Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-758/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı “alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və s. barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(008)-1470/2006 nömrəli qərardadından Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı iş üzrə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə verdiyi şikayət geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, şikayətvermə müddəti ötürülüb. Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verərək tələb edib ki, həmin qərardad ləğv edilsin (iş v. 176). Şikayət təmin edilə bilməz, qərardadı dəyişdirilmədən saxlanılmalıldır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. xx.xx.2025-ci il tarixli qərardad xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirilib (iş v. 172), bununla qərardad rəsmi qaydada verilmiş sayılıb. Həmin qərardaddan şikayət isə xx.xx.2025-ci il tarixdə, yəni 10 günlük müddət keçdikdən sonra verilib (iş v. 193). Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-1470/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-758/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-758/2026
27.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver