Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-787/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh "Azneft" İB-nə qarşı mülki iş üzrə (Açar sözlər: borc) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azneft İB 28 may NQÇİ-nin rəisinin Azneft İB-nin direktoruna ünvanladığı məktubdan görünür ki, “işçinin neft-qaz sənayesindəki fasiləsiz iş təcrübəsini (42 il), müxtəlif vaxtlarda rəhbər vəzifələrdə çalışdığını nəzərə alaraq, eləcə də mexanika sahəsi üzrə təcrübəsinin struktur bölməyə cəlb olunmuş gənc kadrlarla bölüşməsinə şəraitin yaradılması məqsədi ilə, təqaüd yaşının çatmasına baxmayaraq, onun ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək işdə saxlanmasına icazə verməyinizi xahiş edirik.”
2. Əmək müqaviləsinin ləğv edilməsi haqqında ## ### 2025-ci il tarixli **-*-*-*/*- *K***/**** saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanılmış ##.##.2006-cı il tarixli əmək müqaviləsinə AR ƏM-in 73-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq və müddətli əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərə alaraq ##.##.2025-ci il tarixindən xitam verilmişdir.
3. SOCAR-ın Azneft İB 28 May NQÇİ-nin ## #### 2025-ci il tarixli məktubundan görünür ki, “SOCAR-In "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ və "28 May" NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi arasında 2024-2026-cü illər üzrə bağlanmış Kollektiv Müqavilənin 5.15-ci bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-In qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilir. Sizin təqaüd yaşınızın (65 yaş) ##.##.2024-cü il tarixində tamam olduğunu və həmin gündən sonra 1 (bir) ay müddətində tərəfinizdən əmək müqavilənizə xitam verilməsi ilə bağlı hər hansı bir müraciətiniz olmadığını nəzərə alaraq, sizə orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi imkan xaricindədir.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh "Azneft" İB-nə qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi və "28 May" Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi arasında 2024- 2026-cı illər üçün Kollektiv Sazişinin 5.15-ci bəndinə əsasən iddiaçı İddiaçı Əmirulla oğlunun orta aylıq əmək haqqının 5 misli, yəni 19907,79 (on doqquz min doqquz yüz yeddi, yetmiş doqquz) manat məbləğində birdəfəlik müavinətin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1981-ci ildən Cavabdehan Neft Sənayəsində əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq 42 il 5 ay 10 gün iş stajına malik olmuşdur. 2024-cü ilin aprel ayında 65 yaşın tamam olması ilə əlaqədar olaraq təqaüdə çıxan zaman iddiaçının işlədiyi "28 May" Neft və Qazçıxarma İdarəsinin rəisinin təşəbbüsü ilə iddiaçının uzunmüddətli iş təcrübəsini, idarədə mexanik sahəsi üzrə kadr çatışmamazlığını və gənc mütəxəssislərin bu sahədə hazırlanması məqsədilə iddiaçının təqaüd yaşının tamam olmasına baxmayaraq idarə rəhbərliyi **-*-*-*/*-*-****/**** saylı ##.##.2024-cü il tarixli məktub ilə “Azneft” İB-nə əmək müqaviləsinin 1 (bir) təqvim ili uzadılması üçün müraciət etmişdir. Bu məktuba əsasən “Azneft” İB-nin ##.##.2024-cü il tarixli 14-2-1/3-6- ****/**** nömrəli razılığı ilə ##.##.2025- ci il tarixinə kimi iddiaçının əmək müqaviləsi (** saylı Əlavə) uzadılmışdır və iddiaçı həmin müddətdə işləmişdir. Əmək müqaviləsinin müddətinin ##.##.2025-ci ildə başa çatdığından iddiaçı öz təşəbbüsü ilə təqaüdə çıxmağına görə əmək müqaviləsinə xitam verilməsi və SOCAR və ANQSİHİRK arasında 2024-2026-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5-ci bəndinə əsasən orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin ödənilməsi üçün 14-2-1- */*-*-***/**** saylı ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Lakin ərizə nəzərə alınmadan, Personalın Uçotu tərəfindən ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) **-*-*-*/*- *K-***/**** saylı ##.##.2025-ci il tarixli əmr verilmişdir və birdəfəlik müavinətin verilməsi müxtəlif əsassız, şifahi təsdiqsiz səbəblərlə, mövcud qayda-qanunların heç birinə uyğun olmayan bəhanələrlə icrası təmin edilməmişdir. Halbuki, SOCAR-ın “Azneft” İB-nin "28 May” Neft və Qazçıxarma İdarəsi və "28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi arasında 2024-2026-cı illər üçün Kollektiv Sazişinin 5.15-ci bəndinə əsasən pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməli idi. Lakin cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 14-2-1-7/2-i-41- **/**** saylı ərizənin cavablandırılmasında göstərilmişdir ki, ##.##.2025ci tarixli, **-*-*-*/*-*-***/**** nömrəli ərizənizə cavab olaraq bildiririk ki, SOCARin "Azneft" İB-nin "28 May” NQÇİ və "28 May” NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi arasında 2024-2026-cı illər üzrə bağlanmış Kollektiv Müqavilənin 5.15-сi bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilir. Sizin təqaüd yaşınızın (65 yaş) ##.##.2024cü il tarixində tamam olduğunu və həmin gündən sonra 1 (bir) ay müddətində tərəfinizdən əmək müqavilənizə xitam verilməsi ilə bağlı hər hansı bir müraciətiniz olmadığını nəzərə alaraq, sizə orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi imkan xaricindədir. Cavabdehin belə bir mövqeyini tamamilə əsassız hesab edir. Çünki iddiaçı İddiaçı Əmirulla oğlu təqaüd yaşına çatarkən, yəni ##.##.2024-cü il tarixdə təqaüdə çıxmış və birdəfəlik müavinətin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh öz təşəbbüsü ilə iddiaçının ərizəsini qəbul etməmiş və bir il daha qalmasını istəmiş və əmək müqaviləsinin vaxtını uzatmışdır. Lakin cavabdeh tərəfindən imtina verilərkən bu hal nəzərə alınmadan tam ədalətsiz qərar qəbul edilmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə onun 65 yaşına çatması ilə bağlı xitam verilməmişdir. İddiaçı 65 yaşına çatdıqdan sonra onun əmək fəaliyyətini davam etmək arzusunu dəyərləndirərək işəgötürən əmək münasibətlərinin 1 il müddətinə uzadılması ilə bağlı İdarə rəisinə müraciət etmiş və iddiaçının 1 il müddətinə əmək fəaliyyətini davam etdirilməsi üçün onunla əmək müqaviləsi bağlamışdır. İkincisi, Cavabdehan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdehan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin ## ##### 2009-cu il tarixli **/**-**ə nömrəli “Cavabdehan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına, eləcə də SOCAR və ANQSİHİRK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. Qeyd olunan Əmr-Qərarda nəzərdə tutulan “qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı” dedikdə “Əmək pensiyaları haqqında” Cavabdehan Respublikası Qanununun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin qanuna edilmiş dəyişikliyə əsasən, qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrıayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də 65 yaşa çatdıqda əmək pensiyası almaq hüququdur. İddiaçı ozü də iddasında qeyd etdiyi kimi 65 yaşına çatdıqdan sonra 1 il nüddətinə işəgötürənlə müddətli əkmək müqaviləsi bağlamaqla qarşılıqlı razılıq əsasında işinə davam etmiş, aylıq əmək haqqı almışdır. Məhkəmə iclasında iddiaçı özü etiraf etdi ki, 65 yaşı tamam olduqdan sonra razılığı ilə əmək fəaliyyətinə davam etmiş, müddətli əmək müqaviləsini imzalamış və bununla bağlı verilmiş əmri mübahisələndirməmişdir. Artıq İddiaçı əmək pensiyasında olduğundan (2024-cu il) və əmək fəaliyyətinə müddətli müqavilə ilə davam etdiyindən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verilərkən SOCAR-ın və ANQSİHİRK-nın ## ##### 2009cu il tarixli **/**-**ə nömrəli əmr-qərarı, eləcədə SOCAR-ın və ANQSİHİRK-nın Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndi ona şamil edilmir. Məzmunundan göründüyü kimi istinad olunan norma dispozitivdir və yalnız bütün şərtlər eyni anda ödənildiyi halda müraciət müəllifi belə müavinəti almağa ixtiyar qazanır. Bu şərtlər isə aşağıdakılardır: 1) Qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmaq; 2) Pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmək; 3) İşdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etmək və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması; 4) Cari məsələ ilə bağlı SOCAR-ın qərar qəbul etməsi. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də yaşa görə əmək pensiyası almaq hüququdur. İddiaçının bu şərtlə əmək pensiyası hüququ ##.##.2024-cü il tarixindən etibarən əmələ gəldiyindən və o, bu hüquqdan istifadə etməyərək əmək fəaliyyətinə davam etdiyindəm ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçı hələ ##.##.2024-cü ildən pensiya yaşına çataraq pensiya hüququ qazansa da, işdən azad olunmadan əmək münasibətlərini davam etdirməsi hazırda belə bir iddianın verilməsini istisna edir. İddiaçı iddiasında o zaman haqlı ola bilərdi ki, ilk dəfə pensiya hüququ verən yaş həddinə (2024) çatarkən, 1 ay müddətində əmək münasibətlərinə xitam verilməsini xahiş etmiş olsun. Lakin iddiaçı bu qaydada davranmadığı üçün, dolayısıyla, hazırkı reallıqda belə bir iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ aradan qalxmış olur. Sözügedən kollektiv Sazişin bağlanmasında məqsəd, Preambulasında da qeyd olunduğu kimi, Dövlət Neft Şirkətində aparılan struktur islahatları çərçivəsində ştat vahidlərinin təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması, başqa sözlə, Şirkətin müəssisə və təşkilatlarda işçi heyətindən daha səmərəli istifadə etmək və xərclərin azaldılmasına nail olmaqdan və s. ibarət idi. Bu bir həvəsləndirmə tədbiridir ki, ARDNŞ pensiya yaşına çatmış işçiyə 5 misli miqdarında müavinət ödənilməsini bəyan etməklə işçini işdən azad olunmasına dəvət edir, əvəzində isə daha yeni kadrların, işçi qüvvələrinin işə cəlb olunmasına nail olmaq istəyir. Bundan əlavə, əks yanaşmanın tətbiq olunması, həmçinin, pensiya yaşına çatan və 1 ay ərzində əmək münasibətlərinə xitam verilən işçilərə münasibətdə qeyri-bərabərliyə səbəb olar. Çünki həmin şəxslər yaşa görə pensiya hüququ qazanan kimi müvafiq müavinəti almaq üçün 1 ay ərzində əmək münasibətlərinə xitam verməli olduqları halda (onların da illər sonra yaşa görə əmək pensiyasının ümumi əsaslarla təyin olunması istisna olunmurdu), iddiaçının işdən azad olunmadan əmək münasibətlərinə davam etdirməsi və hazırda həmin müavinətə yiyələnməsi işçilər arasında ayrı-seçkiliyə gətirib çıxarar ki, bu da Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən yolverilməzdir. Sözügedən müavinətin verilməsi üçün işçi işdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etməli və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması da tələb olunurdu. Hazırkı iş üzrə iddiaçı ona verilən səlahiyyətdən vaxtında istifadə etmədiyi üçün tərəflər arasında belə bir razılaşma imzalanmamışdır. Başqa sözlə, işçi ilə müvafiq məzmunda razılaşma bağlanmadığı üçün işəgötürənin müvafiq müavinəti ödəmək öhdəliyi də yaranmamışdır. Çünki mübahisələndirilən normanın ilkin şərtinin yerinə yetirilməməsi, sonrakı şərtlərin mövcudluğunu və əhəmiyyətini istisna edir. Buna görə də tələb əsassız və qanunsuzdur. Bir daha qeyd edirik ki, iddiaçının yaşla əlaqədar əmək pensiyası hüququ 2024cü ildən etibarən əmələ gəldiyindən, lakin o bu hüquqdan istifadə etməyərək əmək fəaliyyətinə davam etdiyindən iddiaçıya əmək haqqının 5 mislini ödəmək üçün Kollektiv Sazişdə nəzərdə tutulan şərt mövcud deyil. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə görə əmək pensiyalarının 3 növü vardır: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Hazırki iş yaşa görə əmək pensiyası ilə bağlı olduğu üçün mübahisəyə də həmin pensiya üzrə qanunvericiliyin müəyyən etdiyi qaydalara diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun II fəsli (7-10-cu maddələr) yaşa görə əmək pensiyasına həsr olunub və həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeydinə görə bu maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Göründüyü kimi, Qanunun 7-ci maddəsi kişi və qadınların hansı yaşda və hansı şərtlər daxilində yaşa görə əmək pensiyası hüququnu müəyyən edib. Həmçinin, Sazişə əsasən, işçi pensiya yaşına çadıqda 1 ay müddətində könüllü olaraq öz təşəbbüsü ilə ərizə ilə müraciət edib əmək müqaviləsinə xitam verilməsini xahiş etdikdə, müstəsna hal kimi ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilə bilər. İddiaçı İddiaçı bunu etməmiş, ##.##.2024-cü il tarixdə 65 yaşı tamam olmasına baxmayaraq, ##.##.2025-ci il tarixədək əmək fəaliyyətinə davam etmişdir. Həmçinin, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin bütün tələblərinə əməl edilməklə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən, İddiaçı qarşı heç vaxt qərəzli münasibət olmamış, o, hər-hansı ayrı-seçkiliyə məruz qalmamışdır. Məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmışdır. İddianın rədd edilməsi xahiş edilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinə (hakim Rəna Qafarova) ilə iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Cavabdehan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə, Cavabdehan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3cü maddəsinin 4-1-ci hissəsinə, 3-cü maddəsinin 6-cı hissəsinə, 7-ci maddəsinin 3-cü hissəsinə, 12-ci maddəsinin 1-ci hissəsinə, 24-cü maddəsinə, Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216- 220, 217.4, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının səhv tətbiqi, kollektiv sazişin yanlış təfsiri, işəgötürənin öz təşəbbüsü ilə yaratdığı hüquqi vəziyyətin iddiaçının ziyanına şərh edilməsi və ədalətlilik prinsipinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Kollektiv Sazişin 5.15-ci bəndində deyilir ki: “Pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilir.” Məhkəmə bu normanı formal və mexaniki şəkildə şərh etmişdir. İddiaçı pensiya yaşına çatdıqda əmək münasibətlərinə xitam vermək istəmişdir, lakin işəgötürən öz təşəbbüsü ilə, kadr çatışmazlığını əsas gətirərək, rəsmi məktubla əmək müqaviləsini 1 il müddətinə uzatmışdır. Bu hal işəgötürənin iddiaçının hüququndan faktiki istifadə etməsinə mane olması, sonradan isə həmin hüququ “vaxtında istifadə etməmisən” arqumenti ilə inkar etməsi deməkdir. Hüquqda bu, “venire contra factumproprium” – yəni özəvvəlki davranışına zidd mövqe tutmaqdır və yolverilməzdir. Danılmaz faktdır ki, 1 il müddətinə əmək müqaviləsinin uzadılması işəgötürənin təşəbbüsü ilə olmuşdur. Bu səbəbdən də işəgötürənin təşəbbüsü ilə uzadılmış əmək müqaviləsi heç bir halda iddiaçının hüququnu ləğv etmir. Məhkəmə səhv olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əmək fəaliyyətini davam etdirdiyinə görə müavinət hüququnu itirmişdir. Halbuki əmək müqaviləsinin uzadılması iddiaçının deyil, cavabdehin təşəbbüsü ilə olmuşdur. İddiaçı bu müddətdə yalnız işəgötürənin xahişini qəbul etmiş və əmək funksiyasını yerinə yetirmişdir. İşəgötürən öz marağı üçün istifadə etdiyi bu vəziyyəti sonradan iddiaçının əleyhinə çevirə bilməz. Əks yanaşma hüququn əsas prinsiplərinə ziddir və işəgötürəni sui-istifadəedən tərəfə çevirir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Birinici instansiya məhkəməsi isə “bərabərsizlik yarana bilər” arqumentinə istinad etsə də, iddiaçının digər işçilərlə eyni hüquqi vəziyyətdə olmadığını, onun əmək münasibətlərinin davam etdirilməsinin işəgötürənin təşəbbüsü ilə baş verdiyini nəzərə almamışdır. Eyni hüquqi vəziyyətdə olmayan subyektlərə eyni yanaşmanın tətbiqi Konstitusiyanın 25-ci maddəsinin mahiyyətinə ziddir. Bundan əlavə hüququn ümumi prinsiplərinə görə, heç bir şəxs öz ziddiyyətli və əvvəlki davranışına əsaslanaraq hüquqi üstünlük əldə edə bilməz. Cavabdeh isə iddiaçının pensiya yaşına çatmasına baxmayaraq onun əmək fəaliyyətini davam etdirməsini təşviq etmiş, bu haldan istehsalat maraqları üçün faydalanmış və sonradan isə həmin faktı iddiaçının sosial təminat hüququnun itirilməsi üçün əsas kimi istifadə etmişdir. Məhkəmənin bu mövqeyi legitim hesab etməsi hüquqdan suiistifadənin faktiki olaraq təsdiqlənməsi deməkdir. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Göründüyü kimi kollektiv müqavilə və sazişlərdə əmək qanunvericiliyinə nisbətən işçilər üçün daha əlverişli şərtlər müəyyən edilə bilər və bu şərtlər məcburidir. Birinci instansiya məhkəməsi isə kollektiv sazişin 5.15-ci bəndini şərh edərkən normanın sosial və təminat xarakterini, işçinin müdafiəsinə yönəlmiş məqsədini, işəgötürənin öz təşəbbüsü ilə yaratdığı hüquqi vəziyyəti nəzərə almamış, həmin normanı daraldıcı və formal məzmunda tətbiq etmişdir. Bu isə Əmək Məcəlləsinin 7.3cü maddəsinin tələblərinə ziddir və kollektiv sazişin hüquqi mahiyyətini faktiki olaraq aradan qaldırır. Həmin maddənin “ç” bəndində qeyd edilir ki, işəgötürən kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə əməl etməlidir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının pensiya yaşına çatmasına baxmayaraq əmək müqaviləsini uzatmasını və sonradan isə həmin faktı iddiaçının sosial təminat hüququ üçün əsas kimi göstərməsini qanuni inkarı hesab etməklə işəgötürənin kollektiv sazişdən irəli gələn öhdəliyini faktiki olaraq aradan qaldırmışdır. Yuxarıda sadalananlardan görünür ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədən yanlış hüquqi nəticəyə gəlməmişdir. Bununla Bakı şəhəri Səbail rayon Məhkəməsi ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsində maddi hüquq normalarının tələbini pozmuşdur. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçının guya könüllü şəkildə sosial təminat hüququndan imtina etdiyini təsdiq edən heç bir yazılı sübut təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə sübut yükünü faktiki olaraq iddiaçının üzərinə qoymuşdur ki, bu da prosessual hüququn kobud pozuntusudur. Mübahisəli qətnamədə iddiaçının əsas hüquqi arqumentlərinə, işəgötürənin təşəbbüsü ilə yaranmış hüquqi vəziyyətin nəticələrinə, kollektiv sazişin məqsəd və mahiyyətinə aydın hüquqi qiymət verilməmişdir. Bu isə qətnamənin natamam əsaslandırılmış olduğunu göstərir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara hərtərəfli, obyektiv və qərəzsiz qiymət verməlidir. Məhkəmə isə əmək müqaviləsinin uzadılması faktını yalnız cavabdehin mövqeyini əsaslandıran hissədə nəzərə almış, həmin faktın iddiaçının hüququna təsirini isə qiymətləndirməmişdir. Bu, sübutların birtərəfli qiymətləndirilməsi deməkdir. MPM-nin 14.2-ci maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması prinsipi pozulmuşdur. İddiaçının sosial təminat xarakterli tələbinin sırf formal əsaslarla rədd edilməsi məhkəmə müdafiəsinin effektivliyini aradan qaldırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Cavabdehan Respublikası Əmək Məcəlləsinin
14. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Cavabdehan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
15. 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
16. 3-cü maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilə – işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosialiqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
17. 7-ci maddəsinin 3-cü hissəsinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddiməişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
18. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; işçilərin əmək, maddi, sosialməişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir.
19. 24-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir.
Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
30. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
31. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
33. İşin müəyən edilmiş hallarından görünür ki, iddiaçının əmək pensiyası hüququ ##.##.2024-cü il tarixindən etibarən əmələ gəlmiş, lakin o, əmək fəaliyyətinə davam etmiş və bir il, yəni ## ### 2025-ci il tarixədək əmək münasibətlərində olmaqla hər ay müvafiq əmək haqqı almışdır. ## ### 2025-ci il tarixində əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
34. İş materiallarında olan ## #### 2020-ci il tarixində SOCAR-ın Azneft İB-nin 28 may Neft və Qazçıxarma İdarəsi və 28 may Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişin sazişin 5.18ci bəndinə əsasən, pensiya yaşına çatdıqda Cavabdehan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” və "b" bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik və ya sosial dayanıqlığın təmin edilməsi məqsədilə qəbul edilmiş proqram üzrə davamlı müavinət verilməlidir.
35. İş materiallarında olan ## ###### 2024-ci il tarixində SOCAR-ın Azneft İB-nin 28 may Neft və Qazçıxarma İdarəsi və 28 may Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişin sazişin 5.16cı bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş pensiya yasına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməlidir.
36. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mülki iş materiallarından görünür ki, işçiyə yaşa görə əmək pensiyasına çıxdıqda ona orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulmuşdur. Lakin iddiaçı pensiya yaşına çatdıqdan sonra bir il də müddətli əmək müqaviləsi əsasında işləmiş və əmək haqqı almışdır. Həmçinin, bu müddət ərzində bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
37. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin müavinəti ödəməkdən imtina etməsi qanunsuz sayıla bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən və Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdehan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.