Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-811/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə X4 Filialına qarşı işi üzrə Açar sözlər: (“iş stajı faktının müəyyən olunması”) hakimlər X11 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ərizəçi Ərizəçi nümayəndəsi vəkil Vəkil və maraqlı şəxsin nümayəndəsi Nümayəndə İlham qızının iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda ferma gözətçisi işləməyinə dair hüquqi faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 2023-cü ilin sentyabr ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına müraciət etmiş və müraciətinə imtina cavabı almışdır. O, ## ### 1969-cu ildə anadan olmuşdur. Əmək fəaliyyətinə doğulduğu Kürdəmir rayonunun “Şirvan” kolxozunda başlamışdır. ##.##.1984-cü il tarixdə “Şirvan” kolxozunun fermasında gecə gözətçisi kimi əmək fəaliyyətinə başlamış və ##.##.1986-cı il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir (2 il 1 ay 24 gün). ##.##.1986-cı il tarixdə Bakı Neft Texnikumunun əyani şöbəsinə daxil olmuşdur. Hərbi xidmətə çağırıldığı üçün təhsil müəssisəsi akademik məzuniyyət verməklə ##.##.1987-##.##.1989-cu il tarixləri arasında SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir (2 il). ##.##.1989-cu il tarixdə yenidən təhsilini davam etdirmiş və ##.##.1991-ci il tarixdə texnikumu bitirmişdir (2 il 4 ay 8 gün). ##.##.1991-ci il tarixdən ##.##.2004-cü il tarixlərindək * saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləmişdir (13 il 01 ay 03 gün). ##.##.2004-cü il tarxdən ##.##.2006-cı il tarixədək * saylı Neft və qazçıxarma sexinin neft və qazçıxarma üzrə usta vəzifəsində işləmişdir (01 il 05 ay 00 gün). Beləliklə, ##.##.2006-cı il tarixə qədər güzəştli şərtlərlə iş stajı 14 il 06 ay 03 gün, ümumi iş stajı isə 21 il 04 gündür. Cavabdeh tərəfindən onun “Şirvan” kolxoxunda işlədiyi ##.##.1984- ##.##.1986-cı il tarixləri arasındakı dövr mübahisələndirilmişdir. O da, Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə X4 Filialına qarşı “onun ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun ##.##.2021-ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilərək Ərizəçi ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun ##.##.2021-ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X7na həvalə edilmişdir. Cavabdeh həmin qərardan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəməsinin qərarını qüvvəsində saxlamışdır. Sonra cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək iddianın rədd edilməsi barədə qərar çıxarmışdır. Bu səbəbdən də o, iş stajının müəyyən olunması üçün Süraxanı Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. ##.##.1984- ##.##.1986-cı il tarixləri arasındakı dövrlərdə o, orta məktəbin 9-10-cü sinifində təhsil almaqla bərabər ailə vəziyyəti ilə əlaqədar günün ikinci yarısında kolxozun fermasında gözətçi işləyirdi. Bakı Neft Texnikumuna imtahan verdiyi zaman işdən işdən çıxmalı olmuşdur. ## ###### 1986-cı il tarixdə texnikuma qəbul olmuş, sonra həqiqi hərbi xidmətə çağırılmış, qayıtdıqdan sonra təhsilini davam etdirmiş və məktəbi bitirdikdən sonra ##.##.1991-ci il tarixdən tarixlərindən * saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləməyə başlamışdır. Halhazırda da “Neft Daşları”nda işləyir. Kolxozdan işdən çıxdıqda ona əmək kitabçası açılmamışdır. Onun bu haqda məlumatı olmamışdır. Ona məxsus əmək kitabçası “Şirvan” kolxozunun idarə binası yandıqdan sonra açılıb. Belə ki, kolxozun idarə binası yanan zaman artıq kolxoz ləğv olunmuşdur. Şirvan kolxozunun adı belə kəndin üzərindən götürülmüş, kəndin əvvəllki Muradxan kəndi adı saxlanılmışdır. Kolzoxun yerində isə “Muradxan birgə təsərrüfatı” yaradılmışdır. Həmin təsərrüfatın sədri isə Şirinov Şirin İslam oğlu idi. Şirinov Şirin həmin təsərrüfatı yaradanda kolxozun əsasında yaradıb və kolxoza dair müvafiq sənədlər seyfdə olub. Hansı ki, kolxozun ümumi yığıncağının qərarları, əmr kitabları və yazılmamış əmək kitabçalarının bir qismi seyfdə olmuşdur. Yanğından sonra kolxozda işləyən əmək kitabçasını almayan şəxslər Şirinov Şirinə müraciət etmişdilər. O da, kimin əmək kitabçasında əvvəlcədən qeydiyyat aparılıbsa onun əmək kitabçasını həmin şəxslərə vermiş, kimin əmək kitabçasında qeydiyyat aparılmayıbsa, kolxozun keçərli sənədlərində adı varsa onlara yeni əmək kitabçasında qeydiyyat apararaq həmin şəxslərə təqdim etmişdir. Ona da əmək kitabçasını rəhmətlik atası X8 müraciət edərək almışdır. 2023-cü ilin sentyabr ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər və kolxozda işləməyinə dair kolxozun idarə binası yanandan sonra ona yazılmış əmək kitabçası da təqdim etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına müraciət etmişdir. Cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir. Sonra o, Kürdəmir Rayon Dövlət arxivinə müraciət etmişdir. Lakin arxiv tərəfindən verilən ## #### 2023cü il tarixli 3-48-25/#/##/2023 nömrəli arayışda həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda işlədiyi Şirvan adına kolxozda yanğın hadisəsinin baş verməsi ilə əlaqədar Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinə müraciət etmiş və “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin ona göndərdiyi ## ###### 2023-cü il tarixli *-**-***/*-R-***-**/** nömrəli arayışda “Şirvan” adına kolxozun binasında ##.##.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının yanaraq tamamilə məhv olduğu qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq, qeyd edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təmin olunması üçün iş stajının hüquqi faktla müəyyən olunmasına zərurət yaranmışdır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş X7 məhkəməyə etiraz məktubu ünvanlayaraq, icraatda olan Ərizəçi "iş stajı faktının müəyyən edilməsi tələbinə dair *(***)-****/**** nömrəli mülki iş üzrə ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edəsini xahiş etmişdir.
3. Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1, 306.2, 306.4, 307, 307.2, 307.2.11, 308, 310, 311-ci maddələrinə; Əmək Pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 21.1-ci; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərar-nın 13.1, 13.2, 13.3, 13.4-cü bəndlərinə istinadən qeyd olunmuşdur ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, ərizəçi Ərizəçi məhkəməyə onun ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, kolxozdan işdən çıxdıqda ona əmək kitabçası açılmamışdır. Onun bu haqda məlumatı olmamışdır. Ona məxsus əmək kitabçası “Şirvan” kolxozunun idarə binası yandıqdan sonra açılıb. Belə ki, kolxozun idarə binası yanan zaman artıq kolxoz ləğv olunmuşdur. Şirvan kolxozunun adı belə kəndin üzrindən götürülmüş, kəndin özünün əvvəlki Muradxan kəndi adı saxlanılmışdır. Kolzoxun yerində isə “Muradxan birgə təsərrüfatı” yaradılmışdır. Həmin təsərrüfatın sədri isə Şirinov Şirin İslam oğlu idi. Şirinov Şirin həmin təsərrüfatı yaradanda kolxozun əsasında yaradıb və kolxoza dair müvafiq sənədlər seyfdə olub. Hansı ki, kolxozun ümumi yığıncağının qərarları, əmr kitabları və yazılmamış əmək kitabçalarının bir qismi seyfdə olmuşdur. Yanğından sonra kolxozda işləyən əmək kitabçasını almayan şəxslər Şirinov Şirinə müraciət etmişdilər. O da, kimin əmək kitabçasında əvvəlcədən qeydiyyat aparılıbsa, onun əmək kitabçasını həmin şəxslərə vermiş, kimin əmək kitabçasında qeydiyyat aparılmayıbsa, kolxozun keçərli sənədlərində adı varsa onlara yeni əmək kitabçasında qeydiyyat apararaq həmin şəxslərə təqdim etmişdir. O, pensiya almaq üçün AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə X4 Filialına müraciət etmiş, lakin cavab olaraq ona bildirilmişdir ki, onun AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığından, bundan başqa Kürdəmir Rayon Dövlət arxivinin Ərizəçi dair ## #### 2023-cü il tarixli 3 **-**/*-/**/**** nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunduğundan həmin dövrü Ərizəçi iş stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, şahid ifadələrindən göründüyü kimi, ərizəçi Ərizəçi şahidlər– şahid1 İlyas oğlu və şahid2 Ağaməmməd oğlu ilə eyni dövrlərdə “Şirvan” kolxozunda işləmişdir. Şahidlərin ifadələri iş materiallarında olan şahidlərin 1979-cu ildən 2009-cu ilədək və 1975-ci ildən 2008-ci ilədək olan dövrləri əhatə edən əmək kitabçalarının surətləri ilə təsdiqlənir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə X4 filialı tərəfindən güzəştli şərtlərlə pensiya təyinatından imtina ilə bağlı ərizəçiyə imtina məktubunun göndərilməsi ərizəçini hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Belə ki, “Şirvan” kolxozunun idarə binası yandığında görə binadakı bütün sənədlər məhv olmuş, daha sonra ərizəçiyə yeni əmək kitabçası açılmışdır. Göründüyü kimi, ərizəçinin əmək fəaliyyəti barədə sənədlərin məhv olması ərizəçinin təqsiri nəticəsində deyil, fövqəladə hadisə səbəbindən baş vermişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arxiv arayışında Kürdəmir rayon "Şirvan" adına kalxozun şəxsi hesabına dair arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyi qeyd olunmuşdur. Bununla da, həmin sənədlərin Milli Arxiv İdarəsində olmadığı məlum olur. Məhkəmə eyni zamanda qeyd edir ki, maraqlı şəxs AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə X4 filialı tərəfindən ünvanlanmış ərizəçinin “iş stajı faktının müəyyən olunması” tələbinə dair ərizəsinin təmin olunmaması barədə etirazı əsaslı deyildir. Belə ki, maraqlı şəxs həmin etirazda Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixl *** №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsaslansa da, nəzərə alınmalıdır ki, həmin qərar ləğv olunmuşdur. Həmçinin, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, ərizə baxılmamış saxlanılır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilir. Lakin etirazın mətnində hüquq haqqında mübahisə olmadığından, maraqlı şəxsin etirazı əsassız hesab edilir. Belə olan halda, Ərizəçi ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi faktı müəyyən edilməlidir.
4. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki: - AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X7 tərəfindən Ərizəçi ünvanlanmış ##.##.2023-cü il tarixli 3 **-*/*-R-******/**** nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktuba əsasən, Ərizəçi tərəfindən Mərkəzi Filiala təqdim edilən AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə ##.##.1984 ##.##.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bundan başqa, 41-ci səhifədə əmək kitabçasının ##.##.1998-ci il tarixində açıldığı göstərilsə də, “Kürdəmir Rayon X15 ## ###### 2023-cü il tarixli *-**-***/*-R-***-**/** nömrəli arayışda “Şirvan” adına kolxozun idarə binasında ##.##.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu qeyd olunmuşdur. Eyni zamanda, Kürdəmir Rayon Dövlət arxivinin Ərizəçi dair ## #### 2023-cü il tarixli *-**-**/*-/**/**** nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Göstərilən səbəblərdən də həmin dövrü Ərizəçi iş stajınıza daxil etmək mümkün olmadığından, # ###### 2006-cı il tarixinədək Ərizəçi ümumi iş stajı 20 ildən az (18 il 10 ay 10 gün {##.##.1986- ##.##.1987-ci il, ##.##.1987-##.##.1989-cu il, ##.##.1989-##.##.1991-ci il və ##.##.1991- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli cavab məktubuna əsasən, Kürdəmir rayon Dövlət Arxivi tərəfindən *-**-**-*-***/**** nömrəli ## #### 2023-cü il tarixli Arxiv Arayışında "Şirvan" adına kalxozun arxiv sənədləri Arxiv İdarəsinə təhvil verilmədiyi Arayışda bildirilmiş, bu səbəbdən Ərizəçi müraciətində bildirdiyi 1984-1986-cı illərdə işləməsi faktı təsdiqini tapmamışdır; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dymx Kürdəmir Rayon Dövlət X15 ##.##.2023-cü il tarixli, *-**-***/*-R-***-**/** nömrəli arayışına əsasən həqiqətən də, Kürdəmir rayon Muradxan kəndi “Şirvan” adına kolxozunun idarə binasında ##.##.1998-ci ildə 05-00 radələrində yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində idarə binası tamamilə yanaraq məhv olmuşdur; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arxiv arayışına əsasən, Kürdəmir rayon "Şirvan" adına kalxozun şəxsi hesabına dair arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir; - HЗ № ******* saylı Hərbi Biletinin surətindən görünür ki, Ərizəçi ##.##.1987-##.##.1989-cu illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur; - Ərizəçi ##.##.1998-ci il tarixli АЗЕ № ******* nömrəli Kolxozçunun əmək kitabçasına əsasən, “Şirvan” kolxozunun fermasında ##.##.1984-cü ildən ##.##.1986-cı ilədəkgecə gözətçisi vəzifəsində çalışmışdır; - Ərizəçi ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən, o, ##.##.1991-ci ildən ##.##.2004-cü ilədək * saylı Neft və Qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator vəzifəsində çalışmışdır; - SOCAR, Azneft İB-nin “Neft Daşları” NQÇİ-ni * saylı neft və qazçıxarma sahəsi tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən, Ərizəçi ##.##.1991-ci ildən ##.##.2004-cü ilədək * saylı Neft və Qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində çalışmış, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 13 il 01 ay 03 gün təşkil etmişdir; - SOCAR, Azneft İB-nin “Neft Daşları” NQÇİ-ni * saylı neft və qazçıxarma sahəsi tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən, Ərizəçi ##.##.2004-cü ildən ##.##.2006-cı ilədək * saylı Neft və Qazçıxarma sexinin neft və qaz çıxarma üzrə ustası vəzifəsində çalışmış, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 01 il 05 ay 00 gün təşkil etmişdir; - НТ- İ № ****** nömrəli diplomuna əsasən, X1 1986 cı ildə Bakı Neft Tenikumuna daxil olmuş və 1991ci ildə məzun olmuşdur; - Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli *** nömrəli arayışa əsasən, 1969-cu il təvəllüdlü Ərizəçi həqiqətən, 04.1987-ci il tarixdən ##.##.1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir; - Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika kolleci tərəfindən verilmiş ##.##.2021 il tarixli, *** nömrəli arxiv arayışına əsasən, Ərizəçi həqiqətən, ## ###### 1986-cı il tarixində *** saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunmuş, ## #### 1987-ci il tarixində *** saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmiş, ## ######## 1989-cu il tarixində *** saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə şöbəyə bərpa edilmiş və ## ### 1991-ci il tarixində *** saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neftçi texnik” ixtisas dərəcəsi və ИТ-İ № ****** saylı diplom verilmişdir. Diplom blankı yazılarkən məzunun adı Mayis deyil, səhvən Mais yazılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, 2 *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbi təmin olunmaması qərara alınmışdır; - İş materiallarına əlavə olunmuş şahid şahid2 ##.##.1979cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, “Şirvan” kolxozunda ##.##.1980-ci ildən ##.##.1997-ci ilədək ayrı-ayrı vəzifələrdə çalışmışdır; - İş materiallarına əlavə olunmuş şahid şahid1 İlyas oğlunun ##.##.1998-ci il tarixli АЗЕ № ******* nömrəli Kolxozçunun əmək kitabçasına əsasən, o, “Şirvan” kolxozunda ##.##.1975-ci ildən ##.##.1992-ci ilədəktraktorçu vəzifəsində çalışmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək Suraxanı rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.2, 3.2.2, 31.2, 31.2-1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 24.3, 25.3, 26.2, 153.2.1, 261.0.1, 305.1.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il, ** saylı Qərarın 1.2-ci bəndinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019 cu il tarixli, ** saylı qərarın 13.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, Suraxanı Rayon Məhkəməsi qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Ərizəçi ##.##.1998-ci il tarixli АЗЕ № ******* nömrəli Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, “Şirvan” kolxozunun fermasında ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək - gecə gözətçisi vəzifəsində çalışmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Yuxarıda göstərilənlərə münasibətdə bildirir ki, Ərizəçi maraqlı şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun ##.##.2021-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçıya ##.##.1984- ##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun ##.##.2021-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Daha sonra, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ##### tarixli, 2-1(112) ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və şikayət təmin edilmişdir. Yekun olaraq, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilmişdir. Məhkəmə əsaslandırması isə aşağıdakı istiqamətdə olmuşdur: “##.##.1996-cı ildə “Muradxan birgə təsərrüfatı”nın sədri Şirinov Şirin tərəfindən imzalanaraq möhürlənmiş ##.##.1996-cı il tarixli *** nömrəli arayışda, iddiaçının ##.##.1984-cü il tarixli ** nömrəli protokol əsasında ##.##.1984cü il tarixli ** nömrəli əmrlə Kürdəmir rayonu Şirvan kolxozunun fermasında gecə qarovulçusu vəzifəsinə qəbul edildiyi, ##.##.1986-cı il tarixli ** nömrəli protokol əsasında ##.##.1986-cı il tarixli ** nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edildiyi göstərilmişdir. Lakin nəzərə almaq zəruridir ki, “Muradxan birgə təsərrüfatı”nın hansı səlahiyyətlər əsasında həmin arayışı təqdim etdiyi, sözügedən müəssisənin, həqiqətən də, iddiaçının çalışdığı Şirvan kolxozunun hüquqi varisi olduğu, kolxoza aid sənədlərin həmin müəssisədə saxlanıldığı faktı iş üzrə öz təsdiqini tapmır. Belə olan halda, arayışdakı məlumatların mötəbərliyi ciddi şübhə doğurur. İddiaçı tərəfindən bu halla bağlı ağlabatan və inandırıcı dəlillər təqdim olunmamışdır. Bu isə sözügedən dolayı sübutun mötəbərliyini ortadan qaldırır. Eyni yanaşmanı iş materiallarında mövcud olan əmək kitabçasına, həm də Şirinov Şirin İslam oğlunun notarial qaydasında təsdiq olunmuş ərizəsinə münasibətdə də tətbiq etmək zəruridir. Əmək kitabçası ilə bağlı isə kollegiya əlavə olaraq qeyd edir ki, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin ## ###### 2023-cü il tarixli 3-18-215/2-R-401- **/** nömrəli arayışında “Şirvan” adına kolxozun idarə binasında ##.##.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi və yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu göstərilmişdir. İddiaçıya məxsus əmək kitabçasında isə onun ##.##.1998-ci il tarixində açıldığı qeyd edilib. Eyni zamanda mübahisələndirilən dövrə dair qeydlərdə iddiaçının ##.##.1984-cü il tarixdə “Şirvan” kolxozuna işə qəbulunu təsdiq edən şəxs olaraq kolxozun sədri, ##.##.1986-cı il tarixdə işdən azad edilməsini təsdiq edən şəxs kimi “Muradxan birgə təsərrüfatı”nın sədri göstərilmişdir. Bütün bu göstərilənlər iddiaçının həmin dövrlərdə, həqiqətən, sözügedən kolxozda işləməsi faktını ciddi surətdə şübhə altına alır, işdəki dolayı sübutların mötəbərliyini qəbul etməyə əsas vermir.” Göstərilənlərdən nəzərə çarpır ki, ərizəçi inzibati qaydada müraciət etmiş və bu mübahisə ilə bağlı Ali Məhkəmənin yekun (iddianın rədd olunması barədə) qərarı qəbul olunmuşdur. Həmin qərarla Ali Məhkəmə iddiaçının həmin dövrlərdə, həqiqətən, sözügedən kolxozda işləməsi faktını ciddi surətdə şübhə altına almış, işdəki dolayı sübutların mötəbərliyini qəbul etməmişdir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göstərilən normaya münasibətdə bildirmək istərdi ki, iş materiallarında ərizəçinin əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasında ərizəçinin işlədiyini iddia etdiyi ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrə dair qeyd mövcuddur. Müvafiq kitabçanın (qeydin) mövcudluğu isə işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lakin bu hal məhkəmənin diqqətindən yayınmışdır. Çünki iş materiallarına nəzər saldıqda, ərizəçinin əmək kitabçası və ərizəçinin təsdiqlənməsi üçün müraciət etdiyi dövrlə bağlı qeydin mövcud olduğu aydın görünür. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcuddur. Həmin kitabçanın mövcudluğu isə işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxılmasını istisna edir. Digər tərəfdən, mübahisənin predmeti barədə (pensiya təyin edilməsi) maraqlı şəxsin imtinası faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyil. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Göstərilənlərə müvafiq olaraq, ərizəçi inzibati qaydada cavabdeh orqana, daha sonra inzibati məhkəməyə müraciət etmiş və bu mübahisə ilə bağlı Ali Məhkəmənin yekun (iddianın rədd olunması barədə) qərarı qəbul olunmuşdur. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göstərilənlərə münasibətdə bildirir ki, faktiki iş üzrə ərizəçinin mübahisəli müəssisədə çalışmasının şübhə altına alındığına dair Ali Məhkəmənin qərarı mövcud olduğu halda, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə əsassız və qanunazidd olaraq göstərilən fakt tanınmışdır. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Lakin birinci instansiya məhkəməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən səlahiyyətinə edilməsinin aid məhkəmənin olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun yoxlamamışdır. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizə səhvən icraata götürülmüşdürsə MPMnin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lakin birinci instansiya məhkəməsi normanın tələbləri pozaraq düzgün məhkəmə aidiyyəti müəyyən etməmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisənin məhkəmə aidiyyətinin edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməli idi. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin göstərilənlər məhkəmənin diqqətindən kənarda qalmış ərizəçi Ərizəçi ##.##.1984 ##.##.1986-cı il tarixləri arasındakı dövrdə Kürdəmir rayonunun "Şirvan" kolxozunda ferma gözətçisi kimi işlədiyi faktı müəyyən edilmişdir.
6. Ərizəçi Ərizəçi və onun nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində dəlil olaraq ilk növbədə əsas gətirmişdir ki, iş materiallarında ərizəçinin əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasında ərizəçinin işlədiyini iddia etdiyi ##.##.1984-##.##.1986-ci il tarixləri arasındakı dövrə dair qeyd mövcuddur. Müvafiq kitabçanın (qeydin) mövcudluğu isə işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxılmasını istisna edir. Bu haqda qeyd etmək istəyir ki, maraqlı şəxs hazırki iş üzrə əmək kitabçasının mövcudluğunu qəbul edir. Amma orada Ərizəçi ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi qeydini (əmək kitabçasının idarə binasınında baş verən yanğın hadisəsindən sonra yazıldığı üçün) şəxsin sığorta stajını təsdiq edən sənəd kimi qəbul etmir. Hətta Ali Məhkəmənin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il qərarına əsasən cavabdeh tərəfindən mübahisələndirilmiş əmək kitabçası və arayış dolayı sübut kimi Ərizəçi ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsini ciddi şübhə altına alınmışdır. Deməli nəticə olaraq, hal-hazırda əmək kitaçasının adi kağız parçasından fərqi yoxdur. Belə halda hesab edilir ki, əmək kitabçasının varlığı yoxa (hüquqi qüvvəsi olmadığı üçün) bərabərdir. Eyni zamanda qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “ maraqlı şəxs həmin etirazda Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixl *** №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsaslansa da, nəzərə alınmalıdır ki, həmin qərar ləğv olunmuşdur.” Digər dəlillə bağlı, ”Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın ve hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lakin bu hal məhkəmənin diqqətindən yayınmışdır. Çünki iş materiallarına nəzər saldıqda, ərizəçinin əmək kitabçası və ərizəçinin təsdiqlənməsi üçün müraciət etdiyi dövrlə bağlı qeydin mövcud olduğu aydın görünür. Yuxarıda qeyd etdiyi cavab elə bu dəlilin də əsassız olduğunu təsdiqləyir. Hörmətli Məhkəmə Kollegiyası, maraqlı şəxs eyni zamanda da dəfələrlə məhkəmənin nəzərinə çatdırır ki, bu iş aidiyyat üzrə düzgün verilməyib, artıq bu işlə əlaqədar Ali Məhkəmənin qanuni qüvvə almış qərarı mövcuddur. Qeyd etmək istəyir ki, hüquqi faktın müəyyən ediməsi xüsusi icraat qaydasında baxılan işdir. Burada tərəf anlayışı yoxdur və hüququn mübahisələndirilməsində söbət getmir. Faktın doğurduğu nəticələrlə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak əmlak hüquqları əmələ gəlir, dəyişir, xitam verilir. Eləcə də Ali Məhkəmə qərarını əsaslandıranda Apellyasiya Məhkəməsinin qərarının şahid ifadələri ilə bağlı hissəsində qeyd etmişdir ki, iş üzrə iddiaçının ##.##.1984-cü il tarixdən ##.##.1986- cı il tarixədək Şirvan kolxozunda işlədiyi dövrə dair birbaşa sübut olan kolxozçunun üzvlük kitabçası mövcud olmadığından həmin dövr üzrə dolayı sübutlar (əmək kitabçası, şahid ifadələri, arayış) üzərindən dəyərləndirmənin aparılması məqsədəuyğundur. Dolayı sübutlar əsasında mübahisələndirilən halla bağlı mötəbər nəticəyə gələ bilmək üçün isə bir neçə şərtin birgə ödənilməsi tələb olunur. Əvvəla, həmin hal bir deyil, bir neçə dolayı sübutla təsdiq olunmalıdır. Bundan başqa, həmin dolayı sübutlar mübahisə predmetinə aid olmaqla bir-birini tamamlamalı, eləcə də sözügedən dolayı sübutlar fakt barədə yekun mötəbər nəticə çıxarmağa imkan verməlidir. Kollegiya tərəfindən şahid ifadələrinin iş üzrə mötəbər sübut qismində tanınması ilə əlaqədar hər hansı əks arqument müəyyən edilməsə də, digər sübutlara iradlarını bildirməyi zəruri hesab edir. Ali Məhkəmənin şahid ifadələrinin iş üzrə mötəbər sübut qismində tanınması ilə əlaqədar hər hansı əks arqument müəyyən etməməsinə əsaslanaraq yalnız şahid ifadələri əsas götürülən məhkəmə müstəvisindən istifadə etmək qənaətinə gəlindiyi üçün şahid ifadələrinə əsaslanan sübut növü ilə Ərizəçi ərizəçi qismində məhkəməyə müraciət edərək, onun ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda ferma gözətçisi işləməyinə dair hüquqi faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı saylı qətnaməsi qanuni və əsaslı olduğu üçün apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar :
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Həsənova Aydan İlham qızı apellyasiya şikayətini müdafiə etmiş, şikayətlə eyni məzmunda izahat vermiş və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinə etiraz ərizəsini müdafiə etmiş, etirazla eyni məzmunda izahat verməklə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019cu il tarixli, ** saylı qərarında qeyd edilən müddəaların nəzərdən keçirilməsini və diqqətə çatdırılmasını kollegiya zəruri hesab edir: «…13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.»
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə Təsdiq edilmiş, Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının aşağıdakı müddəaları nəzərdən keçirilməlidir: 4.1.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 1.Seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 2. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
3. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 5. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.6. İ dərəcə əlilliyi olan şəxsə qulluqetmə müddəti üzrə:1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 3. Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; 4.1.7. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluqetmə müddəti üzrə: 1. Qanuni nümayəndələrə münasibətdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən; 2. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdünün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: 1. Patronajın təyin edilməsi barədə qərara əsasən; 2. Qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Diqqətə çatdırılmalıdır ki, ərizəçinin əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasında ərizəçinin işlədiyini iddia etdiyi ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrə dair qeyd mövcuddur. Müvafiq kitabçanın mövcudluğu isə işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxılmasını istisna edir.
14. Eyni zamanda məhkəmə kolegiyası qeyd edir ki, ərizəçinin maraqlı şəxsə qarşı ##.##.1984- ##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun ##.##.2021-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ##### tarixli, *-*(***)****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməklə, iddia tələbi təmin edilməmişdir. Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında qeyd edilmişdir ki : “ 20. Belə ki, iş üzrə iddiaçının ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək Şirvan kolxozunda işlədiyi dövrə dair birbaşa sübut olan kolxozçunun üzvlük kitabçası mövcud olmadığından həmin dövr üzrə dolayı sübutlar (əmək kitabçası, şahid ifadələri, arayış) üzərindən dəyərləndirmənin aparılması məqsədəuyğundur. Dolayı sübutlar əsasında mübahisələndirilən halla bağlı mötəbər nəticəyə gələ bilmək üçün isə bir neçə şərtin birgə ödənilməsi tələb olunur. Əvvəla, həmin hal bir deyil, bir neçə dolayı sübutla təsdiq olunmalıdır. Bundan başqa, həmin dolayı sübutlar mübahisə predmetinə aid olmaqla bir-birini tamamlamalı, eləcə də sözügedən dolayı sübutlar fakt barədə yekun mötəbər nəticə çıxarmağa imkan verməlidir. 21. Kollegiya tərəfindən şahid ifadələrinin iş üzrə mötəbər sübut qismində tanınması ilə əlaqədar hər hansı əks arqument müəyyən edilməsə də, digər sübutlara dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 22. İlkin olaraq, məhkəmələrin də əsas götürdüyü və iş materiallarında olan ##.##.1996-cı ildə “Muradxan birgə təsərrüfatı”nın sədri Şirinov Şirin tərəfindən imzalanaraq möhürlənmiş ##.##.1996-cı il tarixli *** nömrəli arayışda, iddiaçının ##.##.1984-cü il tarixli ** nömrəli protokol əsasında ##.##.1984-cü il tarixli ** nömrəli əmrlə Kürdəmir rayonu Şirvan kolxozunun fermasında gecə qarovulçusu vəzifəsinə qəbul edildiyi, ##.##.1986-cı il tarixli ** nömrəli protokol əsasında ##.##.1986-cı il tarixli ** nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edildiyi göstərilmişdir. Lakin nəzərə almaq zəruridir ki, “Muradxan birgə təsərrüfatı”nın hansı səlahiyyətlər əsasında həmin arayışı təqdim etdiyi, sözügedən müəssisənin, həqiqətən də, iddiaçının çalışdığı Şirvan kolxozunun hüquqi varisi olduğu, kolxoza aid sənədlərin həmin müəssisədə saxlanıldığı faktı iş üzrə öz təsdiqini tapmır. Belə olan halda, arayışdakı məlumatların mötəbərliyi ciddi şübhə doğurur. İddiaçı tərəfindən bu halla bağlı ağlabatan və inandırıcı dəlillər təqdim olunmamışdır. Bu isə sözügedən dolayı sübutun mötəbərliyini ortadan qaldırır. Eyni yanaşmanı iş materiallarında mövcud olan əmək kitabçasına, həm də Şirinov Şirin İslam oğlunun notarial qaydasında təsdiq olunmuş ərizəsinə münasibətdə də tətbiq etmək zəruridir. 23. Əmək kitabçası ilə bağlı isə kollegiya əlavə olaraq qeyd edir ki, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin ## ###### 2023-cü il tarixli 3-18-215/2-R-401- **/** nömrəli arayışında “Şirvan” adına kolxozun idarə binasında ##.##.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi və yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu göstərilmişdir. İddiaçıya məxsus əmək kitabçasında isə onun ##.##.1998-ci il tarixində açıldığı qeyd edilib. Eyni zamanda mübahisələndirilən dövrə dair qeydlərdə iddiaçının ##.##.1984-cü il tarixdə “Şirvan” kolxozuna işə qəbulunu təsdiq edən şəxs olaraq kolxozun sədri, ##.##.1986-cı il tarixdə işdən azad edilməsini təsdiq edən şəxs kimi “Muradxan birgə təsərrüfatı”nın sədri göstərilmişdir. Bütün bu göstərilənlər iddiaçının həmin dövrlərdə, həqiqətən, sözügedən kolxozda işləməsi faktını ciddi surətdə şübhə altına alır, işdəki dolayı sübutların mötəbərliyini qəbul etməyə əsas vermir”.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
16. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, qanuvericilikdən (dispozitiv imkan və diskression səlahiyyətlərdən) sui-istifadə və buna şərait yaradan hallarının mümkünlüyü məhkəmə icraatının nəticəsi üzrə istisna edilir. Belə ki, artıq inzibati proses həddində yüksək məhkəmə aktı ilə hazırki ərizə üzrə təqdim edilən faktiki hallara və sübutlara qiymət verilmiş, ərizənin məqsədinə müvafiq qeyd edilən inzibati proses daha əhatəli olmuşdur. Qanuna müəyyən sübutetmə vasitəsi olan əmək kitabçası olduğu halda hüquq əhəmiyyətli faktın təsdiqinə zərurət qalmır, lakin Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarında sübutlara verilən qiymətin müqabilində orada qeyd edilənləri təkzib edən sübutların mövcud olmayan əsaslar ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
17. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və Ərizəçi Ərizəçi ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda ferma gözətçisi işləməyinə dair hüquqi faktın müəyyən olunmasına dair ərizəsi rədd edilməlidir.
18. İzah edilməlidir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq: (78) Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məcəllənin XII fəsilinə əsasən isə : Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə X4 Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Ərizəçi ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda ferma gözətçisi işləməyinə dair hüquqi faktın müəyyən olunmasına dair ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində ərizəçi tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər