Məhkəmə qərarları › İş №2(3-6)-781/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-781/2026

26.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-781/2026 26.02.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı "İÇƏRİŞƏHƏR" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin cavabdeh Cavabdeh Yaşıllara Dəstək İctimai Birliyinə qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh Yaşıllara Dəstək İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı "İÇƏRİŞƏHƏR" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin cavabdeh Cavabdeh Yaşıllara Dəstək İctimai Birliyinə qarşı "mənzil münasibətləri üzrə sair mübahisələr" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yaşıllara Dəstək İctimai Birliyi tərəfindən İdarənin mütəxəssislərinin nəzarəti altında və qanunvericiliyin tələblərinə uyğun formada Bakı şəhəri, İçərişəhər, Böyük Qala küçəsi 13- 15, mənzil 7 ünvanında yerləşən, 2129 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış evinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil mülki işin aidiyyət qaydalarına uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək vəsatətin təmin edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(009)- ****/**** saylı qərardadının ləğv edilməsi və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadından verilən şikayətin geri qaytarılması qərara alınmışdır.

6. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı Vəkil məxsus şəxsi elektron kabinetə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş, lakin o, həmin qərardaddan şikayəti ##.##.2026-cı il tarixində, yəni 10 (on) gün keçdikdən sonra elektron kabinet vasitəsilə məhkəməyə ünvanlamışdır. Bununla da o, qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qanunvericiliklə müəyyən edilmiş şikayət verilmə müddətini ötürmüş, prossesual müddətin bərpası barədə vəsatət isə təqdim etməmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət, həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmənin qərardadı cavabdeh tərəf olaraq onlar tərəfindən ## ###### 2026-cı il tarixdə əldə edilmişdir. Daha sonra yuxarıda qeyd edilən qərardaddan tərəflərindən ##.##.2026-cı il tarixdə şikayət verilmişdir. Eyni zamanda MPM 128.3-cü maddəsi prosessual müddətlərin başlama anını müəyyən edir və həmin maddəyə əsasən, günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən sonrakı gündən başlanır. Qərardadın EMİS-ə yerləşməsindən sonrakı gün isə ## ###### 2025-ci il tarix olmaqla ##.##.2026-cı ilə qədər qeyri iş günləri olduğu üçün, cavabdeh tərəf olaraq qərardaddan şikayət vermə müddəti 05 yanvardan hesablanmaqla 10 yanvarda şikayət təqdim edilmişdir. Bundan başqa, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən, tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Göründüyü kimi məhkəmənin öz qərardadını göndərməsi ##.##.2025-ciil tarix olsa da, həmin qərardadın onlara təqdim edilməsi, cavabdehlər tərəfindən alınması ## ###### 2026-cı il tarixdir. Qanunun bu tələbləri baxımından da tərəflərindən şikayət verilmə müddəti ötürülməmişdir. Bu səbəbdən də, hesab edir ki, ##.##.2025- ci il tarixli qərardaddan şikayət vermə müddəti ötürülməmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

13. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

15. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış Vəkil məxsus şəxsi elektron kabinetə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş, lakin həmin qərardaddan şikayət ##.##.2026-cı il tarixdə, yəni 10 (on) gün keçdikdən sonra verilmişdir.

18. Göründüyü kimi cavabdeh qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qanunvericiliklə müəyyən edilmiş şikayət verilmə müddətini ötürmüş, prossesual müddətin bərpası barədə vəsatət isə təqdim etməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

20. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

22. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

23. Müddətlərin hesablanması qaydasına görə, ##.##.2025-ci il tarixdən başlayan 10 günlük şikayət müddəti ##.##.2026-cı il tarixdə başa çatmışdır. MPM-in 129.2-ci maddəsi yalnız müddətin son günü qeyri-iş gününə düşdükdə onun uzadılmasını nəzərdə tutur. Hazırkı halda müddətin son günü 09 yanvar rəsmi iş günü olduğundan, şikayətin ##.##.2026-cı il tarixdə verilməsi prosessual müddətin ötürülməsi faktını birmənalı təsdiq edir.

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş şikayətinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar