Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-621/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X4” X2rşı mülki iş (Açar sözlər: «əlilliyi müəyyən edlmiş şəxslərin əmək haqqının artırılmasının təmin edilməsinin əmək kollektivlərinin razılığı ilə şərtləndirilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5382/2025 saylı, 03 dekabr 2025ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin X4 Xidməti” X3 xx.xx.2024-cü il tarixli, 876-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən İddiaçı - şikayət və müraciətlərin araşdırılması şöbəsinin Qaynar xətt qrupunun dispetçeri ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 8 il, 3 ay, 9 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarı işdənçıxarma müavinəti verilmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzi ödənilmişdir. Əsas olaraq "iri Şəhərlərin X4 Xidməti" X6 təsdiq edilmiş strukturu, ştat cədvəli və Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 17 İyul 2024-cü il tarixli, 55 nömrəli məktubu göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh “İri Şəhərlərin X4” X2rşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup əlil olduğu 2019-2024-cü illər ərzində çalışdığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X4” X6dən ödəmədiyi 20-25%-in tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
3. İddiada göstərilib ki, iddiaçı 2017-ci il tarixində hündürlükdən aşaraq kəllə-beyin travması almışdır. Bu ağır xəstəliyə görə ilk bir il aralarında az ay, gün fərqilə xəstəxanalarda yatmışdır. 2019-cu ildə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. İndiyə qədər də baş-beyin silkələnməsi, paraplegiya və tetraplegiya, vebrastaniya, fon retinopatiyaları və retinal damar dəyişiklikləri, eyni zamanda büzdüm sümüyünün 2 yerdən qəlpəli yerini dəyişmiş sınığı (döyənək olaraq birləşmiş) xəstəliklərdən əziyyət çəkir. 2016-cı ilin mart ayının 1-dən 2024-cü ilin sentyabr ayının 12-ə qədər əvvəlki adı "xxxx" ASC olan, varisi yuxarıda qeyd ediilən təşkilatda dispetçer vəzifəsində çalışmışdır. Əlillik sənədini rəhbərliyə təqdim etməyinə baxmayaraq, onlar iddiaçıya Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 saylı Qərarını tətbiq etməyiblər. Qərarda orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əmək haqqının 20-25 faiz artırılması yəni, əmək haqqına ödəniş ödəməlidir deyə göstərilir. 2022-ci ilin aprel ayında rəhbər işçi Firudun Ağayevin onu incitməsi ilə bağlı rəhbərliyə ərizə ilə müraciət etmiş, lakin ona heç bir müsbət cavab verilməmişdir. Eyni zamanda işçi bu barədə məlumatlı deyilsə, o zaman işəgötürən bu qanunun üstündən keçməli, heç belə bir qərar yoxmuş kimi davranmalıdır? Bu əlil olan hər kəsin haqqıdır. İddiaçı bu barədə işdən ixtisara düşüb ayrılandan sonra Azərbaycan Respublikası Həmkarlar ittifaqları Konfedarasiyasına bu barədə müraciət etmişdir. İddiaçıya bu barədə göstərdiyi ünvandan heç bir müsbət və ya mənfi cavab gəlməmişdir. Eyni zamanda 06 avqust 2025-ci ildə 13 saylı mediasiya təşkilatında işə baxılmalı olsa da, cavabdeh təşkilat, yəni “İri şəhərlərin X4” publik hüquqi şəxsi iclasa gəlməmişdir. Hazırda iddiaçı 5 il ərzində ona ödəniləcək, lakin ödənilməmiş haqqı olan, qanunla haqqı olanı tələb edir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5382/2025 saylı, 03 dekabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 185 nömrəli qərarına əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi müəssisə və təşkilatların üzərinə öhdəlik kimi qoyulmuşdur. Göründüyü kimi, işəgötürənlə həmkarlar ittifaqı (əmək kollektivi) arasında kollektiv saziş bağlanmış olsa da, kollektiv sazişdə əlilliyi olan işçilərin əmək haqqının artırılması və ya əmək haqqına əlavələrin verilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Başqa sözlə, həmkarlar ittifaqının (əmək kollektivinin) əlilliyi olan işçilərin əmək haqqının artırılması və ya əmək haqqına əlavələrin verilməsi ilə bağlı razılığı mövcud deyildir. Belə olan halda, iddiaçının əlilliklə bağlı əlavə əmək haqqı tələbini təsdiqləyən nə kollektiv müqavilə, nə əmək müqaviləsi, nə də kollektiv sazişdə hər hansı norma mövcud olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, məhkəmə tərəfindən Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı Qərarının hüquqi qüvvəsi düzgün qiymətləndirilməmişdir. Qətnamədə göstərilir ki, qeyd edilən qərarın tətbiqi “əmək kollektivinin razılığı” ilə mümkündür. Halbuki sözügedən Qərar normativ hüquqi akt olmaqla, bütün müəssisələr üçün məcburi icra xarakteri daşıyır.Qərarın 5.4-cü bəndində açıq şəkildə qeyd olunur ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əmək haqqının 20-25 faiz artırılması təmin edilməlidir. Buradakı “əmək kollektivlərinin razılığı” ifadəsi əmək kollektivləri tərəfindən qəbul edilmiş normativ sənədlər (məs.: kollektiv müqavilə) əsasında tətbiq mexanizmini göstərir, lakin razılıq verilməməsi Qərarın icrasını ləğv etmir. Bu qərar normativ akt kimi icbari xarakter daşıyır. Buna görə cavabdeh müəssisə bu hüquqi aktı icra etməli, iddiaçıya əlilliyinə görə əmək haqqı əlavəsi ödəməli idi. Nəticə etibarı ilə birinci instansiya məhkəməsi Qərarın hüquqi qüvvəsini yanlış qiymətləndirərək normativ aktın məcburi icra olunduğu prinsipini pozmuşdur. Əmək Məcəlləsinin 155, 156, 158 və 164-cü maddələrinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin: 155-ci maddəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ var; 156-cı maddəyə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir, lakin qanunla müəyyən edilmiş əlavələr hər halda ödənilməlidir; 158-ci maddəyə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı 2019-cu ildən etibarən İİ qrup əlildır və bu zaman qüvvədə olan hüquq normalarına görə onun əmək haqqına 20-25% əlavənin edilməsi işəgötürənin borcu olmuşdur. İşəgötürən bu vəzifəni yerinə yetirməmiş, bu da bərabərlik və ayrı-seçkiliyinin yolverilməzliyi prinsiplərini (ƏM12, 16, 155-ci maddələri) pozmuşdur. Əmək haqqının artırılması kollektiv müqavilə deyil, qanunla tənzimlənən sosial təminat xarakterli ödənişdir. Qətnamədə kollektiv razılığın olmaması əsas gətirilsə də, bu əlavələr əmək haqqının təşviq sistemi deyil, sosial müdafiə məqsədli məcburi ödənişdir. Əlilliyi olan şəxslərə münasibətdə bu təminatlar sosial ədalət prinsipi üzrə birbaşa dövlətin müəyyən etdiyi tələblərdir. Bu, kollektiv müqavilə ilə razılaşdırılmasa belə, işəgötürən tərəfindən tətbiq edilməlidir. Məhkəmə bu fərqi nəzərə almamış, hüququn “maddiyyat hüququnu” (substantive law) yanlış tətbiq etmişdir. Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əmək haqqının 20-25 faiz artırılması təmin edilməlidir. Buradakı “əmək kollektivlərinin razılığı” ifadəsi əmək kollektivləri tərəfindən qəbul edilmiş normativ sənədlər (məs: kollektiv müqavilə) əsasında tətbiq mexanizmini göstərir, lakin razılıq verilməməsi Qərarın icrasını ləğv etmir. Bu qərar normativ akt kimi icbari xarakter daşıyır. Buna görə cavabdeh müəssisə bu hüquqi aktı icra etməli, iddiaçıya əlilliyinə görə əmək haqqı əlavəsi ödəməli idi. Nəticə etibarı ilə birinci instansiya məhkəməsi Qərarın hüquqi qüvvəsini yanlış qiymətləndirərək normativ aktın məcburi icra olunduğu prinsipini pozmuşdur. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ var.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. İş üzrə tərəflər məhkəmə iclasında iştirak etmədi.
8. İddiaçı məhkəməyə ünvanladığı teleqramda üzrlü səbəbdən hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə baxılmasının başqa tarixə keçirilməsini xahiş etmiş, lakin üzrlü səbəbini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi isə iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ......... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; ......... Maddə 38.1. Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Maddə 38.2. Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər: ......... i) əlilliyi olan işçilərin, gənclərin (yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə və ya fiziki şəxs olan işəgötürənlərə güzəştlərin müəyyən olunması; ......... Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 155.1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 158.1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Maddə 172.1. Əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əmək haqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Maddə 172.2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
19. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
20. Əvvəla, Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı Qərarı ilə “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqram” təsdiq edilib. Bu Proqramın əlilliyi olan şəxslərin gəlirlərinin müntəzəm artmasının təmin edilməsi başlıqlı 5.4-cü bəndinin 3-cü qrafasında - “əmək kollektivlərinin razılığı ilə” kollektivdə işləyən orqanizmin funksiyalarının,... 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edlmiş şəxslərin,...əmək haqqının artırılmasının təmin edilməsi qeyd olunub. Göründüyü kimi, əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının artırılmasının təmin edilməsi bilavasitə Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı Qərarında deyil, həmin Qərarla təsdiq edilən “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqram”da göstərilib.
21. Bununla yanaşı, qeyd olunan Proqramın əlilliyi olan şəxslərin gəlirlərinin müntəzəm artmasının təmin edilməsi başlıqlı 5.4-cü bəndinin 3-cü qrafasında - kollektivdə işləyən orqanizmin funksiyalarının,... 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edlmiş şəxslərin,...əmək haqqının artırılmasının təmin edilməsi əmək kollektivlərinin razılığı ilə şərtləndirilib. Başqa sözlə, qeyd olunan şəxslərin əmək haqqının artırılmasının təmini üçün əmək kollektivinin razılığı tələb olunurdu. Cavabdeh qurumda isə əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının artırılması üçün əmək kollektivinin razılığı olmamışdır.
22. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 155, 156, 158 və 164-cü maddələrinin tələbləri pozulmayıb. Çünki qeyd olunan normaların dispozisiya şərtləri hazırkı iddianın qanuni əsasını təşkil etmir. Ona görə də cavabdeh tərəfindən bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsipləri(ƏM.m.12, 16, 155)də pozula bilməzdi. Yəni, kollektiv müqavilə ilə razılaşdırılmayıbsa, cavabdeh tələb edilən ödənişi ödəməyə məcbur edilə bilməz.
23. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanu ni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5382/2025 saylı, 03 dekabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5382/2025 saylı, 03 dekabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.