AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2(3-6)-666/2026 01.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-666/2026 (Açar sözlər: attestasiya qaydalarının pozulması, işə bərpa, əmrin ləğvi, məcburi buraxılmış iş günlərinə görə kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi),X5və X2ibarəttərkibdə, ŞirinovaGülyarElmanqızınınkatibliyi, İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Rzazadə İqbal Kamil oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbuletdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdehlər Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbinin iddiaçı ilə bağladığı əmək müqaviləsinin ləğv edilməsinə dair ##.##.2025-ci il tarixli ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnaməqəbuledilməsinixahişetmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, 1986-cı ildə Üzeyir Hacıbəyov adına Musiqi Texnikumuna, indiki Naxçıvan Orta İxtisas X6 ixtisası üzrə qəbul olunaraq, 1989-cu ildə həmin texnikumu bitirmiş, 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Uşaq Musiqi məktəbinə fleyta müəlliməsi kimi işə qəbul olunaraq, 2004-cü ilədək orada işləmişdir, sonra ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçmüş, 2006-cı ildə Bakı şəhəri ** nömrəli Musiqi Məktəbinə fleyta ixtisası üzrə müəllimə kimi işə qəbul olunaraq 2012-ci ilədək orada işləmişdir. 2012-ci ildə isə * nömrəli Uşaq Musiqi Məktəbinə fleyta ixtisası üzrə əsas müəllimə kimi işə qəbul olunaraq, ##.##.2025-ci ilədək, yəni əmək müqaviləsinə xitam verilənədək orada işləmişdir. ##.##.2025-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakı Xoreoqrafiya Akademiyasında keçirilən Attestatiya prosesindən keçə bilməyərək, sonda barəsində tərtib edilən attestasiya vərəqəsini imzalamaqdan imtina edərək, bildirmişdir ki, o, imtiyazlı kateqoriyadan olan bir işçidir. Belə ki, 1974-cü il tarixli qardaşı X3 ##.##.1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Ermənistanın Azərbaycana qarşı hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə yüksəlmişdir. ##.##.2025-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakı Xoreoqrafiya Akademiyasında keçirilmiş Attestatiya prosesinin nəticələri ilə razı olmadığı barədə aidiyyəti qurumlara rəsmi qaydada müraciət etsə də, müraciətləri nəticəsiz qalaraq 2012-ci ildən fleyta ixtisası üzrə müəllimə kimi işlədiyi * nömrəli Uşaq Musiqi Məktəbdən əmək müqaviləsinə xitam verilərək tutduğu şərəfli peşədən kənarlaşdırılmışdır. Ailə üzvləri ilə birlikdə yaşayır, həyat yoldaşı və oğlu hazırda işsizdirlər, ailənin yeganə qazanc gətirən üzvü odur, ailəsinin saxlanılması, zəruri xərclərin ödənilməsi məhz onun öhdəliyindədir. Belə olan halda onun əmək fəaliyyətinə xitam verilməsi maddi durumunu olduqca ağırlaşdırır. * nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrə əsasən İddiaçı ##.##.2025-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müaviləsinə xitam verilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın təmin edilməsi, cavabdeh Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbində "fleyta müəlliməsi" vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı cavabdeh Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən məcburiişburaxmamüddətiüçünəməkhaqqınınödənilməsiqətedilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 66, 67.1, 67.2, 70-ci maddəsinin “c” bəndi, 71.1, 288-ci maddəsinin “x” bəndinə və 300.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 88, 217.4, 218.3-cümaddələriiləəsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib,iddiatələbinintəminedilməməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir. Məhkəmə öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, attestasiyanın keçirilməsi qaydalarına əsasən attestasiya komissiyasının tövsiyələrinin 30 təqvim günü müddətində etibarlı olmasına baxmayaraq, attestasiya vərəqəsi ##.##.2025-ci il tarixində tərtib edildiyi halda, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində işçinin işdən azad olunması barədə əmr verilmişdir və bu səbəbdən attestasiya nəticələrinin qüvvədə olma müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam verildiyi qənaətinə gəlinmişdir. Lakin məhkəmə tərəfindən iş üzrə mühüm hüquqi faktlar nəzərə alınmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı müxtəlif vaxtlarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı iki dəfə elektron xəstəlik vərəqəsini işəgötürənə təqdim etmişdir. Həmin xəstəlik vərəqələri: ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək (9 təqvim günü), ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək (8 təqvim günü) - ümumilikdə 17 təqvim günü davam etmişdir. Bu müddət ərzində iddiaçı faktiki olaraq işdə olmamışdır. “Azərbaycan Respublikasında işçilərinattestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli qərarının 3.4-cü maddəsinə əsasən, işçinin xəstəlik müddəti, məzuniyyətdə və ya ezamiyyətdə olduğu dövr attestasiya nəticələrinin 30 günlük qüvvədə olma müddətinə daxil edilmir. Beləliklə, attestasiya vərəqəsinin ##.##.2025-ci il tarixində tərtib edildiyini və 30 təqvim günlük müddətin ##.##.2025-ci il tarixində başa çatdığını nəzərə alsaq, iddiaçının 17 təqvim günü xəstəlikdə olduğu dövrün həmin müddətə əlavə olunması nəticəsində attestasiya nəticələrinin qüvvədə olma müddəti faktiki olaraq ##.##.2025-ci il tarixində başa çatmışdır. Hazırkı mübahisə üzrə cavabdeh – Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbtiərəfindən attestasiyanın keçirilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Attestasiyanın keçirilməsində əsas məqsəd işçilərin peşəkarlıq səviyyəsini obyektiv şəkildə qiymətləndirmək və nəticə etibarilə tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilən işçilərlə bağlanmış əmək müqavilələrinə xitam vermək olmuşdur. Əks halda, yəni attestasiya komissiyası tərəfindən “tutduğu vəzifəyə uyğun deyil” rəyinin verilməsinə baxmayaraq, işçi ilə əmək münasibətlərinin davam etdirilməsi halında, attestasiyanın keçirilməsi üçün geniş təşkilati tədbirlərin görülməsi, attestasiya komissiyasının fəaliyyətinə vaxt, maliyyə və insan resurslarının ayrılması məntiqsiz və əsassız olardı. Bundan əlavə, attestasiya komissiyasının mənfi rəy verdiyi işçinin müəssisədə saxlanılması, attestasiya prosesinə ciddi və məsuliyyətlə hazırlaşaraq müsbət nəticə əldə etmiş digər işçilərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin pozulmasına gətirib çıxarardı. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı QasımovaXalidə cavabdeh müəssisədə fleyta müəllimi vəzifəsində çalışmış və birbaşa olaraq uşaqların təhsil və tərbiyəsində, yəni cəmiyyət və dövlət üçün xüsusi ictimai əhəmiyyət kəsb edən bir sahədə fəaliyyət göstərmişdir. Belə bir vəzifəni tutan şəxsin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olmadığı səlahiyyətli kollegial orqan – attestasiya komissiyası tərəfindən müəyyən edildiyi halda, işəgötürənin həmin şəxslə bağlanmış əmək müqaviləsinə xitam verməsi qanunauyğun və zəruri hesab edilməlidir. Beləliklə, işəgötürən qərar qəbul edərkən subyektiv mülahizələrə deyil, kollegial və səlahiyyətli orqan olan Attestasiya Komissiyasının rəyinə istinad etmiş, təhsilin əhəmiyyəti, təhsil sisteminin keyfiyyəti və cəmiyyətin maraqları prizmasından çıxış edərək qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Nəticə etibarilə, işəgötürən tərəfindən qəbul edilmiş qərar zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş heç bir maddi hüquq norması pozulmamış, əmək müqaviləsinə xitam verilməsi qanuni, əsaslı və məqsədəuyğun olmuşdur. Birinci instansiya məhkəməsi — Sabunuu Rayon Məhkəməsi (hakim Mirzəliyev Ruslan) iş üzrə düzgün hüquqi qiymətləndirmə aparmayaraq yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə attestasiya komissiyası tərəfindən tərtib edilmiş attestasiya vərəqəsində işəgötürənə hər hansı tövsiyənin qeyd olunmamasını, habelə Əmək Məcəlləsində nəzərdə tutulmuş “işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ya ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsi, yaxud işçinin razılığı ilə başqa müvafiq vəzifəyə keçirilməsi” kimi imkanlardan istifadə edilməməsini nöqsan kimi qiymətləndirmişdir. Lakin nəzərə alınmamışdır ki, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiqedilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli Qərarının 2.6-cı maddəsinə əsasən, attestasiya komissiyasının tövsiyələrindən biri işçinin tutduğu vəzifəyə uyğun olmaması halında onun işdən azad edilməsidir. Cavabdehdə məhz bu normaya uyğun olaraq attestasiya komissiyasının nəticələrinəəsasəniddiaçınınəməkmüqaviləsinəxitamvermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 7.Apellyasiyaşikayətinəqarşıetiraztəqdimolunmuşdur.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tələbələri yüksək ixtisaslaşmışlar.İmtahanzamanıisəhəyəcanlıolmuşdur.
9. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Rzazadə İqbal Kamil oğlu verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, rəydən də göründüyü kimi iddiaçı 5 sualdan 4-ünə cavab vermişdir. Həmçinin özü fəxri fərmanla təltif olunmuş, tələbələri isə beynəlxalq müsabiqələrdə iştirak etmişlər.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadanbaxılmasımümkünhesabedilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi (mübahisənin mövcud olduğu tarixə uyğun olaraq yeni redaksiyada)
11. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyasıkeçiriləbilər.
12. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasınınüzvüolabilməz.
13. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılmasıhaqqındamüvafiqəmrlə(sərəncamla, qərarla)müəyyənedilir.
14. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallarverilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
15. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təminolunmalıdır.
16. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyibarədəişəgötürənətövsiyyəedəbilər.
17. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əməkmüqaviləsinəbu Məcəllənin 70-ci maddəsinin“c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməkləişəgötürəntərəfindənxitam veriləbilər.
18. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraqişçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxudişçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə)keçirəbilər.
19. Maddə 70 “c” bəndi. peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiqqərarqəbuledildikdə;
20. Maddə 71 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiqqərarqəbuledilərkənişəgötürənbuMəcəlləiləmüəyyənedilmiştədbirlərgörür.
21. Maddə 300.1. Əgər, işəgötürən əməkmüqaviləsinəbu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuşxitam verilməsiəsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədəqərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymişzərərinməbləğininişəgötürəntərəfindənödənilməsinidənəzərdətutabilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” ** nömrəli Qərarı
22. Maddə 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraqattestasiyanıkeçməliolanişçilərinnəzərinəçatdırılır.
23. Maddə 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
24. Maddə 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək,işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edəbilər.Bununlabelə,attestasiyakomissiyasımüvafiqtövsiyələrininsəbəblərinigöstərir.
25. Maddə 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiyavərəqəsidoldurur.İşçininattestasiyavərəqəsionunşəxsiişindəsaxlanılır.
26. Maddə 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyintələblərinəriayətedərəkmüvafiqqərarqəbuledir.
27. Maddə 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiyaşikayətiniisətəminetmədənsaxlayabilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasənmübahisəninpredmetibölünməzolduqdaisətamyoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılıolmayaraqyoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsininqanuniliyininvəəsaslılığınınbütünlükləyoxlanılmasıtəşkiledir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır.
36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.
37. Ümumilikdə, işin halları ondan ibarətdir ki, İddiaçı ##.##.2012-ci ildən Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbində fleyta müəlliməsi kimi işləyir. Bundan əvvəl 1987-ci ildən 2004cü ilədək Naxçıvan şəhərində Uşaq Musiqi Məktəbində, 2006- cı ildən isə 2012-ci ilədək Bakı şəhər ** nömrəli Musiqi Məktəbində fleyta müəlliməsi kimi işləmişdir. Göründüyü kimi iddiaçının 35 ilə yaxın fleyta müəlliməsi kimi əmək stajı mövcuddur. İddiaçı ##.##.2025-ci ildə attestasiyadan keçirilmiş, nəticədə onun tutduğu vəzifəyə uyğun olmaması barədə qərar qəbul edilmişdir. Bakı Şəhər * nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə işdən azad olunmuşdur.
38. Birinci instansiya məhkəməsinin tələbin təmin olunmasında əsas meyarları müvafiq olaraq: -Attestasiyakomissiyasınıntövsiyələriattestasiyavərəqəsindəqeydolunmaması; - İşəgötürənin attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün tədbirlər görməməsi; -Qanunvericilikdənəzərdətutulmuşmüddətaxımınınpozulmasıolmuşdur.
39. Adıçəkilən meyarları ümumiləşdirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi attestasiya vərəqində komissiya tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsinəistinadəntələbinəsaslılığıqənaətinəgəlmişdir.
40. Bununla bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, tələbə hüquqi qiymət verilmədənöncəattestasiyainstitutununməqsədiaydınlaşdırılmalıdır.
41. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Göründüyü kimi, qanunverici attestasiyanın məqsədini – işçinin peşəkarlıq səviyyəsinin yoxlanılması, sənətinə və ixtisasına müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq ilə əhatələndirmişdir. X9 “İnsan ehtiyatlarının inkişafı sahəsində peşə yönümü və peşə hazırlığı haqqında” *** nömrəli Konvensiyasına əsasən, attestasiyada əsas məqsəd - Təhsilin, peşə hazırlığının və həyatboyu öyrənmənin fərdlərin, müəssisələrin, bütövlükdə iqtisadiyyatın və cəmiyyətin maraqlarının təşviqinə mühüm töhfə vermək, xüsusilə qlobal iqtisadiyyatda tam məşğulluğa nail olmaq, yoxsulluğun aradan qaldırılması, sosial inklüzivlik və davamlı iqtisadi artımkimimühümçağırışlardanibarətdir.
42. Qeyd olunan məqsədlərə nail olunması üçün, Konvensiya işçinin aşağıda qeyd olunantələblərəriayətolunmaqlaattestasiyasınınkeçirilməsiniməqsədəuyğunhesabedir: təlimvəpeşəkarinkişafehtiyaclarınınmüəyyənləşdirilməsi. Karyerayüksəlişivədaxilipotensialınobyektivqiymətləndirilməsi. İşəgötürənlə işçi arasında davamlı dialoqun və rəy (feedback) mədəniyyətinin formalaşdırılması.
43. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan AR Konstitusiyasının 16-cı maddəsinin tələblərinə istinad olunmalıdır. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Göründüyü kimi, dövlət işçinin sosial haqlarının əsas müdafiəçisidir. Eyni yanaşma, BƏT-nın konvensiyalarında da əks olunmaqla, işçi üçün “Decent work”, yəni Peşəkar İnkişaf və "Layiqli Əmək" Konseptinin tələblərindən irəli gəlir.
44. Hazırda apelyator qeyd edir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş işçinin peşə hazırlığının artırılması, yeni ixtisasa yiyələndirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı tədbirlər işəgötürən üçün imperativ deyil, dispozitiv xarakter daşıyır. Yəni bu hüquqlardan istifadə edilib-edilməməsi işəgötürənin mülahizəsinə buraxılmışdır və həmin imkanlardan istifadə olunmamasının qanun pozuntusu kimi qiymətləndirilməsi hüquqi əsasdan məhrumdur.
45. Kollegiya bununla bağlı qeyd edir ki, burada normanın xarakteri yox, attestasiyasının tətbiqi əsaslandırması əhəmiyyətlidir. Tətbiqi əsaslandırmanın adekvat araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, 24 aprel tarixli Qərardadı əsasında, attestasiya komisyasının yoxlanılma nəticələrinin uyğunluğuna qiymət verilməsi üçün mütəxəssiscəlbedilmişdir.
46. Bakı Musiqi Akademiyası tərəfindən təqdim olunan mütəxəssis rəyində qeyd olunmuşdur ki, qaydalara əsasən, iştirakçı özünün seçdiyi musiqi əsərini ifa etməli, komissiya tərəfindən təqdim edilmiş əsəri not üzərindən oxumalı və şifahi sualları cavablandırmalıdır. - İddiaçı İddiaçı Jules Massenetin “Tais” operasından meditasiya ifa etmişdir. İddiaçı əsərin girişini düzgün ifa etmişdir. - Not üzərindən oxu mərhələsində iddiaçıya təqdim olunan əsər orta səviyyədə ifa olunmuş və tələblərə uyğun ifa edilmişdir. - Şifahi suallara gəldikdə isə, qeyd olunmalıdır ki, iştirakçı həyəcanlanmış, lakin bir çox suallara düzgün cavab vermişdir. Təqdim olunan suallar müvafiq olaraq, aşağıdakılar olmuşdur. 1) Fleyta haqqında nə bilirsiniz? - Cavab: Fleyta XVI əsrdə qamışdan hazırlanmışdır. XVII əsrdə görkəmli fleyta ifaçısı, musiqi alətlər ustası və müasir üfüqi fleytanın yaradıcısı X1 tərəfindən təkmilləşdirilmişdir. Onun yaratdığı fleyta mexanizmi ilə istehsal olunmuşdur. 16 əsrin ikinci yarısında usta Dennerin fleytası 4 klapanlı ilk nümunəsi yaradılıb gövdə üçün fərqli ağacdan hətta metaldan istifadə edir – Dolğun və düzgün cavabdır. 2) 6 işarəli qamma haqqında nə bilirsiniz? - Cavab: Si – major, H – dur – cavab səhvdir. 3) Sol bemol major qammasının işarələri hansılardır? - Cavab: 6 işarəsi var – cavab düzgündür. 4) Nəfəs alma növləri? Cavab: qarından, sinədən, qarışıq – düzgün cavabdır. 5) Tədris metodikası necə olmalıdır? - Cavab: Müəllim şagirdlə sinifdə yaxşı ünsiyyət qurmalı, onunla maraqlanmalı və onların hər birini yüksək qiymətləndirməlidir. – bir az da ətraflı ola bilərdi, lakin cavab düzgündür. Nəticə: iddiaçının suallara verdiyi cavablar qənaətbəxş hesab edilir. Yekun: Səsləndirilən sualları, eləcə də iddiaçının bu ixtisas üzrə yetişdirdiyi tələbələrin müxtəlif müsabiqələrin laureatları olması nəzərə alınaraq, əmək fəaliyyəti göstərdiyi məktəbdə qalıb işləməsi məqsədəuyğundur.
47. İşin hallarından göründüyü kimi, işçi ixtisaslı kadr kimi attestasiyadan uğurlu nəticə əldə etməsinə baxmayaraq nəticəsi əsassız olaraq uğursuz hesab edilərək əmək müqaviləsinə xitam verilmişdir. Halbuki qanunvericiliyin tələblərindən göründüyü kimi, hər hansı (peşəyə və ixtisasa aşkar uyğunsuzluğun müəyyən edildiyi hallar istisna edilməklə) xırda çatışmazlıqlar işçidə aşkarlandıqda, komissiya işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələrvermək səlahiyyətinə malikdir. Buna baxmayaraq qeyd edilən hallar işəgötürən tərəfindənnəzərəalınmamışdır.
48. Apelyatorun birinci instansiya məhkəməsi tərəfindən qeyd olunmuş, “Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.” əsası ilə bağlı şikayətinə münasibətdəaşağıdakılarıqeydetməyizərurihesabedir.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasındaişçilərin attestasiyasının keçirilməsi Qaydaları”xxxx“Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdansonraattestasiyanınnəticələrinəgörə...işdənazadetməyəyolverilmir”.
50. Həmin qərarın 3.4-cü bəndinə əsasən, xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı müxtəlif vaxtlarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı iki dəfə elektron xəstəlik vərəqəsini işəgötürənə təqdim etmişdir. Həmin xəstəlik vərəqələri: ##.##.2025ci il tarixindən ##.##.2025-ci il tarixinədək (9 təqvim günü), ##.##.2025-ci il tarixindən ##.##.2025-ciiltarixinədək(8təqvimgünü)-ümumilikdə17 təqvim günüdavametmişdir.
51. Göründüyü kimi, bu hissədə Kollegiya apelyatorla razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi müddətin tətbiqinə istinad edilməsində düzgün nəticəyə gəlməmişdir. Lakin qeyd olunmalıdır ki, ümumilikdə birinci instansiya məhkəməsi iddianı həm də mahiyyəti üzrə əsaslılığına görə təmin etdiyindən şikayətin bu dəlili qətnamənin ləğvi üçün əsas təşkil etmir. Nəticə etibarilə hər bir halda iş üzrə iddiaçı İddiaçı əmək müqaviləsinin ləğvinə əsas təşkil edən attestasiya komissiyasının nəticələri düzgün hesab edilmədiyindən əmr ləğv edilməli, işçi işinəbərpaedilərəkməcburiişburaxmamüddətiüçünonaəməkhaqqıödənilməlidir.
52. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələblərini təmin etməkdə haqlı olmuşdur. Buna görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiyaməhkəməsininqətnaməsidəyişdirilmədənsaxlanılmalıdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevinşikayətiüzrə########2011-ciiltarixliQərarı).
54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin217.1-cimaddəsinəəsasənməhkəməninqətnaməsiqanunivəəsaslıolmalıdır.
55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessualhüquqnormalarınauyğunçıxarılmasıbaşadüşülür.
56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilənhallarişinmateriallarınauyğunolsun.
57. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiştələblərinməbləğinəmünasibolaraqişdəiştirakedənşəxslərəaidedilir.
58. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumununməbləğionuödəmiştərəfinözünəaidedilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiyaşikayətitəminedilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsidəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsinözünəaidolunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev