Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-750/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı X1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı X1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avans verilmiş pul vəsaitinin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli, QM-**/** nömrəli Qrant müqaviləsindən görünür ki, Sifarişçi, magistratura Səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni təhsil məzmunun yaradılması və tədrisin təşkili xidmətinin göstərilməsi üçün, “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəmək şərti ilə sifariş verir. “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada və zamanda Magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni məzmunun yaradılması və tədrisin təşkili xidməti göstərməyi öhdəsinə götürür.
2. xxxx PHŞ tərəfindən cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli, **/**** saylı pretenziyadan görünür ki, cavabdeh verilmiş 9000 manat avansın 10 gün müddətinə qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
3. ##.##.2024-cü il tarixli, *** nömrəli hesab fakturadan görünür ki, cavabdehə iddiaçı tərəfindən 6000 manat ödənilmişdir.
4. ##.##.2025-ci il tarixli, *** nömrəli hesab fakturadan görünür ki, cavabdehə iddiaçı tərəfindən 3000 manat ödənilmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı X1nə (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişdir) qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia tələbi qismən təmin edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı X1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı avans verilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında həyata keçirilən layihə çərçivəsində bağlanılmış müqaviləyə əsasən, layihə başa çatmadan avans olaraq xxxx MMC-yə ödənilmiş və layihə başa çatmasına baxmayaraq xidmətin yerinə yetirilməsini (dərs vəsaitlərinin hazırlanmasını) təsdiq edən sənədlərin və dərs vəsaitlərinin təhvil verilməməsini nəzərə alaraq ödənilmiş olan 9.000 manat dövlət büdcəsinə aid vəsaitin xxxxnin hesabına qaytarılması və 110 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə Təhsil Nazirliyi universtitetlərə yeni ixtisaslar üzrə qrant layihəsi təyin etmişdir. Layihə üzrə tenderin qalibi xxxx MMC elan edilmiş və bu çərçivədə layihə qalibi tərəfindən 210.000 (iki yüz on min) manat dəyərində layihənin xxxxndə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsi istiqamətində xxxx ilə xxxx MMC arasında ## ###### 2021-ci il tarixli QM-**/** saylı Qrant Müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Sifarişçi, yəni BMU magistratura Səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni təhsil məzmunun yaradılması və tədrisin təşkili xidmətinin göstərilməsi üçün “İcraçı”ya göstərilmiş xidmətlər üçün razılaşdırılmış məbləğlərdə xidmət haqqı ödəmək şərti ilə sifariş verinə yetirməliydi. “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada və zamanda Magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni məzmunun yaradılması və tədrisin təşkili xidməti göstərməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmət haqqının 210 000 manat (iki yüz on min) təşkil etdiyi, ödənişin birdəfəlik və vaxtında bank yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilədə nəzərdə tutulan xidmətlər iki il müddətinə ##.##.2021-##.##.2023-cü illər ərzində həyata keçirilməli idi. Yerinə yetirilən xidmətlərin haqqı da layihə başa çatıb təhvil təslim edildikdən sonra Sifarişçi tərəfindən İcraçıya ödənilməli idi. Lakin İcraçının müraciəti əsasında Universitet olaraq müxtəlif müddətlərdə müxtəlif məbləğlərdə ödənişlər İcraçıya ödənilmiş, İcraçı da təhvil-təslimin layihə başa çatdıqdan sonra ediləcəyini bildirmişdir. Bu çərçivədə, ##.##.2022-ci il tarixində 75.956 (yetmiş beş min doqquz yüz əlli altı) manat, ##.##.2023-cü il tarixində 46.274 (qırx altı min iki yüz yetmiş dörd) manat məbləğlərində ödənişlər edilmişdir. Edilən ödənişlərdə (ödənişlərin hansı istiqamət üzrə edildiyi qarşı tərəfin göndərdiyi ödəmə təklifində ayrıayrı qeyd olunur) nəzərdə tutulan işlərlə, xidmətlərlə bağlı vəd verilsə də daha sonra heç bir hesabat sənədi təqdim edilməmişdir. Universitet rəhbərliyi qarşı tərəfin daha sonra müvafiq sənədləri təqdim edəcəyi ilə bağlı vədlərini nəzərə alaraq ümumi məbləğin 35%ə yaxın bir hissəsini ödəmişdir. İkinci dəfə edilən ödənişdə isə əsasən işçilərin əmək haqları olduğu üçün yenə də universitet rəhbərliyi qarşı tərəfin tələb olunan sənədləri verməməsində işçilərin heç bir təqsirinin olmadığını nəzərə alaraq ödənişin edilməsi ilə bağlı qərar qəbul etmişdir. Layihə başa çatdıqda 87.769 (səksən yeddi min yeddi yüz altmış doqquz) manat məbləğ heç bir zəruri maliyyə hesabat sənədləri təqdim edilmədiyi üçün ödəniş edilməmişdir. Bu istiqamətdə tərəflər arasında yazılı və şifahi dəfələrlə danışıqlar aparılmış. Həm daha əvvəl avans olaraq edilmiş ödənişlərin, həm də ödənilməmiş hissədə zəruri hesabat təqdim ediləcəyi təqdirdə qalan ödənişin ediləcəyi bildirilmişdir. Uzun müddət davam edən danışıqlardan sonra qarşı tərəf ümumiyyətlə hesabat təqdim etməkdən yayınmış, hesabatın Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ediləcəyi bildirilmişdir. Lakin bu yanaşmanın hüquqi və əsaslı olmadığını bildirsələr də qarşı tərəf bu iddiasında qalmışdır. Belə ki, əgər təhvil-təslim edilmədən, heç bir hesabat verilmədən həmin vəsaitin olduğu kimi qarşı tərəfə köçürülməsi tələb olunsaydı o zaman həmin vəsaitin Universitetin hesabına köçürülməsinin heç bir əhəmiyyəti olmazdı. Müvafiq dövlət qurumları tərəfindən məbləğ tam həcimdə birbaşa tenderin qalibi olan İcraçının hesabına köçürülərdi. Bildirmək istəyir ki, qeyd olunan məsələ barədə qarşı tərəfin də iddialarını nəzərə alaraq layihəni həyata keçirən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edilmiş, qeyd olunan layihə çərçivəsində maliyyə hesabatının onlar tərəfindən yoxsa universitet tərəfindən aparılmalı olduğu barədə münasibət öyrənilmişdir. Nazirliyin səlahiyyətli nümayəndəsi tərəfindən universitetin Baş mühasibinə layihə çərçivəsində nəzərdə tutulan büdcənin universitetə göndərildiyi və müvafiq hesabat sənədlərinə uyğun olaraq ödənişlərin universitet tərəfindən edilməli olduğu bildirilmişdir. Layihə çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiyini müəyyən etmək və tələb olunduğu zaman hesabatını verməyin universitetin öhdəliyi olduğu bildirilmişdir. Belə ki, hər bir hesabatda olduğu kimi universitet də verdiyi hesabatlarda müəyyən maliyyə standartlarına riayət etmək məcburiyyətindədir: a. verəcəyi hesabatların maliyyə standartlarına uyğunluğuna cavadehdir. Hesabatlarda əks etdirilən məlumatlar mühasibat standartlarında müəyyən edilmiş keyfiyyət xüsusiyyətlərinə (münasiblik, etibarlılıq, tamlıq, müqayisəlilik, anlaşıqlılıq) tam uyğun olmalıdır. Yuxarıda qeyd olunan səbəblərdən cavabdeh tərəfin verdiyini iddia etdiyi, və ya ümumiyytlə vermədiyi hesabat heç bir şəkildə maliyyə standartlarına uyğun deyil. Qeyri-müəyyən formada, “kartdankarta ödəniş edilmişdir”, “dizaynerə verilmişdir”, “müəlliflərə ödənilmişdir” kimi ifadələrlə xərclər qeyd olunmuş, lakin iddiaları təsdiqedici heç bir maliyyə sənədi təqdim edilməmişdir. b. Uçotun düzgün aparılmasını təmin etməlidir. Görülən işlər, satınalınan xidmətlərlə bağlı həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatları barədə uçot tam və düzgün aparılmalıdır. İddiaçı tərəfindən bu istiqamətdə də hesabata uyğunsuzluqlar mövcuddur. Belə ki, dərs vəsaiti adı altında təqdim olunan xərclə bağlı heç bir uçot sənədi təqdim edilməmiş, xərclərin uçot standartlarına uyğun olmayacaq şəkildə kartdan-karta edildiyi, ayrı-ayrı şəxslərə gördüyü işlərə əsasən müxtəlif məbləğlərin qeyri-münasib vasitələrlə ödənildiyi bildirilərək heç bir uçot sənədi təqdim edilməmişdir. c. maliyyə əməliyyatlarının qanunauyğunluğuna və şəffaflığına görə məsuliyyət daşıyır. Maliyyə resurslarının istifadə və idarə olunması zamanı davamlılıq, hesabatlılıq və şəffaflıq təmin edilməli, hesabatvermə mexanizmi olmalıdır. Layihə çərçivəsində ayrılan vəsait dövlət vəsaitidir və həmin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyi və ya digər pozuntular aşkar edərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vəsaitin qaytarılması üçün tədbirlər həyata keçirilir və vəsait dövlət büdcəsinə qaytarılır. cavabdeh tərəf dəfələrlə xəbərdarlıqlara baxmayaraq təqdim olunan məlumatların düzgünlüyünə inandıracaq müvafiq xərcləri təsdiq edəcək heç bir sənəd təqdim edə bilməmişdir. Uzun danışıqlardan sonra cavabdeh tərəfindən Sumqayıt Kommersiya Məhkəməsi qarşısında ödənilməmiş məbləğin ödənilməsi barədə iddia qaldırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən № e-*-*(***)-***/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qətnamə çıxarılmış və qarşı tərəfin iddası qismən təmin edilmiş, təxminən iddia olunan 30.000 manat məbləğində tələb rədd edilmişdir. Tələbin rədd edilmə səbəbi təsdiqedici (sübutların) sənədlərin olmaması, müvafiq xidmətlərin yerinə yetirilməsinin sübut oluna bilməməsi olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyində də tərəflər arasındakı münasibətə podrat müqaviləsinə xas xüsusiyyətlərin mövcud olduğu və bu sahəni tənzimləyən normaların tətbiq edilməli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanan müqavilənin 4.1-ci bəndinə əsasən də göstərilən xidmətin göstərilməsinə dair xidmət haqqının ümumilikdə 210.000 manat təşkil etdiyi qeyd olunur. Həmin bəndin məzmunundan da aydın olduğu kimi göstərilən xidmətin haqqı ödənilir, xidmətlər göstərildikdən sonra, yəni layihə tam başa çatıb təhvil-təslim edildikdən sonra ödəniş edilməliydi. Lakin universitet kommersiya müəssisəsi olmadığı üçün rəhbərlik humanist yanaşma nümayiş etdirərək yuxarıda da qeyd edilən kimi layihənin gedişi müddətində qarşı tərəfin xahişini nəzərə alaraq müxtəlif vaxtlarda avans olaraq müəyyən ödənişlər etmişdir. O cümlədən, layihə çərçivəsində hazırlanıb təhvil verilməsi nəzərdə tutulan ümumilikdə 5 dərs vəsaiti olmuşdur ki, onlardan da 3 dərs vəasiti üçün 9.000 (doqquz min) manat (hər birinin 3.000 manat olacağı nəzərdə tutulmuş və iddia edilmişdir, lakin təsdiqedici heç bir sənəd yoxdur) ödəniş edilmişdir. Lakin, layihə başa çatmasına baxmayaraq cavabdeh tərəfindən universitetə heç bir dərs vəsaiti təqdim edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsində baş tutan məhkəmə çəkişməsində iddia predmeti olan məsələlərdən biri də ödənilməyən 2 kitab üçün 6.000 (altı min) manat pul tələbi olmuşdur. Məhkəmə çəkişməsi zamanı müəyyən edilmişdir ki, ödəniş edilməsi üçün əsas təşkil edəcək heç bir dərs vəsaiti mövcud deyil. Məhkəmə çəkişməsi zamanı dərs vəsaiti olaraq təqdim olunan heç bir nümunənin dərs vəsaiti olduğu sübut edilə bilməmişdir. Bu əsaslarla da iddiaçının nümayəndəsi qeyd edir ki, təhvil verilməmiş iş üçün (təhvil verilməmiş dərs vəsaiti üçün) avans kimi ödənilmiş məbləğin də aidiyyatı üzrə xərclənmədiyi məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Həmçinin, Müəllimlərə həmin vəsaitləri hazırladıqlarına görə ödəniş edilməsi üçün həmin müəllimlərlə Cavabdeh MMC arasında müqavilə bağlanılmalı idi. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil nazirinin 17 dekabr tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi” Qaydalarına görə tədris vəsaitlərinə qrif verilməsi üçün tədris vəsaitinin əlyazması, əlyazmaya verilmiş müəssisədaxili və kənar 2 mütəxəssis rəyi, əlyazmasında başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarına yol verilməməsi barədə müəllifin notarial qaydada təsdiq olunmuş ərizəsi olmalıdır. Üstəlik, adıçəkilən bu Qaydalar həm dərs vəsaitlərinə, həm də ki, tədris vəsaitlərinə aiddir. Bununla əlaqədar müəllimlərlə Cavabdeh MMC arasında müqavilə bağlanılmalı və istinad edilən “Tədris vəsaitlərinə nəşr hüququ(qrif) verilməsi” Qaydalarında göstərilən tələblərə əməl olunmalı idi. Cavabdehə tərəflərindən dərs vəsaitlərinə görə 9.000 manat məbləğində pul ödənişi edildiyi halda, bu xidmətin göstərilmiş olduğunu, yəni həmin dərs vəsaitlərinin mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh tərəfindən yerinə yetirilə bilməmiş, ümumiyyətlə layihə çərçivəsində hər hansı bir dərs vəsaitinin hazırlanmadığı təsbit edilmişdir. Qaydalara uyğun olaraq iddia olunan müəlliflərlə layihə çərçivəsində dərs vəsaiti yazmaq xidməti barədə bağlanan heç bir xidmət müqaviləsi, bu layihə çərçivəsində onlara ödənişin edildiyini təsdiq edən heç bir maliyyə hesabat sənədi təqdim edilməmişdir. Qeyd olunan layihə çərçivəsində ayrılmış vəsait dövlət büdcəsinin vəsaitidir və məqsədəuyğun şəkildə xərclənməyən hissə müvafiq qaydada dövlət büdcəsinə qaytarılmalıdır. Universitet də icra edilmiş hissədə hesabat verəcək, icra edilməmiş hissədə də vəsaitin qaytarılmasını təmin etməlidir. Bildirir ki, Sumqayıt Kommersiya Məhkəməsinin qərarı qüvvəyə mindikdən və qərarda təmin edilən hissədə ödəniş həyata keçirildikdən sonra əsassız olaraq ödənilmiş olan 9.000 manat vəsaitin qaytarılması tələbi ilə bağlı müxtəlif tarixlərdə 2 dəfə cavabdeh tərəfə Xəbərdarlıq Bildirişi göndərilsə də qarşı tərəf könüllü icradan imtina etmişdir. Məhkəmə çəkişməsi müddətində mövcudluğu sübut edilməyən kitabların universitet istəyərsə hazırlanıb təqdim ediləbiləcəyi qeyd edilmişdir. Cavabdeh tərəf əvvəlcə təhvil-təslimdən imtina etmiş, daha sonra olmayan kitabların mövcudluğunu iddia etmiş, iddia olunan və təqdim olunan kserokopya yığınlarının dərs vəsaiti olmadığı sübuta yetirildikdən sonra da indi hazırlanıb təhvil verilə biləcəyini iddia edir. Qanunvericiliyin tələblərindən də görüldüyü kimi öhdəliyin icrası dedikdə onun vaxtında və tam həcmdə icrası başa düşülür və uzun müddət əsassız olaraq, heç bir hesabat verməyə borclu olmadığını və öhdəliyi də icra etdiyini iddia edən qarşı tərəf, heç bir dərs vəsaitinin olmadığı məhkəmə aktı ilə sübut olunduqdan sonra icra edilə biləcəyini bildirir. Bildirir ki, layihə uzun müddət əvvəl başa çatmışdır, cavabdeh tərəfin iddiası əsasında aralarında uzun müddət davam edən məhkəmə çəkişməsi baş tutumşdur və hal-hazırda xxxx hər hansı bir dərslik hazırlanmasında maraqlı deyil. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, həmin vəsait müvafiq layihə çərçivəsində dərs vəsaitlərinin hazırlanması məqsədi ilə ayrılmışdır və layihə başa çatdıqdan və aradan uzun müddət keçdikdən sonra universitetin həmin vəsaitin hər hansı formada istifadəsi istiqamətində sərəncam vermək hüququ, səlahiyyəti yoxdur.
8. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı PHŞ-nin cavabdeh Cavabdeh MMC-yə qarşı avans verilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddianın təmin edilməsi, cavabdeh xxxx MMC-yə avans olaraq ödənilmiş olan 9.000 manat pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 110 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx " PHŞ-nin xeyrinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş və dərs vəsaitlərini şərtləşdirilmiş qaydada hazırlamamışdır. Odur ki, iddia tələbi təmin edilməli və layihə başa çatmadan avans olaraq xxxx MMC-yə ödənilmiş olan 9.000 manat dövlət büdcəsinə aid vəsait xxxxnin hesabına qaytarılmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2.7, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 421.3, 752.1, 762.1, 765, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi (şikayətdə səhvən təmin edilsin göstərilmişdir) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti ounun əsaslandırılmışdır ki, Pandemiya dövrünün obyektiv reallıqları nəzərə alınmamışdır. Mübahisə predmeti olan xidmətlər COVID-19 pandemiyası dövründə icra edilmişdir. Həmin dövrdə ali təhsil müəssisələrində tədris prosesi əsasən onlayn formatda həyata keçirilmiş, dərs vəsaitləri və tədris materialları elektron formada hazırlanaraq universitet platformaları vasitəsilə təqdim edilmişdir. Bu, dövlət səviyyəsində qəbul edilmiş qərarlarla formalaşmış institusional reallıqdır. Birinci instansiya məhkəməsi pandemiya dövrünün bu xüsusiyyətlərini tamamilə nəzərə almamışdır. Müqavilədə təhvil-təslimin şifahi və ya yazılı olması nəzərdə tutulmuşdur. QM-**/** saylı Qrant Müqaviləsində təhvil-təslimin yalnız yazılı aktla həyata keçirilməsi tələbi yoxdur. Müqaviləyə əsasən icra olunmuş işlərin sifarişçiyə şifahi və ya yazılı şəkildə bildirilməsi və faktiki icra kifayət hesab olunur. Dərs vəsaitləri elektron formada universitet platformalarına yerləşdirilmiş, dərslər keçirilmiş və bu icra universitetin müvafiq strukturları tərəfindən qəbul edilmişdir. Bu isə müqavilə üzrə təhvil-təslimin baş verdiyini göstərir. Elmi Şuraya çıxarılma üçün müraciət edilmiş, lakin universitet imtina etmişdir. Cavabdeh MMC tərəfindən digər dərs vəsaitlərinin Elmi Şuraya çıxarılması üçün universitetə yazılı və şifahi müraciətlər edilmiş, bu mərhələdə universitetin institusional dəstəyi xahiş olunmuşdur. Lakin iddiaçı universitet tərəfindən bu müraciətlərə imtina cavabı verilmişdir. Universitetin öz səlahiyyət dairəsində olan prosedurları icra etməkdən imtinası cavabdehin öhdəliyinin pozulması kimi qiymətləndirilə bilməz. Müqavilədə “avans” anlayışı yoxdur. Birinci instansiya məhkəməsi müqavilədə mövcud olmayan “avans” anlayışını tətbiq etmişdir. QM-**/** saylı Qrant Müqaviləsində “avans” termini yoxdur. Müqavilənin 4-cü maddəsinə əsasən ödəniş göstərilən xidmətin dəyəri kimi, birdəfəlik xidmət haqqı şəklində nəzərdə tutulmuşdur. Müqavilədə olmayan anlayışın hüquqi nəticə kimi götürülməsi maddi hüququn kobud pozuntusudur. Ödənişlər yalnız universitet daxili sübutlar təqdim edildikdən sonra edilmişdir. Heç bir ödəniş icra olmadan həyata keçirilməmişdir. Ödənişlər yalnız dərslər keçirildikdən, onlayn dərs linkləri, PMS/LMS sistemlərində qeydlər, aralıq və yekun imtahan nəticələri kimi universitetin daxili sübutları təqdim edildikdən sonra icra olunmuşdur. Bu fakt “avans ödənişi” iddiasını tamamilə əsassız edir. Qrif, çap və nəşr universitetin səlahiyyətindədir. Layihənin xərclər smetasında yalnız “dərs vəsaiti” nəzərdə tutulmuşdur. Dərs vəsaitlərinin Elmi Şuradan keçirilməsi, qrif verilməsi, çap və nəşr prosedurları universitetin daxili səlahiyyətlərinə aid olan institusional məsələlərdir. xxxx MMC nə qrif verən orqan, nə də universitetin nəşriyyat strukturu olmadığından bu mərhələlər üzrə məsuliyyət daşıya bilməz. xxxx MMC öhdəliyini tam icra etmişdir. xxxx MMC müəlliflə müqavilə bağlamış, müəllifə ödəniş etmiş, dərs vəsaitlərini hazırlatmış və universitetə təqdim etmişdir. Dərs vəsaitləri tədris prosesində istifadə olunmuş, dərslər keçirilmiş, tələbələr bu fənlər üzrə təhsil almış və məzun olmuşdur. Bu, müqavilə üzrə öhdəliyin icra edildiyini birmənalı şəkildə sübut edir. Əgər universitet sadəcə “imtina edirik” deyirsə, lakin yazılı və hüquqi əsas göstərmirsə, bu, inzibati aktın “motivləşdirilmə” (əsaslandırma) tələbinin pozulması deməkdir (İnzibati icraat haqqında Qanunun 58 və 59-cu maddələri). Universitetin dərs vəsaitinə qrif verilməsi üçün Elmi Şuraya çıxarılma barədə müraciətə imtina etməsi hüquqi baxımdan düzgün deyil. Belə imtina: inzibati prosedur normalarını pozur; müəllifin elmi hüquqlarınıməhdudlaşdırır; qanunsuz inzibati hərəkətsizlik sayılır və müvafiq qaydada inzibati və ya məhkəmə qaydasında ləğv edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, Elmi Şuranın dərs vəsaitinə qrif verilməsindən imtina edilməsi barədə qərarı əsaslandırılmamış, prosedur pozuntuları ilə qəbul edilmiş və nəticə etibarilə qanunsuz hesab edilməlidir. Qərarın ləğv edilməsi və dərs vəsaitinə qrif verilməsi məsələsinə normativ tələblərə uyğun şəkildə yenidən baxılması zəruridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etdiyi etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
20. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
23. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
25. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
27. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
28. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
29. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
40. İşin halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında ## ###### 2021-ci il tarixdə QM-**/** nömrəli Qrant müqaviləsi bağlanmış, Sifarişçi, magistratura Səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni təhsil məzmunun yaradılması və tədrisin təşkili xidmətinin göstərilməsi üçün “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəmək şərti ilə sifariş verir. “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada və zamanda Magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni məzmunun yaradılması və tədrisin təşkili xidməti göstərməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə xidmət haqqı birdəfəlik qaydada ödənilməklə 210000 manat nəzərdə tutulmuşdur.Müqavilədə nəzərdə tutulan xidmətlər 2 il müddətinə ## #### 2023-cü il tarixinədək həyata keçirilməsi müəyyən edilmişdir.
41. Birinci instansiya məhkəməsi haqlı olaraq, tərəflər arasında mövcud münasibətlərə podrat müqaviləsi qismində qiymət vermişdir.
42. ##.##.2024-cü il tarixli, *** nömrəli hesab fakturadan görünür ki, iddiaçı cavabdehə dərs vəsaitinin hazırlanması məqsdəlilə 6000 manat ödəniş etmişdir.
43. ##.##.2025-ci il tarixli, *** nömrəli hesab fakturadan görünür ki, iddiaçı cavabdehə dərs vəsaitinin hazırlanması məqsdəlilə 3000 manat ödəniş etmişdir.
44. Preyudisial əhəmiyyətə malik Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən də görünürki, hazırki iş üzrə iddiaçı tərəfindən dərs vəsaitlərinə görə 9.000 manat ödəniş edilmişdir.
45. İddiaçı dəyəri qabaqcadan ödənilmiş 3 ədəd dərs vəsaitinin hazırlanıb təhvil verilmədiyini, cavabdeh isə dərs vəsaitlərinin elektron formada hazırlandığını, lakin məhz iddiaçının özünün şərait yaratmadığı üçün Elmi Şuradan keçərək qrif alınmadığı və çap olunmadığını bilirirlər. Həmçinin cavabdeh öhdəliyin vaxtında və lazımi qaydada icra olnmasının mümkünsüzlüyünün səbəblərindən biri kimi həmin dövrdə ölkə ərazisində koronovirus pandemiyasının olması ilə əlaqələndirmişdir.
46. Cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə bağlanarkən ölkə ərazisində karantin qayadaları artıq tətbiq olunurdu və tərəflərin bu hal barədə məlumatlı olması şübhəsizdir.
47. Belə olduqda kollegiya hesab edir ki, borclu öz risk dairəsinə aid öhdəliklərin icrası üçün cavabdehlik daşıyır.
48. Şikayətin dəlili olan dərs vəsaitlərinin şifahi və ya yazılı təhvil-təsliminə gəldikdə kollegiya qeyd edir ki, təhvil-təslim aktı sübut növü kimi yazılı sənəd olmaqla hər hansı hərəkətin baş verib-vermədiyini tərəflərin imzaları ilə təsbit edir. Şifahi təhvil-təslim isə sırf sübuta bağlı olan məsələ olduğundan, cavabdeh qeyd edilən məmulatların təhvil verilməsinə dair sübutetmə yükü daşıyır.
49. Hazırki halda cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında qeyd edilən halları təsdiq edən sübut təqdim etməmiş, iddiaçının nümayəndəsi də qeyd faktları etiraf etməmişdir.
50. Kollegiyanın dərs vəsaitləri elektron formada universitet platformalarına yerləşdirilməsinə, dərslərin keçirilməsinə və bu icra üsulunun universitetin müvafiq strukturları tərəfindən qəbul edilməsinə dair mövqeyi eynidir.
51. Elmi Şuraya çıxarılma üçün müraciət edilməsinə, lakin universitetin imtina etməsinə, cavabdehin iddiaçıya yazılı və şifahi müraciətlərinin imtina edilməsinə, kitabın elmi şuranın müzakirəsinə çıxarılmasından imtinaya münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş müraciətdən görünür ki, cavabdeh iddiaçıya ## ###### 2025ci il tarixdə müraciət etmişdir. Kollegiya qeyd edir ki, müqavilə 2021-2023-cü illəri əhatə etdiyi halda cavabdeh bu məzmunda yalnız 2025-ci ildə müraciət etmişdir ki, iddiaçı da icraya marağını artıq itirmişdir.
52. Hazırda cavabdeh iddiaçının hərəkətlərinin “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması kimi qələmə verməyinə gəlincə, kollegiya bu məsələlərlə bağlı cavabdehin inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun qanunla nəzərdə tutulduğunu cavabdehin diqqətinə çatdırır.
53. Avans kimi ödəniş formasının müqavilədə nəzərdə tutulmamasına gəlincə, kollegiya qeyd edir ki, ödənilmiş avans məbləği ümumi ödənişin bir hissəsini təşkil edir və müqavilə tərəflərində hər hansı əlavə öhdəlik yaratmır.
54. İş materiallarından da göründüyü kimi, müqavilənin 4.2-ci bəndinə əsasən, nəzərdə tutulmuş ödəniş birdəfəlik qaydada həyata keçirilir. Lakin bu şərt cavabdehin öz öhdəliklərini icra etməmişdən əvvəl ödənişin bir qismini icra etməyi iddiaçıya qadağan etmir.
55. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.