Məhkəmə qərarları › İş №2(3-6)-779/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-779/2026

06.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-779/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh Aftandı l oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı nin cavabdeh Cavabdeh Aftandı l oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Aftandı l oğlunun qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı nə qarşı “digər yaşayış sahəsinin təqdim edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Aftandı l oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi R Nail Ağayevin *** nömrəli, ##.##.2023cü il tarixli məktubu əsasında vətəndaş Cavabdeh Aftandı l oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında *** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. Hazırda iddiaçı cavabdeh Cavabdeh Aftandil oğlunun və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılmasını xahiş edir. Cavabdeh Aftandil oğlu isə qarşılıqlı iddia tələbi ilə “Turan” hərbi yataqxanasında təmirbərpa işləri başa çatanadək hazırda cavabdehin yaşadığı “Turan” hərbi yataqxanasının yerləşdiyi əraziyə və övladının təhsil aldığı *** saylı məktəbə yaxın, ailə üzvlərinin sayına uyğun digər yaşayış sahəsinin Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən təqdim edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı cavabdeh Cavabdeh Aftandı l oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Aftandil oğlunun və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin ##.##.2023-cü il tarixli *** saylı məktubu əsasında vətəndaş Cavabdeh Aftandil oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının *** nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan ##.##.2025-ci il tarixli ****/** №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən cavabdeh Cavabdeh Aftandil oğluna müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan *** nömrəli xidməti otağı Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Bu bölmənin 9-cu fəslinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri göstərilmişdir: 1. xidməti yaşayış sahələri; 2. yataqxanalarda yaşayış sahələri; 3. manevr fondu yaşayış sahələri; 4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Mənzil Məcəlləsinin 10-cu fəslinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə nazirinin“Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə * nömrəli qərarının 6-cı maddəsində də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçilərinin xüsusi təyinatlı mənzil fondunun xüsusi təyinatlı yaşayış sahəsi ilə “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” (** nömrəli əlavə) əsasında təmin edildiyi göstərilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh Cavabdeh Aftandil oğlu və ailə üzvləri həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin ##.##.2023- cü il tarixli *** saylı məktubu əsasında yerləşdirilmişlər. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun digər ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməldir. Bununla yanaşı Cavabdeh Aftandı l oğlu Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı nə qarşı “digər yaşayış sahəsinin təqdim edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən cavabdehin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, “Turan” hərbi yataqxanası, ev 182, mənzil *** saylı yaşayış sahəsinin boşaldılması və aidiyyəti üzrə təhvil verilməsi barədə irəli sürülmüş iddia tələbinin tam şəkildə rədd edilməsi, “Turan” hərbi yataqxanasında təmir-bərpa işləri başa çatanadək hazırda cavabdehin yaşadığı “Turan” hərbi yataqxanasının yerləşdiyi əraziyə və övladının təhsil aldığı *** saylı məktəbə yaxın, ailə üzvlərinin sayına uyğun digər yaşayış sahəsinin Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin rəyindən görünür ki, “Turan” hərbi yataqxanasında yerləşən bina texniki cəhətdən qənaətbəxş hesab olunmamış, konstruktiv elementlərin zədələnməsi nəzərə alınaraq binanın təhlükəsizliyi məqsədilə müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruriliyi yaranmışdır. Bu hal cavabdehin yaşadığı yaşayış sahəsində əsaslı təmir və yenidənqurma işlərinin aparılmasını obyektiv olaraq qaçılmaz etsə də, bu hal iddiaçını cavabdehin sosial hüquqlarını təmin etmək vəzifəsindən azad etmir. Kirayə Müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, “belə hallarda kirayə verənin müqaviləni ləğv etmədən, əsaslı təmir və bərpa müddətində kirayəçiyə və onun ailə üzvlərinə digər yaşayış sahəsi təqdim etməlidir”. Bu şərt tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olmaqla sosial müdafiə xarakteri daşıyır və kirayə verənin seçimindən asılı olmayan imperativ öhdəlikdir. Cavabdehin övladı F.Cəfərli hazırda yaşadıqları ünvana ən yaxın təhsil müəssisəsi olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli 27 ünvanında yerləşən *** nömrəli məktəbdə təhsil alırlar. Yaşayış yerinin kənar bir əraziyə dəyişdirilməsi, xüsusən də onların təhsil aldığı təhsil müəssisəsindən uzaq bir yerə köçürülməsi uşaqların təhsil hüququnun məhdudlaşdırılmasına, tədris prosesində fasilələrə, onların psixoloji vəziyyətinə və adaptasiya imkanlarına, o cümlədən ailənin xərclərinin artmasına mənfi təsir göstərməsinə səbəb olacaqdır. Bu isə həm “Təhsil haqqında” Qanunun, həm də uşaq hüquqlarının müdafiəsinə dair milli və beynəlxalq hüquqi normaların tələblərinə zidd nəticələr doğurur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Aftandı l oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” hərbi yataqxanasının *** nömrəli otağından (xidməti yaşayış sahəsindən) çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin və onun ailə üzvlərinin “Turan” hərbi yataqxana binasında *** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilməsi ilə bağlı hər hansı bir sənədləri yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehin bu sahəyə yalnız Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin *** nömrəli, ##.##.2023-cü il tarixli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Bundan başqa, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir. Bundan əlavə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Aftandı l oğlu hazırda işləyən mülki şəxsdir və o, ailə üzvləri ilə birlikdə xidmət yer üzrə xüsusi təyinatlı yaşayış sahəsində deyil, digər hərbi hissə üzrə yaşayış sahəsində yaşayır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdeh Cavabdeh Aftandı l oğluna mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Həmçinin nəzərə alınmalıdır ki, xüsusi təyinatlı yaşayış sahəsi olan xidməti yaşayış sahələri yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Yaşayış sahəsinin əldə edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq qaydalara riayət edilmədən yaşayış sahəsinə faktiki yiyələnmək xidməti yaşayış sahəsini əldə etmək hüququ olan şəxslərin kateqoriyasına aid digər şəxslərin yaşayış sahəsi ilə təmin edilməsinin qarşısını alır ki, bu da bu sahədə qanunvericiliyin məqsədlərinə və dövlət siyasətinə ziddir. Cavabdehin yaşayış sahəsinə həmin vaxt iddiaçı dövlət orqanının səlahiyyətli şəxslərinin yazılı və ya şifahi razılığı əsasında müvəqqəti köçürülmələri də hazırkı iddianın təmin edilməsinin qarşısını almır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin və onun ailə üzvlərinin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir. Məhkəmə Cavabdeh Aftandı l oğlunun Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı nə qarşı “digər yaşayış sahəsinin təqdim edilməsi” tələbinə münasibət bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Aftandı l oğlu “Turan” hərbi yataqxanasında təmir-bərpa işləri başa çatanadək ona digər yaşayış sahəsinin verilməsini tələb edir. Lakin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı nin nümayəndəsi X2 bu tələbə münasibətdə bildirmişdir ki, “Turan” yataqxanası təmir edildikdən sonra qonaq otağı kimi istifadə ediləcəkdir. Həmçinin, ilk iddia üzrə iddia tələbi təmin edildiyindən və Cavabdeh Aftandı l oğlunun “Turan” hərbi yataqxanasındakı yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirilməsi işdəki sübutlarla öz təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı nin qarşılıqlı iddia üzrə iddiaçını digər yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yoxdur. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh Aftandı l oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə bütün faktiki hallar, o cümlədən tərəflər arasında mövcud olmuş faktiki kirayə münasibətləri araşdırılmaqla, cavabdehin qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verilməsi üçün iş yeni baxılmaya birinci instansiya məhkəməsinə göndərilsin. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2025 və ##.##.2025-ci il tarixlərində 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasında *** saylı otağı boşaltmasını tələb etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən, “Turan” hərbi yataqxanasında yerləşən bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş və konstruktiv elementlərin zədələnməsi nəzərə alınaraq binanın təhlükəsizliyi məqsədilə müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruriliyi yaranmışdır. Məktubda həmçinin, cavabdehə aşağıdakı 3 ünvandan birində mənzil seçməsi təklif olunmuş və qərar qəbul edildiyi təqdirdə Bakı Qarnizonu Mənzil-İstismar hissəsinə rəsmi məlumat verilməsinin zəruri olduğu bildirilmişdir: 1. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur-1, hərbi şəhərciyi. 2. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi ev 11a, 15a, 35, 43. 3. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 1A Məktubun surəti Qoşma 2də verilir. Bu məktub Cavabdeh faktiki kirayə münasibətlərində olduğundan Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Xüsusi təyinatli yaşayiş sahəsinin kirayə müqaviləsinin 2.2.5-ci maddəsinə uyğun olaraq göndərilmişdir. Belə ki, Kirayə müqaviləsinin 2.2.5-ci maddəsinə əsasən Kirayə verənin öhdəliyi vardır. Belə ki, maddəyə əsasən: 2.2.5. evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər belə əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, bu barədə işlərin başlanmasına ən azı otuz təqvim günü qalmış kirayəçini məlumatlandırmalı, bu müqavilə ləğv edilmədən, əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən digər yaşayış sahəsi vermək. Daha sonra iddiaçı, öz göndərdiyi məktuba məhəl qoymayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Cavabdeh Aftandil oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Aftandil oğlunun və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 23.11.25-ci tarixdə məhkəməyə iddiaya etiraz və qarşılıqlı etiraz təqdim etmiş və tələblərini qanuvericiliyə uyğun olaraq əsaslandırmışdır. Birinci instansiya məhkəməsi isə iş materiallarına düzgün istinad etməmişdir. Cavabdeh iddiaçı ilə kirayə münasibətlərində olmasına iddia edir və məhkəmədən onun faktiki münasibətlərinin tanınmasını xahiş etmişdir. Çünki, cavabdeh iddia ərizəsində də göstərdiyi kimi iddiaçı ilə kirayə münasibətlərində olmuş, kirayə müqaviləsinin bütün maddələrinə əməl etmişdir. Məhkəmə heç ümumiyyətlə cavabdehin qarşılıqlı iddia tələbinə münasibət bildirmədən mənzilə yerləşdirmə barədə qərara ümumi istinad etmişdir. Mənzilə yerləşmənin müvəqqəti xarakterli olmasını cavabdeh üzü də qəbul edir və bu müzakirə predmeti deyil. Onu da qeyd edir ki, mənzil basqın vasitəsilə tutulmamışdır və rəsmi qurumdan təhvil alınmışdır. Bildirir ki, əvvəl vətəndaşın mənzilə yerləşdirilməsi ilə bağlı qərar verilir və daha sonra vətəndaşla münasibətlərin tənzimlənməsi üçün kirayə müqaviləsi bağlanılır, əvvəl kirayə müqaviləsi bağlanıb sonra qərar verilmir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Aftandil oğlu hazırda işləyən mülki şəxsdir və o, ailə üzvləri ilə birlikdə xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsində deyil, digər hərbi hissə üzrə yaşayış sahəsində yaşayır. Hesab edir ki, Cavabdeh *** saylı qərarla xüsusi təyinatlı mənzil kimi ona verilən yaşayış sahəsində yaşayır. Hərçənd ki, iddianın predmeti vətəndaşa verilən qərarın qanuniliyi deyil, bir daha qeyd edir ki, Cavabdeh Əsasnamənin tələblərinə uyğun olaraq uçota alınmış, bütün lazımi sənədləri təqdim etmiş və son nəticədə o mənizllə təmin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə formal yanaşaraq cavabdehin faktiki kirayə münasibətlərindən irəli gələn hüquqlarını araşdırmamış, bununla da dövlətin insan hüquqlarını təmin etmək öhdəliyinə zidd qərar qəbul etmişdir. Dövlət orqanının kirayə müqaviləsini bağlamaması cavabdehin hüquqi vəziyyətini ağırlaşdırmamalıdır. Əks halda bu, hüququn ümumi prinsiplərinə zidd olaraq dövlətin öz qanunazidd hərəkətsizliyindən faydalanmasına gətirib çıxarır. Cavabdehin faktiki istifadəsində olan yaşayış sahəsi üzrə hüquqları nəzərə alınmadan, heç bir alternativ təminat göstərilmədən yaşayış sahəsindən çıxarılmasına qərar verilməsi mülkiyyət hüququndan irəli gələn qanuni istifadə və müdafiə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi: 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1-ci maddəsinə əsasən, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən, Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin: 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, Rlar, zabitlər, Rlər, Rlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. 1.8-ci bəndinə əsasən,əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığıda yaşamalı olan, habelə kazarma-mənzil fondunun və kommunal qurğuların istismarı və onlara xidmət göstərilməsi sahəsində çalışan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçilərinə xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər. 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. 5.7-5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təsdiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın: 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktınа əsasən “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi R Nail Ağayevin *** nömrəli, ##.##.2023cü il tarixli məktubu əsasında vətəndaş Cavabdeh Aftandı l oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında *** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. Göründüyü kimi, cavabdeh bu sahəyə yalnız Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin *** nömrəli, ##.##.2023-cü il tarixli məktubu əsasında müvəqqəti yerləşdirilmişdir. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Həmçinin Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir. Halbuki istinad edilən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Aftandı l oğlu hazırda işləyən mülki şəxsdir və o, ailə üzvləri ilə birlikdə xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsində deyil, digər hərbi hissə üzrə yaşayış sahəsində yaşayır. Bununla yanaşı iş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdeh Cavabdeh Aftandı l oğluna mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin və onun ailə üzvlərinin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir. Məhkəmə Kollegiyası işin faktiki hallarını nəzərə alaraq həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Aftandı l oğlu “Turan” hərbi yataqxanasında təmir-bərpa işləri başa çatanadək ona digər yaşayış sahəsinin verilməsini xahiş edir. Lakin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı nin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh Aftandil oğluna müvəqqəti yaşayış sahəsinin verilməsinin mümkünlüyü üçün qanunvericiliklə tələb olunan meyar iddiaçıya münasibətdə mövcud deyil. Həmçinin, ilk iddia üzrə iddia tələbi təmin edildiyindən və Cavabdeh Aftandı l oğlunun “Turan” hərbi yataqxanasındakı yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirilməsi işdəki sübutlarla öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yı nin qarşılıqlı iddia üzrə iddiaçını digər yaşayış sahəsi ilə təmin etmək öhdəliyi olmamışdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Cavabdeh Aftandı l oğlu apellyasiya şikayətində mübahisəli mənzilə münasibətdə faktiki kirayə münasibətlərinin mövcud olmasını bildirsə də, qeyd etdiyi dəlillər bunu deməyə əsas vermir. Belə ki, iddiaçının həmin mənzildə yaşaması, yaşadığı müddət ərzində kommunal xərcləri verməsi onun kirayə münasibətlərində olması demək deyil, həmçinin iddiaçı bu zaman ərzində kirayə münaibətlərinə uyğun hər hansı kirayə ödənişi də həyata keçirtməmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün oalraq belə nəticəyə gəlmişdir ki, ilk iddia təmin edilməli, cavabdeh Cavabdeh Aftandı l oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasının *** nömrəli otağından (xidməti yaşayış sahəsindən) çıxarılmalı, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə Kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü Cavabdeh Aftandil oğlunun üzərinə düşdüyü halda o, qarşılıqlı iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla təsdiq etməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı qarşılıqlı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Aftandı l oğlu tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar