz. Beləliklə, qanunvericiliyin qeyd edilən tələblərinin hazırki mübahisəyə tətbiq edilməsi nəticəsində iddianın uğurlu olması üçün aşağıdakı hallar müəyyən edilməlidir. Iddiaçı tələbinin əsası kimi istinad etdiyi daşınmaz əmlakın mülkiyyətçisi (qanuni sahibi) olmalı, həmin əmlak cavabdehlərin sahibliyində olmalı, lakin onların sahiblik hüququ olmamalı (torpaq sahəsi, fərdi yaşayış evi zəbt edilməli və bu hal keçən müddət ərzində davam etməlidir və s.), nəticədə iddiaçı öz əmlakı üzərində sahiblikdən (mülkiyyətdən) məhrum olmalıdır. Bununla yanaşı, iddiaçının iddia etdiyi tikili naturada mövcud olmalı, onun sərhədləri dəqiq müəyyən edilməli (yerquruluşu işləri tamamlanmalı), mübahisə doğurmamalıdır. Lakin, hazırkı halda iddiaçının mübahisəli daşınmaz əmlak (həm torpaq sahəsi, həm də onun üzərində inşa edilmiş fərdi yaşayış evi) üzərində mülkiyyət hüququnu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, əksinə tikilinin özbaşına tikili olması işdə olan sübutlarla (ekspertiza rəyləri və s.) təsdiq olunmuşdur. MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi, hüquq haqqında mübahisələrdə tələb edilən əmlak üzərində iddia edənin mülkiyyət və digər əşya hüquqlarının olub-olmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir. Lakin hazırki halda iddiaçıların iddia etdiyi daşınmaz əmlak üzərində mülkiyyət (əşya) hüquqlarının olması müəyyən edilmir. Bununla belə, yuxarıda qeyd olunduğu kimi sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericiliyimizdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir (MM, m.159-162). Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahiblik, bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq qazanması (məsələn, sahibsiz daşınar əşyanın mənimsənilməsi - MM, m.184), yaxud başqası tərəfindən sahibliyin ona verilməsi (MM,m.181.1) və ya vərəsəlik yolu ilə əldə edilə bilər (MM,m.1255). Sahiblik institutu mülki hüquq münasibətlərində bir neçə əhəmiyyətli funksiyanı yerinə yetirir. Onlar aşağıdakılardır: - əşya üzərindəki hüquqları üçüncü şəxslərə göstərən - açıqlığı təmin edən funksiya (MM, m.166); - əşya hüquqlarının bir şəxsdən digərinə verilməsini və ya qazanılmasını təmin edən funksiya (MM, m.181.1); - cəmiyyətdəki nizamı və sosial sülhü qoruma funksiyası (MM,m.164,165). Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr. MM-nin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Normanın mahiyyətini və məqsədini nəzərə alsaq qeyd etmək olar ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. Ikinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Beləliklə, qanunverici, cəmiyyətdəki nizam və sosial sülhü qorumaq məqsədilə, əşya üzərində hüquq sahibi olsun və ya olmasın, hər bir şəxsə özbaşınalıqdan operativ şəkildə müdafiə olunmaq imkanı tanıyır. Hətta qanunsuz sahibin özünün belə əşya üzərindəki sahibliyi özbaşınalıqdan qorunur. Bu baxımdan,qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək hüququnun kimlərə aid olduğunu göstərən MM-in 164.2-ci maddəsində “hər bir sahib” ifadəsindən istifadə edilməsi təsadüfi deyil. Sahibliyin müdafiəsi ilə bağlı iddianın dərhal, uzağı məhrumetmə və ya pozuntu anından başlayaraq bir il ərzində qaldırılması ilə bağlı qayda (MM,m.165.2) da özbaşınalığın qarşısının təxirəsalınmadan alınmasına yönəlmişdir. Göstərilən müddətlər keçdikdən sonra yaranan sahiblik vəziyyəti yeni bir status-kvo kimi qəbul edilir və bu səbəbdən sahibliyin müdafiəsi iddiaları istisna olunur. Sahiblik iddialarının təyinatı özbaşınalığın qarşısını almaq olduğu üçün belə tələblərə baxılarkən hüquq haqqında mübahisəli halların, o cümlədən əşyaya sahiblik hüququ verən əsasların sübut edilməsinə, yaxud cavabdehin əşyaya daha üstün bir hüquqa malik olması barədə etirazların dinlənilməsinə və bu dəlillərin araşdırılmasına gərək yoxdur. Çünki, əşya üzərindəki mülki hüquqlar sahiblik iddiasının predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni, sahiblik iddiasını həll etmiş məhkəmə aktı mübahisənin obyekti üzərində tərəflərdən hansınınsa hüququnu tanımış və ya təkzib etmiş olmur. Bu qərar yalnız özbaşınalıqla pozulmuş sahiblik vəziyyətini bərpa edir, onu ilkin vəziyyətə qaytarır. Ona görə də, sahibliyin müdafiəsinə dair iddianın həllindən (nəticəsindən) asılı olmayaraq, hər bir tərəfin həmin əşya barəsində ayrıca icraatda hüquq haqqında mübahisə açmaq imkanı var. Məsələn, MM-in 164.2-ci maddəsində nəzərdə tutulan geriqaytarma tələbi rədd edilən şəxs, sonradan mülkiyyətçi kimi əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə vindikasiya iddiası qaldıra bilər (MM, m.157.2). Yaxud, əksinə - şəxs özbaşınalıqla qəsb etdiyi əşyanı MM-in 164.2-ci maddəsi çərçivəsində qaytardıqdan sonra mülkiyyət hüququna söykənərək eyni əşyanı vindikasiya qaydasında geri istəyə bilər (MM, m.157.2). Qeyd edilməlidir ki, hazırki iddianın uğurlu olması üçün; 1) Iddiaçı əvvəlki və ya mövcud sahib olmalıdır (əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutulur). 2) Iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir (özbaşınalıq əməli, sahibin iradəsi xaricində, qanunvericiliyə zidd şəkildə, insan tərəfindən edilən bir davranışdır. Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz) 3) Cavabdehin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır (əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır) 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır (bu şərt MM-in 164.2ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir) Sahibliyin müdafiəsi barədə iddialar yuxarıda göstərilən şərtlər əsasında və ardıcılıqla yoxlanılmaqla həll edilir. Bu şərtlərin hər biri aşkar edildikdə iddia əsaslı sayılaraq təmin olunur. Onlardan hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın rədd edilməsinə əsas verir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır. Hazırkı halda, yuxarıda qeyd olunduğu kimi iddiaçı mülkiyyət hüququna əsaslana bilmədiyindən, onun sahiblikdən faktiki məhrum olması (özbaşınalıqdan müdafiə) halı da yoxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıların sahiblik hüquqlarının müdafiəsi üçün iddia etdikləri tikililər özbaşına tikili olmaqla, dövlət reyestrində qeydiyyata alınmamışdır. Iddiaçılar tələblərində mübahisəli ünvanda (ünvan 1) yerləşən fərdi yaşayış evini iddiaçı iddiaçı1 ##.##.1998-ci ildə Şahid 6200 ABŞ dollarına alıb, daha sonra iddiaçı2 2006cı ildə iddiaçı1la evləndikdən sonra həmin ünvanda onunla birlikdə yaşamağa başlayıb. Həmin ünvanda üç övladları dünyaya gəlib. iddiaçı1 məhkəmə hökmü ilə azadlıqdan məhrum edildikdən sonra iddiaçı2 bir müddət valideynləri ilə yaşayıb və 2022-ci ildə evlərində cavabdehin yaşadığını öyrəniblər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər hər biri ayrıayrılıqda iddiaçıların uzun müddət mübahisəli tikilidə yaşadıqlarını, 2022-ci ildə isə cavabdeh tərəfindən özbaşına tikiliyə daxil olduqlarını bildirmişdir. Eyni zamanda, iş materiallarından kommunal xidmətlərin iddiaçıların adına olması müəyyən olunur. Göründüyü kimi, işin müəyyən olunmuş faktiki hallarına əsasən - iddiaçılar mübahisəli ünvanda uzun müddət yaşayaraq, tikililər üzərində qanuni sahiblik etmişlər, 2022-ci ildən isə cavabdeh özbaşınalıqla (iddiaçıların (sahiblərin) iradəsinə zidd şəkildə) həmin ünvana daxil olmuşdur. Həmçinin, iddiaçılar əşya üzərində pozulmuş hüquqlarının müdafiəsi (faktiki sabliyin müdafiəsi) üçün qanunvericliklə müəyyən olunmuş 1 (bir) illik iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdirlər. Bundan başqa, iddiaçılara məxsus qanunsuz tikilinin dəqiq ünvanının müəyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmalardan (ekspert və mütəxəssis rəyləri, yerində müayinə və s.) görünür ki, mübhisəli ünvanda yerləşən tikililər arxiv texniki pasportuna əsasən paylı mülkiyyət üzrə “A” (1 otaqlı ümumi sahə 24.8 kv.m) və “B” (3 otaqlı ümumi sahə 43.8 kv.m) literli yaşayış evindən ibarətdir. Texniki pasportla göstərilən “A", “B" tikilisi və torpaq sahəsi ilə faktiki torpaq sahəsi fərqlidir. Reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan hissə “B” literli yaşayış evinin 3 (üç) otağından bir hissədir. Cavabdeh faktiki yaşadığı hissə isə texniki pasportda göstərilən “B” literli yaşayış evinin 3 və * saylı otaqlarıdır. Həmçinin, iş materiallarından müəyyən olunur ki, qeyd olunan * saylı otağa faktiki olaraq əlavə köməkçi sahələr artırılmışdır (16.1 kv.m). Cavabdeh Cavabdeh faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin isə 39,25 kv.metr (13.65+11.2+4.8+2.64+6.96) təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa, 16.1 kv.m köməkçi sahələr sonradan tikilmiş sahələrdir (özbaşına tikililərdir, hansı ki iddiaçılar həmin tikili üzərində sahiblik hüquqlarının bərpasını tələb edir). Məhkəməyə təqdim edilmiş sxemlərlə də müəyyən edilir ki, sahəsi 3.2 kv.m, 8.8 kv.m və 4.1 kv.m, cəmi 16,1 kv.m olan 3 ədəd tikili əlavə tikililərdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıların subyektiv hüquqlarının olmamasını, mübahisə əmlakın ona məxsus olmasını bildirsə də, bu hal iş üzrə toplanmış sübutlarla (ekspertiza rəyləri, şahid ifadələri və s.) tam təkzib olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar zamanı ümumi sahəsi 16,1 kv.m olan tikilinin əlavə özbaşına tikili olduğu, reyestrdə qeydiyyata alınmadığı, hazırda cavabdehin faktiki istifadəsində olduğunu, eyni zamanda həmin tikilinin daha əvvəl cavabdehin deyil, yalnız iddiaçıların faktiki istifadəsində və sahibliyində olduğu, cavabdeh tərəfindən tikiliyə iddiaçıların iradəsinin ziddinə, qanunsuz müdaxilə olduğu müəyyən olunmuşdur. Bu səbəbdən, cavabdehin mübahisəli ünvanda yerləşən ümumi sahəsi 16,1 kv.m (3.2 kv.metr, 4.1 kv.m və 8.8 kv.m) olan özbaşına tikililərdən çıxarılması və iddiaçıların ora köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «Insan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Iddiaçıların hər hansı qanuni əsas olmadan mübahisəli yaşayış sahəsindən çıxarılması daxili qanunvericiliklə yanaşı, Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə də uylaşmır. Bu hal, Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Belə ki, Avropa Insan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı ****/** saylı ərizənin qəbul edilənliyinə dair Avropa Insan Hüquqları Məhkəməsinin ##.##.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Bununla yanaşı cavabdeh tərəf apellyasiya baxışı zamanı iş üzrə əlavə ekspertizanın və yerində müayinənin keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, lakin vəsatət əsaslandırılmamış, işdə olan ekspertiza rəylərinin əsassızlığının nədən ibarət olması konkretləşdirilməmiş, vəsatətdə ümumi formada müvafiq prosessual hərəkətlərin aparılması xahiş olunmuşdur. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bir neçə dəfə ekspertiza təyin olunmaqla, səlahiyyətli dövlət oraqanının (reyestr xidməti) mütəxəssisləri cəlb olunmaqla müvafiq mütəxəssis rəyi alınmış, həmçinin həmin rəyə dair əlavə dəqiqləşdirmələr aparılmışdır. Eləcə də, iş üzrə yerində müayinə aparılmaqla, şahidlər dindirilmişdir. Apellyasiya şikayəti əsaslandırılmamış, rayon məhkəməsinin qətnaməsinin əsassız olması, iddiaçıların subyektiv hüquqlarının olmaması və s. bu kimi ümumi fikirlər qeyd edlilməklə kifayətlənmişdir. Göründüyü kimi, cavabdeh etirazının (apellyasiya şikayətinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və iddiaçıların evə köçürülmələri” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar