Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-613/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı Əbdüəli qızının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, eyni zamanda cavabeh cavabdeh2 nümayəndəsi (oğlu) cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “yaşayış sahəsinə dair istifadə qaydalarının müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmişdir. İddiaçı İddiaçı oğlu ##.##.2015-ci il X1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən həyətdə olan tikililərdən sol tərəfdə yerləşən (girişi solda olan) fərdi yaşayış evinə köçürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı oğlu ##.##.2015-ci il X1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən həyətdə olan tikililərdən sol tərəfdə yerləşən (girişi solda olan) fərdi yaşayış evinə köçürülməsi həmin evin yaşayış üçün lazımi kommunal vasitələrindən (qaz, su, işıq, sanitar qovşaq,və sair) istifadə etməsini də özündə ehtiva edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X5 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “yaşayış sahəsinə dair istifadə qaydalarının müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh cavabdeh1 ilə birgə istifadə qaydalarının müəyyən edilməsinə, evdə olan yataq otağı, uşaq otağı və sanitar qovşağın onun və ##.##.2015-ci il təvəllüdlü X1 istifadəsinə, qonaq otağı və həyətdə olan sanitar qovşağın cavabdeh1 istifadəsinə verilməsinə, digər şəxslərin həmin sahələrə (otaqlara) yalnız icazə olarsa daxil olmasına, dəhliz, mətbəx və həyətin ümumi istifadəyə verilməsinə, yaşayış sahəsindən istifadəyə mane olacaq bütün növ manelərin aradan qaldırılmasının cavabdehlərə həvalə edilməsi, o, cümlədən, qaz, işıq və su xəttlərinin kəsilməsi, zərər vurulması, sayğaclara bu məqsədlə müdaxilə edilməsi, kanalizasiya xətlərinin, su borularının dəyişdirilməsi, bağlanması və ya zərər vurulmasının, kranlara, qapı-pəncərələrə və ümumi istifadədə olan hissələrdə digər əşyalara zərər vurulmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, cavabdeh cavabdeh1 ilə ##.##.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. İddiaçı nikaha daxil olduqdan sonra ünvan 3 ünvanında yerləşən, sənədsiz və özbaşına tikili olan fərdi yaşayış evinə köçmüşdür. Nikahdan sonra həmin evdə qapı və pəncərələr qoyulmuş, əsaslı tikinti işləri aparılmış, əlavə artırmalar tikilmiş və ev tam təmir edilmişdir. İddiaçı 2013-2023-cü illər ərzində həmin evdə yaşayaraq faktiki olaraq evi qurmuşdur. Nikah hələ pozulmamışdan əvvəl, 2023-cü ilin yanvar ayının ilk günlərində cavabdehlər iddiaçının evdə olmamasından istifadə edərək evin açarlarını dəyişmiş və iddiaçını azyaşlı övladı ##.##.2015-ci il təvəllüdlü X1 evə buraxmamışlar. İddiaçı və azyaşlı övladı uzun müddət qış şəraitində evin qarşısında qalmağa məcbur olmuşdur. Bu səbəbdən iddiaçı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının və azyaşlı övladının mübahisəli yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. ##.##.2025-ci il tarixdə qətnamənin icrası həyata keçirilmişdir. Lakin faktiki olaraq iddiaçının və övladının yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən ciddi maneələr yaradılmışdır. İcra zamanı icra məmurunun iştirakı ilə evdə qaz, su və elektrik enerjisinin kəsildiyi müəyyən edilmişdir. Cavabdehlər kommunal xidmətləri bilərəkdən kəsmiş, evi qış mövsümündə yaşayış üçün yararsız hala salmışlar. Bundan əlavə, evdə yerləşən sanitar qovşağı çirkli vəziyyətə salınmış, həyətdə olan sanitar qovşağın qapısı bağlanmışdır. Cavabdeh cavabdeh1 evə pişik buraxmış, mətbəxi bilərəkdən çirkləndirmişdir. Ev üç otaqdan ibarətdir: yataq otağı, uşaq otağı və qonaq otağı. Digər cavabdeh cavabdeh2 (cavabdeh1 anası) həmin həyətdə yerləşən başqa evdə yaşayır. Kommunal xidmətlər üçün həyətdə faktiki olaraq iki ev olmasına baxmayaraq, yalnız bir sayğac mövcuddur və cavabdehlər digər evdən istifadə etdikləri halda, iddiaçının köçürüldüyü evə gələn bütün xətləri kəsmişlər. ##.##.2025-ci il tarixdə iddiaçı işıq və qazın bərpası məqsədilə usta çağırmış, lakin cavabdeh cavabdeh1 ustanı hədələyərək həyətdən çıxmasını tələb etmişdir. Bu səbəbdən ustalar müdaxilə etməkdən çəkinmişlər. İddiaçı həmin tarixdə 102 xidmətinə müraciət etmiş, * saylı Polis İdarəsində şikayət ərizəsi qeydə alınmışdır. İddiaçı kommunal xidmət qurumlarına müraciət edərək ayrıca sayğacların quraşdırılmasını və öz adına müqavilələrin bağlanmasını xahiş etmiş, lakin ona ünvan üzrə artıq kommunal xətlərin mövcud olduğu və bir evdə iki sayğacın mümkün olmadığı bildirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı Daxili İşlər Nazirliyinə, Bakı şəhər Prokurorluğuna və Bakı Baş Polis İdarəsinə şikayətlər ünvanlamışdır. 2023-cü ilin yanvar ayında iddiaçı evdən çıxarıldıqda, bütün cehiz və şəxsi əşyaları evdə qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində işə baxılarkən keçirilən yerli baxış zamanı həmin əşyaların evdə olduğu da müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdeh cavabdeh1 iddiaçıya məxsus əşyaları evdən aparmışdır. ##.##.2025-ci il tarixdə birgə nikah dövründə alınmış 132 ekran ölçülü televizor evdən aparılmış, bununla bağlı da 102 xidmətinə məlumat verilmişdir. Cavabdeh televizorun anasına məxsus olduğunu bildirsə də, bu hal üzrə hələlik hüquqi tədbir görülməmişdir. Hazırda iddiaçının və azyaşlı övladının məhkəmə qətnaməsi əsasında köçürüldüyü evdə yaşaması mümkün deyildir. Evdə işıq, su və qaz yoxdur, sanitar qovşaqlardan istifadə mümkünsüzdür, kran başlıqları çıxarılmışdır. Elektrik və su xətləri cavabdeh cavabdeh2 adına rəsmiləşdirilmiş və onun göstərişi ilə kəsilmiş, qaz xətti isə cavabdeh cavabdeh1 tərəfindən kəsilmişdir. Cavabdehlər iddiaçının şəxsi əşyalarını oğurlayaraq, ona yaşayış sahəsindən normal istifadə etməyə imkan vermirlər. Beləliklə, cavabdehlər məhkəmə qətnaməsinə hörmətsizlik nümayiş etdirərək onun icrasına qəsdən mane olurlar. Bu səbəbdən mübahisəli yaşayış evinə dair istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlərin qanunazidd hərəkətlərinin qarşısının alınması və kommunal xidmətlərin bərpa edilməsi zərurəti yaranmışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini dəqiqləşdirərək, ünvan 3 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş 03 otaqlı fərdi yaşayış evindən iddiaçının istifadəsinə yönəlmiş bütün növ maneələrin, o, cümlədən həmin fərdi yaşayış evində olan kommunal xəttlərə və kommunal xidmətlərdən istifadə üçün nəzərdə tutulan bütün növ avadanlığa zərər vurulmasının cavabdehlərə qadağan edilməsi və kommunal xidmətlərin (işıq, qaz, su) quraşdırılması, cari təmiri və istifadəsinə olan maneələrin aradan qaldırılmasına və gələcəkdə cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanındakı girişi solda olan evə istifadə qaydalarının müəyyən edilməsi, kommunal xətlərin verilməsi tələbini etmişdir. Məhkəmə qərarı ilə girişi solda olan evə Kübra Əbdüləli qızı köçürülürkən və köçürüldükdən sonra da ona heç bir maneə törədilməyib, həmin mənzilin də, həyətin küçə qapısının da açarlarının bir nüsxəsi ondadır istədiyi vaxt gəlib gedir. Hesab edir ki, iddianın təmini ona konstitusiya ilə verilmiş mülkiyyət hüququnun kobud şəkildə pozuntusudur və bu onun qanunla ona məxsus mülkiyyət hüququnu məhdudlaşdıracaqdır. İddiaçının həmin ünvanda girişi solda olan evdə yaşamasına etiraz etmir, lakin 03 otaqlı evin 02 otağının ona verilməsinə qəti etiraz edir. Yaşadığı mənzilə (girişi sağda, ev damı tam ayrı) quraşdırılmış işıq və su sayğaclarının abonent kodları, müqavilələri onun adınadır. Hal-hazırkı vəziyyətdə istifadə olunacaq kommunallarda sərfiyyat aşmasına görə limitlərin olması gələcəkdə arasında ciddi münaqişənin yaranmasına səbəb olacaqdır. O, eyni anda bir neçə xəstəlikdən əziyyət çəkən təqaüdçü ağbirçək qadındır və nəqədər yaşayacağını da bilmir, bu səbəblərdən qalan ömrünü digər problemlərlə yaşamaq istəmir. İddiaçı ərizədə elə təsəvvür yaradır ki, guya İddiaçı məxsus sayğaclar var və ona maneə yaradılır. Kübra köçürülüb sol tərəfdə yerləşən evə, o, evdə müstəqil tikilib ancaq qaz sayğacı var oda Kübranın adınadır. Getsin açsın istifadə etsin. Kübranın köçürüldüyü sol tərəfdə yerləşən evdə işıq və su sayğacı ümumiyyətlə olmamışdır. Getsin müraciət etsin kommunalı çəkdirsin. Niyə görə Firuzə özünə məxsus evdən Kübraya kommunal xidmət göstərməlidir. Bu səbəblərdən onun adında olan və onun yaşadığı mənzildən Kübranın köçürüldüyü digər mənzilə işıq və su xəttinin verilməsinə qəti etiraz edir. Cavabdeh cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evindən cavabdeh cavabdeh1 ilə birgə istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən evdə yerləşən yataq otağı, uşaq otağı və sanitar qovşağın onun və azyaşlı övladı Əliyev Uğurun istifadəsinə verilməsi, qonaq otağı və həyətdə yerləşən sanitar qovşağın cavabdeh cavabdeh1 istifadəsinə ayrılması, digər şəxslərin mübahisəli sahələrə yalnız icazə ilə daxil olması, dəhliz, mətbəx və həyətyanı sahənin ümumi istifadədə saxlanılması, habelə yaşayış sahəsindən istifadəyə maneə törədən bütün hərəkətlərin cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qaz, su və elektrik xətlərinin kəsilməsinin, sayğaclara müdaxilənin, kanalizasiya və su xətlərinə, kranlara, qapı-pəncərələrə və ümumi istifadədə olan digər əşyalara zərər vurulmasının cavabdehlərə qadağan edilməsi tələb olunmuşdur. Cavabdeh tərəf hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iddiaçı İddiaçı qeyd olunan ünvanda yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evinə köçürülmə verilmişdir. Həmin yaşayış evində daxili sanitar qovşaq mövcuddur, həyətdə yerləşən sanitar qovşaq isə sol tərəfdə inşa edilmiş evə aid deyildir. Apellyasiya məhkəməsi tərəfindən həyətyanı sahədən istifadə hüququ verilməmişdir və bu da mümkün deyildir, çünki iddiaçının həmin həyətyanı sahəyə dair mülkiyyət və ya istifadə hüququ mövcud deyildir. Bundan əlavə, iddiaçı İddiaçı faktiki olaraq atasına məxsus evdə yaşamaqda davam edir, mübahisəli evə yalnız ara-sıra, qısa müddətlik gəlib çıxır. Hazırkı iddia ərizəsində isə iddiaçı daha əlverişli otaqları və evdaxili sanitar qovşağı öz istifadəsinə götürməyə cəhd göstərir ki, bu da cavabdeh tərəfin hüquqlarını pozur. Cavabdeh hesab edir ki, yaşayış sahəsindən istifadə əvvəlki ümumi qaydada saxlanılmalıdır. İddiaçı tərəfindən irəli sürülən tələblər cavabdehin yaşayış şəraitini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, xüsusilə də qonaq otağının cavabdehin istifadəsinə verilməsi və onun həyətdə yerləşən sanitar qovşaqdan istifadə etməyə məcbur edilməsi əsaslı hesab edilmir. İddiaçı digər şəxslərin mübahisəli sahələrə daxil olmasının qadağan edilməsini xahiş edir. Digər şəxs dedikdə cavabdehin anası iş üzrə cavabdeh qismində iştirak edən cavabdeh2 nəzərdə tutulur. cavabdeh2 vaxtaşırı həmin ünvana gələrək təmizlik və məişət işləri ilə məşğul olur ki, bu da qanunvericiliyə zidd hesab edilə bilməz. İddiaçı mətbəx, dəhliz və həyətyanı sahənin ümumi istifadəyə verilməsini tələb edir. Cavabdeh bildirir ki, qeyd olunan sahələr artıq faktiki olaraq ümumi istifadədədir və bu barədə əlavə məhkəmə müdaxiləsinə ehtiyac yoxdur. Qaz, su və elektrik xətlərinə müdaxilənin qadağan olunması ilə bağlı qeyd edilir ki, qaz sayğacı iddiaçı Kübranın Əliyeva adına rəsmiləşdirilmişdir və ona heç bir müdaxilə edilməmiş, qazın verilişi iddiaçının öz ərizəsi əsasında dayandırılmışdır. Su və elektrik xətləri isə Firuzənin Ağamalıyevanın adına olan sayğaclardan çəkilmişdir. Nikah münasibətləri pozulduqdan sonra Firuzə xanım öz adına olan kommunal xətlərin verilişini dayandırmışdır ki, bu da onun mülkiyyət hüquqlarından irəli gəlir. Həmin xətlər sol tərəfdə inşa edilmiş evə yalnız müvəqqəti xarakter daşıyaraq ötürülmüşdür. Cavabdeh bildirir ki, iddiaçıya yalnız köçürülmə hüququ verilmiş və məhkəmə qətnaməsi icra olunmuşdur. Qətnaməyə hörmətsizlik edilməmiş, əmlaka zərər vurulmamış, heç bir əşya oğurlanmamışdır. Bu hallar yerində baxış zamanı, eləcə də foto və video materiallarla təsdiq oluna bilər. Eyni zamanda qeyd edilir ki, iddiaçı tərəfindən yataq otaqlarından birinin qapısının açarı dəyişdirilmiş və cavabdehin həmin otaqdan istifadəsinə süni maneələr yaradılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının köçürüldüyü yaşayış evi yeni tikilidir və kommunal təminat məsələləri qanunvericiliyə uyğun qaydada ayrıca həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, iddianın əsassız olduğu qənaətinə gəlinir və təmin edilməməsi xahiş olunur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş 3 otaqlı fərdi yaşayış evindən iddiaçının istifadəsinə yönəlmiş bütün növ maneələrin, o, cümlədən həmin fərdi yaşayış evində olan kommunal xətlərə və kommunal xidmətlərdən istifadə üçün nəzərdə tutulan bütün növ avadanlığa zərər vurulmasının cavabdehlərə qadağan edilməsi və kommunal xidmətlərin (işıq, qaz, su) quraşdırılması, cari təmiri və istifadəsinə dair cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı toplanmış sübutlar, iş materialları və qüvvədə olan məhkəmə aktları əsasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ilə ##.##.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah dövründə tərəflər ünvan 4 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evində birgə yaşamışlar. Nikah münasibətləri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının və azyaşlı övladının həmin ünvanda yerləşən, həyətdə sol tərəfdə inşa edilmiş (girişi solda olan) fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və ##.##.2025-ci il tarixdə icra olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, göstərilən qətnamənin icrasına baxmayaraq, cavabdehlər tərəfindən iddiaçının yaşayış sahəsindən faktiki istifadəsinə ciddi maneələr yaradılmışdır. Belə ki, icra zamanı və sonrakı dövrdə yaşayış evində qaz, su və elektrik enerjisinin verilişinin dayandırıldığı, sanitar qovşaqların istifadəyə yararsız vəziyyətə salındığı, kommunal xətlərin bərpasına yönəlmiş cəhdlərə cavabdehlər tərəfindən qəsdən mane olunduğu aşkar edilmişdir. Bununla bağlı icra materialları, polis orqanlarına edilmiş müraciətlər və iş üzrə digər sübutlar cavabdehlərin hərəkətlərinin təsadüfi deyil, məqsədli xarakter daşıdığını təsdiq edir. Məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinə köçürülmə hüququ yalnız şəxsin fiziki olaraq həmin məkana daxil olması ilə məhdudlaşmır, eyni zamanda həmin yaşayış sahəsindən normal və təhlükəsiz yaşayış üçün zəruri olan kommunal vasitələrdən – qaz, su, elektrik enerjisi və sanitar qovşaqdan istifadə imkanını da özündə ehtiva edir. Bu mövqe Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə də təsdiq olunmuşdur. Kommunal təminatı olmayan yaşayış sahəsinin faktiki olaraq yaşayış üçün yararsız olması iddiaçının məhkəmə qətnaməsi ilə tanınmış hüququnun məzmununu tamamilə aradan qaldırır. Cavabdehlərin kommunal xətlərin onların adında rəsmiləşdirilməsi faktına istinad edərək həmin xətləri kəsməsi və bununla da iddiaçının yaşayış hüququna maneə yaratması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Məhkəmə belə qənaətə gəlir ki, kommunal xətlər üzərində formal abonentlik hüququndan istifadə edərək məhkəmə qərarı ilə köçürülmüş şəxsin yaşayış sahəsindən normal istifadə imkanının məhdudlaşdırılması mülki hüququn əsas prinsiplərinə və məhkəmə qətnamələrinin məcburiliyinə ziddir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına qəsdən mane olunması isə hüququn aliliyi prinsipini pozur. Eyni zamanda məhkəmə nəzərə alır ki, mübahisəli yaşayış sahəsində iddiaçı ilə birlikdə azyaşlı uşaq yaşayır və uşağın normal yaşayış şəraitində böyüməsi dövlət tərəfindən xüsusi müdafiə olunan hüquqdur. Cavabdehlərin hərəkətləri nəticəsində azyaşlı uşağın qış mövsümündə kommunal təminatı olmayan yaşayış sahəsində qalması onun mənafelərinə açıq şəkildə ziddir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən iddiaçının yaşayış sahəsindən istifadəsinə qanunsuz və qəsdən maneələr yaradılmış, bununla da məhkəmə qətnaməsinin mahiyyəti və məqsədi faktiki olaraq pozulmuşdur. Bu səbəbdən iddiaçının yaşayış sahəsinə dair istifadə qaydalarının müəyyən edilməsi, kommunal xidmətlərin bərpa olunmasına və onlardan istifadəyə maneələrin aradan qaldırılmasına dair tələbləri hüquqi və faktiki baxımdan əsaslıdır və iddianın təmin edilməsi zəruri hesab olunur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu madəsinin II hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 101.3, 103.1, 115, 217.4, 218.3-ci maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Loizidu Türkiyəyə qarşı» işi üzrə Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iddiaçı İddiaçı qeyd olunan ünvanda yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evinə köçürülmə verilmişdir. Həmin yaşayış evində daxili sanitar qovşaq mövcuddur, həyətdə yerləşən sanitar qovşaq isə sol tərəfdə inşa edilmiş evə aid deyildir. Apellyasiya məhkəməsi tərəfindən həyətyanı sahədən istifadə hüququ verilməmişdir və bu da mümkün deyildir, çünki iddiaçının həmin həyətyanı sahəyə dair mülkiyyət və ya istifadə hüququ mövcud deyildir. Bundan əlavə, iddiaçı İddiaçı faktiki olaraq atasına məxsus evdə yaşamaqda davam edir, mübahisəli evə yalnız arasıra, qısa müddətlik gəlib çıxır. Hazırkı iddia ərizəsində isə iddiaçı daha əlverişli otaqları və evdaxili sanitar qovşağı öz istifadəsinə götürməyə cəhd göstərir ki, bu da cavabdeh tərəfin hüquqlarını pozur. Cavabdeh hesab edir ki, yaşayış sahəsindən istifadə əvvəlki ümumi qaydada saxlanılmalıdır. İddiaçı tərəfindən irəli sürülən tələblər cavabdehin yaşayış şəraitini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, xüsusilə də qonaq otağının cavabdehin istifadəsinə verilməsi və onun həyətdə yerləşən sanitar qovşaqdan istifadə etməyə məcbur edilməsi əsaslı hesab edilmir. İddiaçı digər şəxslərin mübahisəli sahələrə daxil olmasının qadağan edilməsini xahiş edir. Digər şəxs dedikdə cavabdehin anası iş üzrə cavabdeh qismində iştirak edən cavabdeh2 nəzərdə tutulur. cavabdeh2 vaxtaşırı həmin ünvana gələrək təmizlik və məişət işləri ilə məşğul olur ki, bu da qanunvericiliyə zidd hesab edilə bilməz.İddiaçı mətbəx, dəhliz və həyətyanı sahənin ümumi istifadəyə verilməsini tələb edir. Cavabdeh bildirir ki, qeyd olunan sahələr artıq faktiki olaraq ümumi istifadədədir və bu barədə əlavə məhkəmə müdaxiləsinə ehtiyac yoxdur. Qaz, su və elektrik xətlərinə müdaxilənin qadağan olunması ilə bağlı qeyd edilir ki, qaz sayğacı iddiaçı İddiaçı adına rəsmiləşdirilmişdir və ona heç bir müdaxilə edilməmiş, qazın verilişi iddiaçının öz ərizəsi əsasında dayandırılmışdır. Su və elektrik xətləri isə cavabdeh2 adınadır və özünə məxsus evdə istifadə edilir. Həmin xətlər sol tərəfdə inşa edilmiş evə yalnız müvəqqəti xarakter daşıyaraq ötürülmüşdür. iddiaçıya yalnız köçürülmə hüququ verilmiş və məhkəmə qətnaməsi icra olunmuşdur. Qətnaməyə hörmətsizlik edilməmiş, əmlaka zərər vurulmamış, heç bir əşya oğurlanmamışdır. Bu hallar yerində baxış zamanı, eləcə də foto və video materiallarla təsdiq oluna bilər. Eyni zamanda qeyd edilir ki, iddiaçı tərəfindən yataq otaqlarından birinin qapısının açarı dəyişdirilmiş və cavabdehin həmin otaqdan istifadəsinə süni maneələr yaradılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının köçürüldüyü yaşayış evi yeni tikilidir və kommunal təminat məsələləri qanunvericiliyə uyğun qaydada ayrıca həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, iddianın əsassız olduğu qənaətinə gəlinir və təmin edilməməsi xahiş olunur. Cavabdeh cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanıdakı girişi solda olan evə istifadə qaydalarının müəyyən edilməsi, kommunal xətlərin verilməsi tələbini etmişdir. Məhkəmə qərarı ilə girişi solda olan evə Kübra Əbdüləli qızı köçürülürkən və köçürüldükdən sonra da ona heç bir maneə törədilməyib, həmin mənzilin də, həyətin küçə qapısının da açarlarının bir nüsxəsi ondadır istədiyi vaxt gəlib gedir. Hesab edir ki, iddianın təmini ona konstitusiya ilə verilmiş mülkiyyət hüququnun kobud şəkildə pozuntusudur və bu onun qanunla ona məxsus mülkiyyət hüququnu məhdudlaşdıraçaqdır. İddiaçının həmin ünvanda girişi solda olan evdə yaşamasına etiraz etmir, lakin 3 otaqlı evin 2 otağının ona verilməsinə qəti etiraz edir. Yaşadığı mənzilə (girişi sağda, ev damı tam ayrı) quraşdırılmış işıq və su sayğaclarının abonent kodları, müqavilələri onun adınadır. Hal-hazırkı vəziyyətdə istifadə olunacaq kommunallarda sərfiyyat aşmasına görə limitlərin olması gələcəkdə arasında ciddi münaqişənin yaranmasına səbəb olacaqdır. cavabdeh2 eyni anda bir neçə xəstəlikdən əziyyət çəkən təqaüdçü ağbirçək qadındır və nəqədər yaşayacağı da bilinmir, bu səbəblərdən qalan ömrünü digər problemlərlə yaşamaq istəmir. İddiaçı ərizədə elə təsəvvür yaradır ki, guya İddiaçı məxsus sayğaclar var və ona maneə yaradılır. Kübra köçürülüb sol tərəfdə yerləşən evə, o, evdə müstəqil tikilib ancaq qaz sayğacı var oda Kübranın adınadır. Getsin açsın istifadə etsin. Kübranın köçürüldüyü sol tərəfdə yerləşən evdə işıq və su sayğacı ümumiyyətlə olmamışdır. Getsin müraciət etsin kommunalı çəkdirsin. Niyə görə Firuzə özünə məxsus evdən Kübraya kommunal xidmət göstərməlidir. Bu səbəblərdən onun adında olan və onun yaşadığı mənzildən Kübranın köçürüldüyü digər mənzilə işıq və su xəttinin verilməsinə qəti etiraz etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş 3 otaqlı fərdi yaşayış evindən iddiaçının istifadəsinə yönəlmiş bütün növ maneələrin, o, cümlədən həmin fərdi yaşayış evində olan kommunal xəttlərə və kommunal xidmətlərdən istifadə üçün nəzərdə tutulan bütün növ avadanlığa zərər vurulması cavabdehlərə qadağan edilsin və kommunal xidmətlərin (işıq, qaz, su) quraşdırılması, cari təmiri və istifadəsinə dair cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Aşağıda qeyd edilənlərə görə hesab edir ki, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. ünvan 3 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş 03 otaqlı fərdi yaşayış evindən iddiaçının istifadəsinə yönəlmiş bütün növ maneələrin, o cümlədən həmin fərdi yaşayış evində olan kommunal xəttlərə və kommunal xidmətlərdən istifadə üçün nəzərdə tutulan bütün növ avadanlığa zərər vurulması cavabdehlərə qadağan edilsin və kommunal xidmətlərin (işıq, qaz, su) quraşdırılması, cari təmiri və istifadəsinə dair cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan maneələr aradan qaldırılması qət edilmişdir. Burada sual yaranır hansı maneələr edilib Əliyeva Kubraya? Qaz sayğacı Kubranın adınadır niyə istifadə etmir? Niyə qaz verilişinin dayandırılmasını “Azəriqaz”dan istəyib? Niyə açıb işlətmir? Bu suallara niyə cavablandırılmamışdır? Bundan başqa cavabdeh1 adına işıq və su sayğacı yoxdur, hər iki sayğac cavabdeh2 adınadır və həyət olan əvvəl inşa edilmiş evə çəkilmiş və oradada istifadə edilir. Kubranın köçürüldüyü ev isə sonradan inşa edilmişdir, orada ancaq qaz sayğacı quraşdırılmışdır, işıq və su sayğacları olmamışdır, sonradan Kubra və Şahinin nigahı pozulmuşdur evdən çıxıb getmişdir. Məhkəmə qətnaməsi ilə köçürülmüşdür və məhkəmə qətnaməsinə icra edilmişdir. Kommunal xidmətlərin (işıq və su) Kubraya adiyyatı yoxdur, getsin yenisini çəkdirsin. Kommunal sayğaclar hər bir fərddi yaşayış evi üçün 1 ədəd nəzərdə tutulmuşdur. Elektrik enerjisinə dair qəbul edilmiş qərarlar ümumiyyətlə nəzərə alınmadan təmin tədbiri barədə ərizə təmin edilərək qərardad qəbul edilmişdir. Bilavasitə elektrik enerjisindən istifadə edilməsi hər bir mənzil üçün bir ədəd sayğac və kod nəzərədə tutulmuşdur, hazırki mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur, iş üzrə iddiaçı İddiaçı həyətdə olan sol tərəfdə yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Həmin sol tərəfdə yerləşən fərdi yaşayış evinə dair ayrıca elektrik sayğacı yoxdur və ümumiyyətlə quraşdırılmamışdır. Mübahisəli ünvanda yerləşən digər yəni cavabdeh2 yaşadığı ev üçün sayğac quraşdırılmışdır və bu barədə “Azərişiq” tərəfindən müvafiq müqavilə bağlanılmışdır, həmin müqavilənin bazada saxlanılan nüsxəsini şikayətə əlavə edir . Xüsusi olaraq qeyd edir ki, ona aid sayğac yoxdur və nədə ki o, hər hansısa sayğaca müdaxilə etməmişdir. Sudan istifadəyə dair qəbul edilmiş qərarlar ümumiyyətlə nəzərə alınmadan təmin tədbiri barədə ərizə təmin edilərək məhkəmə tərəfindən qərardad qəbul edilmişdir. Bilavasitə sudan istifadə edilməsi hər bir mənzil üçün nəzərədə tutulmuşdur və buna dair bir ədəd bir mənzil üçün sayğac quraşdırılmışdır, hazırki mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur, iş üzrə iddiaçı İddiaçı həyətdə olan sol tərəfdə yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Həmin sol tərəfdə yerləşən fərdi yaşayış evinə dair ayrıca su sayğac yoxdur, olmamamışdır və ümumiyyətlə quraşdırılmamışdır. Mübahisəli ünvanda yerləşən digər yəni cavabdeh2 yaşadığı ev üçün su sayğacı quraşdırılmışdır və bu barədə “Azərsu” tərəfindən müvafiq müqavilə bağlanılmışdır kod verilmişdir, həmin müqavilənin bazada saxlanılan nüsxəsini şikayətə əlavə edir. Əlavə olaraq xüsusi olaraq qeyd edir ki, ona aid sayğac yoxdur və nədə ki, o, hər hansısa sayğaca müdaxilə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qərarı haqqında” ## ###### 2005-ci il tarixli * saylı Qərarının 2.4-cü bəndinə əsasən, “Qərar o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qərarda göstərilən hallar işin materiallarına uyğun olsun.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o, cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul etməklə iddianın rədd edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə qarşı iddiaçı Əliyeva Kübra Əbdüləli qızının nümayəndəsi (vəkili) Vəkil etirazı onunla əsaslandırılır ki, apellyasiya şikayətin dəlillərinin əksər hissəsi iddianın azalmış hissəsi ilə bağlıdır, hansı ki, həmin hissələrdə iddia tələbi azaldılmışdır. Bu hissədə şikayət əsassızdır. Şikayətin digər dəlillərində isə iş üzrə digər cavabdeh Ağamalıyeva Firüzənin hüquqlarının pozulmasına istinad edilir. Bununla bağlı məhkəməyə bildirmək istəyir ki, əvvəla cavabdeh2 eyni tərəflər arasında olan "evə köçürmə" tələbinə dair digər mülki iş üzrə də (Bakı Apellyasiya Məhkəməsi, ##.##.2024-cü il tarixli, *(***)-****/***** saylı qətnamə) cavabdeh olmuşdur və həmin qətnamə qanuni qüvvəsini almış, üstəlik qətnaməyə izah verilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı) Yəni, bugün cavabdeh2 barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsində icra vərəqi vardır və sadəcə "ev mənimdir, kommunal xidmətlərdən iddiaçının istifadə etməsini istəmirəm" deməsi, aşkar formada məhkəmə aktlarına qarşı hörmətsizlikdir. Qeyd edir ki, həmin məhkəmə qətnaməsi və qətnaməyə izahla bağlı qərardad işə baxılan zaman Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edilmiş, iş materiallarına əlavə olunmuşdur. Cavabdehlərin bu etirazına dəfələrlə aydınlıq gətirilmişdir. Digər tərəfdən, cavabdeh2 müstəqil fəaliyyət qabiliyyətli şəxs olmaqla, özü barəsində şikayəti özü verməlidir. Halbuki, cavabdeh2 nə əvvəlki, nə də hazırki qətnaməni mübahisələndirməmişdir. Hesab edir ki, hazırki apellyator cavabdeh1 anası cavabdeh2 maraqlarına istinad edərək, anasına aid hissələri mübahisələndirə bilməz. Yekun olaraq məhkəməyə bildirmək istəyi ki, mübahisə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. Əgər cavabdeh1 tərəfindən özü dediyi kimi hər hansı maneə yoxdursa, o, zaman niyə bu şikayəti verir?! Şikayət sadəcə vaxt uzadılmasına xidmət edir və prossesual hüquqlardan sui-istifadə edilməsi aşkardır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda cavabdeh cavabdeh2 nümayəndəsi (oğlu) cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstəmişdir ki, 2022-ci ildən qar ı tərəfin prinsipinə görə məhkəmələrdə sürünür. İlk gördüyü hakimdir ki, i materialları haqqında məhkəmə prosesi zamanı məlumat verilir, buna görə tə əkkür edir. Demək istəyir ki, iddiaçı İddiaçı məhkəmə qərarı ilə giri i solda olan müstəqil tikilmi evə köçürülərkən və köçürüldükdən sonra da onun üçün heç bir maneə yaradılmayıb. Çünki Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraçısı onu evə köçürərkən o, qapıya çıxanda dəh ətə gəlmişdir, yanğınsöndürən, təcili tibbi yardım ma ınlar, sahə müvəkkili, post-patrul xiddmətinin əməkda ları gəlmi di, dedi ki, bura mitinq eləməyə gəlmisiniz? Yəni orada heç bir problem ya anmayıb. Bundan əlavə, iddiaçı öz iddiasında vurğulayır ki, cavabdeh2 qon uluqda yerlə ən ba qa evindən özünə kommunal xətt, i ıq, su istəyir. Hesab edir ki, iddianın təmin edilməsi, cavabdeh2 Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmi mülkiyyət hüquqlarının kobud əkildə pozuntusudur. Bu da qanuna Firuzəyə məxsus mülkiyyət hüququnu məhdudla dıracaqdır. Çünki iddiaçı faktiki olaraq cavabdehin mülkiyyətində olan kommunal sistemdən istifadə hüququnu tələb edir. Onlar iddiaçının giri i solda olan müstəqil tikilmi evdə ya amasına etiraz etmirlər. Onun və anası cavabdeh2 etirazı yoxdur. Qura dırılmı i ıq, su sistemlərinin sayğacları cavabdeh2 adınadır. Bundan əlavə nəzərə çatdırır ki, həmin mənzilə o, iddiaçının öz adına qaz sayğacı qoydurmu dur ki, istifadə etsin. İddiaçı öz anasının evində ya ayır deyə gedib sayğaca blok qoydurdu ki, o, ondan istifadə edə bilməsin. Müraciət edərək o, ya adığı evə kommunallar - i ıq, su çəkə bilər. Bir ünvanda iki ev olduğundan ora sayğac qoymaq problemdir, çünki o, sübut elədi ki, sayğac qoymaq üçün hər evə ayrıca çıxarı istəyirlər, ya da icra hakimiyyəti nümayəndəliyindən qeydiyyatsız formada ya amaqla bağlı arayı almaq lazımdır. Bu halda sayğac qoydurmaq mümkündür. cavabdeh2 73 ya ında pensioner qadındır. Əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsi i ə baxarkən iddiaçının köçürüldüyü evə kommunal xətlərin çəkilməsi məsələsini hərtərəfli ara dırmadan qətnamə qəbul edib və onun icrası tərəflər arasında gələcəkdə mübahisələrin yaranmasına gətirib çıxaracaqdır. Çünki indi faktiki ya adıqları dövrdə qaza, suya, i ığa limitlər təyin edilib, bunlar ödəni zamanı problemlər yarada bilər. Elektrik sayğacı müəyyən kilovatlarla hesablama aparır, sayğacların çoxluğu həmin kilovatların a masına gətirib çıxarır. Bu da qısaqapanma, yanğın yarada bilər. Həyətin bir küçəqapısı vardır. Ünvanda ümumilikdə dörd tikili var, hərəsində ayrı-ayrı adamlar ya ayır. Evlərin ikisi hasarla ayrılıb, ikisi xalasıgilə, ikisi isə onlara dü üb. Onlar tərəfdə iki ev var, iddiaçının köçürüldüyü ev onun ya aması üçün nəzərdə tutulmu dur, nikahdan illər əvvəl tikilmi evdir. Anasının evi də sovet vaxtından, 1970-ci illərdən qalma evdir. Kübranın köçürüldüyü ev onların payına dü ən 2000-ci illərdə tikilən evdir. O, i i ilə əlaqədar demək olar ki, Bakıda olmur, ezamlarda olur. Faktiki orda köçürülmə qərarı olan ev onun adına olan evdir ki, 2000-ci illərdə tikilib. Üç otaq və bir mətbəxdən ibarətdir. Anasının evi isə bir otaq və bir mətbəxdən ibarətdir. Qar ı tərəf və nümayəndələri məhkəməyə elə izahatlar verirlər ki, guya orada həmin evə aid i ıq və su sayğacı var, onlar qəsdən onları kəsmi lər, istifadə etməsin deyə maneə törədiblər. Ancaq həmin i ıq və su sayğacı anasının 1970-ci illərdə tikilən evinə məxsusdur. Qar ı tərəf isə deyir ki, oradan ona i ıq və su xətti versin. 2000-ci illərdə tikilən evdə isə bir qaz sayğacı var, onu da cavabdehin adına o, özü qoydurmu dur. Kübranın köçdüyü evdə qaz sayğacı var. Su və i ıq sayğacı yoxdur, əvvəldən o, evdə həmin sayğaclar olmayıb, sözügedən sayğaclar cavabdeh2 adına olan evdə olub. Kübranın köçdüyü ev müstəqil evdir. O, evə su belə gəlirdi ki, münasibətlər yax ı olan dövrdə cavabdeh2 deyirdi ki, eybi yoxdur, o, pensiyasından ödəyər, kifayət qədər hörmətsizlik gördükdən sonra o, həmin evdə ya ayanda da cavabdeh2 onların qaldıqları evin i ığını, suyunu kəsirdi. Deyirdi ki, abonent odur, sabah hansısa yüklənmə olanda problem onun üstünə qalacaqdır. Burada prinsip söhbəti var. Onlar ona görə də, Firuzənin ya adığı evdən Kübranın köçdüyü evə i ıq və su xəttinin çəkilməsinə etirazılarının qəbul edilməsini istəyir. Bundan ba qa yuxarı instansiya məhkəməsinin qərarları var ki, bir kommunal sayğac yalnız bir ev üçün nəzərdə tutulub. Birinci instansiya məhkəməsinin qətnaməsini əsassız sayıb iddianın rədd edilməsini xahi edir. Əgər istəyirsə Kübra ya adığı evə gedib su və i ıq sayğaclarını qoydursun, necə ki, o, bir dəfə qaz sayğacı qoydurmu dur. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Əbdüəli qızının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şiakyəti ilə razılaşmayıb, şikayətə qarşı etirazının məzmununa uyğun izahat vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.Mənzil hüququ İ.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı cavabdeh cavabdeh1 münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Tədqiq olunan sübutlara əsasən iddiaçının himayəsində olan yetkinlik yaşınaçatmayan övladı ilə birlikdə, qanuni qüvvəsini alan məhkəmə aktına əsasən, köçürüldüyü ünvan 4 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evində həmin həyətdə yerləşən cavabdehlərin yaşadıqları digər evə çəkilmiş qaz, su, işıq kommunal xidmətlərindən istifadə edilmiş, lakin tərəflər arasında mübahisə yarandığından cavabdehlər həmin kommunal xidmətlərdən iddiaçının istifadəsinə manelər yaratmışlar. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 iddiaçının faktiki yaşadığı fərdi yaşayış evinə kommunal xidmətlərin çəkilməsinə etirazının olmadığını bildirsə də, kollegiya tərəfindən tərəflərə mübahisənin sülh yolu ilə həll edilməsi üçün verilən vaxt ərzində tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı oğlu ##.##.2015-ci il X1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən həyətdə olan tikililərdən sol tərəfdə yerləşən (girişi solda olan) fərdi yaşayış evinə köçürülməsi həmin evin yaşayış üçün lazımi kommunal vasitələrindən (qaz, su, işıq, sanitar qovşaq,və sair) istifadə etməsini də özündə ehtiva etməsi barədə tərəflərə izah verilsə də, iddiaçının köçürüldüyü evdə yaşaya bilməsi üçün kommunal xidmətlərdən istifadə etməsində manelərin mövcud olması apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı da öz təsdiqini tapdığından iddia tələblərini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-613/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-613/2026
02.06.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver