Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-601/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ##.##.2024-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 2) ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
2. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması barədə tələbi üzrə iddia rədd edilmişdir.
3. Ağstafa Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra azyaşlı övladları X3 X2 yanında saxlanılmışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh cavabdehlər X2, X7, Hüseynov İsrafil Rafiq oğlu və Hüseynov Rafiq İsrafil oğluna qarşı "paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə" tələbinin təmin edilməsi, cavabdehlər X7, Hüseynov Rafiq İsrafil oğlu və Hüseynov İsrafil Rafiq oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən maneəsiz istifadəsi və sahibliyinin təmin edilməsi, cavabdeh X2 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 2) ünvanda yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 2) onun xüsusi mülkiyyətindədir. X1 cavabdeh Cavabdeh ilə ##.##.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, ailə qurduqdan sonra onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD32, ev 18, mənzil 7-yə yaşamağa başlamışlar. Ağstafa Rayon Məhkəməsinin 2(015)- **/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən X1 ilə cavabdeh Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra azyaşlı övladları X3 X2 yanında saxlanılmışdır. X1 ilə cavabdeh Cavabdeh asında nikahın pozulmasına baxmayaraq, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7-də yaşamağa davam etmiş və ona qarşı "mənzildən istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilməmişdir. Həmin vaxtdan indiyə kimi onun etirazlarına və evindən çıxmasını tələb etməyinə baxmayaraq, Cavabdeh onun evində yaşamağa davam edir. Onunla və oğlu ilə teztez səbəbsiz yerə mübahisələr edir və onları təhqir edərək səs-küy yaradır. Hal-hazırda o, Cavabdeh görə öz evində sakit və rahat yaşaya bilmir. Bu səbəbdən də məcburiyyət qarşısında qalıb, cavabdehə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 2) ünvanda yerləşən mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir (hakim Müseyib Bayramov).
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ş materiallarında olan və preyudisial əhəmiyyətə malik olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması barədə tələbi üzrə iddia rədd edilmişdir. Həmin qətnamə üzrə işdə iştirak edən şəxslərlə hazırkı iş üzrə iştirak edən şəxslər eyni olduğundan həmin qətnamə ilə müəyyən edilmiş faktlar yenidən sübut edilmir və mübahisələndirilmir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi mübahisəli hüquq münasibəti Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra yarandığından Konstitusiya Məhkəməsinin ##.##.2013-cu il tarixli qərarına əsasən iş üzrə mübahisənin maddi hüquqi əsasını Mənzil Məcəlləsinin 30.4-cu maddəsi təşkil edir. Həmin maddənin məzmunundan göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçi ilə keçmiş ailə üzvü arasında (cavabdeh mülkiyyətçinin keçmiş gəlinidir) ayrı razılaşma olmadığı halda keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Odur ki, cavabdeh Cavabdeh həmin mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada yaşayış sahəsindən istifadə hüququ yoxdur. Ona görə də məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ olmayan cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə onun iradəsinə zidd olaraq yaşaması və istifadə etməsi iddiaçının həmin mənzil üzərində olan mülkiyyət hüququn pozulmasına gətirib çıxarmaqdadır. İşin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir (iş materiallarında olan çıxarışdan məlum olur). Mübahisəli mənzil isə cavabdehin sahibliyində olmaqla, həmin sahiblik qanunsuzdur. Belə ki, iş materiallarında olan qətnamədən göründüyü kimi cavabdehin mənzildən istifadə hüququnun tanınmasına dair iddiası rədd edilmişdir və məhkəmə həmin qətnamə preyudisial əhəmiyyət kəsb etdiyindən həmin xüsusatları mübahisələndirmir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157-ci, 228-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin başqa yaşayış sahəsi yoxdur və o, azyaşlı övladı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi, mahiyyətcə, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər halları nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən müddətə istifadə hüququnun saxlanılması imkanını nəzərdə tutur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu meyarlar üzrə araşdırma aparmadan və əsaslandırma vermədən çıxarılma qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsi çıxarılma kimi ağır nəticə doğuran tələb üzrə cavabdehin başqa yaşayış yerinin olub-olmamasını, azyaşlı uşağın cavabdehlə birgə yaşamasını və uşağın mənafelərinə təsiri, həmçinin cavabdehin mənzildə faktiki yaşamasının şəraitini və çıxarılmanın sosial nəticələrini lazımi qaydada araşdırmamışdır. Bu halların araşdırılması Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli hüquqi mövqeyinin tələbidir və onların yoxlanılmaması işin düzgün həllinə mane olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və III hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına görə ## ######## 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
e) Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Cavabdeh tərəfindən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
26. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 2) ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Cavabdeh isə mülkiyyətçinin keçmiş gəlinidir. İş materiallarında olan və qanuni qüvvədə olan preyudisial əhəmiyyətə malik olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması barədə tələbi üzrə iddia rədd edilmişdir. Həmin qətnamə üzrə işdə iştirak edən şəxslərlə hazırkı iş üzrə iştirak edən şəxslər eyni olduğundan həmin qətnamə ilə müəyyən edilmiş faktlar yenidən sübut edilmir və mübahisələndirilmir. Bu baxımdan cavabdehi iddiaçının mülkiyyətində olan mənzilə münasibətdə istifadə hüququnun olmaması qanuni qüvvəyə minmiş qətnamə ilə təsbit edilməklə yenidən hüquqi qiymət verilə bilməz.
27. Eyni zamanda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər halları nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən müddətə istifadə hüququnun saxlanılması imkanını nəzərdə tutulmasının nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi istifadə hüququnun olmaması müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilən maddənin tələbləri baxımından yanaşıldıqda belə iddiaçı ilə cavabdehin Ailə Məcəlləsinin tələblərinə baxımından da bir-birini saxlamaq vəzifəsi olmamaqla keçmiş ailə üzvü kimi də qəbul edilməməklə müəyyən müddət orada qalmaqla hüququnun saxlanılmasından söhbət gedə bilməz. Bu səbəbdən yaşayış sahəsindən istifadə hüququ olmayan cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə onun iradəsinə zidd olaraq yaşaması və istifadə etməsi iddiaçının həmin mənzil üzərində olan mülkiyyət hüququn pozulmasına gətirib çıxarmaqdadır.
28. O cümlədən kollegiya qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh cavabdehlər X2, X7, Hüseynov İsrafil Rafiq oğlu və Hüseynov Rafiq İsrafil oğluna qarşı "paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə" tələbinin təmin edilməsi, cavabdehlər X7, Hüseynov Rafiq İsrafil oğlu və Hüseynov İsrafil Rafiq oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən maneəsiz istifadəsi və sahibliyinin təmin edilməsi, cavabdeh X2 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi qət edilmişdir. Göründüyü kimi, hətta istifadə hüququnun olması müəyyən edilsəydi belə, cavabdehin istifadə və sahibliyini təmin edən fərdi yaşayış evi vardır və belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən mənzildən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdır.
29. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.