Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-797/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı4 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Sahil oğlu, İddiaçı15 Cavabdeh MTKya qarşı “maliyyə arayışının təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı4 nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış Suraxanı rayon Məhkəməsinin 2(010)-884/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində də iddia ərizələrində də göstərilmişdir ki, “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmiş Cavabdeh Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması xüsusatlarına dair Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi istintaq olunmuş, aparılmış istintaq zamanı Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri X1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilmiş və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd edilmiş ünvanda yerləşən binanın tikintisində məsul olan müvafiq şəxslər tikinti işlərini əsassız olaraq dayandırdıqlarından binadan mənzil almış şəxslər öz vəsaitləri hesabına tikinti işlərini başa çatdırmışlar. Bu barədə təsdiqedici sənədlər bina sakinlərində mövcuddur.” Bu hal onu təsdiq edir ki, iddiaçıların cavabdehə olan ümumi kredit borclular Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzarəti altında yığılmış və formalaşmış büdcə hesabına binanın tikintisi başa çatdırmışdır. Ona görə də, hazırki mülki iş üzrə kredit borcu olanların hamısının adından vahid iddia ərizəsinin verilməsində məqsəd odur ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda və ayrı-ayrı mənzillərlə bağlı müqavilələr bağlasalar da və hakimin hazırki mübahisələndirilən qərardadda qeyd etdiyi kimi “Belə ki, hazırkı halda qeyd olunan mübahisənin məhkəmə tərəfindən baxılması həm bir-biri ilə əlaqəsi olmayan müqavilələrdən yaranan mübahisələr bir icraatda birləşdirildiyindən tam, obyektiv, hərtərəfli məhkəmə araşdırmasının aparılmasına məhdudiyyət yaradar” fikri öz əhəmiyyətini itirir. Çünki, əksinə həmin iddiaçıların iddialarına ayrı-ayrı icraatda baxmaqla həm məhkəmə əsassız olaraq yüklənər, həm məhkəmə süründürməçiliyinə səbəb olar. Bundan başqa, hər bir iddiaçının ödədiyi vəsaitin binanın tikintisinin hansı hissəsinə xərclənməsini müəyyən etmək mümkün olmaz. İddiaçıların iddiasında eyni icraatda baxılması isə məqsədəmüvafiqlik cəhətdən daha düzgün olar. Belə ki, gələcəkdə keçiriləcək ekspertizalar və dindiriləcək şahidlər iddiaçıların birlikdə ümumi olaraq iştirak etdiyi məsələlərin nə dərəcədə düzgün və qanuni olmasını təsdiq edər. Yuxarıda sadaladığı hallar isə hazırki mülki iş üzrə hər bir iddiaçının ayrı-ayrılıqda cavabdehlə olan ümumi münasibətini ayrı icraatda müəyyən etmək mümkün olmaz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5705/2025 saylı, 16 yanvar 2026-cı il tarixli qərardadı şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hər bir iddiaçı cavabdehlə ayrı-ayrı vaxtlarda müxtəlif mənzillərə dair müqavilələr imzalamışdır. Hazırda isə iddiaçılar məhkəməyə ayrı-ayrılıqda deyil, birlikdə müraciət edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan müqavilələrdən yaranan mübahisələr bir icraatda birləşdirildiyindən, eləcə də sözügedən tələblərin hər biri ayrı-ayrı iddiaçılar tərəfindən ayrıca icraat formasında verilməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləyə əsasən, yalnız bir-biri ilə əlaqəli olan iddia tələblərinin bir icraatda birləşdirilməsi mümkündür. Əgər iddia tələbləri bir-biri ilə əlaqəsizdirsə, onların birləşdirilməsi məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılmasına mane ola bilər və bu, qanunvericiliyə uyğun deyil. Məhkəmə belə hallarda iddia ərizəsini geri qaytara bilər. Göründüyü kimi hazırki mübahisə ilə bağlı əsas prinsip odur ki, iddia tələbləri arasında hüquqi və ya faktiki əlaqə olmalıdır və birləşdirilmə yalnız bu halda mümkündür. Hazırda isə bir cavabdehə qarşı ayrı-ayrı iddiaçı eyni tələblə çıxış etsə də, iddiaçılar ayrıayrı vaxtlarda müxtəlif mənzillərə dair müqavilələr imzalamışlar. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, hər bir ayrı hüquqi münasibət üzrə ayrıca icraatda açılmalıdır ki, onun sürətli və düzgün həlli təmin olunsun. Bu zaman həm də ayrı-ayrı işlər üzrə məhkəmə mübahisəsinə dair ayrılıqda hər bir iddia üzrə dövlət rüsumunun ödənilməli olması da nəzərə alınmalıdır. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əlaqəsiz tələblərin bir araya gətirilməsi, işin mürəkkəbləşməsinə, iclasların uzanmasına və məhkəmənin iş yükünün süni surətdə artmasına səbəb olur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı4 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-797/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-797/2026
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver