Məhkəmə qərarları › İş №2(3-6)-756/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-756/2026

07.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-756/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-756/2026 (Açar sözlər: əmrin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh QSCya qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh QSCyə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli ***/K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması onun baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 2024-cü il tarixdə Cavabdeh QSC-yə müşavir vəzifəsinə təyin olunmuşdur. QSC-nin keçmiş rəhbərliyi tərəfindən bu vəzifəyə təyin olunmasına dair təklif alınanadək, yəni ##.##.2024- cü il tarixədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Əsaslı Tikinti Təchizat İdarəsinin İqtisadi Təhlil Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bundan əvvəl isə peşəkar təcrübəyə malik olmaqla yanaşı bank sahəsində uzun müddət rəhbər vəzifələrdə çalışmışdır. ## #### 2024-cü il tarixdə Cavabdeh QSC-nin Baş Direktor müavini vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifəyə təyin olunmağına əsas xxxx-ın X7 və Mükafatlandırma Komitəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli protokolunun 6-cı bəndi olmuşdur. Direktor müavini kimi ona satınalma, təchizat, inzibati idarəetmə və nəqliyyat sahələri təhkim olunmuşdur. Müşavir və direktor müavini vəzifələrində işlədiyi müddət ərzində nə keçmiş, nə də ki, yeni rəhbərlik tərəfindən hər hansı bir irad və töhmət verilməmişdir. ## ##### 2025-ci il tarixdə keçmiş rəhbərliyin daha yüksək vəzifəyə təyin olunması ilə əlaqədar yeni rəhbərlik təyin edilmişdir. Yeni rəhbərliklə keçirilmiş söhbətlər (3 dəfə) əsnasında onun iş fəaliyyətinə heç bir narazılığının olmadığını və onunla işə davam etdirmək niyyətinin olduğu bildirilmişdir. Bundan bir müddət sonra, yəni ## #### 2025-ci il tarixdə yeni təyin olunmuş Baş Direktorun qərarı (əmri) ilə ona aid (Baş direktorun ümumi işlər üzrə müavini) bütün kurasiyaların yeni təyin edilən müşavirə təhkim edilmişdir. ## #### 2025 tarixdə isə ona geri, yəni ##.##.2025-ci tarixli yeni əmr göndərilir və yenidən onunla müzakirə olunmadan TRD və Eko Park sahələrinin idarəetməsi ona tapşırılır. Bunlarla bağlı onunla öncədən hər hansı bir görüş və söhbət olunmadığı üçün bunun səbəbinin öyrənilməsi məqsədilə mail vasitəsilə və şifahi rəhbərliyə tərəfindən müraciət olunaraq izahı istənilmiş, lakin heç bir cavab və açıqlama verilməmişdir. Bundan sonra isə ona təhkim olunan xidməti avtomobilin və otağın alınması ona qarşı müəyyən qərəzin olması təsəvvür yaratmışdır (##.##.2025-ci tarixli mail əlavə edilir). ## #### 2025ci il tarixdə ona əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıq təqdim olunmuşdur. Qeyd olunan xəbərdarlıqda Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli *** nömrəli əmrinə əsasən onun işlədiyi Baş direktorunun ümumi işlər üzrə müavini ştat vahidi ixtisar edilməsi və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. Tərəfindən *** nömrəli əmr dəfələrlə tələb olunmasına baxmayaraq ona təqdim edilməmişdir. ## #### 2025-ci il tarixdə ona və digər əməkdaşlara mail vasitəsilə Cavabdeh QSC-nin struktur dəyişikliyi ilə əlaqədar rəhbər şəxslərin yeni iş bölgüsübarədə məlumat göndərilmiş və həmin iş bölgüsünə əsasən Baş Direktorun 2 müavini, biri dəstək üzrə, digəri isə emal üzrə müavinlər təyin olunmuşdur. Bildirir ki, Baş direktorun ümumi işlər üzrə müavini ilə Baş direktorun dəstək üzrə müavinin səlahiyyətləri ilə eyni ilə birə-birdir (##.##.2025-ci tarixli mail əlavə edilir). Göründüyü kimi Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsi formal olaraq ixtisara salınsa da, faktiki olaraq həmin vəzifənin funksiyaları saxlanılmış, yalnız başqa şəxsə həvalə edilmişdir. Əgər real ixtisar baş vermiş olsaydı, həmin funksiyalar ləğv olunmalı idi. Bu da onu göstərir ki, ixtisar yalnız formal xarakter daşımış, əslində isə məhz onunla bağlanmış əmək müqaviləsinə əsassız xitam verilməsi üçün bəhanə kimi istifadə edilmişdir. Hesab edir ki, göstərilən ştatın ixtisar olunması yalnız yeni direktorun əsl niyyətini pərdələmək məqsədi daşıyıb, onun işdən uzaqlaşdırılmasına nail olmağa hesablanmış addımdır. ## ###### 2025-ci il tarixdə Cavabdeh QSC-nin Baş Direktorun ***K nömrəli əmrinə əsasən həmin QSC-nin Baş direktorun ümumi işlər üzrə müavini ilə, yəni onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Buna əsas kimi Direktorlar Şurasının protokolu (tarixi və nömrəsi qeyd olunmayan) Göründüyü kimi Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsi formal olaraq ixtisara salınsa da faktiki olaraq həmin vəzifənin funksiyaları saxlanılmış, yalnız başqa şəxsə həvalə edilmişdir. ##.##.2025-ci il tarixli maildə vəzifənin adı Baş direktorun dəstək üzrə müavini göstərilsə də reallıqda vəzifənin adı Baş direktorun müavini kimi olmuşdur. Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən təqdim olunmuş arayışa əsasən ## ######## 2025-ci il tarixində mediasiya sessiyasından keçmişdir. Direktorun müavini vəzifəsinə bərpa olunmağı, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması zəruridi

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməsi, Cavabdeh QSC-nin ##.##.2025ci il tarixli ***/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh QSC-də əvvəlki vəzifəsinə (baş direktorun ümumi işlər üzrə müavini) bərpa olunması, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi, məhkəmə xərclərinə aid olan 100 manat dövlət rüsumunun Cavabdeh QSC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 68. 70-ci maddəsinin “b” bəndi, 71.3, 74.2, 78.1, 83.1, 132, 154, 156, 294.4, 294.5, 296.2, 296.3, 300.1ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 119.2, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 2024-cü il tarixdə Cəmiyyətə müşavir vəzifəsinə təyin edilmiş, daha sonra xxxx-ın X7 və Mükafatlandırma Komitəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli protokolunun 6-cı bəndinə əsasən ## #### 2024cü il tarixdə Cəmiyyətin Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifə çərçivəsində ona satınalma, təchizat, inzibati idarəetmə və nəqliyyat sahələri təhkim edilmişdir. Sonradan Cəmiyyətdə idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması və fəaliyyətin optimallaşdırılmasıməqsədilə struktur və ştat dəyişikliklərinin aparılması zərurəti yaranmış, bu məqsədlə Cəmiyyətin əmək normalarının, təşkilati strukturunun və xərclər smetasının yenidən müəyyən edilməsi əsasında Cəmiyyətin Direktorlar Şurasının ##.##.2025-ci il tarixli Protokoluna uyğun olaraq verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli əmrlə bir sıra rəhbər vəzifələrin, o cümlədən iddiaçının tutduğu Baş direktorun ümumi işlər üzrə müavini, SƏTƏM üzrə müavini və istehsalat üzrə müavini–texniki direktor vəzifələrinin ixtisar edilməsi qərara alınmışdır. Bu qərar AR Əmək Məcəlləsinin 11-ci maddəsində nəzərdə tutulmuş işəgötürənin əmək şəraitinin şərtlərini dəyişdirmək, ştat vahidlərini və struktur bölmələrini ləğv etmək hüququnun birbaşa tətbiqi nəticəsidir. Bu qərarla əlaqədar olaraq, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq, ## #### 2025-ci il tarixdə İddiaçıya əmək müqaviləsinə ştat ixtisarı əsasında xitam veriləcəyi barədə rəsmi xəbərdarlıq təqdim edilmiş, xəbərdarlıqda əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam veriləcəyi açıq şəkildə göstərilmişdir. Qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə, ##.##.2025-ci il tarixli ***/K nömrəli əmrə əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, əmək müqaviləsinə xitam AR Əmək Məcəlləsində birbaşa nəzərdə tutulmuş əsaslar üzrə və qanunvericilikdə müəyyən edilmiş prosedurlara tam riayət edilməklə həyata keçirilmişdir. İddiaçının iddia ərizəsində, struktur dəyişikliyi nəticəsində guya iki yeni vəzifənin yaradılması ilə bağlı iddiaları isə heç bir sənəd və sübutla təsdiq edilməmişdir. Faktiki olaraq, üç vəzifənin ixtisarından sonra Cəmiyyətdə yalnız bir vəzifə – “Baş direktorun müavini” vəzifəsi nəzərdə tutulmuşdur. Qanunvericilikdə ştat ixtisarının yalnız “say azalması” ilə məhdudlaşdırılması barədə norma mövcud deyil. Məhkəmə nəzərə almamışdır ki, ştat ixtisarı qiymətləndirilərkən vəzifənin adı ilə yanaşı, həmin vəzifənin hüquqi statusu, səlahiyyət dairəsi, idarəetmə funksiyası və tabeçilik münasibətləri də təhlil olunmalıdır. Bu baxımdan, “müavin” və “müşavir” vəzifələri eyni kateqoriyaya aid edilə bilməz. Müavin vəzifəsi icraedici-idarəetmə xarakteri daşıyan, struktur vahidlərinə rəhbərlik edən, qərarvermə və məsuliyyət səlahiyyətlərinə malik olan vəzifə olduğu halda, müşavir vəzifəsi məsləhət xarakterli funksiyanı yerinə yetirir, icraedici səlahiyyətə malik deyil, struktur rəhbərliyi həyata keçirmir və hüquqi baxımdan idarəetmə subyekti sayılmır. Bu səbəbdən müşavir ştatlarının artırılmasımüavin vəzifələrinin saxlanılması və ya əvəz edilməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmə yeni və köhnə ştat cədvəlləri arasında konkret müavin vəzifələrinin funksional müqayisəsini aparmamış, əvvəl mövcud olmuş vəzifənin yeni strukturda eyni məzmunda saxlanılıb-saxlanılmadığınımüəyyən etməmişdir. Halbuki əvvəl mövcud olmuş konkret müavin vəzifəsinin yeni ştat cədvəlində ləğv edilməsi və ya əmək funksiyasının mahiyyət etibarilə dəyişdirilməsi özü-özlüyündə ştat ixtisarı hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışı zamanı qətnamənin elan edilməsi ilə bağlı təyin edilmiş məhkəmə iclasına iş üzrə tərəflər gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Əvvəlki məhkəmə baxışı zamanı iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Həmkarlar İttifaqının iclası keçirilən zaman əmək qanunvericiliyinə əməl olunmuşdur. ##.##.2025-ci il tarixində Direktorlar Şurasının protokolu və ştat cədvəli təsdiqləndikdən sonra HİK-ə müraciət olunmuşdur. İddiaçı direktor müavinikimi hər gün işdə olmuş, bütün tədbirlərdə iştirak etmişdir və iclasdan xəbərdar olmaması mümkün deyil. O özü də ##.##.2025-ci ildə xəbərdarlıq almışdır. 49 nəfərə ixtisarla bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh qurum 2024-cü ili zərələ başa vurmuş, maliyyə çətinliyi olmuşdur. İddiaçıdan başqa digər iki müavin də ixtisar olunmuşlar. Satınalma, Təchizat şöbələrində də təkmilləşmə getmiş və bu strukturların kurasiası da yeni təyin olunan bir müavinə verilmişdir. Müşavirlərin sayının artmasına gəldikdə isə bu halın iddiaçının əvvəlki vəzifəsi ilə hansısa bağlılığı yoxdur.

10. Əvvəlki məhkəmə baxışı zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 3 müavinin 3-ü də qalmışdır. xxxx-ın MŞ-nin nizamnaməsini sonradan təqdim etmişlər. İddiaçının peşəkarlığına isə söz ola bilməz, yeni təyin edilmiş müavinlə iddiaçının təhsil səviyyəsi və təcrübəsinin müqayisə olunmamışdır. İddiaçının ixtisar zamanı üstünlük hüququ da olmuşdur, lakin ona başqa iş təklif edilməmişdir. Əgər ixtisarın aparılmasında məqsəd izafi xərclərin azaldılması olmuşdursa, 1 müavin saxlaya bilərdilər, lakin hər 3 müavim vəzifəsi qalmış, hətta maaş da qaldırılmışdır. Hətta əvvəl 2 müşavir var idisə, hazırda bu say 8-dir.

11. Əvvəlki məhkəmə baxışı zamanı iştirak edən üçüncü şəxsin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ARDNŞ-nin nizamnaməsində iddiaçının vəzifəsində olan şəxslərlə əmək müqaviləsinə xitam verilməsi zamanı xxxx-ın MŞ-sinin razılığının olması qeyd edilsə də, qanunvericilik aktlarının iyerarxiyası vardır və Əmək Məcəlləsi bu nizamnamədən üstün hüquqi qüvvəyə malikdir. Məcəllə ilə isə belə bir məhdudiyyət yoxdur. Baş direktorun da, onun müavininin də işəgötürəni cavabdeh şirkətin özüdür. Həmçinin MŞ ilə onsuz da şifahi razılıq əldə edilmiş, yazılı rəsmiləşdirmə daha sonradan olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (mübahisənin mövcud olduğu tarixə uyğun olaraq yeni redaksiyada)

12. Maddə 11.1, “ə” bəndi. İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

13. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

14. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

15. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

16. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

17. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

18. Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

19. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

28. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir.

29. Ümumilikdə, işin halları ondan ibarətdir ki, İddiaçı ##.##.2024- cü il tarixdən Cavabdeh QSC-də Baş direktorun müşaviri vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə Cavabdeh QSC-nin ## #### 2025-ci il tarixli, **/K nömrəli əmri ilə Baş direkorun müşaviri İddiaçı ##.##.2025-ci il tarixdən Azərbaycan Respulikası Əmək Məcəlləsinin 59-cu maddəsinə və əmək müqaviləsinin şərtlərinə əsasən öz razılığı ilə Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə keçirilmişdir. Həmin əmrə əsas kimi xxxx-ın X7 və Mükafatlandırma Komitəsi İclasının ##.##.2024-cü il tarixli, ** nömrəli protokolunun 6-cı bəndi göstərilmişdir. ## ### 2024-cü il tarixdə keçirilmiş xxxx-ın X7 və Mükafatlandırma Komitəsinin iclasının ** nömrəli protokolunun 6-cı bəndinə əsasən Cavabdeh QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini İsrafil İsmayıl oğlu Əliyevin vəzifədən azad edilməsi və həmin vəzifəyə İddiaçı təyin edilməsi barədə qərar verilmişdir. ## #### 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıqdan görünür ki, Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli *** nömrəli əmri ilə İddiaçı işlədiyi Baş direktorun ümumi işlər üzrə müavini ştatı ixtisar edilmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixdə xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli, ***/K nömrəli əmrdən görünür ki, Baş direktorun ümumi işlər üzrə müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli ***/K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması onun baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etməyərək aparılan ixtisarın qanunvericiliyin tələblərinə uyğun aparıldığını bildirir.

30. Kollegiya iddiaçının və birinci instansiya məhkəməsinin iddianın təmini üçün çıxış etdiyi əsaslara ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir və ilk növbədə işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar ittifaqının iclasının keçirilməsinə dair prosedur pozuntularına dair mövqeyə münasibətdə aşağıdakıları qeyd edir.

31. Belə ki, iddiaçı həmkarlar ittifaqının onun işdən azad edilməsinə dair qərarının iclasın keçirildiyi gün verilməsini, iclasda onun iştirakının təmin olunmamasını və iclas protokolunun cavabdeh şirkətin baş direktoru tərəfindən imzalanmasını əsas gətirərək bu barədə qanunvericiliyin tələblərinin pozulduğunu bildirmişdir.

32. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

33. Əmək Məcəlləsinin 294.3-cü maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar İttifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul edildiyi gündən başlanır.

34. Qanunvericiliyin də tələblərindən göründüyü kimi işəgötürən tərəfindən müəyyən əsaslarla əmək müqaviləsinə xitam verilməsi zamanı həmkarlar ittifaqı təşkilatının bu prosesdə roluna dair yalnız razılığın alınması məsələsi ilə bağlı imperativ norma təsbit olunmuş, həmin razılığın alınması ilə bağlı keçirilən iclasın aparılması qaydaları, o cümlədən iclasda barəsində təqdimata baxılan şəxsin iştirakının mütləqliyinə dair isə hər hansı məcburi göstəriş mövcud olmamışdır. Həmçinin iddiaçı təqdimata onun daxil olduğu gün, yəni ##.##.2025-ci il tarixdə baxılaraq elə həmin gün də müvafiq qərar qəbul edilməsini də əsassız hesab etsə də, əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normasından göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı öz qərarını təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində işəgötürənə təqdim etməlidir və qərarın bu on günün içərisində istənilən gün verilməsi qanunvericiliyə uyğundur. Odur ki, iclasın keçirildiyi gün qərarın verilməsində hər hansı pozuntu mövcud deyildir.

35. Bundan əlavə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qəbul edilən qərarın cavabdehin Baş direktorunun özü tərəfindən imzalanması ilə bağlı arqumentə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarındakı sözügedən qərardan göründüyü kimi, imzalanma sadəcə Baş direktor tərəfindən deyil, Komitənin sədri tərəfindən də aparılmışdır və bu halda Baş direktorun imzası birtərəfli qəbul edilsə belə, Komitə sədrinin də imzasının mövcudluğu qərarının mötəbərliyinin qorunması ilə nəticələnmişdir.

36. Kollegiya ixtisarın aparılması ilə bağlı qanunvericiliyin normalarının düzgün tətbiqinə münasibətdə isə aşağıdakıları qeyd edir.

37. Belə ki, işəgötürənin effektiv iqtisadı fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir.

38. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın.

39. Belə ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, cavabdeh müəssisədə iddiaçının vəzifə tutduğu ştatın şirkətin maliyyə göstəriclərinin qeyriqənaətbəxş olması səbəbindən ixtisar olunması inandırıcı olmamaqla bu barədə hər hansı dəlil təqdim edilməmişdir. Bu mövqeyə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh QSC-nin Həmkarlar İttifaqı Komitəsinin ## #### 2025-ci il tarixli, ** nömrəli protokolundan görünür ki, ixtisara qərar verilmişdir. Həmin protokola ixtisar olan işçilərin siyahısı əlavə edilmişdir və siyahıya əsasən 49 nəfər əməkdaşın ixtisar edilməsi nəzərdə tutulmuşdur. Bu halda ixtisarın real olmayan, görüntü məqsədilə aparılmasını deməyə əsas mövcud olmur.

40. Bundan başqa məhkəmə şirkətin maliyyə göstəriclərinin qeyri-qənaətbəxş olmasına dair sübutların olmadığını qeyd etsə də, bu barədə müvafiq hesabat cədvəlləri təqdim edilmiş, bu səbəbdən ixtisar aparılan şəxslərin dairəsində həm iddiaçı kimi yüksək vəzifəli şəxslərin, həm də digər inzibati və yardımçı vəzifələrin olması da öz əksini tapmışdır. O cümlədən müəssisənin qəbul etdiyi müvafiq qərar sadəcə maliyyə göstəriciləri ilə bağlı olmamış, idarəetmənin təkmilləşdirilməsi, istehsalatın inkişafı da bunun üçün əsas təşkil etmişdir.

41. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi yeni və köhnə ştat cədvəlləri arasında konkret müavin vəzifələrinin funksional müqayisəsini aparmamış, əvvəl mövcud olmuş vəzifənin yeni strukturda eyni məzmunda saxlanılıbsaxlanılmadığını müəyyən etməmişdir. Halbuki əvvəl mövcud olmuş konkret müavin vəzifəsi yeni ştat cədvəlində ləğv edilmiş, sonuncunun əmək funksiyası mahiyyət etibarilə dəyişdirilmişdir. Bundan əlavə müşavir ştatlarının əlavə olunması da hazırki iş üzrə aparılan müavin vəzifəsinin ixtisarı ilə bağlılığı yoxdur. Belə ki, müavin vəzifəsi icraediciidarəetmə xarakteri daşıyan, struktur vahidlərinə rəhbərlik edən, qərarvermə və məsuliyyət səlahiyyətlərinə malik olan vəzifə olduğu halda, müşavir vəzifəsi məsləhət xarakterli funksiyanı yerinə yetirir, icraedici səlahiyyətə malik deyil, struktur rəhbərliyi həyata keçirmir və hüquqi baxımdan idarəetmə subyekti sayılmır. Bu səbəbdən müşavir ştatlarının artırılması müavin vəzifələrinin saxlanılması və ya əvəz edilməsi kimi qiymətləndirilə bilməz.

42. Kollegiya iddiaçının vəzifəsi olan müavin vəzifəsinin ixtisarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”) Müşahidə Şurasının razılığının olmasına dair mövqeyə münasibətdə aşağıdakıları qeyd edir.

43. Belə ki, iş materiallarında olan “xxxx”-ın Nizamnaməsinin 5.23.12-ci bəndinə əsasən “xxxx”-ın prezidenti Müşahidə Şurası ilə razılaşdırmaqla Şirkətin törəmə təsərrüfat cəmiyyətlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edilməsini təsdiqləyir. Lakin Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları ilə bağlı razılığın alınması ilə bağlı tələb yalnız müəssisənin Həmkarlar İttifaqı Təşkilatına aid olunmuşdur.

44. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.9-cu maddəsinə əsasən Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.

45. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin preambulasından görünür ki, Nizamnamə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ###### tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmişdir.

46. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.

47. Qanunvericiliyin normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı tələblərindən göründüyü kimi cavabdeh şirkətin təsisçisi olan ARDNŞ-nin nizamnaməsi ilə Əmək Məcəlləsi arasında kolliziya mövcud olduqda Əmək Məcəlləsi tətbiq edilməlidir. Bu halda hazırki iş üzrə Məcəllənin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları ilə bağlı razılığın alınması ilə bağlı tələbin yalnız müəssisənin Həmkarlar İttifaqı Təşkilatına aid olunması ilə bağlı norması əsas götürülməli və yuxarıda qeyd olunan əsaslandırmaya əsasən bu razılığın mövcudluğu nəzərə alınmalıdır. Həmçinin kollegiya onu da qeyd edir ki, ARDNŞ-nin Müşahidə Şurası İclasının ## ###### 2025-ci il tarixli qərarı ilə sonradan bu razılıq da verilmişdir. Nəticə etibarilə qeyd olunan arqument də işin halları və qanunvericiliyin tələblərinə əsasən öz təsdiqini tapmamış olur.

48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli ***/K nömrəli əmri qanunvericiliyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.

49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar