Məhkəmə qərarları › İş №2(3-6)-821/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-821/2026

07.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-821/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxslər maraqlı şəxs2, Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respubliaksı Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iş üzrə Açar sözlər: (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X15 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, ərizəçi Ərizəçi, maraqlı şəxs maraqlı şəxs1 nümayəndələri nümayəndə1 və X22 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. VI-ЖГ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ##.##.1979-cu ildə Yevlax rayonunda anadan olmuş, atası X6, anası X10r.

2. III-ЖГ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.1975ci ildə Yevlax rayonunun Köyük kəndində anadan olmuş, atası X6, anası X10r.

3. Ölüm haqqında şəhadətnamədən görünür ki, 1952-ci il təvəllüdlü X10 ##.##.1979-cu ildə göbələk zəhərlənməsindən vəfat etmişdir.

4. Ölüm haqqında şəhadətnamədən görünür ki, 1944-cü il təvəllüdlü X6 ##.##.1979-cu ildə göbələk zəhərlənməsindən vəfat etmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İ Hərbi səhra-Cərahiyə Qospitalının arayışından görünür ki, ##.##.1993-cü ildə N nömrəli h/h s/əskəri X1 *** nömrəli h.s.c hospitalına başında güllə yarasında olan meyit gətirilmişdir.

6. Yevlax rayon Qaramanlı kənd IN-də ##.##.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 rayonunda ##.##.1993-cü ildə başında güllə yarasından vəfat etmişdir.

7. Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X16 Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli 3-29-38/2 ***/**** nömrəli məktubundan görünür ki, 1992-ci ilin may ayında Şuşa rayonu ermənilər tərəfindən işğal olunarkən ümumi təhsil məktəblərinin arxiv sənədləri orada qalmışdır. Bu səbəbdən şəhid X1 və onun qardaşı Ərizəçi Şuşa şəhərində internatda oxumaları barədə heç bir məlumat yoxdur.

8. Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin ##.##.**** nömrəli *-**-**/*-*-****/**/**** nömrəli məktubdan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** saylı Qərarının 2.1-ci bəndinə əsasən, şəhid ailə üzviəri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2.valideyinləri; 2.1.2. 18 yaşına çatmamış uşaqları, 18 yaşma çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; 2.1. qardaşları və bacıları- uşaq evlərində tərbiyə olunanlar; 2.1.5 babalar və nənələr- qanunla onları saxlayan şəxs yoxdursa; Qeyd: 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Bu səbəbdən Sizə "şəhid ailəsi” statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Qeyd edirik ki, eyniməzmunlu müraciətinizlə bağlı maraqlı şəxs1 tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ##.##.2024-cü il tarixli 3 ***/*-*-*****/**** nömrəli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş Idarəsinin Ideoloji Iş və Mənəvi-Psixoloji Təminat Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli *-**-**/*-*-****/*-**/**** nömrəli məktublarla Sizə ətraflı məlumat verilmişdir. Əlavə olaraq, şəhid qardaşınız X1 dair müvafiq məlumatların əldə edilməsi üçün Xidmətin Yevlax rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.

9. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli 3-25-14/2-M-2152 **/** nömrəli məktubundan görünür ki, sorğuda qeyd edilən məsələnin həlli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətləri xaricindədir. Onu da qeyd edirik ki, şəhid X1 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu nəzərə alaraq məsələyə baxılması üçün maraqlı şəxs3 və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək hüququnuz vardır.

10. Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarf’nın 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu R və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq, sözügedən məsələ ilə bağlı aidiyyəti üzrə müvafiq quruma müraciət etməniz tövsiyə olunur.

a)Birinci instansiya məhkəməsində icraat

11. Ərizəçi Ərizəçi maraqlı şəxslər maraqlı şəxs2, Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respubliaksı Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüququi faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi və X4nun Şuşa şəhərində yerləşən internat evin yerləşmələri və onun 4-cü sinifə kimi qardaşının isə 7-ci sinifə kimi təhsil almaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1979-cu ildə Yevlax rayonunda anadan olmuşdur. Ailədə 5 uşaq olmuşlar, anası X10 və atası X6 olmuşdur. ## ####### 1979-cu ildə anası X10, atası X6, bacısı Emilya (4-cü sinifdə oxuyanda), bibisi Ülkər hamısı eyni gündə göbələk zəhərlənməsindən dünyalarını deyişmişlər. Atası ilə anası öləndə o, hələ 3 aylıq körpə olmuşdur. Daha sonra onlar 4 uşaq yetim qaldıqları üçün anasının anası X11 onları Ermənistan, Əzizbəyov rayonu, Dərələyəz Mahalına aparmışdır. Orada bir müddət onlara baxdıqdan sonra Ermənistandan köç düşməsi ilə əlaqədar 1988-ci ildə nənəsi ilə bərabər Şuşa şəhərinə köçmüşlər. Onlar Şuşa şəhərinə gələndə o, 1-ci sinifi, qardaşı 4-cü sinifi Ermənistanda oxumuşlar. O və X4 Şuşa şəhərində internat evinə yerləşdirilmişlər, o, 4-cü, qardaşı 7-cı sinfə kimi orada təhsil almışlar. Daha sobra Şuşa işğal olunduğu üçün onlar yenidən Yevlax rayonuna qayıtmışlar. Nənəsi daha yaşlandığı üçün onları Yexlax rayonuna yerləşdirdikdən sonra, özü Bakı şəhərinə oğlunun yanına yaşamağa getmişdir. Onlar təkbaşına çətinliklər içində böyümüşlər. X4 1-ci Qarabağ müharibəsində iştirak etmiş, ##.##.1993-cü il tarixində Ağdam rayon Novruzlu kəndində başından güllə yarası alaraq şəhid olmuşdur. O, ##.##.2024-cü il tarixdə qeyd olunanları əlavə etməklə maraqlı şəxs1 və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, ona şəhid ailəsi statusu verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, X4 1-ci Qarabağ müharibəsində iştirak etmiş, ##.##.1993- cü il tarixində Ağdam rayon Novruzlu kəndində başından güllə yarası alaraq şəhid olmuşdur. Digər qardaşı X2 da eyni əsaslarla müraciət etmiş, ona şəhid ailəsi statusu verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin ## ##### 2018-ci il tarixli X8rdaşı Ilqara da şamil edilmiş, o, qardaşı Vüqar və bacısı X12 (Orucova) da şəhid ailəsi kimi müraciət etmişlər, hər üçü Kapital Bank ASC-də qol çəkməklə həmin pulu almışlar. Yəni bir ailədə bir qardaş bu statusu alır digəri yox, və ya şəhid olan bir qardaşımın qardaşı sayılıb onun yox? Həmçinin də onlar həmin kateqoriya şəxslərə aid edilmişlər ki, hər üçü Kapital Bank ASC-də qol çəkməklə həmin pulu almışlar. Onun müraciətindən sonra maraqlı şəxs1 ilə həm telefon əlaqəsi yaratmış həm də 2024-cü ilin fevral ayında cavab məktubu göndərilmişdir. maraqlı şəxs1 mənə bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı məsləhət görülmüşdür. Bir neçə ay o, Müdafiə Nazirliyi ilə əlaqə saxlamış, ona müraciəti baxıldığı və Şəxsi heyətə göndərilməsi deyilmişdir. Daha sonra müraciətinə 1 cümlə ilə imtina gəlmişdir. Həmin məktubda hansı araşdırma aparılması, nə müəyyən olunması barədə 1 cümlə qeyd olunmamışdır. O və digər bacı qardaşları onsuzda atasız anasız yetimçiliklə böyümüşlər. Çəkmədiyi əzab əziyyət qalmamışdır. Ordan ora köç etmişlər. Üstəgəl yan-yana böyüdüyü, bir yatib bir qalxdığı, bir tikəni bölüb yediyi, en yaxın olduğu X4 şəhid olmuşdur.

13. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs maraqlı şəxs1 nümayəndələri Abazarov Maqsud Azər oğlu və X13 izahatlarında göstərmişlər ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı müraciətinin səbəbi şəhid ailəsi üzvü hesab olunmasını istəməsi ilə bağlıdır. Bununla bağlı ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən ##.##.2025-ci il tarixdə maraqlı şəxs1 (bundan sonra- Nazirlik) vəkil sorğusu göndərilərək Ərizəçi şəhid ailəsi statusu verilməsini xahiş edilmişdir. Ərizəçi məhkəməyə müraciət edərək təsdiq edilməsini tələb etdiyi fakt nəticəsində də onun şəhid ailəsi üzvü sayılması Nazirlər Kabi etinin ##.##.1994-cü il tarixli ** nömrəli Qərarına əsasən mümkünsüzdür. Belə ki, Ərizəçi Şuşa şəhərindəki internat evində yerləməsi faktının müəyyən edilməsi onun üçün hər hansı şəxsi və ya əmlak hüququnun əmələ gəlməsi və dəyişilməsinə səbəb olmur.

14. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X17 öz ifadəsində göstərmişdir ki, həqiqətən Ərizəçi və X1 1989-cu ildən Ermanistandan köç olduqdan sonra Şuşa şəhəri * nömrəli Riyaziyyat Təmayüllü məktəbdə yaşayaraq orda təhsil almışlar. Bu uşaqlar onun yadında ona görə qalmışdır ki, bu uşaqların ailəsi faciyəvi şəkildə ölmüşdür. Bundan başqa da onların iş yoldaşı olan Zibeydə müəllimə uşaqlardan birini övladlığa götürmək istəmişdir. Lakin uşaqların nənəsi buna icazə verməmişdir. Zibeydə məllimə internatda qalan uşaqların tərbiyəçi müəlliməsi olmuşdur və bu uşaqların da müəlliməsi olmuşdur.

15. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X37 öz ifadəsində göstərmişdir ki, Ərizəçi və X1 yetim uşağlar olduğundan və onların həyatı çox çətin olduğundan onun yaddaşında qalmışdır. Hətta yadındadırki, həmin məktədə tədris aparan Zibeyda müəllimə ərizəçini öz övladlığına qəbul etmək istəmişdir. Ərizəçi və X1 hər ikisi Internat məktəbində məlum hadisələrə qədər təhsil almışdırlar. Onlar həmin məktəbə 1989-cu ildən təhsil almağı onun yandındadır. Lakin 1990-dan sonra ara qarışdığından onun özü məktəbə çox böyük çətinliklərlə gedib çıxırdı. Lakin bu uşaqlar yetim uşaq olduğundan onlar orada qalırdılar.

16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (sədrlik edən-Nilufər Cəfərli) ərizənin təmin edilməsi, ##.##.1979-cu ildə doğulmuş Ərizəçi 4-cü sinifə qədər və onun qardaşı ##.##.1975-ci il tarixdə doğulmuş X1 7-ci sinifə qədər Şuşa şəhər * saylı Internat Məktəbində təhsil almaları faktının müəyyən edilməsi qət edilmişdir.

17. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə iclasında ərizəçinin izahatından və şahidlərin ifadəsindən müəyyən edilmişdir ki, Ərizəçi və X1 şəhərində yerləşən internat evinə yerləşdirilmiş, ərizəçi orada 4-cü sinfə kimi, qardaşı isə 7-ci sinfə kimi təhsil almışdır. Həmin faktın müəyyən olunması ərizəçilərə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162, 158.1, 159.1, 166.1ci maddələri; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarının 1.2, 1.3, 1.6 və 13-cü bəndləri; “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 3.7.2.11, 308, 309, 311, 77.1, 14.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19.Qətnamədən maraqlı şəxs Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayətində göstərilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Qanunun 1-ci maddəsində şəhid ailəsi hesab olunan ailə üzvləri sadalanır. Bura: qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək aid edilir. Qanundakı məsələlərin tənzimlənməsi ilə bağlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər Kabinetinin Qərarında da şəhidin ailə üzvü hesab olunan şəxslər göstərilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994 cü il tarixli ** nömrəli Qərarının 2.1.4-cü bəndində qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar şəhid ailə üzvü sayılması qeyd olunur. Qərarın 2.1.3-cü bəndində şəhidin 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları ailə üzvü hesab olunur. Həmin Qərarın 2.1.6-cı bəndinə əsasən 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Normanı nəzərdən keçirdikdə məlum olur ki, qardaş və bacı əyani təhsil aldıqda 23, almadıqda isə 18 yaşına kimi şəhid ailə üzvü hesab olunur. Sistematik təfsir metodu ilə Qərara baxdıqda da bu məlum olur. Qərarın 2.1.6-cı bəndi isə 23 yaşadək şəhid ailəsi üzvü hesab olunmanı həm qardaş və bacıya, həm də şəhid övladlarına aid edir. Əgər şəhidin qardaş və bacısının ailə üzvü sayılmasında 18 və 23 yaş tələbi olmasaydı, Qərarın 2.1.6-cı bəndi həmin Qərarın 2.1.4-cü bəndini tənzimləməzdi. Odur ki, Ərizəçi məhkəməyə müraciət edərək təsdiq edilməsini istədiyi fakt nəticəsində də onun şəhid ailəsi üzvü sayılması Nazirlər Kabinetinin ##.##.1994 cü il tarixli ** nömrəli Qərarına əsasən mümkünsüzdür. Həmçinin Qərarın 4.1-ci bəndində şəhid ailəsi üzvü statusu verilməsinin qaydası da əks olunub. Qaydaya görə maraqlı şəxs şəhid ailəsi statusunu digər hərbi qulluqçularla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi arayışla əldə edir. Yəni bu mövzu ilə bağlı şəxs və dövlət arasında publik hüquq münasibətləri yaranır ki, nəticə də mövcud münasibət inzibati hüququn təsir dairəsinə düşür. Qanunvericilik şəhid ailələrinə qarşı müəyyən güzəştlərin verilməsini (prezidentin aylıq təqaüdü) onların AR Konstitusiyasında nəzərdə tutulan sosial təminat hüquqlarının təmin edilməsi məqsədilə edir və bu sahədə geniş mülahizə sərbəstliyinə malikdir. Odur ki, Fərmanda nəzərdə tutulan məsələlərin tənzimlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarında da prezident təqaüdünün ödənildiyi şəhid ailə üzvləri əks olunub. Şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənildiyi qeyd olunub. AR Prezidentinin bu Fərmanı və AR Nazirlər Kabinetinin bu Qərarına da baxdıqda müəyyən olunur ki, şəhidin bacı və qardaşı şəhid ailəsi statusuna malik olmaq və bu statusla bağlı güzəştlərdən istifadə etmək hüququna 18 yaşına kimi, əyani təhsil aldıqda isə 23 yaşına kimi malikdirlər. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPMin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən işə müvafiq inzibati məhkəmədə baxılmalı olduğundan və müəyyən olunan faktın hüquqi əhəmiyyəti olmadığından birinci instansiya məhkəməsi tərəfindən MPM-in 261.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ərizəçi məhkəməyə müraciət edərək təsdiq edilməsini istədiyi fakt nəticəsində də onun şəhid ailəsi üzvü sayılması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Qanununa, Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarına Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli ** nömrəli Qərarına əsasən mümkünsüzdür. Belə ki, Ərizəçi Şuşa şəhərindəki internat evində yerləşməsi faktının müəyyən edilməsi onun üçün hər hansı şəxsi və ya əmlak hüququnun əmələ gəlməsi və dəyişməsinə səbəb olmur. Birinci instansiya məhkəməsi MPM-in 307.1-ci maddəsinin tələblərini nəzərə almayaraq, prosessual pozuntu əsasında ərizəni təmin etmişdir. Ərizəçi məhkəməyə müraciət edərək təsdiq edilməsini istədiyi fakt onun şəhid ailəsi üzvü sayılması ilə bağlı olub “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Qanunun təsir dairəsinə düşdüyündə birinci instansiya məhkəməsi ərizəçinin məqsədinin qanunauyğun olmasını müəyyən etməli idi. Lakin məhkəmə tərəfindən sözügedən məqsədin qanunvericilik normaları çərçivəsində mümkünlük məsələsi nəzərə alınmayaraq MPM-in 310.1-ci maddəsinin tələbi pozulub. Birinci instansiya məhkəməsi faktı təsdiq edərkən şahid ifadələri və sənədlərin olmamasına əsaslanmış, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olması və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmamasını əsas götürmüşdür. Ərizəçi hansı sosial hüquqlarının yaranması ilə bağlı hissədə məhkəmə heç bir araşdırma aparmamış, həmçinin tərəflərindən verilmiş etiraza da öz qətnaməsində münasibət bildirməmişdir.

21. Maraqlı şəxs həmçinin apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, Ərizəçi şəhid ailəsi üzvü statusu almasını və onun müəyyən sosial hüquqlarının əmələ gəlməsini qüvvədə olan qanunvericilik bir çox aspektdən istisna edir. Belə ki, Ərizəçi təsdiq etdirmək istədiyi fakt özünün və şəhid qardaşının Şuşa şəhərində yerləşən internat evinə yerləşdirilməyi və orada 4-cü sinifə kimi, qardaşının 7-ci sinifə kimi təhsil almağı ilə bağlıdır. Ərizəçi ərizəsində də göstərir ki, Şuşa şəhəri işğal olunduqdan sonra nənəsi onları götürərək Yevlax şəhərinə getmişdir. Şuşanın işğalı ##.##.1992-ci il tarixində olduğundan və Ərizəçi qardaşı ##.##.1993-cü il tarixində şəhid olduğundan belə nəticəyə gəlinir ki, Orucov Ilqar şəhid olduğu tarixdə Ərizəçi uşaq evində təhsil almırdı. Qanun isə statusun verilməsini birbaşa uşaq evində tərbiyə olunmuş yox, olunan qardaşlara aid edir. Buradan da aydın olur ki, ümumən həmin dövrdə nəzərə alındıqda Ərizəçi bu statusu əldə edə bilməzdi. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin *** nömrəli ##.##.2014-ci il tarixli Sərəncamına əsasən 2014-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin **** nömrəli ##.##.2021-ci il tarixli Sərəncamına əsasən 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin. Şəhid ailə üzvlərinin sosial müdafiəsi məqsədilə mənzil təminatının həyata keçirilməsini qanunvericilik 2023-cü ilədək əgər ehtiyacı varsa yerli icra hakimiyyəti orqanında uçota dayanmaqdan asılı etmişdir. Göründüyü kimi Ərizəçi indiki dövrə münasibətdə şəhid ailəsi üzvü statusu əldə edə bilməyəcəyindən mənzil növbəsi üçün uçota dayana bilməyəcəkdir. Yuxarıda qeyd olunan Prezidentin Sərəncamlarının tətbiq dairəsinə Ərizəçi düşməsi istisna edilir. Bundan başqa “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü’’nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin *** nömrəli ##.##.2006-cı il tarixli Fərmanında göstərilir ki, şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilməsi üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Bu səbəblə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər" haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 (yeddi yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin. Sosial təminat hüququnda müəyyən kateqoriya şəxslərə dövlət qayğısının göstərilməsi üçün prezident tərəfindən aylıq təqaüdlər təyin edilir. Bir qayda olaraq həmin təqaüdün təsis edildiyi gündən və şəxsin təqaüdü almaq hüququnun tam yarandığı andan etibarən təqaüdün ödənişi həyata keçirilir. Şəhid ailə üzvlərinin təqaüd almaq hüququnu onların şəhid ailəsi üzvü statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Şəhid ailəsi üzvü statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ##.##.1994-cü il tarixli Qərarına əsasən şəhid ailəsi statusu maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə R və zabit heyəti üçün müvafiq icra hakimiyyəti orqanlarının kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Nazirlər Kabinetinin Qərarından da göründüyü kimi bu status müraciət və vəsatət müvafiq orqana təqdim edildikdən sonra əgər Qanunla nəzərdə tutulduğu kimi şəxsin buna hüququ varsa, müvafiq aryışla təsdiq olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23.Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs maraqlı şəxs1 nümayəndəsi nümayəndə1 izahatında qeyd etdi ki, ölüm haqqında şəhadətnaməyə əsasən X1 ##.##.1993-cü il tarixində Ağdam şəhərində başından güllə yarası səbəbilə vəfat etmişdir. X1 vəfat etdiyi ##.##.1993-cü il tarixində Ərizəçi 14 yaşı var idi. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ##.##.1994-cü il tarixli ** nömrəli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikası Qanunu qəbul edildi. Qanunda şəhidin kim olduğuna anlayış verilərək, 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların və.s şəhid hesab edildiyi qeyd edildi. Qanunun 2-ci maddəsinə görə şəhid ailəsinin üzvləri qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar 18 yaşınadək kimi dəqiq qeyd edilmişdir. Ərizəçi ərizəsində də göstərir ki, Şuşa şəhəri işğal olunduqdan sonra nənəsi onları götürərək Yevlax şəhərinə getmişdir. Şuşanın işğalı ##.##.1992-ci il tarixində olduğundan və Ərizəçi qardaşı ##.##.1993-cü il tarixində şəhid olduğundan belə nəticəyə gəlinir ki, Orucov Ilqar şəhid olduğu tarixdə Ərizəçi uşaq evində təhsil almırdı. Qanun isə statusun verilməsini birbaşa uşaq evində tərbiyə olunmuş yox, tərbiyə olunan qardaşlara aid edir. Həmin dövrdə də bu davam etməli idi. Buna görə də ərizəçi şəhid ailəsi üzvü hesab edilə bilməz. Həmçinin hüquqi faktın tanınması hər-hansı bir hüquqi nəticə yaratmalıdır. Onlar hesab edir ki, ərizə ümumiyyətlə təmin edilməməli idi. 24.Məhkəmə kollegiyasının iclasında ərizəçi Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, ona verilən suala cavab olaraq qeyd etdi ki, 1992-ci ilədək qardaşı ilə Şuşa şəhərində yerləşən internat məktəbində oxumuşdur. 25.Iş üzrə digər maraqlı şəxslər maraqlı şəxslər maraqlı şəxs2, Azərbaycan Respubliaksı Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1.1.Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11.Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308.Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 30.Belə ki, ərizəçi özünün Şuşa şəhərində yerləşən internat evində 4-cü sinfə kimi, X4nun isə 7ci sinfə kimi təhsil almaları faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmayan apellyator iddia edir ki, ərizəçinin qardaşı ilə birlikdə internat məktəbində təhsil alması faktının müəyyən edilməsi onun şəhid ailəsi statusu alması üçün hüquqi əhəmiyyət kəsb etmir, çünki qanunvericiliyə əsasən yaş həddi ötdüyü üçün bu fakt ona hər hansı imtiyaz və ya sosial ödəniş hüququ qazandırmır. Hesab edir ki, hüquqi nəticə doğurmayan faktların müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 33.Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. 34.Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar-hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

35. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarının 1.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir... Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.

36. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

37. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi institutunun məqsədi şəxsin mövcud hüquqlarının həyata keçirilməsi üçün zəruri olan, lakin başqa qaydada təsdiqi mümkün olmayan halların məhkəmə qaydasında müəyyən edilməsindən ibarətdir. Hazırkı işdə ərizəçi Şuşa şəhərində yerləşən internat məktəbində qardaşı ilə birlikdə müəyyən müddət təhsil alması faktının müəyyən edilməsini xahiş etmiş və həmin faktın onun sosial hüquqlarının həyata keçirilməsi üçün zəruri olduğunu bildirmişdir.

38. Kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülən “ərizəçinin yaş həddini keçməsi səbəbindən həmin faktın hüquqi nəticə doğurmaması” barədə dəlili hüquqi baxımdan əsaslı sayıla bilməz. Belə ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair işlər üzrə məhkəmə araşdırmasının predmeti şəxsin son nəticədə konkret sosial təminat və ya imtiyaz əldə edibetməyəcəyinin həlli deyil, həmin hüququn həyata keçirilməsi üçün zəruri olan faktın mövcudluğunun müəyyən edilməsidir.

39. Ərizəçinin şəhid ailəsi statusu alıb-almayacağı, bununla bağlı sosial təminat hüququnun yaranıb-yaranmaması isə aidiyyəti inzibati orqan tərəfindən xüsusi qanunvericiliyin tələbləri əsasında ayrıca qiymətləndirilməlidir. Buna görə də yalnız ehtimal edilən hüquqi nəticənin gələcəkdə yaranmaya biləcəyi arqumenti ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən imtina edilə bilməz.

40. Bu səbəbdən də apellyasiya şikayətində istinad edilən normativ aktlar ərizəçinin son nəticədə şəhid ailəsi üzvü statusu əldə edib-etməməsi məsələsinə aid olsa da, həmin hallar hazırkı mübahisə üzrə hüquqi əhəmiyyətli faktın mövcudluğunun müəyyən edilməsini istisna etmir.

41. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün əsas şərt həmin faktın ərizəçi üçün hüquqi nəticə doğura bilməsi ehtimalının mövcud olması və bu faktın başqa qaydada təsdiq edilməsinin mümkün olmamasıdır. Hazırkı işdə isə ərizəçinin internat məktəbində təhsil alması faktının digər qaydada təsdiq edilməsinin mümkün olmaması iş materialları ilə müəyyən edilir və həmin faktin gələcəkdə hüquqi münasibətlər çərçivəsində qiymətləndirilməsi imkanını tam istisna etmək mümkün deyildir.

42. Yəni hazırkı iş üzrə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın gələcəkdə hansı hüquqi nəticələr doğuracağı, ərizəçiyə şəhid ailəsi üzvü statusunun verilib-verilməyəcəyi, yaxud sosial təminat hüquqlarının yaranıb-yaranmayacağı məsələləri aidiyyəti inzibati orqanların səlahiyyət dairəsinə aid olmaqla ayrıca hüquq münasibətlərinin predmetini təşkil edir və hazırkı mülki məhkəmə baxışı çərçivəsində qiymətləndirilə bilməz.

43. Kollegiya həmçinin nəzərə alır ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlərdə məhkəmə formal yanaşmadan deyil, şəxsin konstitusion hüquqlarının səmərəli müdafiəsi prinsipindən çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu təminat yalnız artıq pozulmuş hüquqların deyil, həmçinin hüququn həyata keçirilməsi üçün zəruri hüquqi vəziyyətin müəyyən edilməsini də əhatə edir. Əks yanaşma şəxsin sonradan aidiyyəti orqanlar qarşısında öz hüquqlarını müdafiə etmək imkanını əsassız şəkildə məhdudlaşdıra bilər.

44. Beləliklə iş materialları ilə müəyyən olunur ki, ərizəçi tələb olunan faktın müəyyən edilməsi üçün zəruri sənədlərin illər özncə müharibə səbəbindən sənədlərin saxlanılmaması ilə əlaqədar başqa qaydada əldə edə bilməmişdir. Işə baxan məhkəmə şahid ifadələrini mötəbr sübut kimi qiymətləndirmişdir.

45. X14 məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, X17 ##.##.1981-ci ildən ##.##.1992-ci il tarixədək Şuşa şəhəri * saylı orta internat məktəbində müəllim işləmişdir.

46. X28 ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, X37 ##.##.1975-ci ildən ##.##.1992-ci il tarixədək Şuşa şəhəri * saylı orta internat məktəbində işləmişdir. 47.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları düzgün qiymətləndirərək əsaslı nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyşdirilmədən saxlanılmalıdır. 48.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar