Məhkəmə qərarları › İş №2(3-6)-624/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-624/2026

12.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-624/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2, cavabdeh3 Elçin oğluna qarşı (X17və X16mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X19 katibliyi ilə, cavabdeh cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin X15 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2, cavabdeh3 qarşı (X17və X16mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul ttələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Bakı şəhəri TI və MHQI tərəfindən verilmiş ##.##.1997-ci il tarixli, MH seriyalı ****** saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Vaqif prospekti * saylı evin ** saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** saylı reyestr kitabının ****** saylı səhifəsində qeydiyyatdan keçmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh4, X1, cavabdeh3 və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı «mülkiyyət hüququnun müdafiəsi və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərin Bakı şəhəri Vaqif prospekti * saylı evin ** saylı mənzilindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Musayev Azərbaycana qarşı ****/** saylı müraciət üzrə ## ##### 2020-ci il tarixli sənəddən və Bəyannamədən görünür ki, Avropa Insan Hüquqları Məhkəməsində İddiaçı işlə bağlı dövlətlə məsələni dostcasına həlli barədə razılığa gəlinmişdir. Bu razılaşma AIHM-nin ## #### 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş və ##.##.2020-ci il tarixdə iş üzrə tərəflərə yazılı şəkildə bildirilmişdir. Qərara əsasən Azərbaycan höküməti bildiriş aldıqdan 3 ay müddətində dövlətdaxili məhkəmə qərarının – yəni Nəsimi Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli *(***)-**/**** saylı qətnaməsinin icra edilməsi və milli məhkəmə qərarının icrası ilə bağlı bütün xərcləri qarşılamağı öhdəsinə götürsə də, qətnamənin icrası ilə bağlı bu günədək heç bir addım atılmamışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh4, X1, cavabdeh3 və Nəsimi rayon Icra və Probasiya şöbəsinə qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda olaraq 7500 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ######## 2021-ci il tarixdən hesablanmaqla cavabdehlər cavabdeh1, cavabdeh4, Isayeva (Abbaszadə) Lalə Elçin qızının və cavabdeh3 Bakı şəhəri Nəsimi rayonu Vaqif prospekti ünvanda yerləşən * saylı evin ** nömrəli mənzilindən çıxarılacağı günə qədər əmlakdan istifadəyə görə aylıq 1000 manat haqqın cavabdehlər cavabdeh1, cavabdeh4, Isayeva (Abbaszadə) Lalə Elçin qızından və cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 Bakı şəhəri Icra Hakimiyyətinin Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı haqqında ## ####### 1997-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətindədir. Sözügedən mənzil illərdir cavabdehlər - məcburi köçkünlər cavabdeh1, cavabdeh4, Isayeva (Abbaszadə) Lalə Elçin qızı, cavabdeh3 tərəfindən zəbt olunmuşdur. Nəticədə, onun ailə üzvləri ilə yaşaya biləcəyi yaşayış yeri olmadığından dəfələrlə mənzilin boşaldılmasını və ona təhvil verilməsini tələb etsə də, bu günədək cavabdehlər mənzili boşaltmamışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək, məcburi köçkünlər cavabdeh1, cavabdeh4, Isayeva (Abbaszadə) Lalə Elçin qızının Bakı şəhəri, Vaqif prospektində yerləşən * saylı evin ona məxsus olan ** nömrəli mənzilindən çıxarılması qərarı verilmişdir. Məhkəmə qərarı icra edilmədiyindən ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsinə müraciət etmiş və şikayətə baxılması zamanı mübahisənin hökümət məhkəmə qərarının 3 ay müddətində icrasının təmin edilməsi və iddiaçıya təyin olunmuş kompensasiyanın ödənilməsi ilə bağlı öhdəlik götürmüş, tərəflərin dostcasına razılığı AIHM-nin ## #### 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş, qərar tərəflərə ## ##### 2020-ci ildə rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq məhkəmə qərarının icrası bu günədək təmin edilməmişdir. Məhkəmə qərarının icra edilməməsi nəticəsində gündən günə daha çox ziyana məruz qalmaqla, həmin sahədən nə yaşayış yeri kimi istifadə edə bilməmiş, nə də onu kirayə verərək maddi ehtiyaclarını qarşılamaq üçün gəlir əldə edə bilməmişlər. Ona görə də, məcbur qalaraq ## #### 2021-ci il iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etməklə, cavabdeh Bakı şəhəri Nəsimi rayon Icra və Probasiya Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehlərin Bakı şəhəri, Vaqif prospektində yerləşən * saylı evin, ** nömrəli mənzildən çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və əmlakından qanunsuz istifadəyə görə aylıq 1.000 manat olmaqla cəmi 15.000 manat əldən çıxmış faydanın, habelə göstərilən məcburi köçkünlərin gələcəkdə faktiki olaraq həmin yaşayış sahəsində çıxarılacağı günə qədər əldən çıxmış faydanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ## ######## 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X12, cavabdeh4, Isayeva (Abbaszadə) Lalə Elçin qızından, cavabdeh3 müştərək qaydada əldən çıxmış fayda olaraq 7.500 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsini qət edilmişdir. Məhkəmənin ## ######## 2021-ci il tarixli qərarından cavabdehlər tərəfindən şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsinə göndərilmişdir. Lakin qətnamə cavabdehlər tərəfindən könüllü icra edilmədiyindən inkasso qaydasında məcburi qaydada tutulmaqla aylıq olaraq hissə-hissə tutularaq ona ödənilir. Nəzərə almaq lazımdır ki, cavabdehlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-**/** nömrəli qətnaməsini icra etmirlər və bu günədək həmin mənzildə yaşamağa davam edirlər. Məhkəmənin ## ######## 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi isə Avropa Insan Hüquqları Məhkəməsinin qərarı barədə hökümətə rəsmi qaydada məlumat verildiyi ## ##### 2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi çıxarılanadək əldən çıxmış faydanın əvəzi kimi 7500 manatın ödənilməsi qət edilsə də, həmin qətnamənin çıxarılmasından sonrakı dövrdə də cavabdehlərin həmin mənzildə yaşamağa davam etməsi nəticəsində o, zərərə məruz qalmışdır və mənzili təhvil alanadək bu zərər davam edəcəkdir. Iddia ərizəsinə əlavə olunan mübahisəli mənzilin yerləşdiyi ünvanda mənzillərin kirayə qiymətləri ilə bağlı rəsmi elan saytlarından çıxarışlara görə kirayə haqqının orta məbləği 1000 manat təşkil edir. Ona görə də, ## ######## 2021-ci ildən hesablanmaqla cavabdehlər ünvan 1-dan çıxarılanadək aylıq 1000 manat haqqın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

7. Daha sonra X16mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.

8. Cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2 və cavabdeh3 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişlər ki, cavabdehlər məcburi köçkün statusuna malikdirlər və hal-hazırda işğaldan azad olunan ərazilərə köçürülmələri üçün şərait yoxdur. Cavabdehlərin yaşamaq üçün başqa yeri, işğaldan azad olunan ərazilərə qayıtmayınca yaşayacaqları ünvanları olmadığı üçün sözügedən mənzili tərk edə bilmirlər. Onların yaşadığı yeganə mənzildən çıxarılmaları konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən, cavabdehlər işğaldan azad olunan ərazilərinə qaytarılanadək, həmin ərazidə yaşayış üçün mənzillə təmin ediləcəkləri zamanadək mənzildən çıxarılmalarını təxirə salan qərar qəbul edilməlidir. Həmçinin, cavabdehlər iddiaçıya məxsus Bakı şəhəri Vaqif prospektində yerləşən * saylı evdən istifadə etmələri mövcud zərurətdən yaranmışdır və qeyd olunan mənzildə yaşamaları məcburidir. Belə olan halda, cavabdehlərdən sözügedən mənzildə yaşamaları üçün aylıq pul alınması inandırıcı və ağlabatan deyil. Məhkəmənin presedent hüququna müvafiq olaraq xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, cavabdehlər onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırki işdə cavabdehlərin hazırki iddia tələbi üzrə cavabdeh qismində iştirak etmələri mümkün deyildir. Çünki iddiaçı ona vurulmuş ziyan qismində hazırki cavabdehlərə deyil, başqa şəxslərə, yəni cavabdehləri məcburi köçkün qismində evlə təmin etmək öhdəliyi olan şəxslərə qarşı qaldırmalıdır. Məhz həmin şəxslərin öhdəlikləri yerinə yetirməmələri səbəbindən cavabdehlər iddiaçıya məxsus mənzildə yaşamağa məcbur olmuşlar. Bu səbəbdən, iddianın rədd edilməsi xahiş olunmuşdur.

9. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ƏEM/M**-***/**** saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Vaqif prospekti * saylı evin ** saylı mənzilinin orta aylıq kirayə dəyəri ## ### 2025-ci il tarixə 450 manat təşkil edir. Xidmət haqqı 400 manat təşkil edir.

10. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, UNI/N**-***/**** saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri Vaqif prospekti * saylı evin ** saylı mənzilinin orta illik kirayə dəyəri 2021-ci il üzrə 500 manat, 2022-ci il üzrə 620 manat, 2023-cü il üzrə 650 manat, 2024-cü ildə 680 manat, 2025-ci ildə 750 manat təşkil edir. Xidmət haqqı (ölçü və qiymətləndirmə işi) 300 manat təşkil edir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Məmməqulu qızından əldən çıxmış fayda olaraq 33900 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 300 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-yə ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Qətnamənin əsaslarına görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə məcburi köçkünlər X12, cavabdeh4, Isayeva (Abbaszadə) Lalə Elçin qızının, cavabdeh3 Bakı şəhəri, Vaqif prospektində yerləşən * saylı evin iddiaçıya məxsus olan ** nömrəli mənzilindən çıxarılmaları qət edilsə də, qanuni qüvvəsini almış məhkəmə aktı bu günədək icra olunmamışdır. Iş materiallarından və tərəflərin verdikləri ifadələrdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi cavabdehlər tərəfindən icra edilmişdir. Işin faktiki hallarından göründüyü kimi, iddiaçı xüsusi mülkiyyətində olan mənzildən təyinatı üzrə istifadə edə, mənzildən faydalana bilmir. Başqa sözlə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçı öz mülkiyyətində olan mənzildən istifadə edə, həmçinin maddi ehtiyacları ödəmək üçün mənzildən hər hansı şəkildə faydalana bilmir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi ərazidə mövcud icarə qiymətləri ilə yanaşı, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbəri baxımından qanuni qüvvəsini almış ## ######## 2021-ci i tarixli qətnamə də nəzərə alınmaqla, qətnamənin qəbul edilən tarixindən hazırki vaxta qədər cəmi 33900 manat əldən çıxmış fayda cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, təqdim olunmuş rəydən görünür ki, 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə (3 ay, hər ay üçün 500 manat olmaqla) icarə haqqı məbləği cəmi 1.500 manat; 2022-ci il üçün hər ay 620 manat olmaqla, cəmi 7440 manat; 2023-cü il üçün hər ay 650 manat olmaqla, cəmi 7800 manat; 2024cü il üçün hər ay 680 manat olmaqla, cəmi 8160 manat; 2025-ci il üçün hər ay 750 manat olmaqla, cəmi 9000 manat, ümumilikdə 33900 manat təşkil edir. Belə ki, iddiaçı məhkəməyə mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə eyni şəraiti (bütün parametrləri nəzərə alınmaqla) olan mənzillərin real olaraq icarə haqqının 1000 manat təşkil etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qətnamə çıxarmışdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, məhkəmənin ## ######## 2021-ci il tarixli, 2(006)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X12, cavabdeh4, Isayeva (Abbaszadə) Lalə Elçin qızından, cavabdeh3 müştərək qaydada əldən çıxmış fayda olaraq 7500 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsini qət edilmişdir. Məhkəmənin ## ######## 2021-ci il tarixli qərarından cavabdehlər tərəfindən şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Nəsimi Icra Şöbəsinə göndərilmişdir. Lakin qətnamə cavabdehlər tərəfindən könüllü icra edilmədiyindən inkasso qaydasında məcburi qaydada tutulmaqla aylıq olaraq hissə-hissə tutularaq ona ödənilir. Nəzərə almaq lazımdır ki, cavabdehlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-**/** nömrəli qətnaməsini icra etmirlər və bu günədək həmin mənzildə yaşamağa davam edirlər. Məhkəmənin ## ######## 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi isə Avropa Insan Hüquqları Məhkəməsinin qərarı barədə hökümətə rəsmi qaydada məlumat verildiyi ## ##### 2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi çıxarılanadək əldən çıxmış faydanın əvəzi kimi 7500 manatın ödənilməsi qət edilsə də, həmin qətnamənin çıxarılmasından sonrakı dövrdə də cavabdehlərin həmin mənzildə yaşamağa davam etməsi nəticəsində o, zərərə məruz qalmışdır və mənzili təhvil alanadək bu zərər davam edəcəkdir. Iddia ərizəsinə əlavə olunan mübahisəli mənzilin yerləşdiyi ünvanda mənzillərin kirayə qiymətləri ilə bağlı rəsmi elan saytlarından çıxarışlara görə kirayə haqqının orta məbləği 1000 manat təşkil edir. Ona görədə, ## ######## 2021-ci ildən hesablanmaqla cavabdehlər ünvan 1-dan çıxarılanadək aylıq 1000 manat haqqın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdehlər məcburi köçkün statusuna malikdirlər və hal-hazırda işğaldan azad olunan ərazilərə köçürülmələri üçün şərait yoxdur. Cavabdehlərin yaşamaq üçün başqa yeri, işğaldan azad olunan ərazilərə qayıtmayıncayaşayacaqları ünvanları olmadığı üçün sözügedən mənzili tərk edə bilmirlər. Onların yaşadığı yeganə mənzildən çıxarılmaları konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən, cavabdehlər işğaldan azad olunan ərazilərinə qaytarılanadək, həmin ərazidə yaşayış üçün mənzillə təmin ediləcəkləri zamanadək mənzildən çıxarılmalarını təxirə salan qərar qəbul edilməlidir. Həmçinin, cavabdehlər iddiaçıya məxsus Bakı şəhəri Vaqif prospektində yerləşən * saylı evdən istifadə etmələri mövcud zərurətdən yaranmışdır və qeyd olunan mənzildə yaşamaları məcburidir. Qeyd edilir ki, hazırki məqamədək cavabdehlər evlə təmin edilməmişdirlər. Həmçinin, bununla əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsində də 2021-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi icra mərhələsində yönəldikdə Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsində olduqda da icra məmuru qətnamənin 7500 manat məbləği hissəsində icra işini edəcəyini və cavabdehlər hələ də evlə təmin olunmadığından və mərhum prezidentimiz Heydər Əliyevin də qaçıqın və məcburi köçkünlərlə bağlı qətiyyətli müvqeyinin olduğunu bildirərək, mənzildən çıxarılma hissəsində qətnaməni hərəkətsiz saxlayacağını bildirmişdir. Məhkəmə yekun qənaətə gələrkən Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli,*(***)-****/**** nömrəli qətnaməsi üzrə icraata götürülmüş icra işini istəyib, icra işinin nə üçün bu günkü tarixədək uzadılmasını, nə üçün icra məmurunun təşəbbüsü ilə möhlət verilməsini və həmçinin hazırki tələb üzrə iddiaçıların nə üçün 2021-ci il tarixindən,bu günkü tarixədək icra məmurunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin mənzildən çıxarılması hissəsində icra edilməsi üçün şikayətlər vermədiyi və zəruri hərəkətlər etmədiyinin fərqinə varmış olardı. Belə olan halda, mövcud iddia tələbi üzrə cavabdehlər təqsirkarmı sayılır, onlardan mülki iş üzrə pulun tutularaq iddiaçıya ödənilməsi nə dərəcədə ədalətlidir? Eyni zamanda bildirir ki, apellyasiya şikayətinə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2017-ci il tarixində X5 iləailə həyatı qurmuş və həmin tarixdən etibarən onunla birgə yaşamaqdadırlar. Həmçinin qeyd edim ki, X5 hərbi qulluqçudur, hazırda Azərbaycab Respublikası Medafiə Nazirliyində hərbi qulluqçu olaraq xidmət edir. Apellyasiya şikayətinə əlavə edilmiş ##.##.2025-ci il tarixli kirayə müqaviləsindən görünür ki, cavabdeh cavabdeh2 həyat yoldaşı X5 ilə X6 arasında kirayə müqaviləsi bağlanmışdır. Bununla da X5 və onun həyat yoldaşı cavabdeh cavabdeh2ın birgə ünvan 2 ünvanında kirayədə qalırlar. Bununla da bildirir ki, iddia tələbinə cavab verməli olan cavabdehlərin arasında X4 olması qanunsuz və əsassızdır. Belə ki, o nikaha daxil olduğu tarixdən, yəni, 2017-ci il tarixindən etibarən ünvan 1 ünvanında yaşamamışdır. Məhkəmə öz qətnaməsində iddianın qismən təmin edilməsi əsası olaraq iddiaçıya məxsus mənzilin yerləşdiyi ərazidə mövcud icarə qiymətləri ilə yanaşı, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbəri baxımından qanuni qüvvəsini almış ## ######## 2021-ci il tarixli qətnamə də nəzərə alınmaqla, qətnamənin qəbul edilən tarixindən hazırki vaxta qədər cəmi 33900 manat əldən çıxmış fayda cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, təqdim olunmuş rəydən görünür ki, 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə (3 ay, hər ay üçün 500 manat olmaqla) icarə haqqı məbləği cəmi 1500 manat; 2022-ci il üçün hər ay 620 manat olmaqla, cəmi 7440 manat; 2023-cü il üçün hər ay 650 manat olmaqla, cəmi 7800 manat; 2024-cü il üçün hər ay 680 manat olmaqla, cəmi 8160 manat; 2025-ci il üçün hər ay 750 manat olmaqla, cəmi 9000 manat, ümumilikdə 33900 manat təşkil etməsini qeyd edir. Lakin, məhkəmə yekun qənaətə gələrkən Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi üzrə icraata götürülmüş icra işini istəyib, icra işinin nə üçün bu günkü tarixədək uzadılmasını, məcburi icra tədbirlərinin nə üçün həyata keşirilmədiyini nə üçün icra məmurunun təşəbbüsü ilə möhlət verilməsini və həmçinin hazırki tələb üzrə iddiaçıların nə üçün 2021-ci il tarixindən, bu günkü tarixədək icra məmurunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin mənzildən çıxarılması hissəsində icra edilməsi üçün şikayətlər vermədiyi və zəruri hərəkətlər etmədiyinin fərqinə varmış olardı ki, bu da öz növbəsində məhkəmənin gələcəkdə mövcud iddia tələbi ilə bağlı obyektiv nəticəyə gəlməsinə gətirib çıxara bilərdi. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduğuna görə, məhkəmə icra sənədlərini sorğu ilə əldə edib, bundan sonra sübutları tədqiq edərək yekun qənaətə gəlməli idi. Yuxarıda qeyd edilən hallarla əlaqədar olaraq bildirir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, işin halları, təqdim edilmiş sübutlardan da göründüyü kimi, məhkəmə qətnaməsində sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda bunları etməmiş və nəticə etibarı ilə qanuni və əsaslandırılmış qətnamə çıxarmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin X15 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. Birinci instansiya məhkəməsi yekun aktında cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətində irəli sürdüyü arqumentləri qiymətləndirərək iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni işin aşağıda qeyd olunan halları ilə əsaslandırmışdır: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə məcburi köçkünlər X12, cavabdeh4, Isayeva (Abbaszadə) Lalə Elçin qızının, cavabdeh3 Bakı şəhəri, Vaqif prospektində yerləşən * saylı evin iddiaçıya məxsus olan ** nömrəli mənzilindən çıxarılmaları qət edilsə də, qanuni qüvvəsini almış məhkəmə aktı bu günədək icra olunmamışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli qətnaməsi cavabdehlər tərəfindən icra edilmişdir. - Iddiaçı xüsusi mülkiyyətində olan mənzildən təyinatı üzrə istifadə edə, mənzildən faydalana bilmir. Başqa sözlə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçı öz mülkiyyətində olan mənzildən istifadə edə, həmçinin maddi ehtiyacları ödəmək üçün mənzildən hər hansı şəkildə faydalana bilmir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin apellyasiya şikayətində əsaslandığı hallar birinci instansiya məhkəməsində işə baxılan zamanı etirazın dəlilləri ilə eynilik təşkil edir, məhz bu xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmiş, dəfələrlə mütəxəssis rəyləri alınmış, məhkəmə tərəfindən işdə olan sübutlar düzgün qiymətləndirilərək iş üzrə yekun nəticəyə gəlinmişdir.

27. Beləliklə, hazırki mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün qiymətləndimə aparmış və məhkəmənin iddianın qismən edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar