Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-810/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsna qarşı mülki iş (Açar sözlər: «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4859/2025 saylı, 06 noyabr 2025ci il tarixli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Ərizəçi xx.xx.1988-ci il tarixdə Udmurtiya MSSRnin Yar rayonu "Şərq" kolxozunda işə qəbul edilib.
2. Maraqlı şəxs Sosial Ödənişlərin Təyinatı üzrə X1 İmran Paşa oğluna ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda göstərilib ki, təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 20 il 2 ay 27 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 7 ay 16 gün sığorta stajına uyğun 17762,58 manat və xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 7242,11 manat olmaqla, ümumilikdə 25004,69 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ xx.xx.2025-ci il tarixində qüvvədə olmuş qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına (280 manat) imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, təqdim edilmiş əmək kitabçasının surətində xx.xx.2022-ci il tarixindən "xxxx" MMC-də əmək fəaliyyətinə başlamağı qeyd edilsə də, sözügedən müəssisə tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqları xx.xx.2021 -ci il tarixindən ödənilmişdir. Bu səbəbdən xx.xx.2021 -ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr ümumi sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, hazırda adına qüvvədə olan əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Əlavə olaraq bildirilir ki, əmək müqaviləsinə xitam verildikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
3. 18538556 №li kommunist partiyası biletində göstərilib ki, Ərizəçi Ermənistan SSR Amasiya rayon İcraiyyə Komitəsinin Kommunist partiyasının hesabına 1981-ci ilin mart ayından üzvlük haqqı ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı il tarixdən xx.xx.1978ci tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda çoban vəzifəsində işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizədə göstərilib ki, 5 mart 1959-cu ildə Ermənistan SSR Amasiya rayonu Çivinli kəndində anadan olmuşdur. 1976-cı ildə Ermənistan SSR Amasiya rayonu Güllücə kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Maraqlı şəxsna müraciət etmişdir. Maraqlı şəxs Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-N-43513/2025-Cİ il tarixli məktubuna əsasən ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək çoban vəzifəsində işləmişdir. xx.xx.1978ci il tarixdən xx.xx.1980-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar olaraq əmək kitabçasını işlədiyi müəssisədən - Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozundan götürə bilməmişdir. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar köçdüyü Udmurtiya Muxtar SSR-nin Yar rayonu "Şərq" kolxozunda xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövrdəki əmək fəaliyyəti də elə bu səbəbdən yenidən açılmış əmək kitabçasına qeyd edilmişdir. 1989- 2004-cü illərdə Azərbaycan SSR və Azərbaycan Respublikasında müxtəlif qurumlarda müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdən hazırki tarixədək "xxxx" MMC-də bağban vəzifəsində işləyir. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrdə əmək fəaliyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud olmadığına, həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyinə, həmin sənədlərin bərpası mümkün olmadığına görə qeyd edilən dövrdə Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bu ərizə ilə məhkəməyə müraciət etmişdir. Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək çoban vəzifəsində işləməyi faktını həmin dövrdə onunla eyni sovxozda işləmiş şahidlər də təsdiq edə bilərlər.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4859/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbinin qismən təmin edilərək Ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər və xx.xx.1980-cı ildən xx.xx.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi; ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi Ermənistan SSR-də anadan olmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Maraqlı şəxsna müraciət etmiş Maraqlı şəxs Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025ci il tarixli 3-17- 1/2-N-43513/2025-ci il tarixli məktubuna əsasən ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hazırda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda çoban vəzifəsində işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi 1959-cu ildə anadan olmuş və həmin şəxsin doğulduğu tarix göstərilmədiyindən 18 yaşının tamam olduğu tarix xx.xx.1977-ci il kimi qəbul edilməli və onun əmək fəaliyyətinə başlaması dövrü xx.xx.1977-ci ildən hesablanmalıdır. Ərizəçinin xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1977ci ildən xx.xx.1978-ci ilə qədər və xx.xx.1980- cı ildən xx.xx.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban vəzifəsində işləməsi faktı nəzərə alınmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
8. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək ərizənin təmin edildiyi hissədə də rədd edilməsini xahiş edib göstərir ki, müəyyən səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Belə ki, hazırkı iş üzrə ərizəçi hansı səbəbdən əmək kitabçasının olmamasını əsaslandıra bilməmişdir. Ərizəçidən fərqli olaraq şahidlərin hər birində əmək kitabçasının mövcud olması bu məsələdə yaranan əlavə suallar doğurur ki, ərizəçi tələbini əsaslandırarkən bu məsələyə də aydınlıq gətirməlidir. Əlavə olaraq, ərizəçi öz ifadəsində heç bir halı dəqiq xatırlamadığını bildirmiş, eyni zamanda o, 1988-ci ilin avqust ayına qədər işləməsini iddia etsə də, onun əmək kitabçasından 1988-ci ildə artıq işə qəbul olunduğu məlum olur. Özü də qeyd edir ki, artıq 50 il müddəti keçdiyindən illəri dəqiq xatırlaması mümkün deyildir. Yəni iş stajının təsdiq edilməsi üçün ərizəçinin özü həmin tarixləri dəqiq xatırlamalı və ikidən az olmamaqla şahid öz ifadəsi ilə bunu təsdiq etməlidir. Halbuki ərizəçinin özü tarixləri dəqiq xatırlamadığından ərizəsini tam müdafiə edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə Ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər və xx.xx.1980-cı ildən xx.xx.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən etməsinə baxmayaraq, həmin dövrlərdə işləməsini ən azı iki şahid təsdiq etməmişdir. Belə ki, Şahid3 öz ifadəsində göstərmişdir ki, 1976-cı ildə iş yerindən çıxmış, 1978-ci ildə işə yenidən qəbul edilmişdir. Bu halda o, ərizəçinin 1977-1978-ci illərdə müəssisədə işləməsini təsdiq edə bilməzdi. Məhkəmə ərizəçinin xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci ilədək işləməsi faktını müəyyən etsə də, bu dövrü yalnız bir şahid - Şahid2 təsdiq etmişdir. Həmçinin iş üzrə hər üç şahid ərizəçinin hansı dövrlərdə müəssisədə işlədiyini dəqiq (ən azından aylarla olmaqla) xatırlamamışdır. Bu halda ərizənin təmin edilməsi üçün əsaslar iş üzrə formalaşmamışdır. Məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməyərək ərizəçinin dəlillərinə düzgün münasibət bildirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin qismən, yəni ərizənin təmin edildiyi hissədə ləğv edilməsi və ərizənin həmin hissədə də rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
12. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Bənd 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Bənd 13.1. Nəzərə alınmalıdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11. 12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bənd 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bənd 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ərizənin həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsində, eləcə də şikayətin məzmunundan görünür ki, ərizə qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ərizənin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Ərizənin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı.
23. Apellyasiya şikayətində göstərilən dəlillər ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki hazırki icraat üzrə ərizəçinin sığorta stajının tamamlanıb-tamamlanmaması və ona yaşa görə əmək pensiyası təyin edilməsi məsələsi həll edilmir. Yəni, ərizəçi xüsusi icraat qaydasında müraciət edərkən tələbi maraqlı şəxsi ona pensiya təyin etməyə məcbur etmək olmamışdır. Hər bir halda qeyd olunan dövr üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ərizəçiyə əmək pensiyası təyin edilməsi zamanı müsbət təsiri olacağı istisna edilmir. Başqa sözlə ərizəçi mülki mühakimə icraatı qaydasında iş stajının müəyyən olunmasına nail olmaq istəyir. Çünki pensiya təyin edən qurum pensiya təyin etmək üçün ərizəçidən iş stajını təsdiq edən sənəd yaxud bu faktı təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktı tələb edir. Buna görə də ərizəçi işlədiyini iddia etdiyi qurumu və müddəti göstərməklə iş stajının, yəni konkret hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəyir. Çünki təsdiq olunarsa hüquqi fakt kimi bunun əhəmiyyəti ola bilər. Ərizəçi isə bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ancaq qeyd olunduğu kimi bu istəyinin qanunla müəyyən edilmiş qaydada reallaşmasına inzibati orqan olan maraqlı şəxs səlahiyyətləri çərçivəsində yardım etmir, əksinə məhkəmənin müəyyən etdiyi faktı da mübahisələndirməklə ərizəçinin düşdüyü vəziyyətin bir qədər də ağırlaşdırılmasına şərait yaradır ki, bu da pensiya yaşına çatmış ərizəçinin hüquqlarının pozulmasına səbəb olur.
24. Əvvəla, ərizəçinin Ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər və xx.xx.1980-cı ildən xx.xx.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban vəzifəsində işləməsini həmin kənddə onunla birgə yaşamış və sovxozda birgə işləmiş, əmək kitabçası olan 3 şahid ifadələri ilə təsdiq edir. Şahid ifadələrini mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmalıdır. Maraqlı şəxs ərizəçinin hansı səbəbdən əmək kitabçasının olmamasını əsaslandıra bilməməkdə və 50 ilə yaxın müddət keçməsinə baxmayaraq işlədiyi tarixləri dəqiq xatırlamamaqda qınayır, şahidlər isə ərizəçinin iddia etdiyi dövrdə, yerdə və işdə işlədiyini göstərsə də birinci instansiya məhkəməsi bunu nəzərə alaraq ərizəni qismən təmin etməklə hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmişdir. Başqa sözlə, 3 şahidin ifadəsi ilə ərizəçinin xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər və xx.xx.1980-cı ildən xx.xx.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban işləməsi faktı təsdiq edilir. Şahid ifadələrini təkzib edən hər hansı sübut müəyyən edilmədi, bu ifadələrin sübut kimi qəbul olunmasını istisna edən hallar da mövcud deyil.
25. Maraqlı şəxs şikayətində məhkəmənin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etməsinə baxmayaraq, ərizəçinin həmin dövrlərdə işləməsini ən azı iki şahidin təsdiq etmədiyini, belə ki, Şahid3 ifadəsində 1976-cı ildə iş yerindən çıxdığını, 1978-ci ildə işə yenidən qəbul edildiyini, bu halda onun, ərizəçinin 1977-1978-ci illərdə müəssisədə işləməsini təsdiq edə bilmədiyini, ərizəçinin xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci ilədək işləməsi faktını müəyyən etsə də, bu dövrü yalnız bir şahid - Şahid2 təsdiq etdiyini, həmçinin iş üzrə hər üç şahid ərizəçinin hansı dövrlərdə müəssisədə işlədiyini dəqiq (ən azından aylarla olmaqla) xatırlamadığını, bu halda ərizənin təmin edilməsi üçün əsaslar iş üzrə formalaşmadığını göstərsə də bu dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, ərizəçi milli münaqişə və etnik təmizləmə nəticəsində məcburən Ermənistan Respublikasından qaçqın kimi Azərbaycan Respublikasına gəlmişdir və məlum səbəblərdən əmək kitabçasını əldə edə bilmədiyi və ya özü ilə gətirə bilmədiyi başadüşülən olmalıdır. Məhkəmə iclasında ifadə verən şahidlərin əmək kitabçasında işlədiyi illərin bir qisminin ərizəçinin işlədiyi illərin bir qismi ilə üst-üstə düşməsi də şikayətin dəlillərini əsaslı etmir. Çünki şahidlərin əmək kitabçasındakı qeydlər onların ərizəçi ilə bir sovxozda işləməsini birbaşa təsdiq edir. Bundan əlavə, şahidlər ərizəçi ilə eyni ərazidə yaşamış, eyni yerdə və eyni peşədə(fəhlə, çoban) işləmişdir. Maraqlı şəxsin mövqeyindən belə çıxır ki, əmək kitabçasındakı qeydin ərizəçinin göstərdiyi dövrü tam əhatə etmirsə şahidlərin ifadəsi ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir. Bu cür yanaşma səhv olmaqla sübutların qiymətləndirilməsi səlahiyyətinin məhkəməyə aid olması ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır.
26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hazırki hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlərə baxılarkən Ermənistan SSR-nin ərazisində yaşamış şəxslərlə Azərbaycan Respublikasında yaşamış şəxslər fərqləndirilməlidir. Çünki, milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərin maraqlı şəxsin arzuladığı və istədiyi formada sübutlar toplaması və təqdim etməsi məlum hadisələrə görə bəzən obyektiv səbəblərdən mümkünsüz sayılır. Ona görə də maraqlı şəxsin qeyd olunan kateqoriyadan olan ərizəçiyə münasibətdə şikayətində göstərdiyi, yəni iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır kimi tələbin məcburi olması ədalətli yanaşma deyildir. Bir daha qeyd olunur ki, hər üç şahid ərizəçi ilə bir kənddə yaşamış və bir sovxozda işləmişlər. Şahidlərdən ikisi tam olaraq, hətta ərizəçidən də qabaq həmin sovxozda işləmiş, digəri isə 1981-1988-ci ilə qədər işləsə də ərizəçini həmkəndlisi kimi tanıyıb və sovxozda işlədiyini görmüşdür. Belə çıxır ki, bir şahidin ərizəçinin göstərdiyi dövrdə tam işləməməsi və buna dair əmək kitabçasında qeydin olmaması, digərinin isə hərbi xidmətdə olduğu dövrdə ərizəçinin 1977-1978-ci illərdə işləməsini bilavasitə görməməsi yaxud hər üç şahidin ərizəçinin hansı dövrlərdə müəssisədə işlədiyini dəqiq (ən azından aylarla olmaqla) xatırlamaması onların ifadəsinin mötəbərliliyini inkar etmiş olur. Əlbətdə ki, bu milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərə, o cümlədən hazırki iş üzrə ərizəçiyə münasibətdə açıq-aşkar ədalətsiz yanaşmadır ki, bu da yolverilməz sayılmalıdır.
27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4859/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4859/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.