Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-814/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 MMC-yə qarşı “hərracların qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracların qanunsuz hesab edilərək ləğv olunması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Işin halları
1. Iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank “xxxx” ASC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, ## ### 2019-cu il tarixli, AKIADG-*****-**/**A nömrəli ipoteka müqaviləsinə əsasən, bu müqaviləyə əsasən ipoteka qoyan (“xxxx” ASC) müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin (bundan sonra Əsas öhdəlik adlanacaq) icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## #### 2019 tarixdə * nömrəli reyestr kitabında, ** nömrəli vərəqində 305011002940-12301 reyestr, 1418018611 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsində *** saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayana (Bank “xxxx” ASC-yə) ipotekaya qoymuşdur.
2. Iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
3. Iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan həmçinin görünür ki, Borcverən Bank “xxxx” ASC ## ### 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalan İddiaçı 60 ay müddətində illik 8 faizlə 250000 manat məbləğində kredit vermişdir. Borcalan həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla, ## ### 2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi Bank “xxxx” ASC ilə zamin X3 arasında ## ### 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun tam və keyfiyyətli icrası üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
4. AKIADG-*****-**/**A nömrəli, ## ### 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan “xxxx” ASC müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## #### 2019 tarixdə * nömrəli reyestr kitabında, ** nömrəli vərəqində 305011002940-12301 reyestr, 1418018611 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASCyə məxsus Siyəzən şəhərinin Xətai küçəsində *** saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayan Bank “xxxx” ASC-yə ipotekaya qoymuşdur.
5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ## ### 2019-cu il tarixli çıxarışa əsasən ## ### 2019-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin təminatı kimi “xxxx” ASC-yə məxsus olan Siyəzən şəhərinin Xətai küçəsində *** saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Bank “xxxx” ASC qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində 1419006389 nömrə ilə qeydiyyata alınmışdır.
6. Borc haqqında ## ######## 2022-ci il tarixli arayışa əsasən İddiaçı Bank “xxxx” ASC-yə ## ######## 2022-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 253781,02 manat borcu vardır. Eyni zamanda, borcalan kredit borcundan sonuncu dəfə ## ### 2022-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra bu ödənişləri dayandırmışdır.
7. Bank “xxxx” ASC tərəfindən ipotekaqoyan “xxxx” ASC-yə, zamin X3 və borcalan İddiaçı ## ######## 2022-ci il tarixli bildirişlə məlumat verilərək, banka ödənilməli olan kredit və faiz borclarının ödənilmə müddətləri pozulduğu üçün icranı təmin etmək məqsədilə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir.
8. Bank “xxxx” ASC tərəfindən İddiaçı məlum ünvanlarına “Atlas Ekspress” poçt xidməti vasitəsilə ## ######## 2022-ci il tarixli, 229161 və ****** nömrəli xəbərnamələrlə icra qeydi barədə bidirişlər göndərilmişdir. ****** nömrəli poçt xəbərnaməsi İddiaçı ünvan 1 ünvanında yaşamaması səbəbindən çatdırılmasa da, ****** nömrəli poçt xəbərnaməsi ilə göndərilmiş digər bildirişin İddiaçı yaşadığı Bakı şəhərinin Nizami rayonundakı İ.Məmmədov küçəsində yerləşən * saylı evin 63-cü mənzilində ## ######## 2022-ci il tarixdə təqdim edilməsi təmin edilmişdir.
9. Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən X1 tərəfindən ## ####### 2022-ci il tarixdə reyestrdə 8I-2175 nömrə ilə qeyd edilmiş icra qeydi verilmişdir. “Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” həmin icra qeydinin surətinə əsasən ipoteka saxlayan Bank “xxxx” ASC-nin tələbi ilə ipoteka qoyan “xxxx” ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində *** saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir.
10. Iş materiallarında olan cavabdeh3 MMC-nin açıq hərracın keçirilməsinə dair **/** nömrəli ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin №******/****-**-*-*** saylı, ##.##.2025-ci il tarixli sifariş məktubuna və Siyəzən rayon dövlət notariat ofisinin **-**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqinə əsasən Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanında 0.34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisə cavabdeh3 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac açıq auksion formasında “Elektron hərrac portalı” olan www.herrac.gov.az saytında keçiriləcəkdir.
11. Iş materiallarında olan cavabdeh3 MMC-nin açıq hərracın keçirilməsinə dair **/** nömrəli ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin №******/****-**-*-*** saylı, ##.##.2025-ci il tarixli sifariş məktubuna və Siyəzən rayon dövlət notariat ofisinin **-**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqinə əsasən Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanında 0.34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisə cavabdeh3 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac açıq auksion formasında “Elektron hərrac portalı” olan www.herrac.gov.az saytında keçiriləcəkdir.
12. Iş materiallarında olan qaimələrin surətlərindən görünür ki, cavabdeh3 MMC tərəfindən İddiaçı göndərilmiş hərrac bildirişləri ##.##.2025-ci il tarixdə imtina edilmiş, ##.##.2025-ci il tarixdə isə Imanov S tərəfindən qəbul edilmişdir.
13. Iş materiallarında olan ##.##.2025-ci il tarixli The Express MMC tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Capital Auction tərəfindən ##.##.2025 tarixində (qaimə №******) İddiaçı məktub göndərilmişdir.Kuryer ünvana getmiş lakin şəxs imtina etdiyi üçün məktub geri qaytarılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 MMC-yə qarşı “hərracların qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanda 0,34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair təşkil etdiyi və keçirdiyi hərracları qanunsuz hesab edib, ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş *** saylı ##.##.2010-cu il tarixli lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında ##.##.2019-cu il tarixli, AKIAD-*****-**/**A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 250.000 manat məbləgində aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində “xxxx” ASC-nin müdiri X4 ##.##.2019-cu il tarixdə Bankla AKIADG-*****-**/**A saylı ipoteka müqaviləsi bağlayaraq “xxxx” ASC-yə məxsus olan Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipotakaya qoymuşdur. X3 ##.##.2019-cu il tarixdə Bankla AKIADZ-*****-**/**A saylı zaminlik müqaviləsi bağlayaraq ona verilən kredit məbləğinə zamin durmuşdur. Öhdəliyin icrası tərəfindən mütəmadi icra olunmuş ölkədə baş vermiş pandemiya nəticəsində müqavilə öhdəliyi üzrə icra olunacaq işlərdə problemlər yarandığından öhdəliyin icrasında müəyyən səbəblərdən dolayı yubanmalar baş vermişdir. Bank tərəfindən 2021-ci il tarixdə tərəflərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində kredit və ipoteka müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia qaldırılmış məhkəmə gedişi zamanı tərəflər arasında şifahi razılaşma mövcud olduğundan iddia tələbi irəli sürən tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmədən geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmişdir. Məhkəmə müraciəti təmin etmişdir. Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Siyəzən rayon Icra Şöbəsinə ##.##.2022-ci il tarixli Icra Qeydi verilərək “xxxx” ASC-yə məxsus olan Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi və bununla bağlı öhdəliyi müəyyən edən AKIADG-*****-**/**A saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 238196,40 manat əsas borc, 3674,80 manat faiz borcu, 11.909,82 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 253.781,02 manat müəyyən edilmişdir. ##.##.2022-ci il tarixdə Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş icra qeydi mübahisələndirilmiş, Siyəzən rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli Qərarı ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı iş üzrə ## ###### 2023-cü il tarixli qərarının ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti Siyəzən rayon Icra və Porobasiya şöbəsinin ##.##.2025-ci il tarixli sifariş məktubu əsasında ##.##.2025-ci il tarixdə ##.##.2025-ci il tarixə ilkin hərraca başlamış, bu barədə ona heç bir bildiriş verilməmiş və ünvanına rəsmi qaydada daxil olmamışdır. Keçirilən hərrac barəsində icra Şöbəsindən məlumat aldığından ##.##.2025-ci il tarxidə Hərrac Mərkəzi ilə əlaqə saxlamış və onun iştirakı təmin olunmadan və heç bir qanuna müvafiq qaydada xəbərdarlıq edilmədən hərracın keçirilməsi bir daha müəyyən olunmuşdur. Heç bir xəbərdarlıq və bildiriş verilmədən əmlak barəsində keçirilən gizlin hərrac gələcəkdə Bank tərəfindən qanunsuz şəkildə əmlakın ələ keçirilməsidir. Odur ki, Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanda 0.34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair keçirilmiş hərraclar etibarsızdır, qanunsuzdur heç bir hüquqi nəticə yarada bilməz.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 MMC-yə, Bank “xxxx” ASC-yə və Siyəzən rayon Dövlət Notariat ofisinə qarşı “hərracların qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 415.2, 416.1, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası “Ipoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8-ci maddələrinə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 61.1, 61.2, 62.2, 89-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 185.4, 185.5, 217.2, 217.4, 220.5, 216- 220, 227, 233 və 360-cı maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarına, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin bu iş üzrə mövqeyi yanlış və əsassızdır, məhkəmə cavabdehlərə qanunsuz olaraq haqq qazandırmış, qeyri-hüquqi məhkəmə təcrübəsi yaratmışdır. Məhkəmə bu işə baxarkən ədalət mühakiməsi prinsiplərini pozmuşdur. Qətnamə maddi və prosessual hüquq normalara zidd çıxarılmış, odur ki, qətnamə ləğv edilməli, iş üzrə düzgün, ədalətli və qanuni qətnamə qəbul olunmalıdır. Qətnamədən açıq şəkildə görünür ki, məhkəmə işə səthi baxmış sübutları düzgün qiymətləndirməmişdir. Işdə dəfələrlə iştirakına baxmayaraq məhkəmə qətnamədə iştirakınının olmamasını qeyd edərək işə digər cavabdehlərin iştirakının olmadığını qeyd etməklə MPM-nin 185.4 və 185.5-ci maddələrinin normalarını əsassız şəkildə tətbiq etməklə qanunsuz qətnaməni qəbul etmişdir. Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanda 0.34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair cavabdeh tərəfindən hərrac keçirilmə qaydalarının kobud formada pozulması nəticəsində Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmlakın ələ keçirilməsinin qarşısının alınması məqsədi ilə hərracı qanunsuzdur. Odur ki, kecirilmiş hərraclar qanunsuz hesab edilməli, saxta təşkil olunmuş, əslində keçirilməyən hərracın nəticələri ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd olunan prosessual normalara istinad etmiş, onların tələblərini pozmuşdur. Belə ki, məhkəmə, məhkəmə baxışı zamanı çəkişmə prinsipinə əməl etməmiş, iş üzrə təqdim edilmiş sübutları və iş üzrə verdiyi dolğun izahatını qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
23. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
24. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun:
25. 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
26. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “Icra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
27. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
28. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
29. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
30. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
31. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
“Icra haqqında” Azərbaycan Respublikası Qanununun:
32. 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
33. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
34. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
35. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
36. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
48. Kollegiya iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının tələbi hərracın nəticələrinin ləğv edilməsi olsa da, tələbin hansı formada irəli sürülməsindən asılı olmayaraq, hərracın etibarsızlığı ilə bağlı məsələyə qiymət verilməli olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq ümumilikdə keçirilmiş hərracın keçirilməsinin qanuniliyini yoxlamaqla həmin hərracın etibarsızlığı ilə bağlı hala qiymət vermişdir.
49. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
50. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Bank “xxxx” ASC ## ### 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı İddiaçı 60 ay müddətində illik 8 faizlə 250000 manat məbləğində kredit vermişdir. Iddiaçı həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla, ## ### 2024-cü il tarixinədək faizi ilə birlikdə cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. AKIADG-00002- **/**A nömrəli, ## ### 2019cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan “xxxx” ASC müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## #### 2019 tarixdə * nömrəli reyestr kitabında, ** nömrəli vərəqində 305011002940-12301 reyestr, 1418018611 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsində *** saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayan Bank “xxxx” ASC-yə ipotekaya qoymuşdur. Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən X1 tərəfindən ## ####### 2022-ci il tarixdə reyestrdə 8I-2175 nömrə ilə qeyd edilmiş icra qeydi verilmişdir. “Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” həmin icra qeydinin surətinə əsasən ipoteka saxlayan Bank “xxxx” ASCnin tələbi ilə ipoteka qoyan “xxxx” ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində *** saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. Borcun yönəldilməsi barədə açıq hərrac cavabdeh cavabdeh3 MMC tərəfindən keçirilmiş və bu barədə iddiaçıya ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə açıq hərracın keçirilməsi barədə bildirişlər göndərilmiş, ##.##.2025-ci il tarixli bildirişin qəbul edilməsindən imtina edilmiş, ##.##.2025-ci il tarixli bildiriş isə iddiaçı tərəfindən qəbul edilmişdir.
51. Iddiaçı iddia tələbində və apellyasiya şikayətində hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulduğunu bildirmişdir.
52. Işin hallarından göründüyü kimi, kredit müqaviləsi üzrə “xxxx” ASC ipoteka qoyan, İddiaçı isə əsas borcludur. Iddiaçı tərəfindən mübahisələndirilən əmlak kompleksi kimi müəssisə cəmiyyətə məxsus olduğu üçün İddiaçı belə bir tələblə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır.
53. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
54. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
55. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
56. Bununla belə hərracın qanunsuz keçirilməsinə dair qeyd edilənlərə münasibətdə kollegiya hesab edir ki, cavabdeh cavabdeh3 MMC-nin vəzifəsi hərracın keçirilməsi fəaliyyəti ilə bağlıdır. Mülki iş materiallarından da görünür ki, hərrac təşkilatı öz üzərinə düşən vəzifəsini qanunamüvafiq qaydada yerinə yetirmiş, hərrac keçirilməsi ilə bağlı iddiaçınının ünvan üzrə iddiaçıya müvafiq qaydada bildirişlər göndərilmiş və həmin bildiriş iddiaçı tərəfindən qəbul edilmişdir. Digər sözlə ifadə etdikdə, iddiaçının hərracın keçirilmə tarixi, vaxtı və hərracla əlaqəli digər zəruri məlumatlardan xəbəri olmuşdur və iddiaçı qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur.
57. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “Ipoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
58. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsini mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatdırılması ilə şərtləndirilmir.
59. Kollegiya bildirir ki, Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
60. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki iş üzrə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən edilmir.
61. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Kollegiya hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunu iddiaçıya aid etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.