Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-778/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X4 cavabdeh “xxxx” MMC-yə qarşı "mənzilin təhvil verilməsi” Birləşdirilmiş icraat üzrə iddiaçı X4 cavabdeh Maraqlı şəxs qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbləri üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2, Birləşdirilmiş icraat üzrə cavabdeh Maraqlı şəxs iştirakları ilə, Işin halları
1. Iş materiallarında olan “xxxx” MMC ilə X4 arasında ## #### 2019-cu il tarixli, ****** saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş mənzilin bir kv.m sahəsi üçün dəyəri 609 manat təşkil etmişdir. Cəmi 90,4 kv.m sahəsi üçün 55000 manat təşkil edir. Müqaviləyə əsasən müəyyən olunmuş mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 58% miqdarında, yəni 32000 manat məbləğində ödəniş edilmişdir.
2. Iş materiallarında olan ## ######## 2020-ci il tarixli arayışa əsasən “xxxx” MMCnin Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 15-ci mərtəbədə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqlı, *** saylı mənzilin dəyəri X4 tərəfindən tam ödənilmişdir.
3. Iş materiallarında olan “xxxx” MMC ilə Maraqlı şəxs arasında ## ##### 2018-ci il tarixli, ****** saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş mənzilin bir kv.m sahəsi üçün dəyəri 1200 manat təşkil etmişdir. Cəmi 11,7 kv.m sahəsi üçün 14040 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı X4 cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş, hündür mərtəbəli yaşayış binasının 4-cü giriş (blok) 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,4 kv metr olan, 2(iki) otaqdan ibarət, *** saylı mənzilin iddiaçı İddiaçı istifadəsinə verilməsi öhdəliyi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması qət edilmişdir.
6. Maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili nümayəndə1 ##.##.2025-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qiyabi qətnaməsinin əldə edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Həmin qətnamə ##.##.2025-ci il tarixdə Maraqlı şəxs nümayəndəsi və vəkili nümayəndə1 rəsmi şəkildə təqdim edilmişdir.
8. Maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili nümayəndə1 ##.##.2025-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, mübahisəli mənzilin Maraqlı şəxs məxsus olmasını bildirmişdir.
10. Maraqlı şəxs maraqlı şəxs qismində mülki iş üzrə icraata cəlb edilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qiyabi qətnaməsi ləğv edilmişdir.
12. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X4 cavabdeh “xxxx” MMC ilə müqavilə bağlamaqla cavabdeh “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş, hündür mərtəbəli yaşayış binasının 4-cü giriş (blok) 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,4 kv metr olan, 2(iki) otaqdan ibarət, *** saylı mənzili hər kv.m. dəyəri 609 manat olmaqla 55000 manata almışdır. Lakin, həmin mənzil iddiaçıya təhvil verilməmişdir. Odur ki, iddi tələbinin təmin edilməsi xahiş edilir.
13. Həmçinin, birləşdirilmiş icraat üzrə iddiaçı X4 cavabdeh Maraqlı şəxs qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş, hündür mərtəbəli yaşayış binasının 4-cü giriş (blok) 15- ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,4 kv metr olan, 2(iki) otaqdan ibarət, *** saylı mənzildən cavabdehin çıxarılması, mənzildə görülmüş işlərin cavabdehin hesabına sökülməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, birləşdirilmiş icraat üzrə iddiaçı İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, mülki işlər üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 157.5, 385.1, 386.1, 389.1, 390.1, 452.1, 452.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4, 119.1, 216-220, 227, 358, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən əsassızdır və ləğv edilməli, hər iki iddia təmin edilməlidir. Ilk növbədə qeyd edilməlidir ki, X4 və “xxxx” MMC-nin direktoru X6 ilə ##.##.2019-cu il tarixdə bağlanmış ****** saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m, 2 otaqlı *** nömrəli mənzili iddiaçı tərəfindən pay şəklində alınaraq, dəyəri tam ödənilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öhdəliklərini vaxtında icra edərək mənzilin dəyərinin ödənilməsinə baxmayaraq “xxxx” MMC tərəfindən mənzil iddiaçıya təhvil verilmədiyinə görə iddiaçı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh xxxx” MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan *** nömrəli mənzilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Həmin qətnamə icra edilmiş və sözügedən mənzil iddiaçıya təhvil verilmişdir. Lakin 2025-ci ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh Maraqlı şəxs iddiaçıya məxsus mənzilin qapısını sındıraraq, içəri daxil olmuş və mənzildə təmir işləri aparır. Iddiaçı X4 Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirlərinin görülməsi barədə ərizə ilə müraciət edərək, məhkəməyə iddia ərizəsi verilənədək 1 ay müddətinə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan *** nömrəli mənzilə daxil olma və mənzildə təmir-tikinti işlərinin aparılmasını Maraqlı şəxs qadağan edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin **(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı X4 ərizəsinin qismən təmin edilməsi, məhkəməyə iddia ərizəsi verilənədək 1 ay müddətinə, yəni ##.##.2025-ci il tarixinədək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan *** nömrəli mənzilə daxil olma və mənzildə təmir-tikinti işlərinin aparılmasının Maraqlı şəxs qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Maraqlı şəxs vəkili şıkayət verərək, həmin mənzilin Maraqlı şəxs ilə tikinti şirkəti arasında bağlanan 2016-ci il tarixli (68 kv metr sahəsi olan mənzilin ona verilməsi) və 2025-ci il tarixli müqavilələrə əsasən ona məxsus olduğunu bildirərək, qərardadın ləğvini xahiş etmiş və həmin müqavilələrin surətlərini şikayətə əlavə etmişdir (şikayət qaytarılmışdır və MTT qüvvədə qalmışdır). Daha sonra Maraqlı şəxs ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qiyabi qətnamənin ləğvi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə həmin qətnamənin çıxarılmasından və “xxxx” MMC-nin AZEMIS-də olan elektron kabinetində yerləşdirilməsindən dörd il keçməsinə baxmayaraq, qiyabi qətnaməni ləğv etmiş və mülki işə baxılmasını təzələmişdir. Iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmündə həm İddiaçı, həm də Maraqlı şəxs zərərçəkmiş şəxs qismində tanınmışlar. Həm hökmdə, həm cavabdeh “xxxx” MMC-nin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ittiham aktından göründüyü kimi, zərərçəkmiş Maraqlı şəxs aşağıdakılarını bildirmişdir: “2006-cı ildən o, ünvan 2-də yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ** saylı mənzilində yaşamışdır. Sonradan “xxxx” MMC tərəfindən yaşadığı bina uçurulmuş və yerində çoxmərtəbəli yaşayış binası tikilməyə başlanmışdır. Ona həmin mənzilin söküldüyünə görə ## ###### 2016-cı il tarixli müqavilə verilmişdir ki, o, mənzillə təmin olunacaqdır. Sonradan ##.##.2021-ci il tarixdə onun müqaviləsinə əlavə müqavilə də verilmiş və binanın 4-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.4 kv. m olan, 2 otaqlı, *** saylı mənzil verilmişdir. Onda olan məlumata görə mənzili başqa şəxsə satılmışdır. Rauf hər dəfə ona yalan vədlər vermiş, mənzilin tezliklə təhvil veriləcəyini bildirmişdir. Bu günə qədər mənzil təhvil verilməmişdir. Buna görə də o, məcbur olub, şikayət etmişdir. Istintaqa müqavilənin surətini təqdim etmişdir (cild 18, iş vərəqi 262-271).” Mülki iş üzrə məhkəmənin axırıncı – ## ###### 2026-cı il tarixli iclasında cavabdeh “xxxx” MMC-nin vəkili məhkəməyə güya “xxxx” MMC və cavabdeh Maraqlı şəxs arasında bağlanmış ## ##### 2018-ci il tarixli (iddiaçının müqaviləsindən daha əvvəl tarixə təsadüf edən) müqaviləni təqdim edərək, mübahisəli evin cavabdeh Maraqlı şəxs məxsus olmasını bildirmişdir. Məhkəmə isə sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi, məhkəmə baxışı zamanı sübutların yalnız bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya işdə iştirak edən şəxslərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməsi halda təqdim edilməsinə yol verildiyi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin yazılı sübutların yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməsi barədə mülki-prosessual qanun normalarına məhəl qoymadan, həmin müqaviləni qəbul edərək, iddiaçıya nə həmin sübutun tədqiq edilməsi, nə bununla bağlı müdafiənin hazırlanması imkanı vermədən, sübutun yoxlanılması məqsədi ilə müvafiq ekspertizanın təyin edilməsi barədə iddiaçının xahişinə əhəmiyyət vermədən, iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. Halbuki həmin müqavilənin üzərində olan möhürün elektron çoxaldıcı qurğu (skaner) vasitəsi ilə hazırlandığını sadə vizual baxışla da müəyyən etmək olur. Hesab edir ki, məhkəmənin Maraqlı şəxs əvvəllər yaşamış olduğu 5 mərtəbəli yaşayış binasının 2016-cı il tarixdə pilot layihəyə uyğun olaraq cavabdeh “xxxx” MMC tərəfindən sökülmüş və ona yaşamış olduğu mənzilin mübahisə predmeti olan ünvan 1 ünvanında inşa edilmiş, hündür mərtəbəli yaşayış binasının 4-cü giriş (blok) 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,4 kv metr olan, 2(iki) otaqdan ibarət, *** saylı mənzillə əvəzləşdirilməsi barədə nəticəsi işin hallarına uyğun gəlmir və iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq edilmir. Məhkəmə bu nəticəyə gələrkən, nəzərə almamışdır ki, Maraqlı şəxs onun mənzilinin əvəzinə veriləcək mənzilin sahəsi 68 kb metr olmuşdur, onunla “xxxx” MMC arasında 2016-cı ildə bağlanan müqavilədən sonra ##.##.2021-ci il tarixdə onun müqaviləsinə əlavə müqavilə verilmiş, bu barədə Maraqlı şəxs cavabdeh “xxxx” MMC-nin vəzifəli şəxsləri barəsində aparılan cinayət işinin istintaqı zamanı ifadə vermişdir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutların arasında olan ziddiyyətləri araşdırmadan, onların aradan qaldırılması üçün heç bir addım tədbir görmədən, cavabdeh tərəfindən təqdim edilən mötəbərliyi bütün digər sübutlarla təkzib edilən müqaviləyə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil ilk olaraq Maraqlı şəxs verilmişdir. Məhkəmə cavabdeh “xxxx” MMC-nin vəkil və nümayəndəsinin məhkəmə iclasında MMC-nin möhürünün istintaq orqanı tərəfindən alındığını, lakin MMC-nin rəhbərliyini qanunsuz həyata keçirən Rəsul Əhmədovda möhürün dublikatının (!) olmasını bildirməsinə əhəmiyyət vermədən, məhkəməyə təqdim edilən MMC-nin rəhbərliyi barədə tərtib edilən ittiham aktından və məhkəmə hökmündən mübahisəli mənzilin ilkin olaraq iddiaçı Elxan Cəfərliyə satıldığı barədə təkzibedilməz sübutlara əhəmiyyət vermədən müqavilənin özündə müqavilənin ödənişinin yalnız kassa mədaxil qəbzi ilə əsas sayıldığını, lakin müqavilədə göstərilən və Maraqlı şəxs tərəfindən ödənilməli olan 14040 manatın ödənilməsini təsdiq edən hər hansı maliyyə arayışının təqdim edilməməsini nəzərə almadan iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmündən göründüyü kimi, MPM-in 82.4-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olan hadisə aşağıdakı kimi əks olunmuşdur: “X2, X6 və X3 mənzilin Elxan Cəfərliyə məxsus olduğunu bildikləri halda, 2006-cı ildən ünvan 2 ünvanda yerləşən və Yasamal rayon Icra Hakimiyyəti Başçısının ##.##.2016-cı il tarixli *** saylı Sərəncamına əsasən sökülmüş beşmərtəbəli binanın ** saylı mənzilində yaşamış Maraqlı şəxs mülkiyyətində olan 68 kv.m mənzilin sökülməsinə görə mənzil verməli olduğu halda eyni mənzili sonuncuya göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona 68 sahənin pay kimi, 22.4 m2 sahəni isə 17920 manata satmaqla verə biləcəyinə inandırıb, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qeyd edilənlərə qanuni görüntü vermək məqsədilə qeyd edilən ofisdə ##.##.2021-ci il tarixdə rəsmi sənəd olan Maraqlı şəxs adına olan həmin tarixli ***** saylı mənzilin pay verilməsi barədə müqaviləyə mənzil sahəsinin sonuncuya verilməsi haqqında məlumatları daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri MMC-nin direktoru X6 imzalayıb, özü isə MMC-nin təsisçisi və faktiki rəhbəri kimi möhür əksi ilə şəxsən təsdiq edib Maraqlı şəxs təqdim edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədlərə bilə- bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişlər.” (hökmün 71-72 vərəqələri). Məhkəmə nəzərə almamışdır ki, sözügedən hökmdə məhkəmə istintaq orqanı tərəfindən toplanılmış və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, “xxxx” MMCnin rəhbərliyi mübahisəli mənzili ilk olaraq iddiaçı Elxan Cəfərliyə satmış, daha sonra cavabdeh Maraqlı şəxs saxta sənədlər əsasında vermişdir. Məhkəmə nəzərə almamışdır ki, “xxxx” MMC tikinti şirkətinin rəhbərliyi barədə aparılan istintaqın gedişatında çoxmənzilli binada yerləşən mənzillər ilə bağlı bütün sənədlər istintaq orqanı tərəfindən alınmışdır və ## ##### 2018-ci il tarixli müqavilə mövcud olsaydı, həmin vaxt cinayət işinin materiallarına əlavə edilərdi və istintaq orqanı və məhkəmə mübahisəli mənzilin ilk olaraq cavabdeh Maraqlı şəxs verilməsi barədə nəticəyə gələrdi. Məhkəmə eyni zamanda öz qətnaməsində iddiaçının mənzilə dair ödəmiş olduğu pulu MMC-yə deyil, Zahir adlı şəxsə ödəməsi, yəni həmin vəsaitin sonuncu tərəfindən mənimsənilməsi barədə gəldiyi əsassız nəticə də iş üzrə araşdırılmış sübutlarla təsdiq edilmir, çünki iddiaçı tərəfindən ödənilən vəsaitin şirkətin hesabına (xəzinəsinə) mədaxil edilməməsi barədə hər hansı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair ## ###### 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki hallarımüəyyən etsin. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normalarının tətbiq edilməsi zamanı pozuntuya yol verilmiş, bu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Birinci instansiya məhkəməsi, eyni zamanda, qətnaməni aşağıda qeyd edilən prosessual hüquq normalarının pozulması ilə çıxardığından, qətnamə həm də iddianın təmin edilmiş hissəsində bu əsaslarla ləğv edilməlidir. MMC-nin vəkili məhkəməyə guya “xxxx” MMC və cavabdeh Maraqlı şəxs arasında bağlanmış ## ##### 2018-ci il tarixli (iddiaçının müqaviləsindən daha əvvəl tarixə təsadüf edən) müqaviləni təqdim edərək, mübahisəli evin cavabdeh Maraqlı şəxs məxsus olmasını bildirmişdir. Məhkəmə isə sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi, məhkəmə baxışı zamanı sübutların yalnız bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya işdə iştirak edən şəxslərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməsi halda təqdim edilməsinə yol verildiyi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin yazılı sübutların yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməsi barədə mülki prosessual qanun normalarına məhəl qoymadan, həmin müqaviləni qəbul edərək, iddiaçıya nə həmin sübutun tədqiq edilməsi, nə bununla bağlı müdafiənin hazırlanması imkanı vermədən, sübutun yoxlanılması məqsədi ilə müvafiq ekspertizanın təyin edilməsi barədə iddiaçının xahişinə əhəmiyyət vermədən və öz təşəbbüsü ilə mülki iş üzrə bütün digər sübutlarla ziddiyyət təşkil edən ##.##.2018-ci il tarixli müqavilənin mötəbərliliyinin yoxlanılması məqsədi ilə müvafiq ekspertiza təyin etmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. Halbuki həmin müqavilənin üzərində olan möhürün elektron çoxaldıcı qurğu (skaner) vasitəsi ilə hazırlandığını sadə vizual baxışla da müəyyən etmək olur. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmündən göründüyü kimi, MPM-in 82.4-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olan hadisə aşağıdakı kimi əks olunmuşdur: “X2, X6 və X3 mənzilin Elxan Cəfərliyə məxsus olduğunu bildikləri halda, 2006-cı ildən ünvan 2 ünvanda yerləşən və Yasamal rayon Icra Hakimiyyəti Başçısının ##.##.2016-cı il tarixli *** saylı Sərəncamına əsasən sökülmüş beşmərtəbəli binanın ** saylı mənzilində yaşamış Maraqlı şəxs mülkiyyətində olan 68 kv.m mənzilin sökülməsinə görə mənzil verməli olduğu halda eyni mənzili sonuncuya göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona 68 sahənin pay kimi, 22.4 m2 sahəni isə 17920 manata satmaqla verə biləcəyinə inandırıb, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qeyd edilənlərə qanuni görüntü vermək məqsədilə qeyd edilən ofisdə ##.##.2021-ci il tarixdə rəsmi sənəd olan Maraqlı şəxs adına olan həmin tarixli ***** saylı mənzilin pay verilməsi barədə müqaviləyə mənzil sahəsinin sonuncuya verilməsi haqqında məlumatları daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri MMC-nin direktoru X6 imzalayıb, özü isə MMC-nin təsisçisi və faktiki rəhbəri kimi möhür əksi ilə şəxsən təsdiq edib Maraqlı şəxs təqdim edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədlərə bilə- bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişlər.” (hökmün 71-72 vərəqələri). Məhkəmə nəzərə almamışdır ki, sözügedən hökmdə məhkəmə istintaq orqanı tərəfindən toplanılmış və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, “xxxx” MMC-nin rəhbərliyi mübahisəli mənzili ilk olaraq iddiaçı Elxan Cəfərliyə satmış, daha sonra cavabdeh Maraqlı şəxs saxta sənədlər əsasında vermişdir. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işə düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslardan kənar qəbul edilmiş, təqdim edilmiş sənədlər və hüquqi mövqe düzgün qiymətləndirilməmiş, məhkəmə tərəfindən iş üzrə əhəmiyyətli olan bütün hallar yetərincə araşdırılmamışdır. Hesab edir ki, qətnamə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmamış, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilməmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” Plenum Qərarının tələbləri pozulmuşdur - qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına və sübutlara qiymət verilmədən çıxarılmışdır. Istinad olunan maddənin tələbindən də göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Hesab edir ki, apellyasiya məhkəmə kollegiyası maddənin tələbində də göstərildiyi kimi tam səlahiyyətli məhkəmə kimi işin hallarını yenidən araşdırmalı və yeni, qanuni və əsaslı qətnamə çıxarmalıdır.
b) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasından iştirak edən birləşdirilmiş hər iki iş üzrə iddiaçı X4, onun nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasından iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MMC-dən alınan məlumata əsasən mənzil hazırda da Maraqlı şəxs sahibliyindədir. Maraqlı şəxs əvvəllər yaşamış olduğu 5 mərtəbəli yaşayış binası 2016-cı il tarixdə pilot layihə əsasında cavabdeh “xxxx” MMC tərəfindən sökülmüş və Maraqlı şəxs yaşamış olduğu mənzil mübahisə predmeti olan ünvan 1 ünvanında inşa edilmiş, hündür mərtəbəli yaşayış binasının 4-cü giriş (blok) 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,4 kv metr olan, 2(iki) otaqdan ibarət, *** saylı mənzillə əvəzləşdirilmişdir. Maraqlı şəxs ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilədən görünür ki, yaşayış binasının söküntüsü ilə bağlı tərəflər arasında razılaşma əldə edilmişdir. Sözügedən mənzil MMC tərəfindən Maraqlı şəxs ## ##### 2018-ci il tarixli müqavilə əsasında (müqavilənin əsli təqdim edilmişdir) verilmiş, iddiaçı İddiaçı isə ## #### 2019-cu il tarixli müqavilə əsasında satılmışdır. MMC-dən alınan məlumata əsasən mənzil hazırda Maraqlı şəxs sahibliyindədir. Göstərilənlərə əsasən MMC iddiaçı İddiaçı tərəfindən ödənilmiş məbləğ əsasında dəymiş zərəri və kompensasiya məbləğini ödəməyə hazırdır.
20. Məhkəmə kollegiyasının iclasından iştirak edən birləşdirilmiş icraat üzrə cavabdeh Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
28. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki halda, apellyator apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə hüquqi dəyərləndirməni bir-biri ilə əlaqəli qaydada həyata keçirməyi zəruri hesab edir.
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
45. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
47. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.
48. Işin halları ilə müəyyən olunur ki, Maraqlı şəxs əvvəllər yaşamış olduğu 5 mərtəbəli yaşayış binası 2016-cı il tarixdə pilot layihə cavabdeh “xxxx” MMC tərəfindən sökülmüş və Maraqlı şəxs yaşamış olduğu mənzil mübahisə predmeti olan ünvan 1 ünvanında inşa edilmiş, hündür mərtəbəli yaşayış binasının 4-cü giriş (blok) 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,4 kv metr olan, 2(iki) otaqdan ibarət, *** saylı mənzillə əvəzləşdirilmişdir. Maraqlı şəxs ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilədən görünür ki, yaşayış binasının söküntüsü ilə bağlı tərəflər arasında razılaşma əldə edilmişdir. Mübahisə predmeti olan mənzil hazırda tam təmirsizdir, bina isə istismara hazır deyildir. Sözügedən mənzil MMC tərəfindən Maraqlı şəxs ## ##### 2018-ci il tarixli müqavilə əsasında (müqavilənin əsli təqdim edilmişdir) verilmiş, iddiaçı X4 isə ## #### 2019-cu il tarixli müqavilə əsasında satılmışdır. Sözügedən mənzil cavabdeh MMC tərəfindən 2025-ci ilin iyun ayında təmir edilməsi üçün Maraqlı şəxs təqdim edilmişdir.
49. Iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmündə həm İddiaçı, həm də Maraqlı şəxs zərərçəkmiş şəxs qismində tanınmışlar. Cavabdeh tərəfindən təqdim edilən ittiham aktına əsasən İddiaçı izahatına əsasən müəyyən edilir ki, o, sözügedən mənzili Zahir adlı şəxsdən (MMCnin vəzifəli şəxsi) almış, mənzilin dəyəri üzrə 32000 manat pulu da həmin şəxsə ödəmişdir.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
51. Bu baxımdan kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mənzilin hansı şəxsə məxsus olması xüsusatına mülki hüquq münasibətləri nöqteyi-nəzərdən qiymət verilməklə hökm əsasında deyil, mülki icraat qaydasında aparılan araşdırma nəticəsində müəyyən edilməlidir. Hökm cinayət təqibinin nəticəsinə dair şəxsin təqsirliliyi və tətbiq edilən cinayət hüquqi xarakterli tədbirlərə dair (ittiham hökmüdürsə) yekun məhkəmə aktıdır.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
53. Iş materialları ilə müəyyən edilir ki, eyni mənzilə dair Maraqlı şəxs ilə bağlanmış müqavilə daha əvvəlki tarixə təsadüf edir.
54. Bundan başqa, cavabdeh MMC-nin nümayəndəsi arqument olaraq bildirmişdir ki, MMC-nin rəhbər şəxsləri (direktor, direktor müavinləri və s.) eyni mənzilləri müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə satmaqla vətəndaşları aldadaraq pullarını mənimsəmiş, bu səbəbdən, müvafiq cinayət məsuliyyətinə cəlb edilmişlər. Məhz bu əsasla iddiaçı mənzilə dair ödəmiş olduğu pulu MMC-yə deyil, Zahir adlı şəxsə ödəmiş, yəni həmin vəsait sonuncu tərəfindən mənimsənilmişdir.
55. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında Maraqlı şəxs ilə bağlanmış ## ##### 2018-ci il tarixli müqavilənin və rekvizitlərinin tədqiq edilməsi məqsədi ilə mülki iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir.
56. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli */***-*/*** nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, tədqiqata “xxxx” MMC ilə Maraqlı şəxs arasında bağlanmış ## ##### 2018-ci il tarixli ****** nömrəli müqavilədəki möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən ““xxxx” MMC-nin direktor müavini X6 və Maraqlı şəxs arasında bağlanmış mübahisəli mənzilə dair ## ##### 2018-ci il tarixli ****** nömrəli müqavilənin çap edilməsi və imzalanması vaxtı müəyyən edilsin.” sualı üzrə tədqiqat aparılmadı.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
58. Kollegiya ekspert rəyini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mübahisə predmeti olan mənzil istismara qəbul edilmədiyindən, tam təmirsiz olduğundan və mənzil daha öncə Maraqlı şəxs müvafiq müqavilə əsasında təqdim edildiyindən iddiaçının iddia tələblərinin (hər iki tələb üzrə) əsassız olmasına dair məhkəmənin mövqeyi qanuni və əsaslıdır
59. Həmçinin, iddiaçı X4 izah edilir ki, vurulmuş zərərin (real zərər və əldən çıxmış fayda) əvəzinin ödənilməsi ilə bağlı müvafiq prosessual fəaliyyət həyata keçirmək (məhkəmədə iddia qaldırmaq) hüququ vardır.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
61. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq hesab edir ki, birləşdirilmiş hər iki iş üzrə iddia rədd edilərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edildiyindən əsaslı sayıla və təmin edilə bilməz.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
63. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Kollegiya hesab edir ki, apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
65. Iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının dəyəri 240 (iki yüz qırx) manat iddiaçı X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X17 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ01360100000000003944, SFIFT BIK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının dəyəri 240 (iki yüz qırx) manat iddiaçı X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X17 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ01360100000000003944, SFIFT BIK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.