Məhkəmə qərarları › İş №2(3-6)-790/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-790/2026

03.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-790/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və X11 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, Ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Ilkin iddia üzrə cavabdeh Cavabdeh iştirakları ilə, Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına) qarşı “qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh cavabdeh İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına) qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları:

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, ünvan 4, Yeni qaydalarla: AZ 1050, ünvan 5 31 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2024-cü il tarixdən 1/3 hissə İddiaçı adına, ##.##.2024-cü il tarixdən 1/3 hissə X1 adına, 1/3 hissə üzrə X36 adına qeydiyyatdan keçmişdir.

2. ##.##.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, ##.##.1961-ci il tarixdə vəfat etmiş- X1 vərəsələri; ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi idarəsi tərəfindən ##.##.2024-cü il tarixdə X1 verilmiş 006013023597-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli vəfat etmiş şəxsə məxsus olmuş üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışa əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 4. Yeni qaydalarla: AZ 1050, ünvan 5 31 ünvanında yerləşən ümumi sahəsi 85.3 kv/m olan fərdi yaşayış evindən və xüsusi mülkiyyətdə olan ünvan 4, Yeni qaydalarla: AZ 1050, ünvan 5 31 ünvanında yerləşən ümumi sahəsi 0.0477 ha olan torpaq sahəsindən ibarətdir.

3. Şahid tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında istifadəsində olan 0.02 ha torpaq sahəsində özü tikdiyi 3 otaqlı, 1 mərtəbəli ** nömrəli fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq ##.##.1990-cı il təvəllüdlü Cavabdeh təyinatı üzrə istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddia və tələbi olmayacaq. Adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni digər tərəfi də xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürür. Lakin eyni zamanda da o, həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır.

4. ##.##.2020-ci il tarixli Şahid və Cavabdeh tərəfindən imzalanmış aktda göstərilmişdir ki, “biz aşağıda imza edənlər Gəncə şəhər 8 Mik bina-5 mən-65-də qeydiyyatda olan Şahid və Cavabdeh və şahid qismində X22, X23 həqiqi aktı ona görə bağlayırıq ki, mənə məxsus X4 Nərimanov ev 11-də yerləşən 0.02 ha torpaq sahəsinin 3 otaqlı fərdi yaşayış evini 22 min manata satdım. Cavabdeh 22 min manata şahidlərin iştirakı ilə aldım.”

5. Əlyazmada göstərilmişdir ki, “Mən İddiaçı X13zı X5 torpaq payından heç bir təmannam və istəyim yoxdur. Öz imzamla təsdiq edirəm.”

6. Əlyazmada göstərilmişdir ki, “Mən maraqlı şəxs2 oğ. X13. X5 torpaqdan heç bir istəyim və tələbim yoxdur”.

7. Əlyazmada göstərilmişdir ki, “X14 C. X2 Tamara M.qızı X5 torpaqdan heç bir istəyim və tələbim yoxdu.”

8. Azərbaycan Respublikası “xxxx” MMC Fiziki və X50 Əmlakın Qiymətləndirilməsi və X68 Hesabat Cədvəlinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** №-li; (11.07.02- ci il, № ***, 20.02.06-cı il.№ **.09.09.06-cı il № *** və ##.##.2006-cı il № *** əlavə dəyişikliklər) tarixli qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış obyektlərin inventar dəyəri (manatla) 41 500 manatdır.

9. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən, Yeni ünvan 9 ünvanda yerləşən evin sahibi X1 və Kudryavtseva Olqadır. 10.Suraxanı rayonu Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş akta əsasən, X5, X27 2 yaşayış otağından, açıq eyvandan, ayaqyolundan və həyət sahəsindən ibarət həyətyanı sahəsi 2500 ABŞ dollarına almışdır.

11. ##.##.1999-cu il tarixli etibarnaməyə əsasən X27 X5, Bakı şəhəri, Kirov qəsəbəsi, Puşkin küçəsi, II-li ünvanda yerləşən evinin yaşayış sahəsi 32,5 kv.m və yardımçı sahəsi 22.5 kv.m olan hissədən istifadə etmək, sərəncam vermək, satmaq və satışında əldə edilən pulun alınmasını etibar etmişdir.

12. ##.##.2020-ci il tarixli akta əsasən, Şahid, Cavabdeh ona məxsus X4 Nərimanov ev 11də yerləşən 0.02 ha torpaq sahəsinin 3 otaqlı fərdi yaşayış evini 22 000 manata satmış və Cavabdeh 22 000 manata şahidlərin iştirakı ilə almışdır.

13. İddiaçı, maraqlı şəxs2 və maraqlı şəxs1 tərəfindən tərtib edilmiş əlyazmalardan müəyyən olur ki, X12 X5 torpaqdan heç bir istək və tələbi yoxdur. 14.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, ünvan 4 Yeni qaydalarla: AZ 1050, ünvan 5 31 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2024-cü il tarixdən 1/3 hissə İddiaçı adına, ##.##.2024-cü il tarixdən 1/3 hissə X1 adına, 1/3 hissə üzrə X36 adına qeydiyyatdan keçmişdir.

15. ##.##.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ##.##.1961-ci il tarixdə vəfat etmiş- X1 vərəsələri; ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı və o miras əmlakdan 1/3 hissədə pay almalıdır.

16. Azərbaycan Respublikası “xxxx” MMC Fiziki və X50 Əmlakın Qiymətləndirilməsi və X68 hesabat cədvəlinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** №-li; (11.07.02- ci il, № ***, 20.02.06-cı il.№ **.09.09.06-cı il № *** və ##.##.2006-cı il № *** əlavə dəyişikliklər) tarixli qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış obyektlərin inventar dəyəri (manatla) 41 500 manatdır. a) Birinci instansiya məhkəməsində icraat

17.Iddiaçı İddiaçı cavabdeh Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qarşı “qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini miras əmlak olaraq almışdır. Miras qalmış əmlakın digər hissələri üçüncü şəxs olaraq qeyd etdiyi qardaşı maraqlı şəxs2 və bacısı X17 istifadəsindədir. Əmlakın bir hissəsi isə cavabdeh Cavabdeh istifadəsindədir. Belə ki, torpağın bir hissəsi onun tərəfindən zəbt edilərək ünvanda qeydiyyatsız yaşayır. Qeyd edilən səbəbdən hazırki iddia ərizəsi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən mülkiyyət hüquqlarının pozulduğu üçün onun tərəfindən torpaq sahəsi və tikili boşaldılaraq ona təhvil verilməlidir. 19.Iddiaçı Cavabdeh cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan, AZE09559940, ##.##.1976-cı il təvəllüdlü İddiaçı 60000 min manat pul və iddia ərizəsi rüsumu 270 manat,ümumilikdə 60270 manat tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Cavabdeh iddia tələbini belə əsaslandırılmışdır ki, o, ##.##.2020-ci il tarixində ünvan 8 ünvanında qeydiyyatda olan Şahid şahidlər X22 və şahid X23 iştirakı ilə 22000 manata Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Telman Nərimanov küçəsi ev 11 yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evini almışdır. O həmin əmlakın çıxarışı olmadığı üçün rəsmi qaydada alqı-satqı edə bilməmiş, amma buna baxmayaraq, həmin torpaq sahəsinin və evin texniki pasportun əsli ondadır və həmin sənədlər ona evi satan R. Mehtiyeva tərəfindən verilmişdir. O da evi sonradan öz adına rəsmiləşdirilməsini fikirləşmiş, çünkü mülkiyyətçinin vərəsələrinin yəni X32 Tamara Malik qızının 1999-cu ildə evin X6 ilə bağlı Suraxanı rayon Icra Hakimiyyətinin Yeni Suraxanı üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş qeyri rəsmi alqı-satqı aktı, onların razılıq qəbzləri və etibarnaməsi vardır. Hətta halhazırda onu məhkəməyə iddiaçı kimi vermiş olan İddiaçı, maraqlı şəxs2 və X18 razılıq qəbzləri vardır. Lakin 1999-cu ildən 2024-cü ilə kimi onlar nə Rüstəm Mehtiyevi, nə də onu məhkəməyə verməyiblər, amma çıxarış alandan sonra onu məhkəməyə veriblər. O bu evi həyətlə birlikdə vicdanlı alıcı kimi almış və sübutları da vardır. 1999-cu ildə Yeni Suraxanı qəsəbə nümayəndəliyinin iştirakı ilə faktiki alqı-satqı baş vermişdir. Bundan sonra yəni 1999-cu ildən həmin evdə onlar faktiki yiyələnmiş və 2020 ilə qədər istifadə etmişlər. O da 2020 ilin mart ayından həmin evi alandan sonra orada əlavə təmir işləri və yenidən qurma işlərini aparıb həmin evə küllü miqdarda pul xərcləmişdir. 2020 ildə həmin təmirsiz ev 41500 qiymətləndirilib, amma hal-hazırda isə evi və həyəti 60000 manata qiymətləndirilir. Hal hazırda isə onu istifadəsində olan evin qiyməti 60000 min manatdır . 21.Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (hakim Leyla Talıbova) ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qızına qarşı “qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin olunmamış, ödənilmiş – 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı aid olunması, iddiaçı Cavabdeh cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin olunmaması və ödənilməmiş – 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 22.Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı nənəsi X27 tərəfindən mübahisəli ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi Şahid atasına satılmışdır. Lakin aralarında rəsmi alqı-satqı olmamış, “satış” etibarnamə əsasında baş tutmuşdur. Şahid həmin evdə uzun müddət yaşamış, evə dair bütün kommunal xidmətlər onun tərəfindən ödənilmişdir. Daha sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi qeyri-rəsmi qaydada hazırkı cavabdeh Cavabdeh satılmışdır. Iddiaçı sonradan qanun üzrə vərəsə kimi miras əmlakdan pay alaraq və mülkiyyət hüququ əldə edərək fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin uzun müddət öncə satılması halı iddiaçıya məlum olduğu halda, “mülkiyyət hüququ”ndan sui-istifadə edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mahiyyətcə hüquqdan sui-istifadə xarakteri daşıyan hazırkı iddia tələbi təmin edilə bilməz. Birinci iddia təmin edilməyindən ikinci iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmamışdır. Belə ki, artıq məhkəmə torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin iddiaçıya təhvil verilməli olması hissəsində rədd olunmalı qənaətinə gəldiyindən, cavabdehin həmin fərdi yaşayış evinin dəyərini iddiaçıdan tələb etməsi halı da istisna edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23.Iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci istansiya məhkəməsinin qətnaməsinin qismən - iddiaçı İddiaçı cavabdeh Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 və Tabdarova (Məmmədova) Nətəvan Cəfər qızına qızına qarşı “qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edirik. 24.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı, X1 qızı X27 nəvəsidir. X1 X36 ilə nikahda olmuş, Quliyev Malik 1961-ci ildə, Kudryavtseva Olqa isə 1983-cü ildə vəfat etmişlər. Onların nikahlarından olan X27 isə 2005-ci ildə vəfat etmişdir. X27 maraqlı şəxs2la nikahda olmuş, onların nikahlarından X7 doğulmuşdur. X7 2016-cı ildə vəfat etmişdir. X19 ilə nikahından İddiaçı doğulmuşdur. X1 məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi nəsildən nəsilə keçmiş və hazırda 1/3 hissədə onun istifadəsindədir. Onun adına vərəsəlik şəhadətnaməsi verilmiş, müvafiq şəhadətnamə əsasında İddiaçı torpaq sahəsi və tikilinin 1/3 hissəsinə mülkiyyət hüququ tanınaraq müvafiq çıxarış verilmişdir. Torpaq sahəsinin 2 sot hissəsində köhnə tikili olmuş və həmin tikilini cavabdehin nənəsi X27 aylıq dolanışığını təmin etmək üçün Mehtiyev Rüstəm və Şahid adlı şəxsə kirayə vermişdir. Daha sonra X24 Tamaranın ahıl olmasından istifadə edərək ondan 3 illik etibarnamə də almışdır. Evdə kirayə qalan Şahid daha sonra evi boşaltmaqdan imtina etmiş, mülkə qanunsuz olaraq yiyələnmişdir. 1999-cu ildə etibarnamə verən Quliyeva Tamara 2005-ci ildə vəfat etmişdir. O zaman əllərində hər hansı bir hüquqi sənəd olmayan vərəsələr zəbt edilmiş sahədən qeyd edilən icarəçiləri çıxara bilməmişlər. Şahid isə bundan istifadə edərək evi istədiyi formada istifadə edərək yararlanmış, nəticədə 2020-ci ildə qanunsuz olaraq ona satmışdır. Iş üzrə cavabdeh tərəf onun ilə hər hansı bir razılığa gəlməmişdir, hətta o evin damını təmir etdirmək istədikdə evin onlara məxsus olduğunu, hər hansı yaxşılaşdırma işlərinin aparılmaması barədə xəbərdarlıq etmişdir. Lakin yenə də torpaq sahəsi və evə dair hüquqi sənədlər qaydasında olmadığından müvafiq olaraq iddia tələbi irəli sürə bilməmişdir. Cavabdeh uzun illərdən sonra vərəsəlik hüququnu ilə bağlı təsdiqedici sənədləri əldə etdikdən sonra iddia tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyində onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 11 Yeni qaydalarla: AZ1050, ünvan 3 31) ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 85.30 kv.m) və 0.0477 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan ev və torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd edilən ekspertiza rəyi məhkəmə tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. Sual olunur əgər ekspert rəyi işi üçün əhəmiyyət kəsb etmirdisə, onda nə üçün mülki iş bu qədər uzadılaraq rəy alınması üçün aylarla təxirə salınırdı? 2. Məhkəmə sübutlar siyahısında Suraxanı rayonu Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş akta istinad edərək göstərir ki, akta əsasən, X5, X27 2 yaşayış otağından, açıq eyvandan, ayaqyolundan və həyət sahəsindən ibarət həyətyanı sahəsi 2500 ABŞ dollarına almışdır. Birincisi, qəsəbə üzrə icra nümayəndəliyinin belə bir aktı təsdiq etmək səlahiyyəti olmamışdır. Nə vaxtdan qəsəbə nümayəndəliyi notariat orqanının səlahiyyətini icra edir? Icra nümayəndəliyinin belə bir səlahiyyəti varsa, onda mülki qanunvericilik, notariat orqanlarının təlimatı nə üçündür? Ikincisi, aktın tarixi yoxdur, akt özü kiril əlifbası ilə tərtib edildiyi halda nədənsə möhürü latın əlifbası ilədir. Üçüncüsü, aktda qeyd edilən Quliyeva T. hissəsində çəkilmiş imza sonuncunun verdiyi etibarnamədəki imzadan fərqlidir. Bütün bu hallar aktın həqiqi olmadığını deməyə əsas verir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi həmin aktı sübut olaraq qəbul etmişdir. Məhkəmə qarşı tərəfin maraqlarından çıxış edərkən daha bir “sübuta” istinad etmişdir. Belə ki, iş üzrə ##.##.1999-cu il tarixli etibarnaməyə istinad edilərək etibarnaməyə əsasən X27 X5, Bakı şəhəri, Kirov qəsəbəsi, Puşkin küçəsi, II-li ünvanda yerləşən evinin yaşayış sahəsi 32,5 kv.m və yardımçı sahəsi 22.5 kv.m olan hissədən istifadə etmək, sərəncam vermək, satmaq və satışında əldə edilən pulun alınmasını etibar edildiyi göstərilmişdir. Məhkəmə qəsdən etibarnamənin müddətini qeyd etməmişdir. Belə ki, adıçəkilən etibarnamə əmlakın kirayə verildiyi 3 il müddətinə verilmiş, 2002-ci ildə etibarnamənin müddəti bitdiyi və X27 sağ olduğu halda etibarnamə yenilənməmişdir. Işin qeyd edilən faktiki halına şahid Şahid tərəfindən açıqlama verilməmişdir. Buna baxmayaraq məhkəmə qeyd edilən hissədə sübutu mötəbər hesab etmişdir. Şahid ifadəsi ilə bağlı məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirəm ki, şahid Şahid özünün ifadəsində və təqdim etdiyi sənədlərlə də ziddiyyətli məqam var. Belə ki, o, fərdi yaşayış evini Tamara Quliyevadan aldığını iddia edir. Məhkəmə Şahid tərəfindən verilmiş ##.##.2020-ci il tarixli akta da istinad edir. Həmin akta əsasən, Şahid, Cavabdeh ona məxsus X4 Nərimanov ev 11-də yerləşən 0.02 ha torpaq sahəsinin 3 otaqlı fərdi yaşayış evini 22 000 manata satmış və Cavabdeh 22 000 manata şahidlərin iştirakı ilə aldığını qeyd edir. Lakin, məhkəmə iş materiallarında olan Şahid eyni tarixdə ** saylı notariat ofisində verdiyi ərizədən qərəzli şəkildə yan keçir. Adıçəkilən ərizədə Şahid hazırki ünvanda yerləşən 0.02 ha torpaq sahəsində “özü tikdiyi” 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evini Cavabdeh verdiyini bildirir. Əlbəttə ki, işin hallarını bilən birinci instansiya məhkəməsi üçün belə ziddiyyətli sübutlar sual doğurmur. Iş materiallarında olan İddiaçı, maraqlı şəxs2 və maraqlı şəxs1 “tərəfindən tərtib edilmiş əlyazmalar” iş üzrə araşdırmaq zamanı heç də onlar tərəfindən tərtib edilmədiyi, imzalanmadığı müəyyən edilsə də, məhkəmə həmin ərizələri də mötəbər sübut olaraq qəbul etmişdir.

25.b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 28.Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. 29.Iddiaçı və digər 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

34. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

35. Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.

36. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

37. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

38. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

39. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

40. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

41. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz

42. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

44. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

45. Maddə 560.3 Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:

46. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hazırkı işdə həm ilkin iddia həm qarşılıqlı iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ilkin iddianın rədd edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

50. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4, yeni qaydalarla AZ 1050, ünvan 5 31 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ 1/3 hissə üzrə ##.##.2024-cü il tarixdən İddiaçı, 1/3 hissə üzrə ##.##.2024-cü il tarixdən X1, 1/3 hissə üzrə isə X36 adına dövlət qeydiyyatına alınmışdır.

51. Eyni zamanda iş materiallarında olan ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, ##.##.1961-ci il tarixdə vəfat etmiş X1 vərəsələrindən biri kimi İddiaçı miras əmlakdan 1/3 hissədə pay almışdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 85.3 kv.m olan fərdi yaşayış evi və 0.0477 ha torpaq sahəsindən ibarətdir.

52. Lakin iş üzrə araşdırılmış digər sübutlardan müəyyən edilir ki, mübahisəli əmlak üzərində faktiki münasibətlər rəsmi hüquqi sənədlərlə rəsmiləşdirilməmiş olsa da, uzun illər əvvəl baş vermiş hüquqi faktlara əsaslanır.

53. Belə ki, iş materiallarında olan Suraxanı rayonu Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, X5 Tamara Məlikovnadan 2 yaşayış otağından, açıq eyvandan, ayaqyolundan və həyət sahəsindən ibarət həyətyanı sahəni 2500 ABŞ dollarına almışdır. Bundan əlavə iş materiallarında olan ##.##.1999-cu il tarixli etibarnamədən müəyyən olunur ki, X27 X5 həmin əmlakın yaşayış sahəsi 32,5 kv.m və yardımçı sahəsi 22.5 kv.m olan hissəsindən istifadə etmək, ona sərəncam vermək, o cümlədən satmaq və satışdan əldə edilən pulu almaq səlahiyyəti vermişdir.

54. Bundan başqa iş materiallarında olan ##.##.2020-ci il tarixli aktdan görünür ki, Şahid Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 11 ünvanında yerləşən 0.02 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evini 22 000 manat məbləğində pul müqabilində Cavabdeh satmış və cavabdeh həmin məbləği şahidlərin iştirakı ilə ödəyərək əmlakı qəbul etmişdir.

55. Eyni zamanda iş materiallarında olan Şahid ##.##.2020-ci il tarixli ərizəsindən də müəyyən edilir ki, o, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini cavabdeh Cavabdeh istifadəsinə vermiş və həmin əmlaka dair gələcəkdə hər hansı iddia və tələbinin olmayacağını bildirmişdir.

56. Iş materiallarına əlavə edilmiş İddiaçı, maraqlı şəxs2 və maraqlı şəxs1 tərəfindən tərtib edilmiş əlyazmalardan isə müəyyən olunur ki, X37 X5 torpaq sahəsi ilə bağlı onların hər hansı tələb və iddiaları olmadığı öz imzaları ilə təsdiq edilmişdir.

57. Həmçinin “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış mübahisəli obyektin inventar dəyəri 41 500 manat təşkil edir.

58. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, mübahisəli əmlak üzərində faktiki istifadə və sərəncam hüququ uzun müddət əvvəl X27 tərəfindən digər şəxslərə verilmiş, həmin şəxslər isə uzun illər ərzində əmlakdan açıq, fasiləsiz və maneəsiz şəkildə istifadə etmişlər.

59. Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə alınmış ekspertiza rəyinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ekspertiza rəyində mübahisəli əmlakın koordinatlarının və faktiki istifadə olunan sahənin üst-üstə düşməsi müəyyən edilmişdir. Lakin həmin rəy yalnız əmlakın texniki göstəricilərinin müəyyən edilməsinə aiddir və tərəflər arasında yaranmış mübahisənin mahiyyətinə – yəni əmlakın uzun müddət əvvəl faktiki olaraq başqa şəxslərə verilməsi və onların istifadəsində olması faktına – hüquqi qiymət vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutları daxili inamına əsasən qiymətləndirir və sübutların heç biri məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyildir. Bu səbəbdən ekspertiza rəyinin iddia tələbinin təmin edilməsi üçün həlledici sübut hesab edilməməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilmişdir.

60. Apellyasiya şikayətində göstərilmişdir ki, Suraxanı rayonu Icra Hakimiyyətinin Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş akt notariat qaydasında təsdiq edilmədiyindən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, həmin akt notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmasa da, iş üzrə mövcud olan digər sübutlarla birlikdə qiymətləndirildikdə mübahisəli əmlakın faktiki olaraq başqa şəxslərə verilməsi halını təsdiq edən sənədlərdən biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və sübutların məcmusu şəklində qiymətləndirir. Bu baxımdan həmin aktın digər sübutlarla birlikdə qiymətləndirilməsi birinci instansiya məhkəməsi tərəfindən düzgün həyata keçirilmişdir.

61. Iddiaçı apellyasiya şikayətində etibarnamənin 3 il müddətinə verildiyini və sonradan yenilənmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası etibarnamənin müddətinin bitməsi ilə bağlı dəlilə qiymət verərək bildirir ki, həmin etibarnaməyə əsasən həyata keçirilmiş faktiki münasibətlərin mövcudluğunu və əmlakın digər şəxslərin istifadəsinə verilməsi faktını aradan qaldırmır. Iş materiallarında olan digər sübutlar – o cümlədən icra nümayəndəliyinin aktı, şahid ifadələri və sonrakı dövrlərə aid sənədlər – həmin münasibətlərin faktiki olaraq davam etdiyini təsdiq edir. Bu səbəbdən apellyasiya şikayətində göstərilən bu dəlil də əsassız hesab edilir.

62. Apellyasiya şikayətində göstərilmişdir ki, Şahid təqdim etdiyi sənədlər və ifadələri arasında ziddiyyət mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ##.##.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Şahid mübahisəli əmlakın bir hissəsini Cavabdeh 22 000 manat müqabilində satmışdır. Bundan əlavə onun tərəfindən verilmiş ərizədə də həmin torpaq sahəsi və tikili ilə bağlı gələcəkdə hər hansı iddia və tələbinin olmayacağı göstərilmişdir. Bu sənədlər mübahisəli əmlakın cavabdehin faktiki istifadəsinə verildiyini təsdiq edir və birinci instansiya məhkəməsi tərəfindən həmin sübutlara düzgün hüquqi qiymət verilmişdir.

63. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarında olan əlyazmalar iddiaçı və digər şəxslər tərəfindən tərtib edilməmişdir. Həmin əlyazmalar iş üzrə mövcud olan digər sübutlarla birlikdə qiymətləndirildikdə mübahisəli torpaq sahəsinin X27 tərəfindən X5 verilməsi faktının tərəflər tərəfindən də qəbul edildiyini göstərir. 64.

65. Eyni zamanda kollegiya qeyd edir ki, birinci istansiya icraatı zamanı ##.##.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Rəna Mehdiyeva ifadəsində bildirmişdir ki, o, mübahisəli yaşayış sahəsində kirayəçi kimi deyil, 1999-cu ildən 2020-ci ilədək faktiki sahib kimi yaşamış, həmin müddət ərzində kommunal xidmətlər üzrə ödənişləri həyata keçirmişdir; bu hal isə onun qeyd olunan əmlak üzərində sahiblik və istifadə hüququnu faktiki olaraq həyata keçirdiyini və sonradan əmlakın əldə olunmasına qədər davamlı sahiblik münasibətlərinin mövcud olduğunu təsdiq edir.

66. Bu baxımdan, Rəna Mehdiyevanın mübahisəli əmlakda 20 il müddətinə kirayəçi qismində yaşaması və ya həmin əmlaka qanunsuz sahiblik etməsi barədə irəli sürülmüş iddialar inandırıcı deyil, yalnız ehtimallara və formal mülahizələrə əsaslanan arqumentlər kimi qiymətləndirilir;

67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək hüququdur. Lakin həmin hüquq digər şəxslərin hüquq və qanuni mənafelərinə zidd şəkildə həyata keçirilə bilməz.

68. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən vərəsəlik hüququ yalnız miras qoyanın malik olduğu hüquq və öhdəliklərin varislərə keçməsini nəzərdə tutur. Bu baxımdan miras qoyanın sağlığında faktiki olaraq başqa şəxslərə verilmiş və uzun müddət həmin şəxslərin istifadəsində olan əmlak üzərində sonradan vərəsəlik hüququna istinad etməklə tələb irəli sürülməsi mülki hüququn mahiyyətinə uyğun hesab edilə bilməz.

69. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən hüquqdan sui-istifadə yolverilməzdir və hüquqların yalnız qanunla müəyyən edilmiş məqsədlər üçün həyata keçirilməsi mümkündür.

70. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli əmlakın uzun illər əvvəl faktiki olaraq digər şəxslərə verildiyini bildiyi halda yalnız sonradan vərəsəlik hüququ əsasında pay əldə etdikdən sonra həmin əmlakın boşaldılması barədə iddia qaldırmaqla mülkiyyət hüququndan hüququn təyinatına zidd şəkildə istifadə etmişdir.

71. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə sübutları düzgün qiymətləndirdiyi, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi və qanuni, əsaslı qətnamə qəbul etdiyi qənaətinə gəlir.

72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar